Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-9/2024 02.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, Bakı şəhəri Qaradağ rayon Məhəkəmsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ilə təqsirli bilinib barəsində 04 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, təzə yurd yeni yaşayış massivində, nömrəsiz evdə yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1995-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evil, əvvəllər məhkum olunmamış, orta texniki təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Çiçəkli kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 177.2.4, 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2002-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, orta təhsilli, Sabirabad rayonu Çiçəkli kəndində pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs3 qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 08 aprel 2023-cü il tarixdə saat, 03:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində Səngəçal-Qobustan dəmir yolu mənzilinin 67-ci km, piket 7-də yerləşən 2 saylı siqnal nöqtəsindən "xxxx" QSCnin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan hər birinin qiyməti 1400 manat olmaqla 2 ədəd, 5 saylı siqnal nöqtəsindən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan hər birinin qiyməti 1200 manat olmaqla 2 ədəd DT-02-500 markalı drossel transformatorunun üzərilərindəki dəmir barmaqlıqları sındırıb içərilərindəki mis sarğıları gizli olaraq talayıb Azərbaycan Dəmir Yolları” QSC-nə ümumilikdə 5600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 12 aprel 2023-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində Səngəçal-Qobustan dəmir yolu mənzilinin 67-ci km, piket 7-də yerləşən 2 saylı siqnal nöqtəsindən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan hər birinin qiyməti 1400 manat olmaqla 2 ədəd DT-02-500 markalı drossel transformatorunu sındırıb içərilərində olan mis sarğı ilə birlikdə gizli olaraq talayıb Azərbaycan Dəmir Yolları” QSC-nə ümumilikdə 2800 manat məbləğində maddi ziyan vurmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 04 mart 2023-cü il tarixdə, saat 01:50 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 2101” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara–İran sərhədi yolunun Biləsuvar rayon ərazisindən keçən 91-ci km\də Astara rayon istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, hərəkət təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun sola döngəli olan hissəsində avtomobilin idarəetməsini itirdiyindən avtomobil yoldan çıxmaqla, sağda təmir işlərinin aparıldığı ərazidə qoyulmuş beton təhlükəsizlik səddə çırpılmış, nəticədə ehtiyyatsızlıqdan “Vaz 2101” minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 travmatik-hemorragik şokla (klinik, instrumental müayinələr və laborator tədqiqatların cavabına əsasən) müşayiət olunan çanaq sümüklərinin qapalı, xətti yerdəyişməmiş və qəlpəli kobud yerdəyişmiş çoxsaylı sınıqları, simfizin cırılması, sağ sirkə kasasının sınığı və sağ bud sümüyü başının çıxığı ilə əlaqədar çanaq halqasının deformasiyası, sağ baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin dərialtı hematoması, sağ bazunun, sağ dirsək oynağı nahiyyəsinin, sağ baldırın sıyrıqları, sağ əlin qançır-şişkinliyi kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətdikdən sonra, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərini pozmaqla, hadisə yerində, həmçinin hadisədən sonra özünün sürücü olması ilə əlaqədar hər hansı məlumatı müvafiq dövlət qurumlarına və ya polisə bildirmədən yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 qohumları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 08 aprel 2023-cü il tarixdə saat, 03:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində Səngəçal-Qobustan dəmir yolu mənzilinin 67-ci km, piket 7-də yerləşən 2 saylı siqnal nöqtəsindən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan hər birinin qiyməti 1400 manat olmaqla 2 ədəd, 5 saylı siqnal nöqtəsindən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan hər birinin qiyməti 1200 manat olmaqla 2 ədəd DT-02-500 markalı drossel transformatorunun üzərilərindəki dəmir barmaqlıqları sındırıb içərilərindəki mis sarğıları gizli olaraq talayıb Azərbaycan Dəmir Yolları” QSC-nə ümumilikdə 5600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən qohumları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 12 aprel 2023-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində Səngəçal-Qobustan dəmir yolu mənzilinin 67-ci km, piket 7-də yerləşən 2 saylı siqnal nöqtəsindən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan hər birinin qiyməti 1400 manat olmaqla 2 ədəd DT-02-500 markalı drossel transformatorunu sındırıb içərilərində olan mis sarğı ilə birlikdə gizli olaraq talayıb Azərbaycan Dəmir Yolları” QSC-nə ümumilikdə 2800 manat məbləğində maddi ziyan vurmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qohumları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 08 aprel 2023-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində Səngəçal-Qobustan dəmir yolu mənzilinin 67-ci km, piket 7-də yerləşən 2 saylı siqnal nöqtəsindən "xxxx" QSCnin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan hər birinin qiyməti 1400 manat olmaqla 2 ədəd, 5 saylı siqnal nöqtəsindən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan hər birinin qiyməti 1200 manat olmaqla 2 ədəd DT-02-500 markalı drossel transformatorunun üzərilərindəki dəmir barmaqlıqları sındırıb içərilərindəki mis sarğıları gizli olaraq talayıb Azərbaycan Dəmir Yolları” QSC-nə ümumilikdə 5600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən qohumları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 12 aprel 2023-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində Səngəçal-Qobustan dəmir yolu mənzilinin 67-ci km, piket 7-də yerləşən 2 saylı siqnal nöqtəsindən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan hər birinin qiyməti 1400 manat olmaqla 2 ədəd DT-02- 500 markalı drossel transformatorunu sındırıb içərilərində olan mis sarğı ilə birlikdə gizli olaraq talayıb Azərbaycan Dəmir Yolları” QSC-nə ümumilikdə 2800 manat məbləğində maddi ziyan vurmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığından Qobustan dəmir yolu stansiyasında quraşdırılmış transformatorun mis hissələrini oğurlamaq qərarına gəlmişdir. Lakin həmin oğurluq hadisəsini törətmək üçün ona kömək lazım olduğundan əvvəlcə Sabirabad rayonunda yaşayan baldızı oğlu Şükürə zəng edərək ona yaxşı iş olduğunu bildirib Bakı şəhərinə gəlməsini bildirmişdir. Şükür razılıq verərək Bakı şəhərinə gələcəyinə söz vermiş, bundan sonra isə Sabirabad rayonunda yaşayan digər baldızı oğlu Elçinə zəng edərək yaxşı iş olduğunu bildirib onu da Bakı şəhərinə dəvət etmişdir. Həmin gün əvvəlcə Şükür daha sonra isə Elçin onun yaşadığı Qobustan qəsəbəsindəki evinə gəlmişlər. Evdə yemək yeyib söhbət edən zaman Elçin və Şükürə pula ehtiyaclarının olduğunu bildirib, onlara Qobustan dəmir yolu stansiyasında relslərin kənarında transformatorlarının olduğunu, həmin transformatorun mis hissələrini oğurlayaraq satmağı təklif etmişdir. Elçinlə Şükür onun təklifi ilə razılaşdıqdan sonra gecə radələrində Qobustan qəsəbəsində yerləşən dəmir yolunun kənarında yerləşdirilmiş transformatorların yerləşdiyi yerə getmişlər. Təqsirləndirilən şəxs2 kənar şəxslərin gələcəyi halda məlumat verməsi üçün ətrafa nəzarət etməsini tapşırmış, özü isə dəmir yolunun sağ və solunda yerləşən drossellərin qapaqlarını sındıraraq içərilərində olan mis hissələri götürmüşdür. Oğurladıqları misləri sataraq aralarında bölüşdürmüşlər və Şükür ilə Elçin evlərinə qayıtmışlar. Bundan sonra yaşadığı evin həyətində ev tikdiyinə görə həmin evin üzərinə daş qaldırmaqda köməklik etmələri üçün Şükür ilə Elçin yenidən onun yaşadığı ünvana gəlmiş və bir neçə gün ona tikintidə kömək etmişlər. Bir neçə gün sonra onlara yenidən transformatorların mis hissələrini oğurlamağı təklif etmiş və razılığa gəlmişlər. Gecə radələrində həmin oğurluq etdikləri yerə getmiş, oğurluq zamanı ətrafa nəzarət etməyi Təqsirləndirilən şəxs2 tapşırmışdır. Özü isə Şükür ilə birlikdə 2 ədəd transformatorları söküb mis hissələri çıxarmışlar. Bu vaxt 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, Elçinlə qaçmağa cəhd etsədə qaça bilməmiş, Şükür isə qaçıb getmişdir. Polis əməkdaşları Elçinlə onu saxlayaraq polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır.İmkanı olmadığı üçün madi ziyanı ödəyə bilmir.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4, 263-1.2 və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə vaxtı tanışı Məhərrəmin işlədiyi obyektə olmuş, həmin vaxt Məhərrəm ona «məndə obyekti bağlayıb gedirəm, məni də evə apar» deyə ondan xahiş etmişdir. Məhərrəmlə razılaşmış, Məhərrəm qabaqda onun yanında oturmuşdur.Yolda hərəkətdə olarkən anidən təmir işləri aparılan ərazi daxil olmuş və dərhal əyləci basaraq sükanı sola döndərəkən avtomaşının sağ yan hissəsi betona dəymişdir. Avtomaşından düşərkən Məhərrəmin xəsarət aldığını görmüş, hadisə ilə əlaqədar oraya gəlmiş tanımadığı insanlar təcili yardıma zəng vurmuşlar. O isə hadisə yerindən atasına zəng vurub bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra X3 avtomaşını hadisə yerinə gəlmiş və Məhərrəmi xəstəxanaya aparmış, o isə hadisə yerində qalmışdır. Atası və xalasının həyat yoldaşı Cəlal gəldikdən sonra polis əməkdaşlarının gəlməsini gözləmiş, hadisə yerinə polislərin gəlmədiyini görüb Biləsuvar rayonuna xalasıgilə getmişdir. Səhəri gün o, xalasıgilin evindən çıxaraq izahat vermək üçün Salyan postuna getmişdir. Bundan başqa aprel ayının əvvələrində Sabirabad rayonu Çiçəkli kəndində evində olarkən xalasının həyat yoldaşı Təqsirləndirilən şəxs3 ona zəng edərək iş olduğunu bildirib Bakıya gəlməlisəni istəmişdir. Pula ehtiyacı olduğu üçün həmin gün axşam Sabirabad rayonundan yola çıxaraq Böyükağanın yaşadığı Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsindəki evinə getmişdir. Xalası oğlu Təqsirləndirilən şəxs1 da orada olduğunu görmüş, oturub yemək yeyib söhbət edən zaman Böyükağa onlara pula ehtiyaclarının olduğunu bildirmiş və Qobustan qəsəbəsinin yaxınlığından keçən dəmir yolunun relslərinin kənarında olan transformatorlardakı misləri oğurlayıb sataraq pul əldə edə biləcəklərini təklif etmişdir. Təqsirləndirilən şəxs1la Böyükağanın təklifinə razılaşmış, bundan sonra gecə radələrində onlarla birlikdə həmin yerə gedərək transformatorların mis hissələrini oğurlayaraq evə qayıtmışlar. Böyükağa həmin misləri sataraq onların hərəsinə 130 manat pul vermişdir. Bir neçə gün sonra onlar Şükürlə birlikdə yenidən Böyükağanın yaşadığı evə gələrək xalası oğlu Şükür ilə ona tikintidə köməklik etmişlər. Gəldikdən bir neçə gün sonra Böyükağanın təklifi ilə onlar yenidən oğurluğa getməyi planlaşdırmış və əvvəllər oğurluq etdikləri yerə getmişlər. Böyükağa və Şükür yenidən misləri sökmək istəyərkən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, Böyükağa ilə qaçmağa cəhd etsələr də qaça bilməmiş, Şükür isə qaçıb getmişdir. Polis əməkdaşları Böyükağa ilə onu saxlayaraq polis şöbəsinə aparmışlar.Törətdiyi cinayət əməllərindən peşamandır.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Evlidir himayəsində bir azyaşlı uşağı və işləməyən arvadı var.Atası bir müddət əvvəl ağır xəstəlikdən vəfat etmişdir.Ailəyə yeganə qazanc gətirən şəxs odur.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun xalasının yoldaşıdır. Təxminən aprel ayının əvvəllərində Böyükağa ona zəng edərək özünə Qobustan qəsəbəsində fərdi yaşayış evi tikdiyini və ondan tikintidə ona köməklik göstərməyini xahiş edərək onu Bakı şəhərinə dəvət etmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Böyükağaya ev tikintisində kömək etmək üçün Bakı şəhərinə gəlmişdir. Həmin vaxt xalası oğlu Elçin də evin tikintisində kömək üçün Böyükağanın yaşadığı evə gəlmişdir. Böyükağa onlara pula ehtiyaclarının olduğunu bildirmiş və Qobustan qəsəbəsinin yaxınlığından keçən dəmir yolunun relslərinin kənarında olan dəmir qutuların içərisindəki misləri oğurlayıb sataraq pul əldə edə biləcəklərini təklif etmişdir. Xalası oğlu Elçinlə razılaşdıqdan sonra gecə radələrində Böyükağanın dediyi yerə getmişlər. Elçin ətrafı müşahidə etmiş onunla Böyükağa transformatorların içində olan misləri sökmüş və sonra evə qayıtmışlar. Səhəri gün Böyükağa misləri satmış və onların hərəsinə 130 manat pul vermişdir.Bir neçə gün sonra Böyükağanın təklifi ilə yenidən Elçin və Böyükağa ilə birlikdə həmin əraziyə gedib tranformatorlarda olan misləri oğurlamaq qərarına gəlmişlər. Transformatorları söküb misləri çıxaran zaman 3 nəfər mülki geyimli şəxsin onlara tərəf yaxınlaşdığını görmüş, həmin şəxslərin polis əməkdaşları olduğundan şübhələndiyi üçün qaçaraq oradan uzaqlaşmışdır. Böyükağa ilə Elçin isə orada qalmışlar.O, sonradan polis şöbəsinə gəlmişdir.Əməlindən peşmandır.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Vətən müharibəsi iştirakçısıdır.Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində "xxxx" QSC-nə ümumilikdə 8400 (səkkiz min dörd yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin 8400 manat məbləğin 5600 manat hissəsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" QSC-nin hesabına ödənilmiş, 2800 manat isə Təqsirləndirilən şəxs3 tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Dəmir Yolları» QSC-yə dəymiş ziyan ödənildiyindən onlara qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs3 qarşı verilmiş mülki iddianı müdafiə edir və tam təmin edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış əmlaklara dəymiş maddi ziyanın Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına ödənildiyini, digər təqsirləndirilən şəxs yəni, Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş maddi ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyini və dəymiş maddi ziyanı ödəyən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir, 2023-cü ilin aprel ayının əvvəllərində kafedə işdə olarkən Elçin onun yanına gəlmiş, Elçin ona evə gedəcəyini, əgər getmək istəyirsə onu da apara biləcəyini bildirmiş və o da Elçinin yanında əyləşib getmişlər. Elçin avtomobili idarə edərkən təmir işləri aparılan əraziyə daxil olmuş və sola dönməli olduğunu anlayıb əyləci basaraq sükanı sola istiqamətləndirdikdə avtomaşının qabaq sağ yan hissəsi betona çırpılmış və o ağır xəsarət almışdır. Bundan sonra hadisə yerinə X3 avtomaşını gəlmiş və onu Salyan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs2 Məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona əymiş ziyan ödənildiyini və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, DYNPİ-nin Biləcəri XPŞ-nin CAB-nin rəisi vəzifəsində xidmət edir. 08 aprel 2023-cü il tarixdə saat gecə radələrində Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində Səngəçal-Qobustan dəmir yolu xəttində "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan 2 ədəd, 5 saylı siqnal nöqtəsindən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsinin balansında olan 2 ədəd, cəmi 04 ədəd drossel transformatorunun üzərilərindəki dəmir barmaqlıqları naməlum şəxslər tərəfindən sındırıb içərilərindəki mis sarğıları gizli yolla talanaraq oğurluq edilməsi ilə əlaqədar əməliyyat tapşqırığına uyğun olaraq əməli törətmiş şəxs(lər)in müəyyən edilməsi istintamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Aparılmış tədbirlər zamanı 12 aprel 2023-cü il tarixdə, gecə radələrində Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində Səngəçal-Qobustan dəmir yolu mənzilinin 67-ci km, piket 7-də yerləşən 2 saylı siqnal nöqtəsindən təkrarən oğurlanması barədə məlumata əsasən hadisə yerinə gedilmiş və hadisə yerindən bir qədər aralıda 3 nəfər şəxsin əlində ling vasitəsi ilə oğurluq etdikləri müəyyən edilmişdir. Həmin şəxslərdən biri hadisə yerindən qaçmış, 2 nəfər şəxs saxlanılaraq maddi sübutlar ilə birlikdə Biləcəri XPŞ-nə gətirilmişdir.Həmin şəxslərlə söhbət zamanı hər iki cinayət hadisəsinin onlar tərəfindən törədildiyini etiraf etmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 da yeri müəyyən edilib istintaq orqanına təhvil verilmişdir. İş üzrə Şahid6 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və cinayət işinə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. İş üzrə Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 02 ildir ki, metal qəbulu ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində işlədiyi Bakı şəhəri Səbail rayonu, 20-ci sahə, Salyan şossesindən keçən yerdə sexdə olduğu zaman əvvəllər tanımadığı iki nəfər şəxs yaxınlaşaraq ona mis satmaq istədiklərini bildirmiş və ondan misi kiloqramını neçə manatdan aldığını soruşmuşlar. O misin kiloqramını 12 manat 70 qəpiyə aldığını bildirmiş, bundan sonra həmin şəxs ona satacağı misi təqdim etmiş və misin özünə məxsus olduğunu bildirmişdir. Misləri tərəzidə çəkdikdə çəkisinin 37 kiloqram olduğunu məlum olmuş bunun müqabilində ona 470 manat pul vermişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 may 2023-cü il tarixli 9/3242 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən istifadədə olmuş 1 ədəd DT-02x500 tipli drossel-transformatorun 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1200 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat ekspertizasının 27 mart 2023-cü il tarixli 8/686 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlar əsasən VAZ-21011 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan «Məhkəmə Tibbi Ekspertiza və X1» X2 xx.xx.2023-cü il tarixli, 99/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərtravmatik-hemorragik şokla (klinik, instrumental müayinələr və laborator tədqiqatların cavabına əsasən) müşayiət olunan çanaq sümüklərinin qapalı, xətti yerdəyişməmiş və qəlpəli kobud yerdəyişmiş çoxsaylı sınıqları, simfizin cırılması, sağ sirkə kasasının sınığı və sağ bud sümüyü başının çıxığı ilə əlaqədar çanaq halqasının deformasiyası, sağ baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin dərialtı hematoması, sağ bazunun, sağ dirsək oynağı nahiyyəsinin, sağ baldırın sıyrıqları, sağ əlin qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Salyan rayon mərkəzi xəstəxanasına və Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsfiri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İş materiallarından görünür ki, Biləcəri st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru Nurəli Qurbanov tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində Səngəçal-Qobustan dəmir yolu mənzilinin 67-ci km, piket 7-də yerləşən 2 saylı siqnal nöqtəsinə baxış keçirilərkən götürülmüş -hər birinin uzunluğu 40 sm, eni 37 sm, hündürlüyü isə 34 sm olan qapaqlarının üzərində «DT-02- 500» yazısı yazılmış ümumilikdə 02 ədəd drossel-transformatorlarının qapaqları ilə birlikdə qutusu, həmin drossel-transformatorlarının içərisində yerləşən, lakin baxış zamanı qutulardan ayrılmış vəziyyətdə olan 02 ədəd mis metal tərkibli sarğılar (naqillər), eləcə də oğurluqda istifadə olunmuş uzunluğu 118 sm olan 01 ədəd ling tərəfimdən xx.xx.2023-cü il tarixdə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bİləcəri st. XPŞ-nin anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, «Vaz 2101» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşın iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası»-nın xx.xx.2023-cü il tarixli, 5089 nömrəli məkubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Həsərət oğlu arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 13 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 15 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ rayon Məhəkəmsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ilə təqsirli bilinib barəsində 04 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası tətbiq edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Muğan Gəncəli kənd ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2022-ci il təvəllüdlü bir azyaşlı uşağı və işləməyən arvadı var. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Muğan Gəncəli kənd ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyəti Muğan Gəncəli kənd ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan İ-69053 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştiraçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-3251 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4, 263- 1.2 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlini etiraf edərək peşman olması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət əməli törətməsi, əməlini etiraf edərək peşman olması, vurulmuş ziyanı ödəyərək zərəçəkmiş şəxslərin ona qarşı şikayət-tələbin olmaması, himayəsində bir azyaşlı uşağının və işləməyən arvadının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət əməli törətməsi, əməlini etiraf edərə peşman olması, zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməklə, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, “Vətən müharibəsi” iştirakçısı olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması cəzasının, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində isə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutma altında olduqları 02 (iki) gün, onlara qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə maddi ziyan dəymişdir və onun bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, mülki cavabdehin isə həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC tərəfindən verilmiş mülki iddia təmin edilməli və 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat pul Təqsirləndirilən şəxs3 tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir İş üzrə 135 (bir yüz otuz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış hər birinin uzunluğu 40 sm, eni 37 sm, hündürlüyü isə 34 sm olan qapaqlarının üzərində «DT-02-500» yazısı yazılmış ümumilikdə 02 ədəd drosseltransformatorların qapaqları ilə birlikdə qutusu, həmin drossel-transformatorların içərisində yerləşən ayrılmış vəziyyətdə olan 02 ədəd mis metal tərkibli sarğılar (naqillər) "xxxx" QSC-yə qaytarılmalı və oğurluqda istiladə olunmuş uzunluğu 118 sm olan 01 ədəd ling məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Vaz 2101» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3, vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2, vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həbsetmənin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 177.2.4, 263-1.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3- 2 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırması cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına hesablansın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci madəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona 03 (üç) il nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında olduğu 02 (iki) gün nəzərə alınaraq üzərində qəti olaraq 03 (üç) il nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutma altında, olduğu 02 gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sabirabad rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə mülki iddia təmin edilsin və 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs3 tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilsin. İş üzrə 135 (bir yüz otuz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış hər birinin uzunluğu 40 sm, eni 37 sm, hündürlüyü isə 34 sm olan qapaqlarının üzərində «DT-02-500» yazısı yazılmış ümumilikdə 02 ədəd drosseltransformatorların qapaqları ilə birlikdə qutusu, həmin drossei- transformatorların içərisində yerləşən ayrılmış vəziyyətdə olan 02 ədəd mis metal tərkibli sarğılar (naqillər) "xxxx" QSC-yə qaytarılsın və oğurluqda istiladə olunmuş uzunluğu 118 sm olan 01 ədəd ling məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Vaz 2101» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3, vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2, vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-9/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-9/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver