Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-9/2025 01.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə, Müdafiəçilər Müdafiəçi və X4, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" ASC-də sürücü və satış nümayəndəsi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" ASC ilə xx.xx.2017-ci il tarixdə bağlanmış əmək və xx.xx.2017-ci il tarixdə bağlanmış maddi məsuliyyət daşıması haqqında müqavilələrə əsasən məsul şəxs olaraq öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımalı, idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüş, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı olduğu halda işlədiyi müddətdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xəcəhəsən şosesində yerləşən “Meyvəli” ticarət bazarında olan anbarından 460 272,88 manat (dörd yüz altmış min iki yüz yetmiş iki manat səksən səkkiz qəpik) dəyərində toyuq məhsullarını satış nümayəndəsi olaraq mağazalara vermək üçün faktiki, eləcə də ASC-nin istifadə etdiyi məhsulların qəbulu, satışı, maliyyə və digər əməliyyatın aparıldığı vahid informasiya sistemi olan “AZMSALE” proqramında fərdi adından və şifrəsindən istifadə edərək qəbul edib müxtəlif ticarət obyektlərinə təhvil verərək toyuq məhsullarının satışından işlədiyi müddətdə, müxtəlif tarixlərdə hissə-hissə toplanmış cəmi 460.272,88 manat (dörd yüz altmış min iki yüz yetmiş iki manat səksən səkkiz qəpik) manatın 426.763,88 (dörd yüz iyirmi altı min yeddi yüz altmış üç manat səksən səkkiz qəpik) manatını qeyd edilən proqram vasitəsilə kassaya mədaxil qəbzlərinə əsasən ASC-nin xəzinəsinə mədaxil etsə də, qeyd edilən müddət ərzində vahid niyyətlə 33.509,00 (otuz üç min beş yüz doqquz) manatı ASC-nin kassasına mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə talayıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını xeyli miqdarda mənimsəmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək öz ifadəsində bildirmişidir ki, ilk öncə "xxxx" ASC-ə daxil olanda onunla şirkət arasında müqavilə olmamışdır. Onlar qara bazara və böyük marketlərə mal satırmışlar. 2020-ci il tarixdə "xxxx" ASC-nin iş prinsipi bu formada olmuşdur. Əvvəllər şirkətə “whatsapp” vasitəsi ilə yazıb nə mal lazımdı gedib alıb aparıb mağazalara paylamışlar. Elə vaxt olmuşdur ki, satdıqları malların fakturaları aylarla onlarda qalmışdır. Onları yanvar ayında Cavid müəllimin qəbuluna çağırmışlar. Bu yaranmış borcun səbəbi köhnə qaimələrə görə olmuşdur. O ilk dəfə şirkətdə sürücü vəzifəsində işləmişdir. Ona verilmiş suallara əlavə olaraq bildirmişdir ki, şirkət 2020-ci ilin yanvar ayından sonra malın satış məntəqələrinə verilməsi ilə bağlı fakturaın gətirilməsi barədə qərar qəbul etmişdir. Bu yaranan borc 2020ci ilin əvvəllərinə aiddir. Onlar 2020-ci il tarixədək köhnə qaydada işləmişlər. 2019-cu ildə hər gün satılan malların qaiməsini gətirib şirkətə verməmişlər. Ancaq hər ay sıfırlama olmuşdur. Şəbəkə mağazaları malların pullarını bir başa şirkətin hesabına köçürmüşdür. Onun barəsində keçirilmiş audit yoxlamasında iştirak etməmişdir. Bu borcun yaranma səbəblərindən biridə şəbəkə marketlər olmuşdur. Aylıq vəzifə maaşları onlara verilən bonusla birlikdə 3000-3500 manat olmuşdur. Şəbəkə marketlərədə 2019-cu ilədək malları faktura ilə vermişlər. Sonra 3-4 aydan bir fakturaları yığıb gətirib Cəmil müəllimə vermişlər. Şirkətdə 2018-ci ilədək sürücü, sonra satış məsləhətçisi vəzifəsində çalışmışdır. Həmin deyilən borc köhnə fakturaların Cəmil müəllim tərəfindən tapılıb qeydiyyata alınmaması səbəbi ilə yaranmışdır. Onun şirkətə maxsimum 7000-8000 manat borcu qalmışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilməsini, şirkətə vurulmuş ziyandan audit yoxlaması dövründə 498 manat və məhkəmə gedişi zamanı isə hissə-hissə olmaqla 12.000 manatını ödədiyini, yenədə ödəniş edəcəyini bildirərək, əməlindən səmimi peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 288 saylı tam orta məktəbi bitirmiş, bundan başqa 2008-2012-ci il tarixlərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsində bakalavr ali təhsili almışdır. O, həqiqi hərbi xidmətdə olmamışdır. 2017-ci ildən 2020-ci il tarixə kimi isə Siyəzən Broylerdə sürücü-satış nümayəndəsi vəzifəsində işləmişəm. Həmin dövrdən hal-hazıradək Siyəzən Broylerdə faktiki olaraq işləmir. "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımaq əmək funklsiyasının icrası zamanı onun öhdəsinə qoyulmuşdur. "xxxx" ASC ilə bağladığı tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüşdür. Bundan başqa həmin müqaviləyə əsasən ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotu aparmağı və s. kimi vəzifələri olmuşdur. Şirkətin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Meyvəli bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan proqrama daxil edirlər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Satış nümayəndələrinə nəzarət edən bölgə müdirləri fəaliyyət göstərir, sifarişləri ilkin olaraq onlar görürlər. Həmin sifarişlər daha sonra anbarda görünür. Anbarın işçiləri tərəfindən mal yığımı olur. Lakin çox vaxt onlara bəzi vaxtlar faktura təqdim edilmımiş, bəzi vaxtlarda faktura ona verilmişdir. O, 2017-ci ildən 2020-ci il tarixə kimi "xxxx" ASC-də satış nümayəndəsi vəzifəsində işləmişdir. Həmin şirkətdə o, toyuq məhsullarını Siyəzən Broylerin anbarından qəbul edib mağazalara satışını həyata keçirmişdir. İşlədiyi müddətdə əvvəlki dövrlərdə onun hesabatlarında heç bir çatışmazlıq aşkar edilməmişdir. O, həmin müddətlərdə qaimə ilə götürdüyü toyuq məhsullarının dəyərinin tam olaraq ödəmişdir. 2020-ci ilin may ayında audit yoxlaması keçirilmiş və həmin vaxt onun hesabında 33509.00 manat çatışmazlıq aşkar edilmişdir. Satış nümayəndələri anbardan götürdüyü malları dükanlara verən zaman faktura yazaraq özlərində saxlamışlar və ayın sonunda, bəzi vaxtlar isə 3-5 aydan sonra həmin fakturaları şirkətə təhvil vermişlər. O da satış nümayəndəsi kimi yuxarıda qeyd edilən kimi yığılan fakturaları şirkətə təhvil vermişdir. 2020-ci ilin əvvəlində fakturaların sayında çatışmazlıq yarandığı üçün şirkətdə iclas olmuşdur və həmin vaxtdan sonra artıq satış nümayəndələri tərəfindən fakturalar gündəlik olaraq şirkətə təhvil verilmişdir. Həmin vaxtdan artıq onun hesabında 33509.00 manat çatışmazlıq aşkar edilmişdir. Həmin çatışmazlığa səbəb isə dükanlara malların satılması ilə bağlı fakturaların olmaması olmuşdur. Belə ki, o, dükanlara satış edən zaman həmin satışın edilməsini həm telefonlarda olan şirkətdə məxsus proqrama daxil etmiş, həm də satış etdiyi şəxslərə və dükanlara verdiyi mallar ilə bağlı 2 nüsxədə faktura tərtib etmişdir. Həmin fakturanın bir nüsxəsi onda digər nüsxəsi isə dükan sahibində qalmışdır. O, yuxarıda da qeyd etdiyi kimi həmin fakturaları ayın sonunda, bəzi vaxtlar isə 3-5 aydan sonra şirkətə təhvil vermişdir. Bir müddət keçdikdən sonra şirkət tərəfindən ona bəzi fakturaların dükanlarda olmaması barədə məlumat verilmişdir. Həmin çatışmazlıq da məhz satış həyata keçirdiyi mağaza sahiblərinin verilmiş fakturaların itməsi nəticəsində yaranmışdır. Belə ki, həmin dükan sahibləri onlara mal verilməməsini, onların sistemində malın qəbul edilməsi ilə bağlı qeydin və fakturanın olmamasını bildirmişdir. O, "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi, "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilərlə tanış olmuşdur. Həmin sənədlərdə ad soyadının qarşısındakı imzalar ona məxsusdur. Həmin sənədlər onunla "xxxx" ASC arasında bağlanmış və o, həmin sənədlərə əsasən şirkətdə işləmişdir. 2020-ci ilin may ayında audit yoxlaması keçirilmiş və həmin vaxt mənim hesabımda 33509.00 manat çatışmazlıq aşkar edilmişdir. Heç kim ondan hədə qorxu ilə pul tələb etməmiş, mağazadan topladığı pulları oğurlamamış və ya hansısa formada ələ keçirməmişdir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi həmin çatışmazlıq da məhz satış həyata keçirdiyi mağaza sahiblərinin verilmiş fakturaların itməsi nəticəsində yaranmışdır. Belə ki, həmin dükan sahibləri onlara mal verilməməsini, onların sistemində malın qəbul edilməsi ilə bağlı qeydin və fakturanın olmamasını bildirmişdir. Onun adına heç bir daşınar və ya daşınmaz əmlak olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) qismində dindirilmiş Nümayəndə məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-də hüquq şöbəsinin müdiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs şirkətin satış təmsilçisi nümayəndəsi vəzifəsində işlədiyi üçün tanımışdır. Təqsirləndirilən şəxs və digər ittiham aktında adı çəkilən dörd nəfərdə şirkətdə satış təmsilçisi vəzifəsində çalışmışdırlar. 2020-ci ilin əvvəllərindən satış təmsilçilərinin fəaliyyətinin yoxlanılması məqsədi ilə şirkət tərəfindən audit yoxlaması başlanılmışdır. Bu zaman Elçin və digər dörd nəfər şəxsin fəaliyyətində ciddi çatışmazlıqlar aşkar edilmişdir. Daha sonra bununla bağlı Bakı şəhər Prokurorluğuna məlumat verilmişdir. İstintaq şöbəsi araşdırma başlamış, sonra materiallar aiddiyyatı üzrə Bakı şəhər Qaradağ Rayon Prokurorluğuna göndərilmişdir. Bu şəxslər barəsində hüquq çərçivəsində qiymət verilməsi üçün şirkət olaraq dörd il mübarizə aparmışlar. Daha sonra bu şəxslərin hər biri vəzifəli şəxs kimi tanınaraq barələrində cinayət işi başlanılmışdır. Şirkətin fəaliyyəti hal-hazırda tamamıilə elektronlaşmışdır. Heç bir halda yanlış hesablama mümkün ola bilməz. Təqsirləndirilən şəxs ilkin izahatında bu yaranan borcu etiraf edərək pulları öz şəxsi istifadəsi üçün xərclədiyini etiraf etmişdir. "xxxx" ASC şirkətinin 400-450 nəfər satış təmsilçisi vəzifəsində işləyən işçiləri mövcuddur. Təqsirləndirilən şəxs barəsində verilən qərar həmin işçilər tərəfindən gələcəkdə bu formada qanunsuzluqların törədilməsinin qarşısını ala bilər. Mağazalar şirkət tərəfindən yoxlanılır, əyər mağazada mallar olmursa o zaman malın satılıb pulunun şirkətə ödənilmədiyi müəyyən edilir. Ona verilmiş suallara əlavə olaraq bildirilmişdir ki, satış təmsilçiləri satışı özləri təşkil edirlər. Böyük mağazalar onlara satılan malların pulunu özləri bir başa şirkətə köçürmə edir. Ancaq kiçik mağazlarda satışı satış meneceri özü təşkil edir. Bu işin üstü açılanda təqsirləndirilən şəxs malları verdiyi mağazaların heç adlarını xatırlamadığını və yaxud verilmiş fakturaların itirildiyini bildirmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdikləri tam yalandır. Çünki təqsirləndirilən şəxs tərəfindən satılan malların pulu satış məntəqələrindən həqiqətəndə geri qaytarılmasaydı təqsirləndirilən şəxs həmin mətəqlərin adları və yerlərini göstərərək pulun alınmasını tələb edə bilərdi. Lakin qeyd olunan məbləği təqsirləndirilən şəxs öz şəxsi mənafei üçün xərcləmişdir. "xxxx" ASC şirkəti elektron sistem olan “Azemsale” proqramına 2019-cu il tarixdən keçmişdir. 2020-ci il tarixdə audit yoxlanması zamanı bu hallar ortaya çıxmışdır. Təqsirləndirilən şəxs özüdə ilkin izahatında 33509 manat şirkətə borcunun olduğunu etiraf etmişdir. İtirilmiş faktura deyə bir şey yoxdur. Mallar satış təmsilçilərinə elektron qaydada verilir. Hər satış təmsilçilərinə hansı malın verilməsi elektron sistemdə görünür. Satış təmsilçilərinə verilən malları o, kimə satıbsa artıq onun məsuliyyətində sayılır. Hər ayın 10-u sistemdə sıfırlama olur, yəni satış təmsilçiləri satdıqları və aldıqları pulu şirkətə təhvil verməklə hesab sıfırlanır. Şirkət işçilərinin hər birinə maaş verilir. Ondan əlavə satışdan faiz verilməsi deyə bir şey mövcud deyildir. Təqsirləndirilən şəxs İsgəndər oğlu tərəfindən audit yoxlaması dövründə 498 manat, məhkəmə baxışı zamanı 13 mart 2025-ci il tarixdə 10000 manat, 09 aprel 2025-cil il tarixdə 1000 manat və 01 may 2025-ci il tarixdə 1000 manat ödəniş edərək ümumilikdə 12498 manat vurulmuş ziyandan ödəniş etmişdir. O öz ifadəsində əlavə olaraq təqsirləndirilən şəxsin ödəniş etmək bəhanəsi ilə məhkəmə iclaslarını əsassız olaraq dəfələrlə uzatdığını, lakin sonda çox az miqdarda ödəniş etdiyini və bununlada məsuliyyətdən yayınmağa çalışdığını, təqsirləndirilən şəxsin azadlıqda qalacağı təqdirdə bu halın cəmiyyətin digər işçilərində mənfi emosiyalar yaradacağını, təmsil etdiyi şirkətin təqsirləndirilən şəxsə qarşı şikayətçi olduqlarını, mülki iddialarının təmin edilməsini və ona məhkəmədən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-də Bakı-Abşeron üzrə anbar müdiri vəzifəsində işləyən Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2017-ci ilin sentyabrın 27-dən "xxxx" ASC-də Bakı- Abşeron üzrə anbar müdiri vəzifəsində işləyir. Şirkətin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Meyvəli bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan proqrama daxil edirlər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Satış nümayəndələrinə nəzarət edən bölgə müdirləri fəaliyyət göstərir, sifarişləri ilkin olaraq onlar görürlər. Həmin sifarişlər daha sonra anbarda görünür. Onun işçiləri sifarişi fakturalaşdırır. Həmin faktura əsasında mal yığımı olur. Bundan sonra tərəfindən ilə mal yoxlanılır. O, razılıq verdikdən sonra sifariş mağazalara çatıdırlması üçün satış təmsilçisinə təqdim olunur. X18 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Ziya Qubadovun fəaliyyətinin yoxlanması nəticəsində 69480,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Ziya Qubadovun sifarişi əsasında 553704,79 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 69480,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X19 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Kənan Qubadlının fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Qubadlının sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Təqsirləndirilən şəxs 20 noyabr 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir.olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X5 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Kənan Nərimanovun fəaliyyətinin yoxlanması nəticəsində 27278,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Nərimanovun sifarişi əsasında 698971,50 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 27278,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X10 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Həsən Həsənzadənin fəaliyyətinin yoxlanması nəticəsində 8752,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Nərimanovun sifarişi əsasında 549181,49 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 8752,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Audit dövründə - xx.xx.2020-ci il tarixində X10 tərəfindən borcunun 3124,00 manatı ödənilmiş və beləliklə Cəmiyyətə vurulmuş ziyan 5628,00 manat təşkil etmişdir. "xxxx" ASC-də satış nümayəndəsi vəzifəsində işləyən X9 audit yoxlaması nəticəsində satışa qəbul edilmiş toyuq məhsullarından 69480,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməməsi doğrudur. Ziya Qubadovun fəaliyyətinin yoxlanması nəticəsində 69480,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Ziya Qubadovun sifarişi əsasında 553704,79 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 69480,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Kənan Qubadlının fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Qubadlının sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Biləsuvar quşçuluqda” satış müdiri vəzifəsində işləyən Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2017-ci ilin fevral ayından 2020-ci ilin may ayına kimi "xxxx" ASCdə bölgə müdiri vəzifəsində işləmişdir. İşlədiyi şöbədə 12 satış nümayəndələri vardır. Şirkətin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Meyvəli bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan proqrama daxil edirlər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Xüsusi proqrama daxil olmaq üçün satış nümayəndələrinə login və şifrə verilir. Xüsusi proqram təhkim edilmiş planşetin sahibindən başqa heç kim ora daxil ola bilməz. Çünki satış nümayəndəsi yalnız ona təhkim olunmuş mağazalar üzrə sifariş verə bilir. Heç bir satış nümayəndəsi digər satış nümayəndəsinin müştərilərinə müdaxilə edə bilmir. Satış nümayəndələrinə sifarişlər anbarda görünür. Anbar müdiri və onun işçiləri sifarişi fakturalaşdırır. Həmin faktura əsasında mal yığımı olur. Bundan sonra ilə mal yoxlanılır. Faktura iki nüsxədə tərtib edilir, həmin nüxsənin biri anbar müdirində qalır, digəri isə satış nümayuəndəsinə verilir. Daha sonra sifariş mağazalara çatıdırlması üçün satış nümayəndəsinə təqdim olunur. Onun işi tabeliyimdə olan satış nümayəndələrinin bütün işinə ümumi nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs 20 noyabr 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir.olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X5 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Kənan Nərimanovun fəaliyyətinin yoxlanması nəticəsində 27278,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Nərimanovun sifarişi əsasında 698971,50 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 27278,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X10 01 aprel 2017-ci il tarixdən "xxxx" ASCdə satış nümayəndəsi olmuşdur. Həsən Həsənzadənin fəaliyyətinin yoxlanması nəticəsində 8752,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Nərimanovun sifarişi əsasında 549181,49 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 8752,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Audit dövründə - xx.xx.2020-ci il tarixində X10 tərəfindən borcunun 3124,00 manatı ödənilmiş və beləliklə Cəmiyyətə vurulmuş ziyan 5628,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin əməliyyatçı mühasib vəzifəsində işləyən X11 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2017-ci ilin fevral ayından "xxxx" ASC-də əməliyyatçı mühasibi vəzifəsində işləyir. Şirkətin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Meyvəli bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan proqrama daxil edirlər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Satış nümayəndələrinə nəzarət edən bölgə müdirləri fəaliyyət göstərir, sifarişləri ilkin olaraq onlar görürlər. Həmin sifarişlər daha sonra anbarda görünür. Daha sonra anbarın işçiləri sifarişi fakturalaşdırır. Həmin faktura əsasında mal yığımı olur. Bundan sonra anbar müdiri ilə mal yoxlanılır. Anbar müdiri razılıq verdikdən sonra sifariş mağazalara çatıdırılması üçün satış təmsilçisinə təqdim olunur. Satiş nümayəndəsi satıdığı malların dəyəri olan pulu mağazalaradan yığaraq xəzinadara təhvil verir. X18 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Ziya Qubadovun fəaliyyətinin yoxlanması nəticəsində 69480,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Ziya Qubadovun sifarişi əsasında 553704,79 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 69480,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X19 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Kənan Qubadlının fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Qubadlının sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Təqsirləndirilən şəxs 20 noyabr 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir.olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X5 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Kənan Nərimanovun fəaliyyətinin yoxlanması nəticəsində 27278,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Nərimanovun sifarişi əsasında 698971,50 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 27278,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X10 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Həsən Həsənzadənin fəaliyyətinin yoxlanması nəticəsində 8752,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Nərimanovun sifarişi əsasında 549181,49 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 8752,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Audit dövründə - xx.xx.2020-ci il tarixində X10 tərəfindən borcunun 3124,00 manatı ödənilmiş və beləliklə Cəmiyyətə vurulmuş ziyan 5628,00 manat təşkil etmişdir. Ziya Qubadovun fəaliyyətinin yoxlanması nəticəsində 69480,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Ziya Qubadovun sifarişi əsasında 553704,79 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 69480,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Kənan Qubadlının fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Qubadlının sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin satış nümayəndəsi vəzifəsində işləmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2018-ci il tarixdən 2021-ci ilin fevral ayına kimi "xxxx" ASC-nin satış ofisinin xəzinədarı vəzifəsində işləmişdir. Onun xəzinədar kimi vəzifəsi satış nümayəndələrinin satdığı malların müqabilində etdiyi ödənişləri qəbul etməkdən və xəzinəyə daxil etməkdən ibarət olmuşdur. Şirkətin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Meyvəli bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan proqrama daxil edirlər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Satış nümayəndələrinə nəzarət edən bölgə müdirləri fəaliyyət göstərir, sifarişləri ilkin olaraq onlar görürlər. Həmin sifarişlər daha sonra anbarda görünür. Mənim işçilərim sifarişi fakturalaşdırır. Həmin faktura əsasında mal yığımı olur. Bundan sonra mal yoxlanılır. Daha sonra sifariş mağazalara çatıdırılması üçün satış təmsilçisinə təqdim olunur. Həmin zaman planşetdə olan proqramda hər bir satış nümayəndəsinin satdığı mal müqabilində ödəməli olduğu pul vəsaitinin miqdarı qeyd olunurdu və satış nümayəndələri pul ödədikdən sonra onlara qəbz verilmişdir. Pulları satış nümayəndələri şəxsən özləri verirmişlər. X18 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Ziya Qubadovun fəaliyyətinin yoxlanması nəticəsində 69480,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Ziya Qubadovun sifarişi əsasında 553704,79 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 69480,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X19 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Kənan Qubadlının fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Qubadlının sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Təqsirləndirilən şəxs 20 noyabr 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir.olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X5 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Kənan Nərimanovun fəaliyyətinin yoxlanması nəticəsində 27278,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Nərimanovun sifarişi əsasında 698971,50 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 27278,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. X10 01 aprel 2017-ci il tarixdən "xxxx" ASCdə satış nümayəndəsi olmuşdur. Həsən Həsənzadənin fəaliyyətinin yoxlanması nəticəsində 8752,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Nərimanovun sifarişi əsasında 549181,49 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 8752,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Audit dövründə - xx.xx.2020-ci il tarixində X10 tərəfindən borcunun 3124,00 manatı ödənilmiş və beləliklə Cəmiyyətə vurulmuş ziyan 5628,00 manat təşkil etmişdir. Ziya Qubadovun fəaliyyətinin yoxlanması nəticəsində 69480,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Ziya Qubadovun sifarişi əsasında 553704,79 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 69480,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Kənan Qubadlının fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Qubadlının sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də auditor vəzifəsində işləyən Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş sənədə əsasən "xxxx" MMC-də auditor vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda da işləyir. 2020-ci il tarixdə "xxxx" ASC tərəfindən həmin şirkətdə auditor yoxlamasının keçirilməsi üçün müraciət edilmiş və tərəfindən orada yoxlama həyata keçirilərək auditor aktı tərtib edilmişdir. "xxxx" ASC-nin satış yeri Bakı şəhəri Qaradağ rayonunda yerləşən Meyvəli bazarın ərazisində yerləşən soyuducu anbardır. Şirkətdə olan qaydaya əsasən satış nümayəndələri marketlərə gedərək sifarişi qəbul edib həmin sifarişi onlara verilmiş planşet və telefonlarda olan “AZMSALE” proqramına daxil edirdilər. Həmin sifariş ilkin olaraq dərhal şirkətin mərkəzi ofisində görünür. Satış nümayəndələrinə nəzarət edən bölgə müdirləri fəaliyyət göstərir, sifarişləri ilkin olaraq onlar görürlər. Həmin sifarişlər daha sonra anbarda görünür. Anbarın işçiləri sifarişi fakturalaşdırır. Həmin faktura əsasında mal yığımı olur. Fakturalarda elektron tərtib edilir. Daha sonra sifariş mağazalara çatıdırılması üçün satış təmsilçisinə təqdim olunur. Aparılmış auditor yoxlaması nəticəsində tərəfimdən tərtib edilmiş 05 may 2020-ci il tarixli 20/02/1 nömrəli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, X18 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Ziya Qubadovun fəaliyyətinin yoxlanması nəticəsində 69480,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Ziya Qubadovun sifarişi əsasında 553704,79 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 69480,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Aparılmış auditor yoxlaması nəticəsində tərəfimdən tərtib edilmiş 05 may 2020-ci il tarixli 20/02/2 nömrəli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, X19 01 aprel 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Kənan Qubadlının fəaliyyətinin yoxlanması nəticəsində 40222,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Kənan Qubadlının sifarişi əsasında 523332,42 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 40222,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. Aparılmış auditor yoxlaması nəticəsində tərəfimdən tərtib edilmiş 19 may 2020-ci il tarixli 20/03/1 nömrəli müstəqil auditor hesabatında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 20 noyabr 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli 9/141 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan qaimə-fakturalar, inventarizasiya aktları, audit rəyləri, əmək və alqı-satqı müqavilələri, elektron qaimələr, təhvil təslim aktları, üzləşdirmə aktları və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 20/03/1 saylı müstəqil Auditor Hesabatını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla həmin sənədlər üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 33.011,00 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında və məhkəmə baxışı zamanı tədqiq olunmuş 10 may 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilən üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs 20 noyabr 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. İş materiallarında və məhkəmə baxışı zamanı tədqiq olunmuş 10 may 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X12 arasında keçirilən üzləşdirmə zamanı X20 Mehrəliyevin üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs 20 noyabr 2017-ci il tarixdən "xxxx" ASC-də satış nümayəndəsi olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması nəticəsində 33509,00 manat məbləğində çatışmazlıq yaranmışdır. Göstərilən dövrdə Təqsirləndirilən şəxs sifarişi əsasında 460272,88 manat məbləğində mallar anbardan çıxmış və mağazalara çatdırılmış, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmişdir. İş materiallarında və məhkəmə baxışı zamanı tədqiq olunmuş 19 may 2020-ci il tarixli 20/03/1 nömrəli müstəqil auditor hesabatından görünür ki, "xxxx" ASC-də sürücü və satış nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs xx.xx.2020 – xx.xx.2020 tarixləri aralığında satış cəmiyyətin anbarından 460272,88 manat dəyərində toyuq məhsulları qəbul etmiş, satışa qəbul edilmiş toyuq məhsullarının böyük hissəsinin dəyəri ödənilmiş, lakin 33509,00 manat dəyərində olan hissəsinin dəyəri cəmiyyətə ödənilməmiş, audit yoxlaması dövründə 498,00 manat pulu ödəmişdir. İş materiallarında və məhkəmə baxışı zamanı tədqiq olunmuş 20 noyabr 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi və “tam maddi məsuliyyət haqqında” müqaviləsinə əsasən işçi məsul şəxs olaraq öhdəsində olan mallara və pul vəsaitlərinə cavabdehlik daşımalı, idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, görüləcək işi layiqincə yerinə yetirməyi tam öhdəsinə götürmüş, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalıdır. İş materiallarında və məhkəmə baxışı zamanı tədqiq olunmuş 21 oktyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri "xxxx" ASC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xəcəhəsən şosesində yerləşən “Meyvəli” ticarət bazarında yerləşən anbarıdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş qəbzlərdən görünür ki, 13 mart 2025-ci il tarixdə "xxxx" ASC-ə məxsus B0041327 saylı kassaya 10 000 manat, 09 aprel 2025-ci il tarixdə B0041703 saylı kassaya 1000 manat və 01 may 2025-ci il tarixdə B0041987 saylı kassaya 1000 manat məbləğində ödənişlər təqsirləndirilən şəxs X6 tərəfindən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də məhkəmə iş üzrə toplanmış sübutları, məhkəmə istintaqı zamanı tərəflərin və şahidlərin verdikləri ifadələri müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı tərəflərin mübahisələndirmədiyi, Təqsirləndirilən şəxs 15 may 2020-ci il tarixdə yuxarıda qeyd olunan hadisə ilə bağlı hələ cinayət işi başlanmamış, "xxxx" ASC tərəfindən fakt üzrə ilkin araşdırma aparılan zaman verdiyi ifadəsində "xxxx" ASC-ə 2020-ci ilin yanvar və fevral aylarında götürdüyü toyuq əti məhsullarına görə ümumilkdə 33509 manat məbləğində borcunun yarandığını etiraf etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlindən peşiman olmasını, vurulmuş ziyandan audit yoxlaması aparılan zaman 498 manat və məhkəmə baxışı zamanı hissə-hissə olmaqla ümumilkdə 12.000 manat ödəniş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Lakin məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Bundan başqa məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs əlavə cəza kimi “dövlət və yerli özünü idarə orqanlarında, o cümədən kommersiya təşkilatlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi” hüququndan məhrumedilməsi də məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasına dair audit rǝyi, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi və "tam maddi məsuliyyət haqqında" müqavilə, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma izahatlar cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə verilmiş mülki iddaya münasibətdə hesab edir ki, mülki iddia əsaslı olmaqla qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə müəyyən edilmiş 33509 manat məbləğində ziyandan, ibtidai istintaq zamanı 498 manat və məhkəmə istintaqı zamanı 12000 manat olmaqla ümumilkdə 12498 manat ödəniş edilmişdir. Odur ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurduğu zərərin əvəzi olaraq (33509-12498=21011) 21011 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 192 manat, cəmi 21203 (iyirmi bir min iki yüz üç) manat məbləğində pul tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 1(101)-466/2024 nömrəli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 1(002)-219/2024 saylı hökmlərindən aydın olur ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/141 №-li ekspertiza rəyində tədqiqatın dəyəri kimi hesablanmış 100 manat məbləğində pulun həmin iş üzrə təqsirləndirilən şəxs olan X8 və X2 tutulması qərara alınmışdır. Buna görədə məhkəmə hesab edir ki, qeyd olunan ekspertiza üzrə hesablanmış 100 manat ekspertiza xərcinin təkrarən Təqsirləndirilən şəxs tutulması məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün təyin edilmiş 6 manat artırılaraq 11 manat miqdarında müəyyən edilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən 50 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə baxışı zamanı 28 aprel 2025-ci il tarixədək olan 48 iş saatına görə 288 (iki yüz səksən səkkiz) manat, 28 aprel 2025-ci il tarixdən sonrakı 02 iş saatına görə 22 (iyirmi iki) manat olmaqla ümumilikdə 310 (üç yüz ona) manat pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2ci maddəsi nəzərə alınmaqla 02 (iki) il müddətə “dövlət və yerli özünü idarə orqanlarında, o cümədən kommersiya təşkilatlarında” maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılmasına dair audit rǝyi, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi və "tam maddi məsuliyyət haqqında" müqavilə və Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş əlyazma izahatlar cinayət işi materiallarında saxlanılsın. İş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs vurduğu zərərin əvəzi olaraq cəmi 21203 (iyirmi bir min iki yüz üç) manat məbləğində pul tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" ASC-nin xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 310 (üç yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №1(002)-9/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-9/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver