Məhkəmə qərarları › İş №1(002)-90/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-90/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-90/2024 23.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi (vəkili) Nümayəndə, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-cı ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, rəsmi qaydada işləməyən, ikinci qrup əlil, Şirvan Apelyasiya məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə CM-nin 178.2.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, ünvan 1ində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, “Azəryolnəqliyyatın” 2 saylı yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qərəzli xuliqanlıq hərəkətləri edərək, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Access Bank”ın inzibati binansının yaxınlığında olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb arvadı Nəzifə Mehdiyeva ilə aralarında olan münasibətləri aydınlaşdırmaq istəyərkən heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs söyüb təhqir edərək, ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozaraq yumruqla Zərərçəkmiş şəxs sifət və baş nahiyyələrindən vurmaqla ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, sonuncuya baş beyinin yüngül dərəcəli əzilməsi ilə və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyyələrinin hematoması, sol gözətrafı nahiyyəsinin hematoması, üst dodağın əzilmiş-cırılmış yarası, üst çənədə soldan bir ədəd dişin travmatik sınması ilə müşayiət edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsindi təsdiq edərək, ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə təqsirləndirilən şəxsin ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, arvadı və iki azyaşlı uşağı ilə birlikdə ünvan 1ində qeydiyyatda olsa da Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 2 saylı yataqxanada yaşayır. Öz avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2022-ci ilin yay aylarında Bakı şəhərində yerləşən “X16” qarşısında Zərərçəkmiş şəxs və onun arvadı Şahid1 Ədil qızı ilə tanış olmuşdur. Elmin özü üçün əlillik sənədi düzəltmək məqsədi ilə gəlmişdir. Elminin xəstə olduğunu görüb ona kömək məqsədi ilə onun əlillik dərəcəsinin alınması üçün 2000 manat pul istəmiş və bu məqsədlə ondan notariusda etibarnamə də almışdır. Həmin məbləği Elminin adından bütün hərəkətləri yerinə yetirmək məqsədi ilə almağı nəzərdə tutmuş, lakin onun sənədlərinin əlillik qrupuna uyğun gəlmədiyini öyrənib istədiyi həmin məbləği almamışdır. Bununla da aralarında münasibət yaranmışdır. Onlar ailəliklə biri-birilərinin evlərinə gedib gəlmişlər. Tanışlıqlarından bir müddət keçdikdən sonra Nəzifə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək onu Lökbatan qəsəbəsinə «Uluxanlı» adlandırılan marketin qarşısına görüşə çağırmışdır. O, həmin gün saat 12 radələrində Nəzifənin söylədiyi marketin qarşısına gələrək Ayşən adlı qadınla söhbət etdiyini görüb yaxınlaşmışdır. Nəzifə və Ayşənlə birlikdə sonuncunun qəsəbədəki həyət evinə gəlmişlər. Ayşən evin qapısını açıb onları mənzilə salıb özü çıxıb getmişdir. Həmin gün o, birinci dəfə Nəzifə ilə Ayşənin evində cinsi əlaqədə olmuşdur. Bundan sonra Nəzifə Lökbatan qəsəbəsindəki bazarın yaxınlığında iki otaqlı ev kirayə edərək onunla bir ay müddətində mütamadi olaraq həmin evdə görüşmüşlər. Onunla görüşüb cinsi əlaqədə olmağının təşəbbüskarı Nəzifə özü olmuşdur. Nəzifə ərinin xəstə olduğundan onun təbii ehtiyacını ödəyə bilmədiyini söyləmişdir. Həmin müddətlərdə o, Xırdalan şəhərindəki «Kontakt Home»-dan iki ədəd mobil telefonları Nəzifənin uşaqları üçün kreditlə almışdır. Həmin mağazada bir ədəd kompyüteri də öz adına kreditə götürüb Nəzifəyə vermişdir. Razılığa əsasən kreditlərin faizini və pulunu Nəzifə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Nəzifə, həmin əşyaların kreditlərini vermədiyindən, o da məcbur olub öz adına aldığı kompyüterin və bir ədəd mobil telefonun kreditini indiyədək ödəyir. Nəzifənin oğlunun adına aldığı mobil telefonun kreditini Nəzifəyə beş ay müddətində ayda 50 manatdan ödəmişdir. Nəzifənin mobil telefonlar və kompyüterlə birlikdə hazırda ona 2450 manat borcu vardır. Bundan başqa Nəzifəyə 400 manat da əlavə borc pul vermiş, lakin həmin borcu da ala bilməmişdir. Kredit borclarını ödəmək barədə qəbzləri təqdim etmişdir. 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində Nəzifə onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək onu Lökbatan qəsəbəsində yerləşən “Access Bankın” qarşısına çağıraraq telefon və kompyüterin kreditlərini ona verəcəyini söyləmişdir. O da idarə etdiyi Toyota markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəzifənin dediyi ünvanın qarşısına gəlmişdir. Avtomobildən düşüb Nəzifəyə yaxınlaşdığı zaman arxadakı dağılmış evlərin arasından çıxan əri Elmin ona hücum edərək qucaqlayıb yerə yıxmaq istəmiş, lakin gücü çatmadığını görüb onu buraxıb, yerdən götürdüyü daşla onun sifət nahiyəsindən bir zərbə vurmuşdur. O, əlindəki daşla təkrar zərbələr vurmaq istərkən onu özündən kənarlaşdırmaq üçün sifət nahiyyəsindən bir neçə yumruq zərbəsi vurmuşdur. Bu vaxt Nəzifə onu itələyib «polis gəlir, qaç» sözlərini işlətmişdir. O hadisə yerindən aralanaraq bankın binasının arxasına keçmişdir. Oradan baxarkən Nəzifənin avtomobilin qapısını açaraq salondan ona məxsus «Samsung» markalı mobil telefonunu götürdüyünü görmüşdür. Ora kənar şəxslərin toplaşdığını görərək hadisə yerini tərk edib getmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Şahid1 Ədil qızı ilə cinsi əlaqədə olmaq üçün heç vaxt hədə qorxu gəlməmiş, bu məqsədlə ondan pul tələb etməmiş, onunla cinsi əlaqədə olan müddətlərdə mobil telefonla heç bir şəkillər çəkməmişdir. Nəzifə özü bir dəfə evdə paltarda uşağı ilə birlikdə mahnı oxuyub oynayarkən onun mobil telefonuna iki videogörüntü atmışdır. Həmin görüntülərdə tərbiyəsiz heç bir görüntü olmamışdır. Mobil telefonu Nəzifə o məqsədlə avtomobildən götürmüşdür ki, orada nalayiq hərəkətlər etdiyi görüntü olub-olmamasını yoxlasın. Hadisədən bir qədər keçmiş o, kənar şəxsdən aldığı mobil telefonla avtomobildə qoyduğu mobil telefona zəng vursa da nömrəyə zəng çatmamışdır. Nəzifənin şəkillərini sosial şəbəkədə yaymamaqla iki dəfəyə 2700 manat pul almamışdır. Nəzifə həmin məbləği onun üçün faizlə borc alaraq vermişdir. Nəzifə mobil telefonlar və kompyüterlərin kreditlərini ödəmək istəmədiyindən o, da Nəzifənin ona borc alıb verdiyi həmin məbləğdə pulu ona qaytarmamışdır. Nəzifənin ona mobil telefonla zəng edərək mobil telefonlar və kompyüterin pulunu ödəməyi söyləyərək Lökbatan qəsəbəsinə çağıraraq əri Elminin onunla dava-dalaş salmasının səbəbi, ondan polisə şikayət etməklə ona, uşaqlarına aldığı mobil telefonlar və kompyüterin kredit pullarını, faizlərinin onun tərəfidən ödənilməsinə vadar etmək məqsədi daşımışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs lazimi maddi və mənəvi köməkliklər göstərdiyinə görə Zərərçəkmiş şəxs onunla barışaraq bu barədə 23 yanvar 2024-cü il tarixdə notarial qaydada ərizə vermişdir, lakin məhkəmə gedişatında əlavə tələblər irəli sürdüyü üçün 16 aprel 2024-cü il tarixli məhkəmə iclasında vurulmuş zərərə görə daha 1500 manat pul ödəmiş və zərərçəkmiş şəxs onunla barışaraq şikayət və tələbinin olmaması baradə yenidən məhkəməyə yazılı ərizə təqdim etmişdir. Lakin sonrakı məhkəmə iclaslarında zərərçəkmiş şəxs yenidən heç bir əsas və səbəb olmadan ondan əlavə pul ödənişləri etməsini tələb etmişdir. O son olaraq törtədiyi əməldən səmimi peşman olmasını, zərərçəkmişə şəxsə vurulmuş ziyanı artıqlaması ilə ödəməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqlarının olmasını, ailəli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını və ikinci qrup əlil olmaqla hal-hazırda “ağciyərlərin fibroz-kovernoz vərəmi” diaqnozu ilə ağır xəstə olduğunun nəzərə alınaraq məhkmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi Nümayəndə iştirakları ilə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, arvadı X17 və üç azyaşlı uşaqları ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Gecə sanatoriyasında məskunlaşmışlar. Rəsmi olaraq heç bir yerdə işləmir. Bir saylı Psixatriya Xəstəxanasında qeydiyyatdadır. Təxminən bir il bundan qabaq arvadı ilə birlikdə “X16” qarşısında olarkən Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Həmin mərkəzə getməkdə məqsədləri əlilik dərəcəsini müəyyən etmək olmuşdur. Mansur bildirmişdir ki, 2000 manat pul müqabilində o, əlillik dərəcəsini mərkəzdə onlara məlum olmayan şəxslə danışıb həll edəcəkdir. Lakin həmin vaxt pulları olmadığından Mansurla razılaşmamışlar. Həmin vaxtdan sonra Mansurla onların arasında münasibət yaranmışdır. Onlar ailəliklə bir-birilərinin evinə gedib gəlməyə başlamışlar. Həmin vaxtdan təxminən 3-4 ay keçmiş Mansur arvadına onun xəstə olduğunu söyləyib cinsi ələqədə olmağa təhrik etmişdir. O, bu barədə arvadından şübhələnməyə başlamışdır. Sonradan arvadından öyrənmişdir ki, Mansur ondan əl çəkmir, onların yaşadıqları əraziyə tez-tez gəlib evlərinin yaxınlığından keçərək Nəzifə ilə görüşməyə cəhd etmişdir. Bundan sonra Mansur hər-hansı vasitə ilə arvadı ilə əlaqə saxlayaraq Füzuli rayonunda tutulduğunu söyləyərək ondan əvvəlcə 1500 manat, ikinci dəfə isə 1200 manat pul borc almışdır. Bundan başqa o, Nəzifədən 1200 manat məbləğində qızıl komplekt üzük və sırğalar alıb satmışdır. Aradan bir müddət keçdikdən sonra Nəzifə Mansurdan ona verdiyi pulları və qızılları tələb edərkən o, arvadını qorxudaraq aralarında olan münasibəti açıb ona söyləyəcəyini bildirərək şantaj etmişdir. Həmin vaxt Nəzifə məcbur olub ona Mansurun hərəkətləri barədə məlumat vermişdir. Bundan sonra Mansur Nəzifədən tələb etmişdir ki, onunla görüşüb cinsi əlaqədə olsun. Əks təqdirdə, onunla cinsi əlaqədə olduğu vaxtlarda hərəkətlərini mobil telefona çəkdiyini və sosial şəbəkədə yayacağı ilə hədələməyə başlamışdır. 07 iyul 2023-cü il tarixdə saat 20 radələrində Lökbatan qəsəbəsində yerləşən “Access Bankın” qarşısında parkda olarkən Mansur idarə etdiyi avtomobillə ora gələrək avtomobildən düşərək arvadı Nəzifənin avtomobilə oturub onunla getməyini tələb etdiyini görüb onlara yaxınlaşmışdır. O, Mansurdan çıxıb getməyini tələb etdikdə Mansur nalayiq söyüşlər söyərək onunla dalaşmağa başlamış, yumruqla onun sifətindən zərbələr endirərək yerə yıxmışdır. Nəzifə onu yerdən qaldıraraq Mansurun döyməsində davam etməsinə imkan verməmişdir. Mansur onun sifətinin qanlı olduğunu görüb avtomobilinə oturub qaçmaq istərkən Nəzifə onun avtomobilə oturmağına imkan verməmişdir. Bunu görən Mansur piyada olaraq oranı tərk edərək qaçıb getmişdir. Həmin vaxtı ətrafda tanımadığı bir xeyli şəxslər olmuşdur. Onun əlində daş olmamış və o, Mansura sifət nahiyyəsindən bədən xəsarəti yetirməmişdir. Hadisə yerində həmin vaxt onlardan başqa kənar adamlar olmamışdır. Mansurun onun oğluna, qızına kreditlə mobil telefonlar, arvadı Nəzifə üçün kompyüter aldığını bilmir. Mansurun arvadına qarşı nalayiq hərəkətlər edib, hədə-qorxu ilə pul və qızıl bəzək əşyaları əldə etdiyini Nəzifədən öyrənmiş, bu barədə polis orqanına məlumat vermədiyinin səbəbi savadsız və xəstə olmasından irəli gəlmişdir. Təqirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı müəyyən ödənişlər edildiyinə görə barışaraq bu barədə 23 yanvar 2024-cü il tarixdə notarial qaydada ərizə vermiş, məhkəmə gedişatında əlavə tələblər irəli sürdüyü üçün 16 aprel 2024-cü il tarixli məhkəmə iclasında vurulmuş zərərə görə daha 1500 manat pul alaraq təqsirləndirilən şəxsə qarşı barışaraq şikayət və tələbinin olmaması baradə yenidən məhkəməyə yazılı ərizə təqdim etmişdir. Lakin həmin məbləğ onu qane etmədiyi və təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək daha 2000 manat pul verməli olduğu halda vermədiyi üçün hal-hazırda ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ədil qızı öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əri və üç azyaşlı uşaqları ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun əridir. X6 qeydiyyatdadır. Onun psixoloji problemi vardır. Təxminən bir il bundan qabaq Elminin pensiyası ilə əlaqədar olaraq əri ilə birlikdə “X16” qarşısında olarkən Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Həmin mərkəzə getməkdə məqsədləri Elminin əlillik dərəcəsini qaydaya salmaq olmuşdur. Söhbət əsasında Mansur bildirmişdir ki, 2000 manat pul müqabilində o, əri Elminin əlilik dərəcəsini mərkəzdə onlara məlum olmayan şəxslə danışıb qaydaya salacaqdır. Lakin həmin vaxt pulları olmadığından Mansurla razılaşmamışlar. Həmin vaxtdan sonra Mansurla onların arasında münasibət yaranmışdır. Onlar ailəliklə birbirilərin evinə gedib-gəlməyə başlamışlar. Həmin vaxtdan təxminən 3-4 ay keçmiş Mansur ondan xoşu gəldiyini, əri Elminin xəstə olduğunu söyləyib onunla cinsi ələqədə olmaq istədiyini söyləmişdir. O etiraz edərək qorxduğunu bildirmişdir. Mansur onu dilə tutaraq ərinin bundan xəbər tuta bilməyəcəyini söyləmişdir. Mansurla razılaşaraq onunla bir neçə dəfə Lökbatan qəsəbəsində ünvanını dəqiq bilmədiyi evdə cinsi əlaqədə olmuşdur. Əri Mansurun ondan şübhələndiyini hiss edib Mansurla əlaqəni dayandırmışdır. Mansur onun sözlərinə əhəmiyyət verməyərək ondan əl çəkməmişdir. Mansur onların yaşadıqları əraziyə tez-tez gəlib evlərinin yaxınlığından keçərək onunla görüşməyini tələb etmişdir. Bundan sonra Mansur onunla əlaqə saxlayaraq Füzuli rayonunda tutulduğunu söyləyərək 1500 manat borc pul istəmişdir. Ona yazığı gəldiyindən Nazimə adlı qadından faizlə 1500 manat pul alaraq yaşadığı evin yaxınlığında Mansura vermişdir. Bunda bir həftə keçmiş Mansur yenə də onunla Lökbatan qəsəbəsində görüşərək təcili olaraq ona 1200 manat pul verməyi xahiş etmişdir. Əlacsız qalıb qonşusu Nuranədən 1200 manat məbləğində qızıl komplekt üzük sırğalar alıb qəsəbədə Mansura vermişdir. Aradan bir müddət keçdikdən sonra Mansurdan ona verdiyi pulları tələb edəndə Mansur onu qorxudaraq əri Elminə aralarında olan münasibəti açıb söyləyəcəyini bildirmişdir. O, məcbur olub əri Elminə Mansurun hərəkətləri barədə məlumat vermişdir. Bundan sonra Mansur onunla əlaqə saxlayıb onunla görüşüb cinsi əlaqədə olmağı tələb etmişdir. Əks təqdirdə, onunla cinsi əlaqədə olduğu vaxtlarda hərəkətlərini mobil telefona çəkdiyini və sosial şəbəkədə yayacağı ilə hədələməyə başlamışdır. Bundan sonra Mansur marka, nömrə və nişanlarını bilmədiyi idarə etdiyi avtomobillə yaşadığı evin qarşısına gəlmiş və onunla getməyi tələb etmişdir. Lakin onun tələblərinə əməl etməməyi qəti qərara almışdır. 07 iyul 2023-cü il tarixdə saat 20 radələrində Lökbatan qəsəbəsində yerləşən “Access bankın” qarşısında olan parkda olarkən Mansur idarə etdiyi avtomobillə ora gələrək avtomobildən düşərək ona avtomobilə oturub onunla getməyi tələb etmdikdə o etiraz etmişdir. Bu zaman əri Elmin ora gəlib çıxmışdır. Əri Mansurdan çıxıb getməyini tələb etdikdə o, nalayiq söyüşlər söyərək onunla dalaşmağa başlamış və yumruqla Elminin sifətindən zərbələr endirərək onu yerə yıxmışdır. O, ərini yerdən qaldıranda onun sifətinin qan içində olduğunu görüb yumruqla Mansurun sifətindən bir yumruq vuraraq onu ərini döyməsində davam etməsinə imkan verməmişdir. Mansur Elminin sifətinin qanlı olduğunu görüb avtomobilinə oturub qaçmaq istərkən onun avtomobilə oturmağına imkan verməmişdir. Bunu görən Mansur avtomobilə oturmayaraq piyada olaraq oranı tərk edərək qaçıb getmişdir. Mansurun avtomobilindən ona məxsus mobil telefonu götürməmişdir. Hadisə baş verdiyi zaman kənardan dayanıb onların davasına baxan şəxslər olsada yaxınlaşıb onları ayıran olmamışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Mansurun onunla cinsi əlaqədə olan zaman mobil telefona hərəkətlərini çəkdiyini bilməmişdir. Adiyev X15 şəhərində yerləşən «Kontakt» mağazasından onun üçün kompyüter almamış, oğlu üçün mobil telefon almış, pulunu ödəmədiyindən telefon bağlanmışdır. Qızı üçün mobil telefonu kredit olaraq özü almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əri X22 və iki azyaşlı uşaqları ilə birlikdə Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 2 saylı yataqxanada yaşayır. Təxminən bir il olar ki, əri Mansurun vasitəsilə Nəzifə adlı qadını və ailə üzvlərini tanımışdır. Bu müddətdə bir dəfə onların evində olmuşdur. İki dəfə də Nəzifə onların evində olmuşdur. 07 iyul 2023-cü il tarixdə Cəlilabad rayonunda olan zaman əri Mansur ona zəng edərək Lökbatan qəsəbəsində Nəzifənin əri Elminlə dalaşdığını söyləmiş və idarə etdiyi avtomobil küçədə qalmışdır. Avtomobilin sahibinə zəng vuraraq bu barədə ona xəbər verməyi bildimişdir. O, da Mansurun icarə ilə idarə etdiyi avtomobilin mülkiyyətçisinə zəng edərək bu barədə ona xəbər vermişdir. Bakı şəhərinə qayıtdıqdan sonra ərindən öyrənmişdir ki, Nəzifə adlı qadın onu yoldan çıxararaq özü ilə yaşamağa təhrik etmişdir. Bundan başqa Nəzifə Lökbatan qəsəbəsində tanımadığı ünvanda kirayə ev tutaraq mütamadi olaraq əri ilə görüşmüşdür. Mansur öz adına Nəzifənin oğlu, qızı üçün mobil telefonlar, Nəzifə üçün kompyüter alaraq kreditlərini indiyədək ödəyib qurtara bilməmişdir. Nəzifə ilə əri Mansur arasında faizlə pul alınması barədə sövdələşmələr olmuş, ərinin faizlə alınmış borc pulların faizlərini Nəzifəyə vermiş, lakin Nəzifə həmin faizləri borc götürdüyü şəxslərə ödəməmişdir. Nəzifə qohumlarıdan faizlə pul götürərək faizlərin bir neçə ay Mansur tərəfindən ona ödənilməsini təmin etmişdir. Mansur Nəzifənin faizlə borc götürdüyü qohumlarını tanımır. Nəzifə onun mobil telefon nömrələrinin özünün borclu olduğu qadınlardan birinə verib ona zəng etməyini söyləmiş, lakin həmin qadın onu tanımadığını, pulu Nəzifənin özünə verdiyini söyləyərək zəng etməmişdir. 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində X23 qəsəbəsində yerləşən «Access» bankın qarşısına onun özü, oğlu və qızı üçün kreditlə götürdüyü mobil telefonlar və kompyüterin pulunu ödəyəcəyi bəhanəsi ilə aldadaraq çağırmış, əri ora gəldikdən sonra Nəzifənin əri Elmin ona hücum edərək daşla sifətindən xəsarət yetirdikdən sonra əri də onu yumruqla vurmuşdur. Əri qorxub hadisə yerindən qaçarkən Nəzifənin avtomobildən ona məxsus mobil telefonu götürdüyünü də görmüşdür. Bütün bunları hadisədən sonra əri Mansur ona danışmışdır. Hadisə baş verdikdən sonra Nəzifəyə zəng edərək ona ərini yoldan çıxarıb əxlaqsızlıq etməsini, oğlu və qızına mobil telefonlar, özü üçün kompyuterlər aldırması faktlarını söyləyib onu qonşular arasında biabır edəcəyini söyləmişdir. Şahidlər, Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdirlər. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid3 ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 5 saylı yataqxana əri X14 və iki azyaşlı uşaqları iləbirlikdə yaşayır. Heç bir yerdə işləmir. Evdar qadındır. Şahid1 Ədil qızı onun qohumudur. Zərərçəkmiş şəxs ilə qohumluq münasibəti yoxdur. Elmin, Nəzifənin əridir. Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir münasibəti yoxdur. Onu bir dəfə Nəzifə ona göstərmiş və onunla dostluq münasibətində olduğunu söyləmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Mansurun Lökbatan qəsəbəsində Nəzifənin əri Elminlə dalaşaraq ona bədən xəsarəti yetirdiyini də ona Nəzifə söyləmişdir. Hadisənin necə və harədə baş verməsi barədə məlumatı yoxdur. Nəzifənin əri X3 qeydiyyatda olduğunu da Nəzifədən eşitmişdir. Onun Lökbatan qəsəbəsində evi yoxdur. Qaçqın olduğu üçün yataqxanada yaşayır, yataqxanaya da kənar adam gəlsə bütün sakinlər görə bilərlər. Nəzifə ilə Mansurun intim münasibətdə olmaları üçün onları məskunlaşdığı yataqxanaya aparmamışdır. Şahid1 ilə aralarında onun üçün oğlanlar tapmaqda Mansura müraciət etmək barədə hər hansı bir söhbət olmamışdır. Şahid1 ondan hər hansı məbləğdə borc pul almamışdır. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid4 ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, qardaşı X19 məxsus “Toyota Prius” minik markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Həmin avtomobili o, etibarnamə ilə təxminən səkkiz ay bundan qabaq taksi fəaliyyəti ilə məşğul olmaq üçün Təqsirləndirilən şəxs vermişdir. Hər ay ona 700 manat icarə haqqı vermişdir. 07 iyul 2023-cü il tarixdə saat 20 radələrində naməlum mobil nömrə ilə Mansur ona zəng edərək Lökbatan qəsəbəsində dava-dalaş edib avtomobili hadisə yerində qoyub qaçdığını söyləmişdir. Avtomobilin Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin həyətində olduğunu öyrənib iki gün keçmiş Lökbatan qəsəbəsində yerləşən polis şöbəsinə gələrək dalaşma hadisəsini araşdıran təhqiqatçını tapıb avtomobilə məxsus sənədləri təqdim edib avtomobili həyətdən götürüb aparmışdır. Avtomobil texniki cəhətdən saz vəziyyətində olmuş, heç bir zədə yerləri olmamış, avtomobildən heç bir hissə yoxa çıxmamışdır. Təqsirləndirilən şəxs ona 600 manat borcu var idi. Həmin borcu bir neçə gündən sonra gəlib ona ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 13 iyul 2023-ci il tarixli, 502 №-li rəyindən görünür ki:

1. Vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sol yanaq nahiyəsinin sıyrıqları, sol yanağın selikli qişasının səthi qişasının səthi əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən müayinədən 5-7 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və həm ümumlikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. 2.Vət. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər həm şəxsin özü, həmdə digər şəxs tərəfindən yetirilməsi inkar olunmur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 20 iyul 2023-ci il tarixli, 485 №-li rəyindən görünür ki, 1.Vət. Zərərçəkmiş şəxs məhkəməm-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-baş beyinin yüngül dərəcəli əzilməsi il və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyyələrinin hematoması, sol gözətrafı nahiyyəsinin hematoması, üst dodağın əzilmi-cırılmış yarası, üst çənədə soldan bir ədəd dişin travmatik sınması bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. 2.Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasıyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin 27 oktyabr 2023-cü il tarixli, 2989 №-li rəyindən görünür ki, Yoxlanılan şəxs Zərərçəkmiş şəxs ona qarşı cinayat törədilərkən öz hərəkətlərini ölçüb biçmək, onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs məhkəmə psixiatrik ekspertizasına təqsirləndirilən şəxs qismində cəb edilmədiyindan ona qarşı cinayət törədilərkən anlaqlı olması barədə sual cavablandırılmır. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs ona qarşı qərarın təsviri hissəsində göstərilən əməl törədilən zaman "orta dərəcəli əqli gerilik” qeyd olunmuşdur. Zərərçəkmiş şəxs qeyd olunan "orta dərəcəli əqli gerilik” nəticəsində ona qarşı edilmiş qanunazid hərəkətlərin mənasını və xarakterini dərk etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs mühakimələrində sǝthilik, primitivlik müəyyən edilir. Yadasalma və yadda saxlama prosesleri normaya uyğun deyildir. Həmçinin, təfəkkürünün ümumiləşdirmə və analizetmə proseslərinin zəif çıxış etməsi, təhlil-tərkib prosseslərinin primitivliyi, maraq dairəsinin məhdudluğu, verilən sadə tapşırıqlanı yerinə yetirməkdə çətinlik çəkməsi, vacib tarixi hadisələr və məlumatlardan bixabər olması, elmi biliklərinin kasadlığı aşkar olunmaqla intellektual imkanlarının aşağı səviyyədə olması, psixoloji yaşının yaş xüsusiyyətlərinə uyğun olmaması müəyyən edilir. Belə qənaətə gəlinir ki, qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar qorxu, həyəcan kimi hallar əmələ gəlmişdir. Zərərçəkmiş şəxs əqli imkanlarında orta dərəcəli gerilik əlamətləri aşkar edildiyindən, belə nəticəyə gəlinir ki, o, öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında deyildir. Qeyd: "köməksiz vəziyyət” hüquqi termin olduğundan, yuxarda qeyd edilan sualın cavablandırılması, məhkəmə-psixiatrik və psixoloji ekspertizanın səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Cəlilabad rayon, İcra Hakimiyyəti Başçısının Şorbaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 avqust 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1980-ci ildə Cəlilabad rayonu Məmmədrzalı kəndində anadan olmuşdur, ərazidə yaşadığı müddətdə kənd sakinləri ilə normal davranmışdır onun haqqında nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Cəlilabad rayon, İcra Hakimiyyəti Başçısının Şorbaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin Məmmdrzalı kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ərazidə yaşamır və ailə tərkibi yoldaşı X4, oğlu X7 və qızı X8 ibarətdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi –X9 İnstitutu” Publik Hüquqi şəxsin 27 fevral 2024-cü il tarixli 3.28.9/2-182/2024 saylı məktubundan görünür ki, xəstə xx.xx.1980-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinədək "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, ağır gedişli, kəskinləşmə mərhələsi. Ağciyərlərin fibroz- kovernoz vərəmi. İnfiltrasiya mərhələsi. VMB (-) mənfi. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu" diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, 22 fevral 2009-cü il tarixdə doğulmuş X10 və 28 yanvar 2011-ci il tarixdə doğulmuş X11 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Adiyev X20 rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsinə əsasən CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 05 (beş) 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apelyasiya məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nın 69.3 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq üzərində 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin 22 may 2024-cü il tarixli 21-1-310586-11 saylı məktubundan aydın olur ki, məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 23 yanvar 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxs 16 aprel 2024-cü il tarixli məhkəmə iclasında məhkəməyə qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi Nümayəndə iştirakları ilə yazılı ərizə təqdim edərək təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 01 may 2024-cü il tarixdə məhkəməyə yenidən ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona verdiyi vədə əməl etməyərək verməli olduğu 2000 manat pulu vermədiyini və buna görədə həmin pulun alınıb ona verilməsinə kömək göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz ifadəsində hadisə vaxtı zərərçəkmiş şəxs Elminin ona hücum edərək qucaqlayıb yerə yıxmaq istədiyini, lakin gücü çatmadığını görüb onu buraxıb, yerdən götürdüyü daşla onun sifət nahiyəsindən bir zərbə vurduğunu bildirsədə məhkəmə bu hissədə ifadəni qeyri-səmimi və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınması üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyindəndə aydın olur ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər, yəni sol yanaq nahiyyəsinin sıyrıqları və sol yanağın selikli qişasının səthi əzilmiş yarası həm ümumilkdə və həmdə ayrı-ayrılıqda sağlamlığa zərər vurulmayan xəsarətlərə aid edilmişdir. Yəni məhkəmə bu cüzi xəsarətlərin qəsdən daş vasitəsi ilə vurulmuş zərbədən yaranmasını real hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa real cəhdlər göstərməklə ona vurulmuş maddi və mənəvi ziyanlardan ödənişlər etməsini, daha sonra 16 aprel 2024-cü il tarixli məhkəmə iclasında daha 1500 manat ödəniş etməsini, ailəli olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və ikinci qrup əlil olmaqla hal-hazırda “ağciyərlərin fibroz-kovernoz vərəmi” diaqnozu ilə ağır xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuş və 18 oktyabr 2023-cü il tarixdə saat 11:30-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 (iki) gün kimi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 47 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X18 tərəfindən 30 iş saatı və Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X12 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırkı cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılma cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, əvvəlki cinyət işi üzrə tutulduğu 04 (dörd) gün və 28 noyabr 2023-cü il tarixdən- 25 yanvar 2024-cü il tarixədək həbsdə qaldığı 01 (bir) ay 28 (iyirmi səkkiz) gün – ümumilikdə 02 (iki) ay 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla (dörd ay səkkiz gün azadlığın məhdudlaşdırılması cəzası) hazırkı hökmlə təyin olunmuş vahid cəzadan çıxılsın və ona qəti olaraq 03 (üç) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Zərərçəkmiş şəxs izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona dəymiş maddi və ya mənəvi zərərin ödənilməsi məqsədi ilə gəlcəkdə mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X12 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar