Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-90/2025 31.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X3, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.2003-cü ildə Yardımlı rayonu, Dağüzü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvəllər məhkum olunmamış, subay, orta təhsilli, Yardımlı rayonu, Dağüzü kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə, saat 03.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 7 saylı “Oba” marketdən alış-veriş edərkən oğurluq etmək qərarına gələrək həmin məqsədlə marketin anbar otağındakı rəfdən qapı açarlarını götürüb marketdən çölə çıxraraq arxa qapıya yaxınlaşmış, həmin açarlar və özü ilə gətirdiyi vintaçan aləti ilə qapının qıfılını açaraq saxlanc yerinə qanunsuz daxil olub marketin anbarında olan seyfdən Oba marketə məxsus 3070 manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında “Oba” marketə alış-veriş etmək üçün gəlmiş, həmin vaxt işçilərin otağının qapısının açıq olduğunun görmüş, həmin otağa daxil olaraq oradakı topa qapı açarlarını götürüb marketdən çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə, gecə radələrində oğurluq etmək məqsədi ilə Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən Oba marketə gəlmiş, özüylə gətirdiyi vintaçan aləti və açarların köməyi ilə marketin arxa qapısının qıfılını açıb marketin içərisinə daxil olaraq oradan da anbar otağına getmişdir. Götürdüyü açarlar vasitəsi ilə anbar otağının qapısını açaraq otağa daxil olmuş, sonra isə otaqdakı masanın dolabından seyfin açarını götürərək seyfin qapısını açmış, seyif içərisində olan 3070 manat pulu götürüb, cibinə qoyaraq marketdən çıxıb getmişdir.Törətdiyi əməldən peşmandır.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X4 bildirmişdir ki, hal-hazırda Zərərçəkmiş şəxs1 MMC-də mağaza müdiri işləyir. Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsində Zərərçəkmiş şəxs1 MMC-nin 7 saylı mağazası fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə gecə radələrində Oba marketin işçilər tərəfindən marketin anbar otağına qoyulmuş seyfdən 3070 manat pulun oğurlanmasını aşkar edilmişdir. Bunula bağlı 7 saylı Oba marketin işçisi Şahid2 tərəfindən Azərbaycan Respublikası DİN-nİn 102 xidmətinə məlumat verilmişdir. Faktla bağlı Qaradağ RPİ-nİn 10-cu PŞ-də araşdırma aparılarkən həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən tördilməsi müəyyən edilmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş ziyanın ödənildiyini və ona qarşı şikayət-tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerlşən 7 saylı Oba marketin müdiri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında 7 saylı Oba marketdə satıcı işləyən Şahid4 ona telefonla zəng edərək mağzadan oğurluq olmasını bildirmişdir. Bundan sonra o, Oba marketə gəlmiş marketdə quraşdırılmış müşahidə kamera görüntülərinə baxış keçirərkən müəyyən etmişdir ki, bir nəfər şəxs xx.xx.2024-cü il tarixdə gecə radələrində mağazaya daxil olub mağazanın arxa otağına girib seyfin içərisindən 3070 manat pulu oğurlayaraq mağazadan çıxıb getmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edtmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynov X2 bildirmişdir ki, hadisə baş verən zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçsində yerləşən 7 saylı Oba marketdə satıcı işləmişdir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs hadisədən bir neçə gün əvəll tanımışdır.Belə ki, Elmir arada bir onun işlədiyi Oba marketə gəlib onlarla söhbət edirmiş. xx.xx.2024-cü İl tarixdə 7 saylı Oba marketdə gecə növbəsində olmuşdur. Həmin gün saat 03 radələrində Elmir onların yanna gəlmiş, marketdə siqaret aldıqdan sonra onlarla söhbət etmiş, bir qədər söhbət etdikdən sonra o, dükanda öz işİylə məşqul olmuş, bir qədər sonra Elmirin dükanda olmadığını görmüşdür. Həmin vaxt onunla birlikdə işdə olan Oba marketdə satıcı işləyən Şahid4 ona yaxınlaşaraq anbar otağındakı seyfdə olan pulun yerində olmadığını bildirmiş və o, Emin ilə birlikdə anbar otağına getmişdir. Anbar otağındakı seyfin qapısı kilidli halda olmuş, seyfin qapısını açdıqda seyfdə pulun olmadığını görmüş, bunan sonra marketin müdiri Şahid2 zəng edərək məlumat vermişlər.Bir qədər sonra müdirləri Şahid2 marketə gəlmiş, marketdə quraşdırılmış kameraya baxarkən Elmirin seyfdə olan pulları oğurlayıb apardığını görmüşdür. Müdafiə tərəfi, iş üzrə şahidlər Şahid1 və Şahid4 məhkəmə iclasında iştiraklarını tələb etmədiyindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında evdə olmuş, həmin vaxt Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət olunmuş, o da 10-cu PŞ-nə getmiş, PŞ-də qardaşı, Təqsirləndirilən şəxs Oba marketdən 3070 manat pul oğurlaması barədə məlumat verilmişdir. Bundan sonra o, qardaşı Elmİrlə telefon əlaqəsi saxlayaraq harada olmasını soruşmuş, Elmir də ona Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən Oba marketdən 3070 manat pul oğurladığını, hal-hazırda Türkiyə Respublikasında olduğun demişdir. PŞ-dən çıxaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində yerlşən Oba marketə gəlmiş, orada ona həqiqətəndə qardaşı Elmirin həmin marketdən 3070 manat pul oğurlaması bildirilmişdir. Qardaşı Elmirin tutulmaması üçün dərhal Oba marketibn baş ofisinə getmiş, orada Oba marketin hesabına 3070 manat pul ödəmişdir. Oba marketə dəymiş ziyanı ödədiyi üçün Oba marketin əməkdaşı Qaradağ RPİ-nin 10-cu PŞ-nə gedərək dəymiş ziyanın ödənilməsi və Elmırdən şikayətlərinin olmaması barədə ərizə ilə müraciət etmişdir. Qardaşı Elmirin vurduğu ziyanın ödənilməsi barədə qəbzin surətini təqdim etmək istədiyini, Elmir oğurluq edərkən onun və ailə üzvlərinin xəbəri olmadığını, oğurluq barədə 10-cu Polis Şöbəsinə dəvət olunduqdan sonra bildiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə 7 saylı Oba marketdə gecə növbəsində olmuşdur. Həmin gün saat 03 radələrində Elmir adlı tanışı onların yanna gəlmiş, marketdə siqaret aldıqdan sonra onlarla söhbət etmiş, bir qədər söhbət etdikdən sonra o, dükanda öz işİylə məşqul olmuş, bir qədər sonra Elmirin dükanda olmadığını görmüşdür. Həmin vaxt onunla birlikdə işdə olan Oba marketdə satıcı işləyən Şahid4 onlara yaxınlaşaraq anbar otağındakı seyfdə olan pulun yerində olmadığını bildirmiş, onlar birlikdə anbar otağına getmişlər. Anbar otağındakı seyfdə pulun olmadığını görmüşlər.Bunan sonra marketin müdiri Şahid2 zəng edərək məlumat vermişlər. Bir qədər sonra müdirləri Şahid2 marketə gəlmiş, marketdə quraşdırılmış kameraya baxarkən Elmirin onların başlarının qarışıq olmasından istifadə edərək anbar otağının açarım piştaxtadan götürdüyünü, marketdən çölə çıxaraq marketin arxa qapısından marketə daxil olaraq seyfdə olan pulları oğurlayıb apardığını görmüşdür. İş materiallarından görünür ki, ********* saylı cinayət işi xx.xx.2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət hadisəsini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs barəsində axtarş elan edilərək həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 28 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, zərərçəmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsini və ona qarşı heç bir şikayət-tələbin olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdən 28 mart 2025-ci il tarixədək şübhəli şəxs kimi saxanıldığı 02 gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-90/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-90/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver