Məhkəmə qərarları › İş №1(002)-91/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-91/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-91/2023 07.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 14 oktyabr 2022-ci il tarixdə saat 16.00 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2107” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Qaradağ rayonu, Korgöz-Puta yolunda, Korgöz qəsəbəsi istiqamətində hərəkətdə olarkən saxladıb, sonuncunun avtomobili sürətlə idarə etməsi nəticəsində avtomobilin şinlərinin altından çıxan xırda daş qırıntılarının ona tərəf səpələnməsini bəhanə edərək, avtoyuma məntəqəsinin qarşısında heç bir ciddi əsas və səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə qəsdən yumruq zərbələri ilə bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona üst və alt dodaqlarının qansızmaları ilə müşayiət olunan, üst çənədə sağdan İ, İİ, soldan İ dişlərin travmatik laxlaması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Qaradağ rayonu, Korgöz qəsəbəsində yaşayır. Əvvəllər məhkum edilməmişdir. Fərdi olaraq fəhləlik edir. Subaydır. Şahid1 yaşadığı Korgöz qəsəbəsindən tanıyır. Onunla münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs da tanıyır. Bayramla heç bir ədavəti olmamışdır. 14 oktyabr 2022-ci il tarixdə Korgöz qəsəbəsində “Şəhidlər Abidəsi”nin yanında çayxananın yaxınlığında dayanmışdır. Bu zaman Korgöz qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs özünə məxsus “Vaz-2107” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmiş və onun idarə etdiyi avtomobilin üzərindən çıxan daş parçaları kənara səpələnmişdir. O, buna görə əl işarəsi edərək onu saxlatmışdır. Avtomobilə yaxınlaşıb sürücü Zərərçəkmiş şəxs öz iradını bildirmişdir ki, nə üçün avtomobili belə idarə edirsən. Bayramın sinəsindən tutub onu silkələmiş və demişdir ki, kənddə camaatın anasıbacısı var bu nə cür maşın sürməkdir. Həmin vaxt qəsəbədə yaşayan bələdiyyə işçisi Rövşən və Ramiz müəllim də yaxınlıqdan keçirmişlər. Bu zaman tanışı Şahid1 onlara yaxınlaşmışdır və onu kənara çəkmişdir. Şahmar Bayrama heçnə etməmişdir. Bayram sonra avtomobili sürüb çıxıb getmişdir. Şahmarla o, ikisi birgə qəbiristanlığa getmişlər. Təxminən yarım saatdan sonra qəbirstanlıqdan çıxıb qəsəbədə olan tanışı Şahmarla “Hüseyn” kafesinə getmişlər. Onlar içəri daxil olanda Bayramın orada olmasını görmüşlər. O, əsəbi olduğu üçün yenə də ona öz iradını bildirmiş və yenə də onun sinəsindən itələmişdir, lakin onu vurmamışdır. Həmin vaxt kafenin işçiləri və müştərilər də kafedə olmuşlar. O, Bayramı vurmamış, sadəcə paltarından tutub itələmişdir. Həmin vaxt ola bilsin ki, əli onun dodağına dəymişdir və Bayram xəsarət almışdır. Lakin onu döyməmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində idarə etdiyi **-HJ-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobillə yaşadığı Korgöz qəsəbəsində hərəkətdə olduğu zaman avtomobildə idarə etmədə nasazlıq yarandığı üçün daşlıq əraziyə sürüşmüşdür. O, yoluna davam edən zaman qəsəbə sakini Hacağa adlı şəxs ona əli ilə işarə edərək maşını saxlamağını bildirmişdir. O da maşını saxlamışdır ki, görsün Hacağa ona nə deyir. Hacağa onun avtomobilinə yaxınlaşmışdır. O, maşının qabaq şüşəsini aşağı eləmişdir ki, görsün nə deyir. Bu zaman o, maşının içərisində olarkən Hacağa onun ünvanına nalayiq söyüşlər söyərək yumruqla vuraraq ağzını partlatmışdır. O, sükan arxasında oturmuşdur. Hacağa açıq şüşədən əlini avtomobilin içərisinə salıb açarı çıxartmış və bir qədər uzağa tullamışdır. O, qapını açaraq maşından düşmüşdür. Yaxınlıqda olan bələdiyyə işçisi Rövşən və kənd icra nümayəndəsi Ramiz müəllim onları ayırmışlar. O da avtomobilinə əyləşib bir qədər irəlidə 250-300 metr qabaqda olan “Hüseyn” kafesinə getmişdir. Kafedə bir qədər oturandan sonra Hacağa və Şahmarın kafeyə daxil olmalarını görmüşdür. Bu dəfə də Hacağa ona yaxınlaşaraq nə üçün avtomobili qəsəbənin içərisində möhkəm sürməsini demişdir. Şahmar da ona həmçinin bildirmişdir ki, qəsəbədə qadın-uşaq olur onun avtomobili sürətlə idarə etməsi hörmətsizlikdir. Aralarında mübahisə olmuşdur. Kafenin işçiləri Elnarə və Fəridə bunu görmüşlər. Hadisədən sonra kafedə işləyən Elnarə təcili tibbi yardıma zəng etmişdir. Həkim briqadası gəlib ona kafenin içərisində ilkin tibbi yardım göstərmişdir. O, özünə gələn zaman özünü tibb işçilərinin yanında görmüşdür. Həkimlər onu ilkin müayinə edərək halının düzəlməsinə kömək etmişlər. Hacağa onun avtomobilini saxladıb demişdir ki, guya o, avtomobilini sürətlə idarə etdiyi üçün avtomobilin şinlərinin altından daş parçaları çıxaraq onun üzərinə səpələnmişdir. Lakin bunlar yalandır və bəhanədir. Əsas hadisə Korgöz qəsəbəsində avtobus dayanacağına yaxın ərazidə baş vermiş, hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Lökbatan qəsəbəsi "xxxx" MMC-nin MKTB-nin Korgöz qəsəbəsində işləyir. Korgöz qəsəbəsində ərazidə təmizlik işləri aparan fəhlələrə və xadimələrə nəzarət edir. 14 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Korgöz qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs “Vaz-2107” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Təqsirləndirilən şəxs Bayramın avtomobilini saxlatmışdır. Bayram da Hacağanın əl işarəsi ilə saxla deməsini görüb maşını saxlamışdır. Bayram avtomobili avtoyuma məntəqəsinin yanında yolun kənarında saxlamışdır. Hacağa ona yaxınlaşaraq onun ünvanına nalayiq ifadələr işlədərək sükanın arxasında oturan Zərərçəkmiş şəxs sifətindən yumruqla vurmuşdur. Bayramın dodağı qanamışdır. O, avtomobildən düşüb Hacağaya yalvarmışdır ki, çıxıb getsin. Bu zaman hadisəni kənardan avtomobillə keçən bələdiyyə sədri Rövşən müəllim və icra nümayəndəsi Ramiz müəllim görmüşdür. Onlar da avtomobildən düşüb Hacağaya yaxınlaşıb onu sakitləşdirib çıxıb getməsini demişlər. Bu zaman qəsəbədə yaşayan Şahid1 oraya yaxınlaşmışdır. Şahmar Hacağanı döyməmişdir. Hadisə 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Hacıbala oğlu öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yaşayır. Əvvəllər məhkum olunmuşdur. Zərərçəkmiş şəxs tanıyır. Bayram Korgöz qəsəbəsində yaşayır. Onunla münasibətləri normaldır. Heç bir ədavəti olmamışdır. Baş vermiş hadisə ilə əlaqədar deyə bilər ki, 14 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Korgöz qəsəbəsində Bayramla onun tanışı qəsəbədə yaşayan Təqsirləndirilən şəxs arasında mübahisə düşmüşdür. Mübahisəyə səbəb Bayramın özünə məxsus “Vaz-2107” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürətlə sürməsi olmuşdur. O, avtoyuma məntəqəsinin yaxınlığına gələndə Bayram maşını saxlamışdır. Orada olan bələdiyyə Rövşəndən soruşmuş ki, nə məsələdir. Rövşən demişdir ki, Bayram maşını bərk sürməsinə görə Hacağa ilə arasında mübahisə düşüb. O da Rövşənə demişdir ki, siz gedin, Hacağanı o, yola salacaqdır. O, Hacağanı yolsa salmışdır. Sonra ikisi birlikdə qəbirstanlığa mərhum qohumlarını ziyarət etməyə getmişlər. Qəbirstanlıqdan qayıdanda isə Hacağaya çay içməyi təklif etmişdir. Onlar birlikdə “Hüseyn” kafesinə getmişlər. Kafeyə gedəndə Bayram içəridə oturmuşdur. O, Bayrama qəsəbədə bir qədər əvvəl maşın sürdüyü kimi hərəkətin düzgün olmadığını bildirmişdir. Lakin aralarında hər hansı dava-dalaş olmamışdır. Bayramı döyməmişdir. O, Bayramın maşınını saxlatmamışdır. O, hadisə yerinə çatanda bələdiyyədə işləyən Rövşənin orada olmasını görmüşdür. O, Bayramı döyməmişdir. Hacağanın da onu vurmasını görməmişdir. Oraya gəlib Hacağanı götürüb onunla qəbirstanlığa getmişlər. Həmin gün onlar Hacağa ilə “Hüseyn” kafesinə təsadüfən çay içməyə getmişlər. Onu döyməmişlər. Sürüyərək kafedən çıxartmamışlar. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X7 10 dekabr 2022-ci il tarixli, 44/779 nömrəli rəyindən görünür ki, , Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – üst və alt dodaqların selikli qişalarının qansızmaları ilə müşayiət olunan, üst çənədə sağdan İ, İİ, soldan İ dişlərin travmatik laxlaması bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 21 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 47 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar