Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-92/2023 27.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2arəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində anası X5 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E320” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini ünvan 3 ünvanın qarşısında olan yolda üzü şəhər istiqamətində 50 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbə əməl etmədiyindən qarşıda həmin yolu sol kənarından sağ kənara doğru çəpinə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin toxumasına və qişaları altına qansızmalar, sağ baldır sümüklərinin açıq, yerdəyişmiş sınıqları, sağ bud, sol baldır sümüklərinin qapalı yerdəyişmiş sınığı, soldan V-İV-Vİ, sağdan İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların qapalı yerdəyişmiş sınıqları və qabırğalar ətrafı yumşaq toxumaların əzələlərə qansızma, ağciyərlərin kökünə qansızma və sol ağciyərin cırılması və alın, sol yanaq, sol baldır və sol dirsək oynağı nahiyəsinin sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, baş beynin əzilməsi, baş beyin toxumasına və qişaları altına qansızmalar fonunda sol ağciyərlərin cırılması, soldan V-İV-Vİ, sağdan İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların, sağ baldır sümüklərin açıq, sağ bud və sol baldır sümüklərinin isə qapalı yerdəyişmiş sınıqları nəticəsində inkişaf edən travmatik və hemorragik şokdan ibarət xəsarətlər yetirməklə hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə “BC” kateqoriyası üzrə sürücülük hüququ əldə etmiş, həmin vaxtdan bu günə kimi fasiləsiz olaraq həmin hüququ əsasında sürücülük vəsiqəsi vardır və həmin ildən sərbəst şəkildə avtomobil idarə edir. Hazırda idarə etdiyi “Mercedes-Benz E320” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil anası X4 adına sənədləşdirilsə də həmin avtomobilin idarə olunması üçün anası tərəfindən ona etibarnamə verilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində anasının Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan qohumunun yas mərasimində iştirak etmək məqsədilə anası ilə bərabər yola çıxmışlar. Anasını Sahil qəsəbəsində yaşayan əmisinin evində düşürdükdən sonra siqaret almaq məqsədilə avtomobil ilə Sahil qəsəbəsində yerləşən Optimal ticarət mərkəzinin yaxınlığındakı mağazaların birinə gedib siqaret almışdır. Daha sonra M.Seyidov küçəsi ilə üzü şəhər istiqamətində hərəkət edərkən Optimal ticarət mərkəzinin qarşısındakı yolun ortasında maneə olduğu üçün yolun hərəkət hissəsinin bir tərəfindəki avtomobillər dayanaraq digər avtomobillərə yol verirmişlər. O da öz yolu ilə hərəkət etdiyi zaman dayanıb qarşıdan gələn avtomobillərə yol vermiş daha sonra yenidən hərəkətə başlamışdır. M.Seydidov küçəsi ilə 40-50 km/saat sürətilə hərəkət edərkən həmin yolun sağ hissəsində olan köməkçi yoldan təxminən 20-30 metr qarşıda bir avtomobil M.Seyidov küçəsinə çıxmış, ondan öndə hərəkət etmişdir. Həmin avtomobil yola çıxdıqdan sonra yoldakı görüntünü məhdudlaşdırmış, yolun sol tərəfində yolu keçmək istəyən üç nəfər qızı görməyinə mane olmuşdur. Lakin həmin qızlar dayanmış, o yoluna davam etmişdir. Yolu keçmək istəyən qızları keçdikdən sonra yolun ortasında bir nəfər uzun boylu, arıq bədən quruluşlu bir yaşlı kişini görmüşdür. Həmin yaşlı kişi yolu sol tərəfdən sağ tərəfə doğru keçmək istəmiş, yaşlı kişi yolun orta hissəsində olduğundan o, idarə etdiyi avtomobili sol tərəfə sürmüş, lakin yaşlı kişi də özünü itirərək irəli-geriyə doğru hərəkət edib geriyə getmişdir. Yolun sol tərəfinə getdiyi zaman o, yaşlı kişini avtomobilin sol tərəfi ilə vurmuşdur. Həmin kişinin baş nahiyəsi avtomobilin ön şüşəsinə dəymişdir. Dərhal avtomobili saxlamış, yaşlı kişinin yerə uzandığını vəziyyətinin ağır olduğunu görmüş, hadisədən təsirləndiyindən özünü itirmiş, ətrafda olan tanımadığı şəxslərə X9 zəng vurmalarını xahiş etmişdir. Ətrafda olanlardan biri TTYS-yə zəng vurmuşdur. Təxminən 15-20 dəqiqə orada dayanmış, orada olduğu müddət ərzində hadisə yerinə TTY avtomobili hələ gəlməmişdir. O, orada olduğu zaman ətrafa çoxlu sayda insanlar yığışmağa başlamışlar. Ora gələn bir nəfər cavan oğlan onun idarə etdiyi avtomobili təpikləyərək avtomobilin sahibi barədə məlumat istəmişdir. Ətrafa toplaşan insanların ona qarşı aqressiv olub ona xəsarət yetirə biləcəklərindən ehtiyat edərək arxa küçəyə keçmişdir. Dərhal xalası oğlu Fərid Kərimzadə ilə əlaqə saxlayıb baş vermiş hadisə barədə məlumat vermiş və hadisə yerində tək olduğunu, onun yanına gəlməsini xahiş etmişdir. Təxminən 5-10 dəqiqə sonra xalası oğlu Fərid, atası, bir neçə nəfər qohumları ilə birlikdə onun yanına gəlmişlər, onlar birlikdə hadisə yerinə getmişlər ki, hadisə yerindən yayınmağını düşünməsinlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini və onlarla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası Zərərçəkmiş şəxs avtomobil ilə vurulması barədə onun hadisə baş verdiyi vaxtdan təxminən 30 dəqiqə sonra məlumatı olmuşdur. Ona məlumat verənin kim olduğunu dəqiq xatırlamasa da, qəsəbə sakini olduğunu qeyd etmişdir. Hadisə barədə ona məlumat verildikdən dərhal sonra o, hadisə yerinə getmiş, hadisə yerinə çatdıqda atası Zərərçəkmiş şəxs artıq vəfat etdiyinin şahidi olmuşdur. Hadisə yerində sürücünün kim olduğunu bilməmiş, həyəcanlı olduğundan sürücünün kim olduğu barədə maraqlanmamışdır. Lakin sonra hadisəni Təqsirləndirilən şəxs oğlunun törətdiyini bilmişdir. Hadisədən dərhal sonra hadisəni törətmiş sürücünün qohumları və özü onlara gəlmiş, atasının dəfni, yas mərasiminin keçirilməsində onlara maddi yardım etmişlər. Tural İsmayılov ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsi barədə məlumatlı deyil, lakin Təqsirləndirilən şəxsla barışmışdır. Daha sonra məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ailəsi tərəfindən maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu onun xalası oğludur. 14 sentyabr 2022-ci il tarixdə axşam saatlarında qohumlar mərhum əmisinin həyətində yığışmışlar. Həmin gün Elvin ona zəng etmiş və yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermişdir. O, Elvindən hadisənin harada baş verməsini soruşmuş və dərhal həmin yerə getmişdir. Hadisə yerinə çox sayda adamların toplaşdığını və əksəriyyətinin aqressiv olduğunu görmüş Elvinə bir qədər arxa küçədə gözləməyi tövsiyə etmişdir. Dərhal atasına, anasına, qohumlarına hadisə barədə xəbər vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 91-ci vərəqəsində olan 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu CM-nın 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 109-110-cu vərəqələrində olan 20 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs verilmiş AE 059608 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi 09 iyun 2030-cu il tarixədək etibarlıdır. Cinayət işinin 64-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AE059608 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 22-ci vərəqəsində olan 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs oğlu T.Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 32-ci vərəqəsində olan T.Zərərçəkmiş şəxs tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlu aralarında heç bir narazılıq yoxdur, imkan daxilində maddi yardım göstərmişlər. Baş vermiş hadisə ilə bağlı heç kimdən şikayət və tələbi yoxdur. Cinayət işinin 42-44-cü vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X3 14 sentyabr 2022-ci il tarixli 86 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində baş beyinin toxumasına və qişaları altına qansızmalar; sağ baldır sümüklərinin açıq, yerdəyişmiş sınıqları; - sağ bud, sol baldır sümüklərinin qapalı yerdəyişmiş sınığı; - soldan V-İV-Vİ, sağdan İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların qapalı yerdəyişmiş sınıqları və qabırğalar ətrafı yumşaq toxumaların əzələlərə qansızma; ağciyərləin kökünə qansızma və sol ağciyərin cırılması; -alın, sol yanaq, sol baldır və sol dirsək oynağı nahiyəsinin sıyrıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, həyatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisə nəticəsində törənə bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb - baş beynin əzilməsi, baş beyin toxumasına və qişaları altına qansızmalar fonunda sol ağciyərin cırılması, soldan V-İV-Vİ, sağdan İ-İİ-İİİ-İV-V-Vİ-Vİl qabırğaların, sağ baldır sümüklərinin açıq, sağ bud və sol baldır sümüklərinin isə qapalı yerdəyişmiş sınıqları nəticəsində inkşaf edən travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olarki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2022-ci il tarixdə saat 20:00-da) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 14 sentyabr 2022-ci il tarixli, 2/30844 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 dekabr 2022-ci il tarixli 8/3091 nömrəli rəyindən görünür ki, «Mercedes Benz E320» markalı ** CY *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 75-81-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk iş üzrə sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs ilə barışmışdır, ailəsi tərəfindən maddi ziyan ödənmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini və onlarla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Təqsirləndirilən şəxs oğluna müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq dövründə göstərilmiş 38 (otuz səkkiz) iş saatı hüquqi yardıma görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə istintaqı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğluna dövlət hesabına göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu “barəsində seçilmiş başqa getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 38 (otuz səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində, məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-92/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-92/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver