Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-93/2023 02.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzinin kargo adlanan ərazisində, idarə etdiyi avtomobillə hərəkətdə olarkən, Zərərçəkmiş şəxs yolun ortasında dayanıb onun hərəkətinə mane olduğuna görə aralarında yaranmış mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs ictimai yerdən kənara apararaq, Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəmnində yaranmış münaqişə zamanı qəsdən sifət nahiyəsindən yumruqla vuraraq Zərərçəkmiş şəxs burun qanaxması ilə müşayiət olunan burun və burunətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi ilə müşayiət edilən, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarət yetirməklə sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində “Sədərək” ticarət mərkəzində müştəri axtarırmış. Həmin ərəfədə bir nəfər tanımadığı şəxs əl arabası ilə qabağında gəzirmiş. O bir neçə dəfə avtomobilin səs siqnalından istifadə edərək yoldan çıxmasını xahiş etmişdir. Lakin həmin şəxs ona məhəl qoymayaraq yoluna davam etmişdir. Bundan bərk qəzəblənərək avtomobili yolun kənarına çəkib avtomobildən düşmüşdür. Həmin şəxsə niyə belə etməsi barədə sual verdikdə o, öz yolu ilə getdiyini ona maneçilik etmədiyini bildimişdir. Bundan bərk qəzəblənərək avtomobilin qapısını bağlayıb bazarda adam çox olduğunu nəzərə alaraq səs-küy düşməsin deyə onu insanlar olmayan cərgəyə aparmış, orada yenidən niyə yolunu kəsməsi barədə Zərərçəkmiş şəxs soruşmuşdur. Zərərçəkmiş şəxs ona yolu ilə getdiyini ona işi ilə məşğul olmasını bildirmişdir. Bərk əsəbləşib sonuncunun sifət nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Sonra onlar ayrılıb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla heç vaxt ədavəti olmamışdır. Onlar mübahisə edən, həmçinin Zərərçəkmiş şəxs xəsarət yetirdiyi zaman həmin hadisəni görən olmamış, həmçinin həmin hadisə təxminən 2-3 dəqiqə aralığında davam etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “Sədərək” T/M-də arabaçı işləyir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində arabası ilə bazarda gəzirmiş. Araba sürdüyü yer piyadalar üçün nəzərədə tutulan yerdir. Həmçinin orada avtomobillərdə hərəkət edir. Arxadan avtomobil siqnalı eşidib çöndükdə üstündə taksi olan **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu müəyyən etmişdir. Sürücü avtomobili saxlayıb düşərək ona yaxınlaşıb “görmürsən siqnal verirəm çəkdə arabanı kənara” demiş, ona yolu ilə getdiyini maneçilik törətmədiyini bildirmişdir. O burada adam çoxdur deyərək bazarın arxa tərəfinə kargolar olan tərəfə aparmışdır. Orada yenidən məsələyə aydınlıq gətirmək üçün onunla mübahisə etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs yolda maneçilik törətmədiyini bildirdikdə isə sonuncu qəfildən onun sifət nahiyəsinə yumruqla vurmağa başlamışdır. Əlini sifətinə tutaraq yerə oturmuş, onun zərbəsinə cavab verməmişdir. Sonra ayağa qalxaraq oradan uzaqlaşmışdır. Onlar mübahisə edən zaman orada onlardan başqa heç kəs olmayıb həmçinin hadisəni görən olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 Qaradağ rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 596 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət-burun qanaxması ilə müşayiət olunan burun və burunətrafı yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi bərk küt əşya təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsvir hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-93/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-93/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver