Məhkəmə qərarları › İş №1(002)-93/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-93/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-93/2025 03.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, Müdafiəçi Mənsi oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs 26 avqust 1991-ci il tarixdə Cəlilabad rayonu, Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), fərdi əmək fəaliyyəti ilə məğşul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 16 dekabr 2024-cü il tarixdə, saat 13:13 radələrində “MAZ 543302-2120” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini adına etibarnamə olmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin ərazisindən idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 24-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda cinayətkarcasına etinasızlıq göstərərək həmin tələbə əməl etməyərək Xocasən istiqamətinə getmək məqsədilə avtomobili Lökbatan-Xocasən yolunun 2,5 km-nə idarə etdiyindən həmin avtomobil Zərərçəkmiş şəxs həmin yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 4-cü hissəsinə əsasən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq göstərərək həmin tələblərə əməl etməyib icazə veriləndən artıq sürətlə Lökbatan qəsəbəsi istiqamətində idarə etdiyi “Tofaş” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “Tofaş” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin 19 aprel 2007-ci ildə Bakı şəhərində doğulmuş X4 baş beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltına qansızma, başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları, sol bud sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, sol diz oynağının əzilmiş yaralarından ibarət dərəcələrinə görə ümumlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər alaraq başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına qansızma xəsarətlərindən hadisə yerində ölümünə, habelə “Tofaş” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs isə sağlamlığına həm ümumlikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağ gözün bayır bucağının, çənəaltı və sağ əlin arxa səthinin əzilmiş yaraları və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən sağ bud sümüyünün orta 1/3nin açıq qəlpəli, yerinidəyişmiş sınığı (cərrahi əməliyyatla bərpası) xəsarətlərindən ibarət ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, “MAZ” markalı yük maşını idarə edir. İdarə etdiyi “MAZ” markalı avtomobili sifariş qəbul etmək üçün əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin inzibati ərazisində saxlayır.16 dekabr 2024-cü il tarixdə günorta radələrində qohumu Mirəli onunla telefonla əlaqə saxlayıb bildirmişdir ki, bir nəfər müştəri Abşeron Port MMC-də dəmir list sifariş vermişdir, həmin sifarişi avtomobilə yükləyib Sumqayıt şəhərinə aparmaq lazımdır. Mirəlinin zəngindən sonra Abşeron Port MMC-də dəmir listləri idarə etdiyi yük avtomobilinin qoşqusuna yüklətdirib Abşeron Port MMC-nin inzibati ərazisindən çıxıb Sumqayıt şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Sumqayıt şəhərinə getmək üçün Lökbatan-Xocasən yoluna asta sürətlə daxil olmağa başlamışdır.Həmin vaxt uzaqda Tofaş markalı avtomobilin Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olduğunu görüb düşünmüşdür ki, yolda olan dairəyə daxil ola bilər. İdarə etdiyi avtomobillə dairəyə daxil olan zaman “Tofaş” markalı avtomobilin onun avtomobilinə tam yaxınlaşdığını görmüşdür. Hadisənin baş verməsinin qarşısını almaq üçün dairəyə daxil olmaq istəsədə həmin “Tofaş” markalı avtomobil idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Toqquşma baş verdikdən sonra hər iki avtomobil dairənin içərisində dayanmışdı. Avtomobildən aşağı düşdükdən sonra “Tofaş” markalı avtomobilin onun idarə etdiyi avtomobilin sol yan hissəsində yerləşən yanacaq çəninə dəydiyini görmüşdür.Dərhal hadisə yerinə çoxlu adamlar toplaşmışdı. Hadisə yerinə yığışan adamların iştirakları ilə “Tofaş” markalı avtomobilin sürücüsünə köməklik edib avtomobildən çıxartmışlar. Lakin həmin avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişinin artıq öldüyünü görmüşdür. Hadisə yerinə gələn X11 avtomobili xəsarət alan sürücünü xəstəxanaya aparmışdır. Hadisə yerində qalıb polis əməkdaşlarını gözləmişdir. Törətdiyi əməldən səmimi peşmandır.Vəfat edən şəxsin yaxın qohumları ilə barışıq əldə etmişdir.Digər Zərərçəkmiş şəxslə barışığa cəhd etmiş, lakin barışıq əldə edə bilməmişdir.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Himayəsində bir azyaşlı uşağı vardır.Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X12 hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, avtomobil qəzasında vəfat edən Sadiq Həsənli onun oğludur. 16 dekabr 2024-cü il tarixdə əvvəllər onunla qonşu olmuş Rəhim Sadiqlə zəngləşərək avtomobil üçün ehtiyat hissələri almaq üçün Babək prospektində yerləşən maşın bazarına getmişlər. 16 dekabr 2024-cü il tarixdə günorta radələrində ona məlumat veilmişdir ki, Lökbatan-Xocasən yolunda Zərərçəkmiş şəxs idarə etdiyi “Tofaş” markalı avtomobil yük avtomobili toqquşmuş və oğlu Sadiq hadisə yerində ölmüşdür. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, digər təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Tofaş” markalı avtomobili etibarnamə əsasında idarə edir.X6 tanıyır və qonşu olaraq onların çox yaxşı münasibətləriimiz olmuşdur.16 dekabr 2024-cü il tarixdə səhər radələrində yaşadığı Lökbatan qəsəbəsində Sadiqlə görüşmüş və bir yerdə “Vasmoyun bazarı” adlanan yerə avtomobilin salonuna aid işıqlar almağa getmişlər. Bazardan avtomobilə dair işıqları alıb yenidən Yasamal rayonuna qayıtmışlar. Yasamal rayonunda səs gücləndiriciləri usta təmir etdiyi üçün həmin əşyaları götürüb yaşadığarı Lökbatan qəsəbəsinə qayıtmaq üçün avtomobilə əyləşmişlər. Sadiq onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmişdir. Avtomobillə Lökbatan-Xocasən yolunda 100 km/saat sürətlə hərəkətdə olan zaman uzaqdan yolun sağ tərəfində yerləşən Abşeron Port MMC- yük avtomobilinin qoşqusu ilə birlikdə hərəkətdə olduğu yolda olan uzun dairəyə daxil olmaq üçün hərəkətə başladığını görmüş və əvvəlcə elə düşünmüşdür ki, yük avtomobilinin sürücüsü ona yol verəcəkdir. Lakin həmin avtomobilin sürücüsü hərəkətinə davam etdiyi üçün hərəkətdə olduğu yolun orta hissəsində yük avtomobili ilə toqquşmuşdur.Zərbədən huşunu itirmişdir. Huşu özünə gəldikdə X1 və yanında əyləşmiş Sadiq Həsənlinin vəfat etdiyini bilmişdir.Hal hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanılmışdır. İş materiallarından görünür ki, 12 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, eyni tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 16 dekabr 2024-cü il tarixli, 136 nömrəli rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətbaş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızma,başın alın –təpə və sağ gicgah sümüklərinin xətti sınıqları,sol bud sümüyünün aşağı 1/3-nin qapalı,yerinidəyişmiş sınığı,sol diz oynağının əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirində törənimişlər.Qeyd olunan xəsarətlər həyatidirlər,ölümündən az əvvəl törənmişlər,ölümü ilə bir başa səbəbli əlaqəlidirlər.qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il atrixdə sərnişin qismində olarkən baş vermiş yo nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcəərinə görə ümumilik həyat üçün təhlüləli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər.Mərhum S.A.Nəsənlinin ölümünə səbəb başın alın-təpə və sağ gicgah sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki,S.A.Həsənovun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il ,saat 15:00-da) 2-4 saat əvvəl baş vermidir.Mərhum S.A.Həsənlinin meyitindən götürülmüş qanda məhkəmə-Kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir.(4369/k saylı,xx.xx.2024-cü il tarixli AKT) İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 18 yanvar 2025-ci il tarixli, 13 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət sağ bud sümüyünün orta 1/3-nin açıq qəlpəli ,yerini dəyişmiş sınığı(cərrahi əməliyyatla bərpası) sağ gözün baır bucağının çənəaltı və sağ əlin arxa səthinin əzilmiş yaraları bərk küt əşya(əşyalar) təsirindn törənmişlər qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sab bud sümüyünün orta 1/3-nin açıq qəlpəli yerinidəyişmiş sınığı (cərrahi əməliyyatla bərpası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir sağ gözün bayır bucağının çənəaltı və ağ əlin arxa səthinin əzilmiş yaraları isə həm ümimilikdə və həm də ayrı ayrılıqda sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.Vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki.həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni idarə etdiyi minik avtomaşınında baş vermiş yo nəqliyyat hadiəssi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 16 dekabr 2024-cü il tarixli, 2/70171 nömrəli protokoldan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYP-dən təqdim edilmiş 12 fevral 2025-ci il tarixli, 3-13-16/2-28939/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı oolan) VD 433761 nömrəli «B C CE « kateqoriyalı sürücülük vəsiqəsi verilmiş sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X2 Xidmətindən götürülmüş içərisində videogörüntü olan 01 ədəd DVD disk məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 16 dekabr 2024-cü il tarixdə, saat 13:13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən yolunda “Tofaş” markalı avtomobilin yüksək sürətlə hərəkət edərək Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman "xxxx" MMC-dən həmin yolda olan dairəyə daxil olmaq istəyən yük avtomobilinin sol qabaq tərəfi ilə toqquşur İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materillarına əlavə edilmiş AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X7 adında bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axarı zəmində ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirlən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsinin görünütüsünü əks etdirən bir ədəd DVD disk iş materiallarında saxlanılmalı, “MAZ 543302-2120” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Təqsirləndirilən şəxs qaytarılması, “Tofaş” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsinin görünütüsünü əks etdirən bir ədəd DVD disk iş materiallarında saxlanılsın və “MAZ 543302-2120” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Təqsirləndirilən şəxs qaytarılması, “Tofaş” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar