Məhkəmə qərarları › İş №1(002)-94/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-94/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-94/2024 22.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb edildikləri cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində dostluq etdiyi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz qeyri yaşayış sahəsinin daş hasarını aşmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan dəyəri 4 manat 50 qəpik olan 15 metr uzunluğunda 03 mm-lik mis tərkibli elektrik naqilini, dəyəri 40 manat olmaqla 01 ədəd 40 litrlik aliminium qazanı, dəyəri 30 manat olan uzunluğu 143 sm, eni 115 sm, qalınlığı 0,25 mm olan 01 ədəd dəmir barmaqlığı, dəyəri 100 manat olan eni 90 sm, hündürlüyü 2 metr olan tövlə qapısını, dəyəri 30 manat olan 10 mm-lik hər biri 3 metr olan 10 ədəd metal boru parçaları, dəyərləri ayrı-ayrılıqda 20 və 11 manat cəmi dəyəri 62 manat olan heyvanlar üçün 4 ədəd dəmir yem qabları və ümumi dəyəri 19 manat 50 qəpik olan 4 ədəd ağır metaldan hazırlanmış profilləri, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 286 manat dəyərində əmlakı gizli talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 15 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində dostluq etdiyi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz qeyri-yaşayış sahəsinin daş hasarını aşmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan dəyəri 4 manat 50 qəpik olan 15 metr uzunluğunda 03 mm-lik mis tərkibli elektrik naqilini, dəyəri 40 manat olmaqla 01 ədəd 40 litrlik aliminium qazanı, dəyəri 30 manat olan uzunluğu 143 sm, eni 115 sm, qalınlığı 0,25 mm olan 01 ədəd dəmir barmaqlığı, dəyəri 100 manat olan eni 90 sm, hündürlüyü 2 metr olan tövlə qapısını, dəyəri 30 manat olan 10 mm-lik hər biri 3 metr olan 10 ədəd metal boru parçaları, dəyərləri ayrı-ayrılıqda 20 və 11 manat cəmi dəyəri 62 manat olan heyvanlar üçün 4 ədəd dəmir yem qabları və ümumi dəyəri 19 manat 50 qəpik olan 4 ədəd ağır metaldan hazırlanmış profilləri, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 286 manat dəyərində əmlakı gizli talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə dostluq münasibəti vardır. Onlar Zərərçəkmiş şəxs həyətində metal və digər əmlakın olduğunu hadisəni törətməmişdən bir gün qabaq ərazini gəzib metal axtararkən görmüşlər. 15 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2 ilə görüşərək qonşuluqda Zərərçəkmiş şəxs əvvəl ferma kimi istifadə etdiyi, hazırda yaşayış olmayan həyətindən oğurluq etməyi qərara almışlar. Bu məqsədlə Zərərçəkmiş şəxs fermasının arxa hissəsinə gələrək hasardan həyətə keçmiş, həyətdə rastlarına çıxan 01 ədəd aliminum qazanı, 01 ədəd dəmir barmaqlığı, bir ədəd tövlə qapısını, 04 ədəd dəmir yem qablarını, 4 ədəd ağır metaldan profilləri, bir neçə qara metaldan olan boru parçalarını götürüb hasardan küçəyə çıxarmışlar. Sonra isə həyətdə olan daxmadan fermaya çəkilən elektrik naqilini kəsib götürmüş və onları yaxınlıqda bir həyətdə gizlədərək evlərinə getmişlər. Səhər saat 09 radələrində Təqsirləndirilən şəxs2la görüşərək taksi ilə oğurladıqları əmlakı gizlətdikləri yerə getmiş, həmin əşyaları avtomobilin yük yerinə yükləyib metal qəbul edilən məntəqəyə 56 manata satmışlar. Aliminium qazanı, metal boru parçalarını və elektrik naqilini isə bir neçə gündən sonra həyətləri gəzib metal qırıntıları yığan şəxslərə 18 manat 80 qəpiyə satıb pulunu bölmüşlər. Daha sonra əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə dostluq münasibəti vardır. Onlar Zərərçəkmiş şəxs həyətində metal və digər əmlakın olduğunu hadisəni törətməmişdən bir gün qabaq ərazini gəzib metal axtararkən görmüşlər. 15 oktyabr 2023cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs1 ilə görüşərək qonşuluqda Zərərçəkmiş şəxs əvvəl ferma kimi istifadə etdiyi, hazırda yaşayış olmayan həyətindən oğurluq etməyi qərara almışlar. Bu məqsədlə Zərərçəkmiş şəxs fermasının arxa hissəsinə gələrək hasardan həyətə keçmiş, həyətdə rastlarına çıxan 01 ədəd aliminum qazanı, 01 ədəd dəmir barmaqlığı, bir ədəd tövlə qapısını, 04 ədəd dəmir yem qablarını, 4 ədəd ağır metaldan hazırlanmış profilləri, metal tərkibli bir neçə boru parçalarını götürüb hasardan küçəyə çıxarmışlar. Sonra isə həyətdə olan daxmadan fermaya çəkilən elektrik naqilini kəsib götürmüş və onları yaxınlıqda bir həyətdə gizlədərək evlərinə getmişlər. Səhər saat 09 radələrində Təqsirləndirilən şəxs1la görüşərək taksi ilə oğurladıqları əmlakı gizlətdikləri yerə getmiş, həmin əşyaları avtomobilin yük yerinə yükləyib metal qəbul edilən məntəqəyə 56 manata satmışlar. Aliminium qazanı, metal boru parçalarını və elektrik naqilini isə bir neçə gündən sonra həyətləri gəzib metal qırıntıları yığan şəxslərə 18 manat 80 qəpiyə satıb pulunu bölmüşlər. Daha sonra əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massivdə nömrəsiz ünvanda qeyri-yaşayış sahəsi vardır. Həmin qeyriyaşayış sahəsi daşla hasara alınmış və dəmir darvazası vardır. Əvvəllər həmin ünvanda mal-qara saxlamışdır. Həmin yerdə ona məxsus dəmir barmaqlıqlar, aliminium su qabları, aliminium qazanlar, dəmir armaturlar, işlənmiş adi dəmirdən qapılar olmuşdur. 28 oktyabr 2023-cü il tarixdə həmin ünvana gəldikdə həyətdə olan əlvan metal boru, metal profillər, dəmir barmaqlıqlar, bir ədəd aliminium qazan və qabların, həmçinin elektrik naqillərinin kəsilib oğurlandığını müəyyən etmişdir. Bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Oğurlanmış əmlak 15 metr uzunluğunda 03 mm olan mis tərkibli elektrik naqili, 01 ədəd 40 litrlik aliminium qazan, 01 ədəd uzunluğu və eni 01 metrdən artıq olan dəmir barmaqlıq, heyvanlar üçün 4 ədəd dəmir yem qabları, 4 ədəd ağır metal profillər, bir ədəd dəmir barmaqlıq formasında eni 90 sm, uzunluğu 2 metr olan tövlə qapısı və kiçik ölçülü 10 mm-lik 1-3 metrlik metal boru parçaları,15 metr uzunluğunda mis tərkibli elektrik naqilləri, 01 ədəd 40 litrlik aliminium qazan, metal tərkibli boru parçaları olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizələr təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsində Şahid göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qara və əlvan metal qırıntıları, plastik şüşə və materialların qəbulu məntəqəsində günəmuzd fərdi qaydada fəhlə işləmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində gündüz saatlarında məntəqəyə iki nəfər cavan oğlanlar tərəfindən dövlət qeydiyyat nişanını xatırlamadığı «jiquli» markalı avtomobilin damındakı yük yerində bir ədəd dəmir barmaqlıq, 04 ədəd metal profillər, iki ədəd metal boru kəsiyindən hazırlanmış heyvanlar üçün istifadə edilən yem qabları gətirilmişdir. Həmin əmlak onun tərəfindən çəkildikdən sonra hesablanaraq həmin şəxslərə 56 manat pul verilmişdir. Həmin şəxslər qəsəbə sakinləri olduğundan onlardan şəxsiyyətlərini təsdiq edən sənəd tələb edilməmişdir. Qəbul edilmiş mallar köhnə olduğundan cinayət yolu ilə əldə edilməsi şübhə doğurmamışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 17-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 27-28-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 17:00-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 57-58-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 11:30) Cinayət işinin 1-ci cildinin 77-79-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-ci il tarixdə tərtib olunmuş tələbnamədən, cinayət işinin 84-87-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmüdən və iş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun barəsində hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsinə daxil olmuş, lakin qeydiyyata alınmadığından ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Cinayət işinin 1-ci cildinin 88-89-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmış, həmin qərar təqsirləndirilən şəxsə 14 noyabr 2023-cü il tarixdə saat 09:00da elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 90-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə tutulma tətbiq edilməsi, tutulduğu andan Qaradağ RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 94-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 20:10-da 10-cu PŞ-nə gəlmişdir. Cinayət işinin 1-ci cildinin 119-cu vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cildinin 120-121-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən xx.xx.2023-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 123-124-cü vərəqələrində olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2014-cü il tarixdə X8 ilə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2014-cü il tarixdə Hümbətova Aysun və xx.xx.2015-ci il tarixdə Hümbətov İbrahim doğulmuşdur. Cinayət işinin 127-129-cu vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 dekabr 2023-cü il tarixli 9/8369 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 6 adda malların orta istismar müddət və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 50,50 manat müəyyən olunur. Digər iki adda mallar haqqında kifayət qədər məlumat (hündürlüyü) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Belə ki, 04 ədəd müxtəlif ölçülərdə qara metaldan profillərin cəmi dəyəri 19 manat 50 qəpik, iki ədəd müxtəlif ölçülü heyvanların yem qablarının dəyəri ümumilikdə 31 manat, 02 ədəd dəmir barmaqlığın qiymətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 126-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Cinayət işinin 136-cı vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2023-cü il tarixli 9/9427 №-li əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 20 il istifadədə olması və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: Fotoşəkillərə əsasən 01 ədəd uzunluğu 143 sm, eni 115 sm, qalınlığı 0,25 mm olan dəmir barmaqlıq-30,0 manat; fotoşəkillər təqdim edilməyən 04 ədəd mallar 174,50 manat müəyyən olunmuşdur. Fotoşəkilləri tədqiqata təqdim edilməyən mallar: bir ədəd 40 litrlik aliminum qazan - 40 manat, 15 metr uzunluqda mis tərkibli 3 mm-lik elektrik naqili 4 manat 50 qəpik, dəmir barmaqlıqlı eni 90 sm, hündürlüyü 2 metr olan tövlə qapısı 100 manat, 10 mm-lik 3 metrlik 10 ədəd metal boru parçaları 30 manat təyin olunmuşdur. Cinayət işinin 138-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Cinayət işinin 156-163-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı müəyyən edilərək götürülmüş 04 ədəd metal profillər, iki ədəd metal materialdan hazırlanmış heyvanlar üçün nəzərdə tutulmuş yem qabları, bir ədəd dəmir barmaqlıq maddi sübut kimi tanınmış və məhkəmənin hökmünədək saxlanca verilmişdir. Cinayət işinin 166-167-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 188-189-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 qohumluq məlumatından görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X10 və xx.xx.2015-ci il tarixdə doğulmuş X9 atası Təqsirləndirilən şəxs1dur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, o, təqsirləndirilən şəxslər ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş digər sənədlər ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə tərəfindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, törətdiyi cinayət əməli səbəbindən ona azadlığın məhdudlaşdırılması növündə təyin edilmişcəza üzrə qeydiyyata alınmadan yenidən cinayət törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi nəzərə alınmaqla qismən birləşdirilməli və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 in əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 13 noyabr 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək tutulub saxlanıldığı müddət, yəni 02 (iki) gün bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin maddi sübutlarla bağlı məsələni məhkəmə müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin istintaqı zamanı müəyyən edilərək götürülmüş 04 ədəd metal profillər, iki ədəd metal materialdan hazırlanmış heyvanlar üçün nəzərdə tutulmuş yem qabları, bir ədəd dəmir barmaqlıq hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilər X1 və X2, məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmiş Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 150 (yüz əlli) manat pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 150 (yüz əlli) manat pul, məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx manat) manat pul və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx manat) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş hazırkı cəza Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə həmin Məcəllənin 68.1.1-1-ci maddəsi nəzərə alınmaqla (azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) qismən birləşdirilsin və ona qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 ibtidai istintaq zamanı tutulub saxlanıldığı 02 (iki) gün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut olan və cinayət işinin istintaqı zamanı müəyyən edilərək götürülmüş 04 ədəd metal profillər, iki ədəd metal materialdan hazırlanmış heyvanlar üçün nəzərdə tutulmuş yem qabları, bir ədəd dəmir barmaqlıq hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 150 (yüz əlli) manat pul, Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 150 (yüz əlli) manat pul, məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx manat) manat pul və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx manat) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar