Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-95/2022 13.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 13:00, Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli (himayəsində bir azyaşlı uşağı olan), işləməyən, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yataqxana 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 18.01.2022-ci il tarixdə saat 19:30-da Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən narkotik sərxoşluq halında olması barədə şübhələr yarandığından ünvan 2ndə yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq Qaradağ RPİnin 10-cu polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 21:10-da üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli şalvarının qabaq sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümdə təmiz çəkisi 0,282 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 7-8 ay olar ki, narkotik vasitə heroin qəbul edirmiş. O, narkotik vasitə heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul edir. Narkotik vasitə heroin qəbul etdiyinə görə əvvəllər məhkum olunmamışdır, hər hansı bir psixi xəstəliyi yoxdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, 17.01.2021-ci il tarixdə o, Abşeron rayonu, Qobu qəsəbəsinə getmişdir. Orada tanımadığı 30-35 yaşlı bir kişi cinsli şəxs ona yaxınlaşaraq narkotik vasitə heroin satdığını bildirib narkotik vasitə heroin almağını təklif etmişdir. O da narkotik vasitə heroin qəbul etdiyi üçün həmin şəxsin təklifi ilə razılaşmış, 10 manat pulun müqabilində həmin şəxsdən 01 ədəd selofan bükülüdə olan narkotik vasitə heroini almış, üzərində saxlamış, lakin qəbul etməmişdir. 18.01.2022-ci il tarixdə saat 19:20 radələrində yaşadığı ünvan 2ndə yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxıb evin qarşısında dayanmış, əlverişli bir şərait axtarmışdır ki, heroindən istifadə etsin. Təxminən 10 dəqiqə sonra küçə ilə keçən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. O da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, onun narkotik sərxoşluğunda olmağı barədə onlarda şübhə yaranmışdır. Polis əməkdaşları ondan narkotik vasitə qəbul edib-etməməyini, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. O da səmimi olaraq polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitə aludəçisidir, hazırda üzərində narkotik vasitə heroin vardır. Onun sözlərindən sonra polis əməkdaşları onu Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. 10-cu PB-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəklinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da əynindəki tünd göy rəngli şalvarının qabaq sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləndə üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, iysiz, toz şəkilli narkotik vasitə heroin aşkarlanmışdır. Ondan həmin bükümdə nə olduğunu soruşanda bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “kakos” yəni heroin vardır, həmin narkotik vasitəni 17.01.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Bir daha bildirir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin onundur, öz istifadəsi üçün əldə etmişdir, həmin maddəni kimə isə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Polis əməkdaşları onu 10-cu polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir formada zor tətbiq etməmişlər. O, narkotik vasitə heroinin qəbulu ilə məşğul olsa da heç vaxt satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul edir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə rəisi Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2011-ci ildən DİO-da, 2016-cı ildən Qaradağ RPİ-nin 10-cu PB-də polis sahə rəisi vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır, xidməti ərazisi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsidir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 18.01.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı Şahid1 ilə ünvan 2ndə hərəkətdə olarkən fərdi yaşayış evlərinin birinin qarşısında bir nəfər cavan oğlanın sağ-sola tərəf baxmasını, özünü şübhəli aparmasını görüb Şahid1 ilə həmin şəxsə yaxınlaşmışlar. Həmin cavan oğlan ona yaxınlaşmaqlarını görüb özünü itirmişdir. Onlar həmin şəxsə özlərini təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsdən harada yaşadığını soruşanda bildirmişdir ki, yaşadığı evin qarşısında dayanmışdır. Həmin şəxsin narkotik sərxoşluğunda olmağı barədə onlarda şübhə yarandığından ondan narkotik vasitə qəbul edib-etməməyini, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə aludəçisidir, hazırda üzərində narkotik vasitə heroin vardır. Onun bu sözlərindən sonra onu Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya (lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının qabaq sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləndə üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, iysiz, toz şəkilli narkotik vasitə heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşanda bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “kakos” yəni heroin vardır, həmin narkotik vasitəni 17.01.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisindəki maddə narkotik vasitə heroin olmuşdur. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, tərəflərindən aparılmış şifahi araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik aludəçisi olmaqla heç bir ictimai faydalı əməklə məşğul olmur, narkotik vasitələri əldə etmək üçün pulu ailə üzvlərindən, o cümlədən yaşlı anasından hədə qorxu ilə tələb etməklə əldə edir. Mütəmadi olaraq evdə dava-dalaş salmaqla narkotik vasitələri əsasən ailə üzvlərinin, o cümlədən azyaşlı uşağının yanında qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2008-ci ildən DİO-da, 2015-ci ildən Qaradağ RPİ-nin 10-cu PB-də polis sahə inspektoru vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır, xidməti ərazisi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsidir. İşin mahiyyəti üzrə bildirir ki, 18.01.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis kapitanı Şahid3 ilə ünvan 2ndə hərəkətdə olarkən fərdi yaşayış evlərinin birinin qarşısında bir nəfər cavan oğlanın sağ-sola tərəf baxmasını, özünü şübhəli aparmasını görüb Şahid3 ilə həmin şəxsə yaxınlaşmışlar. Həmin cavan oğlan ona yaxınlaşmaqlarını görüb özünü itirmişdir. Onlar həmin şəxsə özlərini təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsdən harada yaşadığını soruşanda bildirmişdir ki, yaşadığı evin qarşısında dayanmışdır. Həmin şəxsin narkotik sərxoş olmağı barədə onlarda şübhə yarandığından ondan narkotik vasitə qəbul edib-etməməyini, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə aludəçisidir, hazırda üzərində narkotik vasitə heroin vardır. Onun bu sözlərindən sonra onu Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının qabaq sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləndə üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, iysiz, toz şəkilli narkotik vasitə heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşanda bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “kakos” yəni heroin vardır, həmin narkotik vasitəni 17.01.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində tanımadığı şəxsdən 10 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisindəki maddə narkotik vasitə heroin olmuşdur. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində ona əvvəllər də ailə üzvləri tərəfindən şifahi şikayətlər edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik aludəçisi olmaqla heç bir ictimai faydalı əməklə məşğul olmur, narkotik vasitələri əldə etmək üçün pulu ailə üzvlərindən, o cümlədən yaşlı anasından hədə qorxu ilə tələb etməklə əldə edir. Mütəmadi olaraq evdə dava-dalaş salmaqla narkotik vasitələri əsasən ailə üzvlərinin, o cümlədən azyaşlı uşağının yanında qəbul edir. Onda olan məlumata görə də Təqsirləndirilən şəxs həbs olunana qədər narkotik vasitələrdən mütəmadi istifadə etməkdə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 10-cu PB-nin digər əməkdaşları Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli 6/341 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,282 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,282 qr., sərf edildi: 0,050 qr., qalıq: 0,232 qram. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 01 fevral 2022-ci il tarixli 448 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 18.01.2022-ci il tarixli protokola Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,282 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 0,232 qram narkotik vasitə heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskəməhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının qabaq sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşanda bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “kakos” yəni heroin vardır. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləndə üzərindən hər hansı bir əşya aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əhmədov X6 rayon Məhkəməsinin 20.06.2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 500 manat cərimə cəzasına məhkum edilmiş və 20.08.2012-ci il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06.08.2018-ci il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 18 yanvar 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 20 yanvar 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbs edilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,232 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 16 mart 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,232 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-95/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-95/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver