Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-95/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan 28 sentyabr 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman tərəflərindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X8 kompleksi 1, bina 9 ünvanının yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilməklə, dəvət edilmiş müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 17:20 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd göy rəngli şalvarın sağ yan tərəfindəki kiçik ölçülü cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,226 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, təxminən iki aya yaxındır ki, kakos, yəni narkotik vasitə olan heroin istifadə edir. 28 sentyabr 2022-ci il tarixdə, Yasamaldan tanımadığı şəxsdən 5 manata bir büküm heroin almışdır. Bükümü də sonra istifadə etməsi üçün əynində olan şalvarının cibinə qoymuşdur. 29 sentyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı 9 nömrəli binanın qarşısında dayanmışdır. Həmin vaxt keçmiş həyat yoldaşı X3 da yanında dayanmış və söhbət edirmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 10-cu PB-nə dəvət etmişlər. O da həmin polis əməkdaşları ilə birlikdə 10-cu Polis bölməsinə gəlmişdir. Polis böməsində üzərində şəxsi axtarış keçirilən zaman o, əynindəki şalvarının cibindən içərisində narkotik vasitə kokos olan bükümü təqdim etmişdir.Törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edili və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə saat təxminən 14.00 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə inzibati ətazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, X8 Kompleksi 9 saylı binanın qarşısında 2 nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələnərək həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsləri Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Həmin şəxsləri Qaradağ RPİnin 10-cu PB-nə təhvil vermişlər. 10-cu PB-nə gəldikdə həmin şəxslərin Təqsirləndirilən şəxs və X3 olduğu onlara məlum olmuşdur. Daha sonra təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ kiçik cibindən qızılı rəngli siqaret kağızına bükülmüş olan 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra həmin bükülünü içərisində narkotik vasitə kakos olduğunu bildirmişdir. Həmin bükülü açılarkən içəsirində qəhvəyi rəngli toz şəklində maddə aşkar olunmuşdur. İş materillarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında videogörüntü olan CD diskə məhkəmə iclası zamanı keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, Şahid1, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili, Şahid2 və müdafiəçi X2 iştirakı ilə videoçəkiliş vasitəsilə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynində göy rəngli rəngli şalvarın sağ yan kiçik cibindən siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Daha sonra həmin büküm açılır, bükümün içərisindən qəhvəyi rəngli, toz şəkilli maddə aşkarlanır. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşanda bildirir ki, bükümün içərisində kakos vardır və onu xx.xx.2022-ci il tarixdə axşam saatlarında Yasamaldan almışdır.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyulur, üzəri iştirakşılar tərəfindən imzalanaır və sonradan möhürlənir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 6/5609 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-0,226 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materillarında olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsin xx.xx.2022-ci il tarixli, 7245 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,226 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırkı 0,176 qram qalığı isə məhkəmənin hökmünə Qaradağ RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Qaradağ RPİ MSY gətirilməsi üçün axtarış elan edilmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə tutulmuşdur. İş materillarında olan qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, əməlini səmimi etiraf etməsi və səmimi peşmançılığı cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,176 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış içərisində videogörüntü olan DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 44 (qırx dörd) saata görə 264 (iki yüz altmış dörd) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 03 (üç) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,176 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış içərisində videogörüntü olan DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 44 (qırx dörd) saata görə 264 (iki yüz altmış dörd) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-95/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-95/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver