Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-95/2025 16.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1976-cı il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi və direktoru, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 247 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan dövlətin mülkiyyətində və hüquqi və fiziki şəxslərin istifadələrində olan torpaq sahələrini texnika və avadanlıqlarını ərazidə yerləşdirməklə özbaşına tutmuş, tamah niyyəti ilə obyektdə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi qulluq mövqeyinə əsasən həmin qaydaları pozması ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağından mişar daşı hasil etməklə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 28 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsində hüquqi ünvanı ünvan 3ətli cəmiyyəti təsis etmiş və 06 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsində vergi uçotuna aldırmaqla ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) altında fəaliyyətini təşkil etmiş, həmin kommersiya təşkilatının rəhbəri (təsisçi və qanuni təmsilçisi) qismində cəmiyyəti (hüquqi şəxsi) təmsil etmək, cəmiyyətin (hüquqi şəxsin) adından qərarlar qəbul etmək, cəmiyyətin fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxs kimi “Babək” firması (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli 25 illik torpaq icarə müqaviləsi əsasında həmin müəssisənin istifadəsində olan Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında X-73042.7 Y-85260, X-72992 Y- 85282.8, X-72930 Y-85114.5, X-72981.8 Y-85094 koordinatları daxilində 01 hektar torpaq sahəsini icarəyə götürdükdən sonra, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsi tərəfindən 05 il müddətinə verilmiş xx.xx.2008-ci il tarixli 00357 №li “Dağ-mədən ayırması” aktı üzrə həmin 01 hektar torpaq sahəsində faydalı qazıntıların çıxarılması ilə bağlı icazənin müddəti 25 iyul 2013-cü il tarixdə bitməsinə baxmayaraq, xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, tamah niyyəti ilə ətraf mühitin mühafizə qaydalarını pozaraq qanunsuz mişar daşı hasilatı aparmaqla gəlir əldə etmək üçün Azərbaycan Respublikasının Topraq Məcəlləsinin 57-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 27 aprel 1998-ci il tarixli 701 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerin təki haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə zidd olaraq hər hansı torpaq ayırma sənədləri, yəni mülkiyyət, istifadə, icarə hüququ olmadan əvvəlcə 01 avqust 2013-cü ildən 24 avqust 2021-ci ilədək olan dövrdə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında X-385037 Y-4471030, X-384915 Y- 4470979, X-384907 Y-4471008, X-384965 Y-4471029, X-385031 Y-4471052 koordinatları daxilində 3411 kvadrat metr ölçüdə və X-385076 Y-4470979, X-385065 Y-4471017, X- 385098 Y-4471053, X-385195 Y-4471081, X-385207 Y-4471039, X-385112 Y-4471007 koordinatları daxilində 6480 kvadrat metr ölçüdə dövlət mülkiyyətinə məxsus və “Babək” firmasının istifadəsində olan torpaq sahələrini, həmin ərazilərdə qanunsuz mişar daşı hasilatının aparılmasının dayandırması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X4 tərəfindən 24 avqust 2021-ci il tarixdə 000450 nömrəli akt tərtib olunmaqla xəbərdarlıq edildikdən sonra tamah niyyəti ilə ətraf mühitin mühafizə qaydalarını pozmaqla qanunsuz mişar daşı hasilatı aparılması məqsədilə torpaq sahələrini özbaşına tutmaqdan ibarət vahid qəsdlə əhatə olunan hərəkətlərini davam etdirərək 27 aprel 2023-cü ildən 01 mart 2024-cü ilədək olan dövrdə Bakı şəhəri Qaradağ rayonu “Güzdək” əhəngdaşı yatağında X-385092 Y-4470801, X-385054 Y-4470785, X-385033 Y- 4470836, X-385079 Y-4470852 koordinatları daxilində dövlət mülkiyyətinə məxsus və “Babək” firması ilə fərdi sahibkar Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli 99 illik torpaq icarə müqaviləsi əsasında sonuncunun istifadəsinə ayrılmış 2400 kvadrat metr ölçüdə torpaq sahəsini, həmin ərazidə qanunsuz mişar daşı hasilatının aparılmasının dayandırması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X4 tərəfindən xx.xx.2024-cü il tarixdə 000169 nömrəli akt tərtib olunmaqla xəbərdarlıq edildikdən sonra isə vahid qəsdlə əhatə olunan ətraf mühitin mühafizə qaydalarını pozmaqla qanunsuz mişar daşı hasilatı aparılması məqsədilə torpaq sahələrini özbaşına tutmaqdan ibarət hərəkətlərini davam etdirərək həmin tarixdən, yəni 01 mart 2024-cü ildən 23 may 2024-cü ilədək olan dövrdə eyni yataqda X-385053 Y-4471008, X- 385055 Y-4470997, X-384934 Y-4470955, X-384930 Y-4470968 koordinatları daxilində dövlət mülkiyyətinə məxsus və “Babək” firmasının istifadəsində olan 1600 kvadrat metr ölçüdə, qeyd olunan hər üç dövrdə ümumilikdə 13891 kvadrat metr ölçüdə torpaq sahəsini özünün istifadəsində olan NKM-2U markalı şırımaçan maşını və SM-89M markalı daşkəsən kombaynı həmin ərazilərdə yerləşdirməklə özbaşına tutmuşdur. Qeyd olunan torpaq sahələrini özbaşına tutduqdan sonra Təqsirləndirilən şəxs "xxxx" məhdud məsuliyyətli cəmiyyətin rəhbəri olmaqla cəmiyyəti (hüquqi şəxsi) təmsil etmək, cəmiyyətin (hüquqi şəxsin) adından qərarlar qəbul etmək, cəmiyyətin fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük, yəni həmin torpaq sahələrində mişar daşı hasilatı aparmaqla gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, həmçinin mişar daşı karxanasında faktiki rəhbərliyi həyata keçirən sahibkar olaraq “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət göstərmək üçün xüsusi razılıq (lisenziya) almaq, habelə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara), Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesində geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi və digər tələblərə, həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazənin bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilməsi tələbinə, eləcə də, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi ilə bağlı tələblərə qəsdən əməl etməyib, vahid qəsdlə əhatə olunan torpaq sahələrini özbaşına tutub orada ətraf mühitin mühafizə qaydalarını pozmaqla qanunsuz mişar daşı hasilatı aparılmasından ibarət hərəkətlərini davam etdirərək, müvafiq icazə olmadan 01 avqust 2013-cü ildən 24 avqust 2021-ci ilədək olan dövrdə özbaşına tutduğu 9891 kvadrat metr ölçüdə torpaq sahəsində orta istismar dərinliyi 2 və 2.4 metr olmaqla 3140,1 m3 həcmində, 27 aprel 2023-cü ildən 01 mart 2024-cü ilədək olan dövrdə özbaşına tutduğu 2400 kvadrat metr ölçüdə torpaq sahəsində orta istismar dərinliyi 1.6 metr olmaqla 3840 m3 həcmində və 01 mart 2024-cü ildən 23 may 2024-cü ilədək olan dövrdə özbaşına tutduğu 1600 kvadrat metr ölçüdə torpaq sahəsində orta istismar dərinliyi 0.4 metr olmaqla 640 m3 həcmində, göstərilən bütün dövrlər ərzində özbaşına tutduğu ümumilikdə 13891 kvadrat metr ölçüdə torpaq sahəsində ümumilikdə 7620,1 m3 həcmində mişar daşını NKM-2U markalı şırımaçan maşını və SM-89M markalı daşkəsən kombayndan istifadə edərək kəsib çıxarmaqla qanunsuz hasil edib dövlətə və təbiətə 54121,54 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə də, xx.xx.2013-cü ildən xx.xx.2021-ci ilədək olan dövrdə, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövrdə və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövrdə törətdiyi yuxarıda qeyd olunan əməlləri ilə, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vahid niyyətlə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi istismar işlərinin aparıldığı Bakı şəhəri Qaradağ rayonunda “Güzdək” əhəngdaşı yatağında Yer səthinin relyefinin deformasiyası, massivin geoloji strukturunun, torpaqaltı qruntun və torpağın dəyişməsi, torpağın mexaniki zədələnməsi, süxurlarda yüksək çatların əmələ gəlməsi, təbii mühit elementlərinin pozulması nəticəsində ilkin süxurların parçalanmasından onların öz dayanıqlığını itirməsi və aşınmaya məruz qalması, litosferdə baş verən təbii proseslərin gedişatının pozulması, ətraf mühitə (eləcə də səth sularının) dövranına mənfi təsir göstərməsi, əhəngdaşının kəsilməsi zamanı əmələ gələn toz (ştıb) və nəqliyyat vasitələrinin istismarı nəticəsində yanma qazlarının (NOx, CO, SO və s.) atmosferə atılması ilə təbiətin mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini mişar daşı hasil edib tamah niyyəti ilə qazanc əldə etmək məqsədilə özbaşına tutmuş və ağır nəticələrə səbəb olmaqla obyektdə aparılan istismar işləri zamanı qulluq mövqeyinə əsasən ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi tamah niyyəti ilə həmin qaydaları pozmuşdur. Təqsirləndirilən şəxs və barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 188.1, 247 və 308.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini mübahisələndirməsə də həmin ifadədən məlumatsızdır. Sayğacla bağlı istifadə qanunauyğun şəkildə həyata keçirilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına icazə verilməmiş, bəzi orqanlar onlara maneçilik törətmişlər. Sahibkarlar mədən vergisi də ödəmişlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin orqanları sahibkarlara qarşı haqsızlıq etmiş və normal fəaliyyətə maneə olmuşlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yoxlama onun iştirakı olmadan keçirilmişdir. Onun iştirakı olmadan 2021-ci il tarixdə 170.000 manat məbləğində cərimə yazılmışdır. Axırıncı yoxlama zamanı yazılan 54000 manat məbləğində cərimədən 20000 manat ödəniş etmişdir. O, oradan hər hansı qazanc əldə etməmişdir. Törətdiyi əməldən özünü təqsirli bilmir. Verilmiş mülki iddianı qəbul etməyərək qalan məbləği ödəməyə imkanı olmadığını bildirmişdir. O, son olaraq öz ifadəsində dövlətə vergi verdiyini, torpaq sahəsini qanunsuz zəbt etmədiyini bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində bildirmişdir ki, xx.xx.2007-ci il tarixdə övladı Rüfətin adına həsr etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş, Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Güzdək” əhəngdaşı yatağında mişar daşı hasilatı ilə məşğul olan “Babək” firmasına məxsus 1 ha torpaq sahəsinin onun şirkətinə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamış və bundan sonra bütün lazımı sənədləri toplayaraq “Güzdək” əhəngdaşı yatağında mişar daşı hasilatı ilə məşğul olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, bir müddət sonra nəhayət 25 iyul 2008-ci ildə onun təsisçisi və qanuni təmsilçisi olduğu "xxxx" MMC üçün icarəyə verilən 1 ha torpaq sahəsi daxilində mişar daşı hasilatı ilə məşğul olmasına icazə verən “X9” aktı əldə edib qanuni əsaslarla mişar daşı hasilatına başlamışdır. Ona ayrılan torpaq sahəsinin koordinatları torpağın icarə müqaviləsində və “X9” aktının əlavə edilən markşeyder planında göstərilmişdir. Həmçinin, Rüfət-Ə MMC-nin ayrıca işıq sayğacı olmamış, ümumi ərazidə mövcud olan sayğacdan ayrılan xətt üzrə istifadə etmişdir. Fəaliyyət göstərdiyi ərazidə hasilatı həyata keçirmək üçün 1 ədəd daşkəsən kombayn, 1 ədəd şırımaçan və tullantıları daşımaq üçün 1 ədəd **-UE-*** dövlət qeydiyyat nişanlı “Kamaz” alıb həmin texnikanın hesabına işləmişdir. 25 iyul 2013-cü ildə "xxxx" MMC-yə mişar daşı hasilatı üçün verilən icazənin vaxtı bitmiş, lakin Ekologiya Nazirliyinin hər hansı əməkdaşı gəlib icazə verilən dövrdə onun hansı ölçülərdə və hansı miqdarda hasilat apardığının qeydiyyatını aparmamışdır. İcazə müddəti bitdiyinə görə digər sahibkarlarla birlikdə təkrar ərizə ilə Ekologiya Nazirliyinə müraciət etsə də, orada onlara yaxın vaxtlarda “X9” aktlarının yenilənəcəyini vəd verdikləri üçün o da arxayın şəkildə icarəyə götürdüyü torpaq sahəsində mişar daşı hasilatına uzun fasilələrlə davam etdirmiş, həmçinin sonradan Ekologiya Nazirliyi tərəfindən hər hansı problemlə rastlaşmadığına görə arxayınçılığı daha da artmış və nazirlik tərəfindən şifahi olaraq ona icazə verildiyi üçün hər hansı problem olmayacağını zənn edib rəsmi olaraq “X9” aktı əldə etmədən faktiki olaraq qanunsuz mişar daşı hasilatını fasilələrlə davam etdirmişdir. Bir neçə il sonra 2021-ci ildə Ekologiya Nazirliyinin əməkdaşları gəlib onun işlədiyi torpaq sahəsində apardığı hasilata baxış keçirib 171.000 manat qanunsuz mişar daşı hasil etdiyini bildirmişlər. Bundan sonra 2023cü ilin ikinci yarısında (xatırlamadığı aydan) yenidən ona ayrılmış torpaq sahəsində mişar daşı hasilatına başlamaq istəmiş, lakin həmin sahədə süxurların tərkibi keyfiyyətli olmadığına görə o da hasilatı yaxınlıqda yerləşən başqa istifadəsiz bir torpaq sahəsində fəaliyyətini davam etdirmişdir. Daha sonra Zərərçəkmiş şəxs adlı şəxs Ekologiya Nazirliyinə şikayət edərək onun hasilat aparıdığı torpaq sahəsinin özünə aid olduğunu iddia etmiş və zəruri sənədləri təqdim etmişdir. Ekologiya Nazirliyinin əməkdaşları tərəfindən həmin əraziyə baxış nəticəsində onun qanunsuz hasilatının həcmini bilməmişdir. Bundan sonra o, həmin ərazidə fəaliyyətini bitirmiş və mişar daşı hasilatını ona ayrılmış torpaq sahəsinə bitişik kiçik bir torpaq sahəsində davam etdirmişdir. Bir neçə ay sonra Baş Prokurorluğun əməkdaşı zəng edərək onu baxışa dəvət etmiş, lakin o, baxışda iştirak etməkdən imtina etmişdir. Sonradan o, baxışın həm Zərərçəkmiş şəxs aid əvvəli sahədə, həm də onun həmin ərəfədə faktiki fəaliyyət göstərdiyi kiçik ölçülü sahədə aparıldığını bilmişdir. Onun apardığı qanunsuz hasilatın həcmi Ekologiya Nazirliyi tərəfindən tullantılar nəzərə alınmadan təxminən 330.000 manat, məhkəmə-ekspertizası zamanı isə dəqiqləşdirmə aparılaraq təxminən 20.000 manat müəyyən edilmişdir. Sonra isə istintaqda Korrupsiyaya qarşı mübarizə idarəsinin mütəxəssisləri onun 2013 - 2021-ci illərdə apardığı hasilatın həcmini araşdırıb 34364 manat müəyyən etmişlər, lakin o, həmin məbləğlə razılaşmır, bu məbləğ şişirdilmiş hesab edir, çünki qanunsuz hasilat apardığı dövrdə böyük məbləğlərdə pullar qazanmamış, uzun müddət tikinti bazarında mişar daşına olan tələbatın azalması və fəaliyyət göstərdiyi ərazidə hasil olunan mişar daşının keyfiyyətinin aşağı olması səbəblərindən aydan – aya hasilat apararaq bəzən yalnız “çörək pulu”, bəzən 1500-2000 manat qazana bilmiş, bəzən isə ümumiyyətlə fəaliyyət göstərdiyi ayı gəlirsiz başa vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2013-cü ildə Qobu qəsəbəsində Güzdək kəndinin arxa tərəfində qanunvericiliyin tələblərinə uyğun olaraq özünə karyer açaraq fəaliyyətə başlamışdır. O sözügedən işə bir xeyli vəsait qoymuşdur. Sonra ziyan etdiyini görmüş, ona görə də fəaliyyətini dayandırmış və ərazini boşaltmışdır. Sonra İlham ona məxsus olan boş torpaq sahəsinə daxil olduğu üçün aralarında anlaşılmazlıq olmuşdur. O öz torpaq ərazisinə gəlib baxanda İlhamın onun torpaq sahəsində istehsalat apardığını görmüşdür. O əvvəl bu məsələ ilə bağlı İlhamla bir anlaşma etmişlər, ancaq o razılaşmalarından kənara çıxmışdı. Buna görə də mübahisə daha da genişlənmişdir. Sonra onlar öz aralarında bu məsələni yoluna qoymağa çalışsalar da alınmamışdır. Onun İlhama qarşı heç bir iddiası yoxdur. Təqsirləndirilən şəxs şikayətçi deyildir. O İlhama işləri dayandırmasını bildirmiş ancaq o işləri dayandırmamışdır deyə iş bu yerə gəlib çıxmışdır. Onun torpaq ərazisi böyükdür, yəqin İlham ona görə onun ərazisinə daxil olmuşdur. İndi İlham mübahisə gedən ərazini boşaltmışdır. Ancaq iş gedən zaman onun ərazisinə tökdüyü torpağı hələdə götürməmişdir. O, torpağı 2013-cü il tarixdə alıb orada hasilata başlamışdır. Orada çox pul xərcləmiş, ancaq işi alınmamışdır. Ondan sonra karxananı gedib başqa yerdə açmışdır. İlhamla əvvəl aralarında bir yerdə iş görməklə bağlı razılaşma olmuş ancaq o sonra deyilənə əməl etməmişdir. O gəlib görmüşdür ki, İlham ona aid əraziyə daxil olaraq orada iş aparır. Torpağın relyefindən asılı olaraq hasilata çıxmaq müddəti dəyişir. Onun ərazisinin yuxarı hissəsində hasilata çatmaq üçün ilkin olaraq torpağın üzünün qaşınması işini İlham etmişdir. İlhamın daxil olduğu ərazinin ona məxsus olması rəsmi olaraq “cps” qurğusu vasitəsi ilə əmlak idarəsi tərəfindən müəyyən edilmişdir. İlhamın nə vaxt istehsalata başladığı ilə bağlı məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs qarşı heç bir iddiasının olmadığını bildirərək şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Güzdək” əhəngdaşı yatağında xx.xx.2014-cü il tarixli icarə müqaviləsi əsasında onun istifadəsinə verilən torpaq sahəsində mişar daşı hasilatı ilə məşğul olmasına icazə verən “X9” aktı əldə etmiş və bundan sonra orada qanuni əsaslarla mişar daşı hasilatına başlamışdır. O, bir müddət həmin torpaq sahəsində mişar daşı hasilatı ilə məşğul olsa da gözlədiyi qədər mənfəət əldə edə bilmədiyi üçün təkrar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək təxminən 20 kilometr aralıda yerləşən “Çənlibel” əhəngdaşı yatağında ona icarəyə verilmiş torpaq sahəsində mişar daşı hasilatı üçün ikinci “X9” aktı əldə edərək orada işləmişdir. 2024-cü ilin əvvəllərində “Güzdək” əhəngdaşı yatağında Təqsirləndirilən şəxs ona ayrılmış torpaq sahəsində mişar daşı hasilatı ilə məşğul olmasını öyrənib əvvəlcə özünə fəaliyyətini dayandırmasını istəsə də sonuncu məhəl qoymadığı üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmiş və nazirliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, İlhama həmin torpaq sahəsinin ona ayrılmış ərazi olmadığı başa salınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin sahədə mişar daşı hasilatını dayandırmış və o, İlhamın apardığı hasilatı davam etdirmək üçün özü oraya kombayn texnikası cəlb etmişdir. Ona görə də Baş Prokurorluğun əməkdaşları tərəfindən xx.xx.2024-cü ildə baxış zamanı aşkar edilmiş 2880 kub/metr qanunsuz hasilat ona məxsus olmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2014cü il tarixli “torpaq icarə müqavilə”sidən görünür ki, “Babək” firması tərəfindən Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında onun istifadəsinə verilmiş 29.04 ha torpaq sahəsindən 03 hektar torpaq sahəsi 99 illik müddətinə subicarə qaydasında Zərərçəkmiş şəxs istifadəsinə verilmişdir. İcarə müqaviləsinə marşeyder planı da əlavə edilməklə Zərərçəkmiş şəxs ayrılan torpaq sahəsinin koordinatları orada göstərilmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs “Babək” firmasının nümayəndəsi firmanın direktoru Nümayəndə1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, belə ki, Təqsirləndirilən şəxs "xxxx" şirkətinin təsisçisidir və onun timsalında “Babək” firması ilə "xxxx" şirkəti arasında 2007-ci ildə bağlanmış icarə müqaviləsi əsasında Qaradağ rayonunda “Güzdək” əhəngdaşı yatağında yerləşən “Babək” firmasına məxsus bir hektar torpaq sahəsi 25 il müddətinə sonuncunun istifadəsinə verilmişdir. 2023 - 2024-cü illərdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında “Güzdək” əhəngdaşı yatağında torpaq sahəsindən istifadəyə görə narazılıq yarandığının şahidi olmuş, lakin məsələni öyrəndikdə həmin sahənin “Babək” firması tərəfindən icarə yolu ilə Zərərçəkmiş şəxs ayrılan torpaq sahəsi olduğunu və Təqsirləndirilən şəxs ona ayrılan torpaq sahəsindən kənara çıxaraq həmin sahədə hasilat işləri apardığını öyrənmiş, hətta Zərərçəkmiş şəxs həmin ərəfədə bu barədə Ekologiya Nazirliyinə şikayət də ünvanladığını və ərazidə monitorinq aparıldığını da sonradan öyrənmişdir. Zərərçəkmiş şəxs “Babək” firmasının nümayəndəsi firmanın direktoru Nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1999-cu ildə “Babək” firmasını təsis edib Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən dövlət qeydiyyatında keçirmiş, ardınca Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş idarəsində vergi uçotuna aldırdıqdan sonra firmanın adına ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi almış, daha sonra direktoru olduğu “Babək” firması Abşeron və Qaradağ inzibati rayonlarının ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında Dövlət tikinti materiallarının istehsalı və satışı konserni olan “Qala Altı” daş karxanasına məxsus 29.04 hektar ölçüdə torpaq sahəsini 013562 qeydiyyat nömrəli Şəhadətnamə əsasında öz balansına daxil etmiş, firmanın adına “X9” aktı alınaraq balansında olan torpaq sahələrinin bir hissəsində mişar daşı hasilatı aparılmışdır. Firmanın balansında qalan torpaq sahələri isə zaman - zaman ayrı - ayrı fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqavilələri əsasında həmin şəxslərin istifadəsinə verilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, belə ki, Təqsirləndirilən şəxs "xxxx" şirkətinin təsisçisidir və onun timsalında “Babək” firması ilə "xxxx" şirkəti arasında 2007-ci ildə bağlanmış icarə müqaviləsi əsasında Qaradağ rayonunda “Güzdək” əhəngdaşı yatağında yerləşən “Babək” firmasına məxsus 1 hektar torpaq sahəsi 25 il müddətinə sonuncunun istifadəsinə verilmişdir. Həmçinin, 2014-cü ildə “Babək” firması ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs arasında bağlanmış icarə müqaviləsinə əsasən eyni yataqda lakin Təqsirləndirilən şəxs ayrılmış torpaq sahəsindən təxminən 500 metr aralıda yerləşən 03 hektar torpaq sahəsi 99 il müddətinə sonuncunun istifadəsinə verilmişdir. 2023 - 2024-cü illərdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında “Güzdək” əhəngdaşı yatağında torpaq sahəsindən istifadəyə görə narazılıq yarandığının şahidi olmuş, lakin məsələni öyrəndikdə həmin sahənin “Babək” firması tərəfindən icarə yolu ilə Zərərçəkmiş şəxs ayrılan torpaq sahəsi olduğunu və Təqsirləndirilən şəxs ona ayrılan torpaq sahəsindən kənara çıxaraq həmin sahədə hasilat işləri apardığını öyrənmiş, hətta Zərərçəkmiş şəxs həmin ərəfədə bu barədə Ekologiya Nazirliyinə şikayət də ünvanladığını və ərazidə monitorinq aparıldığını da sonradan öyrənmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 dindirmə zamanı cinayət işi materiallarında olan “Güzdək” əhəngdaşı yatağının peyk görüntüləri və "xxxx" şirkətinin “Dağ – mədən ayırması” aktının əlavəsi olan Markşeyder planı ilə tanış olaraq həmin görüntülərdə 2400 m2 ölçüdə torpaq sahəsinin “Babək” firması tərəfindən icarə yolu ilə Zərərçəkmiş şəxs istifadəsinə verilən torpaq sahəsi olduğunu, 3411 m2 , 1600 m2 və 6480 m2 ölçüdə torpaq sahələrinin isə “Babək” firmasının özünün balansında qalan torpaq sahələri olduğunu, Təqsirləndirilən şəxs özünün istifadəsinə verilmiş torpaq sahəsinin Markşeyder planından da göründüyü kimi 1600 m2 və 3411 m2 torpaq sahələrinin arxasında “karniz” adlandırılan coğrafi relyefin başlanğıc hissəsindən başladığını bildirmiş və "xxxx" şirkətinə ayrılmış 01 hektar torpaq sahəsini peyk görüntülərinin üzərində göstərmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 Hüquqi təminat şöbəsinin baş mütəxəssisi Nümayəndə5 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamış, onunla heç bir qohumluq və düşmənçilik münasibəti olmamışdır. O X8 X2 baş mütəxəssisi, hüquqşünas vəzifəsində işləyir. O, mülki iddianı elektron sistemə yerləşdirmişdir. Bu işlə daha çox məlumatlı olan əməkdaşlar monitorinq şöbəsinin əməkdaşlarıdır. Ona məlum olan məsələ zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Kamal müəllim ərizə ilə X8 X4nə müraciət etmişdir. Onun ərizəsinə əsasən araşdırma başlanılmış əraziyə baxış keçirilmiş və ərazidən faydalı qazıntıların çıxarılması aşkar edilmişdir. Daha sonra bununla bağlı Baş Prokurorluğa məlumat verilmişdir. X8 X4 prokurorluğun araşdırıb çıxardığı ziyanın məbləği ilə razıdır. Vurulmuş ziyan, yəni qanunsuz hasilat nəticəsində dövlətə və təbiətə ümumilikdə 54121,54 manat məbləğində ziyan vurulmuş, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq dövründə həmin ziyandan 19756,80 manat ödəniş edilmiş və hazırda ödənilməmiş məbləğ 34364,74 manat məbləğində təşkil edir və həmin ziyanın ödənilməsini tələb edilir. Onlar mülki iddiada olan məbləği ittiham aktında olan məbləğə uyğun olaraq qeyd etmişlər. Baş Prokurorluq tərəfindən ekspertiza təyin edilmiş və ondan sonra məbləğ müəyyən edilərək ittihamda qeyd olunmuşdur. Onlar əraziyə baxış keçirərək akt tərtib etmişlər. Əməkdaşlar mübahisəli torpaq ərazisinə yaxınlaşanda ilk öncə həmin torpaqla bağlı sənədi tələb etmiş, həmin sözü gedən torpağında sənədi olmayıb və sənədsiz torpaq olmuşdur. Həmin torpaqdan çıxarılan bir kub daş belə qanunsuz olmuşdur. Torpaqdan istifadə zamanı çıxarılmış faydalı qazıntının miqdarı 01 mart 2024-cü il tarixli akta əsasən 3840 kub metr olmuşdur. O, əvvəlki monitorinqin tarixini bilmir, ancaq ehtiyac olarsa öyrənib deyə bildiyini bildirmişdir. 24 avqust 2021-ci ildə 20-21 min kub metr olub. Agentlik tərəfindən 2024-cü ilədək heç bir tədbir görülməmişdir, ancaq səbəbi məlum deyil. İlhamın həmin torpağa icazəsi 2008-2013-cü il tarixlərdə olmuş, sonra sənədin müddəti bitmişdir. Həmin torpaqda monitorinq keçirilmişdir. Agentlik 2019-cu ildə yaranmışdır. 34364,74 manat məbləğ 2024cü ilin əvvəlini əhatə etmişdir. Bu iş 2024-cü ildə prokurorluğa göndərilmişdir. Mülki iddia ittiham aktına uyğun verilmişdir. Kamal müəllimin ərizəsinə əsasən araşdırmalar başlamışdır. Hal-hazırda Zərərçəkmiş şəxs özünün də məhkəmədə cinayət işi mövcuddur. Zərərçəkmiş şəxs da qanunsuz və sənədsiz olaraq torpaqda hasilat aparmışdır. O, verdiyi mülki iddianı müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hüquq şöbəsinin Məhkəmələrlə işin təşkili sektorunun məsləhətçisi Nümayəndə2 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamış, onunla heç bir qohumluq və düşmənçilik münasibəti olmamışdır. Onlara daxil olmuş müraciətdən sonra yerli baxış keçirilməmişdir. Müstəntiq tərəfindən məlumat verilmişdir. Torpağın koordinatlarını dəqiq bilməmişdir. Ancaq həmin torpağın dövlətə məxsus olduğunu bilmişdir. Baş Prokurorluq koordinatlar əsasında onlara sorğu verir, onlar da gedib koordinatları dəqiqləşdirirlər. Onlara Baş Prokurorluğun istintaq idarəsi tərəfindən koordinatlara uyğun olaraq sorğu verilmişdir. Həmin torpağın reyestrdə dövlət mülkiyyətində , yəni kənd təsərrüfatlı təyinatlı olması müəyyən edilmişdir. “Bahar” firması ilə bağlı onun nəsə bir məlumatı olmamışdır. "xxxx" MMC ilə bağlı olaraq koordinata uyğun o yerə sonradan baxış keçirilmişdir. Proqramlar əsasında tutuşdurma aparılmış və torpaq uyğun gəlmişdir. Həmin uyğunlaşma aparılan zaman sistemdə torpağın icarədə olması ilə bağlı nəsə bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 X1 Monitorinq və nəzarət şöbəsinin aparıcı mütəxəssisi Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxsı əvvəlcədən tanımamış, onunla heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxsi də əvvəlcədən tanımamışdır. Zərərçəkmiş şəxs adlı şəxsdən şikayət daxil olmuşdur, sonra hadisə yerinə baxış keçirtmiş və qanunsuzluq aşkar etmişlər. Qanunsuzluqla bağlı akt tərtib etmiş və bununla bağlı Baş Prokurorluğa məlumat göndərmişlər. İlk dəfə 2021-ci ildə başqa əməkdaş tərəfindən qanunsuzluq aşkar edilmiş və bununla bağlı akt tərtib olunmuşdur, o, həmin qanunsuzluğu 2024-cü ildə aşkar etmiş və bununla əlaqədar akt tərtib etmişdir. Zərərçəkmiş şəxs sözügedən ərazinin xəritəsini təqdim etmiş və həmin xəritəyə əsasən yerin ona məxsus olduğunu bildirərək şikayətini onunla əsaslandırmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021 - 2022-ci illər ərzində Agentliyin əməkdaşları tərəfindən Bakı şəhərinin Qaradağ və Abşeron rayonu ərazilərində yerləşən daş karxanalarında monitorinqlər aparılan zaman Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında "xxxx" MMC-yə məxsus karxana tərəfindən qanunsuz olaraq mişar daşı hasilatı aparıldığı müəyyən edilmişdir. Belə ki, Agentliyin arxiv sənədlərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən "xxxx" MMC-yə Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında 1 hektar ərazidə 5 il müddətinə mişar daşı hasilatının aparılması məqsədilə xx.xx.2008-ci il tarixli, 00357 nömrəli “Dağ-mədən ayırması” aktı verilmiş, həmin icazə sənədinin müddəti xx.xx.2013-cü il tarixdə bitmişdir. xx.xx.2021-ci il tarixdə Agentliyin əməkdaşları tərəfindən "xxxx" MMC-yə əvvəllər ayrılmış sahəyə baxış keçirilmiş, müvafiq olaraq ölçmə işləri aparılmış və 2 ayrı sahədə qanunsuz hasilat işlərinin aparıldığı aşkar edilmişdir. Şərti olaraq adlandırılmış 1-ci sahədə 3411 m2 orta istismar dərinliyi 2 metr olmaqla 6822 m3, 2-ci sahədə isə 6480 m2 orta istismar dərinliyi 2,4 metr olmaqla 15552 m3 həcmində olmaqla, ümumilikdə 22374 m3 həcmində qanunsuz olaraq mişar daşı hasilatı aparılmışdır. 2021-ci ildə qeyd olunan ərazidə monitorinq aparılan zaman faktiki olaraq istismar işləri aparılırdı və 1-ci sahədə işlək vəziyyətdə 01 ədəd daşkəsən kombayn, 01 ədəd şırımaçan avadanlıq və 01 ədəd yükləyici texnika (kon), 2-ci sahədə isə işlək vəziyyətdə 01 ədəd daşkəsən kombayn olmuşdur. Monitorinqin nəticəsinə dair xx.xx.2021-ci il tarixli 000450 nömrəli Akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs şikayəti əsasında Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəndaşı yatağında monitorinq aparılmış və "xxxx" MMC-yə məxsus karxana tərəfindən Zərərçəkmiş şəxs icarə əsasında ayrılmış torpaq sahəsində 2400 m2 orta istismar dərinliyi 1,6 metr olmaqla 3840 m3 həcmində qanunsuz olaraq mişar daşı hasilatı aparıldığı aşkarlanmışdır. Aparılmış ölçmə işləri və peyk görüntülərinin müqayisəli təhlilindən görünmüşdür ki, həmin hasilat işləri xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində aparılmışdır. Sahədə işlək vəziyyətdə 01 ədəd daşkəsən kombayn, 01 ədəd şırımaçan avadanlıq və 01 ədəd “Kamaz” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili olmuşdur. Monitorinqin nəticəsinə dair xx.xx.2024cü il tarixli 000169 nömrəli Akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma ilə əlaqədar onun da iştirakı ilə Bakı şəhəri Qaradağ və Abşeron rayonları ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında fəaliyyət göstərən karxana sahələrinə, eləcə də həmin yataqda fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus karxana sahələrinə baxış keçirilmiş və 2021-ci ildə keçirilmiş monitorinq zamanı şərti olaraq 1-ci sahə kimi adlandırılan sahənin yanında yeni hasilat aparıldığı aşkar edilmişdir, halbuki xx.xx.2024-cü il tarixdə monitorinq aparılan zaman həmin sahədə hasilat işləri aparılmamışdır. Hasilat aparılmış sahə ətrafında gəzmə üsulu ilə aparılmış ölçü işləri nəticəsində müəyyən olunmuşdur ki, 1600 m2 sahədə orta istismar dərinliyi 0.4 metr olmaqla 640 m3 həcmində əlavə qanunsuz mişar daşı hasilatı aparılmışdır. Baxışda yerində dəmir reyslərin üzərində quraşdırılmış 01 ədəd istifadəyə yararlı daşkəsən kombayn, 01 ədəd şrımaçan avadanlıq və 01 ədəd istismara yararlı yükləyici texnika (kon) müşahidə edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ayrılmış torpaq sahəsində xx.xx.2024-cü il tarixdə aşkar edilən hasilatdan əlavə, yəni 3840 m3 mişar daşından əlavə olaraq 2880 m3 həcmində qanunsuz mişar daşı hasilatı aparıldığı müəyyənedilmişdir ki, həmin hasilat işləri 2024-cü ilin mart-may ayları ərzində aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərişıq ASC-nin Qaradağ RETSİ-nin aparıcı mühəndisi Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, İlhamı əvvəlcədən tanımamış, onunla heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. Baş Prokurorluqdan rəsmi məktub daxil olmuş, sonra hadisə yerinə baxış keçirtmiş, nəticədə sənədlərdə qanunsuzluq aşkar olunmuş və bununla bağlı Baş Prokurorluğa məlumat göndərmişdir. Onlara daxil olan məktuba cavab olaraq 2008-2013 və 2013-2021-ci illəri əhatə edən tarixlərdə sərf olunan enerjinin miqdarı müəyyən olunmalı idi. Sayğac göstəricisi və nömrəsinə əsasən bunu müəyyən edə bilmişlər. Onlardan ancaq sayğacın sərfiyyatı ilə bağlı məlumat istəmişlər və onlar bununla bağlı məlumat göndərmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdən həmin vəzifədə işləyir. "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs xidməti fəaliyyəti ilə əlaqədar tanımış, onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında mişar daşı hasilatı aparmış və bunun üçün 1 ədəd kombayn və 1 ədəd şırımaçan istifadə etmişdir. Həmin texnikadan istifadə edən zaman elektrik enerjisini karxana ayrılmış 02/3- 0010 abonent kodlu sayğaca qoşularaq əldə etməklə istifadə etmişdir. Şirkət fəaliyyətə başladığı 2008-ci ilin iyul ayından həmin abonent kodu ilə elektrik təchizatına qoşulmuş və sonradan həmin abonent kodu ilə bağlı heç bir dəyişiklik və qeydiyyata alınma olmamışdır. Ümumi qaydalara uyğun olaraq hər hesabat ayının 25 – 31 aralığında bütün digər müəssisələrə münasibətdə olduğu kimi "xxxx" şirkətinin fəaliyyət göstərdiyi karxanada da onların tərəfindən elektrik təchizatının uçot - komplektləri (sayğaz, möhür, kabellərin vəziyyəti və s.) və transformator məntəqəsinin qoşulma nöqtələrini yoxlanılmış və hər hansı nöqsan, kənar qoşulma halları aşkar edilməmiş, yekunda "xxxx" şirkətinin aylıq elektrik sərfiyyatı üzrə tərtib olunmuş hesab – faktura Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Daha sonra abonent hesab – faktura üzrə ödənişi köçürmə yolu ilə istənilən terminal və ya bank vasitəsilə ödəmişdir. Həmin abonent kodlu sayğac "xxxx" MMC-yə aid olduğuna görə həmin şirkətin özündən başqa hər hansı fiziki və ya hüquqi şəxs qeyd olunan sayğaca qoşulmaqla elektrik sərfiyyatı edə bilməz. Ona görə də həmin abonent kodlu sayğacın hesabatında göstərilən bütün elektrik sərfiyyatı və ödəmələr "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Hesabatdan da görünür ki, "xxxx" MMC tərəfindən icazə verilən xx.xx.2008 – xx.xx.2013-cü illəri əhatə edən dövr üzrə 340.112 kvts, sonrakı xx.xx.2013 – xx.xx.2021-ci illəri əhatə edən, yəni icazə müddəti başa çatdığı tarixdən Agentlik tərəfindən keçirilən birinci monitorinq tarixinə qədər olan dövr üzrə 1.203.520 kvts elektrik enerjisi sərf olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-mühəndis texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/9153 saylı rəyində göstərilmişdir ki, Agentlik tərəfindən arxivləşdirilmiş istismar sənədlərində xx.xx.2008-ci il tarixli, 00357 nömrəli “Dağ-mədən ayırması” aktı ilə "xxxx" MMC-nin icazə verilən dövrün sonunda yataqda apardığı ümumi hasilatın son vəziyyəti və qazma işlərinin ölçüləri (dərinlik, en və s.) əks olunmadığına görə xx.xx.2021-ci il tarixli monitorinq zamanı aşkar edilmiş hasilatın bötüvlükdə və ya hansı hissəsinin icazə verilən dövrdə aparılmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixli monitorinq zamanı aşkar edilmiş hasilat üzrə dəymiş ziyanın müəyyən olunması barəsində tədqiqat aparılmamışdır. xx.xx.2024-cü il tarixli keçirilmiş baxış zamanı müəyyən edilən 1600 m2 ölçüdə orta istismar dərinliyi 0.4 metr olmaqla 640 m3 və 2400 m2 ölçüdə orta istismar dərinliyi 1,6 metr olmaqla 3840 m3, ümumilikdə 4480 m3 həcmində dağ kütləsi 2024-cü il ərzində hasil olunmuşdur. "xxxx" MMC-nin daş karxanasının “Dağ-mədən işlərinin inkişafı planı”nda qeyd olunanlara əsasən, “Güzdək” əhəngdaşı yatağı üzrə 82% istismar itkilərinin olmasını nəzərə alaraq, qeyd olunan 4480 m3 dağ kütləsindən 806,4 m3 həcmində (4480- 82%=806,4) mişar daşı hasilatının aparılması müəyyən edilir. - Abşeron rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus karxana tərəfindən “Dağ-mədən ayrılması” aktının qüvvədə olma müddəti bitdikdən sonra ümumilikdə 0,4 ha (0,16+0,24) hasilat sahəsində 2024-cü il ərzində 806,4 m3 həcmində qanunsuz əhəngdaşı hasilatına görə “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli qərarına əsasən, dəymiş ziyan 28.224 manat (806,4 x 35=28224) müəyyən edilir. - Qeyd olunur ki, müəyyən edilmiş 806,4 m3 həcmdə mişar daşı hasilatının birinci dəfə cərimələnən subyektlər tərəfindən aparılması istintaq tərəfindən müəyyən olunarsa, “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”inin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 nömrəli qərarına əsasən dəymiş ziyan 19.756,8 manat (28.224 x 0.7=19.756,8) təşkil edəcəkdir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-nin daş karxanasının “Dağ-mədən işlərinin inkişafı planı”nda qeyd olunanlara əsasən, “Güzdək” əhəngdaşı yatağı üzrə 82% istismar itkilərinin olmasını nəzərə alaraq, xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində qeyd olunan 22.374 m3 dağ kütləsindən 4027,32 m3 həcmində (22.374-82%=4027,32) mişar daşı hasilatının aparılması müəyyən edilir. Rüfət-Ə” MMC tərəfindən xx.xx.2008-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində aparılan qanunsuz mişar daşı hasilatının həcminin müəyyən etmək üçün ibtidai istintaq zamanı müvafiq sahə üzrə xüsusi biliyə malik mütəxəssisin ayrılması təmin edilmişdir. - "xxxx" ASC-dən təqdim olunan Rüfət-Ə” MMC-yə məxsus 02/3-0010 abonent kodlu sayğaca aid sərfiyyat hesabatında qeyd edilən elektrik enerjisinin yalnız əhəngdaşı yatağında hasilat üçün istifadə edildiyi nəzərə alınarsa, 4027,32 m3 həcmində mişar daşı hasilatının 887,22 m3 (4027,32-nin 22.03%-i) həcminin şirkətə icazə verilən xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi əhatə edən dövrdə, 2.227,51 m3 (4027,32-nin 55.31 %-i) həcminin icazə müddəti bitdikdən sonrakı xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixə kimi və 912,59 m3 (4.027,32-nin 22.66%-i) həcminin isə icazə müddəti bitdikdən sonrakı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi əhatə edən dövrdə aparıldığı müəyyən olunur. - Ödəmə normativləri nəzərə alınmaqla "xxxx" MMC tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində aparılmış 2227,51 m3 həcmində qanunsuz əhəngdaşı hasilatına görə dəymiş ziyanın məbləği 17.151,83 manat (2.227,51x7,7=17.151,83), xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində aparılmış 912,59 m3 həcmində qanunsuz əhəngdaşı hasilatına görə dəymiş ziyanın məbləği 31.940,65 manat (912.59x35,0=31.940,65) olmaqla cəmi 49.092,48 manat müəyyən edilir. - “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”inin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 119 nömrəli qərarında qeyd olunur ki, dəymiş ziyan hesablanarkən birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı tətbiq edilir. Odur ki, mişar daşı hasilatının birinci dəfə cərimələnən subyektlər tərəfindən aparılması istintaq tərəfindən müəyyən olunarsa dəymiş ziyanın məbləğinin 34.364,74 manat (49.092,48x0,7=34.364,74) olduğu müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli 000450 nömrəli monitorinq aktından və xx.xx.2024-cü il tarixli X8 X1 arayışından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X8 X4 tərəfindən aparılmış monitorinq zamanı "xxxx" MMC tərəfindən Qaradağ rayonu “Güzdək” əhəngdaşı yatağında X-385037 Y-4471030, X-384915 Y-4470979, X-384907 Y- 4471008, X-384965 Y-4471029, X-385031 Y-4471052 koordinatları daxilində 3411 m2 ölçüdə torpaq sahəsində orta istismar dərinliyi 2 metr olmaqla 6822 m3 həcmində və X- 385076 Y-4470979, X-385065 Y-4471017, X-385098 Y-4471053, X-385195 Y-4471081, X-385207 Y-4471039, X-385112 Y-4471007 koordinatları daxilində 6480 m2 ölçüdə torpaq sahəsində orta istismar dərinliyi 2.4 metr olmaqla 15552 m3 həcmində olmaqla, ümumilikdə 22374 m3 həcmində qanunsuz mişar daşı hasilatı aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 000169 nömrəli monitorinq aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində X8 X4 tərəfindən aparılmış monitorinq zamanı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövrdə Qaradağ rayonu “Güzdək” əhəngdaşı yatağında X-385092 Y-4470801, X-385054 Y-4470785, X- 385033 Y-4470836, X-385079 Y-4470852 koordinatları daxilində 2400 m2 ölçüdə torpaq sahəsində orta istismar dərinliyi 1.6 metr olmaqla 3840 m3 həcmində qanunsuz mişar daşı hasilatı aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövrdə Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında X-385053 Y-4471008, X-385055 Y-4470997, X-384934 Y-4470955, X-384930 Y-4470968 koordinatları daxilində 1600 m2 ölçüdə torpaq sahəsində orta istismar dərinliyi 0.4 metr olmaqla 640 m3 həcmində qanunsuz mişar daşı hasilatı aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC tərəfindən 1-ci, 2-ci sahələrdə, 1-ci sahəyə bitişik sahədə, Zərərçəkmiş şəxs ayrılmış sahədə hər hansı hasilat işləri aparılmamışdır. Qeyd olunan sahələrin kənarlarında mişar daşı hasilatı zamanı əmələ gəlmiş pillələr mövcuddur. Həmin pillələrə ərazinin daxilində də rast gəlinir. Ərazinin daxilində və digər kənarında isə pərakəndə şəkildə, xırda təpəciklər formasında tullantı daşlar yığılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs təsisçisi olduğu "xxxx" şirkətinin daş karxanasının “Dağ-mədən işlərinin inkişaf planı”ndan görünür ki, karxananın fəaliyyət göstərdiyi Güzdək əhəngdaşı yatağı Bakı şəhərinin Qaradağ və Abşeron inzibati rayonlarının ərazisində yerləşərək, şəhərin 35-40 km cənub-qərbindədir. Geomorfoloji baxımdan yatağ Böyük Qafqazın ilk bölümünün, Qobustan və Abşeron yarımadasının kəsilişində yerləşir və bu regionun bütün relyef xüsusiyyətlərini əks etdirir. - Yatağın hündürlük nöqtələri 180-220 m-dir. - Rayon özünün yarımsəhra landşaftı, çox kasıb bitki və canlı aləmi ilə fərqlənir. Buranın iqlimi yayda çox isti və quraqlıq, qışda nisbətən mülayim və qarsızdır. Orta illik temperatur 14,3°-dir. Orta illik atmosfer yağıntıların miqdarı 200-250 mm-dən artıq olmayır. Küləklər əsasən şimal və cənub istiqamətdə əsirlər. - Yataq Bakı şəhəri ilə 35-40 km avtomagistral ilə birləşir, bundan əlavə yatağın 1,5 km-dən Qaradağ - Sumqayıt dəmiryolu xətti keçir. - Yaxınlığda yerləşən yaşayış məntəqələri: Güzdək, Qobu, Qızıl-Daş, Kor - göz və Sahil kənd və qəsəbələrdir. - Yatağın geoloji quruluşunda orta Abşeron yarusunun əhəng daşı və dördüncü dövr çöküntüləri iştirak edirlər. - Güzdək əhəngdaşı yatağı Abşeron yarımadasının cənub-qərbində yerləşərək Azərbaycanın ən quraqlıq zonalanndan biri olaraq qalır. - İllik yağıntıların miqdarı 200-250 mm artıq olmur. Ancaq elə bu miqdar da kifayət edir ki, daş karxananın dibində su gölməçələrinin əmələ gəlməsinə şərait yaransın. - Güzdək əhəngdaşı yatağında geoloji-kəşfiyyat işləri aparılan zaman əhəngdaşlarının fiziki-mexaniki xassələri DÜİST-4001-84 «Təbii süxurlardan divar daşı» tələblərinə uyğun öyrənilmiş və kütlə çəkisinin 1550-1930 kq/m3 olduğu müəyyən edilmişdir. - Aparılan sınaqların nəticəsinə görə Güzdək əhəngdaşı yatağının faydalı layı DÜİST-4001-84 tələblərinə cavab verir və divar daşı kimi tikintidə istifadə edilə bilər. -Yatağın xarakter geoloji kəsilişi aşağıda göstərilir (aşağıdan-yuxarı): - Boz, tünd-boz rəngli, az qumlu yağlı və plastik gillər, qalınlığı 20 m-dəkdir. - Boz, sarımtıl-boz rəngli orqanogen, müxtəlif dənəli detrit əhəng daşı, yuxan hissəsi azacıq aşınmış və çatlı. Layın tərkibində xırda-xırda çınqıl dənələrinə rast gəlmək olur. Bəzən lay fasial dəyişərək qum daşına keçir, qalınlığı 3,0 m-dən 16,0 m-dəkdir. -Tünd-boz, sarımtıl-boz rəngli yumşaq, tərkibindən müxtəlif ölçülü əhəng daşı qırıntılarına təsadüf edilən gilçələr, qalınlığı 0,5 m-dəkdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli X8 X1 arayışından görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyət tərəfindən qanunsuz fəaliyyət göstərdiyi torpaq sahələrində mişar daşı hasilatı işləri daşkəsən kombayn və şırımaçan vasitəsilə aparılmışdır. Şirkət tərəfindən X6 Balans Hesabatı (5GK forması) Agentliyə təqdim edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin arayışından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən özbaşına tutularaq qanunsuz hasilat aparılmış torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş və dövlətin mülkiyyətində olmaqla, “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə kateqoriya üzrə sənayə, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahələridir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Abşeron rayon icra hakimiyyətinin məktubunda qeyd olunur ki, "xxxx" şirkəti tərəfindən qanunsuz hasilatın aparıldığı torpaq sahəsi Abşeron rayonu Güzdək qəsəbəsi ərazisində yerləşmir. Həmçinin, cinayət işinə əlavə edilmiş “Dağ-mədən işlərinin inkişaf planı”na əsasən, “Güzdək” əhəngdaşı yatağı Bakı şəhəri Qaradağ rayonu və Abşeron inzibati rayonlarının ərazisində yerləşərək, şəhərin 35-40 km cənub-qərbindədir. Cinayətin törədildiyi yerin dəqiqləşdirilməsi məqsədilə keçirilən baxış protokolundan görünür ki, "xxxx" şirkəti tərəfindən 27 aprel 2023-cü ildən 01 mart 2024-cü ilədək olan dövrdə qanunsuz hasilat apardığı X-385092 Y-4470801, X-385054 Y-4470785, X-385033 Y-4470836, X-385079 Y-4470852 koordinatlar və 01 mart 2024-cü ildən 23 may 2024-cü ilədək olan dövrdə qanunsuz hasilat apardığı X-385053 Y-4471008, X-385055 Y-4470997, X-384934 Y-4470955, X-384930 Y-4470968 koordinatları “X11” proqramı üzərində “WGS 1984 UTM 39N” koordinat sistemi vasitə yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin məktubundan görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyət 02/3- 0010 kodu altında fəaliyyət göstərmişdir. Həmin sayğaca aid hesabata əsasən, "xxxx" firması ona ayrılmış “Dağ Mədən ayrılması” aktının qüvvədə olduğu xx.xx.2008 – xx.xx.2013-cü illəri əhatə edən dövrdə 340.112 kvts, aktın qüvvədə olma müddəti bitdiyi tarixdən Agentlik tərəfindən keçirilən birinci monitorinq tarixinə qədər olan xx.xx.2013 – xx.xx.2021-ci illəri əhatə edən dövr üzrə (yəni icazəsiz dövr üzrə) 1.203.520 kvts elektrik enerjisi sərf olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2006-cı il tarixli “torpaq icarəyə verilməsi haqqında müqavilə”dən görünür ki, Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında “Babək” firmasının onun istifadəsinə verilmiş 29.04 ha torpaq sahəsindən X-72930.0 Y-85114.5, X-72981.8 Y- 85094.0, X-73042.7 Y-85260.0, X-72992.0 Y-85282.8 koordinatları daxilində yerləşən 01 hektar torpaq sahəsi “Babək” firması ilə aralarında bağlanmış icarə müqaviləsi əsasında 25 illik müddətinə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin istifadəsinə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2008-ci il tarixli 00357 №li “Dağ-mədən ayırması aktı”ndan görünür ki, Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında X-73042.7 Y-85260, X-72992 Y- 85282.8, X-72930 Y-85114.5, X-72981.8 Y-85094 koordinatları daxilində "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin icarəsinə verilmiş 01 hektar torpaq sahəsində "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə mişar daşı hasilatının aparılması məqsədi ilə 05 illik icazə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus “Ekoloji pasport” və hasilat maşınlarının texniki pasportları götürülərək cinayət işi materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsində vergi uçotuna alınmaqla ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “hüquqi şəxsin nizamnaməsi”ndən, “hüquqi şəxslərin dövlət reyestrindən çıxarış”dan və “hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə”dən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsində hüquqi ünvanı ünvan 4mışdır. İş materillarında olan 07 mart 2025-ci il tarixli “vurulmuş ziyanın ödənilməsi haqqında” qərardan aydın olur ki, "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs tərəfindən istintaqın gedişatında "xxxx" MMC tərəfindən dövlətə və təbiətə vurulmuş ziyanla bağlı 19760 manat məbləğində ödəniş edilmişdir Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 06 oktyabr 2025-ci il tarixli, 3-13-16/2-199205 saylı məktubundan aydın olur ki, DİN-in Baş X10 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 03 oktyabr 2025-ci il tarixli, 3-21-3-30/2-46352/2025 saylı məktubdan aydın olur ki, "xxxx" MMC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2-1393344/2025 saylı məktubdan aydın olur ki, vergi ödəyicisinin xx.xx.2025-ci il tarixdən mənfəət vergisi ödəyicisi olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən mənfəət vergisi bəyannamələri təqdim edilmədiyindən müvafiq məlumatları təqdim etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" ASC tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli hesabdan çıxarışdan məlum olur ki, ″Rüfət-Ə″ MMC-nin 10 sentyabr 2025ci tarixdən 23 sentyabr 2025-ci il tarixədək olan müddətdə cəmi dövriyyələr krediti 0 AZN, cəmi dövriyyələr debiti 0 AZN, ilkin və son qalığı 2,48 AZN məbləğində təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X4 tərəfindən verilmiş 26 may 2025-ci il tarixli mülki iddiadan aydın olur ki, mülki cavabdeh Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində dövlətə vurulmuş 34364,74 manat məbləğində maddi ziyanın alınıb, X7 Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı təsdiq edilmiş Azərbaycan Respublikası DİN-in sistemində yoxlanılmış X5 Sistemindən çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələrini dinləyərək, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nın 308.2-ci maddəsinin tərkibi olmadığına görə həmin maddə ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs CM-nın 188.1 və 247-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübutlarla təsdiq edildiyindən həmin maddələrlə təqsirli bilinərək cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini məsuliyyətdən azad olmaqla özünümüdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.1 və 247-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs CM-nın 308.2-ci maddəsi ilə verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma” adlanan CM-nin 247-ci maddəsinin dispozisiyasında həmin maddədə nəzərdə tutulmuş cinayət aşağıdakı qaydada təsbit edilmişdir: “Sənaye, kənd təsərrufatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarina riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydalarin pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda-....” CM-nin 247-ci maddəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllə müqayisə təhlili göstərir ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etmiş və onun əməli qeyd edilən maddə ilə təvsif edilmişdir. Bununla yanasi, Təqsirləndirilən şəxs törətdiyi eyni əməl həm də vəzifə cinayəti kimi də qiymətləndirilərək CM-nin 308.2-ci maddəsi ilə təvsif edilmiş və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmışdır. CM-nin 308.2-ci maddəsinə əsasən, vəzifəli şəxsin vəzifə səlahiyyətlərindən suiistifadə, yəni onun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz istifadə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrin baş verməsinə səbəb olduqda belə əməli törəfmiş şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, CM-nin Xüsusi hissəsinin kifayət qədər normalar var ki, həmin normalarda nəzərdə tutulmuş əməllərini vəzifəli şəxs tərəfindən öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Belə normalarda cinayətin bu əlaməti ya tövsifedici normalarda nəzərdə tutulmuşdur, yaxud da əməlin məhz vəzifəli şəxs tərəfindən öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilməsi halı normalı dispozisiyada əks etdirilmişdir. Belə normalara CM-nin 178.2.3, 179.2.3, 188.4.2, 190.1, 193-1.2.3-cü və bir çox sair maddələri aid etmək olar. Formalaşmış vahid istintaq və məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, vəzifəli şəxs qulluq səlahiyyətlərindən sui-istifadə etməklə sadalanan maddələrdə nəzərdə tutulmuş hər hansı cinayəti (dələduzluq, özgənin əmlakını mənimsəmə və ya israf etmə, torpaq üzərində mülkiyyət, istifadə və ya icara hüququnu pozma və s.) törətdikdə (həmin şəxsin qulluq mənafeyi əleyhinə cinayət xarakterli başqa əməl törətmış şəxslərin və ya törədilmiş əməlin əlavə olaraq CM-nin 308-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac olmur. Yəni bu kimi hallarda cinayətlərin məcmusu yaranmır və xüsusi norma tətbiq edilir, çünki CM-nin 17.4-cü maddəsinin tələblərinə görə, bu Məcəllənin xüsusi hissəsində həmin ümumi, həм də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Digər tərəfdən məhkəmə kollegiyası “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərhi olunmasina dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövgeye də müraciət etməyi zəruri bilir. Həmin Qərara əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünuidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənəfələri, cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətləri məcmusu ilə xarakterizə olunur: - Vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növsündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüququ və vəzifələrin həyata keçirilməsi ilə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxsin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən suiistifadənin konkret formalari da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən suiistifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyrikommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin subyektiv cəhətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmağa ifadə olunan ictimai təhlükəni nəzərə alır. Şəxs qulluq səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən cinayətdir. Bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmağa ifadə olunan ictimai təhlükənin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinə daha bir zəruri əməli cinayətin motividir. CM-nin 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncu şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər. CM-nin 247-ci maddəsinə gəldikdə, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, vəzifəli şəxsin qulluq səlahiyyətlərindən sui-istifadə cinayətinin obyektiv cəhəti ətraf mühitə ziyan verməsi ilə bağlı olan ictimai münasibətlərdir. Həmin cinayət tərkibi əks olunur. Qeyd olunan maddəni CM-də nəzərdə tutmaqda qanunvericinin əsas məqsədi sənaye, kənd təsərrüfatı, elmi və ya istismarı zamanı ətraf mühitin mühafizəsi üçün texnoloji nizamintizamı təmin etməkdir. CM-nin 308-ci maddəsindən fərqli olaraq CM-nin 247-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyekti təsərrüfat və ya digər fəaliyyət prosesində təbiət obyektlərinin qorunub saxlanılmasının, ətraf mühitin sağlamlaşdırılmasının, əhalinin radiasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı olan ictimai münasibətlərdir. Həmin cinayət əməlinin obyektiv cəhəti isə sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən vurulmasına və ya heyvanların kütləvi mähvinə və ya digər ağır nəticələrə səbəb olan dərəcədə pozulmasına ifadə olunur. Digər ağır nəticələr dedikdə, ətraf mühitin keyfiyyətinin, yaxud təbiət obyektlərinin vəziyyətinin müşahidə olunan dövrdə adadan qaldırılması mümkün olmayan və ya bunun üçün xeyli miqdarda maliyyə və maddi xərclərin tələb olunduğu dərəcədə pisləşməsi, ayrıayrı obyektlərin məhv olması, torpaqların deqradasiyası və ətraf mühitin təbiət istifadənin qanuni növlərinin, təbiətin qorunub saxlanılması vəzifələrinin həyata keçirilməsinə mane olan digər neqativ xarakterli dəyişilmələri başa düşülür. Nəzərdən keçirilən cinayət subyektiv cəhətdən dolayı qəsdlə törədilir, yəni təqsirkar mühafizəsi qaydalarını pozduğunu dərk edir, ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görür, bunları arzu etməsə də belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Təhlil olunan cinayətin subyekti 16 yaşı tamam olmuş istənilən anlaqlı şəxs, o cümlədən üzərinə ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması vəzifələri qoyulmuş şəxs, həmçinin belə vəzifələri yerinə yetirməli olan vəzifəli şəxs (maddənin özündə göstərildiyi kimi - cavabdeh şəxs) ola bilər. Məhkəmə onu da qeyd edir ki, şəxsin istər CM-nin 308, istərsə də CM-nin 247-ci maddəsi ilə (hər ikisi blanket normalardır) cinayət məsuliyyətinə cəlb olunması məsələsi həll edilərkən ona qarşı irəli sürülmüş ittihamda hüquqi və ya pey normal ard isə ətraf mühitin mühafizəsi hallarında ona qarşı irəli sürülmüş ittihamda birinci halda hansı normativi- hüquqi aktların hansı tələblərinin pozulmasına istinad olunmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı onunla birlikdə məhkəmələr tərəfindan ətraf mühitin mühafizəsi ilə bağlı “Yerin tək haqqında” 13 fevral 1998-ci il tarixli 439-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 9, 10, 21 və 46-cı maddələrinin, eləcə də Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 6 və 41-ci maddələrinin tələblərini pozmasını qeyd etsələr də, onun vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədər hansı normativ-hüquqi aktlarla müəyyən edilmiş xidməti vəzifələrindən sui-istifadə etməsini göstərməmiş, hətta belə aktlara istinad da etməmişdir. Digər tərəfdən, CM-nin 247 və 308-ci maddələrinin yuxarıda göstərilən qaydada təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, vəzifəli şəxs tərəfindən yalnız CM-nin 247-ci maddəsində nəzərdə tutulmuş cinayət törədildikdə onun həmin əməlinin eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi kimi qiymətləndirilməsinə və bu əməlin əlavə olaraq CM-nin 308-ci maddəsi ilə təvsif edilməsinə heç bir ehtiyac yoxdur, çünki bu kimi hallarda cinayətlərin məcmusu yaranmır və CM-nin 247-ci maddəsi CM-nin 308-ci maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Göründüyü kimi, burada normaların rəqabəti meydana gəlir, yəni şəxsin törətdiyi bir əməl CM-nin Xüsusi hissəsinin normalarının bir neçəsinin əlamətlərinə uyğun gəlir, bu halda isə, CM-nin 17.4-cü maddəsi tələb etdiyi kimi, həmin normalar sırasında xüsusi norma seçilərək həmin norma tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda törətdiyi əməlinin həm də CM-nın 308.2-ci maddəsi ilə tövsif edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini və zərərçəkmiş şəxs tərəfindən ona qarşı şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməklə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan Dövlət Vergi Xidmətindən daxil olan 01 ədəd disk və”Rüfət-Ə” MMC-yə məxsus karxana sahəsinə 23 may 2024-cü il tarixdə keçirilmiş baxış protokolunu özündə əks etdirən 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. Məhkəmə verilmiş mülki iddaya münasibətdə hesab edir ki, mülki iddia əsaslı olmaqla təmin edilməli və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs dövlətə və təbiətə vurduğu zərərin əvəzi olaraq 34364,74 manat məbləğində maddi ziyan tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 247-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 188.1-cü maddəsinə əsasən həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə tikinti və dağ-mədən sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 247-ci maddəsinə əsasən həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə tikinti və dağ-mədən sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə tikinti və dağmədən sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 5 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. İş üzrə 100 (yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs dövlətə və təbiətə vurduğu zərərin əvəzi olaraq cəmi 34364,74 (otuz dörd min üç yüz altmış dörd manat yetmiş dörd qəpik) manat məbləğində maddi ziyan tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 xeyrinə ödənilsin. İş materiallarında olan Dövlət Vergi Xidmətindən daxil olan 01 ədəd disk və”Rüfət-Ə” MMC-yə məxsus karxana sahəsinə 23 may 2024-cü il tarixdə keçirilmiş baxış protokolunu özündə əks etdirən 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-95/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-95/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver