Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-96/2023 21.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci ildə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Uber” taksi şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon həbini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,02 qram olan narkotik vasitə olan metadon həbini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 01:50-də Qaradağ RPİ-nin ƏÇPA-nın polis nəfərləri tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılaraq 10-cu PBnə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins köynəyin sol sinə cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,02 qram olan narkotik vasitə olan metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç bir dispanserdə qeydiyyatda deyil. Psixoloji durumu normaldır. İfadə vermək iqtidarındadır. Yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Arada bir narkotik vasitə qəbul edir. Əvvəllər məhkum olunmamışdır. Hal-hazırda işləmir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında tanışı Qəzənfər ona zəng edərək Qobu parkda bir nəfər tanışının qaldığını və onun yanına getmək istədiyini demişdir. O da işinin olmadığını, onunla birlikdə gedə biləcəyini demişdir. Bundan sonra Qəzənfər idarə etdiyi minik avtomobili ilə onu götürmüş və onlar Qobu Parka getmişlər. Onlar saat təqribən 01:50 radələrində Qobu Park yaşayış kompleksində, 32-ci binanın qarşısında olduqları zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim etdikdən sonra narkotik sərxoşluğundan şübhələnərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirərək barələrində araşdırma aparılması üçün onları Qaradağ rayonu 10-cu polis bölməsinə gətirmişlər. Polis bölməsinə gətirildikdən sonra ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına ödənişsiz müdafiəçi hüququndan istifadə etmək hüququ barədə məlumat verilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə baxış keçirilən zaman ona üzərində ola biləcək qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya, predmet və ya narkotik vasitə və yaxud narkotik maddənin könüllü surətdə təqdim olunması təklif olunduqda, o, əynində olan boz rəngli cins köynəyinin sol sinə cibinə qoyduğu 2 ədəd bükümü masanın üzərinə qoymuşdur. Bükümün birinin içərisində “metadon” həbinin yarı hissəsi digərinin içərisində isə “qara” adlandırdığım “tiryək” olmuşdur. Bundan sonra ona həmin narkotik maddənin haradan əldə etməyi barədə suallar verilmişdir. Bildirmişdir ki, həmin həbi və narkotik vasitə olan tiryəki xx.xx.2022-ci il tarixdə Bakıxanov qəsəbəsində adını bilmədiyi şəxsdən ümumilikdə 35 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Psixotrop maddə olan şüşə onun olmaqla öz istifadəsi üçün saxlamışdır. Həmin narkotik vasitələri satmaq və ya kiməsə pay vermək kimi niyyəti olmamışdır. O, əvvəllər də narkotik vasitə qəbul etmiş, lakin satış məqsədi olmayıb və bu vaxta qədər satışı ilə məşğul olmamışdır. O, hüquqlarını yaxşı bilmədiyindən vəkil tələb etmiş və onun gəlməsini gözləmişdir. Vəkili gəldikdən sonra o, üzərində olan narkotik vasitəni təqdim etmişdir. Polis bölməsinə gətirilərkən və ya gətirildikdən sonra ona qarşı hər-hansı fiziki zor və ya hədə-qorxu tətbiq olunmamışdır. Üzərində olan narkotik vasitədən dostu Qəzənfərə heç bir şey deməmişdir. O, öz ifadəsində əlavə olaraq aldığı maddələri ona satan şəxsi tanımadığını, internetdən onu tapdığını, internetdə göstərilən və yerli olmayan nömrə ilə zəng vasitəsilə əlaqə saxladığını, 30 manat müqabilində kart vasitəsilə ödəniş edərək aldığını bildirmişdir. O, öz ifadəsində son olaraq taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırdığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini və əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfəri Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda çevik polis alayında polis nəfər vəzifəsində xidmət edir. Həmçinin bildirmək istəmişdir ki, xx.xx.2022-ci il tarixdə 9692 çağırışlı avtopatrulla, polis nəfərləri polis serjantı Şahid2 və polis serjantı Şahid3 ilə Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksi 3-ün ərazisində xidmətdə olan zaman saat 02:05-də iki nəfər şəxs özünü şübhəli apardığından onlara yaxınlaşmışlar. Xidməti vəsiqələrini onlara təqdim etmişlər. Üzərlərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşyanın olması barədə soruşduqlarında onlar üzərlərində narkotik vasitə olduğunu bildirmişlər. Daha sonra onları avtomobilə əyləşdirərək Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. PB-də müəyyən olunmuşdur ki, həmin şəxslər xx.xx.1988-ci il təvəllüdlü, Gürcüstan Respublikasında anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs və Şamaxı şəhərində anadan olmuş xx.xx.2001 təvəllüdlü X6r. PB-də baş təhqiqatçı polis mayoru Valeh Orucov tərəfindən xidməti otaqların birində müdafiəçinin iştirakı ilə həmçinin Şahid2 tərəfindən video çəkiliş aparılmaqla ilk olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olması barədə soruşulduqda Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins köynəyin sol sinə cibindən gümüşü rəngli siqaretin kağızına bükülmüş iki bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə “tiryək” və “metadon” olduğunu həmçinin hər iki vasitəni xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 35 manata aldığını bildirmişdir. Bundan sonra hər iki büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq şübhəli şəxsin və onların iştirakı ilə imzalanaraq möhürlənmişdir. Bundan sonra digər müdafiəçinin iştirakı ilə həmçinin Şahid2 tərəfindən video çəkiliş aparılmaqla X5 üzərində PB-nin baş təhqiqatçısı polis mayoru Valeh Orucov tərəfindən şəxsi axtarış keçirilərkən ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olması barədə soruşulduqda o üzərində heç bir əşyanın olmadığını bildirdikdən sonra, üzərinə baxış keçirmişlər və onun üzərindən heç bir əşya predmet aşkar edilməmişdir. Bununla da şəxsi axtarış başa çatmışdır. Hə iki şəxs tərəflərindən saxlanılarkən, həmçinin Qaradağ RPİ-nin 10-cu PB-nə aparılan zaman, eləcə də üzərlərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir formada müqavimət və zorakılıq hallarına yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək Azərbaycan Respublikası DİN-nin ƏÇPAnın 10-cu Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2022-ci il tarixli, 6/5667 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... X3 üzərindən...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,449 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, ½ hissə açıq qəhvəyi rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı ıı) daxildir. Qeyd: tiryəkin təmiz çəkisi: 0,449 qram, tədqiqata sərf edildi– 0,100 qram, qalıq - 0,349 qram.; ½ hissə metadon həbindən qalıq- ¼ hissə həb. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 14 oktyabr 2022-ci il tarixli, 6046 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhərrəmov X4 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 02 oktyabr 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,449 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin qalıq 0,349 qramı və ½ hissə metadon həbinin qalıq ¼ hissəsinin maddi sübut kimi tanınmış və saxlanması üçün maddi sübutların saxlanma otağına verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins köynəyin sol sinə cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş iki bükümü təqdim edib masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açılarkən içərisində qara rəngli, spesifik qoxuya malik qatı şəkilli narkotik vasitəyə bənzər kütlə, digərinin içərisində isə psixotrop maddəyə bənzər həbin yarısı aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddələri xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində tanımadığı şəxsdən 35 manata öz istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərində sonradan şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı qanunsuz əşya yaxud da predmet aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan aydın olur ki, 0,449 qram çəkidə narkotik vasitə olan tiryək cinayət məsuliyyəti yaratmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusat üzrə cinayət təqibi rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin məcburi müalicəyə ehtiyacının olmamasını, narkotik vasitənin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdə saat 01:50-də şübhəli şəxs kimi tutulmuş və 03 oktyabr 2022-ci il tarixdə saat 15:50-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,349 qram narkotik vasitə olan tiryək və ¼ hissə olan metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2anını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,349 qram narkotik vasitə olan tiryək və ¼ hissə olan metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-96/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-96/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver