Məhkəmə qərarları › İş №1(002)-96/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-96/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-96/2024 04.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Muxtar oğlunun iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Muxtar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Muxtar oğlu qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 15 dekabr 2023-cü il tarixdə saat 10:00-da Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş eməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət edilmiş və orada xidməti otaqlardan birində video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə aparılan zaman əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd kağıza bükülmüş təmiz çəkisi 0,335 qram qəhvəyi rəngli maddə kustar usulla hazırlanmış heroin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Muxtar oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. O əvvəllər əldə etdiyi narkotik vasitələri və psixotrop maddəni Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən əldə edərək istifadə edirmiş. O, 14 dekabr 2023-cü il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, “Kubinka” adlanan ərazidə bir nəfər tanımadığı şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət edən zaman narkotik vasitə satdığını bildirmişdir. O həmin şəxsə narkotik vasitə qəbul etdiyini demiş və həmin şəxsdən narkotik vasitə istəmişdir. Həmin şəxs ona bildirmişdir ki, bir büküm narkotik vasitə heroini (kolanı) 20 manata satır. O, həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmiş və həmin şəxsə 20 manat pul verǝrǝk bir büküm narkotik vasitəni götürmüş əynində olan cins şalvarının sağ yan cibinə qoymuş və yaşadığı Lökbatan qəsəbəsinə gəlmişdir. O tanımadığı şəxsdən aldığı narkotik vasitənin bir hissəsini istifadə etmiş, digər qalan hissəsini isə yenə də bükərək əynində olan şalvarının sağ yan cibinə qoyaraq gizlətmişdir. 15 dekabr 2023-cü il tarixdə saat 10:00 radələrində yaşadığı evdən çıxaraq işə gedən zaman evin yaxınlığında iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış xidməti vəsiqələrini göstərərək Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini soruşduqda o polis əməkdaşlarına özünü Təqsirləndirilən şəxs Muxtar oğlu kimi təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə gəlməyisini bildirmişlər. O da polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə gəlmişdir. Polis İdarəsində şifahi sorğu zamanı üzərində hər hansı bir qadağan olunmuş əşya və ya predmet olduğunu soruşmuşlar və o da üzərində narkotik vasitənin olmasını bildirmişdir. Bundan sonra ona hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 dəvət edilmiş və təhqiqatçı tərəfindən müdafiəçi Elxas Əsgərov ona təqdim edilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini bildirmişlər. Daha sonra o əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülmüş büküm çıxarmış, masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində açıq qəhvəyi rəngli, iysiz, toz şəklində kütlə aşkar edilmişdir. O həmin maddəni 14 dekabr 2023-cü il tarixdə tanımadığı şəxsdən 20 manata Bakı şəhəri, “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən istifadəsi üçün aldığını, narkotik vasitə olduğunu bldirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə həmin maddə zərfə qoyulmuş, qablaşdırılmış, möhürlənmiş, o və iştirakçıların imzaları zərfi və protokolun doğruluğunu təsdiq etmişlər. Həmçinin o ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitələri adını bilmədiyi, müxtəlif şəxslərdən müxtəlif qiymətlərə alırmış. O daha sonra öz ifadəsində əlavə olaraq göstərmişdir ki, törətdiyi əməldən səmimi olaraq peşmandır və məhkəmədən ona cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15 dekabr 2023-cü il tarixdə Qaradag RPİ-də xidmətdə olan zaman əməliyyat malumatı almışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Lokbatan qosobosində yaşayan Elçin adlı səxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olur. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikda Lökbatan qəsəbəsinə getmişdir. Həmin ərazidə onlar müşahidələr etməyə başlamışlar. Müşahidələr nəticəsində onlara məlum olmuşdur ki, Elçin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsbəsi, Hacıbayov küçəsində yerləşən evinin yaxınlığındadır. Onlar göstərilən əraziyə gəlmiş və Elçinin həqiqətən də orada olduğunu görmüşlər. Onlar 15 dekabr 2023-cü il tarixdə təxminən saat 10:00 radələrində Elçinə yaxınlaşmış və özlərini təqdim etmiş onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs Muxtar oğludur. Bundan sonra Təqsirləndirilən şəxs Muxtar oğlunun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkil ona təqdim edildikdən sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs Muxtar oğluna hüquq vəzifələrini izah etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Muxtar oğlu əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülmüş bükümü cixarmış masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs Muxtar oğlunun təqdim etdiyi büküm açılarkın içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu soruşulduqda o, həmin bir ədəd bükümdə olan maddənin heroin olduğunu, özünə məxsus olduğunu, 14 dekabr 2023-cü il tarixdə “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat verərək aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Muxtar oğlunun təqdim etdiyi büküm açılarkən içərisindən içərisində qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə götürülərək ekspertiza keçirilməsi üçün tərəflərindən qablaşdırılmış möhürlənməklə götürülmüşdür. Şahid, Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlmsədə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2023-cü il tarixli, 6/6418 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №222" dairəvi möhür əksləri olan, "Təqsirləndirilən şəxs Muxtar oğlunun üzərindən götürülmüş maddi sübut “imza” Təqsirləndirilən şəxs M." və digər ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,335 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi- 0,335 qram, tədqiqata sərf edildi-0,050 qr, qalıq-0,285 qr. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 20 dekabr 2023-cü il tarixli, 8323 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Muxtar oğlunda Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qaradağ rayon Polis idarəsinin 10-cu Polis şöbəsinin təhqiqatçısı Sərxan Zeynalov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif etmişdir. Şübhəli Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində toz şəkilində qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təhqiqatçı S.Zeynalov şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə “Kubinka” adlanan ərazidə tanımadığı şəxsə 20 (iyirmi) manat verərək özünün istifadəsi üçün aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində sonradan şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı qanunsuz əşya yaxud da predmet aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilərək iştirakçılar tərəfindən protokol tərtib edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Cəfərov X6 Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, cəzasının əvvəli 17 oktyabr 2020-ci il tarixdən hesablanmış, Nizami Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli Qərarı ilə cəzası 06 ay azaldılmış və 16 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Muxtar oğlunun hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Muxtar oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Muxtar oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Muxtar oğlunun əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Muxtar oğlu əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Muxtar oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Muxtar oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs Muxtar oğlu şübhəli şəxs qismində 15 dekabr 2023-cü il tarixdə, saat 10:00-da tutulmuş və 17 dekabr 2023-cü il tarixdə, saat 10:00-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra Qaradağ rayon prokurorunun 17 dekabr 2023cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət rədd edilmiş və təqsirləndirilən şəxsin MSY-dən azad edilmişdir. Bundan sonra Qaradağ rayon RPİ-nin İŞ-nin baş mütəntiqi Azər Həsənov tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Muxtar oğlu, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğu üçün Qaradağ Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməsi, seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə dəyişdirilməsi qərara alınmış və qərar icra olunması üçün Qaradağ RPİ-yə göndərilmişdir. Lakin həmin qərar icra olunmamış Təqsirləndirilən şəxs Muxtar oğlu CMnin 234.1-ci maddəsilə Qaradağ RPİ-nin istintaq şöbəsində olan başqa cinayət işi ilə əlaqədar Qaradağ Rayon Məhkəməsinin 4(002)-118/2024 saylı 10 may 2024-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçildiyindən hazırki iş üzrə onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin icra edilməsi zərurəti aradan qalxmışdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli hökmün çıxarıldığı gündən, yəni 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Muxtar oğlu məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.285 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Muxtar oğlundan tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Muxtar oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Muxtar oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Muxtar oğluna göstərilmiş hüquqi yardımla bağlı 270 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Muxtar oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Muxtar oğlunun ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 gün (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli hökmün çıxarıldığı gündən, yəni 04 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Muxtar oğlu məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan və tədqiqatdan sonra ümumi qalıq çəkisi 0,285 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Muxtar oğlundan tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Muxtar oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar