Məhkəmə qərarları › İş №1(002)-96/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-96/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-96/2025 09.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1965-ci ildə Kürdəmir rayonu, Atakişili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, məhkumluğu olmayan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 186.2.2, 221.3, 315-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Penitensiar Xidmətin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən oğlu məhkum Şahid2 yanına xx.xx.2024-cü il tarixdə, saat 13:20 radələrində qısamüddətli görüşə gedərkən, müəssisəyə daxil olduğu zaman, müəssisə əməkdaşları tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, o üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirərək, həmin Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza etmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı sovqatların arasındakı kağızkardon qutuda olan 1 cüt kişi ayaqqabısının sol tayının içərisində “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşya sayılan, işlək vəziyyətdə və istifadəyə yararlı olan, daxilində danışıq kartı olmayan 01 ədəd “KGTEL” markalı, “X2-02” modelli, “**********00158, **********00158” İmei kodlu mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 29, 317-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o özünü yalnız bu iş üzrə azyaşlı uşağını nəzarətsiz buraxdığı üçün təqsirli bilir. Onun böyük oğlu 13 saylı cəzaçəkmə müəssəsində çəza çəkir. O tutulandan heç vaxt yanına getməmişdir. Oğlu cəzaçəkmə müəssisəsindən telefon vasitəsilə yığaraq atasının onun yanına cəzaçəkmə müəssisəni gəlməsini və sovqat gətirməsini xahiş etdi. Onun da oğluna yazığı gəldi, sovqat hazırladı və Bakıya onun yanına gəldi. Ora gələn zaman balaca oğlu da onunla birlikdə gəldi. Telefonu ora balaca oğlu qoyub. Görüş verilmədi telefonu tapandan sonra görüş dayandı. Həyəcanlı idi ona görə belə oldu. Onun özü şəkər xəstəsidir. Balaca oğlunun 6 yaşı var. O öz qardaşı ilə görüşmək istədiyi üçün onu aparmışdır. Cəzaçəkmə müəssisəsinə özünə məxsus olan “KİA SORENTO” markalı maşını ilə getmişdir. Oğlunu görüşə buraxacaqlarını bilmirdi, düşündü buraxsalar keçirər, olmasa qalıb maşında onu gözləyər. Ancaq onu da görüşə buraxdılar. Digər oğlu 1987-ci ildəndi. Aşkar olunan telefon evin telefonu olub. Çoxlu bağlama aparırdı, hamısı maşının baqajında idi. Kartof, soğanda almışdı, onlar maşında arxaya dağılmışdı, uşaq da arxaya keçib onları klyoka yığmışdı. Telefon maşında olur. Arxada kartof yığanda uşaq telefonu ayaqqabının içinə atıb. Orada da uşaqdan soruşanda uşaq telefonu ora atdığını etiraf elədi. Telefonun orada karobkada olmasından onun xəbəri olmayıb. Oğlu üçün bir dəfə kürdaxanaya getmişdir, ora isə ilk dəfə idi ki, gəlirdi. Balaca oğlu kürdəmir rayonunda oxuyur, onlar da orada qalırlar. Müstəntiq rayona gəlib uşağı orada onların məlumatları olmadan məktəbdə dindirib. Qanuni nümayəndə kimi nə o, nədə uşağın anası orada olmayıb. O, istintaqda müstəntiqin yanında olarkən vəkil görməmişdir. Onun bu hadisədə günahı uşağını ora aparmaq olub. Oğlu həmin telefonda oyun oynayırdı, telefon sadə telefon idi. Telefon işlək deyildi, daşı da yox idi. Uşaq onu çox istəyir deyə o hara gedir, uşaq da onunla gedir, yanından ayrılmır. O, rayonda meyvə tərəvəz alışı-satışı ilə məşğul olur. Ədliyyə İstintaqında müstəntiq Faiq Rəhmanov ifadəsini aldı, orda idarədə qol çəkdirdi. Ayrı-ayrı vaxtlarda o, istintaq idarəsinə dörd dəfə gedib qol çəkmişdir. O cümlədən 17 aprel 2025-ci il tarixdə müstəntiqin yanında azyaşlı övladı ilə birlikdə olmuş və həmin vaxtı uşağı səs-küy saldığına görə müstəntiqin göstərişi ilə Ədliyyə Nazirliyinin bir qadın işçisi uşağı başqa otağa aparmışdır. Müstəntiq ona müdafiəçinin iştirakı ilə ifadə verməsini təklif etdi, ancaq o müdafiəçinin köməyinə ehtiyacı olmadığını bildirmişdir. Ona müstəntiq dedi ki, narahat olma sən nə demisənsə, onuda yazmışam, dedi qol çək o da çəkdi. İfadəsi alınarkən ona qarşı hər hansı fiziki və ya psixoloji zorakılıq göstərilməmiş və sərbəst şəkildə ifadə etmişdir. Uşağı birinci dəfə ifadəsini alanda müəsisədə o dedi ki, telefonu mən atmışam. İstintaq idarəsində də elə dedi. Sonra müstəntiq onların iştirakıları olmadan xəbərsiz rayona gəlib uşaq məktəbdə olanda ifadəsini alıb. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi öz ifadəsində ona Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, oğlu Şahid2 yanına xx.xx.2024-cü il tarixdə, saat 13:20 radələrində qısamüddətli görüşə gedərkən, müəssisəyə daxil olduğu zaman, müəssisə əməkdaşları tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, o üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirərək, həmin Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza edərək, üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda onun gətirdiyi sovqatlara müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı sovqatların arasındakı kağız-kardon qutuda olan 1 cüt kişi ayaqqabısının sol tayının içərisində “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşya olan, daxilində danışıq kartı olmayan 01 ədəd “KGTEL” markalı, “X2-02” modelli, “**********00158, **********00158” İmei kodlu mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülmüş mobil telefon aparatının ona məxsus olduğunu, lakin həmin mobil telefon aparatını təxminən bir ilə yaxın müddət ərzində istifadə etmədiyini, cəzaçəkmə müəssisəsinə gedərkən avtomobildə bütün yol boyu azyaşlı oğlu Tacirin həmin mobil telefonda olan oyunla oynadığını, cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu Rauf tərəfindən ona müəssisəyə mobil telefon keçirilməsinə dair sifariş olunmadığını bildirmiş, həmçinin azyaşlı oğlu Tacirin istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatların yalan, uydurma və həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “X7 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın” məsul katibi, “Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə Komissiyanın” üzvü Nümayəndə, azyaşlının təhsil aldığı Kürdəmir şəhər 1 saylı tam orta məktəbin psixoloq müəllimi X5, Bakı şəhər Qaradağ rayon 139 saylı tam orta məktəbin psixoloqu X6 və qanuni nümayəndə Təqsirləndirilən şəxs iştirakları ilə şahid qismində dindirilmiş, xx xxxx 2018-ci il tarixdə doğulmuş Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəmə iclasında iştirak edən psixoloq Mehriban müəlliməni tanıyır. Rauf adlı böyük qardaşı var. Atası ilə birlikdə qardaşının yanına görüşməyə getmişdirlər. O, maşında arxada baqajda oturmuşdur. Kartof və soğanlar baqaja dağılmışdı, onları klyoka yığırdı, sonra orada olan telefonu da ayaqqabı qutusunun içinə atdı. Atası ayaqqabı qutusunu apardı sonra onun içindən telefon çıxdı və müstəntiq həmin telefonu aldı. Həmin telefon anasının telefonu idi. Atasının çip sorento maşını var. Anası onlarla görüşə getməmişdir, çünki Raufu çox istəmirdi onsuzda. O, qardaşını çox istəyir. Telefonu gizlin oğurlamışdı. Müstəntiqlərin ondan nə soruşmaqları yadında deyil. Məktəbdə müstəntiq ona sual verəndə ordada telefonu ayaqqabı qutusuna özünün atdığını deyib. Əvvəl atasının ora telefon atmasını yalan demişdi, o özü telefonu atmışdır. Azyaşlı Şahid1 ibtidai istintaq zamanı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının “Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə Komissiyanın” nümayəndəsi X3 və təhsil aldığı Kürdəmir şəhər 1 saylı tam orta məktəbin psixoloq müəllimi X5 iştirakları ilə verilən suallara cavab olaraq göstərmişdir ki, Şahid2 onun böyük qardaşıdır. Rauf maşın sürən zaman polislər onu tutub türməyə salmışlar və o indi də türmədədir. Raufun yanına atası Akiflə birlikdə türməyə getmiş, əvvəl maşında qabaqda, sonra isə arxada oturmuşdur. Raufa paltar, yemək aparmışlar. Evdə olanda o, atasının telefonunu ayaqqabının içində gizlətmişdir ki, ayaqqabını atası Raufa aparanda Rauf həmin telefonla onunla danışsın. Bunu etdiyini evdə heç kim görməmişdir. O həmin telefonla həmişə oyun oynadığını və həmin telefonun rəqəmlərdən ibarət olduğunu, türmədə olanda ayaqqabıda gizlədilən telefonun tapıldığını, telefonu ayaqqabının içərisinə gizlədəndə atasının bundan xəbərinin olduğunu və telefonla oynayandan sonra telefonu ayaqqabının içinə atdığını, lakin atasının telefonu atma dediyini göstərmişdir. O, verilən suallara cavab olaraq ayaqqabının karobkada olduğunu və sumkanın altında olduğunu və üstünə yemək və paltar yığıldığını göstərmişdir. Sonda ona verilən suallara cavab olaraq mobil telefon aparatının sovqatlar arasında olan qutuda olan ayaqqabının içərisinə atası Akif tərəfindən qoyulduğunu, əgər həmin mobil telefonu ayaqqabının içərisinə onun tərəfindən qoyulduğunu yalandan demədiyi halda, atasının polislər tərəfindən tutulacağını bildirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ifadəsi yadındadı. Həmin vaxt onun hər şeyi bitmişdir. Atasına zəng vurub deyib ki ona gündəlik istifadə olunan əşyalardan sabun, üzqırxan, şampun, paltar və sair əşyalar gətirsin. Atası da gətirəcəyini bildirdi. Sonra onun yanına gələndə atasının deməsinə görə yolda balaca qardaşı da oyun oynadığı telefonu ayaqqabının içərisinə atıb. Türmədən atasıyla danışıb. Həftədə bir dəfə ya atasıyla danışır ya da arvadı ilə. Qardaşının telefonu ayaqqabı qutusuna atmağını orada danışanlardan eşitmişdir. O, 2 il 3 aydı həbsdədir atası heç vaxt yanına gəlməyib, ancaq telefonla danışıblar. Onun içəridə telefona ehtiyacı yoxdur. Dövlət tərəfindən həftədə bir dəfə ailəsi ilə danışmağa icazə verirlər, ona bəs edir. İndiyə kimi atası yanına getməyib, bir dəfə gələcəkdi onda da belə oldu. O heç atasıgili görmədi, görüş təxirə salındı, onu da karsa saldılar sonrada kalonunu dəyişdilər. Bir ildir ki, onlar heç telefonlada danışmamışlar. X13 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs onun yanına, cəzaçəkmə müəssisəsinə xx.xx.2024-cü il tarixdə, saat 13:20 radələrində qısamüddətli görüşə gələrkən, müəssisəyə daxil olduğu zaman, müəssisə əməkdaşları tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, o üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirərək, həmin Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza edərək, üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda atasının gətirdiyi sovqatlara müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı sovqatların arasındakı kağız-kardon qutuda olan 1 cüt kişi ayaqqabısının sol tayının içərisində “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşya olan, daxilində danışıq kartı olmayan 01 ədəd “KGTEL” markalı, “X2-02” modelli, mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Baş vermiş hadisə ilə əlaqədar sonradan ona əməkdaşlar tərəfindən məlumat verildiyini qeyd edərək, aşkar olunaraq götürülmüş mobil telefondan xəbərsiz olduğunu, qanunla qadağan olunmuş əşya olan mobil telefon aparatının müəssisəyə keçirilməsinə dair atasına sifariş vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində Əməliyyat şöbəsinin rəisi vəzifəsində çalışan Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən 13 radələrində ona zəng vuruldu və sovqata baxış zamanı Təqsirləndirilən şəxs gətirdiyi sovqatda telefon aşkar olunduğu bildirildi. Ayaqqabı kutusunda ayaqqabının sol tayının içində telefon aşkar edilmişdi. Akif telefonu ora uşağın qoyduğunu bildirmişdir. Sonra uşaqdan bu barədə soruşulanda o ağlaya-ağlaya telefonu ora atasının qoyduğunu bildirdi. Sonra Akifə deyildi ki, uşaq deyir telefonu atam qoyub, oda buna cavab olaraq uşaqdı hər şey deyə biləcəyini dedi. Sonra telefon zərfə qoyuldu. Sovqatın yoxlanışında orada olmamışdır. Ramal adlı digər əməkdaş sovqatları yoxlayır. Telefon işlək deyildi. Adi sadə telefon idi. Görüşə gələndə istənilən yaşda uşaq keçə bilər. Onlar uşaqdan rəsmi qaydada izahat almamışlar, uşağı atasının yanında dindirmişdirlər. Uşaq Akifin yanında gəlib içəri girmək istəyən zaman sovqatda mobil telefon aşkarlanıb. Uşaq telefonu ora qoyduğunu demədi, ancaq Akif telefonu uşağın qoyduğunu bildirdi. Uşaq özünü normal aparırdı, ona məruzə edilən kimi həmin sovqatlar yoxlanılan yerə getdi. Hadisə vaxtı atası uşağa ona necə bir problem yaratdığını bildirdi. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 186.2.2, 221.3, 315-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Penitensiar Xidmətin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, oğlu Şahid2 yanına görüşə gedərkən, müəssisəyə daxil olduğu zaman, müəssisə əməkdaşları tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, o üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirərək, həmin Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza edərək, üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı sovqatların arasındakı kağızkardon qutuda olan 1 cüt kişi ayaqqabısının sol tayının içərisində “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşya olan, daxilində danışıq kartı olmayan 01 ədəd “KGTEL” markalı, “X2-02” modelli, “**********00158, **********00158” İmei kodlu mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar Təqsirləndirilən şəxs, əməkdaşların və şahidlərin iştirakı ilə protokol tərtib edərək, mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə edilmiş, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Təqsirləndirilən şəxs əməkdaşlara verdiyi izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının onun azyaşlı oğlu Şahid1 tərəfindən sovqatlar arasında olan qutuda olan ayaqqabının içərisinə qoyulduğunu və həmin an atasının dediklərini Tacir təsdiq etsə də, sonradan əməkdaşlarla söhbət zamanı Tacir, atasının tutulmasından qorxduğu üçün qanunla qadağan olunmuş əşyanın onun tərəfindən ayaqqabının içərisinə qoyulduğunu deməsini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən gətirilmiş, içərisində köhnə kişi ayaqqabısı olan qutu sellofan sumkanın alt hissəsində olmuş, üzərindən ərzaq və geyim əşyaları yığıldığı halda, azyaşlı Tacirin həmin sumkada olan əşyaları boşaldıb, daha sonra alt hissədə olan qutunun içərisindəki ayyaqqabının içinə mobil telefon aparatı qoyması heç bir məntiqə uyğun olmayan, Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq məqsədilə azyaşlı övladından istifadə edərək, düşündüyü üsuldur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində çalışan, Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə günü xx.xx.2025-ci il tarixdə növbədə idi. Akifgil görüşə gəldilər, o, Akifgil tərəfindən gətirilən veşləri yoxlayırdı. Akif oğlu ilə stolda oturdu. Axtarış zamanı veşlər yığılmış torbanın içindən telefon tapıldı. Telefon ayaqqabı qutusunda olmaqla veşin yığıldığı sellofan torbanın ən aşağı hissəsində idi, üzərinə isə digər yüklər yığılmışdır. Qutunun üzərinə üç-dörd çanta yığılmışdı və ayaqqabı qutusu ən sonda qalırdı. Ayaqqabı qutusunun üzərində kartof, soğan qoyulmamışdı. Onlar başqa çantaya yerləşdirilmişdi. O, bununla bağlı olaraq Şəhriyar müəllimə məruzə elədi. Ayaqqabı qutusunu sovqatların ən altına qoymuşdular. Axtaranda ayaqqabı qutusunu açdı və ayaqqabının içərisində telefonu tapdı. Akif ora telefonu uşağın atdığını bildirmişdir. Telefon ayaqqabının içərisində və uc hissəsində idi və üzərində də ayaqqabı içliyi qoyulmuşdur. Telefon ayaqqabının içərisində hərəkətdə olan vəziyyət idi, yapışdırılmamışdır. Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 186.2.2, 221.3, 315-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Penitensiar Xidmətin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, oğlu Şahid2 yanına görüşə gedərkən, müəssisəyə daxil olduğu zaman, müəssisə əməkdaşları tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, o üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirərək, həmin Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza edərək, üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı sovqatların arasındakı kağızkardon qutuda olan 1 cüt kişi ayaqqabısının sol tayının içərisində “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşya olan, daxilində danışıq kartı olmayan 01 ədəd “KGTEL” markalı, “X2-02” modelli, “**********00158, **********00158” İmei kodlu mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar Təqsirləndirilən şəxs, əməkdaşların və şahidlərin iştirakı ilə protokol tərtib edərək, mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə edilmiş, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Təqsirləndirilən şəxs əməkdaşlara verdiyi izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının onun azyaşlı oğlu Şahid1 tərəfindən sovqatlar arasında olan qutuda olan ayaqqabının içərisinə qoyulduğunu və həmin an atasının dediklərini Tacir təsdiq etsə də, sonradan əməkdaşlarla söhbət zamanı Tacir, atasının tutulmasından qorxduğu üçün qanunla qadağan olunmuş əşyanın onun tərəfindən ayaqqabının içərisinə qoyulduğunu deməsini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən gətirilmiş, içərisində köhnə kişi ayaqqabısı olan qutu sellofan sumkanın alt hissəsində olmuş, üzərindən ərzaq və geyim əşyaları yığıldığı halda, azyaşlı Tacirin həmin sumkada olan əşyaları boşaldıb, daha sonra alt hissədə olan qutunun içərisindəki ayyaqqabının içinə mobil telefon aparatı qoyması heç bir məntiqə uyğun olmayan, Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq məqsədilə azyaşlı övladından istifadə edərək, düşündüyü üsuldur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində çalışan, Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki ayın tarixi dəqiq yadında qalmayıb. Məhkumun atası gəlmişdi, onlar məhkumun atasına qanuna uyğun olmayan nəsə gətirib-gətirməməsini soruşdular, atası da sovqatında qanunsuz əşya olmadığını bildirdi. Sonra onlar sovqatları yoxlamağa başladılar. Ramal sovqatların içərisində olan ayaqqabı qutusunun içərisində olan ayaqqabının içərisində telefon aşkar elədi. Telefon sönülü vəziyyətdə idi. Onlar bu məsələ ilə bağlı rəhbərliyə məruzə etdilər. Sovqatlara onunla Ramal nəzarət edirdi. Sovqat sumkasının çəkisini dəqiq xatırlamıram. Paltarlar sumkada dağınıq yığılmışdır. Aşkar edilmiş telefon sovqatların yığıldığı böyük sumkanın ən alt hissəsinə yığılmışdır. Akif hadisədən sonra uşaqla tək qalmayıb. Onlar telefonu tapan vaxt Akif telefondan xəbəri olmadığını, yəqin telefonu uşağın qoyduğunu deyib. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 186.2.2, 221.3, 315-ci maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Penitensiar Xidmətin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, oğlu Şahid2 yanına görüşə gedərkən, müəssisəyə daxil olduğu zaman, müəssisə əməkdaşları tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, o üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirərək, həmin Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza edərək, üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı sovqatların arasındakı kağızkardon qutuda olan 1 cüt kişi ayaqqabısının sol tayının içərisində “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşya olan, daxilində danışıq kartı olmayan 01 ədəd “KGTEL” markalı, “X2-02” modelli, “**********00158, **********00158” İmei kodlu mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar Təqsirləndirilən şəxs, əməkdaşların və şahidlərin iştirakı ilə protokol tərtib edərək, mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə edilmiş, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Təqsirləndirilən şəxs əməkdaşlara verdiyi izahatında aşkar olunaraq götürülmüş mobil telefon aparatının onun azyaşlı oğlu Şahid1 tərəfindən sovqatlar arasında olan qutuda olan ayaqqabının içərisinə qoyulduğunu və həmin an atasının dediklərini Tacir təsdiq etsə də, sonradan əməkdaşlarla söhbət zamanı Tacir, atasının tutulmasından qorxduğu üçün qanunla qadağan olunmuş əşyanın onun tərəfindən ayaqqabının içərisinə qoyulduğunu deməsini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən gətirilmiş, içərisində köhnə kişi ayaqqabısı olan qutu sellofan sumkanın alt hissəsində olmuş, üzərindən ərzaq və geyim əşyaları yığıldığı halda, azyaşlı Tacirin həmin sumkada olan əşyaları boşaldıb, daha sonra alt hissədə olan qutunun içərisindəki ayaqqabının içinə mobil telefon aparatı qoyması heç bir məntiqə uyğun olmayan, Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq məqsədilə azyaşlı övladından istifadə edərək, düşündüyü üsuldur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli, 5/904 nömrəli rəyindən görünür ki,

1. Təqdim edilmiş 01 ədəd “KGTEL” markalı, “X2-02” modelli, proqram təminatına görə “**********00158, **********00158” İmei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır.

2. Təqdim edilmiş “KGTEL” markalı, “X2-02” modelli mobil telefonun proqram təminatında olan “imei” kod arxa tərəflərində məlumat lövhəsinə olan “imei” kodla fərqlidir.

3. Təqdim edilmiş “KGTEL” markalı, “X2-02” modelli mobil telefonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasını müəyyən etmək üçün “UFED 4PC” adlı proqram təminatında tədqiqat aparmaq istədikdə həmin qurğunun proqram təminatının metodları bazasında mobil telefonunun modelinin olmaması müəyyən olundu.

4. Rəyin “Tədqiqat prosessinin təsviri hissəsinin” 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “KGTEL” markalı “X2-02” modelli mobil telefonun yaddaşında bir məlumatın mövcud olması və silinmiş silinmiş məlumatların müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.

5. Təqdim edilmiş “KGTEL” markalı “X2-02” modelli mobil telefonun əsas menyusunun “Сообщения/Входяшие “Gələn SMS mesajlar” bölməsində 56 (əlli altı) ədəd “SMS” mesaj, “Сообщения/Черновики (“Qaralama SMS mesajlar”) bölməsində 02 (iki) ədəd “SMS” mesaj, “Вызовы/Журнал Вызовов/Пропущенные вызовов (Buraxılmış zənglər) bölməsində 19 (on doqquz) ədəd zəng qeydləri, Исходящие звонки (Gedən zənglər) bölməsində 20 (iyirmi) ədəd, Входяшие звонки (Gələn zənglər)” bölməsində 20 (iyirmi) ədəd zəng qeydləri və “мультимедийная галерея” bölməsində 02 (iki) ədəd foto şəkil müəyyən edilsə də, rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X9»nın 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materiallarında olan ərizə və çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə cəzaçəkmə müəssisəsinə ərizə ilə müraciət edərək həmin müəssisədə cəza çəkən oğlu məhkum Şahid2 gətirdiyi sovqatların qəbul edilməsini xahiş etmiş, həmin sovqatların siyahısında mobil telefon olduğu qeyd edilməmiş və eləcə də Təqsirləndirilən şəxs “Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi” barədə rəsmi xəbərdar edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 29, 317-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən verilmiş ifadələri müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş, xx xxxx 2018-ci il tarixdə doğulmuş Şahid1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs olan atasının iştirakı olmadan verdiyi ifadəsində cəzaçəkmə müəssisəsinə, yəni qardaşının yanına gedərkən qeyd olunan mobil telefon aparatını ayaqqabı qutusunun içərisinə qoyan zaman atasının bundan xəbərinin olduğunu bildirsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan mobil telefon aparatını aparılan sovqatların içərisində yerləşən ayaqqabı qutusuna atasının xəbəri olmadan qoyduğunu bildirmişdir. Məhkəmə, şahidin məhkəmədə verdiyi ifadəsini qeyrisəmimi və atasını məsuliyyətdən yayındırmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Çünki şahid təqsirləndirilən şəxsin övladı olmaqla onunla birlikdə yaşayır, qeyd olunan hadisədən uzun müddət keçmişdir və azyaşlı şahid məhkəmədə ona verilən suallara hər dəfə eyni cavabları qısa və konkret şəkildə (sanki əzbərlənmiş formada) cavablandırmışdır ki, bu da onun sərbəst ifadə vermədiyinə bir daha dəlalət edir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan mobil telefonun işlək vəziyyətdə olmamaqla batareyasının da olmadığını bildirsə də, məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə həmin telefona baxış keçirilərkən həmin mobil telefonun istifadəyə yararlı olmaqla müvafiq batareyasının da olduğu aşkar edilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsi alınarkən müdafiəçinin iştirak etmədiyini bildirmiş, lakin məhkəmədə bu faktın sübuta yetirilməsi üçün hər hansı bir təşəbbüs göstərməmiş və bununla bağlı məhkəməyə hər hansı bir inandırıcı dəlil də təqdim etməmişdir. Məhkəmə qeyd olunan xüsusatın araşdırılması məqsədilə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə məqsədilə ayrılmış Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Şahid6 məhkəməyə dəvət etmiş, bundan başqa müvafiq sorğular verilmiş, o cümlədən təqsirləndirilən şəxsin və müdafiəçinin istintaq idarəsində olması ilə bağlı anten məlumatlarının əldə edilməsi məqsədilə qərar qəbul edilmişdir. Məhkəmənin 12 iyun 2025-ci il tarixli iclasında iştirak etmiş və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Şahid6 öz izahatında təqsirləndirilən şəxsin yalan danışdığını, təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadə verdiyini bildirmişdir. O, otaqda həmin vaxt dindirmədə iştirak etdiyini, o cümlədən 17 aprel 2024-cü il tarixdə dindirmədə iştirak etdiyini, hətta dindirmə zamanı Təqsirləndirilən şəxs yanında sarı balaca azyaşlı uşağın da olduğunu qeyd etmişdir. Dindirmə müstəntiqin otağında üçüncü mərtəbədə olub. Sonra uşaq səs saldı və Ədliyyə Nazirliyinin qadın işçisi uşağı çölə çıxartdı. O, otağa girən zaman qadın həmin uşağı artıq çölə çıxarırdı. Sonra digər istintaq hərəkətləri də keçirildi. O istintaq idarəsinə ifadəyə gedən zaman onun telefonunda ***-***-**-** saylı mobil nömrə olmuşdur. Göründüyü kimi müdafiəçinin dindirmədə iştirak edərkən dindirməyə aid olmayan hətta xırda detalı belə xatırlaması (yəni təqsirləndirilən şəxsin həmin vaxt yanında azyaşlı uşağının olması və uşağın səs-küy salaraq qadın əməkdaş tərəfindən bayıra çıxarılması) və həmin epizodun təqsirləndirilən şəxsin ifadəsi ilə üst-üstə düşməsi müdafiəçinin iştirak etməməsi ilə bağlı arqumentin əsassız olduğunu göstərir. Bundan başqa Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin yerləşdiyi inzibati binaya girişçıxışla bağlı aparılmış qeydiyyata dair jurnalın və müşahidə kameralarının əldə edilməsi məqsədilə verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsinin məhkəməyə ünvanladığı 09 iyul 2025-ci il tarixli məktubunda Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin yerləşdiyi inzibati binada ictimai asayişin mühafizəsinin həmin qurum tərəfindən həyata keçirilirməsi qeyd edilsə də girişdə qeydiyyat üçün hər hansı jurnalın olub-olmaması ilə bağlı sorğuya aydınlıq gətirilməmiş və təhlükəsizlik kameralarına onlar tərəfindən nəzarət edilmədiyi qeyd edilmişdir. Bundan başqa anten dairələri ilə bağlı "xxxx" MMC-dən alınmış məlumatlarda təqsirləndirilən şəxsin və ibtidai istintaq zamanı ona təyin edilmiş müdafiəçinin (demələrinə görə həmin vaxt istifadələrində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr) istifadə etdiyi mobil nömrələrin qərarda göstərilən müddətdə sms mətnlərinin aşkar edilmədiyi qeyd edilmişdir. Məktubda daha sonra göstərilmişdir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə anten məlumatlarına dair "xxxx" MMCdən göndərilən diskə baxış keçirilən zaman yuxarıda qeyd olunan (yəni həm təqsirləndirilən şəxsə, həm də ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə məqsədilə dövlət hesabına təyin edilmiş müdafiəçiyə aid olan) mobil nömrələrdən, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrənin əsas istintaq hərəkətlərinin aparıldığı 17 aprel 2025-ci il tarixdə və saatda Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin yerləşdiyi inzibati binaya yaxın ərazilərdə istifadə olunması müşahidə edilsə də, müdafiəçiyə aid mobil nömrənin qeyd olunan ərazidə və saatda həmin əraziyə yaxın yerlərdə istifadə olunması müşahidə edilməmişdir. Məhkəmə anten dairələrinə dair alınmış məlumatları təqsirləndirilən şəxsin xeyrinə olan sübut kimi qiymətləndirsə də, hesab edir ki, yeganə bu hal şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Çünki məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsə ittiham elan olunub dindirilərkən müdafiəçidən könüllü imtina etdiyi, hər hansı bir müdafiəçinin iştirakı barədə vəsatətinin olmadığını, ifadə verərkən ona qarşı hər hansı fiziki və ya psixoloji hədə və zorakılıq göstərilmədiyi, göstərdiyi halların müstəntiq tərəfindən alınan ifadəsində tam olaraq öz əksini tapdığı və eləcə də bu zaman CPM-nın 92-ci maddəsinin tələblərinin pozulmadığı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nın 92.3-cü maddəsində göstərilmişdir ki, cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır: 92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə; 92.3.2. şübhəli və ya təqsirləndirilən şəxs görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə;[149] 92.3.3. cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə; 92.3.4. şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə; 92.3.5. şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda; 92.3.6. təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda; 92.3.7. şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə; 92.3.8. şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə; 92.3.9. şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə); 92.3.10. cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə; 92.3.11. təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda; 92.3.12. cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə; 92.3.13. şübhəli və ya təqsirləndirilən şəxsin fəaliyyət qabiliyyəti olmadıqda; 92.3.14. ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi müəyyən edilmədikdə; 92.3.15. ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumu bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə;[150] 92.3.15-1. məhkəməyədək icraat zamanı cinayət təqibi qiyabi icraat qaydasında aparıldıqda;[151] 92.3.16. məhkəmə baxışı bu Məcəllənin 51-2-ci və 311.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə. Beləliklə məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin özünümüdafiə məqsədilə gətirdiyi dəlillər öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 29, 317-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, himayəsində bir azyaşlı uşağının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd ““KGTEL” markalı “X2-02” modelli, “**********00158, **********00158” İmei kodlu mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 80 (səksən) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 275 (iki yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1300 (min üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan bir ədəd ““KGTEL” markalı “X2-02” modelli, “**********00158, **********00158” İmei kodlu mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 275 (iki yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar