Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-97/2023 09.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X3 iştirakları ilə, xx xxx 2007-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Müqtədir qəsəbə ərazi dairəsi, Müqtədir qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, o, 04 mart 2022-ci il tarixdə saat 17:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs3 ünvan 1 ünvanında yerləşən yeni inşa edilmiş, hasarla əhatə olunmuş evinin qarşısına gəlmiş ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla saxlanc yeri hesab edilən həyətyanı sahəyə qanunsuz daxil olaraq həmin həyətyanı sahədə yerləşən evin divarlarında quraşdırılmaqla sonuncunun mülkiyyətində olan 300 metr uzunluğunda, diametri 4 mm olan, hər metrinin qiyməti 0,7 manat olmaqla, ümumilikdə 210 (iki yüz on) manat dəyərində mis tərkibli elektrik naqilindən ibarət əmlakını gizli talayaraq oğurluq etmişdir. Bundan başqa o, tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 mart 2022-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs5 ünvan 2 ünvanında yerləşən yeni inşa edilmiş, hasarla əhatə olunmuş evinin qarşısına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla saxlanc yeri hesab edilən həyətyanı sahəyə qanunsuz daxil olaraq həmin həyətyanı sahədə yerləşən evin divarlarında quraşdırılmaqla sonuncunun mülkiyyətində olan 1100 metr uzunluğunda, diametri 4 mm olan, hər metrinin qiyməti 0,7 manat olmaqla, ümumilikdə 770 (yeddi yüz yetmiş) manat dəyərində mis tərkibli elektrik naqilindən ibarət əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışları Şahid1 və yetkinlik yaşına çatmayan, xx.xx.2008-ci il tarixdə anadan olmuş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 mart 2022-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs2 Xanməd oğlunun ünvan 3 ünvanında yerləşən, hasarla əhatə olunmuş, yeni inşa edilmiş evinin qarşısına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla saxlanc yeri hesab edilən həyətyanı sahəyə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən evin qapısının üzərindəki asma qıfılı sındırıb açmaqla daxil olaraq evdən sonuncunun mülkiyyətində olan 600 metr uzunluğunda, diametri 2 mm olan, hər metrinin qiyməti 0,4 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat, 600 metr uzunluğunda, diametri 4 mm olan, hər metrinin qiyməti 0,7 manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat dəyərində mis tərkibli elektrik naqilləri və 70 manat dəyərində 01 ədəd Rusiya istehsalı elektrikli dəmir kəsən alətindən (laqonda) ibarət ümumilikdə 730 (yeddi yüz otuz) manat dəyərində əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, yetkinlik yaşına çatmayan, xx.xx.2008-ci il tarixdə anadan olmuş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 mart 2022-ci il tarixdə saat 21:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs3 ünvan 1 ünvanında yerləşən, hasarla əhatə olunmuş yeni inşa edilmiş evinin qarşısına gəlmiş, qabaqcadan razılaşdıqları kimi Şahid2 evin yaxınlığında küçədə pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət etməsindən istifadə edərək hasardan aşmaqla saxlanc yeri hesab edilən həyətyanı sahəyə qanunsuz daxil olaraq həyətyanı sahədə yerləşən evdə quraşdırılmış, sonuncunun mülkiyyətində olan 300 metr uzunluğunda, hər metrinin qiyməti 0,7 manat olmaqla 4 mm diametrli mis tərkibli elektrik naqilindən ibarət cəmi 210 (iki yüz on) manat dəyərində əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, 27 aprel 2022-ci il tarixdə saat 14:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X2 Xaçmaz şəhəri, S.Ələsgərov küçəsində istifadəyə verilməmiş qeyri-yaşayış obyektindən ibarət tikilinin qarşısına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin tikilidə quraşdırılmış, sonuncunun mülkiyyətində olan, alüminium materialdan hazırlanmış, hər birinin dəyəri 150 manat olmaqla 2,05 x 1,4 metr ölçüdə, 03 ədəd qapıları özü ilə gətirdiyi vintaçanla söküb apararaq ümumilikdə 450,00 (dörd yüz əlli) manat dəyərində əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 01 may 2022-ci il tarixdə saat 14:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs7 işlədiyi Xaçmaz şəhər mərkəzi bazarı ərazisində yerləşən piştaxtanın üstündən sonuncuya məxsus içərisində 09 dekabr 2015-ci il tarixdə Xaçmaz rayon X19 və X17 tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, 800 manat məbləğində nağd pul və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı tərəfindən verilmiş, ödənişsiz alınan və balansında pul vəsaiti olmayan 01 ədəd plastik pensiya kartı olan 7 manat dəyərində 01 ədəd pul kisəsini götürərək ümumilikdə 807,00 manat dəyərində əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, 06 may 2022-ci il tarixdə saat 09:34-də radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs4 ünvan 4 ünvanında yerləşən hasarla əhatə olunmuş evinin qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həyətə giriş qapısını açıb saxlanc yeri hesab edilən həyətyanı sahəyə qanunsuz daxil olmuş, həmin həyətyanı sahədə yerləşən yardımçı tikilinin qarşısından sonuncunun mükiyyətində olan, hər birinin qiyməti 120 manat olmaqla 02 ədəd 05 litr həcmli od samovarından ibarət ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, 11 iyun 2022-ci il tarixdə saat 15:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs6 ünvan 5 ünvanında yerləşən hasarla əhatə olunmuş yeni inşa edilmiş evinin qarşısına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla saxlanc yeri hesab edilən həyətyanı sahəyə qanunsuz daxil olmuş, həyətyanı sahədə yerləşən evdən sonuncunun mülkiyyətində olan 600 metr uzunluğunda, hər metrinin qiyməti 0,60 manat olmaqla, diametri 3 mm olan mis tərkibli elektrik naqilindən ibarət cəmi 360 (üç yüz altmış) manat dəyərində əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, 15 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs9 ünvan 6 ünvanında yerləşən yeni inşa edilmiş yaşayış evinin qarşısına gəlmiş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evə plastik materialdan olan pəncərəsini əli ilə itələyib açmaqla qanunsuz daxil olaraq evdən sonuncunun mülkiyyətində olan hər metrinin qiyməti 2,50 manat olmaqla 40 metr uzunluğunda iki fazalı, diametri 4 mm olan, hər metrinin qiyməti 0,70 manat olmaqla 300 metr uzunluğunda, diametri 4 mm olan və hər metrinin qiyməti 0,50 manat olmaqla 300 metr uzunluğunda diametri 2,5 mm olan mis tərkibli elektrik naqillərindən ibarət ümumlikdə 460 (dörd yüz altmış) manat məbləğində əmlakını gizli talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa o, 16 sentyabr 2022-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasının pəncərə şüşəsini sındırmaqla qanunsuz daxil olaraq mağazada olan vitrindən sonuncunun mülkiyyətində olan hər biri 3,70 manat olmaqla 12 ədəd “Kent 8”, hər biri 3,70 manat olmaqla 17 ədəd “Kent 4”, hər biri 3,70 manat olmaqla 18 ədəd “Kent 4 nazik”, hər biri 3,70 manat olmaqla 12 ədəd “Kent 1”, hər biri 3,70 manat olmaqla 13 ədəd “Kent 4 Mentol”, hər biri 3,90 manat olmaqla 20 ədəd “Sobranie ağ nazik”, hər biri 3,90 manat olmaqla 9 ədəd “Sobranie ağ qalın”, hər biri 3,90 manat olmaqla 13 ədəd “Sobranie ballı”, hər biri 3,90 manat olmaqla 7 ədəd “Sobranie göy qalın”, hər biri 3,90 manat olmaqla 11 ədəd “Sobranie göy nazik”, hər biri 3,90 manat olmaqla 15 ədəd “Sobranie qara qalın”, hər biri 3,90 manat olmaqla 7 ədəd “Sobranie qara nazik”, hər biri 3,60 manat olmaqla 15 ədəd “Winston ballı”, hər biri 3,60 manat olmaqla 12 ədəd “Winston boz”, hər biri 3,60 manat olmaqla 10 ədəd “Winston nazik”, hər biri 3,60 manat olmaqla 12 ədəd “Winston göy”, hər biri 3,80 manat olmaqla 17 ədəd “NEO”, hər biri 3,10 manat olmaqla 15 ədəd “LD boz”, hər biri 3,10 manat olmaqla 12 ədəd “LD qara nazik”, hər biri 3,80 manat olmaqla 10 ədəd “Davidoff nazik boz”, hər biri 3,80 manat olmaqla 8 ədəd “Davidoff nazik göy”, hər biri 3,80 manat olmaqla 8 ədəd “Davidoff sarı”, hər biri 3,80 manat olmaqla 8 ədəd “Davidoff mentol”, hər biri 3,80 manat olmaqla 11 ədəd “Davidoff göy”, hər biri 2,50 manat olmaqla 15 ədəd “Magna”, hər biri 3,60 manat olmaqla 15 ədəd “Sobranie ballı nazik”, hər biri 2,50 manat olmaqla 12 ədəd “Senate”, 39 manat dəyərində 1 blok (10 ədəd) “Sobranie ballı” və 39 manat dəyərində 1 blok (10 ədəd) “Sobranie göy nazik” markalı siqaretlərdən ibarət ümumilikdə 1297 (bir min iki yüz doxsan yeddi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Xaçmaz şəhər sakinləri, yetkinlik yaşına çatmayanlar Şahid1 və Şahid2 tanıyır. Onların hər ikisi ilə münasibəti yaxşıdır və aralarında dostluq münasibətləri vardır. 02 mart 2022-ci il tarixdə Xaçmaz şəhəri, 28 May küçəsi ilə piyada gedərkən «Ailə» marketin yanında yerləşən adının Zərərçəkmiş şəxs3 olduğu sonradan ona məlum olan şəxsə məxsus birmərtəbəli evin arxa tərəfində yeni inşa etdirdiyi ikimərtəbəli evin olduğunu görmüş və həmin evə daxil olub içərisindəki elektrik naqillərini oğurlamaq qərarına gəlmişdir. Bundan iki gün sonra, yəni 04 mart 2022-ci il tarixdə saat 17:00 radələrində özü tək oğurluq etmək məqsədi ilə həmin evin qarşısına getmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin yan tərəfində yerləşən qonşu evin hasarından aşaraq əvvəlcə qonşunun həyətinə, sonra isə qonşunun həyətindəki hasardan aşmaqla qeyd olunan evin həyətinə keçmişdir. Yeni inşa edilmiş evin qapı və pəncərələri olmadığından rahatlıqla evə daxil olmuş, bundan sonra evin müxtəlif otaqlarından işıq üçün divarlara çəkilmiş içərisi misdən olan naqillərin müəyyən hissəsini dartıb yerindən çıxartmış və onları özü ilə apardığı iki ədəd kisələrə, həmçinin evin içərisindən tapdığı qara rəngli polietilen torbaya yığmışdır. Daha sonra oğurladığı həmin elektrik naqillərini götürüb əvvəlcə qonşunun həyətinə, oradan isə qapını açaraq küçəyə çıxmış və Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən köhnə avtobazanın həyətinə gəlmişdir. Orada oğurladığı elektrik naqillərini yandırmış, onlardan ümumilikdə 5 kq çəkidə mis əldə etmiş və əldə etdiyi misi Xaçmaz- Quba yolunun sağ tərəfində yerləşən birinci metal qəbulu məntəqəsinə aparmışdır. Həmin məntəqədə işləyən tanımadığı şəxs misi tərəzidə ölçüb qəbul edəndən sonra ona 55 manat məbləğində pul vermiş və əldə etdiyi həmin pulu ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Bundan başqa 05 mart 2022-ci il tarixdə Şahid1la yaşayış olmayan ev axtarıb tapmaq və oradan oğurluq etmək barədə qabaqcadan razılaşmış və bu məqsədlə həmin gün saat 18:00 radələrində ikisi birlikdə Xaçmaz şəhəri 9 saylı tam orta məktəbin yaxınlığında yerləşən H.Turabov küçəsi ilə piyada gəzərkən qarşılarına Zərərçəkmiş şəxs5 məxsus tikintisi davam edən və yaşayış olmayan ev çıxmışdır. Həmin evə girib oğurlamaq üçün nəsə olub-olmadığını yoxlamaq qərarına gəlmiş, Şahid1 birinci olaraq evə onun girməsini təklif etmiş və arxasınca özünün də gələcəyini demişdir. O, etiraz etməmiş və daş hasardan aşaraq evin həyətinə keçmişdir. Evin qapısı olmadığından rahatlıqla içəri daxil olmuşlar və evin otaqlarına çəkilmiş içərisi misdən olan təzə elektrik naqillərini söküb yerlərindən çıxartmış, daha sonra həyətdən götürdükləri nərdivanı evin arxa tərəfindəki hasara söykəyib oğurladıqları elektrik naqillərini topa halda büküb götürərək hasarlanmamış və açıq vəziyyətdə olan qonşu həyətə keçmişlər. Oğurladıqları elektrik naqillərini qonşu həyətdəki kolluq hissədə gizlədib təxminən yarım saat orada gözləmiş və sakitlik olduğuna əmin olandan sonra oğurladıqları naqilləri götürüb oradan çıxıb getmişlər. Bundan sonra Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən avtobaza adlanın yerdə oğurladıqları naqilləri yandırıb onların içərisindən 15 kq çəkidə mis əldə etmiş, əldə etdikləri misin 3 kq-nı 05 mart 2022-ci il tarixdə saat 20:00 radələrində Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən metal qəbulu məntəqəsinə 30 manata, qalan 12 kq çəkidə misi isə Xaçmaz-Quba yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə 120 manata satmışlar. Əldə etdikləri ümumilikdə 150 manat pulu Nadirlə öz aralarında bölmüş və həmin oğurluqdan hər birinin payına 75 manat məbləğində pul düşmüşdür. Bundan başqa 11 mart 2022-ci il tarixdə səhər saatlarında Xaçmaz şəhəri Ü.Hacıbəyov küçəsində Şahid2la görüşmüş və onunla birlikdə şəhərdə gəzərkən Xaçmaz mərkəzi bazarının yaxınlığında Şahid1la rastlaşmışlar. Bundan sonra üçü birlikdə şəhər ərazisində gəzməyə başlamış, Xaçmaz şəhəri, D.Hacıyev küçəsi ilə keçib gedərkən Zərərçəkmiş şəxs2 Xanməd oğluna məxsus yeni tikilən evin olduğunu və orada ustaların işlədiklərini görmüşlər. Küçədən baxanda həmin evin içərisindəki elektrik naqilləri diqqətlərini cəlb etmiş, Nadir, Əlisafa və o, özü ustalar işlərini qurtarıb gedəndən sonra həmin evə daxil olub elektrik naqillərini oğurlamaq və içərisindəki misi çıxarıb metal qəbulu məntəqəsinə sataraq pul əldə etmək qərarına gəlmişlər. Bundan sonra onlar vaxtı keçirmək üçün həmin gün axşam saatlarına kimi şəhər ərazisində gəzmiş, hava qaralandan sonra, təxminən saat 22:00 radələrində həmin küçəyə getmiş və ətrafda heç kimin olmadığına əmin olandan sonra hər üçü hasardan tullanaraq evin həyətinə keçmişlər. Evə giriş üçün qoyulmuş taxta qapının üzərində olan asma qıfılı həyətdən götürdükləri armatur parçası ilə qırıb sındıraraq evin içərisinə daxil olmuş, bundan sonra evin birinci və ikinci mərtəbəsinin otaqlarına işıq üçün çəkilmiş içərisi misdən olan elektrik naqillərini kəsib çıxartmışlar. Daha sonra həmin naqilləri evin içərisindən tapıb götürdükləri torbanın içərisinə yığmış, elektrik naqillərindən əlavə Nadir evin ikinci mərtəbəsindəki otaqların birindən elektriklə işləyən dəmir kəsən aləti (laqundanı) da götürmüşdür. Qeyd etdiyi kimi həmin evdə ustalar işlədiyindən evin birinci mərtəbəsində girişdən sağ tərəfdə yerləşən otağın döşəməsinə təzə beton döşənmiş, beton qurumadığından həmin otağa keçəndə betonun üzərində onların, əsasən də onun ayaqqabı izləri qalmış, buna baxmayaraq onlar oğurladıqları elektrik naqillərini və 01 ədəd laqundanı götürüb evdən çıxmış və oradan birbaşa Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən köhnə avtobazanın həyətinə gəlmişlər. Nadir evdən oğurladığı dəmir kəsən aləti avtobazanın həyətindəki dəmir çənin altında gizlətdikdən sonra orada oğurladıqları elektrik naqillərini yandırdıqdan sonra əldə etdikləri 7 kq çəkidə misi Xaçmaz şəhəri, R.Behbudov küçəsində Şahin və Emin adlı şəxslərə məxsus metal qəbulu məntəqəsinə 70 manata satmışlar. Onlar əldə etdikləri pulu üçünün arasında bölmüşlər. Bundan başqa 13 mart 2022-ci il tarixdə dostu Şahid2la görüşüb söhbət edəndə ona Xaçmaz şəhəri, 28 May küçəsində, «Ailə» marketin yanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yeni inşa edilmiş evdən içərisi misdən olan elektrik naqillərinin müəyyən hissəsini oğurladığını və həmin evdə naqillərin müəyyən hissəsinin qaldığını demişdir. Bundan sonra Şahid2la birlikdə həmin gün saat 21:00 radələrində yenidən 28 May küçəsində yerləşən həmin evə getmiş, oradan evin otaqlarının divarlarına çəkilmiş içərisi misdən olan elektrik naqillərini dartıb qopararaq özü ilə apardığı kisəyə yığmışdır. Bundan sonra evin həyətindən çölə çıxmış və Əlisafa ilə birlikdə oğurladıqları elektrik naqillərini götürüb Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən «Topxana» adlanan restoranın yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə 32 manat pul məbləğində satmışlar. Bundan başqa 27 aprel 2022-ci il tarixdə saat 14:00 radələrində Xaçmaz şəhərində, 9 mərtəbəli yaşayış binasının arxa tərəfində yerləşən S.Əsgərov küçəsi ilə piyada hərəkət edərkən orada yerləşən və istifadə olunmayan Zərərçəkmiş şəxs8 məxsus obyektin alüminium materialdan hazırlanmış 03 ədəd alüminium materialdan hazırlanmış qapılarının olduğunu görmüş və onları oğurlamışdır. Oğurladığı qapıları tanımadığı şəxsin idarə etdiyi taksi vasitəsilə Xaçmaz-Xudat yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə 24 manat məbləğinə satmışdır. Bundan başqa 01 may 2022-ci il tarixdə saat 14:00 radələrində Şahid1la birlikdə Xaçmaz şəhər mərkəzi bazarına gəlmiş, X12 işlədiyi piştaxtanın üstündə pul kisəsinin olduğunu görmüşdür. Bu barədə Nadirə məlumat vermiş və bundan sonra Nadirlə birlikdə həmin pul kisəsini oğurlamışlar. Orada pul kisəsini açıb baxanda içərisində pul, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik bank kartı, «Covid-19»-a aid vaksin sənədi və bir neçə ədəd dərman olduğunu görmüşdür. Pul kisəsində olan 800 manatın 400 manatını Nadirə vermiş, qalan hissəsini isə özünə götürmüşdür. Daha sonra taksi ilə Xaçmaz şəhəri, Alı Mustafayev küçəsi istiqamətinə getmiş, orada yanğın mühafizə vaqonunun dayandığı yerdə taksidən düşmüşlər, piyada dəmir yolunu keçərkən Nadir pul kisəsini, oğurladıqları qadına məxsus şəxsiyyət vəsiqəsini tullamışdır. Bundan başqa, 06 may 2022-ci il tarixdə Xaçmaz şəhəri, Bakıxanov küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evin həyətindən 02 ədəd odun samovarı oğurlamışdır. Belə ki, 06 may 2022-ci il tarixdə təxminən saat 09:30 radələrində Xaçmaz şəhəri, Bakıxanov küçəsi ilə piyada keçib getmiş, həmin küçədə yerləşən adını sonradan bildiyi Zərərçəkmiş şəxs4 məxsus evin qarşısına çatanda evin küçəyə tərəf olan pəncərəsindən həyətə baxanda həyətdə samovarlar olduğunu görmüş, onların qoyulduğu tikilinin qarşısına yaxınlaşmış, orada olan 03 ədəd 02 ədədini götürmüş, oradan uzaqlaşmış və oğurladığı samovarları həmin küçənin sonunda kolluq ərazidə gizlətmişdir. Samovarlar ağır olduğundan onları aparmaq çətin olmuş, ona görə də sonradan taksi tutub gətirmək və samovarları taksi ilə aparmağı fikirləşmişdir. Həmin gündən iki gün sonra polis əməkdaşları onu şöbəyə dəvət etmiş, ünvan 4 ünvanında yerləşən evin həyətindən samovar oğurlayıb-oğurlamamasını soruşarkən o, hər şeyi olduğu kimi etiraf etmiş və samovarları gizlətdiyi yeri onlara demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə samovarları gizlətdiyi yerə getmiş və həmin yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları ilə birlikdə həmin yerə baxanda samovarların orada olmadığını görmüş, lakin samovarların kim tərəfindən götürülməsinin ona məlum olmadığını demişdir. Bundan bir neçə gün sonra küçədə samovarların sahibi Zərərçəkmiş şəxs4la rastlaşmış, o, ona həyətlərindən samovarları oğurlaması ilə bağlı öz iradını bildirmişdir. Bundan başqa 11 iyun 2022-ci il tarixdə saat 15:00 radələrində Xaçmaz şəhəri «Lukoıl» yanacaq doldurma məntəqəsinin yaxınlığında, Vaqif Mustafazadə küçəsində yerləşən, Zərərçəkmiş şəxs6 məxsus iki mərtəbəli evin qapı və pəncərələri qoyulmadığından evin içəri hissəsinin açıq göründüyünə görə evin ikinci mərtəbəsindəki otaqların divarlarına elektrik naqillərinin çəkildiyini və üstlərinin suvaqlannmadığını görmüşdür. Evdə heç kimin olmadığına əmin olandan sonra hasardan aşaraq əvvəlcə həmin evin həyətinə, daha sonra isə evə daxil olmuşdur. Evin birinci mərtəbəsinin divarlarına çəkilmiş elektrik naqillərinin üstü suvaqlandığından ikinci mərtəbəyə qalxmış, ikinci mərtəbənin otaqlarına çəkilmiş naqillərin üstü suvaqlanmadığına görə həmin naqilləri dartıb divarlardan qopardaraq özü ilə gətirdiyi bel çantasının içərisinə yığmışdır. Sonra həmin evdən çıxmış, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində yaşayan dostu Seymurgilin həyətində oğurladığı elektrik naqillərini yandırmış, misi çıxartmış, dostu Seymurdan həmin misi onun üçün satmağı xahiş etmişdir. Seymur etiraz etməmiş və onlar həmin misi götürüb tanımadıqları şəxsin idarə etdiyi taksi ilə Xaçmaz-Xudat yolunun sağ kənarında yerləşən Xaçmaz rayonu Qaraçı kəndindən olan şəxslərin işlədiklərini «Qaraçılıların metal qəbulu» məntəqəsi kimi tanınan metal qəbulu məntəqəsində hər kiloqramı 11 manat olmaqla 33 manata satmış, əldə etdiyi pulun 6 manatını Seymura vermiş və ondan ayrılmışdır. Bundan başqa 14 iyun 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Xaçmaz şəhəri Şəmsi Mehrəliyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs9 məxsus 19 nömrəli evin qarşısından keçərkən həmin evin darvazasının olmadığını və orada tikinti işlərinin davam etdiyini görmüşdür. Həmin evdən oğurluq etmək məqsədilə 15 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində həmin evin qarşısına getmişdir. Evdə və ətrafda heç kimin olmadığına əmin olandan sonra evin həyətinə keçmişdir. Evin giriş qapısı bağlı olduğundan plastik materialından olan pəncərəni əli ilə itələyib açmış və oradan evin içərisinə daxil olmuşdur. Bundan sonra evin giriş hissəsində bir hissəsi şəbəkəyə qoşulmuş, bir hissəsi isə yerdə olan ağ rəngli, qalın elektrik naqilini otaqdan tapıb götürdüyü kəlbətinlə kəsib çıxartmış və büküb özü ilə götürdüyü kisənin içərisinə yerləşdirmişdir. Daha sonra evin otağında heç yerə qoşulmamış təxminən 5-6 ədəd göy və qırmızı rəngli elektrik naqili topalarını götürüb əlindəki kisənin içərisinə yığmışdır. Oğurladığı elektrik naqillərini yığdığı kisəni götürüb çölə çıxmış və onları yaxınlıqda olan tut ağacının altında gizlətmiş və oradan getmişdir. Sonra taksi vasitəsilə geri qayıtmış, orada gizlətdiyi kisəni avtomobilin arxa yük yerinə qoymuş və tanışı Şahid5 yaşadığı Xaçmaz şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 39 nömrəli evə aparmışdır. Taksini yola salandan sonra Seymura gətirdiyi kisənin içərisində oğurluq elektrik naqilləri olduğunu demiş, ona elektrik naqillərini yandırıb onların içərisindəki misi çıxarmağı və aparıb satmaqla pul əldə etməyi təklif etmişdir. Seymur etiraz etməmiş, elektrik naqillərini yandıraraq onların içərisindən təxminən 6 kq-a yaxın mis əldə etmişlər. Əldə etdikləri misin 3 kq-nı satmaq üçün Seymura vermiş, o da misin satışından əldə etdiyi 33 manat pulu ona vermişdir. Onlar həmin pulu öz aralarında bərabər bölmüş, yerdə qalan misi isə özü Xaçmaz-Quba avtomobil yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə satmış və həmin misin satışından 26 manat pul əldə etmişdir. lakin həmin puldan Seymura verməmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurluq nəticəsində əldə etdiyi metal qəbulu məntəqələrinin yerini tanısa da, həmin məntəqədə işləyən şəxslərlə heç birini tanışlığı olmamışdır. Bundan başqa, 13 sentyabr 2022-ci il tarixdə bir neçə gün qalmaq üçün qardaşının yanına Bakı şəhərinə gəlmiş, 16 sentyabr 2022-ci il tarixdə saat təxminən 03:30 radələrində Bakı şəhəri, Lökbatan qəsəbəsində Təzə evlər deyilən ərazidə yerləşən ərzaq mağazasının qarşısından keçərkən oğurluq etmək fikrinə düşmüş, yerdən tapdığı daşla mağazanın şüşəsini sındıraraq mağazaya daxil olmuş, vitrində olan əsasən “Sobranie”, “Winston” və “Kent” markalı siqaretləri mağazadan götürdüyü şəffaf rəngli sellofan paketə yığmış, dərhal mağazadan çıxmış və qardaşının kirayədə qaldığı evə qayıtmışdır. Evdə siqaret qutularını saydıqda 110 qutu olduğunu bilmişdir. Oğurladığı siqaret qutularının bir hissəsini satmış, qalanını isə polis əməkdaşları tərəfindən saxlanılarkən onlara könüllü şəkildə təqdim etmişdir. Bakı şəhərində başqa heç bir oğurluq etməmiş, Xaçmaz şəhərində oğurluq etmiş və barəsində araşdırma aparılmışdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır. 16 sentyabr 2022-ci il tarixdə saat təxminən 0600 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən, istifadəsində olan mağazanı açmaq istəyərkən giriş qapısının solundakı şüşəsinin sındırıldığını görmüş, dərhal mağazaya baxış keçirmiş, bəzi vitrinlərin aşdığını, siqaretlər olan vitrinin tamamilə boş olduğunu və orada olan bütün siqaretlərin oğurlandığını görmüşdür. Bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən mağazaya baxış keçirilərkən mağazadan hər biri 3,80 manat olmaqla 12 ədəd “Kent 8”, hər biri 3,80 manat olmaqla 17 ədəd “Kent 4”, hər biri 3,80 manat olmaqla 18 ədəd “Kent 4 nazik”, hər biri 3,80 manat olmaqla 12 ədəd “Kent 1”, hər biri 3,80 manat olmaqla 13 ədəd “Kent 4 Mentol”, hər biri 4,10 manat olmaqla 20 ədəd “Sobranie ağ nazik”, hər biri 4,10 manat olmaqla 9 ədəd “Sobranie ağ qalın”, hər biri 4 manat olmaqla 13 ədəd “Sobranie ballı”, hər biri 4,10 manat olmaqla 7 ədəd “Sobranie göy qalın”, hər biri 4,10 manat olmaqla 11 ədəd “Sobranie göy nazik”, hər biri 4,10 manat olmaqla 15 ədəd “Sobranie qara qalın”, hər biri 4,10 manat olmaqla 7 ədəd “Sobranie qara nazik”, hər biri 3,60 manat olmaqla 15 ədəd “Winston ballı”, hər biri 3,60 manat olmaqla 12 ədəd “Winston boz”, hər biri 3,60 manat olmaqla 10 ədəd “Winston nazik”, hər biri 3,60 manat olmaqla 12 ədəd “Winston göy”, hər biri 3,90 manat olmaqla 17 ədəd “NEO”, hər biri 3 manat olmaqla 15 ədəd “LD boz”, hər biri 3,20 manat olmaqla 12 ədəd “LD qara nazik”, hər biri 3 manat olmaqla 10 ədəd “Davidoff nazik boz”, hər biri 3 manat olmaqla 8 ədəd “Davidoff nazik göy”, hər biri 3,80 manat olmaqla 8 ədəd “Davidoff sarı”, hər biri 3 manat olmaqla 8 ədəd “Davidoff mentol”, hər biri 3 manat olmaqla 11 ədəd “Davidoff göy”, hər biri 2,2 manat olmaqla 15 ədəd “Magna”, hər biri 4,10 manat olmaqla 15 ədəd “Sobranie ballı nazik”, hər biri 2,50 manat olmaqla 12 ədəd “Senate”, 40 manat dəyərində 1 blok (10 ədəd) “Sobranie ballı” və 41 manat dəyərində 1 blok (10 ədəd) “Sobranie göy nazik” markalı siqaretlərin oğurlandığı müəyyən edilmişdir. Oğurlanmış siqaretlərin ümumi dəyəri ekspert rəyi ilə 1297 manat müəyyən edilmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ona məxsus mağazadan oğurlanmış siqaret qutularının çox az hissəsinin geri qaytarılmasına baxmayaraq, vurulmuş maddi ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Zərərçəkmiş şəxs6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilmədiyini, ona qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs6 göstərmişdir ki, hazırda yaşadıqları evdən başqa ünvan 5 ünvanında yeni inşa etdirdikləri ikimərtəbəli fərdi yaşayış evləri vardır. Həmin evin tikinti işləri tam başa çatdırılıb damı örtülsə də, qapı və pəncərələri qoyulmamış, hazırda evin daxilində təmir işləri aparılır. 12 iyun 2022-ci il tarixdə saat 09:00 radələrində qeyd olunan ünvanda yerləşən evə baş çəkmək üçün gedəndə ikinci mərtəbənin otaqlarına işıq üçün çəkilmiş 600 metr ölçüdə mis tərkibli elektrik naqillərinin kəsilib çıxarılaraq oğurlandığını müəyyən etmiş, buna görə də əvvəlcə “102” xidməti zəng mərkəzinə məlumat verdikdən sonra Xaçmaz RPŞ-nə ərizə və izahat vermişdir. Həmin gün polis əməkdaşları özünün iştirakı ilə evə baxış keçirib bu barədə fotoşəkillər çəkmiş və protokol tərtib etmişlər. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində onlara məxsus evin elektrik naqillərinin Xaçmaz şəhər sakini yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasının müəyyən edildiyini sonradan bilmiş, lakin, şəxsən özü nə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, nə də ki, onun valideynlərini tanımamış və onlarla heç bir münasibəti olmamışdır. O, həmçinin göstərmişdir ki, hadisə zamanı evdən qeyd olunan mis tərkibli elektrik naqillərindən başqa heç nə oğurlanmamış, oğurlanmış elektrik naqillərinin diametri 3 mm, tərkibi mis olmuşdur. Onlara məxsus evdə baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 660 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 Xanməd oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 Xanməd oğlu göstərmişdir ki, Xaçmaz şəhəri, Davud Hacıyev 47 ünvanında oğlu Fərhad Gəncəliyev üçün iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş, evin daxilində təmir işləri aparılmışdır. 12 mart 2022-ci il tarixdə səhər saatlarında qeyd olunan evə baxmaq üçün gedəndə giriş üçün qoyduğu taxta qapının üzərindəki qıfılın sındırıldığını görmüş və evə kiminsə girdiyini hiss etmişdir. Buna görə də dərhal evə daxil olub otaqları nəzərdən keçirməyə başlamış və işıq üçün otaqlara çəkdirdiyi mis tərkibli elektrik naqillərinin yerindən çıxarılaraq oğurlandığını müəyyən etmişdir. Bundan başqa evin 2-ci mərtəbəsində hamam üçün nəzərdə tutulmuş otaqdan 01 ədəd 50 manat dəyərində Rusiya istehsallı işlənmiş elektrikli dəmir kəsən alətin də yerində olmadığını, hətta bir gün əvvəl evdə işləyən ustalar tərəfindən evin birinci mərtəbəsində, girişdən sağ tərəfdə yerləşən otağın döşəməsinə döşənmiş beton örtük qurumadığından üzərində evə girmiş naməlum şəxsin çoxlu sayda eyni formalı ayaqqabı izlərinin qaldığını görmüşdür. Bundan sonra gecə saatlarında naməlum şəxs və ya şəxslərin evə daxil olub işıq üçün çəkilmiş elektrik naqillərini və 01 ədəd elektrikli dəmir kəsən aləti oğurladığına tam əmin olmuş və ona görə də hadisə barədə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin gün polis əməkdaşları özünün iştirakı ilə evə baxış keçirib bu barədə fotoşəkillər çəkmiş və protokol tərtib etmişlər. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ona məxsus evin elektrik naqillərinin və 01 ədəd dəmir kəsən alətin Xaçmaz şəhər sakinləri, yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 tərəfindən oğurlanmasının müəyyən edildiyi sonradan məlum olmuş, habelə yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 hadisə ilə bağlı polis şöbəsinə dəvət olunanda onların özlərinin də onun evindən elektrik naqillərini və dəmir kəsən aləti oğurladıqlarını etiraf etdiklərini bilmişdir. Lakin, şəxsən o, özünə yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2, nə də ki, onların valideynlərini tanımamış və onlarla heç bir münasibəti olmamışdır. O, həmçinin göstərmişdir ki, evində baş vermiş həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1250 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən ev köhnə vəziyyətdə olduğu üçün həyətdə, yaşadığı evin arxa tərəfində iki mərtəbədən ibarət yeni ev inşa etdirmişdir. Evin hörgü işlərinin tam başa çatdırılmasına, damının örtülməsinə və işıq üçün otaqlara elektrik xətlərinin çəkilməsinə baxmayaraq qapı və pəncərələri qoyulmamışdır. 15 mart 2022-ci il tarixdə səhər saatlarında qeyd olunan evə gedərkən naməlum şəxs və ya şəxslər tərəfindən otaqlara çəkilmiş elektrik naqillərinin müəyyən hissəsinin divarlardan sökülərək aparıldığını müəyyən etmişdir. Bundan sonra evin bütün otaqlarını diqqətlə nəzərdən keçirmiş və elektrik naqillərinin yarı hissəsinin, yəni 600 metrinin oğurlandığını müəyyən etmişdir. Ona məxsus evdən baş vermiş oğurluq hadisəsi barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, onun özünün və hal şahidlərinin iştirakı ilə evə baxış keçirmiş, fotoşəkillər çəkmiş və bu barədə protokol tərtib etmişlər. Baş vermiş oğurluq hadisəsi ilə bağlı o, əlavə olaraq Xaçmaz RPŞ-nə ərizə və izahat vermişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində evinin elektrik naqillərinin Xaçmaz şəhər sakinləri, yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs və Şahid2 tərəfindən oğurlanmasının müəyyən edilməsi sonradan ona məlum olmuş, həmçinin yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs və Şahid2 hadisə ilə bağlı polis şöbəsinə dəvət olunduqda onların özlərinin də onun evindən elektrik naqillərini oğurladıqlarını etiraf etdiklərini bilmişdir. Lakin, şəxsən o, özü nə yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs və Şahid2, nə də ki, onların valideynlərini tanımamış və onlarla heç bir münasibəti olmamışdır. O, həmçinin göstərmişdir ki, evindən elektrik naqillərinin oğurlanması nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddə ziyan dəymişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ona vurulmuş zərər ödənilməsə də təqsirləndirilən şəxsdən şikayətçi deyil. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilmədiyini, lakin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Buna baxmayaraq, onun özünə məxsus ünvan 10 ünvanında yerləşən tikintisi davam edən fərdi yaşayış evindən 06 mart 2022-ci il tarixdə saat 16:00 radələrində həmin evə baş çəkmək üçün gedəndə evə çəkilmiş elektrik naqillərinin sökülərək, istifadə olunmamış bir bağlama 100 metr ölçüdə elektrik naqili ilə bərabər aparıldığını müəyyən etmişdir. Bu barədə “102” xidməti zəng mərkəzinə edərək hadisə barədə məlumat vermiş, sonra Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, onun özünün və hal şahidlərinin iştirakı ilə evə baxış keçirib fotoşəkillər çəkmiş və bu barədə protokol tərtib etmişlər. Baş vermiş oğurluq hadisəsi ilə bağlı o, əlavə olaraq Xaçmaz RPŞ-nə ərizə və izahat vermişdir. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində evinin elektrik naqillərinin Xaçmaz şəhər sakinləri, yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən oğurlanmasının müəyyən edilməsi sonradan ona məlum olmuş, həmçinin yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs və Şahid1 hadisə ilə bağlı polis şöbəsinə dəvət olunanda onların özlərinin də həqiqətən onun evindən elektrik naqillərini oğurladıqlarını etiraf etdiklərini bilmişdir. Lakin, o nə yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs və Şahid1, nə də ki, onların valideynlərini tanımamış və onlarla heç bir münasibəti olmamışdır. O, həmçinin göstərmişdir ki, evindən elektrik naqillərinin sökülərək oğurlanması nəticəsində ona ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs5 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq özünün onkoloji xəstə olduğunu, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs7 göstərmişdir ki, 01 may 2022-ci il tarixdə bazarın ərazisində yerləşən, işlədiyi piştaxtanın üstündən içərisində 6 ədəd 100 manatlıq, 3 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq və 2 ədəd 5 manatlıq əskinazlardan, habelə bir neçə ədəd 1 manatlıq və xırda qəpiklərdən ibarət olmaqla ümumilikdə 800 manat məbləğində nağd pul, şəxsiyyət vəsiqəsi, "xxxx" ASC tərəfindən verilmiş pensiya kartı, «Covid-19» pandemiyası ilə bağlı vaksin sənədi və gündəlik istifadə etdiyi dərmanlar olan pul kisəsinin yerində olmadığını görmüşdür. Piştaxtanın üstünü və ətrafı diqqətlə nəzərdən keçirsə də, pul kisəsini tapa bilməmiş, pul kisəsinin oğurlanmasından şübhələndiyi üçün bazar ərazisində xidmət aparan Əkbər adlı polis əməkdaşına zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra hadisə ilə bağlı Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmiş, həmin gün polis əməkdaşları tərəfindən özünün iştirakı ilə hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində piştaxtanın üzərindən pul kisəsinin hadisə baş verən gün bazar ərazisində gəzişən həmin iki azyaşlı uşaqlar tərəfindən oğurlanması müəyyən edilmiş, polis şöbəsində həmin uşaqları görən kimi tanımış və onlardan birinin adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs8 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs8 göstərmişdir ki, ünvan 11 ünvanında fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulmuş, ona məxsus həyətyanı torpaq sahəsində 80 kv. metr ölçüdə obyekt üçün nəzərdə tutulmuş bir mərtəbədən ibarət tikili inşa edilmişdir. 28 aprel 2022-ci il tarixdə anası Zərifə Şixəliyeva zəng edərək ona məxsus qeyd olunan obyektin qarşı tərəfindəki alüminium materialdan hazırlanmış qapıların oğurlandığını, buna görə də “102” xidməti zəng mərkəzinə və Xaçmaz RPŞ-nə hadisə barədə məlumat verdiyini bildirmişdir. Həmin ərəfədə o, Xaçmaz şəhərində olmamış, Xaçmaz şəhərinə qayıdandan sonra obyektə getmiş və həqiqətən obyektin alüminium materialdan hazırlanmış 2,05 x 1,4 metr ölçüdə 03 ədəd qapısının oğurlandığının şahidi olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 450 manat məbləğində maddi ziyan vurulmuşdur. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisənin yetkinlik yaşına çatmayan Kənan adlı şəxs tərəfindən törədilməsinin müəyyən edildiyini eşitmiş, şəxsən özü nə Kənan adlı şəxsi, nə də onun valideynlərini tanımır və onlarla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqramlar ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Xaçmaz şəhəri Bakıxanov küçəsində yerləşən, yaşadığı 2 saylı evin həyətində qalayçılıqla məşğul olur, samovar və digər mis qablar qalaylayıb təmir edir. 06 may 2022-ci il tarixdə özünə məxsus hər biri 5 litr həcmli 02 ədəd odun samovarını təmir etmək məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilinin giriş qapısının qarşısına qoymuş və həmin gün başqa işlərlə məşğul olduğundan samovarlar tikilinin qarşısında qalmışdır. Səhəri gün, yəni 07 may 2022-ci il tarixdə səhər saatlarında həyətə düşəndə samovarları qoyduğu yerdə tapa bilməmiş və kiminsə həmin samovarları oğurladığını hiss etmişdir. Buna görə də yaşadığı evin həyətində quraşdırılmış müşahidə kamerasında qeydə alınmış görüntülərə baxmış və həmin görüntülərə əsasən üzdən tanıdığı yetkinlik yaşına çatmayan Kənan adlı şəxsin 06 may 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin həyətyanı sahəsinə daxil olaraq həmin samovarları oğurladığını müəyyən etmişdir. Əvvəlcə Kənanın özünü görüb onunla söhbət etmək, oğurladığı samovarları hara və kimə satdığını müəyyənləşdirmək istədiyindən hadisə ilə bağlı həmin gün polisə müraciət etməmişdir. Bir neçə gündən sonra yolda Kənanla rastlaşmış və həyətindən samovarları oğurlaması ilə bağlı ona öz iradını bildirmişdir. Söhbət əsnasında Kənan özü də onun evinin həyətindən 02 ədəd samovar oğurladığını etiraf etmiş və həmin samovarları gətirib qaytaracağına söz vermişdir. Lakin sonradan o, samovarları gətirib qaytarmamış, buna görə də 20 may 2022-ci il tarixdə Xaçmaz RPŞ-nə gələrək hadisə barədə ərizə və izahat vermişdir. Ərizə və izahatında da evinin həyətindən samovarların Kənan adlı şəxs tərəfindən oğurlandığını göstərmişdir. Bundan sonra elə həmin tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hal şahidlərinin və özünün iştirakı ilə hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. Baş vermiş oğurluq hadisəsinin video görüntülərini 01 ədəd CD diskə köçürülmüş vəziyyətdə təhqiqat orqanına təqdim etmişdir. O, həmçinin göstərmişdir ki, samovarların hər birinin qiyməti 150 manat olmuş və onların oğurlanması nəticəsində ona ümumilikdə 300 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs9 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs9 göstərmişdir ki, ünvan 6 ünvanında tikintisi davam edən fərdi yaşayış evinə 16 iyun 2022-ci il tarixdə saat 09:00 radələrində getmiş, evin giriş hissəsində elektrik sisteminə qoşulmuş 40 metr uzunluqda mis tərkibli ana kabelin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlandığını aşkar etmişdir. Dərhal evə daxil olub otaqları nəzərdən keçirtmiş, bu zaman evdən əlavə olaraq hər bağlamada 100 metr olmaqla 3 bağlama 300 metr ölçüdə diametri 4 mm olan və 3 bağlama 300 metr ölçüdə diametri 2,5 mm olan mis tərkibli elektrik naqillərinin oğurlandığını, həmin elektrik naqillərinin oğurlanması nəticəsində ona ümumilikdə 740 manat məbləğində maddi ziyan vurulduğunu müəyyən etmişdir. Ona görə də əvvəlcə “102” xidməti zəng mərkəzinə hadisə barədə məlumat vermiş, onun məlumatından sonra Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, özünün və hal şahidlərinin iştirakı ilə evə baxış keçirilməklə fotoşəkillər çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı o, əlavə olaraq Xaçmaz RPŞ-nə ərizə vermiş, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində onun evindən elektrik naqillərinin Xaçmaz şəhər sakini, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasının müəyyən edilməsi sonradan ona məlum olmuş, həmçinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisə ilə bağlı polis şöbəsinə dəvət olunanda onun özünün də ona məxsus evdən elektrik naqillərini oğurladığını etiraf etdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, təxminən 2022-ci ilin sentyabr ayının ortalarında mağazanın müştərilərindən biri olan təxminən 25- 30 yaşlarında Xaçmaz rayonundan olan şəxs mağazaya gəlmiş, ona məxsus mağazanın bağlandığını siqaretlərin isə satılmadığını, həmin siqaret qutularını ondan almasına xahiş etmişdir. Siqaret qutularının oğurluq olub-olmadığını soruşduqda bir daha mağaza işlətdiklərini və mağazanı bağladıqları üçün bəzi məhsulların əldə qaldığını demiş, bundan sonra həmin şəxslə razılaşaraq 35 qutu siqaretin müqabilində 93 manat ödəniş etmişdir. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə Şahid3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, 11 mart 2022-ci il tarixdə axşam saatlarında fəhlə kimi çalışdığı metal qəbulu məntəqəsində olduğu zaman Xaçmaz şəhər sakini kimi tanıdığı yetkinlik yaşına çatmayan Kənan adlı şəxs tanımadığı daha iki nəfər yetkinlik yaşına çatmayan şəxslərlə birlikdə oraya gəlmişdir. Kənan ona satmaq üçün mis gətirdiyini demiş, ondan misi haradan əldə etdiyini soruşduqda evlərindən gətirdiyini bildirmiş və bundan sonra o, Kənanın gətirdiyi misi tərəzidə ölçmüşdür. Misin çəkisi 7 kq gəlmiş və hər kiloqramına 11 manat olmaqla Kənana 77 manat məbləğində pul vermiş, bununla bağlı məntəqənin qeydiyyat kitabında müvafiq qeydiyyat aparmış və Kənan pulu alandan sonra yanındakı uşaqlarla birlikdə çıxıb getmişdir. 17 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nə dəvət olunduqda yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə onun işlədiyi metal qəbulu məntəqəsinə gətirib satdığı 7 kq çəkidə misin oğurluq olması ona məlum olmuşdur. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə Şahid4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, Xaçmaz şəhər sakini Şahid6 ilə birlikdə Xaçmaz şəhəri R.Behbudov küçəsində müqavilə əsasında metal qəbulu məntəqəsini icarəyə götürmüşlər. 11 mart 2022-ci il tarixdə Şahid3 Xaçmaz şəhərində yaşayan yetkinlik yaşına çatmayan Kənan adlı şəxs tərəfindən məntəqəyə gətirilmiş 7 kq çəkidə misi qəbul etməsi və bir kiloqramının alış qiyməti 11 manat olduğundan 7 kq çəkidə misə görə ona 77 manat məbləğində pul ödəməsi barədə məlumat almışdır. Lakin şəxsən o, özü Kənan adlı şəxsi tanımır. 17 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nə dəvət olunarkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə onların işlətdikləri metal qəbulu məntəqəsinə gətirib işçiləri Şahid3 satdığı 7 kq çəkidə misin oğurluq olması ona məlum olmuşdur. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə Şahid6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid6 digər Şahid4 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid8 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs samovar almışdır. Həmin samovarı haradan əldə etməsi barədə Kənandan soruşduqda sonuncu ona nənəsinə məxsus olduğunu bildirmişdir. Həmin samovarın fotoşəklini çəkərək qəbul etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs onun işlədiyi məntəqəyə yararsız vəziyyətdə olan plastik qapı gətirmişdir. Xaçmaz RPŞ-nin əməkdaşları oğurluq hadisəsi barədə sorğusual etdikdən sonra Təqsirləndirilən şəxs tərəfindən ona təqdim olunmuş əşyaların oğurluq nəticəsində əldə olunması ona məlum olmuşdur. Sonradan o, Təqsirləndirilən şəxs görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, 17 sentyabr 2022-ci il tarixdə 15 yaşlı qardaşı Təqsirləndirilən şəxs gecə gəzərkən küçədə zibilliyin yanından 110 ədəd siqaret qutularını tapdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs ona təqdim etdiyi siqaretlərdən 35 qutu götürüb evlərinin yanında yerləşən ərzaq mağazasında işləyən təxminən 40-45 yaşlarında olan satıcıya 93 manata satmışdır. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, qızı X6 şəhəri, Süleyman Əsgərov küçəsi 10 ünvanında yerləşən torpaq sahəsində bir mərtəbədən ibarət qeyri-yaşayış obyekti vardır. 28 aprel 2022-ci il tarixdə saat 20:00 radələrində həmin obyektin qapılarının oğurlandığını aşkar etmişdir. Həmin gün əvvəlcə “102” xidməti zəng mərkəzinə hadisə barədə məlumat vermiş, sonra isə Xaçmaz RPŞ-nə ərizə təqdim etmişdir. Onun məlumatından bir neçə dəqiqə sonra Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, hal şahidlərinin və özünün iştirakı ilə hadisə yerinə baxış keçirib fotoşəkillər çəkmiş və bu barədə protokol tərtib etmişlər. Özü hadisənin törədilməsində heç kimdən şübhələnməsə də, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisənin yetkinlik yaşına çatmayan Kənan adlı şəxs tərəfindən törədildiyinin müəyyən edilməsini eşitmiş, buna baxmayaraq özü nə Kənan adlı şəxsi, nə də onun valideynlərini tanımır və onlarla heç bir münasibəti olmamışdır. İş üzrə şahid qismində ibtidai istintaq zamanı dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhərinin sakinləri olan, yaşayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və yetkinlik yaşına çatmayan Şahid1 tanıyır. Onların hər ikisi ilə münasibəti yaxşıdır və aralarında dostluq münasibətləri vardır. 11 mart 2022-ci il tarixdə səhər saatlarında evdə olduğu zaman Təqsirləndirilən şəxs gəlib onu çağırmış, onunla görüşəndən sonra ikisi birlikdə gəzə-gəzə Xaçmaz şəhəri mərkəzi bazarının ərazisinə gəlmiş və orada Şahid1la rastlaşmış və bərabər şəhər ərazisində gəzməyə başlamışlar. Xaçmaz şəhəri, Davud Hacıyev küçəsi ilə keçərkən Zərərçəkmiş şəxs2 Xanməd oğluna məxsus yeni tikilən evin olduğunu və orada ustaların işlədiyini görmüşlər. Küçədən baxarkən evin içəri hissəsində olan elektrik naqilləri diqqətlərini cəlb etmiş, Kənan, Nadir və o, ustalar işlərini qurtarıb gedəndən sonra həmin evə daxil olaraq elektrik naqillərini oğurlamaq və içərisindəki misi çıxararaq metal qəbulu məntəqəsinə satmaqla pul əldə etmək qərarına gəlmişlər. Hava qaraldıqdan sonra, təxminən saat 22:00 radələrində həmin küçəyə getmiş, evdə işləyən ustaların orada olmadıqlarını görmüş və ətrafda heç kimin olmadığına əmin olandan sonra hər üçü hasardan tullanaraq evin həyətinə keçmişlər. Evə giriş üçün qoyulmuş taxta qapının üzərində asma qıfıl olduğundan həyətdən götürdükləri armatur parçası ilə qıfılı sındıraraq qapını açmış və evin içərisinə daxil olmuşlar. Bundan sonra evin birinci və ikinci mərtəbəsinin otaqlarına işıq üçün çəkilmiş tərkibi mis olan elektrik naqillərini kəsib çıxartmış, daha sonra həmin naqilləri evin içərisindən tapıb götürdükləri torbanın içərisinə yığmış, elektrik naqillərindən əlavə Nadir evin ikinci mərtəbəsindəki otaqların birindən elektriklə işləyən 01 ədəd dəmir kəsən aləti də götürmüşdür. Evin birinci mərtəbəsində girişdən sağ tərəfdə yerləşən otağın döşəməsinə çəkilmiş betonun qurumaması səbəbindən həmin otağa keçərkən betonun üzərində onların, əsasən də Kənanın və Nadirin ayaqqabı izləri qalmışdır. Buna baxmayaraq oğurladıqları elektrik naqillərini və 01 ədəd dəmir kəsən aləti götürüb evdən çıxmış və birbaşa Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən köhnə avtobazanın həyətinə getmişlər. Orada oğurladıqları elektrik naqillərini yandıraraq 7 kq çəkidə mis əldə etmiş, Nadir evdən oğurladığı dəmir kəsən aləti avtobazanın həyətindəki dəmir çənin altında gizlətdikdən sonra əldə etdikləri misi Xaçmaz şəhəri, R.Behbudov küçəsində Şahin və Emin adlı şəxslərə məxsus metal qəbulu məntəqəsinə 70 manat məbləğində satmış, əldə etdikləri pulu üçünün arasında bölmüşlər. Bundan başqa 2022-ci ilin mart ayının əvvəllərində, Təqsirləndirilən şəxslə görüşmüş, sonuncu ona Xaçmaz şəhəri 28 May küçəsində, «Ailə» marketin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yeni inşa edilmiş bir evdən elektrik naqillərinin müəyyən hissəsini oğurladığını və həmin evdə naqillərin müəyyən hissəsinin qaldığını demişdir. Söhbət zamanı Kənanla həmin evdə qalmış elektrik naqillərini birlikdə oğurlamaq barədə razılaşmışlar. 13 mart 2022-ci il tarixdə saat 21:00 radələrində ikisi birlikdə həmin ünvana getmiş, əvvəlcədən razılaşdıqları kimi o, evin yaxınlığında çöldə dayanıb gözləmiş, Kənan isə hasardan aşmaqla qonşunun həyətinə, oradan isə yeni inşa olunmuş qeyd olunan evə keçmişdir. Bir qədər sonra o, içərisinə elektrik naqillərini yığdığı bir ədəd kisə ilə birlikdə evin həyətindən çıxıb onun yanına gəlmiş və bundan sonra Kənanla birlikdə oğurladıqları elektrik naqillərini Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən «Topxana» adlanan restoranın yaxınlığında fəaliyyət göstərən metal qəbulu məntəqəsinin yaxınlığında elektrik naqillərini yandırmaqla əldə etdikləri misi həmin məntəqəyə təhvil vermiş və 32 manat əldə etmişlər. Əldə etdikləri pulu Kənanla öz aralarında bölmüşlər. İstintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhər sakinləri, yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs və Şahid2 tanıyır. Onların hər ikisi ilə münasibəti yaxşıdır və aralarında dostluq münasibətləri vardır. 05 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə görüşüb söhbət edən zaman yaşayış olmayan ev axtarıb tapmaq və oradan oğurluq etmək barədə razılaşmışlar. Həmin gün saat 18:00 radələrində Kənanla birlikdə yaşayış olmayan ev tapmaq məqsədi ilə Xaçmaz şəhəri 9 saylı tam orta məktəbin yaxınlığında yerləşən H.Turabov küçəsi ilə piyada hərəkət edən zaman qarşılarına Zərərçəkmiş şəxs5 məxsus tikintisi davam edən və yaşayış olmayan ev çıxmışdır. Əvvəlcə Kənana evə girməsini təklif etmiş, arxasınca isə özünün girəcəyini demişdir. Kənan etiraz etməmiş daş hasardan aşaraq evin həyətinə keçmişdir. Bundan sonra o, da hasardan aşaraq həyətə keçmişdir. Evin qapısı olmadığından Kənan və o, rahatlıqla içəri daxil olmuşlar. Evin otaqlarına çəkilmiş tərkibi mis olan təzə elektrik naqilləri Kənanla ikisi birlikdə sökmüş, bundan sonra həyətdən götürdükləri nərdivanı evin arxa tərəfindəki hasara söykəyib oğurladıqları elektrik naqillərini topa halda büküb götürərək hasarlanmamış və açıq vəziyyətdə olan qonşu həyətə keçmişlər. Oğurladıqları elektrik naqillərini qonşu həyətdəki kolluq hissədə gizlədib təxminən yarım saat orada gözləmiş və sakitlik olduğuna əmin olduqdan sonra oğurladıqları naqilləri götürərək oradan getmişlər. Xaçmaz şəhəri M.Hüseynzadə küçəsində yerləşən avtobaza adlanın ərazidə oğurladıqları naqilləri yandıraraq əldə etdikləri 15 kq çəkidə misin 3 kq-nı 05 mart 2022-ci il tarixdə saat 20:00 radələrində Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən metal qəbulu məntəqəsinə 30 manata, qalan 12 kq çəkidə misi isə Xaçmaz-Quba yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə 120 manata satmış, əldə etdikləri ümumilikdə 150 manat pulu Kənanla öz aralarında bölmüş və həmin oğurluqdan hər birinin payına 75 manat pul düşmüşdür. Bundan başqa 11 mart 2022-ci il tarixdə səhər saatlarında Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığında Təqsirləndirilən şəxs və Şahid2la görüşmüş, onlarla birlikdə şəhər ərazisində gəzməyə başlamışdır. Xaçmaz şəhəri, Davud Hacıyev küçəsi ilə keçərkən Zərərçəkmiş şəxs2 Xanməd oğluna məxsus yeni tikilən evin olduğunu və orada ustaların işlədiyini görmüşlər. Ustalar işlərini qurtarıb getdikdən sonra həmin evə daxil olub elektrik naqillərini oğurlamaq və həmin naqillərdə olan misi əldə edərək metal qəbulu məntəqəsinə satmaq qərarına gəlmişlər. Hava qaraldıqdan sonra, təxminən saat 22:00 radələrində həmin küçəyə getmiş, evdə işləyən ustaların orada olmadıqlarını müəyyən etdikdən sonra hər üçü hasardan tullanaraq evin həyətinə keçmiş, evə giriş üçün qoyulmuş taxta qapının üzərində asma qıfıl olduğundan həyətdən tapıb götürdükləri armatur parçası ilə qapının üzərindəki asma qıfılı sındırmış və içəri daxil olmuşlar. Bundan sonra evin birinci və ikinci mərtəbəsinin otaqlarına işıq üçün quraşdırılmış tərkibi mis olan elektrik naqillərini kəsib çıxartmış və həmin naqilləri evin içərisindən tapıb götürdükləri torbanın içərisinə yığmışlar. Elektrik naqillərindən əlavə o, özü evin ikinci mərtəbəsindəki otaqların birindən 01 ədəd elektriklə işləyən dəmir kəsən aləti də götürmüşdür. Evin birinci mərtəbəsində girişdən sağ tərəfdə yerləşən otağın döşəməsinə təzə beton döşədildiyindən və beton hələ qurumadığından həmin otağa keçərkən betonun üzərində onların, əsasən də Kənanın ayaqqabı izləri düşmüşdür. Buna baxmayaraq, onlar oğurladıqları elektrik naqillərini və 01 ədəd dəmir kəsən aləti götürmüş və evdən çıxmışlar. Oradan birbaşa Xaçmaz şəhəri R.Behbudov küçəsində yerləşən köhnə avtobazanın həyətinə getmiş, oğurladıqları elektrik naqillərini yandırıb ümumilikdə 7 kq çəkidə mis əldə etmiş, dəmir kəsən aləti isə avtobazanın həyətindəki dəmir çənin altında gizlətmişdir. Sonra elektrik naqillərindən əldə etdikləri misi Xaçmaz şəhəri R.Behbudov küçəsində Şahin və Emin adlı şəxslərə məxsus metal qəbulu məntəqəsinə 70 manat məbləğində satmışlar. Əldə etdikləri pulu üçünün arasında bölmüşlər. Sonradan o, Kənan və Əlisafa ilə birlikdə dəmir kəsən aləti götürmək üçün avtobazanın həyətinə getmiş, gizlətdiyi çənin altını axtarsalar da, həmin aləti tapa bilməmişdir. Bundan başqa 01 may 2022-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxslə birlikdə Xaçmaz şəhər mərkəzi bazarına gəlmiş, Kənan ona həmin bazarda fəaliyyət göstərən X14 aid piştaxtanın üzərində pul kisəsinin olduğunu demişdir. Kənan qadının həmin vaxt məşğul olmasından istifadə edərək piştaxtanın üzərindəki pul kisəsini götürmüş və bundan sonra onlar dərhal oradan uzaqlaşmışlar. Daha sonra bazardan çıxaraq yaxınlıqda yerləşən köhnə avtobazanın həyətinə getmişlər. Orada Kənan pul kisəsini açdıqda içərisində 100, 50, 20, 10 və 5 manatlıq əskinaslardan ibarət olmaqla 800 manat məbləğində pul, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik bank kartı, «Covid- 19»-a aid vaksin sənədi və bir neçə ədəd dərman olduğunu görmüşlər. Pul kisəsində olan pulun 400 manatını Kənana vermiş və qalan 400 manatını özünə götürmüşdür. Olduqları yerə taksi çağıraraq Alı Mustafayev küçəsi ilə dəmir yolu vağzalı istiqamətinə yola düşmüşlər. Yolda o, pul kisəsini tullamış, yanğın mühafizə vaqonunun dayandığı yerə çatdıqda taksidən düşmüş, Kənanla birlikdə piyada dəmir yolunu keçmiş, dəmir yolu xətlərini keçərkən pul kisəsinində olan şəxsiyyət vəsiqəsini tullamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhər sakini, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmamışdır. 11 iyun 2022-ci il tarixdə təxminən saat 16:00 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və onun kürəyində bel çantası olmuşdur. Söhbət əsnasında sonuncu ona tərkibi misdən olan elektrik naqilləri oğurladığını demiş və həmin naqillərdə olan misi əldə edərək satmasını təklif etmiş, bunun müqabilində ona pul verəcəyini bildirmişdir. Kənanın təklifinə etiraz etməmiş, bundan sonra Kənan kürəyində olan bel çantasını götürüb onun içərisindən elektrik naqillərini çıxartmış və onların evinin həyətində yandırmaqla üzərindəki rezinləri təmizləmişdir. Kənan, əldə etdiyi misi çıxarandan sonra çantanın içərisinə yığmış və bundan sonra ikisi birlikdə içərisində mis olan həmin çantanı götürüb satmaq üçün tanımadıqları şəxsin idarə etdiyi taksi ilə Xaçmaz-Xudat avtomobil yolunun kənarında, 2-ci işıqforun yanında yerləşən metal qəbulu məntəqəsinə getmişlər. Orada Kənan maşında oturub gözləmiş, o, isə misi götürüb məntəqəyə keçmiş, məntəqənin tanımadığı işçisi misi ondan qəbul edərək tərəzidə çəkmiş, misin çəkisi 3 kq müəyyən edilmişdir. Məntəqədə işləyən şəxs misin bir kq-nı 11 manatdan hesablayaraq 3 kq misə görə ona 33 manat məbləğində pul vermişdir. O, həmin pulu gətirib Kənana vermiş, Kənan pulu almış və həmin puldan 6 manat vermişdir. Bundan sonra Kənandan ayrılıb evlərinə getmiş, lakin Kənan həmin elektrik naqillərini haradan oğurlaması barədə ona heç bir məlumat verməmişdir. Sonradan bununla bağlı polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nə dəvət olunub sorğu-sual ediləndə hər şeyi olduğu kimi etiraf etmiş və bu barədə izahat vermişdir. Bundan başqa 15 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və onun əlində bir ədəd ağ rəngli kisə olmuşdur. Kisənin içərisində nə olduğunu soruşanda Kənan kisənin içərisində mis naqil olduğunu və onları yandırıb təmizləmək lazım olduğunu demişdir. Elektrik naqillərini haradan əldə etdiyini soruşduqda isə o, həmin naqilləri oğurladığını bildirmiş, lakin naqilləri konkret olaraq haradan və nə vaxt oğurlaması barədə heç nə deməmişdir. Bundan sonra Kənanla bərabər onun gətirdiyi içərisində elektrik naqilləri olan kisəni götürmüş, evin bağ hissəsinə keçərək kisəni açıb naqilləri yerə boşaltmış və bağda od qalayıb həmin naqilləri yandırmaqla təxminən 6 kq-a yaxın mis əldə etmişlər. Kənanla əldə etdikləri misin yarısını əvvəlcə onun metal qəbulu məntəqəsinə satması, qalan hissəsini isə Kənanın metal qəbulu məntəqəsinə satması barədə razılığa gəlmişlər. Bundan sonra o, elə həmin tarixdə təxminən saat 14:00 radələrində əldə etdikləri misin müəyyən hissəsini qara rəngli bel çantasına yığmış, Xaçmaz-Xudat avtomobil yolunun sağ tərəfində yerləşən metal qəbulu məntəqəsinə aparmış və həmin vaxt Kənan onların evində oturub onu gözləmişdir. Metal qəbulu məntəqəsinə təqdim etdiyi 3,3 kq misin bir kiloqramı 10 manat olmaqla ümumilikdə ona 33 manat məbləğində pul verilmişdir. Oradan evə qayıtmış və misin satışından əldə etdiyi 33 manat məbləğində pulu həyətdə onu gözləyən Kənana vermişdir. Kənan həmin pulun yarısını, yəni 16,5 manatını özünə götürüb 16,5 manatını ona verməklə ikisinin arasında bərabər böldükdən sonra qalan misi götürüb getmişdir. Həmin vaxtdan sonra bir daha onu görməmiş, Kənanın qalan misi hara və kimə satmasından xəbəri olmamışdır. Sonradan bununla bağlı polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-nə dəvət olunaraq izahatı alınmış və o, izahatında hər şeyi olduğu kimi etiraf etmişdir. Cinayət işinin 01-ci cildinin 01-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 01-ci cildinin 19-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli könüllü təqdim etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 qutu “kent 8”, 1 qutu “Sobranie qara”, 7 qutu “LD Compact”, 4 qutu “Kent Mentol”, 6 qutu “LD Club”, 6 qutu “Magna”, 6 qutu “Winston xs silver”, 1 qutu “Winston Xstyle”, 1 qutu “LD Club” siqaretlərini təqdim etmişdir. Cinayət işinin 01-ci cildinin 24 b vərəqəsində olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş Təqsirləndirilən şəxs atası X21 və anası X7r. Cinayət işinin 01-ci cildinin 25-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X13 yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin olunmuşdur. Cinayət işinin 01-ci cildinin 41-42-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:20-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 01-ci cildinin 55-56-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (saat 11:00-da) və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 01-ci cildinin 66-67-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 01-ci cildinin 72-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 01-ci cildinin 86-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 xx.xx.2022-ci il tarixli 2523 saylı rəyindən görünür ki, ekspertə təqdim olunmuş Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin 01-ci cildinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair heç bir məlumat yoxdur. Cinayət işinin 01-ci cildinin 97-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli götürmə protokolundan görünür ki, Şahid9 08 qutu “LD Compact”, 02 qutu “Sobranie ballı”, 02 qutu “Kent 8”, və 02 qutu “Kent 4” markalı siqaretləri istintaqa təqdim etmişdir. Cinayət işinin 01-ci cildinin 107-108-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan edilmişdir. Cinayət işinin 01-ci cildinin 114-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 23:00-da Xaçmaz RPŞ-dən təhvil alınaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. Cinayət işinin 01-ci cildinin 115-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 03-cü cildinin 56-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 01-ci cildinin 121-123-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə işin iştintaq ********* statistik nömrəsi ilə aparılması qərara alınmışdır. Cinayət işinin 01-ci cildinin 127-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Xaçmaz RPŞ-də fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 01-ci cildinin 161-162-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (saat 09:20-də) və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 01-ci cildinin 179-180-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında istintaqı davam etdirilmişdir. Cinayət işinin 01-ci cildinin 191-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Xaçmaz RPŞ-də fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 01-ci cildinin 207-ci vərəqəsində olan sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 22,a, mis,7x11/77m, Təqsirləndirilən şəxs yazısı olan A4 ölçülü vərəq sübuti əhəmiyyət kəsb etdiyindən materiala əlavə edilməsi üçün götürülmüşdür. Cinayət işinin 02-ci cildinin 121-122-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və Şahid1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Cinayət işinin 02-ci cildinin 127-129-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (saat 10:20-də) və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 02-ci cildinin 152-153-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmış M.H.Quliyevanın nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 02-ci cildinin 185-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli məktəbdə 6-cı sinifdə oxumuş lakin, təhsilini davam etdirmədiyi üçün məktəbdən kənarlaşdırılmışdır. Cinayət işinin 02-ci cildinin 196-cı vərəqəsində olan götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 01 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 03-cü cildinin 13-15-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 03-cü cildinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli, 9/5661 nömrəli rəyindən görünür ki, adları qeyd olunan malların 2022-ci ilin mart-aprel aylarına orta bazar qiyməti nəzəri qaydada – 1 metr ölçüdə 2 mm diametrli mis tərkibli elektrik naqili – 0,40 manat, 1 metr ölçüdə 4 mm diametrli mis tərkibli elektrik naqilinin – 0,70 manat, 1 ədəd istifadə olunmuş Rusiya istehsallı elektrikli dəmir kəsən alət (laqonda) – 70,00 manat, 1 ədəd 2,05 x 1,4 metr ölçüdə alüminium materialdan hazırlanmış qapı – 150,00 manat müəyyən edilir. Cinayət işinin 03-cü cildinin 19-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 03-cü cildinin 21-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 03-cü cildinin 25-26-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1-ci görüntüdə küçə ilə hər iki istiqamətdə avtomobillərin, velosipedçilərin və şəxsiyyətləri məlum olmayan bir neçə şəxsin hərəkətdə olduqları, daha sonra əynində qara rəngli şalvar, qara rəngli qısaqol köynək (köynəyin sinə hissəsində ağ rəngli yazılar var) olan, nisbətən uzun saçlı yetkinlik yaşına çatmayan bir şəxsin (diskə baxışda iştirak edən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs dediyinə görə həmin şəxs o, özüdür) diskə baxışa görə yolun sol kənarı ilə gəldiyi və hər iki qolunu sinəsinə çarpaz vəziyyətdə qoymaqla yolda dayandığı və çevrilərək arxa tərəfdən gələn gümüşü rəngli avtomobilə baxdığı, avtomobil yanından ötüb keçəndən sonra yoluna davam etdiyi müşahidə edilir və bundan sonra həmin şəxs bir daha görünmür. Bununla da, 1-ci görüntü başa çatır. 2-ci görüntüdə diskə baxışa görə yolun sol tərəfindəki evin həyət qapısının azacıq aralandığı və tez də örtüldüyü, həmin an küçə ilə qırmızı rəngli bir avtomobilin, onun arxasınca isə daha bir gümüşü rəngli avtomobilin keçib getdiyi, həmin avtomobil keçib gedən kimi sol tərəfdə yerləşən evin həyət qapısının açıldığı və həyətdən əynində qara rəngli şalvar, qara rəngli qısaqol köynək (köynəyin sinə hissəsində ağ rəngli yazılar var) olan, nisbətən uzun saçlı yetkinlik yaşına çatmayan bir şəxsin içərisində hansısa əşyalar olan ağ rəngli sintetik kisəni kürəyinə atmış və sağ əli ilə kisənin ağız hissəsindən tutmuş vəziyyətdə həyətdən çıxdığı, sol əli ilə həyət qapısını örtərək (diskə baxışda iştirak edən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs dediyinə görə həmin şəxs o, özüdür) tələsik addımlarla küçəni keçərək sağ tərəfdə yerləşən ara küçəyə daxil olduğu müşahidə edilir və bundan sonra həmin şəxs bir daha görünmür. Bununla da 2-ci görüntü başa çatır. 3-cü görüntüdə əynində qara rəngli şalvar, qara rəngli qısaqol köynək (köynəyin sinə hissəsində ağ rəngli yazılar var) olan, nisbətən uzun saçlı yetkinlik yaşına çatmayan bir şəxsin (diskə baxışda iştirak edən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs dediyinə görə həmin şəxs o, özüdür) evin həyətində gəzişdiyi, həyətdə müəyyən yerləri axtardığı müşahidə edilir. Daha sonra həmin şəxs evin qarşı tərəfinə keçir və bir daha görüntüdə qeydə alınmır. Bununla da 3-cü görüntü başa çatır. Kamerada qeydə alınmış tarix və saat görüntülərinə əsasən 1ci görüntünün xx.xx.2022-ci il tarixdə saat 09:34:24-də başladığı və saat 09:35:57-da bitdiyi, 2-ci görüntünün xx.xx.2022-ci il tarixdə saat 09:47:20-də başladığı və saat 09:47:54-da bitdiyi, 3-cü görüntünün xx.xx.2022-ci il tarixdə qeydə alınmaqla 1(bir) dəqiqə 11(on bir) saniyə davam etdiyi görünsə də, saat görüntüsü ağ rəngli fon üzərinə düşdüyündən görüntünün saat neçədə başlayıb neçədə bitdiyini seçmək, habelə qeyd olunan görüntülərdə səs qeydə alınmadığından danışıq olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntülərin hər üçündə qeydə alınmış şəxsin özünün olduğunu, 06 may 2022-ci il tarixdə görüntülərin qeydə alındığı vaxtda oğurluq etmək məqsədi ilə sonradan şəxsiyyəti ona Zərərçəkmiş şəxs4 kimi məlum olan şəxsə məxsus ünvan 4 ünvanında yerləşən evin həyətinə getdiyi və oradan 02 ədəd od samovarını oğurlayaraq 01 ədəd ağ rəngli sintetik kisənin içərisinə qoyub apardığını etiraf etmişdir. Cinayət işinin 03-cü cildinin 34-37-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün barəsində Bakı şəhəri Qaradağ RPİ-nin İş-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsindən ötrü aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Qaradağ RPİ-nin İş-nə göndərilmişdir. Cinayət işinin 03-cü cildinin 49-51-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin istintaq müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 03-cü cildinin 52-54-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəlləni 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 03-cü cildinin 58-59-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* statistik nömrəsi altında aparılmışdır. Cinayət işinin 03-cü cildinin 62-ci vərəqində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 03-cü cildinin 96-cı vərəqində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 03-cü cildinin 98-ci vərəqində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 03-cü cildinin 115-ci vərəqində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 03-cü cildinin 143-cü vərəqində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır. Cinayət işinin 03-cü cildinin 147-ci vərəqində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 03-cü cildinin 111-112-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM- nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək icraata qəbul edilməklə cinayət işinin istintaqı ********* statistik nömrəsi altında aparılmışdır. Cinayət işinin 03-cü cildinin 164-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli, 9/6531 nömrəli rəyindən görünür ki, adları qeyd olunan malların 2022-ci ilin mart-aprel aylarına orta bazar qiyməti nəzəri qaydada – 1 metr ölçüdə 3 mm diametrli mis tərkibli elektrik naqili – 0,60 manat, 1 metr ölçüdə 4 mm diametrli mis tərkibli elektrik naqilinin – 0,70 manat, 1 metr ölçüdə 2,5 mm diametrli mis tərkibli elektrik naqilinin – 0,50 manat, 1 metr ölçüdə 4 mm diametrli ikidamarlı mis tərkibli elektrik naqilinin – 2,50 manat 1 ədəd istifadə olunmuş 5lit həcmli odun samovarı– 120,00 manat müəyyən edilir. Ümumi dəyər nəzəri qaydada 124,30 manat müəyyən edilir. Cinayət işinin 03-cü cildinin 163-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 03-cü cildinin 164-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2022-ci il tarixli, 9/7338 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən siqaretlərin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 27,20 manat müəyyən edilir. Qərarda göstərilən siqaretlərin 2022-ci ilin sentyabr ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 70,60 manat müəyyən edilir. Həmin siqaretlərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. № Malların adı və markalanma Ümumi Bir vahidinin Ümumi göstəriciləri Miqdarı qiyməti qiyməti (manat) (manat) Təqdim edilmiş siqaretlər
1. “Kent1” markalı (nazik) siqaret 1 3,70 3,70
2. “Kent4” markalı (nazik) 1 3,70 3,70
3. “LD compact” markalı (qalın) 1 3,10 3,10
4. “LD club” markalı (nazik) 1 3,10 3,10
5. “Magna carbon” markalı (nazik) 1 2,50 2,50
6. “Sobranie” markalı (qalın) 1 3,90 3,90
7. “Winiston xs silver” (nazik) 1 3,60 3,60
8. “Winiston Xstyle” (qalın) 1 3,60 3,60 Cəmi: 27,20 Təqdim edilməmiş siqaretlər nəzəri qaydada
1. “Kent8” markalı siqaret 1 3,70 3,70
2. “Kent4” markalı siqaret 1 3,70 3,70
3. “Kent4 mentol” markalı siqaret 1 3,70 3,70
4. “Sobranie ağ nazik” markalı siqaret 1 3,90 3,90
5. “Sobranie ballı” markalı siqaret 1 3,90 3,90
6. “Sobranie göy qalın” markalı siqaret 1 3,90 3,90
7. “Sobranie göy nazik” markalı siqaret 1 3,90 3,90
8. “Sobranie qara qalın” markalı siqaret 1 3,90 3,90
9. “Sobranie qara nazik”markalı siqaret 1 3,90 3,90
10. “Viniston ballı” markalı siqaret 1 3,60 3,60
11. “Viniston göy” markalı siqaret 1 3,60 3,60
12. “NEO” markalı siqaret 1 3,80 3,80
13. “Davidov nazik boz” markalı siqaret 1 3,80 3,80
14. “Davidov nazik göy” markalı siqaret 1 3,80 3,80
15. “Davidov sarı” markalı siqaret 1 3,80 3,80
16. “Davidov mentol” markalı siqaret 1 3,80 3,80
17. “Davidov göy” markalı siqaret 1 3,80 3,80
18. “Sobranie ballı nazik”markalı siqaret 1 3.60 3.60
19. “Senate” markalı siqaret 1 2,50 2,50 CƏMİ: 70,60 Cinayət işinin 03-cü cildinin 167-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 03-cü cildinin 175-181-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2022-ci il tarixli, 3/1560 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əlbarmaq izi, 2 saylı daktilolentin “a” əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki “a” və “b” ovuc izləri, 4 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından, 2 saylı daktilolentin “a” əl-barmaq izi onun sağ əlinin böyük barmağından, 3 saylı daktilolentin səthindəki “a” və “b” ovuc izləri isə onu sağ və sol ovuclarından qalmışdır.Tədqiqata təqdim edilmiş 4 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən qalmışdır.Tədqiqata təqdim edilmiş 2, 4, 6 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdılar. Cinayət işinin 03-cü cildinin 174-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat müəyyən edilmişdir. Cinayət işinin 03-cü cildinin 187-219-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri, 10 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi və 18 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamlar dəyişdirilərək və əlavələr edilərək cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3-ci maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında yeni qərar çıxarılmaqla ona həmin maddələrlə yeni məzmunda yenidən ittiham elan olunmuş və barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri barəsində Qaradağ RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, 14 avqust 2008-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmayan Şahid2 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 vs 177.2.3-ci maddələri ilə cinayət taqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs və Şahid1 18 yaşına çatmadıqlarından onların barələrində Azərbaycan Respublikası CM-nin 170-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 180-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş, Şahid4, Şahid6, Şahid3 və Şahid8 əməllərində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, üzərində «22,a, mis, 7x11/77m, Təqsirləndirilən şəxs» yazılar olan surəti çıxarılmış 01 ədəd A4 ölçülü vərəq və zərər çəkmiş şəxs X15 yaşadığı ünvan 12 ünvanında yerləşən evdə baş vermiş oğurluq hadisəsinin video görüntüləri köçürülmüş 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut hesab edilmiş və onların cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. Cinayət işinin 03-cü cildinin 229-232-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittham elan edilmişdir. (saat 17:00-da) Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndinin 2-ci abzasına əsasən yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən, onun yaşını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını (59.1.2), əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin bəziləri ilə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 453.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun yetkinlik yaşına çatmayan şəxs olaraq cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlığın məhdudlaşdırılması cəzası iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdən 20 sentyabr 2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlandığı 04 (dörd) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 06 qutu “Magna”, 2 qutu “Kent 8”, 2 qutu “Kent 1”, 2 qutu “Kent 4”, 2 qutu “Sobranie ballı”, 15 qutu “ld compact”, 07 qutu “ld club nazik”, 06 qutu “Winston xs silver nazik”, 4 qutu “Kent mentol”, 1 qutu “Sobranie qara qalın” , 1 qutu “Winston x style” markalı siqaretlərin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, üzərində «22,a, mis, 7x11/77m, Təqsirləndirilən şəxs» yazılar olan surəti çıxarılmış 01 ədəd A4 ölçülü vərəq və Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında yerləşən evdə baş vermiş oğurluq hadisəsinin video görüntüləri köçürülmüş 01 ədəd CD formatlı disk iş materiallarında saxlanmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 161,26 (yüz altmış bir manat iyirmi altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 işə qoşularaq ibtidai istintaq dövründə 60 (altmış) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə 360 (üç yüz altmış) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmə istintaqı dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdən 20 sentyabr 2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- 06 qutu “Magna” 2 qutu kent 8, 2 qutu “Kent 1”, 2 qutu “Kent 4”, 2 qutu “Sobranie ballı”, 15 qutu “ld compact”, 07 qutu “ld club nazik”, 06 qutu “Winston xs silver” nazik, 4 qutu “Kent mentol”, 1 qutu “Sobranie qara qalın”, 1 qutu “Winston xstyle” markalı siqaretlər Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Üzərində «22,a, mis, 7x11/77m, Təqsirləndirilən şəxs» yazılar olan surəti çıxarılmış 01 ədəd A4 ölçülü vərəq və Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 12 ünvanında yerləşən evdə baş vermiş oğurluq hadisəsinin video görüntüləri köçürülmüş 01 ədəd CD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 161.26 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə 360 (üç yüz altmış) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmə istintaqı dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Şəfa Dadaşova