Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-97/2024 12.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində bir azyaşı və iki yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə CM-nın 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CMnin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, halhazırda digər bir cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-14/2024 saylı 11 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmış və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 25 oktyabr 2023-cü il tarixdə saat 00:10-da Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Mədəniyyət Sarayı"-nın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PŞ-nǝ gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və vidioçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kağız parçasına bükülmüş bükümdə təmiz çəkisi 0,326 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 6-7 ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. İlk dəfə olaraq narkotik vasitənin nəşə olan növündən, yəni maruxuannadan çəkmək yolu ilə istifadə etmiş, 2020-ci ildə narkotik vasitənin istifadəsi və qanunsuz odlu silah gəzdirdiyi üçün Azərbaycan Respublikası CM-nin 228.1 va 234.1-ci maddələri ilə təqsirli bilinib Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən 03 il müddətinə azadlıqdan məhrum edilmis və 09 sentyabr 2023-cü il tarixdə azadlığa buraxılmışdır. Azadığa buraxıldıqdan sonra bədəni narkotik vasitə tələb etdiyi üçün tanımadığı şəxslərdən narkotik vasitə alıb özü istifadə edirmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində 1 ədəd kağız bükümünə bükülmüş kakos kimi adlanan narkotik vasitə heroin almışdır. Həmin gün gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədəniyyət Sarayının yaxınlığına gəlmiş, bu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirib narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli bilindiyini izah edib onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə getməyini bildirmişlər. O, da polis əməkdaşlarının təklifi ilə razılaşıb 10-cu polis şöbəsinə getmişdir. Orada ona müdafiəçi taqdim olunmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən hüquq vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, o, da əynində olan şalvarının sol yan cibindən 01 ədəd kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rangli, iysiz, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasita heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, onun özü və iştirakçılar imzaları ilə zərfi və protokolun doğruluğunu təsdiq etmişdir. O, polis əməkdaşlarının onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Mədəniyyət Sarayının yaxınlığında saxladıqlarını, əvvəllər narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən 10 manat müqabilində aldığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilmədiyini bildirmişdir. O, son olaraq törətdiyi əməldən səmimi peşman olduğunu və dörd övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polisi kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində xidmət edir. 12 avqust 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1, inzibati binada qeydiyyatda olan və ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o özü və Qaradağ RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 daxil edilmişdir. Yaradılmış əməliyyat qrupuna rahbarlik ona həvalə edilmişdir. 24 oktyabr 2023-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixə keçən gecə saat 00:10 dəqiqədə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Mədəniyyət Sarayının yaxınlığında piyada hərəkət etdiyini ona yaxınlaşıb xidməti vəsiqələri ilə özülərini təqdim etmiş, eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra tərəflərindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. 10-cu Polis şöbəsində Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Heydər Dadaşzadə tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 dəvət edilmiş, dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olubolmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt İlham İsmaylov əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd büküm “kakos” kimi adlanan narkotik vasitə heroindir, həmin heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan ərazidə tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Şahid, Qaradağ RPİ-nin CAŞ-nın kiçik əməliyyat müvəkkili vəzifəsində işləmiş polis sejantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin CAŞ-nin əmliyyat müvəkkili, polisi kapitanı Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5715 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs o. “imza” ...” ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,326 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi- 0,326 qram, tədqiqata sərf edildi-0,050 qr, qalıq-0,276 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 09 dekabr 2023-cü il tarixli, 8099 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, “maddi sübut qismində tanıma haqqında” 26 oktyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd qızılı rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,326 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi – 0,276 qram hissəsi saxlanılması üçün Qaradağ RPİ-nə maddi sübutların saxlanma otağına təhvil verilməsi iş üzrə nəzərə alınmışdır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin video faylda əks edilmiş görüntülər 25 oktyabr 2023-cü il tarixdə qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasındakı xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilmişdir ki, təhqiqatçı Heydər Dadaşzadə qarşı sol tərəfində masa arxasında əyləşmiş şəxs, 10 saylı vəkil bürosunun vəkili X4, sağ tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adları təhqiqatçı tərəfindən sadalanan Qaradağ RPİ-nin CAŞnin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Qaradağ RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2dir. Video çəkilişin davamında təhqiqatçı Heydər Dadaşzadə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı taqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan qara rəngli şalvarının sol yan cibindən çıxardığı 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edir, həmin 1 ədəd ağ rəngli kağız bükümdə "kakos" adlanan narkotik vasitə heroin olmasını, həmin maddəni 24 oktyabr 2023-cü il tarixdə Yasamal rayonu, Sovetski adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilmir. Aşkar edilmiş 1 ədəd bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınır. Protokol düz yazılıb, əlavə və şikayət daxil olmadı, imzalarla təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 11 dekabr 2006-cı il təvəllüdlü X5, 26 mart 2009-cu il təvəllüdlü X6, 17 yanvar 2012-ci il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə CM-nın 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olması, himayəsində bir azyaşı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 25 oktyabr 2023-cü il tarixdə, gecə saat 00:10 radələrində şübhəli şəxs qismində tutulmuş və daha sonra 26 oktyabr 2023-cü il tarixdə saat 11:10-da Təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş və məhkəmənin 26 oktyabr 2023-cü il tarixli qərarı ilə təqdimat təmin edilməmişdir. Daha sonra Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X10 tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.276 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəişdirilərək “həbs” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-14/2024 saylı 11 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Cəzasının əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan və tədqiqatdan sonra ümumi qalıq çəkisi 0,276 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-97/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-97/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver