Məhkəmə qərarları › İş №1(002)-97/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-97/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-97/2025 01.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 2007-ci ildə Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə satış məqsədi olmadan tanışı Şahid1 10 manat pul müqabilində xeyli miqdarda psixotrop maddə- 0,426 qram metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 07 oktyabr 2024cü il tarixdə saat 14:00 dəqiqədə Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfərləri tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” Ticarət Mərkəzinin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin və qanuni nümayəndənin iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində “Argo” yazılmış siqaret qutusu içərisində bir bükümdə 0,426 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, narkotik vasitəni əvvəllər “Binə” ticarət mərkəzində bir yerdə işlədiyi Tural adlı şəxsdən 10 manata almışdır. Polislər tərəfindən saxlanılmamışdan iki ay əvvələ kimi narkotik vasitədə istifadə etmişdir. Patı adlı narkotik vasitədən istifadə etmişdir. Ona verilmiş suallara əlavə olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı o müdafiəçi ilə təmin edilmişdir. Qanuni nümayəndəsidə yanında olmuşdur. Təxminən 17 yaşına az qalmış narkotik vasitə istifadə etməyə başlamışdır. O, hal-hazırda heç bir narkotik vasitədən istifadə etmədiyini, məcburi müalicəyə ehtiyacının olmadığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini və əməlini səmimi etiraf edərək peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X1 və müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək öz ifadəsində göstərmişdir, “Binə” bazarında fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında “Binə” bazarında əvvəlcədən tanıdığı Tural adlı şəxsdən narkotik vasitə aldıqdan dərhal sonra polis əməkdaşları onlara yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra onlara suallar verərək gizlətməyə çalışdığı əşyanın nə olduğunu və nə üçün özlərini şübhəli apardığını soruşdular. Bu zaman Tural uzaqlaşmaq istəsə də onu da saxladılar. Verilən suallara cavab olaraq Turaldan narkotik vasitə aldığını bidirmişdir. Bundan sonra çevik polis əməkdaşları onların barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirdilər. Polis şöbəsinə gətirildikdən sonra ailə üzvlərinə məlumat verilməsi üçün əlaqə yaradıldıqda yalnız qardaşı İlkinə məlumat vermək mümkün olmuşdur. Ailə üzvlərindən hər-hansı şəxs polis şöbəsinə gələ bilmədiyi üçün qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirildi. Baxış zamanı üzərində olan “Argo” markalı siqaret qutusunu və mobil telefonunu təqdim etmişdir. Siqaret qutusunun içərisində ona məxsus bir ədəd içərisində siqaret tütünü ilə qarışdırılmış marixuana bitkisi olan siqaret və içərisində “patı” adlandırdığı psixotrop maddə aşkar edilmişdir. Həmin narkotik vasitə olan siqareti və “patı” adlandırdığı psixotrop maddəni həmin gün birlikdə saxlanıldığı Tural adlı şəxsdən 10 manata almışdır. Üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Onun üzərində olan 01 ədəd büküm və siqaret dənəsi zərfə qoyularaq qablaşdırılmışdır, möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq polis əməkdaşlarının onu Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi “Binə“ ticarət mərkəzinin içərisində saxladıqlarını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən, ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin X19 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, DİN-nin X19 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə inzibati ərazi üzrə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində xidmətdə idi. Xidməti fəaliyətini digər polis nəfəri Şahid2 ilə birlikdə davam etdirən zaman qeyd olunan tarixdə saat 14 radələrində Binə Ticarət Mərkəzinin 3-4-cü sırasının qarşısında olan zaman əvvəllər tanımadığı 2 nəfər şəxsin özlərini şübhəli kimi apararaq ətrafa göz gəzdirdiklərini gördükdən sonra həmin şəxslərdən birinin əlində nəsə gizlətməyə çalışdığını görüb onlara yaxınlaşıb özlərini təqdim etmişdir. Bu zaman həmin şəxslərdən biri qaçmağa cəhd etsə də dərhal həmin şəxsə yaxınlaşıb onu saxlamışdır. Həmin şəxslərə bir neçə sual verdikdən sonra onlar üzərində narkotik vasitə olmasını etiraf etmişlər və həmin şəxsləri qeyd olunan tarixdə saat 14:30 radələrində müvafiq araşdırma aparılmasından ötrü inzibati ərazi dislokasiyası üzrə Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirmişdir. Polis şöbəsində olan zaman həmin şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Şahid DİN-nin X19 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumat verilsədə o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmiş kimi qəbul olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 öz ifadəsində DİN-nin X19 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid1 məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə Bakı İstintaq Təcridxanasına rəsmi qaydada təkrarən məlumat verilsədə o məhkəmə iclasına gətirilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 ifadəsi elan edilmiş kimi qəbul olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Binə” bazarında fərdi əməklə məşğul olmuşdur. 07 oktaybr 2024-cü il tarixdə günorta saatlarında “Binə” bazarında əvvəlcədən tanıdığı Məhəmmədəli adlı şəxslə birlikdə olarkən, polis əməkdaşları onlara yaxınlaşmışlar, nə üçün özlərini şübhəli apardıqlarını və hansısa əşyanı nə səbəbdən gizlətdiklərini soruşmuşlar. O, polis əməkdaşlarırdan yayınıb mağazalardan birinə tərəf istiqamətlənmək istəmiş, lakin polis əməkdaşları onu saxlamışlar. Bundan sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib araşdırma aparılması üçün onları polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparıldıqdan sonra onun ailə üzvlərinə məlumat verilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. O, üzərində olan əşyaları təqdim etmiş, həmin əşyaların içərisində 06 ədəd büküm və bükümlərin hər birinin içərisində marixuana adlanan narkotik vasitə mövcud olmuşdur. O, marixuana bükümlərini “Sovetski” adlanan ərazidən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuana və “patı” adlandırdığı psixotrop maddəni polis əməkdaşları saxlamazdan əvvəl o, Təqsirləndirilən şəxs vermiş, lakin o, həmin narkotik vasitə ilə psixotrop maddəni satmamış, pay olaraq vermişdir. O, Məhəmmədəlini əvvəlcədən tanıyır və əvvəllər də sonuncuya pay olaraq narkotik vasitə vermişdir, lakin satmamışdır. O, 2016-cı ildə “Aprel döyüşləri”ndə iştirak edən zaman travma aldığı üçün tez-tez başı ağrıyır və marixuana istifadə edir. O, tez-tez əldə edə bilmədiyi üçün bir neçə büküm alıb uzun müddət ərzində istifadə etdiyi üçün saxlanılarkən, üzərindən 06 büküm narkotik vasitə marixuana saxlamışdır. O, ilk olaraq üzərində 05 büküm narkotik vasitə olduğunu düşünsə də, sonradan xatırlamışdır ki, həmin bükümləri axşam saatlarında almış və yadından çıxmış ola bilər. Ona görə də, təqdim etdiyi 06 ədəd bükümün hamısnın ona məxsus olduğunu təsdiq etmişdir. O, Polis Şöbəsinə aparılarkən və Polis Şöbəsində olarkən, ona qarşı heç bir fiziki zor və ya hədə-qorxu tətbiq olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli, 6/4820 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 222” möhür əksi, “Təqsirləndirilən şəxs /imza/; X8 /imza/; X10 /imza/; Şahid3 /imza/; Şahid2 /imza/; X13 /imza/; X4 /imza/; xx.xx.2024; yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,426 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,426 qram, tədqiqata sərf edildi– 0,05 qram, qalıq - 0,376 qram. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X2 22 oktyabr 2024-cü il tarixli, 6931 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatordan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyada alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 09 oktyabr 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,426 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xx.xx.2024-cü il tarixli qərarla maddi sübut hesab edilərək, tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,376 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 28 oktyabr 2024-cü il tarilxli “CD-R dusk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin video faylda ǝks edilmiş görüntülər 07 oktyabr 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasındakı xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Heydər Dadaşzadə qarşı sağ tərəfində masa arxasında əyləşmiş şəxs, 10 saylı vəkil bürosunun vəkili Əliyev Əlisǝfa Qurban oğlu, onunla üzbəüz masada əyləşmiş qanuni nümayəndə X8, sol tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adı təhqiqatçı tərəfindən sadalanan Qaradağ RPİ-nin ƏÇPA-nın polis nəfərləridir. Video çəkilişin davamında təhqiqatçı Heydər Dadaşzadə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində "Argo" yazılmış siqaret qutusunu təqdim etdi. Qutu açılarkən içərisində 1 ədəd siqaret dənəsi və kağız büküm aşkar olundu. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi büküm açılan zaman bükümün içərisində iysiz, şəffaf, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edildi. Həmin maddənin psixotrop maddə olan "patı" və siqaret dənəsinin içərisində isə çəkmək üçün hazırlanmış marixuana olduğunu bildirir. Həmin büküm və siqaret dənəsi əvvəlcədən tanıdığı Tural adlı şəxsdən aldığını bildirir. Sonuncunun bundan əlavə bir ədəd mobil telefon təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilmir. Aşkar edilmiş 1 ədəd siqaret dənəsi və kağız bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 03 dekabr 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 622 92 20 saylı mobil telefon nömrəsinin anten dairəsində istintaq üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməlini tərətməsini, cinayət törədən zaman yetkinlik yaşına çatmamasını və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin hal-hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən zzadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 07 oktyabr 2024-cü il tarixdə, saat 15:30-da tutulmuş, Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə saat 12:00-da təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqdan sonra barəsində Qaradağ rayon RPİ-nin İŞ-nin mütəntiqi X11 tərəfindən “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,376 qram narkotik vasitə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən (07 oktyabr 2024-cü il tarixdən-21 aprel 2025-ci il tarixədək) 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən (20 may 2025-ci il tarixdən-01 iyul 2025-ci il tarixədək) 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Abşeron rayonu, Qobus qəsəbəsində yerləşən fərdi yaşayış evini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,376 qram narkotik vasitə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı (07 oktyabr 2024-cü il tarixdən-21 aprel 2025-ci il tarixədək) 50 saata görə 300 (üç yüz ) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı (20 may 2025-ci il tarixdən-01 iyul 2025-ci il tarixədək) 30 saata görə 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X12 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar