Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-98/2022 21.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1979-cu ildə Laçın rayonu, Mirik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Mirik kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Meyvəli” TM-nin qarşısında idarə etdiyi “Kamaz” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı qəsdən bir dəfə bərk küt alətlə, bir dəfə isə yumruqla Zərərçəkmiş şəxs baş və sifət nahiyyəsindən vuraraq, Zərərçəkmiş şəxs başın sol təpə-gicgah nahiyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan dərialtı hematoması, alt dodağın selikli qişasına qansızma, dilin səthi əzilmiş yarası ilə müşayiət olunan dilin hematomasından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, “Kamaz” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edib, yük daşımaqla məşğul olur. İmdadəli adlı şəxsi isə bir neçə ildir ki, tanıyırmış. Onların normal münasibətləri olmuşdur. İmdadəli də “Kamaz” markalı yük avtomobili sürür və yük daşımaqla məşğul olurmuş. O da İmdadəli ilə birlikdə yük daşımışdır. O, təxminən bir il qabaq İmdadəlini bir mebel sexinin müdriyyəti ilə tanış etmiş və İmdadəli həmin mebel sexindən yük daşımağa başlamışdır. İmdadəli həmin mebel sexindən yük daşımağa başladıqdan sonra onu həmin mebel sexindən yük daşımağa çağırmamışlar və o, buna görə də İmdadəli ilə danışıb bildirmişdir ki, İmdadəli orada işə başladıqdan sonra onu oradan çağırmamışlar. Buna görə də telefonda aralarında mübahisə düşmüşdür. Həmçinin İmdadəli telefonda ona nalayiq söyüşlər söymüşdür. Ancaq o, İmdadəli ilə görüşə bilməmişdir. 21 noyabr 2021-ci il tarixdə o, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində İmdadəlinin yük avtomobilini görmüş və İmdadəlinin orada olmadığını görmüşdür. Sabahsı gün, yəni 22 noyabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində o, İmdadəliyə zəng vurub bildirmişdir ki, görüşüb söhbət etsinlər. İmdadəli də onunla razılaşmış və o demişdir ki, “Meyvəli” ticarət mərkəzinin qarşısında dairənin yanında öz avtomobilindədir gəlsin görüşsünlər. İmdadəli də gəlmişdir. İmdadəli onun idarə etdiyi yük avtomobilinə minmiş və onlar söhbət edən zaman, İmdadəliyə demişdir ki, mebel sexinə işə başlayandan sonra onu oradan çağırmırlar, niyə onun yüklərini aparır, onun çörəyinə bais olur. Bu zaman aralarında mübahisə düşmüş və İmdadəli onu söymüşdür. O da bu zaman yumruqla İmdadəlinin sifətindən vurmuşdur. İmdadəli də onu yumruqla vurmuşdur. O da yenə yumruqla İmdadəlinin başından vurmuşdur. Sonra İmdadəli qapını açıb avtomobildən düşmüşdür. O isə yük avtomobilini sürüb oradan çıxıb getmişdr. O, İmdadəlini ancaq yumruqla vurmuş, bir dəfə sifətindən bir dəfə isə baş nahiyyəsindən yumruqla vurmuşdur. Hadisə zamanı onun idarə etdiyi yük avtomobilində İmdadəli və ondan başqa heç kim olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun “Kamaz” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır və həmin yük avtomobili ilə yük daşımaqla məşğul olur. Paşa adlı şəxsi təxminən 6 il olar ki, tanımışdır. Paşa da “Kamaz” markalı yük avtomobili sürüb, yük daşımaqla məşğul olurmuş. O da Paşa ilə birlikdə yük daşımışdır və Paşaya kömək etmiş, Paşa da özü avtomobili ilə yük daşımışdır. Bundan sonra isə Paşa onu Xırdalan şəhərində yerləşən mebel sexindən mebel daşımağa kömək etmiş və o da mebelləri rayonlara daşıyırmış. Təxminən 3 il qabaq həmin mebel sexindən zəng vurub bildirmişlər ki, rayona mebel aparmaq lazımdır. O da oraya gedib idarə etdiyi yük avotmobilinə mebeli yükləyib rayona aparmışdır. O, mebeli apardıqdan sonra Paşa ona zəng vurub demişdir ki, o, niyə mebeli yükləyib, aparmışdır, ona niyə xəbər etməmişdir. Buna görə aralarında telefonda mübahisə düşmüş, lakin bundan sonra o, Paşa ilə danışmamışdır. 21 noyabr 2021-ci il tarixdə axşam saatlarında o, Ağcabədi rayonundan soğan yükləyib, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinə gətirmişdir. Oradan bildirmişlər ki, yükü səhər tezdən boşaldacaqlar. O, avtomobili orada qoyub qardaşıgilə getmiş və sabahsı gün, yəni 22 noyabr 2021-ci il tarixdə səhər saatlarında “Meyvəli” ticarət mərkəzinə gələn zaman, oradan demişlər ki, axşam bir nəfər şəxs gəlib onu axtarırmış. Saat təxminən 10 radələrində Paşadan ona telefon zəngi gəlmiş və Paşa ilə telefonla danışmış və Paşa ona demişdir ki, onunla işi vardır. O da Paşaya demişdir ki, avtomobildə yük var, yük boşalsın, görüşərlər. Sonra Paşa ona yenə də yığmış və demişdir ki, ayağı burxulub, “Meyvəli” ticarət mərkəzinin qarşısında dairənin yanındadır. O, həmçinin demişdir ki, “gəl gedək bir çay içək.” O da demişdir ki, gələcək gözləsin. O, yükü boşaltdıqdan sonra 12 radələrində avtomobili idarə edərək, Paşanın dediyi yerə tərəf getmiş və yük avtomobilini Paşanın idarə etdiyi yük avtomobilinin arxasında saxlamışdır. O, avtomobildən düşüb idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə yaxınlaşmış, Paşa avtomobilin qapısını açmış və ona demişdir ki, “gəl otur avotomobilə”. O da sərnişin olan yer tərəfdən “Kamaz” markalı avtomobilə minmiş və qapını bağlamaq istəyən zaman Paşa əlində olan dəmir parçası ilə bir dəfə onun baş nahiyyəsindən vurmuşdur. Həmin vaxtı Paşa bir dəfə də yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. Bu zaman onun baş və üz nahiyyəsindən qan axmağa başlamışdır. Paşa onun qarşısında dayanmış, o, Paşanın əllərindən tutmuşdur ki, Paşa onu vurmasın. Bu zaman Paşa əllərini buraxmış və o, avtomobildən yerə yıxılmışdır. Paşa özü avtomobilini işə salmış və sürüb getmişdir. O da öz avtomobilinə tərəf qaçıb avtomobilə minmiş və avtomobili işə salmışdır, lakin onun dalınca getmişdir. O, sifətinin qan içində olduğunu görüb yoldan keçən taksi ilə “Respublika Kliniki Xəstəxanasına” getmiş və orada ona ilkin tibbi yardım göstərilmişdir. Daha sonra o, 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat vermişdir. Hadisə Paşanın idarə etdiyi yük avtomobilində olmuşdur. Hadisə zamanı onların yanında heç kim olmamışdır. Hadisə zamanı o, Paşanı heç nə ilə vurmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X10 Qaradağ rayon Şöbəsinin 25 noyabr 2021-ci il tarixli 852 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın sol təpə-gicgah nahiyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan dərialtı hematoması, alt dodağın selikli qişasına qansızma, dilin səthi əzilmiş yarası ilə müşayiət olunan dilin hematoması bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Respublika Klinik Xəstəxanasına müraciət etdiyi 22.11.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. 2.Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyasını nəzər alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən və iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 01.06.2005-ci il tarixdə doğulmuş X5, 21.01.2007-ci il tarixdə doğulmuş X3 və 10.03.2013-cü il tarixdə doğulmuş X6 ataları Təqsirləndirilən şəxsdur. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-98/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-98/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver