Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-98/2023 30.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X2 və onun vəkili və nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə saat 21:50 radələrində «Yol hərəkəti haqqında» Azərbayjan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbiləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi «Merdeces Benz C220» markalı, **- GD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 54,5-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qarşıda yolu sağdan sola adi qaçışla keçən piyada X4 vurmuş, nəticədə ehtiyatsızlıqdan Y.Baxşıyevin baş beyin toxumasına onun qişaları altına və mədəciklərinə qansızma, döş qəfəsinin soldan İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları, ağciyərin sol payının cırılmış yarası, sol baldır sümüklərinin qapalı, yerinidəyişməyən sınıqları, sol yanaq və sağ gicgah nahiyələrinin sıyrıqları, sağ bud nahiyəsinin aşağı 1/3-nin əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə yəni yol-nəqliyyat hadisəsi baş verən gün Sumqayıt şəhərinə gəlib oradan avtomobil satışı bazarından «Merdeces Benz C220» markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında kreditə almışdır.O, avtomobilin sənədləşmə işlərini bitirib 20 yanvar deyilən əraziyə gedib oradan iki nəfər tanımadığı sərnişin götürüb yaşadığı rayona doğru gedirmiş.Qobustan qəsəbəsi ərazisində avtomobili yolun sol zolağı ilə təxminən 80 km/saat surətlə hərəkətdə olarkən biraz qarşıda yolun sağdan birinci hərəkət zolağı ilə yük avtomobili asta surətlə hərəkət edirmiş. O, birazda gedəndən sonra qəflətən yolun sağ hissəsindən sola doğru hərbi geyimdə bir nəfər piyada kişinin qaçaraq yolu keçdiyini görmüş, onu görən kimi sükanı sola döndərib hadisədən yayınmaq istəsədə bunun heç bir xeyri olmamış və həmin piyada kişi də hərəkətdən dayanmadığı üçün onun idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobilinin qabaq sağ hissəsinə dəymişdir. Piyadanı vurduqdan sonra o, zərbədən avtomobilin alın şüşəsinə dəyib yolun sol kənarına düşmüş, o, dərhal avtomobili yolun sol hərəkət zolağında saxlayıb qapını açıb yerə düşərək həmin piyadaya doğru qaçıb ona yaxınlaşıb nəbzin yoxlamış və nəfəs aldığını görüb təcili yardıma məlumat verib kömək çağırmışdır. Daha sonra hadisə yerinə təcili yardım briqadası və polis əməkdaşları gəlib həmin kişinin keçindiyini bildirmişlər.İlk dəfədir cinayət hadisəsi törədir.Törətdiyi əməldən səmimi peşmandır. Vəfat edən şəxsin ailə üzvləri ilə barışıq əldə edilmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X7 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə saat Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nətijəsində ölmüş X8 onun oğlu olmaqla Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuşdur. Hadisə baş verən gün o, oğlu ilə Qobustan qəsəbəsində görüşərək orada qohumunun toyuna getmiş, toyda iştirak etdikdən sonra Yusif Bakı şəhərinə getmək üçün toydan çıxmış, bundan təxminən 20-25 dəqiqə sonra onu avtomobil vurduğu xəbərini eşitmişdir. O, dərhal toydan çıxaraq qohumlarını morqa göndərmişdir. Onu morqda müayinə etdikdən sonra təhvil alaraq Salyan rayonuna aparıb Xələc kənd qəbiristanlığında dəfn etmişlər. Ona sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətdə olan zaman oğlunu vurmuş, nətijədə o, aldığı xəsarətlərdən ölmüşdür. Hadisə ilə əlaqədar hal-hazırda heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X7 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, eyni zamanda mülki iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, mərhuma məxsus baş daşını o düzəltmişdir.Baş daşına görə mərhumun qohumları ona 2500 manat məbləğində pul ödəmiş və ona 2500 manat borcları qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 98 nömrəli rəyindən görünür ki, müayinə zamanı X3 meyitində aşkar edilmiş xəsarətlər: baş beyin toxumasına onun qişaları altına və mədəciklərinə qansızma, döş qəfəsinin soldan İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları, ağciyərin sol payının cırılmış yarası, sol baldır sümüklərinin qapalı, yerinidəyişməyən sınıqları, sol yanaq və sağ gicgah nahiyələrinin sıyrıqları, sağ bud nahiyəsinin aşağı 1/3-nin əzilmiş yarası. Qeyd edilən xəsarətlər həyatı olmaqla müddəti qərarda göstərilmiş tarixdə yəni, xx.xx.2022-ci il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Piyada Y.V.Baxşıyevin ölümünə səbəb baş beyin toxumasına, onun qişaları altına və mədəciklərinə qansızma olmuşdur. Y.V.Baxşıyevin müayinə zamanı bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Piyada Y.V.Baxşıyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində – 1 % qatılıqda etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül dərəjəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddələr isə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 dekabr 2022-ci il tarixli 8/3384 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Merdeces Benz C220» markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 25 oktyabr 2022-ci il tarxli 5968 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-165674- 1222 nömrəli məktubdan məlum olur ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-ju il tarixədək müddətə etibarlı olan olan) «BC» kateqoriyalı AF seriyalı 041933 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Xammədov X9 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 211.2.2-ci maddəsilə təqsirli bilinərək aylqı qazancından 15 % dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikaı Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnitsiya aktının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə mülki iddiaçı X7 Təqsirləndirilən şəxs qarşı olan mülki iddiasından imtina etdiyindən X7 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Merdeces Benz C220» markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir.. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «Merdeces Benz C220» markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. X7 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-98/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-98/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver