Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-98/2025 01.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməklə hazırda Penitensiar Xidmətin Bakı saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını təkrar gizli talayaraq, xeyli midarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 12 dekabr 2024-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Brend təkər” adlı təkər satışı mağazasının qarşısına gələrək mağazanın qarşısından sonuncunun mülkiyyətində olan, 235/55 R19 ölçülü, hər biri 182,50 (bir yüz səksən iki manat əlli qəpik) manat olmaqla cəmi 365 (üç yüz altmış beş) manat dəyərində, Çin Xalq Respublikası istehsalı «Zextour» markalı 2 (iki) ədəd avtomobil təkərlərindən ibarət əmlakını gizli talayaraq oğurlamışdır. Bundan başqa o, 13 dekabr 2024-cü il tarixdə saat 21 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Brend təkər” adlı təkər satışı mağazasının qarşısına gələrək mağazanın qarşısında quraşdırılmış vitrindən sonuncunun mülkiyyətində olan, 235/55 R19 ölçülü, hər biri 182,50 (bir yüz səksən iki manat əlli qəpik) manat olmaqla 365 (üç yüz altmış beş) manat dəyərində, Çin Xalq Respublikası istehsalı, «Zextour» markalı 2 (iki) ədəd avtomobil təkərlərindən ibarət əmlakını gizli talayaraq təkrar oğurlamışdır. Bundan başqa o, 19 dekabr 2024-cü il tarixdə saat 20 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Təkər Jinyu” adlı təkər satışı mağazasının qarşısına gələrək mağazanın qarşısında quraşdırılmış vitrindən sonuncunun mülkiyyətində olan, 385/65 R22,5 ölçülü, 700 (yeddi yüz) manat dəyərində Çin Xalq Respublikası istehsalı, “Jinyu” markalı 1 (bir) ədəd avtomobil təkərindən ibarət əmlakını gizli talayaraq təkrar oğurlamışdır. Bundan başqa o, 20 dekabr 2024-cü il tarixdə saat 19 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu ünvanında yerləşən Meyvəli Terminalının yaxınlığına gələrək Zərərçəkmiş şəxs3 həmin Terminalın yaxınlığında saxladığı 20.000 (iyirmi min) manat dəyərində “Ford Transit” markalı, 2008-ci il buraxılışlı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili, habelə həmin avtomobildə olmuş markası və modeli məlum olmayan, 250 manat dəyərində bir ədəd akkumulyator, eləcə də markası və modeli məlum olmayan 25 manat dəyərində bir ədəd mobil telefon cihazından ibarət, ümumilikdə 20.275 (iyirmi min iki yüz tetmiş beş) manat dəyərində əmlakını gizli talayaraq zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurlamışdır. Bundan başqa o, 24 dekabr 2024-cü il tarixdə saat 20 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Təkər Jinyu” adlı təkər satışı mağazasının qarşısına gələrək mağazanın qarşısında quraşdırılmış vitrindən sonuncunun mülkiyyətində olan, 13R22,5 ölçülü, hər biri 620 (altı yüz iyirmi) manat dəyərində olmaqla Çin Xalq Respublikası istehsalı, “Jinyu” markalı 2 (iki) ədəd avtomobil təkərlərindən ibarət ümumlikdə 1240 (bir min iki yüz qırx) manat dəyərində əmlakını gizli talayaraq təkrar oğurlamışdır. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında Gürcüstan Respublikasından tranzit Ford yük maşını gətirmiş, lakin maşının sənədlərini rəsmiləşdirə bilmədiyindən onu Bakı şəhəri, Qaradağ rayonu, ərazisində yerləşən DYPİ-nin yaxınlığında saxlamış və tez-tez maşına nəzarət etməyə gəlmişdir. 24 dekabr 2024-cü il tarixdə oğlu maşına baxış keçirməyə gələrkən avtomobili saxladığı yerdə görməmişdir. O, maşının oğurlanmamışdan əvvəl olduğu yerə gəlib baxış keçirdikdə evakuator növlü nəqliyyat vasitəsinin hərəkətindən yaranmış izləri həmin yerdə görmüşdür. Nəqliyyat vasitəsinin oğurlanması barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurulmuş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu ərazisində yerləşşən «Brend Təkər evi» adlı mağazasından 13 dekabr 2024-cü il və 14 dekabr 2025-ci il tarixlərində hər birində 2 ədəd olmaqla Çin istehsalı 235/55 R19 «Zextour» markalı avtomobil təkərləri oğurlanmışdır. O, 1 həftə sonra təkərlərin yerində olmadığını gördükdə mağazanın kameralarında olan görüntülərə baxış keçirmiş və təkərlərin kişi cinsindən olan naməlum şəxs tərəfindən oğurlanaraq müəyyən etmişdir. Bu barədə şikayət ərizəsi ilə polis bölməsinə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 730 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, mağazasından oğurlanmış «Zextour» markalı təkərlərin ölkə ərazisində satışı ilə yalnız onlar məşğul olduğu üçün təkərlərin məhz onlara aid mağazadan oğurlanmasına heç bir şübhə olmamışdır. Bundan əlavə oğurluq edərkən mağazanın kameraları vasitəsilə qeydə alınmış şəxs hazırki təqsirləndirilən şəxsdir. Mağazasından oğurlanmış təkərlər polis əməkdaşları tərəfindən ona geri qaytarılmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək oğurlanmış təkərlərin ona qaytarıldığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qaradağ rayon ərazisində yerləşən «Ulduz» kafesinin yaxınlığında «Təkər Jinyu» mağazasından xx.xx.2024-cü il tarixdə hər birinin dəyəri 620 manat olan iki ədəd hündürlükləri 13, diskin radiusu 22.5 olan çin istehsalı «Shagman» təkərinin yerində olmadığı işçiləri tərəfindən müəyyən edildikdən sonra mağazanın kameralarına baxış keçirmişdir. Həmin gündən başqa xx.xx.2024-cü il tarixdə də dəyəri 700 manat olan 1 ədəd eni 385, hündürlüyü 65, diskin radiusu 22.5 olan çin istehsalı «Jinyu» markalı tır təkərinin oğurlandığı aşkar edilmişdir. Mağazasında baş vermiş oğurluq hadisəsi barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 1940 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, videogörüntülərə baxış zaman qaranlıq olduğundan şəxsi müəyyən etmək mümkün olmasa da hadisə yerində olan nəqliyyat vasitəsinin ağ rəngli “Vaz 2107” olması tam qeydə alınmışdır. xx.xx.2024-cü il tarixdə ağ rəngli “Vaz 2107” markalı nəqliyyat vasitəsi təkərləri götürmək üçün 2 dəfə mağazaya yaxınlaşmışdır. Həmçinin bildirmişdir ki, müstəntiq tərəfindən ona məxsus təkərlər 2 fərqli vaxtda təhvil verilmiş, o, təqsirləndirilən şəxsi müstəntiqin yanında olarkən görmüşdür. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək oğurlanmış təkərləin ona qaytarıldığını, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Lifan” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı evakuator tipli avtomobili Qaradağ rayonu, Meyvəli Ticarət Mərkəzinin yaxınlığında dayandığı vaxt əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq həmin ərazidə yerləşən DYPİ-nin qarşında bir ədəd Ford markalı mikroavtobusunun elektrik nasazlığı olduğu üçün onu Lökbatan qəsəbəsində olan avtotəmir emalatxanasına aparmaq lazım olduğunu demişdir. Onun göstərdiyi qırmızı rəngli, üzərində dövlət qeydiyyat nişanı olmayan “Ford” markalı mikroavtobusu evakuatora yükləmiş və Lökbatan qəsəbəsinin girişində olan yanacaqdoldurma məntəqəsinin yanında düşürtmüş, bunun müqabilində 15 manat ödənişi qəbul etmişdir. O, maşının Təqsirləndirilən şəxs məxsus olduğuna inanmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2024-cü ilin dekabr ayında təxminən saat 19 radələrində Lökbatan- Xocəsən yolunun kənarında yerləşən Meyvəli bazarının yaxınlığında olan yolun kənarında üzərində dövlət nömrə nişanları olmayan «Ford» markalı avtomaşını görmüş və ətrafdakı şəxslərdən maraqlandıqda həmin maşının 1 il müddətdir ki, həmin yerdə qaldığını, Gürcüstan Respublikasının vətəndaşı tərəfindən gətirildiyini, lakin sənədləşməsini apara bilmədiyindən qoyub getdiyini ona bildirmişlər, o da həmin maşını sənədləşdirib öz adına keçirməyi qərara almışdır. O, bu məqsədlə evakuator çağıraraq həmin maşını olduğu yerdən götürmüşdür. Həmin maşının qabaq yan şüşəsi sınıq vəziyyətdə olmuşdur. Onun həmin maşını oğurlamaq niyyəti olmamışdır. Maşını götürdüyü gündən sonrakı gün polis əməkdaşları onu tapmış və o, polis əməkdaşlarına tabesizlik göstərdiyindən polis əməkdaşları tərəfindən ona qərəzli yanaşılmışdır. Belə ki, o, qeyd etdiyi epizoddan başqa heç bir oğurluq cinayəti törətməmişdir. Zərərçəkmiş şəxslərin özlərindən təkərlər götürüb çəkiliş aparılmış və təkərləri özlərinə qaytarılmışdır, lakin o, heç bir təkəri nə oğurlamamış, nə də polis əməkdaşlarına təqdim etməmişdir. Zərərçəkmiş şəxslərə təqdim edilən təkərlərin kim tərəfindən qaytarılması ona məlum deyildir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, ağ rəngli, “Vaz-2107” markalı avtomobilinin yük yerində olan 2 ədəd, arxa sərnişin hissəsində olan 1 ədəd təkərlər ona məxsus olmuş və zərərçəkmiş şəxslərin mağazalarından oğurlanmış təkərlərin markaları ilə onun avtomobilində olan təkərlərdən fərqli olmuşlar. Zərərçəkmiş şəxs1 mağazası yolun kənarında olduğundan həmin yoldan keçərkən oradan müştəri götürmüş, bu səbəbdən həmin mağazanın kameraları vasitəsilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs son olaraq «Ford» markalı avtomaşını oğurladığına görə əməlindən peşman olduğunu, digər cinayətlərin isə onun tərəfindən törədilmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 10-12-ci vərəqələrində olan 24 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolu və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Təkər Jinyu” mağazasıdır. Cinayət işinin 1-ci cildinin 24-26-cı vərəqələrində olan 14 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolu və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Brend Təkər” mağazasıdır. Cinayət işinin 1-ci cildinin 46-52-ci vərəqələrində olan 25 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolu və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu ünvanında yerləşən Meyvəli Terminalının yaxınlığı olmuş, “Ford Transit” markalı, 2008-ci il buraxılışlı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin girəcəyində yerləşən FAN X3 yaxınlığında aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 63-cü vərəqəsində olan 02 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 83-84-cü vərəqələrində olan 02 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:20-dən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 95-99-cu vərəqələrində olan 03 fevral 2025-ci il tarixli ifadələrin yerində yoxlanması protokolu və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini əyani surətdə göstərmişdir. Cinayət işinin 1-ci cildinin 101-102-ci vərəqələrində olan 03 fevral 2025-ci il tarixli baxış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış «Zextour» markalı, 235/55 R19 ölçülü, Çin Xalq Respublikası istehsalı dörd ədəd avtomobil təkərləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 107-109-cu vərəqələrində olan 03 fevral 2025-ci il tarixli şəxsin tanınmasının aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə şahid qismində dindirilmş Zərərçəkmiş şəxs4 idarə etdiyi evakuator tipli avtomobillə “Ford Transit” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğu yerdən aparmasını sifariş verən şəxs kimi Təqsirləndirilən şəxs digər şəxslər arasında tanımışdır. Cinayət işinin 1-ci cildinin 111-ci vərəqəsində olan 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 117-ci vərəqəsində olan 04 fevral 2025-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş «Zextour» markalı, 235/55 R19 ölçülü, Çin Xalq Respublikası istehsalı dörd ədəd avtomobil təkərlərini tanıyaraq həmin təkərlərin ona məxsus olduqlarını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 118-119-cu vərəqələrində olan 04 fevral 2025-ci il tarixli iş üzrə əməlin tövsif edilməsi barədə qərardan görünü ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 120-122-ci vərəqələrində olan 04 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 136-137-ci vərəqələrində olan 04 fevral 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və o, MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 148-150-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən təqdim edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və cinayət işinin 183- 188-ci vərəqələrində olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 152-ci vərəqəsində olan 09 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 173-174-cü vərəqələrində olan 01 mart 2025-ci il tarixli axtarış elan edilməsi haqqında və 175-176-cı vərəqələrdə olan cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və şəxs tutulanadək icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 180-ci vərəqəsində olan 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Naizrliyinin Penitensiar Xidmətin 16 saylı Cəza çəkmə müəssisəsinə yerləşdirildiyi üçün təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 199-200-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli, 9/1406 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən 4 ədəd «Zextour» markalı 235/55R 19 ölcülü Çin Xalq Respublikası istehsalı olan təkərlər- 580,00 (4 əd x 145man)manat; 1 ədəd «Jinyu» markalı, 385/65 R22,5 ölcülü, Çin Xalq Respublikası istehsalı təkər-685,00 manat; - 2 ədəd «Jinyu» markalı, 13R22,5 ölçülü, Çin Xalq Respublikası istehsalı - 1210,00 (2 əd x 605man) manat yeni vəziyyətdə 2024-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1210,00 (12 əd x 605 man) manatdır. Cinayət işinin 1-ci cildinin 198-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişin surətindən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Cinayət işinin 1-ci cildinin 210-217-ci vərəqələrində olan 14 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, 03 fevral 2025-ci il tarixdə götürülmüş «Zextour» markalı, 235/55 R19 ölçülü, Çin Xalq Respublikası istehsalı dörd ədəd avtomobil təkərləri, eləcədə “Ford Transit” markalı, 2008-ci il buraxılışlı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün mülkiyyətçilərinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 220-222-ci vərəqələrində olan 15 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 233-cü vərəqəsində olan 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmiş və onun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəza Çəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Cinayət işinin 1-ci cildinin 234-235-ci vərəqələrində olan qəbzlərdən görünür ki, iş üzrə maddi sübut hesab edilmiş 4 ədəd təkərlər Zərərçəkmiş şəxs2, 1 ədəd “Ford Transit” markalı avtomobil Zərərçəkmiş şəxs3 tərəfindən təhvil alınmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəza Çəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli, Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli və Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixli ərizələrindən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə, təqsirləndirilən şəxsin əvvəllərdə dəfələrlə məhkum olunduğunu nəzərə alaraq qeyd edir ki, onun özünü təqsirli bilməməsi özünümüdafiə məqsədli olmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində həmin cinayət əməllərini törətdiyini etiraf etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun özgənin əmlakını təkrarən və xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talaması, yəni oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq təkrarən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışaraq zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsaən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq hazırki cəza, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, onun ibtidai istintaq zamanı hazırki iş üzrə tutulduğu 2 gün və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hökmü ilə hesablanmış 2 gün müddət, ümumilikdə 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut hesab edilmiş 4 ədəd təkərlərin Zərərçəkmiş şəxs2 1 ədəd “Ford Transit” markalı avtomobilin Zərərçəkmiş şəxs3 saxlanca verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixdən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə xx.xx.2025-ci il tarixədək 20 iş saatı, xx.xx.2025-ci il tarixdən etibarən isə 20 iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 300 (üç yüz) manat məbləğində, məhkəmə istintaq dövründə göstərilmiş xx.xx.2025-ci il tarixədək 20 iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul, xx.xx.2025-ci il tarixdən etibarən göstərilmiş 20 iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul, Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırki cəza, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hazırki iş üzrə saxlandığı və tutulduğu 2 gün, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş saxlanma və tutma altında olduğu 2 gün müddət, ümumilikdə 4 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut hesab edilmiş 4 ədəd təkərlərin Zərərçəkmiş şəxs2, 1 ədəd “Ford Transit” markalı avtomobilin Zərərçəkmiş şəxs3 saxlanca verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 300 (üç yüz) manat məbləğində, məhkəmə istintaq dövründə göstərilmiş xx.xx.2025-ci il tarixədək 20 iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul, xx.xx.2025-ci il tarixdən etibarən göstərilmiş 20 iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul, Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-98/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-98/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver