Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-99/2023 22.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1993-cü ildə Cəlilabad rayonu, Musalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Ləkin ərazi dairəsi, Musalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasının yaxınlığına gəlib oğurluq etmək üçün əlverişli şərait yaranmasını gözləmiş, daş karxanasının ərazisində fəhlələrin yaşayışı üçün quraşdırılmış, yaşayış sahəsi hesab edilən dəmir konstruksiyalı qurğuda olan fəhlələrin oradan çıxıb daş karxanasının ərazisinə getmələrindən istifadə edib həmin gün saat 21:30 radələrində dəmir konstruksiyalı qurğunun qarşısına gəlib kiminsə gəlməsini görüb xəbər verməkdən ötrü kənarda dayanıb ətrafa nəzarət etmiş, Sahil Əliyev həmin dəmir konstruksiyalı qurğuya qanunsuz olaraq daxil olub pəncərənin kənarından Zərərçəkmiş şəxs1 məxsus üzərində 5 manat dəyərində ***-***-**-** CSM nömrəsi, 2 manat dəyərində ***-***-**-** CSM nömrəsi, ***-***-**-** CSM nömrəsinin balansında 2 manat, ***-***-**-** CSM nömrəsinin balansında 30 manatlıq internet paketi olan 200 manat dəyərində Xiomi markalı, Redmi Note-9 modelli mobil telefonu, Zərərçəkmiş şəxs3 idman çantasından sonuncuya məxsus üzərində 5 manat dəyərində ***-***-**-** CSM nömrəsi, balansında 5 manat olan 500 manat dəyərində Samsung Galaxy markalı, A-22 modelli mobil telefonu, Zərərçəkmiş şəxs5 idman çantasından sonuncuya məxsus üzərində hər birinin dəyəri 8 manat olan ***-***-**-** və ***-***-**-** CSM nömrələri, hər bir nömrənin balansında 3 manat pul olan 640 manat dəyərində Samsung Galaxy markalı, A-51 modelli mobil telefonu, Zərərçəkmiş şəxs2 idman çantasından sonuncuya məxsus üzərində 7 manat dəyərində ***-***-**-** CSM nömrəsi, 35 manat dəyərində 32 QB-lıq yaddaş kartı olan 361manat dəyərində Xiomi markalı, Redmi-8 modelli mobil telefonu, Zərərçəkmiş şəxs4 idman çantasından sonuncuya məxsus üzərində hər birinin dəyəri 6 manat olan ***-***-**-** və ***-***-**-** CSM nömrələri, hər bir nömrənin balansında 3 manat pul olan 160 manat dəyərində “Samsung Galaxy” markalı, A21S modelli mobil telefonu və 400 manat pulu, eləcə də, həmin çantada olan Zərərçəkmiş şəxs1 məxsus 300 manat pulu, Zərərçəkmiş şəxs2 məxsus 130 manat pulu, Zərərçəkmiş şəxs5 məxsus 100 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 539 manat, zərərçəkmiş şəxs Məhşər Hümbətova 510 manat, Zərərçəkmiş şəxs5 762 manat, Zərərçəkmiş şəxs2 533 manat, Zərərçəkmiş şəxs4 578 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasına tək getmişdir. İbtiadi istintaq zamanı təzyiq altında qaldığı üçün Sahilin adını vermişdir. Sahil onun kəndçisidir. Sahil Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində olmayıb. O, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən daş karxanasından 5 ədəd telefon götürmüş, pul götürməmişdir. Telefon mağazasına 680 manata öz şəxsiyyət vəsiqəsilə satmışdır. Əməlindən peşmandır. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü ona verilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, O, Cəlilabad rayonu, Ləkin ərazi dairəsi, Musalı kəndində qeydiyyatdadır, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sabunçu dəmiryol stansiyasının yaxınlığında yerləşən nömrəsiz fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır, himayəsində bir az yaşlı övladı vardır. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, həmkəndlisi X9 ilə Qaradağ rayonu ərazisində yerləşən Lökbatan dairəsində rastlaşmışdır. Sahil ilə bir qədər söhbət edib Binə TM-nin ərazisində yerləşən oteldə gedib gecələmişlər, iki nəfər üçün otelə 15 manat pul ödəmişlər. Həmin gün söhbət zamanı o, Sahilə bildirmişdir ki, işsizdir. Sahil də ona demişdir ki, heç bir yerdə iş tapa bilmir. Sahil söhbət zamanı ona demişdir ki, Səngəçal qəsəbəsində yerləşən daş karxanasındakı vaqonlarda fəhlələr qalır, həmin fəhlələr daş karxanasında işləyən zaman vaqona daxil olub oradan fəhlələrin mobil telefonunu oğurlayıb qazanc əldə etmək olar. Sahilin bu təklifi ilə o razılaşmışdır. Beləliklə xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, Sahil ilə birlikdə Lökbatan dairəsindən Səngəçal qəsəbəsinə gedən yol avtomobilinə əyləşmiş, Səngəçal qəsəbəsi əraizsində isə avtomobildən düşüb piyada daş karxanası istiqamətində getmişlər. O, oğurluq edəcəyi daş karxanasnının yolunu tanımırmış, Sahil ona yolu göstərirmiş. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində onlar oğurluq etdikləri daş karxanasının əraisinə çatmışlar. Onlar daş karxanasına çatanda hava qaralmamışdır. Sahil ona demişdir ki, o daş karxanasında əvvəllər fəhlə işləyib, daş karxanasındakı vaqonda olan fəhlələr daş karxanasının ərazisinə işə gedəndə o özü vaqona daxil olub fəhlələrin telefonlarını oğurlayacaq, o, isə kənarda dayanıb ətrafa nəzarət edəcək, gələn olsa ona xəbər edəcək, əldə etdikləri mobil telefonları satıb pulunu yarı böləcəklər. Beləliklə onlar təxminən 3 saata yaxın daş karxanasının yaxınlığındakı qayanın üzərində oturub fəhlələrin vaqonu tərk edib daş karxanasının ərazisinə işə getməklərini gözləmişlər. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində vaqonda olan fəhlələr vaqondan çıxıb işləməyə getmişlər, fəhlələr getdikdən təxminən 15-20 dəqiqə sonra O, Sahil ilə birlikdə daş karxanasının ərazisindəki vaqona yaxınlaşmış, danışdıqları kimi vaqonun yaxınlığında dayanıb ətrafa nəzarət etməyə başlamış, Sahil isə oğurluq etmək üçün vaqona daxil olmuşdur. Sahil vaqona daxil olduqdan təxminən 10 dəqiqə sonra vaqondan çıxmış və mobil telefonlar oğurladığını ona demişdir. Onlar sürətlə daş karxanasının ərazisini tərk etmişlər. Yolda olarkən Sahil ona demişdir ki, 05 ədəd mobil telefon oğurlamışdır və oğurladığı telefonları ona göstərmişdir. Sahil oğurladığı mobil telefonlardan Samsung markalı olanının bir ədədini ona vermişdir. Onlar həmin gün yenə də, Binə TM-nin ərazisində yerləşən oteldə gedib gecələmişlər. Oteldə olarkən Sahil ilə belə razılaşmışlar ki, səhər 28 May metrostansiyasının yaxınlığında yerləşən mobil telefon mağazalarına gedib teleflonları satsınlar. Beləliklə xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, Sahil ilə 28 May metrostansiyasının yaxınlığına getmişlər, Sahil yaxınlıqdakı mobil telefon mağazasına gedib 04 ədəd mobil telofonları satıb gəlmişdir. Telefonu satdıqdan sonra dörd gün Sahil ilə o, bir yerdə gəzib yeyib-içib gəzmiş, sonra isə ayrılmışlar. xx.xx.2022-ci il tarixdə maddi vəziyyəti yaxşı olmadığı üçün qərara almşdır ki, vaqondan oğurladığı Samsung markalı mobil telefonu satıb pul əldə etsin. Buna görə də o, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarından birinə yaxınlaşıb Samsung markalı mobil telefonu 140 manata satmışdır. Mobil telefonu satanda şəxsiyyət vəsiqəsini satıcı istəmiş və şəxsiyyət vəsiqəsinin surtəini çıxarıb orada telefonu satmağı barədə qeyd etmiş və özündə saxlamışdı. Təqsirləndirilən şəxs ona verilən əlavə sualları cavablandırıb bildimişdir ki, onun maddi vəziyyəti yaxşı olmadığı üçün Sahil ilə birlikdə oğurluq etmişdir. O, Səngəçal qəsəbəsindəki daş karxanasındakı vaqondan oğurluq etməmişdən iki gün əvvəl Sahil ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsndə yerləşən daş karxanasındakı vaqondan 03 ədəd mobil telefon oğurlamışdır. Hazırda barələrində Abşeron rayon məhkəməsində bunla bağlı cinayət işi vardır. O, xx.xx.2022-ci il tarixdə vaqondan oğurladıqları Samsung markalı mobil telefonu 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarından birinə 140 manata satdıqdan sonra həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sahil Əliyev ona demişdir ki, vaqondan 05 ədəd mobil telefon oğurlamışdır. Sahil vaqondan pul oğurlamasını ona deməmişdir. Sahil Əliyev 28 May metrostansiyasının yaxınlığında yerləşən mobil telefon mağazasına 04 ədəd mobil telofonu neçəyə satmasını ona deməmiş, lakin onlar mobil telefonların pulu ilə 4 gün yeyib-içib şəhərdə gəzmişlər. Sahil Əliyev vaqona daxil olarkən qapının üzərində qıfıl olmamış, lakin qapı örtülü vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə Sahil Səngəçal qəsəbəsində yerləşən daş karxanasının ərazisindəki vaqondan Sahil Əliyev oğurluq edərkən və o da kənarda dayanıb ətrafa nəzarət edərkən onları heç kim görməmişdir. O, Samsung A21S markalı mobil telefonu telefon mağazasında işləyən şəxsə satarkən həmin mobil telefonun oğurluq olmasını bildirməmiş, həmin mobil telefonun özünə məxus olmasını demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Sabirbad rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayır, üç ay olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlə işləyir. Həmin daş karxanasında onun həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs2 da fəhlə işləyirlər. Onlar həmin daş karxanasında fəhlə işləyirlər, daş karxanasının ərazisində olan vaqonda gecələr qalırlar. Belə ki, onların əşyaları, geyimləri həmin vaqonda olur. Onlar hər biri daş karxanasında işləyib qazandıqları pullarını Zərərçəkmiş şəxs4 idman çantasında saxlayırmışlar. Mobil telefonlarını isə özlərinə məxsus içərisində paltarları olan idman çantasında saxlayırmışar. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 21:10-da o, həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs2 ilə vaqondan çıxıb daş karxanasının ərazisində olan yük avtomobilinə mişar daşı yükləməyə getmişlər. Mişar daşı yüklədikləri avtomobil ilə vaqonun arasında təxminən 100 metr məsafə olar, lakin mişar daşı yüklədikləri yerdən vaqon görünmür. Həmin gün o, həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs2 ilə yük avtomobilinə mişar daşlarını yüklədikdən sonra saat 22:30-da vaqona qayıtmışlar. Vaqona daxil olanda görmüşlər ki, vaqondan oğurluq olub, hər birinin mobil telefonu və pulları oğurlanmışdır. Belə ki, o, vaqonda pəncərənin kənarına qoyduğum üzərində ***-***-**-** və ***-***-**-** CSM nömrələri olan X12-9 markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 idman çantasının içərisinə baxmış və məlum olmuşdur ki, hər birinə məxsus pullar, həmçinin onun 300 manat pulu oğurlanmışdır. Buna görə dərhal onlar DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat verdmişlər. X12-9 markalı mobil telefonunun imei kodu 867 118 056 851 019 və 867 118 056 851 027 olmuş, həmin mobil telefonu 2021-ci ilin oktybar ayında işlənmiş vəziyyətdə 200 manata almışdır. O, ***-***-**-** nömrəsini 5 manata, ***-***-**-** CSM nömrəsini 2 manata almış, ***-***-**-** CSM nömrəsinin balansında 2 manat, ***-***-**-** CSM nömrəsinin balansında 30 manatlıq internet paketi olmmuşdur. Ona ümumilikdə 539 manat maddi ziyan dəymişdir. Onu da qeyd etmək istəyir ki, ***-***-**-** və ***-***-**-** CSM nömrələrinin dublikatını çıxartdırmış, hazırda həmin nömrələr işlək vəziyyətdədir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhələndiyi şəxs yox, daş karxanasının əraizisinə işləməyə gedərkən vaqonun qapısını qıfıl ilə bağlamırmışlar, qapı örtülü vəziyyətdə olurmuş. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Sabirabad rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayır, üç ay olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlə işləyir. Həmin daş karxanasında onun həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 da fəhlə işləyirlər. Onlar həmin daş karxanasında fəhlə işləyirlər, daş karxanasının ərazisində olan vaqonda gecələr qalırlar. Belə ki, onların əşyaları, geyimləri həmin vaqonda olur. Onlar hər biri daş karxanasında işləyib qazandıqları pullarını Zərərçəkmiş şəxs4 idman çantasında saxlayırlar. Mobil telefonlarını isə özlərinə məxsus içərisində paltarları olan idman çantasında saxlayırlar. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 21:10-da o, həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə vaqondan çıxıb daş karxanasının ərazisində olan yük avtomobilinə mişar daşı yükləməyə getmişlər. Mişar daşı yüklədikləri avtomobil ilə vaqonun arasında təxminən 100 metr məsafə olarmış, lakin mişar daşı yüklədikləri yerdən vaqon görünmür. Həmin gün o, həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə yük avtomobilinə mişar daşlarını yüklədikdən sonra saat 22:30-da vaqona qayıtmışlar. Vaqona daxil olanda görmüşlər ki, vaqondan oğurluq olub, hər birinin mobil telefonu və pulları oğurlanmışdır. Belə ki, o, idman çantasından üzərində ***-***-**-** və ***-***-**-** CSM nömrələri olan Samsung Galaxy A- 51 markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 idman çantasının içərisinə baxmış və məlum olmuşdur ki, hər birinə məxsus pullar, həmçinin onun 100 manat pulu oğurlanmışdır. Buna görə dərhal onlar DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişılər. Samsung Galaxy A-51 markalı mobil telefonunun imei kodu 350 678 892 997 858 olmuşdur. Həmin mobil telefonu 2021-ci ilin yay ayında 640 manata kredit yolu ilə almışdır. O, ***-***-**-** və ***-***-**-** CSM nömrələrinin hər birini 8 manata almış, hər bir nömrənin balansında 3 manat pul olmuşdur. Ona ümumilikdə 762 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o Sabirabad rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayır, üç ay olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlə işləyir. Həmin daş karxanasında onun həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 da fəhlə işləyirlər. Onlar həmin daş karxanasında fəhlə işləyirlər, daş karxanasının ərazisində olan vaqonda gecələr qalırlar. Belə ki, onların əşyaları, geyimləri həmin vaqonda olur. O, və adlarını çəkdiyi şəxslər daş karxanasında işləyib qazandıqları pulları onun idman çantasında saxlayırlar. Mobil telefonları isə özlərinə məxsus içərisində paltarları olan idman çantasında saxlayırlar. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 21:10-da o, həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ilə vaqondan çıxıb daş karxanasının ərazisində olan yük avtomobilinə mişar daşı yükləməyə getmişlər. Mişar daşı yüklədikləri avtomobil ilə vaqonun arasında təxminən 100 metr məsafə olarmış, lakin mişar daşı yüklədikləri yerdən vaqon görünmürmüş. Həmin gün o, həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Məhsər Hümmətov ilə yük avtomobilinə mişar daşlarını yüklədikdən sonra saat 22:30-da vaqona qayıtmışlar. Vaqona daxil olanda görmüşlər ki, vaqondan oğurluq olub, hər birinin mobil telefonu və pulları oğurlanmışdır. Belə ki, o, idman çantasından üzərində ***-***-**-** və ***-***-**-** CSM nömrələri olan Samsung Galaxy A- 21 markalı mobil telefonunun və 400 manat pulunun oğurlandığını aşkar etmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 onun idman çantasında saxladığı 130 manat, Zərərçəkmiş şəxs1 onun idman çantasında saxladığı 300 manat, Zərərçəkmiş şəxs5 onun idman çantasında saxladığı 100 manat pul da oğurlanmışdır. Buna görə dərhal onlar DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. “Samsung Galaxy” A-21 markalı mobil telefonunun imei kodu 351 856 222 414 526 olmuşdur. Həmin mobil telefonu 2021-ci ilin yay ayında 440 manata kredit yolu ilə almışdır. O, ***-***-**-** və ***-***-**-** CSM nömrələrinin hər birini 6 manata almış, hər bir nömrənin balansında 3 manat pul olmuşdur. Ona ümumilikdə 858 manat maddi ziyan dəymişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, “Samsung Galaxy” A21S markalı mobil telefonu 2021-ci ilin yay ayında 440 manata kredit yolu ilə almışdır. Nəzərə alınsa ki, həmin telefonu bir il işlətmişdir, həmçinin, ekspert ixtisaslı mütəxəsisdir, ona görə də o, ekspertizanın rəyində göstərildiyi qiymətlə razıyam. Belə olan halda ona məxsus oğurlanmış telefonun dəyəri 160 manat təşkil edir. Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Sabirabad rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayır, üç ay olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlə işləyir. Həmin daş karxanasında onun həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 da fəhlə işləyirlər. Onlar həmin daş karxanasında fəhlə işləyirlər, daş karxanasının ərazisində olan vaqonda gecələr qalırlar. Belə ki, onların əşyaları, geyimləri həmin vaqonda olur. Onlar hər biri daş karxanasında işləyib qazandıqları pullarını Zərərçəkmiş şəxs4 idman çantasında saxlayırlar. Mobil telefonlarını isə özlərinə məxsus içərisində paltarları olan idman çantasında saxlayırlar. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 21:10-da o, həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ilə vaqondan çıxıb daş karxanasının ərazisində olan yük avtomobilinə mişar daşı yükləməyə getmişlər. Mişar daşı yüklədikləri avtomobil ilə vaqonun arasında təxminən 100 metr məsafə olarmış, lakin mişar daşı yüklədikləri yerdən vaqon görünmür. Həmin gün o, həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ilə yük avtomobilinə mişar daşlarını yüklədikdən sonra saat 22:30-da vaqona qayıtmışlarq. Vaqona daxil olanda görmüşlər ki, vaqondan oğurluq olub, hər birinin mobil telefonu və pulları oğurlanmışdır. Belə ki, o, idman çantasından üzərində ***-***-**-** CSM nömrəsi olan Samsung Galaxy A-22 markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 idman çantasının içərisinə baxmış və məlum olmuşdur ki, idman çantasının içərisində olan pullar da oğurlanmışdır. Buna görə dərhal onlar DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişlər. Samsung Galaxy A-22 markalı mobil telefonunun imei kodu 355 221 172 064 332 olmuşdur. Həmin mobil telefonu o, 2021-ci ilin oktyabr ayında 500 manata kredit yolu ilə almışdır. O, ***-***-**-** CSM nömrəsini 5 manata almış, nömrənin balansında 5 manat pul olmuşdur. Ona ümumilikdə 510 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, O, Sabirbad rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayır, üç ay olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən Səngəçal daş karxanasında fəhlə işləyir. Həmin daş karxanasında onun həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Məhsər Hümmətov və qardaşı Zərərçəkmiş şəxs1 da fəhlə işləyirlər. Onlar həmin daş karxanasında fəhlə işləyirlər, daş karxanasının ərazisində olan vaqonda gecələr qalırlar. Belə ki, onların əşyaları, geyimləri həmin vaqonda olur. Onlar hər biri daş karxanasında işləyib qazandıqları pullarını Zərərçəkmiş şəxs4 idman çantasında saxlayırlar. Mobil telefonlarını isə özlərinə məxsus içərisində paltarları olan idman çantasında saxlayırlar. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 21:10-da o, həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs1 ilə vaqondan çıxıb daş karxanasının ərazisində olan yük avtomobilinə mişar daşı yükləməyə getmişlər. Mişar daşı yüklədikləri avtomobil ilə vaqonun arasında təxminən 100 metr məsafə olarmış, lakin mişar daşı yüklədikləri yerdən vaqon görünmür. Həmin gün o, həmkəndliləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Məhsər Hümmətov və qardaşı Zərərçəkmiş şəxs1 ilə yük avtomobilinə mişar daşlarını yüklədikdən sonra saat 22:30-da vaqona qayıtmışlar. Vaqona daxil olanda görmüşlər ki, vaqondan oğurluq olub, hər birinin mobil telefonu və pulları oğurlanmışdır. Belə ki, o, idman çantasından üzərində ***-***-**-** CSM nömrəsi və 32 QB-lıq yaddaş kartı olan Xiomi Redmi-8 markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 idman çantasının içərisinə baxmış və məlum olmuşdur ki, hər birinə məxsus pullar, həmçinin onun 130 manat pulu oğurlanmışdır. Buna görə dərhal onlar DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişlər. Xiomi Redmi-8 markalı mobil telefonunun imei kodu 860 068 040 515 658 və 860 068 040 515 666 olmuşdur. Həmin mobil telefonu 2020-ci ildə o, 361 manata kredit yolu ilə almışdır. O, ***-***-**-** CSM nömrəsini 7 manata, yaddaş kartını 35 manata almış, nömrənin balansında pul olmamışdır. Ona ümumilikdə 533 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, o, Şəmkir rayonu, İlmaşlı kəndində qeyydiyyatdadır, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə kirayədə yaşayır. İşin mahiyyəti üzrə bildirir ki, 2022-ci ilin may ayının səhv etmirsə 17-də o, Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığındakı telefon satılan mağazadan işlənmiş vəziyyətdə olan Samsung A21S markalı 351 856 222 414 526 imei kodlu mobil telefonu 180 manata almışdır. Mobil telefonu satan şəxs cavan oğlanolmuşdur. Satıcı ona demişdir ki, mobil telefon bir nəfər qıza məxsusdur, kirayə pulunu ödəməyə pul olmadığına görə mağazaya satıb. O, Qaradağ RPİ-nin İŞ-nə dəvət ediləndə ona məlum olmuşdur ki, həmin telefon oğurluq yolu ilə əldə edilmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, o, Bərdə şəhəri, H.Aslanov küçəsi, ev 1-də qeyydiyyatdadır, Bakı şəhəri, Nəsimi rayonu, Şamaxınka deyilən ərazidə nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır. O, 2022-ci ilin yanvar ayından Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığındakı telefon satılan mağazada satıcı işləyir. X8 icarəyə götürüb. O, hər gün saat 09-da işə gəlir, axşam saat 22 radələrində işdən çıxıb evə gedir. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə o, satıcı işlədiyi mağazada olarkən Təqsirləndirilən şəxs mağazaya gəlmiş və işlək vəziyyətdə olan Samsung A21S markalı 351 856 222 414 526 imei kodlu mobil telefonu satdığını bildirmişdir. O, həmin mobil telefonun oğurluq olub-olmamasını soruşmuş, həmin şəxs telefonun özünə məxsus olmasını bildirmişdir. O, həmin telefonu 140 manata almışdır. Mobil telefonu alanda satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxardıb özünə imza etdirmiş, telefonun imei kodunu və həmin şəxsin mobil telefonunu da şəxsiyyət vəsiqəsinin üzərinə qeyd etmişdir.Həmin gün Samsung A21S markalı 351 856 222 414 526 imei kodlu mobil telefona müştəri çıxmış və həmin telefonu 180 manata satmışdır. O, Qaradağ RPİ-nin İŞ-nə dəvət ediləndə ona məlum olmuşdur ki, həmin telefon oğurluq yolu ilə əldə edilmişdir. Lakin həmin telefonun oğurluq olması barədə onun məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli 9/4435 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Samsung markalı “A21S” modelli 32GB daxili yaddaşlı mobil telefonun satış üçün komplektləşdirməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 160 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İstintaq zamanı Samsung Galaxy markalı, “A21S” modelli mobil telefon maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs4 qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qarabağ X6 Birliyi tərəfindən verilmiş 08764 nömrəli vəsiqənin surətindən görünür ki, X4 Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməklə zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 03 dekabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 05 dekabr 2022-ci il tarixdə barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu günədək həbsdə qaldığı 05 (beş) ay 19 (on doqquz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy” markalı, A21S modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə qaldığı 05 (beş) ay 19 (on doqquz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 03 (üç) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Cəlilabad rayonu, Ləkin ərazi dairəsinin Musalı kəndində yerləşən ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00dək, habelə gün ərzində Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy” markalı, A21S modelli mobil telefonun sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-99/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-99/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver