Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-10/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Biləsuvar şəhəri, S.Rufullayev küçəsi, ev 12-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Lələtəpə məhəlləsi, nömrəsiz fərdi tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 02 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, “Lələtəpə” məhəlləsində yerləşən, nömrəsiz fərdi tikili olan evdə xx.xx.2004-cü il təvəllüdlü 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə “Elite” mafiya klubunda işdən sonra tək oturub qəlyan çəkmişdir. Əvvəllər tanımadığı qız onun yanında əyləşərək adının Nəzrin olduğunu bildirmişdir. Nəzrinlə söhbət etmiş və Nəzrin öz çətin həyatından danışmışdır ki, ailə problemləri var, anası ilə yola getmir, məktəbə getmir, bu yaxınlarda yol nəqliyyat hadisə olmuşdur, xəstəxanada stasionar olaraq müalicədə olmuşdur. Nəzrin ona demişdir ki, evdən qaçıb və gecələməyə yeri yoxdur və ona kömək etsin. Həmçinin Nəzrin ondan yaşadığı hər hansı bir qızın olub-olmadığını soruşmuş və o, da Nəzrinə heç kimin olmadığını bildirmişdir. Nəzrin ona təklif etmişdir ki, ev tutub bir yerdə yaşasınlar. O, da Nəzrinə yaşadığı evdə gecələməyi təklif etmişdir. “Elite” Mafiya klubdan çıxdıqdan sonra onlar metro ilə “Koroğlu” stansiyasına gəlmiş, oradan 1 manatlıq taksi ilə Binə qəsəbəsinə “Exclusive” marketin yanına gəlmişlər. Ordan evə gələndən sonra Nəzrini anası Arzu xanımla, bacısı Sevinclə tanış etmiş və demişdir ki, Nəzrin yol-nəqliyyat hadisəsi baş vermiş və gecələməyə yeri yoxdur. Hadisədən olan yaranın sarğısını o və bacısı Sevinc dəyişmişlər. Sonra onlar üçü yemək yemiş və çay içmişlər. Bundan sonra Nəzrin və bacısı Sevinc bacısının otağında yatmışdırlar. Gecə saat 03 radələri olarmış ki, Nəzrin özü onun yatdığı otağa gəlmiş və heçnə demədən yanına uzanmışdır. Nəzrin yanına uzandıqdan sonra onlar bir qədər söhbət etmişlər. Nəzrin ona danışmışdır ki, 11 yaşında öz bibisi oğlu ilə qeyri-rəsmi ailəli olub və bibisi oğlu onun bakirəliyini pozmuşdur. Sonra isə onu sevmədiyindən bibisi oğlundan ayrılmışdır. Bundan sonra həyatında adını xatırlamadığı bir oğlanın olduğunu demişdir. Həmin oğlanla da, uzun müddət bir yerdə yaşamışdır. Sonra isə 28 may metro stansiyasının yaxınlığında bir nəfər oğlanla tanış olmuş və onunla da, bir yerdə yaşamışdır. Yaşadığı hər oğlanla cinsi əlaqədə olmuşdur. Sonra isə 28 may metro stansiyasının yaxınlığında tanış olduğu oğlanın maşınında olarkən yolnəqliyyat hadisəsi olmuş və xəsarət almışdır. Bundan sonra Nəzrin ona bildirmişdir ki, onunla yaşamaq istəyir. O, hətta həmin vaxt Nəzrinə bildirmişdir ki, bacısı Nəzrini onun otağında görsə söz-söhbət olar. Lakin, Nəzrin onun yanında yatmaq istədiyini bildirmişdir. Bundan sonra onlar öpüşməyə başlamışlar. O, qeyd etmişdir ki, o, yerində gündəlik paltarları ilə uzanmışdır. Nəzrin həmin zaman şalvarının remenini açmış və cinsi orqanını əlinə götürərək oynatmağa başlamışdır. Həmin zaman o, Nəzrinə bildirmişdir ki, birdən bakirə olar və onu aldadar. Lakin Nəzrin ona bildirmişdir ki, ona indi kimlərlə yaşadığını danışmışdır və bakirə deyil və həyatında 5-6 oğlan olmuşdur. Bundan sonra o, Nəzrinlə razılaşmış və Nəzrin əynində olan qısa yubkanı yuxarı edərək uzanmışdır və o, da Nəzrinin üstünə keçərək cinsi orqanını Nəzrinin cinsi orqanına salmışdır. O, Nəzrinlə bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. O, cinsi ehtirasını təmin edən zaman Nəzrin cinsi orqanını çıxartmağını istədiyi üçün o, Nəzrinin istədiyini etmişdir. Bundan sonra o, Nəzrinə bildirmişdir ki, Sevincin yanında yatsın, çünki bacısı Nəzrini onun yanında yatdığını görsə söz-söhbət olacaqmış. Bundan sonra Nəzrin Sevincin otağına getmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə dəymiş ziyanı ödədiyini bildirərək ona şərti cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş X2 bildirdi ki, iş üzrə Zərərçəkmiş şəxs onun qızıdır. Uzun müddətdir ki qızı ilə əlaqə saxlaya bilmir, onun harada olması barədə heç bir məlumatı yoxdur. Lakin, cinayət işinin istintaqı dövründə qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, qızına təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmiş, qızının təqsirləndirilən şəxsdən şikayət, iddia və tələbi olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs Vadım qızı ibtidai istintaq dövründə bununla əlaqədar iki dəfə ərizə ilə müraciət etmiş, bundan əlavə yuxarıda qeyd olunan hallarla bağlı şifahi olaraq ona bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi o, da Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən qızına dəymiş ziyan ödənilmişdir. Onun da təqsirləndirilən şəxslə bağlı şikayət, iddia və tələbi yoxdur. Bu səbəbdən də cinayət işinin məhkəmə istintaqı zamanı yuxarıda qeyd etdiyi halları nəzərə alınmasını xahiş etmişdir. Aparılmış təhqiqat zamanı zərərçəkmiş şəxs qismində izahatı alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, Ağamoğlanla 2019-cu ilin avqust ayının axırları olarmış ki, 28 may metro stansiyasının yaxınlığında yerləşən “Elita” mafia clubunda tanış olmuşdur. Belə ki, o, rəfiqəsi Nigar Qədirlinin yanına getmişdir. Nigarda həmin kluba müştəri kimi gedirmiş. O, həmin klubda Nigarla görüşmüş və klubda bir qədər mafia oynamışlar. O, həmin kluba əvvəllərdə bir neçə dəfə getmişdir və Ağamoğlanı orada görsədə onunla heç bir tanışlığı yox imiş. Həmin günü adını xatırlamadığı bir nəfər tanış oğlan onu Ağamoğlanla tanış etmişdir. Onun Ağamoğlanla ilkin tanışlığında məqsəd Ağamoğlanın köməkliyi ilə işə düzəlməyi imiş. O, Ağamoğlanla tanış olduqdan sonra bir qədər bir yerdə oturaraq söhbət etmiş və qəlyan çəkmişlər. Həmçinin onu qeyd etmişdir ki, o, anası Nigarla yola getmədiyi və tez-tez mübahisə etdiyi üçün həmin vaxtdan təxminən 1 ay əvvəl anası Nigarın əvvəllər yaşadığı Maştağa qəsəbəsində yerləşən evindən çıxmış və rəfiqəsi Fatimə adlı qızın yaşadığı Sabunçu qəsəbəsində yerləşən ünvanını dəqiqliklə bilmədiyi evdə qalmışdır. Lakin həmin günü Fatimə rayona getməli olduğu üçün həmin evdən çıxmış və onun gedəcək yeri yox imiş. Ağamoğlanla söhbət zamanı o, Ağamoğlana gecəni qalmağa yerinin olmadığını bildirmiş, həmçinin ona başına gələn yolnəqliyyat hadisəsi barədə məlumat vermişdir. Ağamoğlan ondan niyə valideynlərinin olmadığını soruşsa da o, Ağamoğlana valideynlərinin olmadığını bildirmişdir. Bundan sonra həm o, Ağamoğlana ona gecəni qalmağa və iş tapmağa kömək etməsini bildirmiş, həmdə Ağamoğlan ona təklif etmişdir ki, bacısı ilə birlikdə qalır və onuda həmin evə apara bilər və iş tapmaqdada köməklik edə bilər. O, Ağamoğlana razılıq vermişdir. Bundan sonra onlar həmin clubdan çıxmış və Ağamoğlanla getmişlər. Birinci Ağamoğlan onu Yasamalda yerləşən yerini və ünvanını tanımadığı otel kimi fəaliyyət göstərən bir yerə aparmış və ona qapıda onu gözləməyini deyərək özü içəri getmişdir. Bir qədər sonra qayıtdıqda o, Ağamoğlana niyə onu bura gətirdiyini soruşmuş və onunla orada qalmayacağını və getmək istədiyini bildirmişdir. Həmin vaxtı Ağamoğlan telefonla zəng edərək bacısı ilə danışmış və bundan sonra onlar birlikdə Ağamoğlanın bacısının evinə getmişlər. Qeyd etmişdir ki, Ağamoğlanın bacısı sonradan adını bildiyi Sevinc onları evə gizlin salmış və o, sonradan bilmişdir ki, onların anası Arzuda evdə evin digər otağında yatıbmış. Sevinc və Ağamoğlan ona otaqların birini göstərərək orada yata biləcəyini demişlər. Bir qədər sonra o, həmin otağa gedərək uzanmışdır. Təxminən saat 02 radələri olarmış ki, Ağamoğlan həmin otağa gəlmiş və otağa girdikdən sonra qapını içəridən bağlamışdır. Sonra isə yerdən atılmış döşəyə ondan bir qədər aralıda uzanmışdır. O, Ağamoğlana otaqdan getməyini bildirmişdir. Lakin o, otaqdan getməmişdir. Bir qədər sonra Ağamoğlan ona yaxınlaşaraq onu məcbur öpməyə başlamışdır. O, isə Ağamoğlanı itələmişdir. Lakin Ağamoğlan yenə də, ona tərəf gəlmiş və onu öpməyə və əlləri ilə paltarları çıxartmağa başlamışdır. O, həmin zaman gündəlik paltarda uzanıbmış. Əynində həmin vaxtı qara rəngli don var imiş. O, Ağamoğlana qarşı çıxmağa çalışsada Ağamoğlan ona məhəl qoymamış və onunda qolunun biri gipsdə olduğundan Ağamoğlana bir qolu ilə güc gələ bilməmişdir. Həmdə qorxduğu üçün qışqırmamışdır. Bundan sonra Ağamoğlan onun üstünə üzanaraq əynində olan qara paltarı yuxarı qaldırmışdır. O, Ağamoğlandan qurtulmaq üçün yuxarı tərəfə getməyə çalışsada Ağamoğlan onu özünə tərəf aşağı çəkirmiş. Həmin zaman Ağamoğlan onun ayaqlarını aralayıb ayaqlarının arasına keçmiş və alt paltarını çıxardaraq cinsi orqanını onun cinsi orqanına yeritmiş və onunla təbii yolla cinsi əlaqədə olmağa başlamışdır. Təxminən 3-4 dəqiqə Ağamoğlan onunla təbii yolla cinsi əlaqədə olmuş və cinsi ehtirasını yaşadıqdan sonra onu buraxaraq üstündən durmuşdur və dərhal otaqdan çıxmışdır. Bundan sonra o, otaqdan çıxaraq hamama gedərək yuyunmuş və otağa qayıtmışdır. Bir qədər sonra Ağamoğlanda otağa gəlmiş və onun yanında uzanaraq yatmışdır. Səhəri gün oyandığı zaman Sevincin təxminən 3 yaşlı uşağı onun yatdığı otaqda imiş. Saat təxminən 10-11 olarmış. O, yerindən durduğu zaman evdə Sevincdən başqa Ağamoğlanında olduğunu görmüşdür. O, gecə olanlar barədə Sevincə heç bir söz deməmişdir. Bütün günü həmin evdə qalmışdır. Gün ərzində Ağamoğlan bir dəfə mağazaya gedib-gəlmişdir. Ağamoğlan Sevinc ilə söhbət etmişlər ki, anaları Arzuya onun barəsində nə desinlər və onlar razılaşmışdırlar ki, anaları Arzuya desinlər ki, onu Ağamoğlan qaçırdaraq evlənmək üçün gətirib. Axşam təxminən saat 20 radələri olarmış ki, Arzu gəlmiş və onu görmüşdür. X3 evlənmək üçün qaçırtdığını bildirmişdir. Arzuda onun barəsində maraqlanmış və bu barədə Sevincə və Ağamoğlana suallar vermişdir. Bundan sonra Arzu tapşırmışdır ki, o, Sevinclə bir otaqda yatsın. Həmin gecəni o, Sevincin otağında keçirtmişdir. Səhəri gün Arzu və Ağamoğlan işə getmişdirlər. Saat təxminən 13 radələri olarmış ki, o, Sevincə getmək istədiyini bildirmişdir. Sevinc ona getmə desə də, onun istəmədiyini görüb, bildirmişdir ki, onu istəmədiyi işə məcbur etməzlər. Ona görə də, o, həmin evdən çıxmışdır. Həmin gündən sonra rəfiqəsi Fatimənin yanına getmişdir. Həmin vaxtdan Fatimənin Sabunçu qəsəbəsində yerləşən evində yaşamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 bildirdi ki, təxminən 2019-cu ilin avqust ayının axırları olarmış ki, Ağamoğlan sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi qızı yaşadığı evə gətirmişdir. Həmin vaxtı anası evdə yatmış olduğundan anası Arzunun Nəzrinin onlara gəldiyindən xəbəri olmamışdır və səhər də işə getmişdir. Nəzrin gecə evdə olan boş otaqda tək qalmış və o, da öz otağında yatmışdır. Səhəri gün axşam anası evə gələndə anası Arzuya bildirmişdir ki, Ağamoğlan evlənmək məqsədi ilə Nəzrini evə gətirmişdir. Anası da bundan sonra bir qədər Nəzrinlə söhbət etmiş və tapşırmışdır ki, Nəzrin onunla bir otaqda yatsın və belə də olmuşdur. Səhəri gün Ağamoğlan və anası Arzu işə getmişdirlər. Bundan sonra Nəzrin bildirmişdir ki, o, getmək istəyir. Buna görə də, o, Nəzrinə mane ola bilməmiş və Nəzrin çıxıb getmişdir. Bundan başqa o, ifadəsində Nəzrin ilə Ağamoğlanın cinsi əlaqədə olmaları barədə heç bir məlumatının olmadığını, Nəzrinin bu barədə ona heç bir söz demədiyini bildirmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, təxminən 2019-cu ilin avqust ayının axırları olarmış ki, Ağamoğlan sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi qızı yaşadığı evə gətirmişdir. Həmin vaxtı o, evdə yatmış olduğundan Nəzrinin onlara gəldiyindən xəbəri olmamışdır və səhər də işə getmişdir. Nəzrin gecə evdə olan boş otaqda tək qalmış və o, da öz otağında yatmışdır. Səhəri gün axşam qızı evə gələndə ona bildirmişdir ki, Ağamoğlan evlənmək məqsədi ilə Nəzrini evə gətirmişdir. O, da bundan sonra bir qədər Nəzrinlə söhbət etmiş və tapşırmışdır ki, Nəzrin qızı ilə bir otaqda yatsın və belə də olmuşdur. Səhəri gün Ağamoğlan və o, işə getmişdirlər. Bundan sonra Nəzrin qızına bildirmişdir ki, o, getmək istəyir. Buna görə də, qızı Nəzrinə mane ola bilməmiş və Nəzrin çıxıb getmişdir. Bundan başqa o, ifadəsində Nəzrin ilə Ağamoğlanın cinsi əlaqədə olmaları barədə heç bir məlumatının olmadığını, Nəzrinin bu barədə ona heç bir söz demədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2019-cu il tarixli, 592 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs aşkar edilmiş arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmaya dəlalət edə bilər. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli, 267 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, sonuncunun xairici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ambulator məhkəmə-psixoloji eskpertizasının xx xxx 2020-ci il tarixli, 953 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Zərərçəkmiş şəxs idrak proseslərinin normaya uyğun olması müəyyən edilir. Hadisə ilə əlaqədar psixi-emosional vəziyyətində hər hansı bir dəyişiklik müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Nümayişkaranəlik, qıcığa qarşı həssaslıq, eqosentrizm, inadkarlıq, sərbəsliyə və müstəqilliyə can atmaq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Həmçinin o,əqli və psixi inkişaf xüsusiyyətlərinə görə hadisə baş verən zaman öz hərəkətlərini idarə edə bilərdi. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ambulator məhkəmə-psixiatrik eskpertizasının xx xxxx 2020-ci il tarixli, 978 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində kəllə-beyin travması müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazır ki, psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları ifadə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1999-cu ildə Biləsuvar rayonunda doğulmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinmiş və oan 02 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza 01 ilə endirilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə bu nəticəyə gələrkən qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda faktiki nikaha girmişdir. Onun ailəsi faktiki nikaha girdiyi arvadından, bacısından və anasından ibarətdir. Təqsirləndirilən şəxs ailədə yeganə işləyən və ailəsini maddi təmin edən şəxsdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin ibtidai istintaq zamanı 2 dəfə vermiş olduğu izahatında Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 09 (doqquz) ay sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-10/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-10/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver