Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-10/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi - Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1972-ci il tarixdə Qobustan rayonuda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Qobustan rayonunun Bədəlli kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ç.Mustafayev küçəsi döngə 4 fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində X13 mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə “Mersedes-Benz E220” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsindən Ş.Dres istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən “Şüvəlan” marketə az qalmış “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri etməli olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan avtomobillə həmin yolu sağdan-sola keçən piyada X9 avtomobilinin qabaq tərəfi ilə vuraraq Ə.R.Məmmədovaya alın-təpə nahiyəsində hematoma, sağ göz orbitinin qançırı, təpə-alın nahiyəsinin, boyunun sağ arxa-yan səthində sağ çiyin nahiyəsinə doğru davam edən sıyrıqları, sifətin sağ yarısının, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun aşağı 1/3-nin iç səthinin, sağ budun yuxarı-orta 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırları, baş beynin ödemi, baş beynin yumşaq qişasına nöqtəşəkilli qansızmalar, yayılmış irinli peritonitlə müşayiət olunan 12 barmaq bağırsaq soğanağının cırılmış yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, Ə.R.Məmmədova 29 noyabr 2021-ci il tarixdə “X28” X27 travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı və intoksikasiya səbəbindən ölmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 24 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində öz vəsaiti ilə qardaşı oğlu Ramil Kazımovun adına aldığı və etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” markalı, E- 220 modelli **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobililə Şüvəlan qəsəbəsi A.İldırım küçəsində Ş.Dres istiqamətində 30-40 km/saat sürətlə hərəkət edərkən qarşısında hərəkətdə olan 136 №-li şəhər daxili avtobusun “Şüvəlan” marketə çatmağa az qalmış dayandığını görüb o da avtomobili tam dayandırmış, sonra hərəkətə başlayaraq yolun əks istiqamətə olan hərəkət zolağına çıxıb ötmə əməliyyatı edərək sağ zolağa qayıdarkən avtobusun qarşısında dayanmış piyadanı vurmuşdur. Həmin vaxt hər yer qaranlıq, vurduğu piyada isə qara geyimdə olduğundan, həmin piyadanı görə bilməmişdir. Avtomobili dərhal saxlayaraq maşından düşmüşdür. Həmin vaxt vurduğu piyadanın – sonradan adını bildiyi X5 vəziyyəti çox ağır olmamışdır. Hadisə yerinə toplaşan kənar şəxslərin köməkliyi ilə piyadanı öz avtomobilinə qoyub 26 saylı şəhər xəstəxanasına aparmaq istəsə də, piyada onu evə aparmağını demişdir. Ona görə də vurduğu piyadanı yaşadıqları evə aparmışdır. Sonra zənğ etmiş, oğlu və qızı gəlmişdir. Onlarla birlikdə təcilli tibbi yardıma zəng edərək analarını 3 saylı şəhər xəstəxanasına aparmışlar. 29 noyabr 2021-ci il tarixdə X11 həmin xəstəxanada vəfat etdikdən sonra yas mərasimində onun qohumları iştirak etmiş və aralarında barışıq olmuşdur. Sonradan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı müxtəlif tələblər irəli sürülmüş, lakin o, həmin tələbləri yerinə yetirə bilmədiyi üçün aralarındakı barışıq pozulmuşdur. Hadisə zamanı onun avtomobilində sərnişin olmamışdır. Əvvəllər heç bir cinayət törətməmişdir, hazırkı yol-nəqliyyat hadisəsi ilə əlaqədar özünü qətiyyən təqsirli bilmir, mülki iddianı qəbul etmir. Bütün bunların nəzərə alınaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, mərhum X11 onun anasıdır. 24 noyabr 2021-ci il tarixdə təxminən saat 18-də Şüvəlan qəsəbəsində anasını yolda vuran avtomobilin sürücüsü Məmməd adlı şəxs onu evə gətirmişdir. O, sürücüdən onu xəstəxanaya aparmamasının səbəbini soruşduqda o, anasını öz istəyi ilə evə gətirdiyini demişdir. Sonradan öyrənmişdir ki, sürücünün maşınında başqa adam da olmuş və onları aparıb düşürtdükdən sonra anasını evə gətirmişdir. Anasının aldığı xəsarətlərin çox ciddi olduğunu görüb onu Bakı şəhəri 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Xəstəxanada anası təcili tibbi yardımı onun çağırdığını bildirsə də, əslində o, təcili tibbi yardım çağırmamışdır. Xəstəxanada olan zaman anasını həkimlər səthi olaraq ilkin müayinə etmişlər. Lakin anasının qarın boşluğu USM müayinəsindən keçirilməmişdir. O, öz anasını özəl xəstəxanaya aparmaq istəsə də həkimlər müayinəni özləri tam başa çatdırmalı olduqlarını bildirdiklərinə görə həmin gecə anası orada qalmışdır. 25 noyabr 2021-ci il tarixdə anasının yanına gələndə onun vəziyyəti yaxşı olmuş, yalnız sağ ayağının ağrıdığını demişdir. Həmin gün axşam anası daxili orqanlarında narahatçılıq olduğunu bildirmişdir. O, bu barədə həkimlərə məlumat verdikdən sonra həkimlər anasını müayinə etmişlər. Müayinədən sonra həkimlər anasının qarnında yara olduğunu, həmin yaranın zərbənin təsirindən partladığını və qarın boşluğuna maye dolduğundan təcili əməliyyat olunmasının vacib olduğunu demişlər. Ona görə də 26 noyabr 2021-ci il tarixdə Zahid adlı həkim-cərrah anasının 12 barmaq bağırsağını əməliyyat etmişdir. Əməliyyatdan sonra anası reanimasiya şöbəsinə köçürülmüş və 29 noyabr 2021-ci il tarixdə həmin şöbədə vəfat etmişdir. Lakin ölüm kağızında anasının baş-beyin travmasından öldüyü qeyd edilmişdir. Anasının yas mərasimində təqsirləndirilən şəxsin qohumları iştirak etmiş və aralarında barışıq olmuşdur. Lakin sonradan təqsirləndirilən şəxs onlarla maraqlanmamış, anasının özünü qəsdən yola atdığını bildirmişdir. Ona görə də hazırda aralarında barışıq yoxdur. Təqsirləndirilən şəxsdən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş anası X6 ölümü ilə birbaşa səbəbli əlaqəli olan müxtəlif bədən xəsarətləri yetirməsi ilə bağlı maddi ziyanın əvəzi kimi dəfn, 3, 7, 40 və il mərasimlərinə görə 3000,00 (üç min) manat, baş daşı və sinə daşının düzəldilməsinə görə 3500,00 (üç min beş yüz) manatın, mənəvi ziyanın əvəzi kimi 1000,00 (bir min) manat olmaqla cəmi 7500,00 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 95,00 (doxsan beş) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir və onu müdafiə edir. Buna görə də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən “X28” X29 Travmatologiya və Ortopediya şöbəsində həkim işləyən X18 göstərdi ki, 24 noyabr 2021-ci il tarixdə təxminən saat 20:25-də şöbədə növbətçi olarkən 10 saylı təcili tibbi yardım stansiyasının həkimləri X11 adlı şəxsi xəstəxanaya gətirmişlər. Xəstə özü ilkin olaraq təxminən 6 saat əvvəl onu avtomobil vurması nəticəsində xəsarət aldığını, hadisədən sonra evə aparıldığını, lakin sonradan ağrıları artdığından xəstəxanaya gəldiyini bildirmişdir. Həmin vaxt kürək nahiyəsində olan ağrılardan şikayət etmişdir. Təyinatı əsasında xəstə baş-beynin və döş qəfəsinin kompüter tomoqrafiya müayinəsindən, qarın boşluğu USM müayinəsindən keçirilmişdir. Müayinənin nəticəsi olaraq baş-beynin yüngül silkələnməsi, qapalı kəllə-beyin travması, alının və sağ gözaltı nahiyənin hematoması, döş qəfəsinin sağ yarısının əzilməsi və qarının küt travması diaqnozu qoyulmuşdur. Xəstə israrla evə getmək istəsə də, ona nəzarət altında olmalı olduğunu bildirərək xəstəxanada qalmasını tövsiyə etmiş, xəstə də razılaşaraq palataya yerləşdirilmişdir. Növbəti gün səhər saatlarında növbəni təhvil verib evə getmişdir. Bir gün sonra, yəni 26 noyabr 2021-ci il tarixdə işə gələrkən həmin xəstəni müayinə edərkən qarnında ağrılar olduğunu bildirdiyindən, onu təkrarən USM müayinəsinə göndərmişdir. Müayinə zamanı qarın boşluğunda maye aşkar olunduğundan bu barədə xəstəxananın cərrahiyyə şöbəsinin həkimlərinə məlumat verilmiş və xəstə reanimasiya şöbəsinə yerləşdirilmişdir. Həmin gün xəstə əməliyyat olunaraq yenidən reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstənin sonrakı müayinə və müalicələri cərrah və reanimatoloqlar tərəfindən aparılmışdır. 29 noyabr 2021-ci il tarixdə həmin xəstənin vəfat etdiyini eşitmişdir. Bir daha bildirir ki, ilkin müayinə zamanı xəstənin qarın boşluğunda patoloji dəyişiklik aşkar olunmamışdır. Lakin sutka yarım sonra qarnında ağrılar olduğunu bildirəndə onu rentgen müayinəsindən keçirtmişlər və həmin vaxt onun qarın boşluğunda maye yığıldığı aşkar olunmuşdur. Bundan sonra təyinatı ilə xəstə cərraha yönləndirilmiş və əməliyyat olunmuş, əməliyyatdan iki gün sonra isə xəstənin vəfat etdiyini eşitmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən “X28” X31 həkim-cərrah işləyən X12 göstərdi ki, 26 noyabr 2021-ci il tarixdə növbədə olarkən X11 adlı xəstənin qarın iltihabı olduğu bildirildiyi üçün həmin gün xəstənin 12 barmaq bağırsağını əməliyyat etmişdir. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilmişdir. Əməliyyatdan sonra xəstədə heç bir patologiya aşkar olunmamış, əməliyyat da normal keçmişdir. 29 noyabr 2021-ci il tarixdə həmin xəstənin vəfat etdiyini eşitmişdir. X17 xəstəlik tarixi Məhkəmə Tibbi Ekspertiza və X10 təqdim edilmişdir. Bu barədə məhkəmənin sorğusuna cavabı da məhkəməyə təqdim edir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 X29 Xəzər rayon şöbəsinin məhkəmə-tibb eksperti vəzifəsində Yusifov Surət göstərdi ki, məhkəmə-tibb ekspertizasının 29 noyabr 2021-ci il tarixli 211 nömrəli rəyi onun tərəfindən verilmişdir. X2 ölümünə səbəb yayılmış irinli peritonitlə müşayiət olunan 12 barmaq bağırsaq soğanağının cırılmış yarası və qarının qapalı travması olmuşdur. İrinləşmənin hansı səbəbdən getməsinin səbəbini müəyyən etmək onun yox, həkimin səlahiyyətindədir. Ölümə səbəbdə həkimin səhvi varsa, onu rəydə qeyd etmək onun səlahiyyətində deyildir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 X29 Təkrari ekspertizalar şöbəsinin şöbə rəisi vəzifəsində işləyən X7 göstərdi ki, təkrar məhkəmə-tibbi ekspertizasının 15 fevral 2022-ci il tarixli T53/2022 nömrəli rəyi müstəntiqin qərarı, mərhumun xəstəlik tarixçəsi və ilkin məhkəmə-tibbi ekspertizasının rəyi əsasında verilmişdir. X3 ölümünə səbəb travma ilə birbaşa əlaqəlidir. Müstəntiqin qərarında baş vermiş ölümdə həkim səhvinin olması ilə bağlı sual qoyulmamışdır. Həmin sualın cavablandırılması onun yox, komisyon ekspertizalar şöbəsinin səlahiyyətindədir. Bununla bağlı sual qoyulsaydı, cavab verə bilərdilər. “X28” X31 ilk diaqnoz olaraq “qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi” qoyulsa da, ölümə səbəb həmin xəsarət olmamışdır. 1-ci rəylə razıdırlar. Rəy verilərkən həm sənədlərə baxılmalıdır, həm də meyid müayinə olunmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 X29 Komisyon ekspertizalar şöbəsinin məhkəmə-tibb eksperti vəzifəsində işləyən X19 göstərdi ki, Ədilə Məmmədovanın ölümündə həkimlərin səhvinin olub-olmamasını müəyyən etmək onların şöbəsinin səlahiyyətinə aid olduğundan, bununla bağlı rəy vermişlər. Ədilə Məmmədovanın ölümünə səbəb “12 barmaq bağırsağın cırılması” olmuşdur və bağırsağın cırılması həkimlər tərəfindən gec müəyyən olunmuş, bununla da, göstərilmiş qüsurlu tibbi xidmətlə onun ölümü arasında səbəbli əlaqə olmuşdur. Rəy verilərkən xəstəlik tarixçəsini ona görə götürmüşlər ki, həkimlərin hansı işlər gördüklərini, xəstəyə hansı diaqnoz qoyduqlarını müəyyən etsinlər. Həm meyidlə bağlı rəyə, həm də xəstəlik tarixçəsinə baxıb sonra rəy verirlər. Meyidi o müayinə etməmişdir. 1-ci rəydə göstərilmişdir ki, mərhumun ölümünə 2 səbəb var – travmalar və irinli peritonitlə müşayiət olunan 12 barmaq bağırsağın soğanağının cırılması. Cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 04 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto-cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi “Şüvəlan” marketin yaxınlığında saat 18:30 radələrində baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “nəqliyyat vasitələrinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması” protokollarından görünür ki, “Mersedes Benz” markalı, E-220 modelli **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperi olmamış, əl tormoz dəstəyinin sürət ötürücüsünün dəstəyi, tormoz, işıq sistemlərinin, digər aqreqat, mexanizm və hissələrin vəziyyəti saz olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2021-ci il tarixli 211 saylı rəyindən görünür ki, X3 meyitində aşkar edilmiş xəsarətlər - Alın-təpə nahiyəsində hematoması; sağ göz orbitinin qançırı; təpə nahiyəsinin, alın nahiyəsinin, boyunun sağ arxa-yan səthində sağ çiyin nahiyəsinə doğru davam edən sıyrıqları; sifətin sağ yarısının, sağ bazunun orta üçdə birinin ön səthinin, sol bazunun aşağı üçdə birinin iç səthinin, sağ budun yuxarı-orta üçdə birinin bayır səthinin, sağ baldırın orta üçdə birinin bayır səthinin, sağ baldırın yuxarı üçdə birinin bayır səthinin qançırları; baş beynin ödemi; baş beynin yumşaq qişasına nöqtəşəkilli qansızmalar; yayılmış irinli peritonitlə müşayiət olunan 12 barmaq bağırsaq soğanağının cırılmış yarası xəsarətləri küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X28” X35 müraicətindən az əvvəl oldmaqla 24 noyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissəsi (hissələri) ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. X3 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 15 fevral 2022-ci il tarixli T53/2022 saylı rəyindən görünür ki, X3 meyitinin müayinəsi zamanı alın-təpə nahiyəsində hematoma, sağ göz orbitinin qançırı, təpə-alın nahiyəsinin, boyunun sağ arxa-yan səthində sağ çiyin nahiyəsinə doğru davam edən sıyrıqları, sifətin sağ yarısının, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun aşağı 1/3-nin iç səthinin, sağ budun yuxarı-orta 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırları, baş beynin ödemi, baş beynin yumşaq qişasına nöqtəşəkilli qansızmalar, yayılmış irinli peritonitlə müşayiət olunan 12 barmaq bağırsaq soğanağının cırılmış yarası-küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddəti onun “X28” X35 müraciətindən az əvvəl oldmaqla qərarda göstərilən tarixdə, yəni 24 noyabr 2021-ci il ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissəsi (hissələri) ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aiddir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi vardır. X3 ödümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı və intoksikasiya olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X15 X29 komisyon ekspertizalar şöbəsinin 05 iyul 2022-ci il tarixli, 333/KEŞ nömrəli kompleks məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, “Ədilə Məmmədovanın adına “X28” Publik Şəxsində tərtib olunmuş tibbi sənədlərdən göründüyü kimi, o, 24 noyabr 2021-ci il tarixdə, saat 20:25-də xəstəxanaya “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alnın və sağ göz ətrafının hematoması, döş qəfəsinin sağ yarısının əzilməsi, qarnını küt travması” diaqnozu ilə daxil olmuşdur. Aparılmış müayinələrdən sonra (USM, başın və döş qəfəsinin KT müayinəsi) diaqnoz qismən düzgün təyin edilmişdir. Belə ki, “12 barmaq bağırsağın cırılması” müəyyən edilməmişdir. 26 noyabr 2022-ci il tarixdə xəstənin vəziyyəti ağırlaşmış, cərrahın baxışı keçirilmiş və “Kəskin peritonit, boşluq orqanın perforasiyası” diaqnozu təyin edilmiş və həmin tarixdə onun üzərində “Laporatomiya, 12 barmaq bağırsaq yarasının tikilməsi, qarın boşluğunun təftişi, sanasiya və drenə olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. 27-28 noyabr 2021-ci il tarixlərdə xəstənin ümumi vəziyyəti ağır olmuş və aparılmış reanimasion tədbirlərə baxmayaraq artan ürək-damar çatışmazlığı fonunda xəstədə 29 noyabr 2021-ci il tarixdə, saat 12:50-də bioloji ölüm baş vermişdir. Ədilə Məmmədovanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı və intoksikasiya olmuşdur ki, bununla da, göstərilmiş qüsurlu tibbi xidmət ilə onun ölümü arasında səbəbli əlaqə olmuşdur. Belə ki, onun ölümünə səbəb olan “12 barmaq bağırsağın cırılması” vaxtında müəyyən edilib, xəstəyə adekvat tibbi yardımlar göstərilməli idi. Ədilə Məmmədovanın “X28” Publik Şəxsində qüsurlu tibbi yardımın aparılması ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Bunlar məsul şəxslər müalicə həkimləri anestezioloq-reanimotoloq və cərrahdır”. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X15 PHŞ-in əlavə komisyon məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2023-cü il tarixli T 20/2023 nömrəli rəyindən görünür ki, X3 meyitinin müayinəsi zamanı aşkar edilən alıntəpə nahiyəsinin hematoması, sağ göz almasının qançırı, təpə-alın nahiyəsinin, boynun sıyrıqları, sifətin sağ yarısının, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun iç səthinin, sağ budun bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin qançırları, baş beynin ödemi, baş beynin yumşaq qişasına nöqtəşəkilli qansızmalar onun ölümünə səbəb ola bilməzdi, belə ki, istər zərərçəkmişin 24 noyabr 2021-ci il tarixdə 3 saylı şəhər klinik xəstəxanasında KT müayinəsi, istərsə də meyitin məhkəmə-tibbi ekspertizası zamanı baş beyində ölümə səbəb ola biləcək hər hansı patomorfoloji dəyişiklik aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 8/3241 saylı 10 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadsisəsi zamanı “Mersedes-Benz E220” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan və Xəzər RPİ-nin X8 bazaya baxış keçirilməsi barədə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olubolmaması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X36 İdarəsinin Mərkəzi Məlumat Sistemində aktiv məlumatları yoxlanılmış və 25 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən 25 oktyabr 2028-ci il tarixə kimi etibarlı hesab edilən “B” “C” kateqoriyalı AF 022291 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş 24 noyabr 2021-ci il tarixli 1/4236 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 15 fevral 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsin hüquqi varisini, şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hal iş üzrə məhkəmə iclasında araşdırılmış zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə öz təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməli etiraf etməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu, özünümüdafiə və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla iş üzrə araşdırılmış digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə, yəni “yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir” kimi tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, məhkəmə istintaqı zamanı cinayət prosesi iştirakçılarının ifadələri, iş üzrə tədqiq edilmiş sübutlarla və ekspertiza rəyləri ilə müəyyən edildi ki, 24 noyabr 2021-ci il il tarixdə saat 18:30 radəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissəsi (hissələri) ilə vurulması nəticəsində X5 aldığı xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa Ağır zərərvurmaya aiddir, lakin həmin xəsarətlərin baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur. Belə ki, Ədilə Məmmədova baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həmin xəsarətləri almış və həmin gün saat 20:25-də “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alnın və sağ göz ətrafının hematoması, döş qəfəsinin sağ yarısının əzilməsi, qarnının küt travması” diaqnozu ilə “X28” X35 daxil olmuşdur. Aparılmış müayinələrdən sonra (USM, başın və döş qəfəsinin KT müayinəsi) diaqnoz qismən düzgün təyin edilmiş, “12 barmaq bağırsağın cırılması” isə müəyyən edilməmişdir. Xəstəxanaya gətirilərkən Ədilə Məmmədova sərbəst danışa bilmiş və özü ilkin olaraq təxminən 6 saat əvvəl onu avtomobil vurması nəticəsində xəsarət aldığını, hadisədən sonra evə aparıldığını, lakin sonradan ağrıları artdığından xəstəxanaya gəldiyini bildirmişdir. Həmin vaxt kürək nahiyəsində olan ağrılardan şikayət etmişdir. Təyinatı əsasında Ədilə Məmmədovanın baş-beynin və döş qəfəsinin kompüter tomoqrafiya müayinəsindən, qarın boşluğu USM müayinəsindən keçirilmişdir. Müayinənin nəticəsi olaraq baş-beynin yüngül silkələnməsi, qapalı kəllə-beyin travması, alının və sağ gözaltı nahiyənin hematoması, döş qəfəsinin sağ yarısının əzilməsi və qarının küt travması diaqnozu qoyulmuşdur. Ədilə Məmmədova israrla evə getmək istəsə də, ona nəzarət altında olmalı olduğu bildirilərək xəstəxanada qalması tövsiyə edilmiş, o da razılaşaraq palataya yerləşdirilmişdir. 25 noyabr 2021-ci il tarixdə X4 Tamilə Əli qızı anasının yanına gələndə onun vəziyyəti yaxşı olmuş, yalnız sağ ayağının ağrıdığını demişdir. 26 noyabr 2022-ci il tarixdə xəstənin vəziyyəti ağırlaşmış, cərrahın baxışı keçirilərək “Kəskin peritonit, boşluq orqanın perforasiyası” diaqnozu təyin edilmiş və həmin tarixdə onun üzərində “Laporatomiya, 12 barmaq bağırsaq yarasının tikilməsi, qarın boşluğunun təftişi, sanasiya və drenə olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. 27-28 noyabr 2021-ci il tarixlərdə Ədilə Məmmədovanın ümumi vəziyyəti ağır olmuş və aparılmış reanimasion tədbirlərə baxmayaraq artan ürək-damar çatışmazlığı fonunda xəstədə 29 noyabr 2021-ci il tarixdə, saat 12:50-də bioloji ölüm baş vermişdir. Ədilə Məmmədovanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı və intoksikasiya olmuşdur ki, bununla da, göstərilmiş qüsurlu tibbi xidmət ilə onun ölümü arasında səbəbli əlaqə olmuşdur. Belə ki, Ədilə Məmmədovanın ölümünə səbəb olan “12 barmaq bağırsağın cırılması” vaxtında müəyyən edilib, xəstəyə adekvat tibbi yardımlar göstərilməli idi. Ədilə Məmmədovanın “X28” X27 qüsurlu tibbi yardımın aparılması ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Bunlar məsul şəxslər müalicə həkimləri anestezioloqreanimotoloq və cərrahdır”. Həmçinin, əlavə komisyon məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2023-cü il tarixli T 20/2023 nömrəli rəyi ilə də müəyyən edilmişdir ki, X17 meyitinin müayinəsi zamanı aşkar edilən alın-təpə nahiyəsinin hematoması, sağ göz almasının qançırı, təpə-alın nahiyəsinin, boynun sıyrıqları, sifətin sağ yarısının, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun iç səthinin, sağ budun bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin qançırları, baş beynin ödemi, baş beynin yumşaq qişasına nöqtəşəkilli qansızmalar onun ölümünə səbəb ola bilməzdi, belə ki, istər zərərçəkmişin 24 noyabr 2021-ci il tarixdə 3 saylı şəhər klinik xəstəxanasında KT müayinəsi, istərsə də meyitin məhkəmə-tibbi ekspertizası zamanı baş beyində ölümə səbəb ola biləcək hər hansı patomorfoloji dəyişiklik aşkar edilməmişdir. Göründüyü kimi, məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2021-ci il tarixli 211 saylı rəyində “X3 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı olmuşdur” kimi; Məhkəmə-tibbi ekspertizasının 15 fevral 2022-ci il tarixli T53/22 saylı rəyində “X3 ödümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı və intoksikasiya olmuşdur” kimi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X15 X29 komisyon ekspertizalar şöbəsinin 05 iyul 2022-ci il tarixli, 333/KEŞ nömrəli kompleks məhkəmə-tibbi ekspertiza rəyində “Ədilə Məmmədovanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı və intoksikasiya olmuşdur ki, bununla da, göstərilmiş qüsurlu tibbi xidmət ilə onun ölümü arasında səbəbli əlaqə olmuşdur. Belə ki, onun ölümünə səbəb olan “12 barmaq bağırsağın cırılması” vaxtında müəyyən edilib, xəstəyə adekvat tibbi yardımlar göstərilməli idi. Ədilə Məmmədovanın “X28” Publik Şəxsində qüsurlu tibbi yardımın aparılması ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Bunlar məsul şəxslər müalicə həkimləri anestezioloq-reanimotoloq və cərrahdır” kimi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X15 PHŞin əlavə komisyon məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2023-cü il tarixli T 20/2023 nömrəli rəyində “X17 meyitinin müayinəsi zamanı aşkar edilən alın-təpə nahiyəsinin hematoması, sağ göz almasının qançırı, təpə-alın nahiyəsinin, boynun sıyrıqları, sifətin sağ yarısının, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun iç səthinin, sağ budun bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin qançırları, baş beynin ödemi, baş beynin yumşaq qişasına nöqtəşəkilli qansızmalar onun ölümünə səbəb ola bilməzdi, belə ki, istər zərərçəkmişin 24 noyabr 2021-ci il tarixdə 3 saylı şəhər klinik xəstəxanasında KT müayinəsi, istərsə də meyitin məhkəmə-tibbi ekspertizası zamanı baş beyində ölümə səbəb ola biləcək hər hansı patomorfoloji dəyişiklik aşkar edilməmişdir”. Məhkəmə istintaqı zamanı aparılmış araşdırmaların yekunu olaraq məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs X5 ölümünün səbəbi məhkəmə məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2021-ci il tarixli 211 saylı və 15 fevral 2022-ci il tarixli T53/22 rəylərində düzgün göstərilməmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi ekspertiza və X15 X29 komisyon ekspertizalar şöbəsinin 05 iyul 2022-ci il tarixli, 333/KEŞ nömrəli kompleks məhkəmə-tibbi ekspertiza rəyində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X15 PHŞ-in əlavə komisyon məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2023-cü il tarixli T 20/2023 nömrəli rəyində isə düzgün göstərilmişdir və bu, cinayət prosesi iştirakçıları tərəfindən mübahisələndirilmir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, 24 noyabr 2021-ci il il tarixdə saat 18:30 radəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs əməli nəticəsində zərərçəkmiş şəxs X1 ehtiyatsızlıqdan ağır zərər vurulmuşdur və Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs əməlində həmin cinayətin (Bu Məcəllənin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) əlamətləri mövcud deyildir, həmin xəsarətlərlə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə yoxdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıdakı əsaslanmaya görə məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olma cinayətini törətməsi faktı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə iclasında müəyyən edildi ki, mülki iddia Azərbaycan Respublikası MPMnin 149.2.3 və 150.3-cü maddələrinin tələbləri pozulmaqla verilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanmalı, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X14 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili X14 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X20 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 90,00 (doxsan) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 90,00 (doxsan) manat olmaqla ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Mülki iddia baxılmamış saxlanılsın və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilsiin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-10/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-10/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver