Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-10/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs3, Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan və barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1970-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, Yevlax şəhəri, C.Mustafayev küçəsi 23 qeydiyyətda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1976-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvələr məhkum olunmuş, evli, orta təhsilli, ünvan 2-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 Şəməd oğlu, X15, Təqsirləndirilən şəxs1 və X4 ilə cinayət əlaqəsinə girərək 19 sentyabr 2022-ci il tarixdə saat 22 radəsində və 21 sentyabr 2022-ci il tarixdə saat 02 radəsində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi Sovxoz adlanan ərazidə quraşdırlmış istixananın diametri 23 sm, divarının qalınlığı 8 sm olan, ümumi uzunluğu 1056 metr təşkil edən 31500,00 manat dəyərində ki, mavi qaz yanacaq borularını kəsib hissələrə bölməklə götürüb gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 31500,00 manat maddi ziyan vurumaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs3 Şəməd oğlu, X15, Təqsirləndirilən şəxs2 və X4 ilə cinayət əlaqəsinə girərək 19 sentyabr 2022-ci il tarixdə saat 22 radəsində və 21 sentyabr 2022-ci il tarixdə saat 02 radəsində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi Sovxoz adlanan ərazidə quraşdırlmış istixananın diametri 23 sm, divarının qalınlığı 8 sm olan, ümumi uzunluğu 1056 metr təşkil edən 31500,00 manat dəyərində ki, mavi qaz yanacaq borularını kəsib hissələrə bölməklə götürüb gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 31500,00 manat maddi ziyan vurumaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs2 və X4 ilə cinayət əlaqəsinə girərək 19 sentyabr 2022-ci il tarixdə saat 22 radəsində və 21 sentyabr 2022-ci il tarixdə saat 02 radəsində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi Sovxoz adlanan ərazidə quraşdırlmış istixananın diametri 23 sm, divarının qalınlığı 8 sm olan, ümumi uzunluğu 1056 metr təşkil edən 31500,00 manat dəyərində ki, mavi qaz yanacaq borularını kəsib hissələrə bölməklə götürüb gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 31500,00 manat maddi ziyan vurumaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs3 təxminən 10 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs3 dəmir metal alış verişi ilə məşğul olur. Təqsirləndirilən şəxs3 əvvəllər Azərbaycan Respublikasının müxtəlif rayonlarında Azərbaycabn Respublikası CM-nin oğurluq maddələri ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1 o təxminən 1 il olarkı Təqsirləndirilən şəxs3 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs1 qara dəmir metal işi ilə məşğul olur, hətta onun məhkumluq həyatı olmuşdur. Şahid5 tanıyır. Onu o, avtomobil satışı olan bazarda tanımışdır. Şahid5 avtomobil alveri ilə məşğul olmuşdur. Şakir Xudatovu tanıyır, Ceyhunun qardaşıdır. Şakirlə sıx əlaqəsi olmasada bir iki səfər Ceyhunun yanında görmüşdür. Cinayət işi üzrə adları keçən digər şəxsləri yəni fəhlələri tanımır. 17 sentyabr 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs3la Bakı şəhəri, 8 ci km kimi tanınan ərazidə bir yerdə olan zaman demiş ki, Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində sahibini tanımadığı istixananın qaz boruları var. Həmin məlumatı ona Çingiz vermiş və bir neçə dəfə gedib baxmış və görmüş ki, həqiqətənda borular istixanaya çəkilsədə, lakin sahibi görünmür. Eləcədə özü araşdırmış və bilmiş ki, Türkan qəsəbəsindəki istixananın qaz idarəsinə 400000 manat borcu var və xəttdə mavi yanacaq yoxdur. Həmin zaman Ceyhuna demiş ki, Rövşən bu işi yaxşı bildiyi üçün tez bir zamanda işçi qüvvəsini yığsın və işə başlasınlar. Ceyhunla Çingiz bu barədə danışdıqdan sonra Rövşən işi görməyə razılıq vermiş və onlar birlikdə işə başlamazdan əvvəl yəni, o, Çingiz, Ceyhun, Rövşən boruların olduğu yerə getmişlər. Orada olan zaman onlar boruları yoxlamışlar və həqiqətəndə görmüşlər ki, borunun içərisi ilə mavi qaz yanacağı getmir və istixana işləmir. Bundan sonra qərara gəmişlər ki, boruları kəsib oğurlasınlar. Həmin ərazidə nəzarəti həyata keçirən Ceyhunun qardaşı Şakir oğlmuşdur. Şakirin bundan məlumatı olmuşdur. Belə ki, işçi qüvvəsini Rövşən yığmış və boruların kəsilməsinə başlamnışdır. Ceyhunla o isə orada olmamışlar, işi kənardan telefon vasitəsi ilə idarə etmişlər. Əvvəlcədən aralarında olan razılığa əsasən Rövşən boruları kəstirdikdən sonra həmin boruları satıb pulunu onlara verəcəkmiş. Rövşənin məhkumluğu olduğunu bildiyi üçün Ceyhuna demiş ki, birgə tanışları olan Şahid5 Rövşənin yanına qoysunlar malın satılmasında iştirak edib pulu Mübariz onlara versin. Mübarizin boruların oğurluq olmasından məlumatı olmamışdır. Həmin borular iki səfər olmaqla 19 və 21 sentyabr tarixlərində kəsilmişdir. Borular kəsildikdən sonra Rövşən boruları Mübarizin iştirakı ilə Dərnəgül bazarı kimi tanınan bazarda Tufan adlı şəxsə satmışdır. Birinci satışdan 11000 manat pul əldə edilmiş, həmin puldan 5500 manat sərfiyata xərclənmiş, qalan pulu Ceyunla arasında bölmüşdür. İkinci boruların satışından 11500 manat pul əldə edilmiş, həmin puldan müəyyən xərclər ödənmiş və qalan pul Ceyhunla arasında bölünmüşdür. Mübariz pulu onlara gətirib verdiyi üçün ona zəhmət haqqı kimi iki səfərə təxminən Ceyhunla birlikdə 700 və ya 800 manat pul verilmişlər. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməlini törətdiyini, dəymiş ziyanı qismən ödədiyini, himayəsində iki azyaşlı olmaqla üç uşağının olmasını, şəhid ailəsi olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını və mülki iddianı qəbul etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 o təxminən 12 ildirki qara metal alveri edən şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs1 tanıyır. Onu o qara metal alveri edən şəxs kimi tanımış, hətta Rövşənin məhkumluq həyatı olmqqla metal oğurluğu ilə məhkum edilmişdir. Şahid5 tanıyır. Onu o Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdir. Şakir Xudatov isə onun doğma qardaşıdır. Cinayət işi üzrə adları keçən digər şəxsləri tanısada o onları fəhlə kimi tanımışdır. 17 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 onun işlətdiyi ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə zəng edərək bildirmiş ki, Türkan qəsəbəsində 219 diametirlik dəmir boruların olmasını deyib kəsilməsi bildirmişdir. Təqsirləndirilən şəxs2 birgə tanışı olan Təqsirləndirilən şəxs1 bu işlə yaxşı məşğul olduğunu bildiyi üçün Rövşənlə danışmağı demişdir. Bu zaman o bildirmiş ki, Rövşəni götürüb onunla gəlib görüşəck və işi qarşılıqlı söhbət edəcəklər. Belə ki, 18 sentyabr 2022-ci il tarixdə o Ərşadın tanışı olan Çingiz adlı şəxslə görüşmüş və boruların kəsiləcəyi yerə gedib baxmışlar. Həmin zaman Çingiz ona demiş ki, boruların yerini Ərşədla özü tapmışdır. O borulara baxdıqdan sonra görmüş ki, borular istixanaya gedən borudu. Budan sonra o Təqsirləndirilən şəxs2la Qala qəsəbəsində görüşmüş onunla bu barədə söhbət etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 ona demiş ki, həmin istixananın Azər Qaz ASC-nə 400000 manat verəcək borcu olmaqla istixana fəaliyyət göstərmir. Bundan sonra o Ərşədla əyləşib bu barədə söhbət edəndə ona məlum olmuş ki, istixana sahibsizdi, bir neçə dəfə oradan keçmiş və görmüş ki, istixanaya gəlib gedən şəxs yoxdur. Sonra isə o, Ərşəd, Rövşən və Çingiz gecə saatlarında istixananın dəmir boruları olan yerə gəlmişlər ki, dəqiqləşdirsinlər ki, həqiqətəndə istixana fəaliyyət göstərir ya yox. Belə ki, onlar istixananın olduğu ünvana gəlmişlər və əlləri ilə boruları yoxlamışlar və görmüşlər ki, həqiqətəndə boruda mavi qaz yanacağı yoxdur. Bundan sonra həmin boruları oğurlamaq qərarına gəlmişlər. Həmin boruları o, Rövşən, Ərşəd, Çingiz və qardaşı Şakir oğurluyacaqdır. Həmin boruların kəsilməsi üçün onlar Rövşənə tapşırmışlar ki, işçi qüvvəsi yığsın və kim işləsə onlara desinlər ki, borular oğurluq deyil hər bir sənədi vardır. Beləliklə, onlar Rövşənin vasitəsi ilə işçiləri yığmışalr. Həmin şəxslərdən Şahid1 qaynaq aparatı ilə boruları doğramış, Şahid2 fəhlə olmuş, Şahid4 qazel markalı avtomobillə kislarod balonlarını gətirmiş, Şahid3 traktorla boruları kamaz markalı avtomobilə yükləmişdir. Həmin kamaz markalı avtomobilin sürücüsü Fərzalı adlı şəxs olmuşdur. Həmin şəxslər boruları oğurladıqlarını bilməmişlər. Onlar bu işi görəndə Ərşəd ona demiş ki, Rövşənin məhkumluq həyatı olduğundan onları aldadar ona bir nəzarətçi qoymaq lazımdır. Bundan sonra o birgə tanışları olan Şahid5lə görüşmüş və demişlər ki, əllərində boruların kəsilməsi işi var, həmin işi Rövşən yığdığı işçi qüvvəsi ilə işləyir. Lakin onlar Rövşən aldada biləcəyindən şübhə edirlər və onu Rövşənin yanına nəzarətçi kimi qoymaq istəyirlər. Bunun qarşılığında ona pul verəcəklər. Şahid5 onunla razı olmuş və qardaşı Şakirlə birlikdə boruların kəsildiyi yerə göndərmişdir. O Şakirlə Mübarizi boruların kəsildiyi yerə göndərən zaman Şakirə demiş ki, kim soruşsa boruların dövlət orqanından kəsilmə icazəsinin sənədlə olmasını desin, eləcədə Mübarizə başqa söz deməsin. Onlar işə başlamazdan əvvəl Rövşənlə onun və Ərşadın arasında belə bir razılıq olmuş ki, Rövşən işi tam başa çatdırdıqdan sonra boruları Rövşən aparıb satacq və onun yanındada Mübariz gedəcək. Pulu əldə etdikdən sonra bütün rasxodu, yəni xərci çıxdıqdan sonra qalan pulu ikisi arasında böləcəkdir. O əvvəllərdə Ərşədla bu kimi bir neçə iş görmüş, Təqsirləndirilən şəxs2 Xəzər rayonu ərazisində bu kimi işləri təxminən 3 ildirki edir. Belə ki, 19 sentyabr 2022-ci il tarixdə Rövşən onunla əlaqə saxlamış və demiş ki, bütün işçi qüvvəsini Qala qəsəbəsinə yığımış və Zeytun restoranındadılar. Onlar həmin restoranda yeməklərini yedikdən sonra axşam saat 22 radəsində boruları Türkan qəsəbəsində doğrayıb Kamaz markalı avtomobilə yükləmişlər. Borular avtomobilə yüləndikdən sonra qərara alınmış ki, Rövşən boruları aparıb satanda Şahid5 onların inanılmış adımı kimi Rövşənin yanında getsin və puluda Mübariz alsın. 20 sentyabr 2022-ci il tarixdə səhər saat 09 radədəsində yüklə dolu olan avtomobillə Mübariz və Rövşən boruları satmağa getmişlər. Həmin zaman Mübarizi Kamazın olduğu ünvana yəni Qala qəsəbəsinə onun qardaşı Şakir aparmışdır. Şakir avtomobil idarə edə bilməsədə, lakin o Şakiri taksi ilə həmin ünvana göndərmişdir. Belə ki, 20 sentyabr 2022-ci il tarixdə Mübariz və Rövşən boruları kamaz markalı avtomobilin sürücüsü Fərzalı adlı şəxslə birlikdə Dərnəgül bazarı kimi tanınan bazara satmağa aparmışlar. Onlar boruları satmağa aparanda o Ərşədla birlikdə olmuşdur. Ərşəd ona demiş ki, boruları ondan baha qiymətə istəyən var, yığıb Rövşənə desin ki, metrəsini 24 manatdan Mübarizə versin. Bundan sonra o Rövşənlə əlaqə saxlamış və demiş ki, Ərşəd danışıq edir ki, 20 manatdan ona sərf eləmir, 24 manatdan pulunu istəyir. Rövşən birinci narazı olsada, lakin sonradan razılaşmışdır. Həmin günü isə Mübariz onların yanına gəlmiş və 11000 manata yaxın pul vermişdir. Həmin pulu Təqsirləndirilən şəxs2la o götürmüşdür. Puldan 5500 manatını çəkilən xərclərə ayırmışlar. Belə ki, Təqsirləndirilən şəxs2 11000 manata yaxın puldan 5500 manat xərclərə ayırmış, qalan puldan 2500 manatını ona vermiş və qalan pulu özü götürdükdən sonra hər biri 200 manat olmaqla 400 manatını Mübarizə vermişlər. Bundan sonra həmin günün axşamı, yəni 20 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radəsində yenidən ikici boru kəsimi başlanmışdır. Həmin borular kəsildikdən sonra eyni qaydada Mübarizlə Rövşən boruları satmağa aparmışalr. İkinci satışdan Mübariz ona və Ərşəda 21 sentyabr 2022-ci il tarixdə 11500 manat pul gətirib vermişdir. Həmin puldan müəyyən xərcləri ayırmışlar. Qalan pulu yenədə ikisi arasında bölünmüşdür. Mübarizə isə 500 manat pul vermişlər. Təqsirləndirilən şəxs3 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, dəymiş ziyanı qismən ödədiyini və mülki iddianı qəbul etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, Ceyhunu Yevlax şəhərindən tanımışdır. Ceyhunla münasibəti yaxşı olmuş, ədavəti olmamışdır. Ceyhunun qardaşı Şakiridə tanıyır. Şakirlədə münasibəti yaxın olmuşdur. Təxminən tutulmamışdan bir həftə öncə Ceyhun ona zəng edərək bildirmiş ki, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən qaz idarəsi ilə müqavilə bağlamış, kəsiləcək xəttəri almış və ondan köməklik istəmişdir. Bundan sonra o Qala qəsəbəsində Ceyhunla görüşmüşdür. Ceyhunun yanında Mübarizdə olmuşdur. Bu zaman Ceyhun ona demiş ki, işin üzərində Mübariz dayanacaq və qaz xətti boruları kəsilib daşınaraq satılacaq. Bu işin qarşılığında ona 300 manat pul verəcək. O razılaşmış və birlikdə Türkan qəsəbəsində olan qaz idarəsinin yaxınlığındakı boru xəttini ona göstərib demiş ki, təxminən 1100 metr boruların kəsiləcək. Sonra isə oradan çıxdıb Suraxanı rayonunda yaşayan bacısının evinə getmişdir. Bunun səhəri günü yəni 19 sentyabr 2022-ci il tarixdə Ceyhun ona demiş ki, Qala qəsəbəsində yerləşən kafeyə getsin işçilər həmin yerə gələcək və işçiləri boruların olduğu yerə aparıb işlərini başa salsın. Həmin tarixdə saat 20 radəsində işçilər, yəni Elşən, Üzeyir, İlqar və Vəli deyilən yerə gəlmişlər. Onlar kafedə olan zaman ora Mübariz Ceyhunun qardaşı Şakirlə gəlmişdir. Bundan sonra onlar birlikdə iş görəcəkləri ünvana getmişlər. Orada Elşən qaynaqçı kimi boruları hissələrə bülmüş, Üzeyir fəhlə kimi Elşənə köməklik etmiş, Vəli avtomobilində oksigen balonlarını gətimiş və İlqar isə traktoru ilə boruları kamaza yükləmişdir. O isə kəsilən boruları tros vasitəsi ilə Kamaza yükləyirmiş. Həmin ünvandan iki dəfə olmaqla kamaza kəsilmiş boruları yüklənmiş və həmin boruları, Mübarizlə birlikdə Dərnəgül bazarı kimi tanınan bazarda aparıb Tufan adlı şəxsə satmışdır. Həmin boruların pulunu Mübariz Tufandan almış və ona demiş ki, pulu aparıb Ceyhunla Ərşəda verəcəkdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini və mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ona məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi sovxoz küçəsində yerləşən 5 ha ərazidə istixanası var. Həmin istixanada o pomidor əkir və satışını həyata keçirir. 22 sentyabr 2022-ci il tarixdə saat 14 radəsində o, istixanaya gələn zaman görmüş ki, təxminən 2000 metr olan qaz borusu kəsilmiş və oğurlanmışdır. Həmin qaz borusu ona məxsus olmaqla onun istixanasının çöl hissəsindən çəkilmişdir. Oğurluq nəticəsinə ona cəmi 250000 manat maddi ziyan vurulmuşdur. O həmin qaz borusunu istixanaya 2016-cı il tarixdə çəkdirmişdir. O qaz borularının oğurlanmasını aşkar edən zaman həmin günü Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verməklə yanaşı Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan qismən ödənilsə də, lakin dəymiş ziyan tam şəkildə ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, birinci günü Ceyhun ona zəng etmiş, Şakirlə hadisə yerinə getmişdir. Onlar hadisə yerinə yaxın olan zaman yola qabaqlarına çıxmışlar və onları hadisə yerinə aparmışlar. Onlar yolda olan zaman orada artıq iş gedirdi. Onlar hadisə yerinə gedib çatıblar, bir-iki şeylə almış və aldıqlarını işçilərə vermişlər. 20 dəqiqə orada gözləmişlər, sonra getmək üçün gəldikləri maşına qayıtmışlar. Maşının mühərrikini işə salmaq istəsə də, lakin maşının mühərriki işə düşməmiş, nə etsə də maşının mühərriki işə düşməmişdir. Sonra evakuator çağıraraq maşını evakuatorla Xəzər Rayon DYP-nin qabağına gətirmişlər. Onlarla birlikdə Kamaz markalı yüklü maşın da gəlmiş və o, da Xəzər Rayon DYP-nin qabağında dayanmışdır. Qabil adlı şəxs olmuşdur, onun ləqəbi “Papuqay” olmuşdur. Tufanı Qabil adlı şəxs vasitəsi ilə Rövşən tapmışdır. Məhkəmə istinaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, hadisə baş verən günü Rövşən ona zəng edərək iş olduğunu demişdir. O da gələrək boru kəsən lazım olduğunu, maşından maşına vurulacağını bildirmişlər. Fəhlələr maşına yükləmişlər, sonra hadisə yerinə getmişdir. Ona da 20 manat pul vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, Papuqay ləqəbli, Qabil adlı tanıdığım şəxs ona zəng edərək dəmir boruların olduğunu, almaq istəyib-istəmədiyimi soruşmuşdur. Dəmir boruları Kamaz markalı maşınla işlədiyim yerə gətirmişlər. Malı Rövşən ilə Mübariz gətirmişdilər. Rövşənlə Mübarizi əvvəldən tanıyırdım. Boruların sənədli olduğunu, polis maşını ilə müşayiət edilərək gətirildiyini gördüm. Orada tanımadığım polis əməkdaşı, Rövşən, Mübariz və Qabil adlı şəxs olmuşdur. Mübariz məndən 150 manat alaraq polisə vermiş və onu yola salmışdır. Söhbət əsnasında o Mübarizə demişdir ki, “Əgər bu işdə Ceyhunun və ya Ərşadın barmağı varsa xahiş edirəm bu malı mənə vermə.” Mübariz and içərək boruların sənədli olduğunu, Ceyhun ilə Ərşadın bu işə aidiyyətinin olmadığını bildirmişdir. O razışlaşmışdır. Boruların metrini 33 manata razılaşmışdır. Birinci dəfə gətirilmiş boruları almış, ikinci dəfə isə yenə də eyni qaydada gəlmişlər, lakin bu dəfə gələnlər tanımadığı polis əməkdaşı, Rövşən, Mübariz olmuşdur. İkinci dəfə malı alan zaman Mübariz onun bank kartından Ceyhunun bank kartına 1200 manat pul köçürmüşdür. Həmin zaman o Ceyhunun bu işin içində olduğunu başa düşmüşdür. Həmin günü günorta saat 15 radələrində oğlu ona zəng edərək 3 nəfər şəxsin onu axtardığını bildirmişdir. O mağazaya gələrək nə baş verdiyini öyrənmişdir. Həmin zaman boruların oğurluq olduğunu bilmişdir. O, Mübarizə 35090 manat məbləğində pulu şəxsən vermişdir. İndi də Mübariz deyir ki, guya o, heç bir pul almamışdır. O boruları Mübarizdən almış, hətta Mübariz 3000 manat ondan 3-cü maşına görə beh almışdır. Ondan alınan puldan 11000 manatı Ceyhuna, 11000 manatı Ərşəda, 7000 manatı Rövşənə, 6000 manatı isə Mübarizə çatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, boru kəsilməsi ilə bağlı iş görməyə getmiş, orada texnikalar olmuşdur. Elşən boru kəsən olmuş, o da onun yanında köməkçi kimi getmişdir. İşin üstündə Rövşən ilə Mübariz olmuşdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, heç bir dövlət müəsisəsində rəsmi olaraq işləmirəm, lakin fərdi qaydada dəmir kəsmək işi ilə məşğul olur. 20 sentyabr 2022-ci il tarixdə ona məxsus mobil nömrəyə Ceyhun adlı şəxs zəng eləmiş və bildirmiş ki, “dəmir doğramaq lazımdır, işim yoxdusa axşam saat 17 radəsində görüşək”. O Ceyhuna cavab olaraq bildirmiş ki, əlində işi yoxdu görüşə bilərlər. Bu zaman Ceyhun ona demiş ki, əlavə fəhlədə götürsün. Bundan sonra o fələ kimi tanıdığı Üzeyiri özü ilə götürüb Xəzər rayonu Qala qəsəbəsində yerləşən Dəyirman restoranına gəlmişlər. Orada Rövşən adlı şəxs onları qarşılamışdır. Həmin zaman Rövşən bildirmiş ki, Ceyhunun işçisidir. Onlar restoranda olan zaman Rövşən demiş ki, başaqa işçilərdə gələcək bir yerdə hamısın aparıb görəcəkləri işi göstərəcək. Bundan sonra ora bir neçə nəfər tanımadığı şəxslər gəlmişdir. Onlar həmin restoranda yemək yemiş, sonra isə Rövşən iş barədə onlara məlumat vermiş və işi onlar göstərmək üçün Xəzər rayonu Türkan qəsəbəsində olan yol kənarındakı dəmir qaz borularını göstərmiş və demiş ki, həmin borular kəsilib daşınacaq. O işinin qarşılığında günü 30 manata işləməyə razılaşmışdır. İşin sahibi onunla razılaşmış və işləməyini ona demişdir. 21 sentyabr 2022ci il tarixdə o həmin dəmir boruları 10 metir olmaqla hissələrə kəsici qaynaq vasitəsi ilə bölmüşdür. O dəmir boruları hissələrə böldükdə orada olan digər işçilər boruları kamaz markalı avtomobilə yüküləyib aparırmışlar. O görəcəyi işi yerində baxanda Ceyhun adlı şəxsə zəng etmiş və demiş ki, borular qaz borularıdı, həmin boruların kəsilməyinə icazəsi var ya yox. Bu zaman Ceyhun ona bütün sənədləri həll etdiyini və müvafiq orqandan icazəsini aldığını demişdir. O Ceyhuna inandıqdan sonra bu işi görmüşdür. O həmin ərazidə bir gün işləmiş ikinci gün yəni 22 sentyabr 2022-ci il tarixdə axşam saatlarına yenidən işləməyə gedəndə onları polis əməkdaşları saxlamış və ona məlum olmuş ki, onlara bu işi gördürən şəxslərin heç bir icazəsi yoxdur. Ona eləcədə orada işləyən digər şəxslərə işi Ceyhun və onun tanışı Rövşən, Mübariz, sonuncunun qardaşı Şakir gördürmüşdür. Adlarını qeyd etdiyi şəxslər onlara gördürdükləri işin sahibi kimi özlərinə ona təqdim etmişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə bilrikdə yaşayır. O, heç bir dövlət müəsisəsində rəsmi olaraq işləmir, lakin idarə etdiyi Traktorla qazıntı və yük qaldırma işini görür. 19 sentyabr 2022-ci il tarixdə ona məxsus mobil nömrəyə Ceyhun adlı şəxs zəng eləmiş və bildirmiş ki, nömrəni kimdənsə almışdır. Sonra isə demiş ki, Xəzər rayonu Qala qəsəbədində dəmir boruları yük avtomobilinə yükləmək lazımdır. Bu zaman o Ceyhuna demiş ki, iş yeri hardadısa gəlib işə baxsın. Ceyhun adlı şəxs ona demiş ki, dəmir borular Qala qəsəbəsi Qaz idarəsinin həyətindədir. O Ceyhunla razılaşmış və demiş ki, evakuatorla traktoru gətirəcək və 300 manat pul verəcəklər. Ceyhun razılşmış və o traktoru evakuatora yükləyib Qala yolunda olan Zeytun restoranının yanına gəlmişdir. Orada onu Elşən adlı usta qarşılamış və orada Elşəndən başqa Üzeyir, Rövşən və qazel avtomobilinin sürücüsü Vəlidə orada olmuşdur. Onlar iş gördüyü yerə gedən zaman o Rövşənə demiş ki, nə səbəbə günüz vaxtı yox axşam vaxtı işləməyə gedirlər. Rövşən isə ona bu barədə Ceyhunla danışmağını dedi. Bundan sonra Ceyhuna zəng etmiş və ona demiş ki, nə səbəbə qaranlıqda işləyirlər. Ceyhun isə cavabında demiş ki, küçə dar olduğundan axşam vaxtı işləmək lazımdır. Sonradan isə ona məlum olmuş ki, borular oğurluq borulardı, lakin bundan əvvəlcə onun məlumatı olmamışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 9/8426 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında qərarda göstərilən boruların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 31500,00 manat müəyyən edilir. O cümlədən:
1. 01 ədəd ümumi diametri 23 sm, divarının qalınlığı 8 sm, 11,60 metrlik dəmir boru - 348,00 manat, 90 ədədi - 31320,00 manat.
2. 01 ədəd ümumi diametri 23 sm, divarının qalınlığı 8 sm, 6 metrlik dəmir boru - 180,00 manat. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1975-ci ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1970-ci il tarixdə Yevlax rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2007-ci il tarixdə amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə AR CMnin 76.3.1 və 76.3.3-cü maddələrinə əsasən 02 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə AR CM-nin 62-ci maddəsi Göyçay Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmündən xaric edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CMnin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli AR CM-nin 177.2.2 və 177.2.3-2-ci maddəsinə tövsif edilərək cəzası 04 ilə endirilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1976-cı il tarixdə Yevlax rayonunda doğulmuş Xudatov X7 Rayon Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat cərimə cəzası təyin edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CMnin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat cərimə cəzası təyin edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə AR CM-də dəyişikliklər edilməsi haqqında AR Milli Məclisi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli Qanunun 1.7.4 və 1.7.5-ci bəndlərində nəzərdə tutulmuş əsaslara görə AR CM-nin 177.2.4-cü maddəsi AR CM-nin 177.1-ci maddəsinə tövsif edilərək 500 manat cərimə cəzasına məhkum edilmiş və cərimənin ödənilməsi nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5000 manat cərimə cəzası təyin edilmiş və təyin edilmiş cəriməni tam şəkildə ödəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CMnin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat cərimə cəzası təyin edilmiş və təyin edilmiş cəriməni tam şəkildə ödəmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 5000 manat cərimə cəzası təyin edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanun tətbiq edilərək cəzadan azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 07 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CMnin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 17 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 il 05 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünürki, cinayət hadisəsinin baş verdiyi yerə baxış keçirilmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan baxış keçirilməsi haqqında 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə maddi sübutların, yəni oğurlanmış dəmir boruların olduğu yerə baxış keçirilmiş və həmin boruların fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İbadov X11 bazarında işlətdiyi mağazada 90 ədəd 11,60 metrlik və 01 ədəd 6 metrlik diametri 23 sm olan boruları istintaq bitənə qədər saxlayacağı və satmayacağı barəsində qəbz vermişdir. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2022ci il tarixli, 4(003)-428/2022 saylı qərarından görünür ki, AR CM-nin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 sentyabr 2022-ci il tarixindən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 10 noyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2022-ci il tarixli, 4(003)-531/2022 saylı qərarından görünür ki, AR CM-nin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 barəsində 02 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 noyabr 2022-ci il tarixindən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 15 noyabr 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 noyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 4(003)-540/2022 saylı qərarından görünür ki, AR CM-nin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində 23 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 noyabr 2022-ci il tarixindən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(003)-600/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 01 ay müddətinə, yəni 23 yanvar 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 03 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslə Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, cinayət işinə hissəvi xitam verilməsi və başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Həmin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 AR CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək onlar AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri, həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilməklə barələrində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, cinayət işinə hissəvi xitam verilməsi və başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, diametri 23 sm, divarının qalınlığı 8 sm, 11,60 metrlik 90 ədəd dəmir boru və diametri 23 sm, divarının qalınlığı 8 sm, 6 metrlik 01 ədəd olmaqla cəmi 1056 metr olan dəmir borular iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Şahid6 saxlanması üçün qəbzlə verilməsi nəzərə alınmışdır. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilməsi və təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirini seçilməsi haqqında qərardan görünür ki, AR CM-nin 177.2.1 və 177.2.4-c maddələri ilə təqsirləndirilən şəxs və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilməsi və təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirini seçilməsi haqqında qərardan görünür ki, AR CM-nin 177.2.1 və 177.2.4-c maddələri ilə təqsirləndirilən şəxs və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilməsi və təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirini seçilməsi haqqında qərardan görünür ki, AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 21-2/3-1067 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(057)-26/2021 saylı hökmü ilə 01 il 07 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(012)-77/2022 saylı qərarı ilə “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə bitmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(003)-250/2023 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 1056 metr dəmir boruların üzərinə həbsin qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-250/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində axtarış elan olunmuş, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-45- 1/2-8521/2023 saylı məktubdan görünür ki, xx.xx.1976-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılmaları üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-45- 1/2-8520/2023 saylı məktubdan görünür ki, xx.xx.1975-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılmaları üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-3267/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-250/2023 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarına əlavə edilmiş AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-3266/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-250/2023 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-250/2023cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(012)-77/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(057)-26/2021 saylı hökmünə əsasən AR CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 ay 09 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 07 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 22 gün hissəsi “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmışdır. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-11/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.2 və 177.2.4-cü madələri ilə təqsirl bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 15 gün, cəmi 17 gün həbsdə qaldığı müddət nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 05 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 151669 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs1, anası X9 olan X10 08 sentyabr 2005-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16 oktyabr 2008-ci il tarixdə 980 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 151670 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs1, anası X9 olan X5 31 may 2007-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 16 oktyabr 2008-ci il tarixdə 981 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş 05 iyun 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsə məxsus istixanadan ümumilikdə 1090 metr uzunluğunda borular təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmışdır. Həmin boruların 472 metr olan hissəsi Təqsirləndirilən şəxs2 tərəfindən, 206 metr hissəsi isə Təqsirləndirilən şəxs3 tərəfindən geri qaytarılmış və qalan 412 metr uzunluğunda olan boruların ona geri qaytarılmasını hər üç təqsirləndirilən şəxsdən tələb edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli, 193338/2024-15-27 saylı məktub və ona əlavə olunmuş aktdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1056 metr dəmir boruların üzərinə həbs qoyulmasına dair əmlakların icra sənədində göstərilən ünvana baxış zamanı 1056 metr dəmir boruların olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-23/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-45- 1/2-12538/2024 saylı məktubdan görünür ki, xx xxxxxxx 1970-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, Yevlax şəhəri, Ceyhun Mustafayev küçəsi, ev 23 qeydiyyatda olan və yaşayan X12 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılmaları üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2-6839/2024 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-23/2024 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən (13920 manat) ödəməsini, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində ikisi azyaşlı olmaqla üç uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, qardaşının X8 zamanı şəhid olmasını, ailəsini yeganə maddi təmin edən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Cahagir oğlunun cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 AR CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən (6264 manat) ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 07 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(012)-77/2022 saylı qərarı ilə “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə bitmişdir. Hazırki iş üzrə cinayət əməli isə Təqsirləndirilən şəxs3 tərəfindən 19 sentyabr 2022-ci il və 21 sentyabr 2022-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmişdir Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə həmçinin qeyd edir ki, Xudatov X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-11/2023 saylı hökmünə əsasən AR CM-nin 177.2.2 və 177.2.4-cü madələri ilə təqsirl bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 15 gün, cəmi 17 gün həbsdə qaldığı müddət nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 il 05 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmənin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi hazırki iş üzrə cinayət əməli isə təqsirləndirilən şəxs tərəfindən 19 sentyabr 2022-ci il və 21 sentyabr 2022-ci il tarixdə törədilmişdir. Göründüyü kimi hazırki iş üzrə cinayət əməli təqsirləndirilən şəxs tərəfindən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qəbul edilməmişdən əvvəl törədilmişdir. Bu səbəbdən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində yeni qanun tətbiq edilmiş və onun əməli AR CM-nin 177.2.2 və 177.2.3-2-ci maddəsinə tövsif edilərək cəzası 04 ilə endirilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə cəzadan xx.xx.2020-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Hazırki iş üzrə cinayət əməli isə onun tərəfindən xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində törədilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq AR Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin AR Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs3 etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs3 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq AR Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin AR Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ittiham olunduğu AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə özünü təqsirli hesab etmiş, lakin məhkəmə istintaqı zamanı ona həmin maddələrlə elan edilmiş ittihamı qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə toplanmış sübutlar, yəni şahidlərin ifadələri, ekspertiza rəyi tədqiq edilmiş və şəxsin təqsirləndirildiyi cinayət hadisəsinə aidiyyəti öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Səlim oğluna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Yuxarıda qeyd edilənləri, həmçinin Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın böyük hissəsini zərərçəkmiş şəxsə ödəməsini, himayəsində ikisi azyaşlı olmaqla üç uşağının olmasını, qardaşının X8 zamanı şəhid olmasını, ailəsini yeganə maddi təmin edən şəxs olmasını nəzərə alaraq məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun xeyrinə dəymiş 223077,72 (iki yüz iyirmi üç min yetmiş yeddi manat yetmiş iki qəpik) manat maddi ziyan və 513 manat dövlət rüsumunun ödənilməsini barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd edilir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs mülki iddia ilə müraciət edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla ona 223077,72 (iki yüz iyirmi üç min yetmiş yeddi manat yetmiş iki qəpik) manat maddi ziyan dəydiyini qeyd etmişdir. Lakin zərərçəkmiş şəxs ona həmin məbləğdə ziyan dəyməsi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs 31500 manat məbləğində ziyan dəyməsi sübuta yetmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 9/8426 saylı rəyinə əsasən dəmir boruların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 31500,00 manat müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ona dəymiş ziyandan yəni oğurlanmış borunun 412 metr hissəsinin Təqsirləndirilən şəxs2, 206 metr hissəsinin Təqsirləndirilən şəxs3 tərəfindən, ümumilikdə 678 metr hissəsinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən geri qaytarıldığını bildirmiş və bununla əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə zərərçəkmiş şəxsə qaytarılmış 678 metr boruların ümumi dəyərinin 20184 manat məbləğində olduğunu nəzərə alaraq hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 11316 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 513 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməlidir. Mülki iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü madələrinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 03 (üç) ay müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı, xx.xx.2023-cü il tarixdən bugünə kimi, yəni xx.xx.2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 01 (bir) il 08 (səkkiz) ay 12 (on iki) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün nəzərə alınmaqla, cəzası çəkilmiş hesab edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 11316 (on bir min üç yüz on altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 513 (beş yüz on üç) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızı tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 50 saata görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən Hüseyn Hüseynli