Məhkəmə qərarları › İş №1(003)-100/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-100/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-100/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar küçəsi ev 32/225–də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ünvanında nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02.10.2021-ci il tarixdən 09.10.2021-ci il tarixdə təxminən saat 14:30 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən yarımtikili evə plastik pəncərəni açaraq qanunsuz daxil olmaqla oradan evin tavanına çəkilmiş 0,4 mm-lik elektrik naqillərini talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 300 (üç yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09.10.2021-ci il tarixdə təxminən saat 18:00 radələrindən saat 21:30 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən yarımtikili evə pəncərəni yumruqla vurub açaraq qanunsuz daxil olmaqla oradan evin divarlarında çəkilmiş elektrik naqillərini talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 400 (dörd yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12.10.2021-ci il tarixdən 19.10.2021-ci il tarixdə saat 11:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yeləşən yarımtikili evə dəmir barmaqlığı sındıraraq pəncərədən qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 45 manat olan 4 qutu elektrik naqillərini talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 180 (yüz səksən) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15.10.2021-ci il tarixdən 19.10.2021-ci il tarixdə saat 12:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən yarımtikili evə pəncərədən qanunsuz daxil olaraq elektrik naqillərini talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 cəmi 225 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15.10.2021-ci il tarixdən 21.10.2021-ci il tarixdə saat 17:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs5 məxsus yarımtikili evə plastik pəncərədən qanunsuz daxil olmaqla 100 manat dəyərində 60 metr uzunluğunda olan elektrik naqillərini və 15 manat dəyərində olan qapı kilidini talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 115 (yüz on beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, oğurluq cinayətlərini törətməmiş, həmin cinayətləri etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu yeni yaşayış sahəsində özünə məxsus, hazırda yaşayış olmayan yarımtikili evi vardır. Həmin evi 2019-cu ildə tikməyə başlamışdır, təmir işlərini özü aparır, həmin evdə sonuncu dəfə hadisədən təxminən bir həftə əvvəl, təxminən 02 oktyabr 2021-ci il tarixdə olmuşdur. O, evdə olanda hər şey qaydasında olmuşdur. 09 oktyabrda günorta saat 14:30 radələrində evə girəndə görmüşdür ki, evin arxa plastik pəncərəsi açıqdır və keçib baxanda görmüşdür ki, o, evdə olmadığı müddətdə evə girib tavana çəkilmiş 0.4 mm-lik elektrik naqilləri kəsilərək oğurlanmışdır. Buna görə də oğurluq hadisəsi barədə polisə müraciət etmişdir. Ona məlum olmuşdur ki, oğurluq edən şəxs tutulmuşdur. O, polis şöbəsində olarkən oğurlanmış əmlakını orada görüb tanımışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində onun evindən tavana çəkilmiş elektik kabelləri oğurlanmış, həmin kabellərin ümumilikdə qiyməti 300 manatdır. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, 19.10.2021-ci il tarixdə saat 17:30 radələrində ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən hazırda yaşayış olmayan yarımtikilidən hər birinin dəyəri 45 manat olan cəmi 4 qutu elektrik naqilləri oğurlanmışdır. Belə ki, o, həmin tarixdə, yəni 2021-ci ilin oktyabr ayının 19-da özünə məxsus yarımtikili evə girəndə görmüşdür ki, evinin pəncərəsinin dəmir barmaqlığı sındırılmış və evin içinə girməklə quraşdırılmış elektrik naqilləri kəsilərək oğurlanmışdır. Bu barədə polisə şikayət etmişdir. Məlum olmuşdur ki, oğurluq edən şəxs tutulmuşdur. O, polis şöbəsində olarkən oğurlanmış əmlakını orada görüb tanımışdır. Bildirmişdir ki, o, sonuncu dəfə həmin evdə hadisədən təxminən 7-8 gün əvvəl olmuş, onda evdə hər şey qaydasında olmuşdur. Hadisə nəticəsində evindən elektrik kabellərinin oğurlanması nəticəsində ona ümumilikdə 180 manat dəyərində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Bolluq yaşayış massivində yeni həyət evi tikmişdir. Hazırda həmin evdə tikinti işləri aparılır ona görə də orada yaşayış yoxdur. 15.10.2021-ci il tarixdə təxminən saat 13:00 radələrindən 21.10.2021-ci il tarixdə saat təxminən 17:00-dək olan müddət ərzində mənə məxsus olan Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yeni yaşayış massivində tikdiyi həyət evinin plastik pəncərəsindən içəri daxil olaraq 60 metr uzunluğunda və 100 manat dəyərində elektrik naqillərininin, eyni zamanda 15 manat dəyərində qapı açarının (zamokunun) oğurlandığını aşkar etmişdir. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, ifadəsində qeyd etdiyi əmlakdan başqa evindən hər hansı bir əmlakı oğurlanmamış, çünki ev yarımtikili vəziyyətdə olmuş, həmin evdə yaşayış olmamışdır. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 115 manat dəyərində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxslə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 19.10.2021-ci il tarixdə, təxminən saat 09:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən ona məxsus olan yarımtikilidən elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Belə ki, halhazırda həmin evdə təmir işləri aparılır, sonuncu dəfə təxminən aşkar etdiyi gündən 10 gün əvvəl həmin ünvanda olmuşdur. Oğurlanmış elektrik naqilləri divara quraşdırılmış halda olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 225 (iki yüz iyirmi beş) manat maddi ziyan dəymişdir. Həmin kabelləri 3 qutuda almışdır. O, elektrik naqillərindən başqa heç bir əmlakının oğurlanmadığını göstərmişdir. O, oğurluq etmiş şəxsin evə qabaq pəncərəni açma yolu ilə daxil olmasını göstərmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda hal-hazırda yaşadığı evin yaxınlığında yeni həyət evi tikmişdir. Hazırda həmin evdə özü tikinti işlərini aparır, ona görə də orada yaşayış yoxdur. Sonucu dəfə həmin evdə 09.10.2021-ci il tarixdə təxminən saat 18:00 radələrində olmuşdur. Həmin gün axşam təxminən saat 21:30 radələrində qonşularının biri ona zəng vurub xəbər vermişdir ki, evinin pəncərəsi açıqdır. O, tez evinə getmiş, evə girib divarlarda quraşdırılmış elektrik naqillərinin kəsilərək oğurlandığını görmüş və bu barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. O, evindən yalnız kabellərin oğurlanmasını, başqa əmlakının oğurlanmadığını bildirmişdir. O, oğurluq hadisəsi zamanı ümumilikdə ona 400 (dörd yüz) manat dəyərində maddi ziyan dəyməsini göstərmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Təxminən iki ilə yaxındır ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən əlvan metal qəbulu məntəqəsində fəhlə kimi işləyir. Seyran adlı şəxsi də həmin yerdən iki aya yaxındır ki, tanıyır. Seyran bir neçə dəfə işlədiyi əlvan metal qəbulu məntəqəsinə gələrək ona yandırılmış və əridilmiş elektrik naqilləri gətirmişdir. Qeyd etmişdir ki, ondan indiyə kimi bir neçə dəfə yandırılmış və əridilmiş elektrik naqilləri almışdır. Sonuncu dəfə Seyranı bir neçə gün bundan əvvəl görmüşdür. Təqsirləndirilən şəxs təhvil vediyi yandırılmış və əridilmiş elektrik naqillərinin oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumatı olmadığını, sadəcə bir dəfə Seyrandan gətirdiyi misləri haradan əldə eldiyini soruşduqda Seyran ona cavab verərək zibilxanadan yığıb yandıraraq gətirib təhvil verdiyini bildirmişdir. Əlavə olaraq, ifadəsində qeyd etmişdir ki, oktyabr ayının əvvəlində Seyran satmaq üçün təxminən səkkiz yüz qram yandırılmış mis gətirmiş bunun müqabilində ona iyirmi səkkiz manat, bundan başqa bir dəfə də üç yüz qram yandırılmış mis gətirmiş bunun müqabilində isə ona on beş manat pul vermişdir. Ondan aldığı misi metallarla birlikdə zavoda satmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24.11.2021-ci il tarixli 6/4987-9/8025 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, çox sayda, istifadədə olmuş, üzərində markalama göstəricisi olmayan, uzunluqları təxminən 35 sm, üzəri qırmızı və göy rəngli izolyasiyalı, ümumi diametri 3,0 mm çox simli (d-2,0 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır; - çox sayda, istifadədə olmuş, üzərində markalama göstəricisi olmayan, uzunluqları təxminən 35 sm, üzəri sarı, sarı yaşıl rəngli izolyasiyalı, ümumi diametri 43 mm çox simli (d-2.0 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır; - 1 ədəd, istifadədə olmuş, üzərində “NARSAN KABLO 2x2.25” markalama göstəricisi olan, uzunluğu təxminən 67 sm, üzəri ağ rəngli izolyasiyalı, ikili, diametri 3,0 mm çox simli (d-2.0 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır; - 3 ədəd bükümdən ibarət, üzərində termiki təsir nəticəsində izolyasiya qatının ərimə işləri olan naqillərin metalı mis əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3.10 kq-dır, qırıntı hesab olunur. Tədqiqata təqdim edilmiş kabellərin 1 metrinin 2021-ci il oktyabr ayına olan orta bazar qiyməti: - çox sayda, istifadədə olmuş, üzərində markalama göstəricisi olmayan, uzunluqları təxminən 35 sm, üzəri qırmızı və göy rəngli izolyasiyalı, ümumi diametri 3,0 mm çox simli (d-2.0 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır - 048 manat; - çox sayda, istifadədə olmuş, üzərində markalama göstəricisi olmayan, uzunluqları təxminən 35 sm, üzəri sarı, sarı yaşıl rəngli izolyasiyalı, ümumi diametri 4.3 mm çox simli (d-2.0 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır - 0,60 manat; - 1 ədəd, istifadədə olmuş, üzərində “NARSAN KABLO 2x2.25” markalama göstəricisi olan, uzunluğu təxminən 67 sm, üzəri ağ rəngli izolyasiyalı, ikili, diametri 3,0 mm çox simli (d-2.0 mm) kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır – 0,50 manat; - 3 ədəd bükümdən ibarət, üzərində termiki təsir nəticəsində izolyasiya qatının ərimə işləri olan naqillərin metalı mis əsaslı ərintidən hazırlanmışdır, çəkisi 3.10 kq-dır, qırıntı hesab olunur - 41,85 manat (1 kq-13.50 manat). İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 02.11.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 25 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 29 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə yeni ittiham elan edilmişdir. İş materiallarında olan 24.10.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi oğurluq hadisəsi yerlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı tərəflər ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı demişlər. İş materiallarında olan 22.10.2021-ci il tarixli baxış keçirmə və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs sorğu zamanı oğurluq yolu ilə əldə etdiyi elektrik naqillərini yandıraraq Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, “Azərsun” şirkətinin hasarının yaxınlığında gizlətdyini bildirmiş, baxış zamanı “Azərsun” şirkətinin hasarının yaxınlığında təxminən 100 metr uzunluğunda yanmış halda elektrik naqilləri aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 22.10.2021-ci il tarixli baxış keçirmə və götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda avtolider adlanan yerin arxa tərəfində yerləşən əlvan metal qəbulu məntəqəsində işləyən Şahid Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə edib təhvil verdiyi elektrik naqilləri götürülmüşdür. Sorğu zamanı Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 dəfə elektrik naqilləri təhvil almış və təhvil aldığı elektrik naqilləri təxminən 250 metr uzunluğunda, müxtəlif ölçüdə və rəngdədir. İş materiallarında olan AR ƏN-nin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən daxil olmuş “Attenti” elektron monitorinq sistemi üzrə məhkum Təqsirləndirilən şəxs hərəkət trayektoriyasına dair məlumatlara baxış keçirilməsi haqqında 29.11.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən sənədlərin hər biri məhkum Təqsirləndirilən şəxs 01.10.2021-ci il tarixdə 22.10.2021-ci il tarixədək olan hərəkət trayektoriyasını göstərir. Hərəkət trayektoriyasına dair qeyd olunmuş məkanlar nəzərdən keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının 01-dən 23-də olan müddətdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayəti əməllərini 2021-ci ilin oktyabr ayının 02-dən həmin ayın 21-dək olan müddətdə törətmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən də qeyd olunan tarixlərdə o, X7 ərazisində olmuş və təqsirləndirildiyi oğurluq cinayətlərini törətmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, hərəkət trayektoriyasına dair məlumatlarla tanış olmuş, qeyd olunan məlumatların düzgünlüyünə dair heç bir etirazı yoxdur. İş materiallarında olan 25 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanıma və saxlama haqqında qərardan görünür ki, iş üzrə çox sayda, istifadədə olmuş, üzərində markalama göstəricisi olmayan, uzunluqları təxminən 35 sm, üzəri qırmızı və göy rəngli izolyasiyalı, ümumi diametri 3,0 mm çox simli (d-2,0 mm) kabel nümunəsi, çox sayda, istifadədə olmuş, üzərində markalama göstəricisi olmayan, uzunluqları təxminən 35 sm, üzəri sarı, sarı yaşıl rəngli izolyasiyalı, ümumi diametri 43 mm çox simli (d-2.0 mm) kabel nümunəsi, 1 ədəd, istifadədə olmuş, üzərində «NARSAN KABLO 2x2.25» markalama göstəricisi olan, uzunluğu təxminən 67 sm, üzəri ağ rəngli izolyasiyalı, ikili, diametri 3,0 mm çox simli (d-2.0 mm) kabel nümunəsi və 3 ədəd bükümdən ibarət, üzərində termiki təsir nəticəsində izolyasiya qatının ərimə izləri olan, metalı mis əsaslı ərintidən hazırlanmış, qırıntı hesab olunan, çəkisi 3.10 kq olan naqillər maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-312/2021 saylı 13 iyul 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan 7(003)-380/2022 saylı, 03.02.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-312/2021 saylı 13 iyul 2020-ci il tarixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş, 21-1/3-2855 saylı, 16.03.2022-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs 02 il 05 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 ay müddətini çəkmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-380/2022 saylı, 03.02.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs çəkilməmiş 01 il 04 ay 10 gün cəzası qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin himayəsində yaşlı anasının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən “azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır” Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-312/2021 saylı 13 iyul 2020-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyi üçün onun əməli hazırki cinayət işi üzrə residiv yaratmır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslərin, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd “Huawei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 109,50 (yüz doqquz manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 23 oktyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan üzərində markalama göstəricisi olmayan, uzunluqları təxminən 35 sm, üzəri qırmızı və göy rəngli izolyasiyalı, ümumi diametri 3,0 mm çox simli (d-2,0 mm) kabel nümunəsi, çox sayda, istifadədə olmuş, üzərində markalama göstəricisi olmayan, uzunluqları təxminən 35 sm, üzəri sarı, sarı yaşıl rəngli izolyasiyalı, ümumi diametri 43 mm çox simli (d-2.0 mm) kabel nümunəsi, 1 ədəd, istifadədə olmuş, üzərində «NARSAN KABLO 2x2.25» markalama göstəricisi olan, uzunluğu təxminən 67 sm, üzəri ağ rəngli izolyasiyalı, ikili, diametri 3,0 mm çox simli (d-2.0 mm) kabel nümunəsi və 3 ədəd bükümdən ibarət, üzərində termiki təsir nəticəsində izolyasiya qatının ərimə izləri olan, metalı mis əsaslı ərintidən hazırlanmış, qırıntı hesab olunan, çəkisi 3.10 kq olan naqillər hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxslərə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar