Məhkəmə qərarları › İş №1(003)-100/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-100/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-100/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin nümayəndəsi Zərərçəkmiş şəxs oğlunun, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1968-ci ildə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, üç uşağı olan, əvvəllər məhkum olunmamış, İ Qarabağ müharibəsi iştirakçısı, Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri-quraşdırma işləri aparmaqla mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yaşayış massivində yerləşən, dövlət mülkiyyətində olan 0,01 ha torpaq sahəsində 2016-cı ildən başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tikinti işləri aparmaqla orada qeyri-yaşayış obyekti tikmiş və hazırki dövrə qədər davam edən qəsdən cinayətlə əhatə olunan quraşdırma işləri apararaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1993-cü ildə Füzuli rayonunda döyüşlərdə yaralanmışdır. Ailəsi 5 nəfərdən ibarətdir, həmçinin yol-nəqliyyat hadisəsində rəhmətə getmiş qardaşının iki övladına da, o, baxmışdır. Təxminən beş il əvvəl qonşusu X2 ona evinin yanında yerləşən 14-16 kvadrat metr torpaq sahəsini pay kimi vermişdir. O, da 2016-cı ildən başlayaraq həmin torpaq sahəsində cücə satmaq üçün qeyri-yaşayış sahəsi tikməyə başlamış, lakin maddi imkanı olmadığından 2022-ci ilin avqust ayında tikintini olduğu kimi saxlamışdır. Törətdiyi əməldən səmimi peşmançılığını, İ Qarabağ müharibəsində iştirak edərək yaralandığını və hazırda bədənində qəlpələr olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri törətdiyi cinayət əməlində özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin nümayəndəsi Zərərçəkmiş şəxs oğlu izahatında göstərdi ki, 13 iyul 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən Xəzər rayonu ərazisində monitorinq həyata keçirilərkən Qala qəsəbəsində, 39T X425262, Y4480688 koordinatlarda dövlət mülkiyyətində olan 0,01 ha torpaq sahəsində tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma zamanı Qədim adlı şəxs tərəfindən sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədlər və müvafiq qurumların icazəsi olmadan tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Bununla bağlı 13 iyul 2022-ci il tarixdə akt tərtib edilmiş və tədbir görülməsi üçün 26 iyul 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinə müraciət göndərmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiklərini bildirdi. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları, məsləhətçi-müfəttiş Zərərçəkmiş şəxs oğlu, böyük məsləhətçi-müfəttiş X3 və məsləhətçi X1 iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 39T X425262, Y4480688 koordinatlarda yerləşən, dövlət mülkiyyətində olan 0,01 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin inşa edilməsi məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işlərinin Qədim adlı şəxs tərəfindən müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçibkeçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmış 0,01 ha torpaq sahəsi Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşir. Həmin torpaq sahəsində mişar daşlarından tikinti işləri aparılmış, lakin tikinti başa çatmamışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 2016-cı ildən başlayaraq həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamış və maddi imkanı olduqca tikinti aparmışdır. 2022-ci ilin avqust ayında maddi imkanı olmadığına görə tikintini olduğu kimi saxlamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 08 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1968-ci ildə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi həkim Komissiyasının 02 aprel 2018-ci il tarixli qərarından, müayinə protokolundan və arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1994-cü ilin yanvar ayında odlu silah, qəlpə yaralanmasından sonra başın alın nahiyəsinin sağ yan hissəsində iki ədəd, sağ baldırın aşağı 1/3-nin ön-iç səthində bir ədəd, sol budun yuxarı 1/3-nin arxa-bayır səthində bir ədəd qəlpə vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, İ Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edərək yaralanmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsüf olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat, məhkəmə istintaq zamanı 10 (on) saat olmaqla ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər Probasiya idarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar