Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-101/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxx 1991-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrar olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, habelə ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən şəxsə qarşı qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 iyul 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən OBA-5 marketdə olarkən həmin marketin müdiri Zərərçəkmiş şəxs4 onun mağazadan oğurluq edə biləcəyindən şübhələnərək sonuncunun bu barədə ona irad tutmasına görə aralarında bu zəmində mübahisə yarandığına görə Zərərçəkmiş şəxs4 qolundan dartaraq sonuncunu marketin qarşısına çıxarmışdır. Orada aralarındakı mübahisəni davam etdirib sona çatdırmaq məqsədi ilə həmin yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək, marketin qarşısında Zərərçəkmiş şəxs4 üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan qəsdən yumruqla sonuncunu vurub Zərərçəkmiş şəxs4 döş qəfəsinin qançırı ilə müşayiət edilən, sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən 01 avqust 2021-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “OBA-5” marketə gedib 25 iyul 2021-ci il tarixdə həmin marketdə baş vermiş mübahisəni yada salıb bu zəmində satıcı Zərərçəkmiş şəxs3 ilə münaqişə yaratmışdır. Aralarında baş vermiş münaqişəni davam etdirmək üçün sonuncunu küçəyə çağırıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə yumruqla sonuncunun qəsdən sifət nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs3 sol gözətrafı nahiyənin qançırı, sol qaşın sıyrığı və üst dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan əlavə o, təkrarən 28 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi “Ay işığı” düşərgəsində yerləşən yaşayış binasının dəhlizində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək orada səbəbsiz yerə ucadan nalayiq ifadələr işlədib söyüşlər söyərək Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən qəsdən yumruqla vuraraq ona fiziki ağrı yetirməklə şəxs üzərində zor tətbiq olunmuşdur. Bundan sonra sonuncunun qışqırıq səsinə dəhlizə çıxan və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən əri Zərərçəkmiş şəxs2 da ünvanına nalayiq söyüşlər söyərək üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə əlində olan, silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə əvvəlcə sol qolundan, daha sonra isə sol bud nahiyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs2 sol bazunun kəsilmiş yarası, sol bud sinirinin orta ağır dərəcəli postravmatik neyropatiyası, yerişin pozulması və sol budun dərin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 25 iyul 2021-ci il tarixdə, saat 14 radələrində alış-veriş etmək üçün Mərdəkan qəsəbəsində yerləşən OBA-5 marketə daxil olmuşudr. Üzərində yetəri qədər pul olmadığından vitrindən iki ədəd yağ götürüb sellofana qoymuş və hərkəsin başının qarışıq olduğunu görüb marketdən çıxmaq istəyən zaman bir nəfər özünü müdür kimi kimi təqdim edən şəxs onu saxlayıb əlindəki sellofanı qaytarmağı tələb etmişdir. O, həmin şəxsə çölə çıxıb söhbət etməyi təklif etmişdir. Onlar bayıra çıxanda kassada olan satıcı da, onların yanına gəlmiş və onu qolundan tutmuşdur. O, sellofanı əlindən buraxıb oradan qaçmışdır. O, qaçarkən söyüş söyüldüyünü eşidib dayanmış və həmin şəxslərin bayıra çıxmasını gözləmişdir. Bu zaman bir nəfər tanımadığı kişi yaxınlaşaraq nə üçün qaçdığını soruşmuş, o isə əhvalatı danışmışdır. Kişi həmin şəxslərlə onu barışdıra biləcəyini demiş və o, razılaşıb kişi ilə getmişdir. Kişi marketə yaxınlaşıb onu tutub saxlamaq istəyən iki nəfəri bayıra çağırmış və onlarla söhbət etməyə başlamışdır. Sonra kişi ona tərəf gəlmiş, lakin o, qaçıb gizlənmişdir. Həmin kişi onu tapa bilməyib müdürün yanına qayıtmışdır. Bu zaman o, arxadan yaxınlaşıb həmin müdürün baş nahiyəsindən yumruqla vurmuş və qaçaraq getmişdir. Bir həftə sonra yenidən həmin marketə yaxınlaşıb kassada oturan və onu tutub saxlamaq istəyən satıcını bayıra çağırmışdır. Satıcı bayıra çıxan zaman qəfildən yumruqla həmin satıcını vurmağa başlamış, həmin şəxs də, onu vurmağa başlamış və əlbəyaxa olmuşlar. Daha sonra ətrafda olan şəxslər onları aralamışlar. Lakin 01 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “OBA-5” marketdə satıcı işləyən Zərərçəkmiş şəxs3 döyməmişdir. Həmçinin 28 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi “Ay işığı” düşərgəsində yerləşən yaşayış binasının dəhlizində Zərərçəkmiş şəxs1 döyməmiş, onun əri Zərərçəkmiş şəxs2 mətbəx bıçağı ilə sol qolundan və sol bud nahiyəsindən vurmamışdır. Əksinə bir neçə şəxs onu döyərək bədən xəsarəti yetirmişlər. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşının qaynıdır. 27 sentyabr 2021-ci il tarixdə həyətdə qonşunun uşaqları oyanayarkən səs-küy saldıqlarından Orxan onlara oynamağa icazə verməmiş və qovmuşdur. Bu zaman qardaşı oğlu Əli atası Rəşadın yanına qaçıb Orxanın onlara oynamağa icazə vermədiyini demişdir. Rəşad həmin vaxt evin damında Şakı ləqəbli bina sakini ilə təmir işləri görmüşdür. Orxanla Rəşad küsülü olmuşlar. Orxan bu zaman aşağıdan qışıqıraraq Rəşadın ünvanına nalayiq söz işlətmiş, Rəşad da cavabını vermişdir. Sonra Rəşad damdan düşərək Orxanla mübahisə etmiş və Şakı ləqəbli şəxs damdan düşüb onları ayırmağa çalışmışdır. Şakı Rəşadı, anası Mehriban isə Orxanı ayırıb evə aparmışdır. Baş verəndəri ona qardaşı Rəşad danışmışdır. 28 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Orxan Şakı ləqəbli həmin şəxslə mübahisə edərək nə üçün onları araladığını soruşmuşdur. Sonra evdən bıçaq götürərərk binanın dəhlizində təhqiramiz ifadələrlə onun ünvanına söyüşlər söyərək arvadı Könülün qarın nahiyəsindən yumruqla vurmuşdur. Könülün səsinə o, bayıra çıxmış və əlindəki dabankeşlə ayaqqqabısını geyinmək istəyən zaman Orxan əlində bıçaqla qəflətən üzərinə hücum edərək sol qolundan vurmuşdur. O, əlindəki dabankeşlə özünü müdafiə etməyə çalışsa da, Orxan əlindəki bıçaqla ikinci dəfə onun sol bud nahiyəsindən vurmuşdur. Orxan üzərinə gələrək üçüncü dəfə bıçaqla onu vurmaq istəyəndə anası Mehriban araya girmiş və bıçaq zərbəsi anası Mehribanın sağ qoluna dəymişdir. Ətrafda olan qonşular onları aralamışlar və atası Bəşir DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirərək ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 şahid Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid2 göstərdi ki, tanışları onu Şakı deyə çağırır. 27 sentyabr 2021-ci il tarixdə binanın damında qonşusu Rəşad Bağırov ilə təmir işləri görərkən Rəşadın oğlu Əli gələrək dayısı Orxanın onlara oynamağa icazə vermədiyini demişdir. Həmin vaxt Orxan aşağıda olmuş və Rəşadla sözlə mübahisə etməyə başlamışdır. Sonra Rəşad aşağı düşərək Orxanla mübahisəni davam etdirmişdir. O, da aşağı düşərək ətrafdakı şəxslərlə birlikdə onları aralamışdır. 28 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində işdən qayıdarkən Orxan ona yaxınlaşaraq dünən Rəşadla mübahisə zamanı nə üçün onları araladığını soruşmuşdur. O isə onları sakitlədirmək üçün onları ayırdığını demişdir. Daha sonra Orxan yaşadığı binaya daxil olmuşdur. Bir qədər sonra Rəşad gələrək onunla söhbət etməyə başlamışdır. Bu zaman binadan səs-küy gəldiyini eşitmişlər, lakin dərhal olmasa da, bir qədər sonra içəri daxil olmuşlar. X2rdaşı Nicatı və öz anası Mehribanı bıçaqla vurduğunu görmüşlər. Rəşadla birlikdə Nicatın yanına gələrkən onun yaralı olduğunu görmüşdür. Bundan sonra Nicatın atası Bəşir DİN-nin 102 xidmətinə zəng edərək hadisə bərədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 istintaq zamanı ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayının 18-dən Mərdəkan qəsəbəsində yerləşən OBA-5 marketdə satıcı işləyir. Zərərçəkmiş şəxs4 həmin marketdə müdürüdür. 25 iyul 2021-ci il tarixdə, saat 14 radələrində tanımadığı şəxs marketdən alış-veriş edib kassaya yaxınlaşmadan qapıdan çıxıb getmək istəyərkən müdür Vüsal həmin şəxsi qapıda saxlamışdır. Həmin şəxs müqavimət göstərib Vüsalı dartaraq çölə aparmışdır. O, kassadan ayrılıb müdürün yanına köməyə getmişdir. Müdür həmin şəxsin əlindən sellofan torbanı çəkib aldıqdan sonra həmin şəxs onlardan qaçmağa başlamışdır. O, həmin şəxsin arxasınca düşsə də, onu tuta bilməmişdir. Bundan 2-3 saat sonra bir nəfər tanımadığı kişi marketə gəlib oğurluq edən şəxsin guya dayısı olduğunu və həmin şəxsin onlardan üzr istəmək istədiyini demiş və onları bayıra çağırmışdır. Müdürlə o, bayıra çıxıb həmin yaşlı kişi ilə söhbət etməyə başlamışlar. Daha sonra o, mağazaya qayıtmışdır. Bir neçə dəqiqə sonra müdür onu çağıraraq üzr istəməyə gələn həmin şəxs tərəfindən vurulduğunu və həmin şəxsin qaçdığını demişdir. Dayısı olduğunu iddia edən həmin şəxs isə onlara polisə şikayət etməyi məsləhət görmüşdür. Bundan sonra müdür polisə şikayət etmişdir. Bundan 1 həftə sonra 01 avqust 2021-ci il tarixdə, səhər saat 08 radələrində mağazanı Bu açdıqdan sonra bir nəfər şəxs onu səsləyərək atasının onunla işi olduğunu bildirib bayırda gözlədiyini demişdir. O, kassadan bayıra çıxanda 1 həftə əvvəl müdürü Vüsalı vuran və mağazadan oğurluq etmək istəyən şəxs olduğunu görmüşdür. Həmin şəxs qəfildən heç bir söz demədən yumruqla onun üzünün sol tərəfindən vurmuş və onu yumruqla vurmağa davam etmişdir. O, da özünü müdafiə etmək məqsədilə ona qarşılıq vermiş və əlbəyaxa olmuşlar. Həmin vaxt marketdə satıcı işləyən Gülnar bayıra çıxıb onları aralamağa çalışmışdır. Ətrafda olan tanımadığı şəxslər onları aralamışlar və həmin şəxs qaçaraq getmişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, daha sonra təcili yadıma zəng etmiş və onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. O, xəstəxanada müayinə olunduqdan sonra 1-ci polis şöbəsinə gəlib şikayət ərizəsi yazmışdır. İş materiallarında olan zərflərdən görünür ki, Zərərçəkmiş şəxs3 yaşayış ünvanı kimi göstərilmiş ünvan 3 ünvanına göndərilən məktublar “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 istintaq zamanı ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından etibarən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən OBA-5 marketində adminstrator yəni, müdür kimi işə başlamışdır. Zərərçəkmiş şəxs3 həmin marketdə satıcı işləmişdir. 25 iyul 2021-ci il tarixdə, saat 14 radələrində bir nəfər tanımadığı şəxs marketdən alış-veriş edib kassaya yaxınlaşmadan qapıdan çıxıb getmək istəyərkən həmin şəxsi qapıda saxlamışdır. Həmin şəxs ona müqavimət göstərib onu dartaraq küçəyə aparmışdır. Əkbər kassadan ayrılıb onun yanına köməyə gəlmişdir. Onlar dartışan zaman o, həmin şəxsin əlindən sellofan torbanı çəkib almışdır. Bu zaman həmin şəxs qaçmağa başlamış və Əkbər arxasınca düşsə də, onu tuta bilməmişdir. Bundan 2-3 saat sonra bir nəfər yaşlı kişi marketə gəlib oğurluq edən şəxsin guya dayısı olduğunu və həmin şəxsin onlardan üzr istəmək istədiyini deyərək onları bayıra çağırmışdır. Əkbərlə bayıra çıxıb həmin yaşlı kişi ilə söhbət etməyə başlamışlar. Daha sonra Əkbər mağazaya qayıtmışdır. Kişi oğurluq etmək istəyən şəxsi çağırmağa getmiş, lakin geri qayıdıb həmin şəxsi tapmadığını demişdir. Həmin şəxs sağollaşıb getmək istəyəndə arxadan kimsə onu yumruqla vurmaq istəyərkən yumruq sinəsinə dəymişdir. Həmin şəxsin mağazadan oğurluq etmək istəyən şəxs olduğunu görmüşdür. Həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Həmin yaşlı kişi ona polisə müraciət etməyi məsləhət görmüşdür. O, da polisə müraciət etmişdir. Bundan 1 həftə sonra yəni 01 avqust 2021-ci il tarixdə, səhər saat 08 radələrində həmin şəxs mağazaya gələrək Əkbəri döyüb bədən nahiyəsinə xəsarət yetirmişdir. Həmin vaxt o, mağazada olmamışdır. Əkbər bununla bağlı polisə şikayət etmişdir. 10 fevral 2022-ci il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs4 ərizəsi daxil olmuşdur. Ərizədə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini, ona hər hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirmiş və uzun müddət ölkədə olmayacağına görə məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 istintaq zamanı ifadəsində göstərmişdir ki, Nicat Bəşirov onun əridir. Onlar Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ay işığı düşərgəsində yaşayırlar. 28 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində Nicatla evdə olarkən dəhlizdən gələn səs-küyə çölə çıxmışlar. Bu zaman qohumu Təqsirləndirilən şəxs əlində bıçaqla qışqıra-qışqıra dəhlizdə gəzdiyini və ərinin ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişlər. Həmin söyüşləri ətrafda olan digər şəxslər də, eşitmişlər. O qapıdan çıxarkən Orxan əlində bıçaqla üzərinə gəlib əlinin tərsi ilə onun qarın nahiyəsindən vurmuşdur. O, Orxanın bu hərəkətindən qorxub əri Nicatı köməyə çağırmışdır. Nicat dabankeşi əlinə alıb ayaqqabısını geyinib bayıra çıxmaq istəyərkən Orxan əlindəki bıçaqla Nicatın sol qolundan vurmuşdur. Nicat da, əlindəki dabankeşlə özünü müdafiə etmiş, lakin Orxanı vurmamışdır. Daha sonra Orxan əlindəki bıçaqla Nicatın sol ayağından vurmuşdur. Üçüncü dəfə bıçaqla vurmaq istəyərkən Orxanın anası Mehriban araya girmiş və bıçaq Mehribanın sağ qolundan dəymişdir. Orxan bıçağın anasına dəydiyini görüb sakitləşmiş və daha sonra ana və oğul birlikdə evlərinə getmişlər. 30 mart 2022-ci il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs1 ərizəsi daxil olmuşdur. Ərizədə Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona cəza verilməsini məhkəmənin mülahizəsinə verdiyini, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan şəxsiyyətin fotoşəkil ilə tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, tanınan şəxs Təqsirləndirilən şəxs fotoşəkli cinayət işinə aidiyyəti olmayan 03 nəfər kənar şəxsin fotoşəkilləri ilə birlikdə protokola əlavə edilmiş vərəqədə yapışdırılaraq möhürlənmiş, onlar 1, 2, 3 və 4 rəqəmləri ilə nömrələnmiş və tanınan şəxs Təqsirləndirilən şəxs fotoşəkli göstərilən fotoşəkillər içərisindən 2-ci sırada yapışdırılmışdır. Fotoşəkillər tanıyan şəxs Zərərçəkmiş şəxs3 təqdim edildikdən sonra sonuncuya fotoşəkillər arasında ifadəsində göstərdiyi şəxsin fotoşəklinin olub-olmamasını bildirməsi təklif olunmuş, sonuncu da tanımaq üçün ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirərək bildirmişdir ki, ona tanınma üçün təqdim edilmiş fotoşəkillər arasında 2-ci sıradakı fotoşəkildə olan şəxsi tanıyır. Belə ki, həmin şəxs 01 avqust 2021-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən OBA-5 marketin qarşısında yumruqla onu vurub xəsarət yetirən şəxsdir. İş materiallarında olan şəxsiyyətin fotoşəkil ilə tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, tanınan şəxs Təqsirləndirilən şəxs fotoşəkli cinayət işinə aidiyyəti olmayan 03 nəfər kənar şəxsin fotoşəkilləri ilə birlikdə protokola əlavə edilmiş vərəqədə yapışdırılaraq möhürlənmiş, onlar 1, 2, 3 və 4 rəqəmləri ilə nömrələnmiş və tanınan şəxs Təqsirləndirilən şəxs fotoşəkli göstərilən fotoşəkillər içərisindən 2-ci sırada yapışdırılmışdır. Fotoşəkillər tanıyan şəxs Zərərçəkmiş şəxs4 təqdim edildikdən sonra sonuncuya fotoşəkillər arasında ifadəsində göstərdiyi şəxsin fotoşəklinin olub-olmamasını bildirməsi təklif olunmuş, sonuncu da tanımaq üçün ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirərək bildirmişdir ki, ona tanınma üçün təqdim edilmiş fotoşəkillər arasında 2-ci sıradakı fotoşəkildə olan şəxsi tanıyır. Belə ki, həmin şəxs 25 iyul 2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən OBA-5 marketin qarşısında yumruqla onu vurub xəsarət yetirən şəxsdir. İş materiallarına əlavə edilmiş diskə baxış protokolundan görünür ki, diskin içərisində 02 dəqiqə 20 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən sağ tərəfində avtomobil dayanmış boş küçənin olması müşahidə olunur. Videogörüntünün 02-ci saniyəsindən etibarən küçənin baş tərəfindən bir nəfər kişi cinsinə mənsub, arıq bədən quruluşlu, orta boylu, qısaqol ağ köynək və cins şalvar geyinmiş, ağzında tibbi maska olan bir nəfər şəxs küçənin sol tərəfində yerləşən obyektin qapısını açıb içəri girir. Videogörüntünün 17-ci saniyəsindən etibarən həmin şəxs obyektin qapısını açaraq bayıra çıxıb bir qədər bayırda gözləyir. Videogörüntünün 30-cu saniyəsindən etibarən bir nəfər orta boylu, kök bədən quruluşlu, qısaqol göy köynək və cins şalvar geyinmiş, kişi cinsinə mənsub olan bir nəfər şəxs obyektin qapısını açaraq bayıra çıxır. Videogörüntünün 33-cü saniyəsindən etibarən arıq bədən quruluşlu şəxs kök bədən quruluşuna malik olan şəxsə qəfildən sağ yumruğu ilə üzünün sol tərəfindən zərbə vurur və daha sonra həmin şəxslər əlbəyaxa olurlar. Videogörüntünün 01-ci dəqiqəsinin 04-cü saniyəsindən etibarən obyektdən bir nəfər hicablı qadın çıxaraq həmin şəxslərin yanına gəlib onları aralamağa çalşır. Videogörüntünün 01-ci dəqiqəsinin 17-ci saniyəsindən etibarən ağ rəngli yük avtomobili həmin şəxslərə yaxınlaşıb saxlayır. Videogörüntünün 01-ci dəqiqəsinin 23-cü saniyəsindən etibarən həmin yük avtomobilinin içərisindən bir nəfər şəxs düşərək əlbəyaxa olan şəxslərə yaxınlaşıb onları ayırmağa çalışır. Videogörüntünün 02-ci dəqiqəsinin 04-cü saniyəsindən etibarən avtomobildən düşən şəxs yenidən avtomobilə əyləşərək oradan uzaqlaşır. Videogörüntünün 02-ci dəqiqəsinin 07-ci saniyəsindən etibarən ayrılmış həmin şəxslər yenidən əlbəyaxa olurlar. Videogörüntünün 02-ci dəqiqəsinin 17-ci saniyəsindən etibarən ətrafda olan digər kənar şəxslər oraya gələrək həmin şəxsləri ayırmağa çalşırlar. Baxış zamanı Zərərçəkmiş şəxs3 videogörüntüdə əks olunan bir nəfər orta boylu, kök bədən quruluşlu, qısaqol göy köynək və cins şalvar geyinmiş, kişi cinsinə mənsub olan şəxsin özü olduğunu vurğulamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 26 iyul 2021-ci il tarixli, 875 nömrəli rəyindən görünür ki, «Zərərçəkmiş şəxs4 bədəni üzərində döş qəfəsinin qançırı aşkar edildi. Qeyd olunan xəsarət küt əşya təsirindən onun məhkəmə-tibbi müayinəsindən 1 günə qədər əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2021-ci il tarixdə törənməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs4 bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 02 avqust 2021-ci il tarixli, 907 nömrəli rəyindən görünür ki, «Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözətrafı nahiyənin qançırı, sol qaşın sıyrığı, üst dodağın selikli qişasının əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər kliniki xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstəırilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 1258 nömrəli rəyindən görünür ki, «Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol bazunun kəsilmiş yarası, sol bud sinirinin orta ağır dərəcəli postravmatik neyropatiyası və yerişin pozulması ilə müşayiət olunan sol budun dərin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin(ola bilsin bıçaq) deşici kəsici və kəsici təsirindən törənmiş, törənmə müddətləri onun “X5” X4 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və sğlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunla sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 hüquqi şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 29 dekabr 2021-ci il tarixli, 3114 nömrəli rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən onda “üzvi emosionallabil(asentik) pozuntu” qeyd olunmuşdur. 2.Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur.
3. Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.
4. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.
5. Təqsirləndirilən şəxs qeyd olunan “üzvi emosional-labil (astenik) pozuntu” onu öz hərəkətlərinə cavab verməkdən və onlara rəhbərlik etmək qabiliyyətindən məhrum etməyib.
6. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir.
7. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. 8.Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.
9. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, emosionallıq, dəyişkən əhvalruhiyyəlilik, hövsələsizlik, eqosentrizm, kobudluq, konfliktə və emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.
10. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onda gerilik əlamətləri aşkar edilmədi.
11. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olduğundan, o, hadisə zamanı öz hərəkətlərinin mahiyyətini tam dərk etmək və onları idarə etmək iatidarında olmuşdur.
12. Təqsirləndirilən şəxs idrak prossesləri normaya uyğundur, o, baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir.
13. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 27 sentyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1991-ci ildə Şuşa şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs4 şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 04 noyabr 2021-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla, ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 04 noyabr 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Əkrəm Qəhrəmanov