Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-102/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Lerik rayonunun Lüləkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının qalan çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluğu götürülmüş, Lerik rayonunun Lüləkəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Yeni yaşayış sahəsi nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 04 noyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə X6 və X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vahid niyyətlə tanışları - X11 (xx.xx.2020-ci ildə ölmüş) və sonuncunun arvadı X7 Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi ev 6 da yerləşən 64m2 topaq sahəsinə çıxarış alacağı barədə yalan vəd verib aldadaraq 2020-ci ilin sentyabr ayının təxminən əvvəllərində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsində fəaliyyət göstərən “Həyat” restoranında Rafiq Talıbovdan 10000 (on min) manat, 24 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu "xxxx" metrostansiyasının yaxınlığında K.Talıbovanın qardaşı Kazım İmanovun vasitəsi ilə göndərdiyi 800 manat pulu və vahid niyyət ilə 2020-ci ilin dekabr ayının əvvələrində Xəzər rayonu Şimal DRES qəsəbəsində yerləşən “Azal Arena”nın yaxınlığında 1000 manat məbləğində pulu aldadaraq ələ keçirməklə X7 ümumilikdə 11800 manat məbləğində, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayəti törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni tikilmiş sosial evlərdən birinin ona verilməsi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə 2020-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində fəaliyyət göstərən «Rahat» marketin yaxınlığında 1000 manat pulu, həmin ilin oktyabr ayının axırlarında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində fəaliyyət göstərən «Rahat» marketin yaxınlığında 600 manat və 2020-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində fəaliyyət göstərən «Rahat» marketin yaxınlığında 500 manat məbləğində pulu aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 2100 manat miqdarda ziyan vuraraq dələduzluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, X3 təxminən 2016-cı ildən tanıyırmış. Belə ki, o, özü əsasən ustalıq işi ilə məşğul olurmuş. Digər tanışı olan hazırda isə rəhmətə gedən Elməddin adlı şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs tanımışdır. Ələkbərin ifadəsində göstərdikləri yalandır. Belə ki, 2020-ci ilin sentyabr ayının əvvələrində Ələkbər onun istifadəsində olan mobil nömrəsinə zəng vuraraq nömrəsini rəhmətlik Elməddindən aldığını demiş və onun torpaq sənədlərindən başı çıxdığını bildirmişdir. Məhz bu fikirlə ona demişdir ki, Xətai rayonu ərazisində 64 kvm torpaq sahəsi var, həmin torpaq sahəsini kadastra salmaq lazımdır. O da bu barədə öyrəndikdən sonra ona cavab deyəcəyini bildirmişdir. Bu barədə tanışı Namikə bildirmiş, Namik də razılıq verib bu işi həll edə biləcəyini və bunun üçün 1800 manat pul lazım olduğunu demişdir. O elə həmin gün Ələkbərə zəng vurub tanışı Namikin bu məsələni öz öhdəsinə götürdüyünü və 1800 manata işi həll edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, Namiklə birlikdə "xxxx" metrostansiyasının yaxınılığında Ələkbərin yanında olan torpağın sahibi kimi bildiyi şəxslə görüşmüş, danışıb razılığa gəlmişlər. 2020-ci ilin sentyabır ayının ortalarında Mərdəkan qəsəbəsi “Elit” marketin yaxınlığında 700 manatı Ələkbər əlbə-əl ona vermişdir ki, Namik sənədi hazırlasın. Bundan sonra o, Namikin bildirdiyi kimi, daha 300 manat pulu 2-3 gün sonra Ələkbərlə Şüvəlan qəsəbəsində yerləşən “Kapital Bank”ın qarşısında görüşüb almış və əvvəlki qaydada aparıb Namikə vermişdir. Daha sonra o, Namiklə birlikdə kadastrın işçiləri ilə birlikdə həmin sözügedən 64 kvm torpaq sahəsinə gedib ölçülər götürüb fotoşəkillər çəkmişlər. Lakin həmin 1000 manat puldan Namikin onlara nə verməsindən xəbəri olmamışdır. 3-4 gün sonra Namikin bildirdiyi kimi, “Qara Qarayev” metrostansiyasının yaxınlığında “Kapital Bank”ın qarşısında Ələkbər ilə görüşüb 800 manat pulu götürüb "xxxx" metrosunun yaxınlığında olan Əmlak Komitəsinə getmişdir. Həmin 800 manat puldan 300 manat pulu orada olan şəxsə vermiş və bir neçə dəqiqə sonra həmin torpağa aid sənədləri götürüb yenidən Ələkbərlə görüşüb ona vermişdir. Qalan 500 manat pulu da Namikə vermişdir. Həmin puldan Namik ümumilikdə ona 150 manat pul vermişdir və bundan sonra baş verənlər barədə heç bir məlumatı olmamışdır. Belə ki, o, 2020-ci ilin dekabr ayında başqa işlə bağlı tutulmuş və 2021-ci ilin xx.xx.2021-ci il tarixdə azadlığa buraxılmışdır. Təxminən 2021-ci ilin avqust ayında adını Kazım bildiyi, yəni torpağın sahibi olan qadının qardaşı kimi tanıdığı şəxs onunla telefon əlaqəsi saxlayaraq onun 10000 manat pulunu qaytarmağını istəmiş, o da cavab olaraq ona 10000 manat pul verilmədiyini, hansı puldan söhbət getdiyini soruşduqda, Kazım ona bildirmişdir ki, Ələkbər deyir ki, onlardan aldığı, yəni Kazımgildən aldığı 10000 manat pulu ona vermişdir. O, belə bir şey olmadığını, Ələkbəin ona cəmi 1800 manat pul vediyini və həmin pulu da sənəd düzəlməsi üçün Namikə verdiyini bildirmiş, hətta demişdir ki, 1800 manat puldan başqa heç bir məbləğdə puldan xəbəri olmamışdır. Bundan sonra Ələkbərə zəng vurmuş və ondan ona nə qədər pul verdiyini soruşmuş, Ələkbər də cavabında qeyd etdiyi vaxtlarda 700, 300 və 800 manat olmaqla ümumilikdə 1800 manat pul verdiyini demişdir. Həmin ərəfədə Kazım onun yaşadığı Masallı rayonuna göndərdiyi adamla da bu barədə söhbət etmiş, hətta Kazımın göndərdiyi və adını bilmədiyi şəxsin yanında Ələkbərlə bir daha sübut olaraq telefon əlaqəsi saxlamış və Ələkbər təkrar olaraq ona 1800 manat pul verdiyini demiş, bunu Kazımın göndərdiyi adam da eşitmişdir. Həmin şəxs də onların yanında Kazıma zəng vuraraq bildirmişdir ki, utanmırsan, məsələ nə yerdədir, sən məni 10000 manata görə adam yanına göndərmisən. Bundan sonra Namik məsələnin nə yerdə olduğunu, yəni Ələkbərin Elməddinlə birlikdə Kazımgilə 10000 manat pul atıb dələduzluq etdiyini başa düşüb 650 manat olmaqla ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə adını sonradan bildiyi Könül adlı qadına qaytarmışdır. Bunlardan başqa heç bir şeydən məlumatı olmamış, nə də ki, 10000 manat pulun Ələkbərin Könül adlı qadını və ya onun yoldaşını aldadıb aldığını bilməmişdir, bu barədə məlumatı olmamışdır. Özünü təqsirli bilmir, heç kimdən bilavasitə pul almamışdır. Himayəsində yaşlı valideynləri və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, mərhum Rafiq Talıbov ilə uzun illər bir məhəllədə yaşamış, qonşu olmuşlar. 2020-ci ilin sentyabr ayının əvvəllərində Rafiq onunla məhəllədə söhbət əsasında yaşadığı mənzilin həyətində olan ona məxsus 64 kvm-lik torpaq sahəsini sənədləşdirmək istədiyini və bu barədə ona köməklik etməyini demişdir. O, bir neçə dəfə iş gördüyü, hazırda isə rəhmətə getmiş Elməddin adlı şəxsə bu barədə demiş, Elməddin də tanıdığı və bu işlərlə məşğul olan Zaur adlı şəxsin əlaqə telefonunu vermişdir. Bundan sonra o, Zaurla əlaqə saxlayıb qonşusuna məxsus 64 kvm torpaq sahəsinə sənəd çıxarış almaq lazım olmağını və köməklik etmək istədiyini demişdir. Zaur da kimləsə danışdıqdan sonra bu barədə cavab verəcəyini demiş, sonra Zaur onunla əlaqə saxlayaraq bildirirmişdir ki, bu məsələni 100 faiz olaraq həll edəcək adam var, adı Namikdir. Daha sonra Elməddin yaşadığı Binə qəsəbəsində mərkəzdə kafedə o, qonşu Rafiq və digər qonşusu Şəmi Elməddinlə görüşüb bu barədə söhbət etmişlər. Sözügedən torpağın sənədləşdirilməsi ilə bağlı söhbət getdikdən sonra Elməddin bu məsələnin 100 faiz həll olunacağını bildirmiş və hətta demişdir ki, bunun üçün ümumilikdə 10000 manat pul lazım olacaq. Rafiq də heç bir narazılığı olmadığını demiş və hansı müddət ərzində sənədin hazır olcağını Elməddinə sual vermiş, Elməddin 36-60 gün ərzində sənədin tam hazır olacağını demiş və onlar sağollaşıb getmişlər. Bundan sonra arada olan razılaşma əsasında o, Elməddin, Rafiq və Rafiqin qayını Kazım ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən “Həyat” restoranın həyətində görüşmüş və orada Rafiq 10000 manat pul vermişdir. Hətta orada onun və Elməddinin təkidi ilə Rafiqi məcbur etmişdir ki, notariusda notarial qayda da pulu Rafiq Elməddinin adına versin ki, sonra problem yaranmasın. Rafiq notarisun 200 manat pul istədiyini bildikdən sonra razı olmamış və o, 10000 manat pulu sayıb Elməddinə vermişdir. Həmin pulu Elməddin cibinə qoymuş və bir daha Zaurla birlikdə bu işi həll edəcəyini Rafiqə deyib əmin etmişdir. Bu danışıqlardan sonra Rafiq hər dəfə Elməddinlə danışıb sənədləşdirməni soruşurmuş, Elməddin də səbirli olmasını, tez bir zamanda çıxarışın hazır olacağını deyirmiş. 2020-ci ilin oktyabr ayında Elməddin bildirmişdir ki, həmin 64 kvm torpaq sahəsinin sxemi hazırdır. Bunda sonra o, Rafiqlə birlikdə Elməddinin bildirdiyi kimi, "xxxx" metrostansiyasının yaxınılığında olan xəritə çəkmə idarəsinə getmiş və oraya çatanda Elməddin 3 ədəd kitabça formasında sənədləri onlara verib bildirmişdir ki, həmin bu sənəd əsasında sərəncam alınacaqdır. Bundan təxminən 3-4 gün keçəndən sonra Elməddinin bildirdiyi kimi, torpağa sərəncam almaq üçün "xxxx" metrostansiyasının yaxınlığında Əmlak komitəsinin qarşısında Zaur və Namik, digər tanımadığı bir nəfər şəxslə görüşmüşdür. Rafiq özü də orada olmuşdur. Namik şəxs torpağa sərəncam alınması üçün Əmlak komitəsininin qarşısında bildirmişdir ki, bu günə sənədlər hazırdır. Lakin Namik Əmlak komitəsinin içərisinə girib çıxandan sonra sərəcamın 10 gün müddətinə hazır olunmasını bildirmişdir. Həmin vaxt evsiz olduğu üçün yeni tikilən sosial evlərdən ev almaqda ona köməklik etməsi üçün Zaurla 2020-ci ilin oktyabr ayında Mərdəkan qəsəbəsində yerləşən “Rahat market”in yaxınlığında kafedə görüşmüş və Zaurdan xahiş etmişdir ki, sosial evlər almaqda ona köməklik etsin. Daha sonra onun üçün sosial ev almaqda köməklik edə biləcəyi barədə Zaur yalan vəd verib aldatmışdır. Zaur onu inandırmaq üçün onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini, daha sonra isə onun və tanışlarının telefon nömrələrini yazıb götürmüşdür ki, sənədləşdirmə işində lazım olacaqdır. Daha sonra Zaur bunun müqabilində ondan ümumilikdə 15000 manat pul verməyini istəmiş və 2021-ci ilin yanvar ayında sosial evi ona verəcəyini demiş, həmçinin, bildirmişdir ki, 15000 manat pulun bir hissəsini əvvəlcə, qalan hissəsini isə evi aldıqdan sonra verməlidir. O, razılaşdıqdan sonra oradaca Zaura ilkin olaraq 1000 manat pul vermişdir. Həmin zaman 1000 manat pulu Zaura verəndə dostu Şahid2 də yanında olmuş və bunun şahidi olmuşdur. Zaur pulu aldıqdan sonra ondan ev verilənədək də pul alacağını demişdir. Bundan bir müddət sonra Zaurun istəyi ilə oktyabr ayının axırlarında Mərdəkan qəsəbəsində “Rahat market”in qarşısında görüşüb 600 manat pulu vermişdir. Zaurdan məsələnin nə yerdə olduğunu soruşduqda, o, hər dəfə narahat olmamağını, dediyi vaxtda həll olunacağını bildirirmişdir. Sonuncu dəfə Zaura 500 manat pulu 2020-ci ilin noyabr ayının təxminən ortalarında Mərdəkan qəsəbəsində “Rahat market”in yaxınlığında yerləşən adını bilmədiyi kafedə vermişdir. Beləliklə də, hissə-hissə olmaqla ümumilikdə Zaura 2100 manat pul vermişdir. Zaur ondan pulu aldıqdan sonra 2021-ci ilin yanvar ayında sosial evin ona veriləcəyi barədə vəd vermişdir. Lakin daha sonra Zaur 2020-ci ili dekabr ayında başqa bir dələduzluq cinayətinə görə tutulmuşdur. 2020-ci ilin noyabr ayında Rafiq rəhmətə getmişdir. Həmin ərəfələr hələ də Rafiqə məxsus 64 kvm torpaq sahəsinə aid çıxarış, yəni sənədlər düzəlməmişdir. Həmin sənədləşmə ilə bağlı Rafiqin qaynı Qasım Elməddinlə görüşüb sənədlərin harada olmasını, nə üçün bu vaxta kimi hazır olmamasını sorşuduqda Elməddin bildirmişdir ki, sənədin hazırlanması üçün 6000 manat küt pulu Zaura verib və Zaur da hazırda tutulub, içəridədir. Qasım nə üçün bu qədər pulun birbaşa Zaura verdiyini və qalan pulu neylədyini soruşmuş, Elməddin də cavab olaraq qalan 4000 manat pulun tam olaraq Elməddin, Zaur, Namik aralarında bölündüyünü bildirmişdir. 2020-ci ilin dekabr ayının axır günlərində Elməddin intihar edərək özünü öldürmüşdür. Məhz həmin ərəfələrdə də baş vermiş məsələlərdən ona məlum olmuşdur ki, Zaur onun üçün sosal ev düzəldmək məqsədi ilə Rafiqi və Rafiqin ailəsini aldatdığı kimi, onu da aldadaraq pulunu alıb, nə sosial ev düzəltmişdir, nə də pulunu geri qaytarmışdır. O, özü Elməddinin Zaura pul verdiyini görməmişdir. Könül xanıma öz cibindən 2000 manat vermişdir. Belə ki, Zaur onu aldadaraq Rafiqin ailəsini tanıdığını soruşmuş, onların ondan şikayət etməmələri üçün pulu Könül xanıma verməsini demiş, sonra Zaur həmin 2000 manatı ona qaytaracaqmış, lakin onu aldatmışdır. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X9 göstərdi ki, mərhum X11 onun mərhum həyat yoldaşı olmuş, 2020-ci lin noyabr ayında vəfat etmişdir. Ailələri böyük olduğuna görə məcbur olub evi sataraq pulunu 3 ailə arasında bölmüşlər. Məbləğ az olduğundan əri Rafiq 32 il istifadə etdikləri binanın qarşısında yerləşən 1(bir) sot belə olmayan, yəni 64 kvm torpaqda ev tikməyi qərara almışdır. Lakin həmin torpaq sahəsini əvvəlcə çıxarış almalı olmuşlar. Bağlarının yanında qonşuları tikililərə icazə almışlar. İİ qrup Qarabağ əlili olan əri həmin torpaq sahəsinə sənəd düzəltmək üçün Xətai rayon icra hakimiyyətinə gedəndən sonra ona gözləməyini demişlər. Bir gün əri evə gəlib Ələkbər adlı qonşunun onlara torpağın sənədləşməsinin tezləşməsində köməklik edəcəyini və Elməddin adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs sənədləşdirmə işini həll edəcəyini bildirmiş, eyni zamanda Zaur ilə Elməddinin 10000 (on min) manat pul istəmələrini demişdir. Bundan sonra əri ilə qərarlaşıb razılaşmışdır, çünki həmin əmlak onun mərhum əri ilə birgə əmlakı sayılırmış. Bundan sonra əri ilə onun razılığı əsasında 2020-ci ilin sentyabr ayının əvvələrində Rafiq onun qardaşı Kazıma zəng etmiş və Xəzər rayonunda notarial kontorunda olmasını xahiş etmişdir. Səhəri gün qonşusu Ələkbər, əri Rafiq və qardaşı Kazımla həmin Elməddin adlı şəxslə Şüvəlan qəsəbəsində yerləşən “Həyat” restoranında görüşüb 10000 (on min) manatı Ələkbər saydıqdan sonra Elməddinə vermişdir. Hətta orada Elməddin bir daha Rafiqi əmin edərək bu işin həll olunacağını və 36- 60 gün ərzində sənədlərin hazır vəziyyətdə Rafiqə veriləcəyini demişdir. Üç ay keçmiş, həmin üç ayda əri ilə birgə hər gün əsəb, stresvə həyacan keçirirmiş. Mərhum əri hər dəfə Elməddinlə bu barədə danışdıqda Elməddin narahat olmamasını və tezliklə hazır olacağı vədlərini verib onu əmin edirmiş. xx.xx.2020-ci ildə əri səhər işə getmiş və evə qayıdanda cox pis halda olmuş, təcili yardım çağırmış, lakin xəstəxanada rəhmətə getmişdir. O, uşaqları ilə anasının 2 otaqlı evinə yerləşmişdir. 2 uşağı universitet tələbəsi, 1 uşağı isə orta məktəb şagirdi olmuşdur. Həmin evdə anası, iki bacısı və onlar 4 nəfər olmuşlar. 2 ildir ki, anasının evində yaşayır. Rəhmətlik ərinin 7-si günü telefonunu açmış və məlum olmuşdur ki, əri ölən gün günortaya qədər kimlərləsə danışıbmış. Onun telefonundakı nömrələrə uşaqlar zəng etmiş, həmin nömrələrin ərinin nömrəsini blok etdikləri məlum olmuşdur. Oğlu nömrələri yoxlamış, məlum olmuşdur ki, həmin nömrələrZaurun Elməddininin və Namikin olmuş, ərinin onlarla ölməmişdən qabaq söz-söhbətləri olmuş, mübahisə etmiş və ərinin ölməsini eşitdikdən sonra onlar onun nömrəsini bloka atıblarmış. Ərinin 40 mərasimindən sonra onlar Ələkbərlə əlaqə saxlamışlar. Bu işlərdə Ələkbərin köməklik etməsi və həmin adamları onun tanıdığı deyib ondan həmin adamların yaxasından yapışaraq pulu tələb etməsini bildirmişlər. Ələkbər Zaurla danışıqlarında pulu Namik adlı şəxslə Elməddinə verdiyini bilirmiş, bundan bir müddət sonra Elməddin də intihar edib özünü öldürmüşdür. Lakin Zaur hələ də verdiyi vədlərini davam edərək sənədlərin hazır olcağını deyirmiş. Bundan sonra Zaur tutulmuş və 2021-ci ilin yay ayında azadlığa çıxdıqdan sonra qardaşı Qasım Zaurla görüşüb pulu tələb edirmiş, Zaur da pulu Namikə verdiyini bildirirmiş. Ailələri eyni günləri təkrar yaşıyır, gözləmələr, vədlər. 2021-ci ilin əvvəllərində, dəqiq tarixi yadında deyil, Namik sənəd hazırdı, sadəcə 1800 manat pul əlavə lazımdır ki, mərhum əri Rafiqin adınan, yəni ölənin adına sənəd olmadığını, onun adına keçirəcəyini və Fövqəladə Hallar nazirliyindən icazə üçün lazım olduğunu demişdir. Onlar məcbur olub Namikin istədiyi 1800 manat pulu da qardaşı Qasım "xxxx" metrosunda Əmlakla üz-üzə sxem çıxaran MMC-nin qarşısında Namikə vermişlər ki, bu işə son qoyulsun. Bundan sonra günlər, aylar, illər keçsə də bir nəticə olmamışdır. Daha sonra onlar Namikin evinə getmiş, Namiki polisə verəcəklərini söylədikdən sonra Namiq hər bir ayı 50 manat olmaqla 3 ay kartlarına pul atmışdır. Namikgili kimlərisə öyrədib onlara zənglər etdirmişlər ki, guya həmin şəxslər əmlakdan və kadastrdan yeri gəlib yerində dəfələrlə cəkiliş edib getmişlər. Həmin şəxslər onları inandırmaq üçün hər yola əl atırmışlar. Yenidən onların evlərinə gedib yalvarmış, xahiş etmiş, pulun geri qaytarmasını səs yazmaları ilə tələb etmişlər. Zaur bu gün verərəm, sabah verərəm, Namik verəcək vədləri ilə hamını ürək xəstəsi edibmiş. Bundan sonra onlara məlum olmuşdur ki, həmin şəxslər Ələkbərə sosial ev düzəldmək məqsədi ilə 2100 manat pulunu alıb ona qarşı da dələduzluq etmişlər. Həmin şəxslər onların polisə verildiyini eşidəndə tez-tez zənglər edərək demişlər ki, gedin, polisdə bu iş həllini tapar. Əri rəhmətə getdiyindən 11800 manat pulun aldadılaraq alınması ona dəymiş ziyan sayılır. Bundan bir müddət, yəni ərinin ili çıxdıqdan sonra, 2022-ci ilin yanvar ayında Ələkbər sözügedən torpaq sahəsinə sənəd düzəltmək məqsədi ilə aldığı 10000 manat puldan 2000 manatı gətirib qaytarmış və bildirmişdir ki, Zaur ona deyib ki, pulu Namikdən alıb verəcək, bu, həmin pulun bir hissəsidir. Qalan hissəsini də Namik verəndə Zaur verəcəkdir. Lakin onlara məlum olmuşdur ki, Zaur həmin 2000 manat pulu da Ələkbərə qaytarmamış və Ələkbərə əlavə 2000 manat ziyan dəymişdir. O, həmin ərəfələrdə ərinin rəhmətə getməsi ilə bağlı stresdə olduğundan bacısı Şahid1 Zaurla telefon əlaqəsi saxlamış və Zaura demişdir ki, “həmin 10000 manat pul sizdədir, pulu qaytarın”. Zaur isə yalnız onda rəhmətlik Rafiqin verdiyi puldan 6000 manat olduğunu bildirmiş, hətta vəd vermişdir ki, pulu guya Namikə verib, ondan alıb tez bir zamanda onlara qaytaracaqdır. Hər dəfə də Zaurla üz-üzə danışmaq istədiklərini bacısı bildirəndə, Zaur gah qolbaq cəzası olduğundan evdən çıxa bilmədiyini, gah rayonda olduğunu deyərək görüşməkdən imtina etmişdir. Güründüyü kimi, Zaur onlardan aldığı pulun cəmi 2000 manatını qaytarmış, qalan məbləği isə indiyə qədər qaytarmamışdır. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, X9 onun doğma bacısı, Kazım İmanov da onun doğma qardaşıdır. Bacısı Könülün əri X11 2020-ci ilin noyabr ayında dünyasını dəyişmişdir. Rafiq sağlığında bacısı Könül ilə birgə əmlakı olan Xətai rayonu Əhmədli qəsəbəsi N.Tusi küçəsində yerləşən 64 kvm torpaq sahəsinə sənəd düzəltmək məqsədi ilə bu barədə həmin ərazidə qonşuduqda yaşayan Ələkbər adlı şəxsə demişdir. Ələkbər də bununla bağlı Elməddin adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs tapmış və Elməddinlə Zaura 2020-ci ilin sentyabr ayının 8-də 10000 manat pul vermişdir. Lakin sonra Rafiq vəfat etmiş və həmin Elməddin Zaur və Namik adlı şəxsərlə əlbir olub bacısı və rəhmətlik ərinin birgə əmlakı olan 64 kvm torpaq sahəsinə sənəd düzəltmək məqsədi ilə 10000 manat pullarını almış, lakin geri qaytarmamışdır. Həmin ərəfədə Zaur, Elməddin hər dəfəsində telefon danışıqları edərkən ona və qardaşı Kazıma bildirirmiş ki, sənəd düzəltmək məqsədi ilə 10000 manat pulu Namikə veriblər, sənəd tezliklə düzələcək. Həmin ərəfələrdə bacısı Könül stresdə olduğundan, o, Zaura zəng edərək 10000 manat pulu geri qaytarmasını demiş, Zaur isə onda yalnız rəhmətlik Rafiqin verdiyi puldan 6000 manat olduğunu bildirmiş, hətta vəd vermişdir ki, pulu guya kiməsə verib, ondan alıb tez bir zamanda onlara qaytaracaqdır. Bundan bir müddət sonra Namik torpağın sənədinin hazır olduğunu və əlavə 1800 manat pul lazım olduğunu bildirərək bacısının qardaşı Qasımla göndərdiyi əlavə 1800 manat pulunu da mənimsəmişlər. Hər dəfə də Zaurla üz-üzə danışmaq istədiklərini bildirsələr də Zaur gah qolbağ cəzasında oldğundan evdən çıxa bilmədiyini, gah da rayonda olduğunu deyərək görüşməkdən imtina etmişdir. 2022-ci ilin yanvar ayında Ələkbər sözügedən torpaq sahəsinə sənəd düzəltmək məqsədi ilə Zaurgilin aldığı 10000 manat puldan 2000 manatı gətirib qaytarmış və bildirmişdir ki, Zaur ona deyib ki, 2000 manat versin, Zaur özü Namikdən pul aldıqdan sonra 2000 manatı ona qaytaracaqdır. Lakin Zaur nə Ələkbərin onlara verdiyi 2000 manat pulu Ələkbərə qaytarmamış, nə də ki, qalan pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır, Ələkbər onun dostudur. Ələkbər uzun müddətdədir ki, evsiz qaldığından 2020-ci ilin oktyabr ayında sosial ev almaq qərarırna gəlmişdir. Bu barədə Ələkbərlə söhbət zamanı ona bildirmişdir ki, həmin ərəfədə tanıdığı Elməddin adlı şəxsin vasitəsi ilə Zaur adlı şəxsi tanyır. Zaurun əlaqələrinin geniş olduğunu demiş və Ələkbər üçün sosial ev almasında köməklik edəcəyini vəd vermişdir. Hətta bununla bağlı Ələkbərlə Zaur arasında olan görüş zamanı o da orada olmuşdur. Zaur Ələkbərin ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini, daha sonra isə Ələkbərin və Ələkbərin digər tanışlarının, hətta onun telefon nömrəsini yazıb götürmüşdür ki, sənədləşdirmə işində lazım olacaqmış. Daha sonra Zaur Ələkbərə sosial ev veriləcəyini və bunun müqabilində Ələkbərdən ümumilikdə 15000 manat pul verməyini istəyərək 2021-ci ilin yanvar ayında sosial evi Ələkbərə verəcəyini inandırmış, həmçinin bildirmişir ki, 15000 manat pulun bir hissəsini Ələkbər əvvəlcə, qalan hissəsini isə evi aldıqdan sonra verməli olacaqdır. Ələkbər razılaşdıqdan sonra oradaca Zaura onun yanında Mərdəkan qəsəbəsində fəaliyyət göstərən “Rahat” marketin qarşısnda ilkin olaraq 1000 manat pul vermişdir. Bundan sonra onun iştirakı olmadan Ələkbər 1100 manat əlavə olaraq ayrı-ayrı vaxtlarda Zaura pul vermişdir. Lakin Zaur tutulmuş-çıxmış, hələ də Ələkbərə ev verilməmişdir. Ələkbər bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Təxminən 2020-ci ilin dekabr ayının ortalarında mərhum qonşuları Rafiqin torpağının sənədləşdirməsi barədə Şüvəlan qəsəbəsində Kazımla görüşərək bir qədər söhbət edib Zaurla telefon əlaqəsi saxlayıb sənədlərin nə üçün düzəlmədiyi ilə maraqlanmaq üçün görüşmüşdür. Zaurla görüş zamanı Kazım məsələnin nə yerdə olduğunu və nə üçün bu qədər pul verilsə də məsələnin həll olunmadığını soruşmuş, Zaur isə 8750 manat pulun sənədləşmə ilə bağlı Namikdə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 göstərdi ki, X9 onun doğma bacısıdır. Könülün əri Rafiq xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Rafiq sağlığında, yəni 2020-ci ilin təxminən sentyabr ayında qərarlaşdırmışdır ki, onların yaşadığı Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsində olan mənzillərinin yaxınılığında yerləşən onlara məxsus 64 kvm torpaq sahəsinə sərəncam alıb orada tikili aparsın. Bunun üçün Rafiq qonşuluqda yaşayan Ələkbərə müraciət etmişdir. Ələkbər tanıdığı Elməddin adlı şəxsin belə məsələrlə məşğul olduğunu bildirib Elməddinlə əlaqə saxlamışdır. Lakin həmin telefon danışıqlarında o, işitirak etməmiş, sadəcə bunları rəhmətlik Rafiq ona demişdir. Bundan sonra Rafiq demişdir ki, sənədləşmə ilə bağlı adamı tapıb, gedib görüşsünlər. Rafiqlə onun Elməddin adlı şəxsin razılığı əsasında Şüvəlan qəsəbəsində yerləşən “Həyat” restoranını həyətində görüşmüşlər. Rafiq ora getməmişdən ona əvvəlki görüşdə Elməddinin onu arxayın edib sərəncam düzəldəcəyini söz verməsini və bu sənədləşmənin 10000 manata başa gələcəyini demişdir. Hətta Elməddin həmin sənədin 36-60 gün ərzində sənədin tam hazır olacağını da bildirmişdir. O, Elməddin, Ələkbər və rəhmətlik Rafiq ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən “Həyat” restoranının həyətində görüşmüş və orada Rafiq 10000 manat pul vermişdir. Ələkbərgil Rafiqə demişlər ki, notariusda notarial qaydada pulu Rafiq Elməddinin adına vermişdir ki, sonra problem yaranmasın. Rafiq notariusun 200 manat pul istədiyini bildikdən sonra razı olmamışdır və Ələkbər Rafiqin verdiyi 10000 manat pulu sayıb Elməddinə vermişdir. Həmin pulu Elməddin cibinə qoymuş və bir daha tanışı Zaur adlı şəxslə birlikdə bu işi həll edəcəyini Rafiqə deyib əmin etmişdir. Rafiq hər dəfə Elməddinlə bu barədə danışdıqda Elməddin narahat olmamasını və tezliklə hazır olacağı vədlərini verib Rafiqi əmin edirmiş. Bundan sonra o da hər dəfə Ələkbəri görüb soruşduqda, Ələkbər də Elməddinə yığıb soruşanda Elməddin məsələnin yaxın zamanda həll olunacağını və sənədlərin alınacağını bildirirmiş. Hətta Namik adlı şəxsin əlaqə nömrəsini vermiş, Namiklə danışdıqdan sonra Namik də öz növbəsində Zaur adlı şəxsin bu məsələ ilə həll olunmasını deyərək onun və bacısının ailəsini aldadırmış. xx.xx.2020-ci il tarixdə Namik onunla telefon əlaqəsi saxlayıb onunla görüşməyini bildirmiş və həmin gün o, Namiklə görüşmüşdür. Namik onunla söhbət zamanı bildirmişdir ki, bacısı X7 məxsus Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi ev 6 da yerləşən 64m2 topaq sahəsinə çıxarışın hazırdır, sonuncu mərhələ olaraq sənədin mərhum Rafiqin adından Könülün adına keçiriləcəyini və Fövqəladə Hallar Nazirliyindən sənədlərin alınacağını bildirib ondan əlavə olaraq 800 manat pul istəmişdir. O, bu barədə Könül ilə danışdıqdan sonra razılıq verəcəyini demişdir. Hətta Namik ona bildirmişdir ki, bu barədə Zaur və Elməddin bilməsin. O, Könül ilə razılaşdıqdan sonra həminin günün səhəri, yəni xx.xx.2020-ci il tarixdə Namiklə "xxxx" metrostansiyasının yaxınılığında Könülün ona verdiyi 800 manat pulu vermişdir ki, bu məsələyə son qoyub hazırlasın. Bundan bir neçə gün sonra həmin ilin dekabr ayının ilk günlərində Zaur onunla telefon əlaqəsi saxlayıb Namiklə birlikdə olduğunu və görüşmək istədiklərini demişdir. O, Zaur və Namiklə birlikdə Şimal DRES qəsəbəsində “Azal Arena”nın yaxınlığında görüşmüşdür. Söhbət zamanı onlar ona bildirmişlər ki, artıq sənədlər hazırdır, sadəcə sənədi oradan götürmək üçün yekun olaraq 1000 manat pul lazımdır. O, buna etiraz etməyə çalışsa da onlar ona daha narahat olmamağını və əminliklə danışmış, o da onlara inanmışdır. Bundan bir neçə saat sonra gedib Könül ilə olanları danışmış və Könül də Zaurgilin bu dediklərinə inanıb razılaşdıqdan sonra Könülün verdiyi 1000 manat pulu həmin yerdə gətirib Zaur ilə Namikə vermişdir. Bundan sonra həmin ilin dekabr ayında Elməddin özünü öldürmüşdür. Eyni zamanda Zaur başqa bir işə görə həbs edilmişdir. Lakin sənədlər nə hazır olmuş, nə də ki, pul geri qaytarılmışdır. Namiklə hər dəfə əlaqə saxladıqda, o, pulu Zaurla Elməddinə verdiyini deyirmiş. Bundan sonra günlər, aylar, illər keçsə də bir nəticə olmamışdır. Daha sonra onlar Namikin evinə getmiş, onu polisə verəcəklərini söylədikdən sonra Namiq hər bir ayı 50 manat olmaqla 3 ay Könülün kartına pul atmışdır. Həmin şəxslər onları inandirmaq üçün hər yola əl atmışlar. Yenidən həmin şəxslərlə danışmaq üçün evlərinə gedib yalvarmış, xahiş etmiş, pulun geri qaytarmasını səs yazmaları ilə tələb etmişlər. Zaur “bu gün verərəm, sabah verərəm, Namik verəcək” vədləri ilə hamının gözünü yolda qoymuşdur. Bununla da Könülə ümumilikdə 11800 manat maddi ziyan dəymişdir. Bundan bir müddət sonra 2022-ci ilin yanvar ayında Ələkbər Könülgildən aldığı 10000 manat puldan 2000 manatı gətirib qaytarmış və bildirmişdir ki, Zaur ona deyib ki, pulu Namikdən alıb verəcək, bu, həmin pulun bir hissəsidir, qalan hissəsini də Namik verəndə verəcəkdir. Lakin onlara məlum olmuşdur ki, Zaur həmin 2000 manat pulu da Ələkbərə qaytarmayıb, Ələkbərə əlavə 2000 manat ziyan dəymişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən onlar ifadələrində qeyd etdikləri xüsusatları birbirilərinin üzlərinə deyərək bir daha təsdiq etmişlər. İş materiallarında olan cinayət işinin mateiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Rafiq Qarayevin 12 noyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işinin istintaq müddətinin yekunlaşdığı nəzərə alınaraq X6 və X2 barələrində ********* nömrə altında Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə ayrıca cinayət təqibinin ayrılması və ayrılmış ********* saylı cinayət işinin icraata qəbul olunmaqla istintaqının aparılması qərara alınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Rafiq Qarayevin 12 noyabr 2022-ci il tarixli qərarından görünür ki, X4 cinayət törədib öldüyündən ********* saylı cinayət işinin materiallarından ayrılmış cinayət işi üzrə barəsində hissəvi xitam verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, səs yazılarını və videogörüntüləri əks etdirən 01 ədəd SD-R disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin X1 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 18 (on səkkiz) gün müddətin bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, onun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya İŞöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənəkək dəyişdirilməməsi hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının qalan çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, ifadəsində öz müdafiəsi üçün dəlil gətirərək yalnız Zərərçəkmiş şəxs göndərdiyi 1800 manat pulun Namik Nuriyevə çatdırdığını, həmin 1800 manat puldan Namikin ona ümumilikdə 150 manat pul verdiyini və 10000 manat puldan heç bir məlumatının olmamasını göstərmiş, lakin onun özünü təqsirli bilməməsi barədə verdiyi həmin ifadə iş üzrə toplanmış mötəbər sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, üzləşdirmə protokolları ilə, diskə baxış keçirmə barədə protokol ilə, maddi sübut olan səs yazılarını və videogörüntünü əks etdirən 01 ədəd SD-R diski ilə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, psixi inkişaf səviyyəsinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 04 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - səs yazılarını və videogörüntüləri əks etdirən 01 ədəd SD-R disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - səs yazılarını və videogörüntüləri əks etdirən 01 ədəd SD-R disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-102/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-102/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver