Məhkəmə qərarları › İş №1(003)-103/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-103/2022

29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-103/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs “General-Auto-Company” firmasının nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi, vəkil Müdafiəçi1, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı ildə Cəlilabad rayonu, Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sarxanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq nəqiliyyat vasitəsini idarə edərkən ehtiyyatsızlıqdan zərərçəkmişin ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə, saat 19:10 radələrində idarə etdiyi «X15» firmasına məxsus «Daewoo» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı «169» saylı marşurut avtobusu ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları yaşayış sahəsi, qəsəbədaxili yol ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmişdir. Mövcud şəraitdə ehtiyatsızlıqdan yolu keçən piyada X5 avtobusun qabaq sol hissəsi ilə vuraraq onun - ənsə nahiyəsinin əzilmiş yarası; ənsə nahiyyəsinin, sol əlin arxa səthinin, sağ dirsək nahiyyəsinin, sağ dizin ön səthinin, sol dizin bayır səthinin, sağ baldırın yuxarı üçdə birinin iç səthinin, sol ayağın bayır topuğunun sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq geniş qişasına geniş qansızmalar; ənsə-təpə və sol gicgah sümüklərinin kəllə əsası sümüklərinə keçən qəlpəli-basılmış sınıqları; burun sümüyünün qapalı sınığı; sağ Vİİ, Vİİİ, İX və sol Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, az yerdəyişən sınıqları; kəskin daxili qanitirmə ilə müşayiət olunan hər iki ağciyərin və dalağın cırılmaları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri alaraq hadisə yerində ölməsinə, zərərçəkmiş hüquqi şəxs «X15» firmasının əmlakı olan «Daewoo» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat məbləğində ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021ci ilin oktyabr ayının əvvəlindən Buzovna qəsəbəsi, Badam Bağlarından «Koroğlu» metrostansiyasına və əksinə hərəkət edən «169» saylı marşrut avtobusunda sürücü kimi işləməyə başlamışdır. Himayəsində üç azyaşlı uşağı vardır və ailəyə qazanc gətirən yeganə şəxsdir. 25 oktyabr 2021-ci il tarixdə, saat 19:10 radələrində idarə etdiyi «Daewoo» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı «169» saylı marşurut avtobusu ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları yaşayış sahəsində qəsəbədaxili yol ilə 30-40 km/saat hərəkətdə olmuşdur. Bu zaman bir nəfər kişi piyadanın yolu sağdan sola doğru çəpinə vəziyyətdə keçdiyini görüb həmin şəxsi vurmamaq üçün əyləci basıb sükanı sola doğru döndərmişdir. Lakin avtobusun ön sol tərəfi ilə həmin piyadanı vurmuş və avtobus yoldan çıxıb sağda divarı uçurdaraq həyətə girmişdir. O, dərhal avtobusdan düşüb vurduğu şəxsə yaxınlaşmışdır. Həmin yerə yığışan şəxslərin köməkliyi ilə hadisə yerinə polis və təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım işçiləri gələrkən piyadanın öldüyünü demişlər. Hadisədən sonra qohumları ölmüş şəxsin dəfn mərasimində iştirak etmək istsələr də, onları öldürməklə hədələmişlər. Lakin sonradan yas mərasimlərində iştirak etmişlər. Onlar yas mərasimi ilə bağlı xərcləri çəkmək istəsələr də, ölən şəxsin qardaşı ölmüş qardaşının uşaqları üçün ev tikməyə köməklik etməyi təklif etmiş və onlar razılaşmışlar. Bu məqsədlə ilkin olaraq onlara borca pul alaraq 6000 manat pul təklif etmişlər. Lakin onlar razı olmamışlar. İkinci dəfə 8500 manat təklif etmişlər və bu barədə ölmüş şəxsin qaynatası razılıq vermişdir. Ancaq sonradan zəng edərək ölən şəxsin qardaşının razı olmadığını bildirmişdir. Sonuncu dəfə 10000 manat pul təklif etmişlər, lakin onlar razı olmamışlar. Onlar zərərçəkmiş şəxslə barışıq əldə etmək və maddi cəhətdən köməklik etmək üçün dəfələrlə cəhd göstərsələr də, onlardan asılı olmayan səbəblərə görə barışıq əldə olunmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri onun əməlini etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, mərhum X8 onun qardaşıdır. 25 oktyabr 2021-ci il tarixdə, saat 19:15 radələrində qardaşı Zauru Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları deyilən ərazidə qəsəbədaxili yolda piyada hərəkətdə olarkən avtobus vurduğunu bildirmişlər. Qardaşının vurulduğu yer onun yaşadığı evə yaxın olduğundan o həmin yerə gələrkən çoxlu adamların və polis əməkdaşlarının olduğunu görmüşdür. Orada bilmişdir ki, qardaşı Zaur piyada gedərkən «169» saylı marşrut avtubusu onu vurmuş, sonra avtobus hasarlanmış boş torpaq sahəsinə çırpılıb hasarını uçuraraq həmin həyətə girmişdir. Sonradan qardaşının meyiti müayinə olunması üçün Xəzər rayon Məhkəmə Tibb Ekspertizası Birliyinin rayon şöbəsinə aparılmışdır. Baş vermiş hadisədən sonra hadisəni törətmiş şəxs və yaxınları dəfn və yas mərasimində iştirak etmək istəsələr də, buna imkan verməmişlər. Sonradan yas mərasimində iştirak edərək onlara maddi cəhətdən yardım üçün pul təklif etsələr də, onların təklifi onları qane etməmişdir. Ona görə də, həmin təklifə razı olmamış və bundan sonra heç bir təklifə də, razı eyildir. Təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, lakin heç bir tələbinin olmadığını bildirərək ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “General-Auto-Company” firmasının nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, «X15» firmasında hüquqşünas vəzifəsində işləyir. Təqsirləndirilən şəxs idarə etdiyi «Daewoo» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı «169» saylı marşurut avtobus «X15» firmasına məxsusdur və idarə etmək üçün müqavilə əsasında Təqsirləndirilən şəxs verilmişdir. Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları yaşayış sahəsində qəsəbədaxili yol ilə hərəkətdə olarkən yolu keçən piyada X4 ehtiyatsızlıqdan avtobusla vurmuş, piyada Zaur Ələkbərov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisədən sonra avtobus yoldan çıxıb sağda yerləşən hasarlanmış boş torpaq sahəsinin divarına çırpılıb divarı uçurdaraq həyətə girmişdir. Hadisə nəticəsində avtobusun qabaq hissəsinin əzilməsi ilə bağlı «X15» firmasına 300 manat maddi ziyan dəymişdir. Lakin sürücü Təqsirləndirilən şəxs tərəfindən avtobus təmamilə təmir olunaraq şirkətə təhvil verilmişdir. Müslüm Əzizağa oğluna qarşı şikayət və tələbinin olmadığını, cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 25 oktyabr 2021-ji il tarixli, 1/3773 saylı aktından görünür ki, sürüjü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbayjan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polisi İdarəsinin 06 noyabr 2021-ji il tarixli, 016-131883-1221 saylı məktubundan görünür ki, DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə (xx.xx.2021-ji il tarixədək etibarlı olan) AB 704384 nömrəli «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 8/2811 nömrəli rəyindən görünür ki, «Daewoo BS 090» markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 25 oktyabr 2021-ci il tarixli, 193 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü X1 meyitində aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin əzilmiş yarası; ənsə nahiyyəsinin, sol əlin arxa səthinin, sağ dirsək nahiyyəsinin, sağ dizin ön səthinin, sol dizin bayır səthinin, sağ baldırın yuxarı üçdə birinin iç səthinin, sol ayağın bayır topuğunun sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq geniş qişasına geniş qansızmalar; ənsə-təpə və sol gijgah sümüklərinin kəllə əsası sümüklərinə keçən qəlpəli-basılmış sınıqları; burun sümüyünün qapalı sınığı; sağ Vİİ, Vİİİ, İX və sol Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, az yerdəyişən sınıqları; kəskin daxili qanitirmə ilə müşayiət olunan hər iki ağciyərin və dalağın cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2021-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. --- X1 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nətiəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur (məhkəmə-histoloji müayinə aktı № 1951, xx.xx.2021). --- Meyit əlamətlərinin inkişaf dərəjəsinə əsasən demək olar ki, ölüm X1 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. --- X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 3535/K, xx.xx.2021). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 25 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1976-cı ildə Cəlilabad rayonu, Sarxanlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək və maddi cəhətdən köməklik etmək üçün dəfələrlə cəhd etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı tələbinin olmamasını, üç uşağının onun himayəsində olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyasında müəyyən edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli müəssisədə qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülsün. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X9 Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X7 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar