Məhkəmə qərarları › İş №1(003)-103/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-103/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-103/2025 27.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, X9 istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,277 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla Xətai rayonu, Cavanşir küçəsi 20 saylı ünvanına daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 36-cı PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində 23 oktyabr 2023-cü il tarixdə saat 14:00-da həmin şöbənin əməkdaşları tərəfindən Xətai rayonu, Cavanşir küçəsi 20 saylı ünvanın yaxınlığında saxlanılıb, ünvan 3 RPİ-nin 36-cı PŞ-nə gətirilərək həmin gün orada saat 14:50 radələrində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən təmiz çəkisi 0,277 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, X9 istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,319 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 06 dekabr 2023-cü il tarixdə saat 19:45 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində faəliyyət göstərən “Favorit” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 21:30 radələrində Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,319 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqarda narkotik vasitə heroin aşkar götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,518 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metro stansiyasının yaxınlığına kimi daşıyaraq üzərində saxlamış, barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə açılmış axtarış işi əsasında Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 avqust 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metro stansiyasının yaxınlığında saxlanılaraq həmin gün saat 15:50-də Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş, üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,518 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış xeyli miqarda psixotrop maddə metamfetaminin üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş X9 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, narkotik vasitələrin istifadəçisidir. Əvvəllər də narkotik vasitələrə görə məhkum olunmuşdur. Lakin ona qarşı verilmiş ittiham aktı üzrə özünü qismən təqsirli bilir. Çünki yalnız bir epizod üzrə onu MSYnə yerləşdirilən zaman üzərindən narkotik vasitəni çıxarıb təhvil vermişdir. Digər epizodlarda isə qanında narkotik vasitə aşkarlanacağını bildiyindən polis əməkdaşlarının dedikləri ilə razılaşmış və narkotik vasitənin üzərindən çıxmasına dair aparılmış bütün istintaq hərəkətlərinə razılıq vermişdir. Təqsirləndirilən şəxs son sözündə xəstəliyi nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadədən görünür ki, o, adətən iynə ilə damara enjektə etmə üsulu ilə olmaqla, təxminən 2016-cı ildən narkotik vasitələrdən istifadə edir. Buna səbəb isə bədənində olan ağrılardır. Əvvəllər narkotik vasitələri daşımaqla istifadə etdiyinə görə azadlıqdan məhrum edilmişdir. 2016-cı ildə azadlığa buraxılmışdır. 23 oktyabr 2023-cü il tarixdə üzərindən psixotrop maddənin aşkar edilərək götürülməsi faktı ilə əlaqədar bildirmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində “20 yanvar” dairəsi yaxınlığında olan zaman əvvəllər də narkotik vasitə aldığı, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi həmin şəxsi uzaqdan görmüş, həmin şəxsə yaxınlaşaraq “patı” deyilən narkotik vasitə metamfetamini almaq istədiyini dedikdən sonra həmin şəxs ondan pul verməsini istəmiş, çox vaxt olduğu kimi o, yenə 15 manat pul ödəməklə həmin şəxsin verdiyi bir ədəd bükümü götürmüşdür. Bükümü əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoyaraq münasib vaxtda istifadə etməyi fikirləşmişdir. Həmin gün saat 14:00 radələrində ünvan 5 ünvanın qarşısında olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra o, Xətai RPİ-nin 36-cı polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş və şöbəyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, könüllü qaydada əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi psixotrop maddə elektron tərəzidə çəkilmiş və psixotrop maddənin bükümlə birlikdə çəkisinin 0,58 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmiş, Xətai RPİ-nin İstintaq şöbəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 9 manata bir büküm şəxsi istifadə üçün narkotik vasitə alıb üzərində saxlamışdır. Saat təxminən 19:00 radələrində şəxsi işi ilə əlaqədar Buzovna qəsəbəsi ərazisinə getmiş, təxminən saat 19:45 radələrində Buzovna qəsəbəsi ərazisinə Favorit marketin yanında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu 2-ci PŞ-nə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin xidməti otaqlarının birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkili ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxt polis əməkdaşı üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsini təklif etmişdir. O, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmiş, sonra polis əməkdaşları ondan həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etməsini soruşmuşlar. O da həmin gümüşü rəngli siqaret kağızma bükülmüş kütlənin narkotik vasitə heroin olduğunu, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin 01 ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, onun da tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Digər polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfimdən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamış, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə və ya psixotrop maddə saxlamamış, üzərində narkotik vasitə heroin olması və gəzdirməsi barədə heç kimin məlumatı olmamış, həmin narkotik vasitə heroini istifadə etməyə imkan tapmamış polis əməkdaşları tərəfindən saxlanıldığı üçün ondan istifadə edə bilməmişdir. Xəzər Rayon prokuroru tərəfindən azad edildikdən sonra ibridai istintaq orqanına gəlməli olduğunu bilsə də asma xəstəsi olduğu üçün müalicə aldığından ibtidai istintaq orqanına gəlib gedə bilməmişdir. Eləcə də ona telefon vasitəsi ilə istintaq orqanına gəlməsi bildirildikdə səhlənkarlığı ucbatından gələ bilməmiş, bu onun xəstə olması ilə əlaqədar olmuş, Xəzər RPİ-nin MSY-də üzərindən psixotrop maddə metamfemetaminin aşkar edilərək götürülməsi ilə əlaqədar bildirmişdir ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları onu xx.xx.2024-cü il tarixdə kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosu yaxınlığında olan nömrəsi yadında olmayan evdə saxlamış və həmin tarixdə Xəzər RPİ-nin MSY-nə təhvil vermişlər. MSY-nin əməkdaşları üzərinə baxış keçirən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffav sellofana bükülmüş psxotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin psixotrop maddə metamfetamini təxminən 3-4 gün əvvələr İram İslam Respublikasının vətəndaşı Bəhzat adlı şəxsdən şəxsi istifadəsi üçün almış, həmin Behzat psixotrop maddəni ona əlbə-əl verməmiş, onu «Həzi Aslanov» metrosunun yaxınlığında olan adı yadında qalmayan ərzaq mağazasının arxasında daşın altına qoymuş, həmin psixotrop maddəyə 15 manat pul vermiş, pulu həmin daşın altına qoyub oradan uzaqlaşmışdır. Behzat adlı şəxslə sosial şəbəkə üzərindən danışdığını, üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün alıb əldə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən və psxotrop maddə metamfetamindən başqa heç bir yerdə hər hansı bir növ psixotrop maddə və ya narkotik vasitə saxlamadığını, üzərində narkotik vasitə heroin və psxotrop maddə olması və gəzdirməsi barədə heç kimin məlumatı olmadığını, əldə etdiyi psixotrop maddəni və narkotik vasitə heroini istifadə etməyə imkan tapmamış polis əməkdaşları tərəfindən saxlanıldığı üçün ondan istifadə etmək imkanının olmadığını, polis işçiləri tərəfindən heç bir fiziki və ya mənəvi təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə “İlqar” adlı şəxsin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Həmin məlumat əsasında 06 dekabr 2023-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən “Favorit” marketin yaxınlığına onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 2-ci Polis Şöbəsinə getmişdir. Onlar hadisə barədə raport yazıb məruzə etmişlər. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə keçirilmiş və o, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxardıb təqdim etmişdir. 01 ədəd bükülü təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Həmin zaman ona heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin MSY-nin MSYnin növbətçi köməkçisi polis baş serjantı X12 bildirdi ki, Xəzər RPİ-nin MSY-nin növbətçisi vəzifəsində xidmət edir. 23 avqust 2024-cü il tarixdə həmin idarənin MSY-nin növbətçi köməkçiləri Şahid6 və X10 ilə birlikdə xidmətdə olduqları zaman saat 15:50-də MSY-nə təhvil verilmiş və üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş və içərisində ağ rəngli kristalşəkilli maddə olan 01 ədəd büküm aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş və təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin MSY-nin növbətçi köməkçisi, polis baş serjantı Şahid6 eyni məzmunlu ifadə verərək X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid4 bildirdi ki, 23 oktyabr 2023-cü il tarixdə, saat 14:00-da Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 20 ünvanının yaxdığında Xətai RPİnin 36-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 ilə birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmaq istəmişlər. Bu zaman sonuncu qaçmış, biraz qaçıb dayanmışdır. Ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və İlqar İsrafılova da özünü təqdim etməsini bildirmişlər. Onu 36-cı polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılan zaman əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş, içərisində ağ rəngli, kristal şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Ona əməliyyat məlumatı daxil olmamışdır. Ola bilər ki, əməliyyat müvəkkilləri əməliyyat qrupu yaratmışdırlar. Təqsirləndirilən şəxs saxlanılarkən, şöbəyə gətirilərkən və barəsində şəxsi axtarış və götürülmə keçirilərkən ona qarşı hər hansı psixi və fiziki təsir edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icrraat zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin MSY-nin növbətçisi, polis baş serjantı Şahid5 məhkəmə istintaqı zamanı iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədən görünür ki, Xəzər RPİ-nin MSY-nin növbətçisi vəzifəsində xidmət edir, polis baş serjantıdır. 23 avqust 2024cü il tarixdə həmin idarənin MSY-nin növbətçi köməkçiləri Şahid6 və X10 ilə birlikdə xidmətdə olduqları zaman saat 15:50-də Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-nin əməiyyat müvəkkili Həsən Əliyev və həmin şöbənin əməliyyat müvəkkili Şahid1 tərəfindən MSY-nə təhvil verilmiş, şəxsi təhvil alarkən onun barəsində Xəzər RPİ-nin İŞ-i tərəfindən axtarış elan olunduğu və 23 avqust 2024-cü il tarixdə saxlanılaraq gətirildiyi məlum olmuşdur. Azərbaycan Respublikası DİN-in xx.xx.2014-cü il tarixli əmrinin tələblərinə əsasən zəruri olduğundan müstəntiq Mirzəbala Əliyev tərəfindən onların və Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş və içərisində ağ rəngli kristalşəkilli maddə olan 01 ədəd büküm aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, onu təxminən 3-4 gün əvvələr İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə danışaraq Həzi Aslanov metrosunun yaxınlığından şəxsi istifadəsi üçün 15 manata aldığını demiş, bundan sonra aşkar edilmiş maddə götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol və zərfin üzəri Təqsirləndirilən şəxs iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 24 avqust 2024-cü il tarixli, 3-16-16/2- 6/4311 saylı ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №244» möhür əksi, "X5 üzərindən götürülmüş maddə” və sair adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,518 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 23 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/5690 saylı ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151" dairəvi möhür əksi, "..Şübhəli şəxs (imza)..." sözlər və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,277 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 07 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 6/6298 saylı ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №193" dairəvi möhür əksi olan, "Vət. X5 üzərindən..." soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,319 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 8058 nömrəli rəy məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 233, 315.2, 186.2.2, 66.3-cü maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 850 saylı əfv etmə fərmanına əsasən azad olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 93.1.4-cü maddələrinə əsasən 2 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 93.1.4-cü maddələrinə əsasən 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2020-ci il tarixdə Xətai Rayon Polis İdarəsi tərəfindən CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2020-ci il tarixli qərarla AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan: - “Axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə Xətai rayonu ərazisində saxlanılaraq, Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. - “Götürmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CPM-nin 51, 85.1, 242, 247-ci maddələrini rəhbər tutaraq, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan müvafiq qaydada götürülmüş və ekspertizaya təqdim edilməkdən ötrü qablaşdırılmışdır. - “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Xəzər RPİnin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21:00-da tutulmuşdur. - 06 dekabr 2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Xəzər RPİnin 2-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid2 iştirakları ilə Xəzər RPİnin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən Təqsirləndirilən şəxs üzərinə, şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 9 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Fariz Məmmədov tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus bir ədəd alışqan və bir ədəd seqaret özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində 06 dekabr 2023-cü il tarixdə, saat 21:30-dan saat 22:00-dək aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı çəkilmiş video görüntülərin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. - Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokolun məzmununa uyğun olmuşdur. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis mayoru X13 tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:40-da tutulmuşdur. -Cinayət işi üzrə 23 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3, Xətai RPİ-nin 36-cı PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, Xətai RPİ-nin 36- cı PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid4, Xətai RPİ- nin inspektor kriminalisti, polis baş leytenantı X8 iştirakları ilə Xətai RPİ-nin 36-cı PŞnin təhqiqatçısı, polis mayoru Qabil Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərinə, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kağız bükülünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində "20 yanvar" dairəsinin yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükümündə şəffaf rəngli, kristalşəkilli maddənin psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Həmin bükülü Çin istehsalı olan elektron tərəzidə çəkilmiş və çəkisinin 0,58 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində 23 oktyabr 2023-cü il tarixdə, saat 14:50-dən saat 14:58-dək aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı çəkilmiş video görüntülərin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin İŞnin müstəntiqi, polis baş leytenantı X18 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokolun məzmununa uyğun olmuşdur. - Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 4(011)-684/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsində dair təqdimatın təmin edilməməsi və dərhal məhkəmə zalında həbsdən azad edilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 4(003)-330/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbirinin seçilməsi və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə istintaqı zamanı iş materiallarında olan iki ədəd diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin disklərdə olan videogörüntülər xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokolların məzmununa uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,468 və 0,227 qram kustar üsulla hazırlanmış narkotik vasitələr-metamfetamin, 0,269 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 255 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı cəmi 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimi cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,227 və 0,468 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və 0,269 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 255 (iki yüz əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 08 saata görə 48 manat, ümumilikdə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar