Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-106/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-461/2021 saylı 20 noyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 noyabr 2021-ci il tarixdən hesablanan, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-503/2021 saylı 16 dekabr 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə saat təxminən 01:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən bağ evinin darvazasının açıq olmasından istifadə edərək, yaşayış sahəsinə qanunsuz daxil olmaq yolu ilə əvvəlcə həyətdəki 850 manat dəyərində bir ədəd “Herman” markalı kombi aparatını, daha sonra həyətdəki saxlanc yeri olan qarajdan 30 manat dəyərində bir ədəd “Candan” markalı elektrik qızdırma cihazını, 180 manat dəyərində iki ədəd “Bosch” markalı dreli, 10 manat dəyərində “Eraplast” markalı uzadılma cihazını, 240 manat dəyərində iki ədəd “Bosch” markalı laqondanı, 60 manat dəyərində bir ədəd “Angle Grinder” markalı laqondanı, 20 manat dəyərində bir ədəd “WH” markalı stabilizatoru, 125 manat dəyərində 100 metr uzunluğunda olan 4 kilovatlıq elektrik kabeli, 20 manat dəyərində içərisində 20 ədəd olan bir qutu “Uniflex” markalı dəmir kəsən diski, 450 manat dəyərində bir ədəd “Bosch” markalı perforatoru, 250 manat dəyərində “Magmaweld” markalı elektrik qaynağını, 120 manat dəyərində bir ədəd samovarı və 120 manat dəyərində bir ədəd “Rolf” markalı ot biçən aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 2475 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ibtidai istintaq zamanı ona edilmiş təzyiqlər altında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Xəzər rayonu Albalılıq qəsəbəsində yerləşən bağ evlərinin birində usta işlərini görərkən maddi sıxıntıları olduğu üçün oğurluq etmək qərarına gəlmiş və 18 noyabr 2021-ci il tarixdə saat təxminən 01:00 radələrində Albalılıq qəsəbəsi 5 saylı ünvanda yerləşən bağ evinin qarşısına getmişdir. Darvazanın qapısını yoxladıqda açıq olmasını görmüş və həyətə daxil olub heç kimsənin olmamasına əmin olduqdan sonra oğurluq etməyini qətiləşdirmişdir. Sonra həyətdə xüsusi kombi otağının açıq qapısından daxil olub divarda asılmış kombini götürüb çölə çıxardıb yerə qoymuş, daha sonra kombinin üzərində olan açarla həyətdəki qarajın qapısını açıb içəri daxil olmuşdur. Oradan isə bir ədəd stabilizator, bir ədəd elektrik qızdırma cihazı, iki ədəd drel, bir ədəd uzadılma cihazı, üç ədəd laqonda, bir top elektrik naqili, bir qutu dəmir kəsən disk, bir ədəd perforator, bir ədəd samovar, bir ədəd elektrik qaynaq aparatı və bir ədəd ot biçən aparatını götürüb çölə çıxartmışdır. Həmin əşyaları aparmaq üçün isə 8555 nömrəli taksi xidməti vasitəsilə taksi sifariş etmişdir. Taksi gəldikdən sonra oğurladığı əşyaları həmin avtomobilə yerləşdirmiş və sürücüdən onu yaşadığı ünvana aparmasını xahiş etmişdir. Maştağa qəsəbəsində taksi sürücüsü avtomobili saxladıqda polis əməkdaşları onlara yaxınlaşmışlar. Onun bir qədər həyəcanlı olmağı çox hiss edildiyi üçün isə polis əməkdaşları onları Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. Orada o, törətdiyi əməli etiraf etdikdən sonra hadisəni törətdiyi inzibati ərazi vahidi üzrə Xəzər RPİ-nin 2-ci PŞ-nə təhvil verilmişdir. Hazırkı açıq məhkəmə iclasında isə əsil həqiqəti söyləyir və bildirir ki, o, oğurluq etmək məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Albalılıq qəsəbəsi 5 saylı ünvanda – onun usta işlədiyi yerin yaxınlığında yerləşən bağ evinə girmiş və evin həyətində bəzi məişət əşyalarını görüb onları oğurlayıb aparmaqdan ötrü 8555 nömrəli taksi xidməti vasitəsilə yük taksisi sifariş etmişdir. Lakin şirkətdən ona yük taksisi olmadığı bildirildikdə, o, sifarişdən imtina edərək həyətdən heç nə götürmədən küçəyə çıxıb hər hansı yol maşını ilə evə getmək istəmişdir. Bir müddətdən sonra mobil telefonuna zəng gəlmiş və həmiş şəxs özünü 8555 nömrəli taksi xidmətinin sürücüsü kimi təqdim edib onun sifarişinə əsasən buraya gəldiyini deyərək olduğu yerin dəqiq koordinatlarını ona göndərməyi xahiş etmişdir. O, olduğu yerin koordinatlarını göndərdikdən sonra həmin şəxs idarə etdiyi nömrəsini xatırlamadığı “KİA” markalı avtomaşınla oraya gəlib çıxmış, onu öz yanındakı qabaq oturacağa əyləşməyə dəvət etmişdir. Maşının salonundakı arxa oturacağa müxtəlif əşyaların yığıldığını, bundan başqa, bir nəfərin də orada oturduğunu görmüşdür. Taksi sürücüsü həmin şəxsi öz qardaşı kimi ona təqdim etmiş və onlar yola davam etmişlər. Maştağa qəsəbəsində taksi sürücüsü avtomobili saxladıqda polis əməkdaşları onlara yaxınlaşmış və onları Sabunçu RPİ-nin 14-cü PŞ-nə aparmışlar. Orada polis əməkdaşları taksinin salonunda olan əşyaları boşaltdıqdan sonra avtomobilin yük yerini də açdırmış, bu zaman o, avtomobilin yük yerində də bir sıra məişət əşyalarının və usta alətlərinin olduğunu görmüşdür. Polis əməkdaşları həmin əşyaları Polis Şöbəsinin inzibati binasına daşıyıb aparmış, ağır olanları isə iki nəfər polis əməkdaşı köməkləşərək qaldırıb aparmışdır. Bundan sonra polis əməkdaşları taksi sürücüsünü və onun qardaşını sərbəst buraxmış, onu isə saxlamışlar. Sorğu-sual zamanı polis əməkdaşları bayaq taksidən boşaltdıqları əşyaları ona göstərib ondan həmin əşyaları haradan oğurladığını soruşmuş, o isə heç bir oğurluq etmədiyini, hətta guya oğurladığı kimi ona təqdim olunan əşyaların içərisindəki ağır olanları tək götürməsinin mümkün olmadığını bildirmişdir. Lakin polis əməkdaşları ona inanmayaraq fiziki təzyiqlər göstərmiş və onu törətmədiyi cinayəti etiraf etməyə məcbur etmişlər. Bundan sonra onu inzibati ərazi vahidi üzrə Xəzər RPİ-nin 2-ci PŞ-nə təhvil vermişlər. 14-cü PŞ-də ona qarşı edilmiş fiziki təzyiqlər barədə qorxusundan heç kimə şikayət etməmişdir. Bir daha bildirir ki, həmin evə oğurluq məqdədi ilə evə girdiyinə görə peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 3 ünvanda yerləşən bağ evi ona məxsusdur. Orada daimi yaşamasa da, hər həftə gedib oraya baş çəkir. Sonuncu dəfə 17 noyabr 2021-ci il tarixdə saat təxminən 15:00 radələrində həmin bağ evinə baş çəkmişdir. Bundan sonra 18 noyabr 2021-ci il tarixdə saat təxminən 09:00 radələrində yenə bağ evinə getdikdə isə aşkar etmişdir ki, naməlum şəxs bağ evinin darvazasından içəri qanunsuz daxil olaraq əvvəlcə həyətdəki 1400 manat dəyərində bir ədəd “Herman” markalı kombi aparatını, daha sonra da həmin kombi aparatının üstündən açarı götürərək qaraja daxil olmaqla oradan da 100 manat dəyərində bir ədəd “Candan” markalı elektrik qızdırma cihazını, 1000 manat dəyərində iki ədəd “Bosch” markalı dreli, 10 manat dəyərində “Eraplast” markalı uzadılma cihazını, 400 manat dəyərində iki ədəd “Bosch” markalı laqondanı, 150 manat dəyərində bir ədəd “Grinder” markalı laqondanı, 100 manat dəyərində bir ədəd “WH” markalı stabilizatoru, 300 manat dəyərində 100 metr uzunluğunda olan 4 kilovatlıq elektrik kabeli, 40 manat dəyərində içərisində 20 ədəd olan bir qutu “Unifle” markalı dəmir kəsən diski, 500 manat dəyərində bir ədəd “Bosch” markalı perforatoru, 600 manat dəyərində “Magmaweld” markalı elektrik qaynağını, 450 manat dəyərində bir ədəd samovarı və 150 manat dəyərində bir ədəd “Rolf” markalı ot biçən aparatını gizli olaraq talamaqla oğurlamışdır. Oğurluq nəticəsində ona təxminən 5200 manat dəyərində maddi ziyan dəymişdir. Bundan sonra eyni tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nə məlumat verməklə 19 noyabr 2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Onu da bildirir ki, oğurluq barədə polisə yazmış olduğu ərizələrində ona dəymiş ziyanın məbləğini təxminən 5200 manat göstərsə də, oğurlanmış əşyaların işlənmiş olduqlarını nəzərə alıb məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 dekabr 2021-ci il tarixli, 9/8484 nömrəli ekspert rəyində onların hazırkı dəyərinin 2475 manat müəyyən edilməsi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır, buna görə də hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, hazırda “Kia Rio” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. 18 noyabr 2021-ci il tarixdə saat təxminən 02 radələrində ona “8555” taksi xidmətindən sifariş daxil olmuş və sifariş əsasında o, Xəzər rayonu Albalılıq qəsəbəsinəki bağ evlərindən birinin qarşısına getmişdir. Orada onu gözləyən şəxs yanında küçədə olan müxtəlif usta və məişət əşyalarını avtomobilə yerləşdirib Xətai rayonu 8 Noyabr prospektindəki evinə aparmasını istəmiş, hətta bunun üçün artıq məbləğdə gediş haqqı verəcəyinə dair vəd də vermişdir. Bununla da o, göstərilən əşyaları idarə etdiyi avtomobilə yerləşdirib həmin sərnişinlə Xətai rayonu 8 Noyabr prospektinə yola düşmüşdür. Ancaq Maştağa qəsəbəsində polis əməkdaşları avtomobili saxlatdırıb onlara özlərini təqdim edib əşyaların kimə məxsus olması barədə sorğu etdikdə yanındakı sərnişin özünü şübhəli aparmağa başlamışdır. Bundan sonra polis əməkdaşları onları Sabunçu RPİ-nin 14-cü PŞnə dəvət etmişlər. Orada özünü Aqşin adı ilə təqdim etmiş sərnişin avtomobilə yerləşdirərək 8 Noyabr prospektində yerləşən evinə aparmaq istədiyi usta və məişət əşyalarını oğurladığını səmimi etiraf etmişdir. O, özü isə baş vermiş oğurluq hadisəsindən məlumatsız olmuş və həmin əşyaların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, hazırda X3 Alayının 8-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 18 noyabr 2021-ci il tarixdə saat təxminən 02:50 radələrində 9627 çağırışlı avtopatrulla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Kirov dairəsi yaxınlığında işıqforda dayanmış “Kia Rio” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklü olmasını görmüşlər. Bu isə onlarda bir qədər şübhə doğurmuş və onlar həmin avtomobilin sürücüsünə təlimata uyğun olaraq yolun kənarında saxlamasına dair işarə vermişlər. Avtomobilə yaxınlaşdıqda sürücü ilə bir nəfər sərnişinin olmasını görüb özlərini onlara təqdim etmiş, avtomobilə nəzər yetirdikdə isə baqaj və salonunda müxtəlif usta və məişət əşyalarının olmasını müşahidə etmişlər. Həmin şəxslərdən gecə saatlarında həmin əşyaları haradan, niyə və haraya daşıması barədə sorğu etdikdə sərnişinin özünü həyəcanlı aparması açıq-aydın görünmüşdür. Bununla da həmin şəxsləri Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. Həmin şöbədə məlum olmuşdur ki, onlar Təqsirləndirilən şəxs və Şahid1dur. Habelə Təqsirləndirilən şəxs polis şöbəsində səmimi etiraf etmişdir ki, sözü gedən usta və məişət əşyalarını Xəzər rayonu Albalılıq qəsəbəsindəki bağ evlərindən birindən gizli olaraq talama niyyəti ilə oğurlayıb. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 dekabr 2021-ci il tarixli, 9/8484 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2475,0 manat təşkil edir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan 29 noyabr 2021-ci il tarixli təqdim etmə və baxış keçirilmə barədə protokoldan görünür ki, bir ədəd “Herman” markalı kombi aparatı, bir ədəd “Candan” markalı elektrik qızdırma cihazı, iki ədəd “Bosch” markalı drel, “Eraplast” markalı uzadılma cihazı, iki ədəd “Bosch” markalı laqonda, bir ədəd “Angle Grinder” markalı laqonda, bir ədəd “WH” markalı stabilizator, 100 metr uzunluğunda olan 4 kilovatlıq elektrik kabeli, içərisində 20 ədəd olan bir qutu “Uniflex” markalı dəmir kəsən disk, bir ədəd “Bosch” markalı perforator, “Magmaweld” markalı elektrik qaynağı, bir ədəd samovar və bir ədəd “Rolf” markalı ot biçən aparatı maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış Qəbzdən görünür ki, o, ona məxsus bir ədəd “Herman” markalı kombi aparatını, bir ədəd “Candan” markalı elektrik qızdırma cihazını, iki ədəd “Bosch” markalı dreli, “Eraplast” markalı uzadılma cihazı, iki ədəd “Bosch” markalı laqondanı, bir ədəd “Angle Grinder” markalı laqondanı, bir ədəd “WH” markalı stabilizatoru, 100 metr uzunluğunda olan 4 kilovatlıq elektrik kabeli, içərisində 20 ədəd olan bir qutu “Uniflex” markalı dəmir kəsən disk, bir ədəd “Bosch” markalı perforatoru, “Magmaweld” markalı elektrik qaynağını, bir ədəd samovarı və bir ədəd “Rolf” markalı ot biçən aparatını müstəntiq Aslan Qasımovdan təhvil almışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 09 fevral 2022-ci il tarixli Ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 4(011)-11/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 07 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2, 69.3 cü maddələrinə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilmiş, 25 dekabr 2020-ci il tarixdə sınaq müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etməsi faktı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, həmin ifadə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib edilir, özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 19 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 4(011)-11/2022 saylı qərarı ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Maddi sübut - bir ədəd “Herman” markalı kombi aparatının, bir ədəd “Candan” markalı elektrik qızdırma cihazının, iki ədəd “Bosch” markalı drelin, “Eraplast” markalı uzadılma cihazının, iki ədəd “Bosch” markalı laqondanın, bir ədəd “Angle Grinder” markalı laqondanın, bir ədəd “WH” markalı stabilizatorun, 100 metr uzunluğunda olan 4 kilovatlıq elektrik kabelinin, içərisində 20 ədəd olan bir qutu “Uniflex” markalı dəmir kəsən diskin, bir ədəd “Bosch” markalı perforatorun, “Magmaweld” markalı elektrik qaynağının, bir ədəd samovarın və bir ədəd “Rolf” markalı ot biçən aparatın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 5 iş zaatına görə 30,00 (otuz) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat, ümumilikdə 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 19 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 4(011)-11/2022 saylı qərarı ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Maddi sübut - bir ədəd “Herman” markalı kombi aparatının, bir ədəd “Candan” markalı elektrik qızdırma cihazının, iki ədəd “Bosch” markalı drelin, “Eraplast” markalı uzadılma cihazının, iki ədəd “Bosch” markalı laqondanın, bir ədəd “Angle Grinder” markalı laqondanın, bir ədəd “WH” markalı stabilizatorun, 100 metr uzunluğunda olan 4 kilovatlıq elektrik kabelinin, içərisində 20 ədəd olan bir qutu “Uniflex” markalı dəmir kəsən diskin, bir ədəd “Bosch” markalı perforatorun, “Magmaweld” markalı elektrik qaynağının, bir ədəd samovarın və bir ədəd “Rolf” markalı ot biçən aparatın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 30,00 (otuz) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120,00 (bir yüz iyirmi) manat, ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-106/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-106/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver