Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-107/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndində qeydiyyatda olan, faktiki olaraq Türkiyə Respublikası İstanbul şəhəri, X12 rayonu X8 məhəlləsi küçə 1102 ev 17 mənzil 1 ünvanda yaşamış, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində istintaqla müəyyən edilməmiş mənbədən əldə etdiyi və 1 ədəd gümüşü rəngli falqalı bükümdə yerləşdirərək ona məxsus üzərində “PhılıpPleın” sözü yazılmış qara rəngli bel çantasında sellofan paketin içərisində saxladığı 0,094 qram metamfetamin psixotrop maddəsini 01 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhərinin X6 Aeroportunda yerləşən "Terminal 1 X9" gömrük postunda Bakı-İstanbul aviareysi ilə gedərkən Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, 2006-cı ildən Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Orada müxtəlif sahələrdə işləyərək maddi dolanışığını təmin etmiş, bir müddət sonra qeyri-rəsmi olaraq karqo işləri ilə məşğul olmağa başlamışdır. Hazırda tekstil işi ilə məşğul olur. Bakı-İstanbul, İstanbul-Bakı aviareysi ilə təyyarə baqajlarını daşıyır. Karqo işini bir yerdə gördüyü adamlar aviabiletin pulunu ödəyir, bundan əlavə, ona baqaj yüklərini gətirib apardığı üçün hər reysdə 100 ABŞ dolları verirlər. Gedib-gələrkən özü ilə birgə apardığı mallar əsasən kosmetik vasitələr, tekstil, bəzi hallarda dərman vasitələri olur. Türkiyədən gələrkən isə nəqliyyat vasitəsinin ehtiyat hissələrini özü ilə gətirir. Sonuncu dəfə 30 sentyabr 2022-ci il tarixdə əvvəlcədən onlayn qaydada aldığı İstanbul-Bakı aviareysi ilə səhər tezdən saat 06 radələrində Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gələrkən ayrıayrı şəxslərə aid olan avtomobil ehtiyat hissəsi, tekstil məhsulları, parça və pərdə gətirirmiş. Bakı şəhərinə gələrkən onu Ramil adlı tanışı qarşılamış, bundan sonra Ramil vasitəsilə tanıdığı Xanlar adlı tanışını da Suraxanı rayonu ərazisindən götürüb Ramilin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən qaldığı evə getmişlər, orada bir az istirahət etdikdən sonra, karqo işi görən əslən Naxçıvandan olan digər Ramin adlı şəxsə zəng etmiş, ona Türkiyədən gətirdiyi mal barədə məlumat vermişdir. Həmin şəxs ofisdə olmadığını, saat təxminən 10:00-da gətirməyini xahiş etmişdir. Bundan sonra digər mal sahiblərinin mallarını vermək üçün Ramilin evindən çıxmış, Sahil adlı şəxsə məxsus kumaş, tekstil yükləri, hədiyyəlik qutuları Sahilin Əhmədli qəsəbəsində 34-cü Polis bölməsinin yaxınlığında olan ofisinə aparıb təhvil vermişdir. Bundan sonra Ramin adlı şəxsin yanına gedib, ona məxsus ehtiyat hissələrini təhvil vermiş, daha sonra onu qarşılayan Ramil öz şəxsi işlərini görmək üçün ondan ayrılmışdır. Ramillə bir neçə ay olar Türkiyənin İstanbul şəhərində karqoda tanış olmuşdur. Ramil idmanla məşğul olur və adətən Türkiyədən gələndə ona idman dərmanlarını gətirməyini xahiş edir. X2rkən birgə narkotik vasitə də əldə etmiş, lakin bir yerdə istifadə etməmişlər. Ramillə ayrıldıqdan sonra o, İstanbul şəhərinə qayıdarkən sifarişlər əsasında “Sədərək” ticarət mərkəzindən müxtəlif kosmetik vasitələri almaq üçün xalası oğlu Əli ilə birgə “Sədərək” ticarət mərkəzinə getmiş, malları alıb, oradan Əlinin Binə qəsəbəsində yerləşən evinin yaxınlığındakı kafeyə gəlmişlər. Orada yemək yedikdən sonra Əli toya getmiş, həmin müddətdə Ramil ona zəng edərək, harada qalacağını soruşmuş, o da Ramilgildə qalacağını demişdir. Bundan sonra Ramil ona Xəzər dairəsi kimi adlanan yerdə olduğunu bildirmişdir. Sahilin karqo ofisi də həmin yerdə imiş. O, həm Sahilin karqosundan Türkiyəyə aparmaq məqsədilə mallar götürmək üçün, həm də Ramillə görüşmək üçün oraya getmək qərarına gəlmişdir. Əli toydan qayıtdıqdan sonra daha əvvəl oturduqları kafenin yanından onu götürərək Ramilin yanına aparmışdır. Axşam saat 21 radələrində orada Ramil və Xanlarla görüşmüş, Əli isə getmişdir. Əlvan adlı tanışı da Sahilin karqo ofisinin qarşısında dayanıbmış. Sahilin karqosunda Türkiyəyə aparmalı olduğu dəmir ehtiyat hissələrini ona təhvil vermişlər. Həmçinin orada olan Əlvanla aparacağı tekstillə bağlı söhbət etməyə başlamışdır. Əlvanla söhbəti qurtardıqdan sonra Ramilin idarə etdiyi “Fordfusion” markalı nəqliyyat vasitəsinə əyləşmişdir. Xanlar da maşında imiş. Ramilə Türkan qəsəbəsinə gedəcəyini, orada bir nəfərlə görüşəcəyini demiş, ona görə də bir taksi tutub Türkan qəsəbəsinə getmişdir. 2 saatdan sonra işini bitirib yenidən Ramilə zəng etmişdir. Ramil də Xanlarla birgə Xəzər dairəsi kimi adlanan yerdə olduğunu bildirmişdir. O, taksi tutub yenidən Ramilgilin yanına gəlmişdir. Bundan sonra Ramil və Xanlarla birgə Ramilin idarə etdiyi “Fordfusion” markalı nəqliyyat vasitəsilə Ramilin evinə getmişlər. Yol üstü dönər də almışlar. Yolda gedərkən Xanlar maşında gecə “patı” çəkib-çəkməyəcəklərini soruşmuş, o da hazırda istəmədiyini, lakin istəyirlərsə, onların istifadə edə biləcəyini demişdir. Ondan sonra həmin ərazidə bir yerə getmişlər. Avtomobilə bir nəfər yaxınlaşmış, Xanlar həmin şəxsdən “patı” olub-olmadığını və “patının” qramının neçə olduğunu soruşmuşdur. Həmin şəxs Xanlara demişdir ki, qramı 50 manatdır. Ramil onda 20 manat olduğunu bildirmiş, ondan isə üzərində pulunun olub-olmadığını soruşmuş, o da olduğunu demiş və 30 manat cibindən çıxarıb Xanlara uzatmışdır. Xanlar da həmin pulu həmin şəxsə verməyini bildirmişdir. Çünki, “patını” almalı olan həmin şəxs imiş. Həmin şəxs pulu götürüb bir azdan qayıdacağını bildirmiş və getmişdir. Ramilin şəxsi işləri ilə əlaqədar Xanlar, o və Ramil sonuncunun idarə etdiyi avtomobillə dəniz kənarı park tərəfə getmiş, orada Ramil işlərini gördükdən təxminən 15-20 dəqiqə sonra yenidən həmin yerə qayıtmışdır. Həmin şəxs də onlar olduqları yerə gəlmiş, Ramilin idarə etdiyi maşında arxada Xanların yanında əyləşmiş, 1 bükümdə falqalı kağızda olan “patını” Ramilə vermişdir. Həmin oğlan daha sonra maşından düşüb getmişdir. Getdikdən sonra onlar da yəni, Ramil, Xanlar və o Ramilin qaldığı evə getmişlər. Evdə o, hamama girib yuyunub çıxmış, daha sonra falqalı kağızda olan “patı”nı açıb otaqda stolun üzərinə qoymuşdur. Daha doğrusu, Ramil artıq həmin maddəni stola qoymuşdur. Türkiyədən gələrkən özü ilə birgə “trupka” gətirmişdir. Həmin trupkanı sırf “patı” istifadə etmək üçün istifadə edirmiş. Mütəmadi olaraq da istifadə etdiyindən üzərində gətirmişdir. Daha sonra həmin “patı”dan bir miqdarını “trupka”ya doldurmuş və yandıraraq nəfəslərinə çəkməklə istifadə etməyə başlamışlar. Sıra ilə o, Ramil və Xanlar istifadə etmişlər. Xanlarla ilk dəfə imiş ki, belə maddələrdən bir yerdə istifadə edirmiş. Daha əvvəl Xanlarla narkotik vasitə, yaxud “patı” istifadə etməmişdir. Xanların Ramillə daha əvvəllər bu kimi maddələrdən istifadə edibetmədiyini isə bilmir. “Patı”dan istifadə etdikdən sonra Ramil digər otağa keçmişdir. O da Ramilin yanına getdikdə görmüşdür ki, Ramilin dolmuş vəziyyətdə istifadəyə hazır qurudulmuş marixuana yəni “nəşəsi” də var və ondan istifadə edir. O, Ramildən “nəşə”ni alıb ondan da istifadə etmişdir. Xanların həmin “nəşə”dən istifadə etdiyini görməmişdir. Daha sonra digər otağa qayıtmışdır. Artıq gecə saatları imiş. Xanlar evdən çıxmış və harasa getdiyini bildirmişdir. Həmin vaxt o, “patı”nın geri qalan hissəsini götürüb falqalı kağızına bükmüş və növbəti gün Türkiyəyə gedəcəyindən aparıb istifadə etmək məqsədilə götürmüş və əl çantasına yerləşdirmişdir. Daha sonra yuxulu olduğundan, elə həmin otaqda olan divanın üzərində uzanmışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ramilə gecə aldıqları “patı”nın qalan hissəsini özünün istifadəsi üçün götürdüyünü demiş, lakin həmin maddəni özü ilə birgə Türkiyəyə aparmaq, yaxud gömrükdən keçirmək niyyətində olduğunu Ramilə deməmişdir. Ramilə elə həmin gün Azərbaycanda istifadə edəcəyini demişdir. Həmçinin “trupka”nı da özü ilə birgə götürmüşdür. Lakin sonradan həmin “trupka” gömrükdən keçərkən diqqət çəkər deyə sındırıb atmışdır. Ramil şəxsi işləri ilə əlaqədar olaraq getməli olduğunu demişdir. O da Əliyə zəng etmiş, karqo işləri ilə bağlı onu bir neçə yerə aparmasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Əli onu Ramilin evinin qarşısından götürmüş, Ramillə sağollaşıb onun mənzilindən getmişdir. Oradan karqo işi görən Ramin adlı şəxsin karqo ofisinin yerləşdiyi Qara Qarayev metrosu yaxınlığında olan ünvana getmiş, orada Türkiyəyə aparmalı olduğu əlavə malları götürmüş, bundan sonra Sahilin karqo ofisinə getmişdir, orada həmin ofis bağlı olmuşdur. Daha sonra tanışı Əlvanla görüşmüşdür. Əlvan ona İstanbula aparmağı üçün 2 çanta yük və 15000 ABŞ dollarını vermişdir. Həmin pulun da 5000 ABŞ dollarını cibinə qoymuş, 10000 ABŞ dollarını isə əl çantasına yerləşdirmişdir. Bundan sonra Əsəd adlı şəxsin ofisi kimi bildiyi yerə getmiş, orada Əsəd ona İstanbula aparmağı üçün tekstil, kosmetik, çanta, 2 ədəd “Samsung” markalı telefon, dırnaq aparatı və 53 ədəd qaş vermişdir. O da götürdüyü əşyaları çantalarına yerləşdirmiş, 53 ədəd qaşları isə əl çantasına qoymuşdur. Oradan Əli, tanışı Əlvan adlı şəxslərlə birlikdə Əliyə aid avtomobillə Bakı X9na gəlmişdir. Əlvan da onunla birgə hava limanına gəlmişdir. Bakı X9nda Sahilin işçisi də gətirib ona parça yükləri vermişdir. O götürdüyü əşyaların bir qismini, 25 kq həcmində olanını qeydiyyatdan keçirərək baqaj bölməsinə təhvil vermişdir. Daha sonra valyuta dəyişmə məntəqəsinə gedib manatı dollara dəyişmiş və 381 ABŞ dolları pul almışdır. Daha sonra təyyarəyə minmək üçün hava limanının 3-cü mərtəbəsinə qalxmış, Əli də onunla birgə qalxmışdır. Orada Əli ilə sağollaşıb gömrük zonasına doğru getmişdir. Ondan öncə Əlvanın ona verdiyi 15000 ABŞ dollarından 5 min ABŞ dollarını cibinə qoymuş, 10 min ABŞ dollarını isə əl çantasına yerləşdirmişdir. Həmçinin həmin çantasında Siracın verdiyi 53 ədəd qaş, 2 ədəd “Samsung” markalı mobil telefon, həmçinin Ramilin evində olarkən götürdüyü falqalı kağızda “patı” da var imiş. Gömrük zonasında əl çantasını və əlində olan digər əşyaları rentgen qurğusundan keçirmişdir. Gömrük əməkdaşı ondan bel çantasında nə qədər vəsait olduğunu soruşanda o, təxminən 9000 ABŞ dolları vəsait olduğunu bildirmiş, həmçinin üzərində də pul vəsaiti olduğunu demişdir. Lakin üzərində olan digər əşyalar, eləcə də “patı” barədə məlumat verməmişdir. “Patının” qadağan olduğunu bildiyindən, bəyan etməmişdir. Digər əşyalar qaşların bahalı qaşlar olduğunu bilmirmiş, ona görə gömrüyə bu barədə nəsə deməmişdir. Daha sonra onu yoxlama otağına aparmışlar və yoxlama otağında videoçəkilişlə əşyalarına yoxlama keçirilmişdir. Yoxlama zamanı cibində olan 5000 ABŞ dolları pul vəsaitini təqdim etmişdir. Daha sonra əl çantasına baxış keçirilmişdir. Üzərində “PhılıppPlein” sözləri yazılmış əl çantasına baxış zamanı 10382 ABŞ dolları, 2 ədəd sellofan paketin içərisindən Əsəd adlı şəxsin verdiyi qaşlar, 2 ədəd mobil telefon və əvvəlcədən çantasına yerləşdirdiyi gümüşü rəngli falqaya bükülmüş ağ rəngli kristal şəklində “patı” aşkar olunaraq götürülmüş, bununla bağlı protokollar tərtib olunmuş, o da imzalamışdır. Müşayiət etdiyi əl çantasından aşkar olunmuş 0,094 qram metamfetamin psixotrop maddəsini bəyan etməməklə qaçaqmalçılıq yolu ilə ölkə sərhədindən keçirilməsi barədə şəxs və ya şəxslərlə qabaqcadan sövdələşməsi yaxud razılığı olmamışdır. Əvvəllər Türkiyədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr və ya digər qadağan olunmuş vasitələr gətirməmişdir. Hazırkı açaq məhkəmə iclasında bildirir ki, Hava Limanında saxlanılarkən onun üzərində aşkar edilən psixotrop maddə onun deyil. Ona təzyiq göstərilərək törətmədiyi cinayəti etiraf etməyə məcbur edilmişdir. Buna görə də hazırda özünü təqsirli bilmir. Əvvəllər məhkum olunmamışdır, himayəsində dörd azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, o, Təqsirləndirilən şəxsla 2022-ci ilin yay aylarında İstanbul şəhərində tanış olmuşdur. Nurlan tez-tez İstanbul şəhərinə gedib-gəldiyi üçün ondan idman məşqləri zamanı istifadə etmək üçün qida əlavələri gətirməsini xahiş etmişdir. Belə ki, idmançı olduğu üçün ona həmin qida əlavələri lazım olurmuş. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Nurlan ona zəng edərək saat 01:45 radələrində Bakı şəhərinə gələcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Nurlanı Hava limanında qarşılayaraq evinə gətirmişdir. Yolüstü tanışı Xanları da Suraxanı qəsəbəsində götürərək birlikdə yaşadığı evə getmişlər. Səhəri gün hərə öz işinin dalınca getmiş və axşam görüşərək onun evinə getməyi qərara almışlar. Yolda Xanlar "patı" çəkmək istəyib-istəmədiklərini soruşmuş, onlar etiraz etməmişlər. 20 manat o, 30 manat Nurlan verərək Xanların tanışı olan şəxsdən 50 manata "pati" almış və onun yaşadığı evə getmişlər. Evdə həmin “patı”dan birlikdə istifadə etmişlər, lakin "pati" onun xoşuna gəlməmiş və o, nəşə çəkmişdir. Nurlan da "pati"nı xoşlamadığı üçün nəşə çəkmişdir. Axşam “patı”dan istifadə edəndən sonra artıq qalanı stolun üstündə qalmışdır. Səhər yuxudan ayılanda görmüşdür ki, Xanlar yoxdur. Bundan başqa, səhər artıq qalan “patı”nı görməmiş, kimin götürdüyünü də bilməmişdir. Bir qədər sonrfa Nurlanın xalası oğlu Əli gələrək birlikdə çıxıb getmişlər. Axşam Nurlan ona zəng edərək üzərində olan "pati"ya görə Hava limanında saxlandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, Şahid5 onun tanışıdır, münasibətləri normaldır. Avtoelektrik olduğu üçün Ramil avtomobilini təmirə onun yanına gətirir. xx.xx.2022-ci il tarixdə səhər tezdən Ramil onu yaşadığı evin qarşısından öz avtomobili ilə götürmüş və birlikdə Nərimanov rayonunda yaşadığı evə getmişlər. Belə ki, Ramilin avtomobilini təmir etdiyinə görə o, ona pul verməli imiş. Təqsirləndirilən şəxs da maşında olmuşdur. Ramil onu Hava Limanında qarşılamış və yolüstü onu da götürmüşlər. Evdə oturub çay içmişlər, daha sonra Ramil onu iş yerinə aparmışdır. Həmin gün axşam Ramil yenidən iş yerinə gələrək onu oradan götürmüş, Nurlan da başqa maşınla oraya gələrək Ramilin maşınında oturmuşdur. Birlikdə Ramilin yaşadığı evə getmişlər. Yolüstü onun təklifimi ilə Əhmədli qəsəbəsində Xəzər dairəsi adlanan yerdə adını bilmədiyi şəxsdən 50 manata “patı” almışlar. Ramilin evində hamılıqla “patı”dan istifadə etmişlər. Axşam “patı”dan istifadə edəndən sonra artıq qalanı stolun üstündə qalmışdır. Ramil özünü pis hiss etdiyindən yatmağa getmiş, Nurlan da divanda uzanmışdır. Gecə saat 02-03 radələrində telefonunun zaryadkası bitdiyinə görə adapteri götürmək üçün işlədiyi sexə getmiş və qapıdan çıxanda Nurlana demişdir ki, qapını bağlasın. Bir gün sonra ona zəng etmişlər ki, Nurlan Hava limanında üzərində “patı” çıxdığına görə saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə növbədə olarkən təxminən saat 21:00 radələrində gediş zalında xidmətdə olan Şahid2 onunla əlaqə saxlayaraq Bakı-İstanbul aviareysi ilə gedən bir nəfər şəxsin üzərində valyuta vəsaiti olduğunu söyləmiş, o da gediş zalına getmişdir. Bakı-İstanbul aviareysi ilə gedən Təqsirləndirilən şəxs yoxlama otağına dəvət olunmuş və orada videoçəkilişlə keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus olan qara rəngli bel çantasının ön cibindən 3 ədəd 100 ABŞ dolları, 1 ədəd 20 ABŞ dolları, 1 ədəd 10 ABŞ dolları və 1 ədəd 1 ABŞ dolları, ümumilikdə 381 ABŞ dolları aşkar edilmişdir. Çantanın digər cibindən isə 100 ədəd 100 ABŞ dolları, ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti, 2 ədəd qutusuz vəziyyətdə "Samsung" markalı mobil telefon, 2 ədəd sellofan paketin içərisində qaşlar aşkar edilmişdir. Paketin birində 9 ədəd, digərində 44 ədəd qaş olmuşdur. Yoxlama zamanı həmçinin çantanın içərisindən gümüşü rəngli falqanın içərisinə bükülmüş vəziyyətdə ağ rəngli toz şəklində olan iysiz maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt cibindən 5000 ABŞ dolları pul vəsaitini çıxarıb gömrük əməkdaşlarına təqdim etmişdir. Bundan sonra protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” X1 Baş Gömrük İdarəsi “Terminal-1 X9” gömrük postuna təhkim olunmuş inspektor vəzifəsində işləyən Şahid2 göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə gediş zalında növbədə olarkən təxminən saat 21:00 radələrində şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs əşyalarını rentgen qurğusundan keçirərkən monitor arxasında xidmət aparan gömrük əməkdaşı Şahid4 qurğunun monitorunda pul təsvirlərinin görsənməsi barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs bu barədə soruşduqda o, çantada 8500 ABŞ dollarının olduğunu bildirmişdir. O, bu barədə növbə başçısı Şahid1 məlumat verdikdən sonra Təqsirləndirilən şəxs yoxlama otağına dəvət olunmuşdur. Yoxlama otağında onun da iştirakı ilə keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus olan qara rəngli bel çantasının ön cibindən 3 ədəd 100 ABŞ dolları, 1 ədəd 20 ABŞ dolları, 1 ədəd 10 ABŞ dolları və 1 ədəd 1 ABŞ dolları, ümumilikdə 381 ABŞ dolları aşkar edilmişdir. Çantanın digər cibindən isə 100 ədəd 100 ABŞ dolları, ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti, 2 ədəd qutusuz vəziyyətdə "Samsung" markalı mobil telefon, 2 ədəd sellofan paketin içərisində qaşlar aşkar edilmişdir. Paketin birində 9 ədəd, digərində 44 ədəd qaş olmuşdur. Yoxlama zamanı həmçinin çantanın içərisindən gümüşü rəngli falqanın içərisinə bükülmüş vəziyyətdə ağ rəngli toz şəklində olan iysiz maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt cibindən 5000 ABŞ dolları pul vəsaitini çıxarıb gömrük əməkdaşlarına təqdim etmişdir. Bundan sonra protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 da şahidlər Şahid2 və Şahid1 ifadələri ilə oxşar, eyni məzmunlu ifadə verərək onların göstərdiklərini təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında iştirak edə bilməməsi nəzərə alınaraq onu ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və onun şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri xüsusatlara uyğun ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, 24 noyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin satışını həyata keçirmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2022-ci il “yoxlama haqqında” protokoldan görünür ki, TK 335 saylı Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus olan qara rəngli üzərində “PhılıppPleın” sözü yazılmış bel çantasının zəncirbəndlə bağlanmış cibindən digər predmetlərlə yanaşı 1 ədəd gümüşü rəngli falqanın içərisinə bükülmüş vəziyyətdə, ağ rəngli iysiz, narkotik vasitəyə bənzər naməlum maddə aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2022-ci il “əşya və sənədin götürülməsi haqqında” protokoldan görünür ki, digər predmetlərlə yanaşı yoxlamalar nəticəsində aşkar olunmuş gümüşü rəngli falqanın içərisinə bükülmüş vəziyyətdə ağ rəngli, iysiz, narkotik vasitəyə bənzər naməlum maddə qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş “Sərhəd keçmə hesabatına baxış keçirilməsi haqqında” 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 2010-cu ildən başlayaraq dəfələrlə NMR-da yerləşən “Sədərək” sərhəd buraxılış məntəqəsi və Bakı şəhəri X6 Aeroportunda dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasına getmiş və geri qayıtmışdır. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə 05:36-da X6 Aeroportunda dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə gəlmişdir. İş materiallarına əlavə edilmiş “video görüntülərə baxış keçirilməsi haqqında” 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “Terminal-1 X9” gömrük postunda icra olunmuş və 01 oktyabr 2022-ci il tarixli “yoxlama haqqında” və “şəxsi yoxlama aparılması haqqında” protokollara əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus baqaj və əl yüklərinə eləcə də üzərinə şəxsi yoxlama keçirilməsini əks etdirən 2 ədəd DVD diskdə olan video görüntülərə baxış keçirilmiş, baxış zamanı video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan qara rəngli üzərində “PhılıppPleın” sözü yazılmış bel çantasının zəncirbəndlə bağlanmış cibindən digər predmetlərlə yanaşı 1 sellofan paketin içərisində gümüşü rəngli falqanın içərisinə bükülmüş vəziyyətdə, ağ rəngli kristal halda hissəciklər aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 6/5661 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 101653 №li bir ədəd polietilen paketdəki bir ədəd təmiz çəkisi 0,094 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,094 qram, tədqiqata sərf edildi - 0,050 qr, qalıq 0,044 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına “ (Siyahı İ) daxildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respulika Narkoloji X10 Şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 6788 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Kannabionidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olmuşdur, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, X6 Hava Limanında Təqsirləndirilən şəxs və gömrük əməkdaşlarının iştirakı ilə malların yoxlanılması, Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama aparılması, malların yoxlanılması zamanı ona məxsus üzərində “PhılıpPleın” sözü yazılmış qara rəngli bel çantasında sellofan paketin içərisində psixotrop maddənin aşkar edilməsi zamanı aparılmış videoçəkilişin 1 ədəd DVD diski maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 3(003)-308//2022 saylı 06 aprel 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (26867,90 AZN) qırx faizi məbləğində - 10747,16 (on min yeddi yüz qırx yeddi, on altı) AZN məbləğində cərimə edilmişdir. İş materiallarında olan və Naxçıvan MR Şərur rayon Şəhriyar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə nümunəvi bir sakin kimi xarakterizə edilir. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində istintaqla müəyyən edilməmiş mənbədən əldə etdiyi və 1 ədəd gümüşü rəngli falqalı bükümdə yerləşdirərək ona məxsus üzərində “PhılıpPleın” sözü yazılmış qara rəngli bel çantasında sellofan paketin içərisində saxladığı 0,094 qram metamfetamin psixotrop maddəsini 01 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhərinin X6 Aeroportunda yerləşən "Terminal 1 X9" gömrük postunda Bakı-İstanbul aviareysi ilə gedərkən Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi şahid ifadələri, tərtib edilmiş yoxlama aparılması haqqında protokol, ekspertiza rəyi, maddi sübutlar və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz müdafiəsi üçün dəlillər gətirib ona məxsus üzərində “PhılıpPleın” sözü yazılmış qara rəngli bel çantasında sellofan paketin içərisində aşkar edilmiş psixotrop maddəni unutduğu üçün onları bəyan etmədiyini, buna görə də özünü təqsirli bilmədiyini göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində Hava Limanında saxlanılarkən ona təzyiq göstərilməsini və törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsini göstərmiş, lakin bu barədə heç bir yerə şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, onun dəlilləri şahidlərin ifadələri və cinayət işinin materialları ilə tam təkzib edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı onun bu cür ifadə verməsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət bir sakin kimi xarakterizə edilməsini, himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 02 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Maddi sübut - X6 Hava Limanında Təqsirləndirilən şəxs və gömrük əməkdaşlarının iştirakı ilə malların yoxlanılması zamanı aparılmış videoçəkilişin 1 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. Maddi sübut - Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan - təmiz çəkisi 0,094 qram təşkil edən, ekspertiza tədqiqatından sonra 0,044 qram qalan metamfetamin psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. X5 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri – 181,00 (bir yüz səksən bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ X3 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Cəzasını çəkməsinin əvvəli 02 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - X6 Hava Limanında Təqsirləndirilən şəxs və gömrük əməkdaşlarının iştirakı ilə malların yoxlanılması zamanı aparılmış videoçəkilişin 1 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Maddi sübut - Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan - təmiz çəkisi 0,094 qram təşkil edən, ekspertiza tədqiqatından sonra 0,044 qram qalan metamfetamin psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 181,00 (bir yüz səksən bir,) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-107/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-107/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver