Məhkəmə qərarları › İş №1(003)-107/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-107/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-107/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Naxçıvan MR-nın Babək rayonunun Cavidabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 7-da qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Nurlu” yeni yaşayış massivində yerləşmiş fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-239/2023 saylı 10 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 may 2023-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə, xx xxxx 1991-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsinda iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri Nizami küçəsi 19C məhəllə 6 ünvanında qeydiyyatda olmaqla ünvan 1, barəsində ünvan 2 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 may 2023-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə və xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsinda üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Binəqədi DSK yolu döngə 2 nömrəsiz fərdi evdə yaşamış, hazırkı iş üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-456/2021 saylı 18 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 1 (bir) gün hissəsinin 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər hesablanmaqla Bakı Apellyasiya Məhkəməsinin 7(103)-254/2023 saylı 02 avqust 2023-cü il tarixli qərarına əsasən 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 aprel 2023-cü il tarixdə, gecə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 5 ünvanın qarşısında küçədə dayanmış “KAMAZ” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən Zərərçəkmiş şəxs3 məxsus hər birinin dəyəri 350 manat təşkil edən 700 manat dəyərində 02 ədəd akkumulyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 aprel 2023-cü il tarixdə, gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs1 məxsus “KAMAZ” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər birinin dəyəri 300 manat təşkil edən 600 manat dəyərində 02 ədəd akkumulyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 may 2023-cü il tarixdə, gecə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs2 məxsus “ZİL” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər birinin dəyəri 225 manat təşkil edən 450 manat dəyərində 02 ədəd akkumulyatoru və həmin avtomobilin yanacaq çənində olan dəyəri 100 manat təşkil edən yanacağı (benzini) gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 may 2023-cü il tarixdə, gecə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 6 ünvanında yerləşən evin qarşısında küçədə dayanmış “KAMAZ” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 225 manat təşkil edən 450 manat dəyərində 02 ədəd akkumulyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 0,639 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 08 may 2023-cü il tarixdə, saat 14:00-da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 91 saylı marşrut avtobusunun son dayanacağında yerləşən “OBA” marketin qarşısında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 aprel 2023-cü il tarixdə, gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs1 məxsus “KAMAZ” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər birinin dəyəri 300 manat təşkil edən 600 manat dəyərində 02 ədəd akkumulyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 may 2023-cü il tarixdə, gecə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs2 məxsus “ZİL” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər birinin dəyəri 225 manat təşkil edən 450 manat dəyərində 02 ədəd akkumulyatoru və həmin avtomobilin yanacaq çənində olan dəyəri 100 manat təşkil edən yanacağı (benzini) gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 may 2023-cü il tarixdə, gecə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 6 ünvanında yerləşən evin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs4 məxsus “KAMAZ” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər birinin dəyəri 225 manat təşkil edən 450 manat dəyərində 02 ədəd akkumulyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 0,487 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 08 may 2023-cü il tarixdə, saat 14:00-da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Biləcəri qəsəbəsi 91 saylı marşrut avtobusunun son dayanacağında yerləşən “OBA” marketin qarşısında saxlanılaraq Xəzər RPİ-nin 3–cü PŞ-nə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman şalvarının sağ cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 aprel 2023-cü il tarixdə, gecə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 5 ünvanın qarşısında küçədə dayanmış “KAMAZ” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən Zərərçəkmiş şəxs3 məxsus hər birinin dəyəri 350 manat təşkil edən 700 manat dəyərində 02 ədəd akkumulyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı fiziki təzyiqlər altında verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, son zamanlar maddi imkanı olmadığından, eləcə də narkotik vasitə istifadəçisi olduğundan tələbatlarını ödəmək və narkotik vasitə almaq üçün pul əldə etmək məqsədi ilə bir neçə ünvandan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə, bir ünvandan isə tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurluq etmişdir. Belə ki, 09 aprel 2023-cü il tarixdə saat 04 radələrində Gündüz ilə birlikdə onun idarə etdiyi “Daewoo Ravon” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu Pirşağı qəsəbəsi İİ Sovxozda oğurluq etmək məqsədilə gəzirmişlər. Onlar oradakı küçələrin birində sarı rəngli “KAMAZ” markalı yük avtomobilini görmüş və onun akkumulyatorlarını söküb aparmaq üçün həmin yük avtomobilinə yaxınlaşmışlar. Avtomobilin alt hissəsinə Gündüzlə birlikdə keçərək üzərlərində olan vintaçanla 02 ədəd akkumulyatoru söküb onun idarə etdiyi “Daewoo Ravon” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoyaraq yaşadıqları Binəqədi rayonu ərazisindəki küçələrin birinə gəlmişlər. Akkumulyatorların içərisində olan qurğuşunu söküb çıxartmış, üzərlərində gətirdikləri vintaçanı orada tanımadığı ərazidə zibilliyə tullamışlar. Bundan sonra Gündüzlə birlikdə yaşadıqları ərazidə oğurladıqları akkumulyatorların içərisindən söküb çıxartdıqları qurğuşunu tanımadığı əlvan metal qəbulu məntəqəsinə yaxınlaşaraq tanımadıqları şəxsə qurğuşununun özlərinə məxsus olduğunu bildirib 50 manata satmış, əldə etdikləri pulu bərabər bölmüşlər. Bundan başqa, 29 aprel 2023-cü il tarixdə, gecə saat 02 radələrində Loğman ilə birlikdə Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evlərdən birinin qarşısında küçədə dayanmış “KAMAZ” markalı avtomobilin üzərində olan 02 ədəd akkumulyatoru yerindən açaraq kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan başqa, 01 may 2023-cü il tarixdə, gecə saat 03 radələrində Loğman ilə birlikdə Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evlərdən birinin qarşısında küçədə dayanmış “ZİL” markalı avtomobilin üzərində olan 02 ədəd akkumulyatoru yerindən açaraq və yanacaq çənində olan benzini rezin boru ilə özləri ilə gətirdikləri qablara doldurub kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan başqa, 04 may 2023-cü il tarixdə, gecə saat 03 radələrində Loğman ilə birlikdə Binə qəsəbəsi N.Abbasov küçəsi yerləşən evlərdən birinin qarşısında küçədə dayanmış “KAMAZ” markalı avtomobilin üzərində olan 02 ədəd akkumulyatoru yerindən açaraq kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan başqa, 08 may 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata narkotik vasitə heroin almış, həmin gün saat 14 radələrində Biləcəri qəsəbəsi 91 saylı marşrut avtobusunun son dayanacağında yerləşən “OBA” marketin qarşısında Loğman ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onlardan şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etmələrini tələb etmiş, sonra onlara oğurluqda şübhəli bilindiklərini deyib onları 3-cü PŞ-nə dəvət etmişlər. PŞ-də təhqiqatçı tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuş, daha sonra ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməyi təklif edilmiş, o da əynindəki göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunan başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə heroin zərfə qoyularaq möhürlənib götürülmüş, zərfin üzəri və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, həmin oğurluq cinayətlərinin bir neçəsini törətmişdir, lakin narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamaqda özünü təqsirli bilmir, çünki, narkotik vasitələrin istifadəçisi olsa da, 08 may 2023-cü il tarixdə polis əməkdaşları onu 3-cü PŞ-nə apararkən üzərində narkotik vasitə olmamışdır. Orada adlarını bilmədiyi polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilmiş, həmin 01 büküm narkotik vasitə heroin videoçəkilişdən əvvəl onun üzərinə qoyulmuş və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur edilmiş, narkotiki etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələnmişdir. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə həmin vaxt heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Oğurluq cinayətlərini törətdiyinə görə peşman olmuşdur, zərərçəkmiş Zərərçəkmiş şəxs3 dəymiş ziyan məbləğinin ona düşən hissəsi tamamilə ödənilmişdir, onun və digər zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbləri yoxdur. Bunların nəzərə alınaraq barəsində ədalətli hökmün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı fiziki təzyiqlər altında verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, son zamanlar maddi imkanı olmadığından, eləcə də narkotik vasitə istifadəçisi olduğundan tələbatlarını ödəmək və narkotik vasitə almaq üçün pul əldə etmək məqsədi ilə bir neçə ünvandan dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etmişdir. Belə ki, 29 aprel 2023-cü il tarixdə, gecə saat 02 radələrində İlkin ilə birlikdə Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evlərdən birinin qarşısında küçədə dayanmış “KAMAZ” markalı avtomobilin üzərində olan 02 ədəd akkumulyatoru yerindən açaraq İlkinin kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan başqa, 01 may 2023-cü il tarixdə, gecə saat 03 radələrində İlkin ilə birlikdə Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evlərdən birinin qarşısında küçədə dayanmış “ZİL” markalı avtomobilin üzərində olan 02 ədəd akkumulyatoru yerindən açaraq və yanacaq çənində olan benzini rezin boru ilə özləri ilə gətirdikləri qablara doldurub İlkinin kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan başqa, 04 may 2023-cü il tarixdə, gecə saat 03 radələrində İlkin ilə birlikdə Binə qəsəbəsi N.Abbasov küçəsi yerləşən evlərdən birinin qarşısında küçədə dayanmış “KAMAZ” markalı avtomobilin üzərində olan 02 ədəd akkumulyatoru yerindən açaraq İlkinin kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan başqa, 08 may 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata narkotik vasitə heroin almış, həmin gün 08 may 2023-cü il tarixdə saat 14 radələrində Biləcəri qəsəbəsi 91 saylı marşrut avtobusunun son dayanacağında yerləşən “OBA” marketin qarşısında İlkin ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onlardan şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etmələrini tələb etmiş, sonra onlara oğurluqda şübhəli bilindiklərini deyib onları 3-cü PŞ-nə dəvət etmişlər. PŞ-də təhqiqatçı tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuş, daha sonra ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməyi təklif edilmiş, o da əynindəki göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunan başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə heroin zərfə qoyularaq möhürlənib götürülmüş, zərfin üzəri və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, həmin oğurluq cinayətlərinin bir neçəsini törətmişdir, lakin narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamaqda özünü təqsirli bilmir, çünki, narkotik vasitələrin istifadəçisi olsa da, 08 may 2023-cü il tarixdə polis əməkdaşları onu 3-cü PŞ-nə apararkən üzərində narkotik vasitə olmamışdır. Orada adlarını bilmədiyi polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilmiş, həmin 01 büküm narkotik vasitə heroin videoçəkilişdən əvvəl onun üzərinə qoyulmuş və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur edilmiş, narkotiki etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələnmişdir. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə həmin vaxt heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Oğurluq cinayətlərini törətdiyinə görə peşman olmuşdur, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbləri yoxdur. Ailə vəziyyəti ağırdır, himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli hökmün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 09 aprel 2023-cü il tarixdə saat 04 radələrində dosti Təqsirləndirilən şəxs1 məxsus “Daewoo Ravon” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu Pirşağı qəsəbəsi İİ Sovxozda oğurluq etmək məqsədilə gəzirmişlər. Onlar oradakı küçələrin birində sarı rəngli “KAMAZ” markalı yük avtomobilini görmüş və onun akkumulyatorlarını söküb aparmaq üçün həmin avtomobilə yaxınlaşmışlar. Avtomobilin alt hissəsinə İlkinlə birlikdə keçərək üzərlərində olan vintaçanla 02 ədəd akkumulyatoru söküb İlkinin idarə etdiyi “Daewoo Ravon” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoyaraq yaşadıqları Binəqədi rayonu ərazisindəki küçələrin birinə gəlmişlər. Akkumulyatorların içərisində olan qurğuşunu söküb çıxartmış, üzərlərində gətirdikləri vintaçanı orada tanımadığı ərazidə zibilliyə tullamışlar. Bundan sonra İlkinlə birlikdə yaşadıqları ərazidə oğurladıqları akkumulyatorların içərisindən söküb çıxartdıqları qurğuşunu tanımadığı əlvan metal qəbulu məntəqəsinə yaxınlaşaraq tanımadıqları şəxsə qurğuşununun özlərinə məxsus olduğunu bildirib 50 manata satmış, əldə etdikləri pulu bərabər bölmüşlər. Törətdiyi əməldən peşman olmuş və hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs3 dəymiş ziyan məbləğinin ona düşən hissəsi tamamilə ödənilmişdir. Bununla da zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində üç azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 28 aprel 2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi “KAMAZ” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yaşadığı Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evinin qarşısına gəlmiş və avtomobilini küçədə saxlayıb özü isə evə daxil olmuşdur. Səhəri gün, yəni 29 aprel 2023-cü il tarixdə, saat 07:30 radələrində yaşadığı evdən çıxıb qeyd olunan avtomobilinə yaxınlaşarkən avtomobilinin sağ tərəfində yerləşən hər birinin dəyəri 300 manat təşkil edən 600 manat dəyərində 02 ədəd akkumulyatorun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 11 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş ziyanın ödənilmədiyini, lakin təqsrləndirilən şəxslərə qarşı heç bir şikayət və ya digər tələbinin olmamasını, təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, ailə vəziyyəti ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 30 aprel 2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi “ZİL” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yaşadığı Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evinin qarşısına gəlmiş və avtomobilini küçədə saxlayıb özü isə evə daxil olmuşdur. Səhəri gün, yəni 01 may 2023-jü il tarixdə, saat 09:00 radələrində yaşadığı evdən çıxıb qeyd olunan avtomobilinə yaxınlaşarkən avtomobilinin sağ tərəfində yerləşən hər birinin dəyəri 225 manat təşkil edən 450 manat dəyərində 02 ədəd akkumulyatorun yerində olmadığını oğurlandığını, eləcə də avtomobilin yanacaq çənində olan 100 manat dəyərində benzinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 550 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 11 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş ziyanın ödənilmədiyini, lakin təqsrləndirilən şəxslərə qarşı heç bir şikayət və ya digər tələbinin olmamasını, təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, işi ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, 03 may 2023-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi “KAMAZ” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yaşadığı Binə qəsəbəsi N.Abbasov küçəsi döngə 1 ev 12 ünvanında yerləşən evinin qarşısına gəlmiş və avtomobilini küçədə saxlayıb özü isə evə daxil olmuşdur. Səhəri gün, yəni 04 may 2023cü il tarixdə, saat 08:00 radələrində yaşadığı evdən çıxıb qeyd olunan avtomobilinə yaxınlaşarkən avtomobilinin sağ tərəfində yerləşən hər birinin dəyəri 225 manat təşkil edən 450 manat dəyərində 02 ədəd akkumulyatorun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 450 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 07 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş ziyanın ödənilmədiyini, lakin təqsrləndirilən şəxslərə qarşı heç bir şikayət və ya digər tələbinin olmamasını, təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, işi ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 08 aprel 2023-cü il tarixdə, saat 22 radələrində idarə etdiyi “KAMAZ” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə yaşadığı Pirşağı qəsəbəsi İİ Sovxoz Ü.Əliyev küçəsində yerləşən nömrəsiz evinin qarşısına gəlmiş və avtomobilini küçədə saxlayıb özü isə evə daxil olmuşdur. Səhəri gün, yəni 09 aprel 2023-jü il tarixdə, saat 06:00 radələrində evdən çıxıb qeyd olunan avtomobilinə yaxınlaşarkən avtomobilinin sağ tərəfində yerləşən hər birinin dəyəri hər birinin dəyəri 350 manat təşkil edən 700 manat dəyərində 02 ədəd akkumulyatorun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Belə ki, naməlum şəxs(lər) akkumulyatorların üzərində olan qapağı açıb 02 ədəd akkumulyatoru oğurlamışdır. Beləliklə də oğurluq nəticəsində ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 02 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ona dəymiş ziyanın ödənildiyini, təqsrləndirilən şəxslərə qarşı heç bir şikayət və ya digər tələbinin olmamasını, təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, səhhəti ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, Binə qəsəbəsi ərazisində baş vermiş akkumulyator oğurluqları ilə bağlı tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən xx xxxxxx 1994-cü ildə Naxçıvan MR Babək rayonu Cavidabad kəndində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Nurlu” yeni yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxx 1991-ci ildə ünvan 9 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri 10-cu mikrorayon ev 5 mənzil 52 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material təhqiqatçı Anar Hacıyevə həvalə edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2, dəvət olunmuş müdafiəçi Fərman Cəfərovun və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Binə qəsəbəsi ərazisindən oğurluq edib-etmədiyi soruşulmuş və Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Binə qəsəbəsi ərazisindən bir neçə avtomobildən akkumulyator və benzin oğurladığını bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümü, 5 manat pulu və şalvarının sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu və 08 may 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Eləcə də 01 ədəd Samsung” markalı mobil telefon və 5 manat pul bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Şahid6 da Şahid4 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİnin 3-cü PŞ-nin polis sahə rəisi X1 elan olunmuş ifadəsi ilə onun da şahidlər Şahid4 və Şahid6 ifadələri ilə oxşar, eyni məzmunlu ifadə verərək onların göstərdiklərini təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi Şahid2 göstərdi ki, Binə qəsəbəsi ərazisində baş vermiş akkumulyator oğurluqları ilə bağlı tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən xx xxxxxx 1994-cü ildə Naxçıvan MR, Babək rayonu Cavidabad kəndində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Nurlu” yeni yaşayış massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxx 1991-ci ildə ünvan 12 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri 10-cu mikrorayon ev 5 mənzil 52 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material təhqiqatçı Anar Hacıyevə həvalə edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs1, dəvət olunmuş müdafiəçi Namiq Mustafayevin və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Binə qəsəbəsi ərazisindən oğurluq edib-etmədiyi soruşulmuş və Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Binə qəsəbəsi ərazisindən bir neçə avtomobildən akkumulyator və benzin oğurladığını bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümü və şalvarının sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu və 08 may 2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Eləcə də 01 ədəd “Samsung” markalı mobil telefon bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin YYÇ üzrə inspektoru Şahid3 da Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİnin 3-cü PŞ-nin əməliyyat müvəkkili X3 elan olunmuş ifadəsi ilə onun da şahidlər Şahid2 və Şahid3 ifadələri ilə oxşar, eyni məzmunlu ifadə verərək onların göstərdiklərini təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 göstərdi ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən metal qəbulu məntəqəsində metal qəbulu ilə məşğul olur. 06 may 2023-cü il tarixdə, saat 12:20 radələrində 2 nəfər sonradan adını bildiyi İlkin və Loğman adlı şəxslər “Ravon” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi metat qəbulu məntəqəsinə gəlib avtomobilin yük yerində olan 02 ədəd yük avtomobilə məxsus yararsız akkumulyatoru satmaq istədiklərini bildirmişlər. O da həmin akkumulyatorları tərəziyə qoyub 80 kiloqram olduğunu bilmiş və həmin akkumulyatorlara görə onlara 60 manat vermişdir. 07 may 2023-cü il tarixdə saat 09 radələrində həmin akkumulyatorları zavoda 80 manata satmışdır. İlkin və Loğman adlı şəxslərin ona satdığı akkumulyatorların əvvəlcədən oğurluq olduğunu bilməmişdir. Bununla bağlı polisə dəvət olunarkən həmin akkumulyatorların oğurluq olmasından xəbər tutmuşdur. İş materiallarında olan 08 may 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3, Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi, polis mayoru Şahid2 və Xəzər RPİ-nin 3-cü PŞ-nin YYÇ üzrə inspektoru, polis mayoru Şahid3, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 Binə qəsəbəsi ərazisindən oğurluq edib-etmədiyi soruşulur və Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 oğul ilə birlikdə Binə qəsəbəsi ərazisindən akkumulyator və benzin oğurladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümü və şalvarının sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu və 08 may 2023-jü il tarixdə səhər saatlarında Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Anar Hacıyev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün 244 saylı” möhürü ilə möhürlənərək götürülmüşdür. Eləcə də 01 ədəd “Samsung” markalı mobil telefon bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİNnin “Zərflər üçün 244 saylı” möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Videoçəkiliş Xəzər RPİ-nin 3-cü PŞ-nin YYÇ üzrə inspektoru, polis mayoru Şahid3 tərəfindən aparılmışdır. Videogörüntü 04 dəqiqə 28 saniyə davam etmişdir. İş materiallarında olan 08 may 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi, polis kapitanı X1 və Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid6, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 Binə qəsəbəsi ərazisindən oğurluq edib-etmədiyi soruşulur və Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Binə qəsəbəsi ərazisindən akkumulyator və benzin oğurladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümü, 5 manat pulu və şalvarının sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu və 08 may 2023-jü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Anar Hacıyev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün 244 saylı” möhürü ilə möhürlənərək götürülmüşdür. Eləcə də 01 ədəd “Samsung” markalı mobil telefon və 5 manat pul bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün 244 saylı” möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Videoçəkiliş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid6 tərəfindən aparılmışdır. Videogörüntü 05 dəqiqə 32 saniyə davam etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 may 2023-cü il tarixli, 6/2673 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbayjan Respublikası DİN “Zərflər üçün № 244” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Əzizov” soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,639 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,639 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,589 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manatdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 may 2023-cü il tarixli, 6/2674 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbayjan Respublikası DİN “Zərflər üçün № 244” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Dadaşzadə” soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,487 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,487 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,437 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 may 2023-cü il tarixli, 9/2804 saylı rəyindən görünür ki, 02 ədəd 190 ölçülü akkumulyatorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 240.00 (2 ədəd x 120 manat) manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli, 3374 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli, 3376 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 0,639 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq hazırkı çəkisi 0,589 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş 0,487 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq hazırkı çəkisi 0,437 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar, ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 11 yanvar 2024-cü il tarixli, Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 11 yanvar 2024-cü il tarixli və Zərərçəkmiş şəxs4 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 07 dekabr 2023-cü il tarixli ərizələrdən görünür ki, onlara dəymiş ziyanın ödənilməmişdir, lakin təqsrləndirilən şəxslərə qarşı heç bir şikayət və ya digər tələbləri yoxdur, təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. İş materiallarında olan və Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq 02 noyabr 2023cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, təqsrləndirilən şəxslərə qarşı heç bir şikayət və ya digər tələbi yoxdur, təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin 27 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi hazırda icraatdadır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2022ci il tarixli 1(002)-9/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 18 iyul 2023-cü il tarixdən hesablanmaqla 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin 27 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62, 68.1.3, 68.1.1-1-ci maddələrinə əsasən 3 (üç) il 1 (bir) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 27 noyabr 2020-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmündə anlaşılmazlıq aradan qaldırılaraq CM-nin 68.1.1-1-ci maddəsinə əsasən qəti olaraq 3 (üç) il 1 (bir) ay 12 (on iki) gün sözləri kimi oxunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62, 68.1.3, 68.1.1- 1-ci maddələrinə əsasən 3 (üç) il 1 (bir) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, 27 noyabr 2020-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmündə anlaşılmazlıq aradan qaldırılaraq CM-nin 68.1.1-1-ci maddəsinə əsasən və qəti olaraq 3 (üç) il 1 (bir) ay 12 (on iki) gün sözləri kimi oxunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il azaldılmışdır Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin 03 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 28 fevral 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il azaldılmış, barəsində Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi 10 may 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmələri və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamaları, Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətlərini törətmələri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi, oğurluq cinayətlərinin bir qismini törətməsi, lakin 3-cü Polis Şöbəsinə gətirilərkən üzərində narkotik vasitə olmadığı halda orada adlarını bilmədiyi polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsi, narkotik vasitənin videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən üzərinə qoyulması və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur edilməsi, narkotiki etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələmələri barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirildikdən sonra orada polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalaraq özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edildiyini göstərsə də, nə həmin vaxt, nə də sonradan bu barədə heç bir yerə şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmiş, müdafiəçisinin iştirakı ilə etirafedici ifadə vermiş, polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxsin əməlləri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları və onun özünün ilkin izahat və ifadələri, həmçinin məhkəmə iclasında qismən etirafedici ifadəsi ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi, oğurluq cinayətlərinin bir qismini törətməsi, lakin 3-cü Polis Şöbəsinə gətirilərkən üzərində narkotik vasitə olmadığı halda orada adlarını bilmədiyi polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməsi, narkotik vasitənin videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən üzərinə qoyulması və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur edilməsi, narkotiki etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələmələri barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirildikdən sonra orada polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalaraq özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edildiyini göstərsə də, nə həmin vaxt, nə də sonradan bu barədə heç bir yerə şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmiş, müdafiəçisinin iştirakı ilə etirafedici ifadə vermiş, polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxsin əməlləri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları və onun özünün ilkin izahat və ifadələri, həmçinin məhkəmə iclasında qismən etirafedici ifadəsi ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, Zərərçəkmiş şəxs3 dəymiş ziyanın öz payına düşən hissəsini ödəyərək onunla barışıq əldə etməsini, digər zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halları nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 1(002)-9/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmaqla 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-47/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 9/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) ay 17 (on yeddi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(002)-9/2022 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-9/2022 nömrəli xx.xx.2022ci il tarixli hökmündən qanunla müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti və ya protesti verilməmişdir. Odur ki, hökm qanuni qüvvəyə minmiş və azadlıqdan məhrum etməyə dair hissədə icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 17 yanvar 2024-cü il tarixli 21-1/3-830-2 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-9/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) ay 17 (on yeddi) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və o, 03 mart 2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatına götürülmüş, cəza müddəti başa çatdığı üçün 27 iyun 2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-9/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-47/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-9/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 4 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 15 aprel 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Sabunçu RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu 08 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,589 qram narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs1 üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62, 68.1.3, 68.1.1-1-ci maddələrinə əsasən 3 (üç) il 1 (bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il azaldılmış, qalan cəza müddətini çəkib qurtardığı üçün onun barəsində olan şəxsi iş 14 aprel 2023-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 1(001)-385/2020 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-385/2020 nömrəli 24 noyabr 2020-ci il tarixli hökmü 15 dekabr 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icra edilməsi üçün Sumqayıt şəhər Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 15 fevral 2024-cü il tarixli 21-2/3-929 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 1 (bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il azaldılmış, qalan cəza müddətini çəkib qurtardığı üçün onun barəsində olan şəxsi iş 14 aprel 2023-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu 08 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,487 qram narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs2 üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək peşman olmasını, Zərərçəkmiş şəxs3 dəymiş ziyanın öz payına düşən hissəsini ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 28 fevral 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) il azaldılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 17 yanvar 2024-cü il tarixli 21-1/3-829-2 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Abşeron Rayon Məhkəməsinin 1(102)-456/2021 saylı 18 oktyabr 2021-ci il tarixli hökmünə əsasən 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və o, 25 yanvar 2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatına götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs3 ona təyin edilmiş cəzanın çəkilmə qaydasını pozduğu üçün icra məmurunun təqdimatına əsasən cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 1 (bir) gün hissəsinin 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər hesablanmaqla Bakı Apellyasiya Məhkəməsinin 7(103)-254/2023 saylı 02 avqust 2023-cü il tarixli qərarına əsasən 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 04 sentyabr 2023-cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 16 fevral 2024-cü il tarixli 3- 16-17/40/2-1052/2024 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin 1(102)-456/2021 saylı 18 oktyabr 2021-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə qaydasını pozduğu üçün icra məmurunun təqdimatına əsasən cəzasının çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 1 (bir) gün hissəsinin 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər hesablanmaqla Bakı Apellyasiya Məhkəməsinin 7(103)-254/2023 saylı 02 avqust 2023cü il tarixli qərarına əsasən əvəz edilmiş 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 16 fevral 2024-cü il tarixə çəkilmiş hissəsi 6 (altı) ay 14 (on dörd) gün, çəkilməmiş hissəsi 4 (dörd) ay 1 (bir) gündür. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 təyin edilmiş 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 06 mart 2024-cü il tarixə çəkilməmiş hissəsi 3 (üç) ay 12 (on iki) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Təqsirləndirilən şəxs3 Bakı Apellyasiya Məhkəməsinin 7(103)-254/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 06 mart 2024-cü il tarixə çəkilməmiş 3 (üç) ay 12 (on iki) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 15 aprel 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınaraq onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 50,00 (əlli) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxslərə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X5, Müdafiəçi3, X7, Müdafiəçi1, Müdafiəçi2 və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X9 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 25 (iyirmi beş) iş saatına görə 150,00 (yüz əlli) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 25 (iyirmi beş) iş saatına görə 150,00 (yüz əlli) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat olmaqla ümumilikdə 660,00 (altı yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X9 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-9/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-47/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-9/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 4 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 08 may 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,589 qram narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs1 üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 08 may 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,487 qram narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs2 üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 7(103)-254/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 12 (on iki) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs3 qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınaraq onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Cəzasının əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 50,00 (əlli) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 150,00 (yüz əlli) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 120,00 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 150,00 (yüz əlli) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 120,00 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 120,00 (yüz itirmi) manat olmaqla ümumilikdə 660,00 (altı yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X9 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: "xxxx" ASC 1 saylı Sabunçu Rayon Filialı, kod 200208, VÖEN **********, m/h AZ 37NABZ********************, Bakı şəhəri 7 saylı Vəkil Bürosu – hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar