Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-108/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və xx xxxxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 20-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Sovxoz küçəsi ev 11 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan ünvan 3 ünvanının qarşısında küçədə Zərərçəkmiş şəxs ilə mübahisə edib əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bədən səthinin müxtəlif nahiyələrinə vuraraq ona ənsə nahiyəsinin fluktasiyaedici hematoması, ənsə nahiyəsinin nöqtəşəkilli qansızmaları, sol bazunun, sol saidin sıyrıqları ilə, Təqsirləndirilən şəxs2 isə əlləri ilə Zərərçəkmiş şəxs arxa tərəfindən qollarının altından tutub Zərərçəkmiş şəxs sağ qoltuqaltı nahiyənin nöqtəşəkilli qansızmaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül dərəcəli xəsarətlər yetirərək xuliqanlıq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan ünvan 4 ünvanının qarşısında küçədə Zərərçəkmiş şəxs ilə mübahisə edib əlləri ilə Zərərçəkmiş şəxs arxa tərəfindən qollarının altından tutub ona sağ qoltuqaltı nahiyənin nöqtəşəkilli qansızmaları ilə, Təqsirləndirilən şəxs1 isə əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bədən səthinin müxtəlif nahiyələrinə vuraraq ona ənsə nahiyəsinin fluktasiyaedici hematoması, ənsə nahiyəsinin nöqtəşəkilli qansızmaları, sol bazunun, sol saidin sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül dərəcəli xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, Hüseyn və qardaşı onun atasının əmisi nəvələridir. Hüseynin atası Ramiz hadisədən təqribən bir həftə əvvəl ondan onun həyətinə 4 maşın mişar daşı boşaltmasını xahiş etmişdir. Belə ki, o, özü iri bortlu “ZİL” maşınını idarə edib mişar daşı satmaqla ailəsini dolandırır. O, hər bir maşını Ramiz ilə 110 manata razılaşmışdır. Bir neçə gün ərzində Hüseyngilin həyətinə 4 maşın daş boşaltmışdır. Həmin puldan Ramiz 3 maşın daşın pulunu ona ödəmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə səhərə yaxın saat 4-5 aralarında sonuncu, yəni 4-cü maşın daşı Hüseyngilin həyətinə boşaltmışdır. Həmin gün səhər saat 08:30-da Ramizə zəng vurub ondan qalan 80 manat borcunu istəmişdir. Lakin Ramiz ona bildirmişdir ki, pulu yoxdur, iki günə verəcək, o da Ramiz ilə razılaşmışdır. Həmin gün günorta Ramiz özü ona zəng vuraraq bildirmişdir ki, “pul hazırdı, gəl pulu götür”. Ramizə cavabında demişdir ki, daş karxanasındadır, axşam gələndə götürər. Bundan təqribən iki saat sonra təkrarən Ramiz özü onunla əlaqə saxlayaraq bildirmişdir ki, pulu oğlu Ayaza verib, ondan alsın. Ayaza zəng vurub pulu nə vaxt gəlib götürə biləcəyini soruşmuş, Ayaz ona bildirmişdir ki, pulu onların evinin yaxınlığında olan mağazaya verib, gəlib ordan götürsün. O, özü Kərbəlanı ziyarət etdiyi üçün, həmin mağazada isə spirtli içki satıldığından, oraya getmək istəmirmiş. Bu səbəbdən Ayaza demişdir ki, “özün pulu mağazadan götür, mənə ver”. Bu zaman saat artıq 20 radələri olarmış, atası qaynı Natiqlə birlikdə atasına məxsus olan “VAZ-2106” markalı **-VL-*** dövlət nömrə nişanlı avtomaşınla mağazaya alış-veriş etməyə gedirmişlər. O və Natiq maşına əyləşdikdən sonra atasından xahiş etmişdir ki, Ramizin yaşadığı ünvana sürsün, onlardan pulunu alsın. Atası maşınla onların evinin qarşısına çatanda qapının qarşısında Ayazla birlikdə durmuş Hüseyn heç bir səbəb olmadan onun ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Atası maşından düşüb Hüseynə yaxınlaşmışdır ki, onu sakitləşdirib pulu istəsin. Natiq Hüseynin atasına əl qaldıracağından ehtiyat edib maşından düşmüş, bu zaman atası ilə Hüseynin arasında mübahisə düşmüş və Natiq Hüseynin arxa tərəfinə keçib onun qolunun altına girib özünə tərəf sıxmışdır. O, maşının qapısını açıb maşından düşən zaman Hüseynin anası Ulduzun qapının qarşısında olduğunu görmədiyindən, maşının qapısı təsadüfən Ulduza dəymişdir. O, Ulduzdan üzr istəyib Hüseynə yaxınlaşmış və əsəblərini cilovlaya bilməyərək Hüseyni sillə ilə vurmuşdur. Bundan sonra Natiq Hüseyni buraxmış, Hüseyn qaçıb həyətə girmiş və polisə zəng vurmuşdur. Natiq onun polisə zəng vurduğunu görüb o da “102” xidmətinə zəng vuraraq Hüseynin onları təhqir etdiyini bildirmişdir. Bu zaman hadisə yerinə gələn Hüseynin atası Ramiz mağazadan pulu götürüb ona vermiş və onlar çıxıb getmişlər. Mübahisə təqribən 20 dəqiqə davam etmişdir. Kənarda Hüseyngilin qonşuları olmuşdur. Hava qaranlıq olduğundan orada olan şəxslərin üzlərini tam ayıra bilməmişdir, həm də ara qarışıqlıq olduğundan, heç kimə fikir verməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının sonunda özünü təqsirli bilərək zərərçəkmiş şəxsdən üzr istədi, ilk dəfə törətdiyi əməlindən peşman olduğunu bildirdi və bağışlanmasını, məhkəmədən isə bütün bunların, həmçinin himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində qismən təqsirli bilərək göstərdi ki, Şahid2 onun qaynatası, Təqsirləndirilən şəxs1 isə qaynıdır. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saat 20 radələrində o, qaynatası və qaynı Azər qaynatası Aydına məxsus olan “VAZ-2106” markalı **-VL-*** dövlət nömrə nişanlı avtomaşınla mağazaya gedirmişlər. Bu zaman qaynı Azər qaynatasına maşını öz qohumları olan Hüseynin qapısına sürməyi demişdir. Belə ki, Azər Hüseynin atası Ramizin qapısına idarə etdiyi “ZİL” markalı yük avtomaşını ilə mişar daşı boşaltmış, bu səbəbdən Aydın maşınını öz qohumları olan Hüseyn və Ayazın həyətinə sürmüşdür. Onlar məhləyə çatanda Hüseyn və Ayaz qapının qarşısında olmuşlar. Qaynatası Aydın maşından düşüb Hüseynə yaxınlaşmış və ondan soruşmuşdur ki, “Azərin pulunu niyə vermirsiz?”, bu zaman Hüseyn nalayiq ifadələr işlətmişdir. O, fikirləşmişdir ki, Aydın yaşlı adamdır, birdən Hüseyn ona əl qaldırar, buna görə də maşından düşən kimi Hüseynə yaxınlaşıb arxa tərəfdən onun qollarının altına girmiş və özünə tərəf sıxmışdır. Bu zaman maşından düşən Azər Hüseynə yaxınlaşaraq ona bir sillə vurmuş və sakitləşməsini tələb etmişdir. Bundan sonra o, Hüseyni buraxmış və Hüseyn qaçıb evə girmişdir. Azər maşından düşərkən avtomaşının qapısını açanda qapı Hüseynin anası Ulduzun sifətinə dəymişdir, lakin Azər bunu qəsdən etməmiş, hətta qapı Ulduza dəyən zaman Azər üzr istəmişdir. O, Hüseynin polisə məlumat verdiyini görüb özü də “102” xidmətinə zəng vuraraq Hüseynin və qardaşının onları təhqir etdiyini bildirmişdir. Əslində Hüseynin qardaşı ümumiyyətlə aralarında baş verən mübahisəyə qarışmamışdır. Bundan sonra qonşular həyətdən çıxmış və aranı sakitləşdirmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının sonunda özünü tam təqsirli bilərək zərərçəkmiş şəxsdən üzr istədi, ilk dəfə törətdiyi əməlindən peşman olduğunu bildirdi və bağışlanmasını, məhkəmədən isə bütün bunların, həmçinin himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə axşam saat 20 radələrində o, evdə olmuşdur. Süfrə arxasına əyləşib xörək yemək istəyən zaman qardaşı Ayazın mobil nömrəsinə zəng gəlmiş, Ayaz telefonla danışan zaman o, başa düşmüşdür ki, Ayaza zəng edən babasının əmisi oğlu Aydının oğlu Azərdir. Belə ki, qardaşı Ayaz Azərdən tikinti üçün 4 maşın mişar daşı almışdır. Azər özü iri bortlu “ZİL” markalı yük maşınını idarə edir. Ayaz Azərlə telefonda danışan zaman Azəri başa sala bilmədiyini bildirəndə, o, Ayazdan dəstəyi alıb Azərlə danışmış və ona bildirmişdir ki, “qardaşım Ayaz sənə 3 maşının pulunu verib, sonuncu maşının pulunu da işə getdiyi üçün mağazaya qoyub, get, mağazadan pulu götür”. Belə ki, Ayaz həqiqətən də işə getdiyi üçün çatdırıb pulu Azərə verə bilmədiyindən, elə həmin tarixdə səhər tezdən 80 manat pulu qonşuluqda mağazada satıcı işləyən Ramin adlı şəxsə vermişdir ki, Azərə çatdırsın. Bu zaman Azər ondan soruşmuşdur ki, “kimdi mənimlə danışan?” O, özünü Azərə təqdim etmiş, lakin Azər heç bir səbəb olmadan onu təhqir etməyə başlamışdır. Bundan sonra Azər ona demişdir ki, küçəyə çıxsın, gəlir. Bu zaman qardaşı Ayaz küçəyə çıxmış, o da Ayazın ardınca, onların da arxasınca atası Ramiz və anası Ulduz evin qarşısına çıxmışdır. Bir neçə dəqiqə sonra Azər, atası Aydın və kürəkənləri Natiq Aydına məxsus olan “VAZ-2106” markalı avtomaşınla evlərinin qarşısına gəlmişlər. Avtomaşından düşən Natiq və Aydın onun üstünə cummuşlar. Aydın onunla qarşı-qarşıya durub heç bir səbəb olmadan onu təhqir etmiş, bu zaman Natiq onu arxadan qucaqlayıb tutmuş və bundan sonra avtomaşından düşən Azər üstünə gələrək onu əli və ayaqları ilə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt ara qarışıqlıq olmuş, qonşular həyətə çıxmışlar. Onlar artıq adamların çox olduğunu görüb ondan əl çəkmişlər. Aralarında olan mübahisə təqribən 20 dəqiqə davam etmişdir, həmin vaxt o, onlardan heç birinə xəsarət yetirməmişdir. Natiqdən çox da böyük narazılığı yoxdur və Natiq ondan üzr istəsə, o, onunla barışacaqdır. Azər isə onu çox ağır sözlərlə təhqir etdiyinə görə, o, onunla indiyə qədər barışmamışdır, lakin Azər indiki açıq məhkəmə iclasında hamının gözü qarşısında ondan üzr istəyəcəyi və ona dediyi sözləri öz ünvanına geri götürəcəyi təqdirdə onunla barışacaqdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ondan üzr istəmələri və ona dəymiş ziyanı tamamilə ödəmələri səbəbindən onlarla barışdığını, onlardan heç bir şikayətinin və ya digər tələbinin olmadığını bidirərək bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etdi və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu, Təqsirləndirilən şəxs1 onun qohumu, Natiq isə Azərin bacısının həyat yoldaşıdır. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saat 20 radələrində o, ailə üzvləri ilə birlikdə süfrə arxasında oturarkən oğlu Ayazın mobil nömrəsinə zəng gəlmiş, Ayaz qohumları olan Azərlə telefonda danışmışdır. Azər özü iri bortlu “ZİL” markalı yük maşını idarə edərək mişar daşları satır. Həyətlərində tikinti işləri gördüyü üçün həyat yoldaşı Azərə 4 maşın daş sifariş vermişdir. Həyat yoldaşı Ramiz sifariş verdiyi daşların pulunu ödəmiş və Azərə 80 manat borcu qalmışdır. Azər Ayazla həmin borc məsələsi ilə əlaqədar telefonda danışarkən digər oğlu Hüseyn Ayazdan telefonu almış və Azərlə danışmışdır. Onlar telefonla bir qədər danışandan sonra aralarında mübahisə düşmüşdür. O, Hüseyngilin nə danışdıqlarını eşitməmişdir, sadəcə, Hüseyn Azərin onu təhqir etdiyini və hal-hazırda qapılarına gəldiyini bildirmişdir. Bundan sonra Hüseyn həyətlərinin qarşısına onları qarşılamağa çıxmışdır. O, hadisə baş verəcəyindən ehtiyat edib özü də bayıra çıxmış, Ayaz da onunla çölə çıxmışdır. Onlar, yəni Aydın, oğlu Azər və kürəkəni Natiq Aydına məxsus olan avtomaşınla qapılarına gəlmişlər. Maşından düşən Aydın oğlu Hüseynə yaxınlaşmış, o, onların nə danışdıqlarını eşitməmişdir, birdən mübahisələri düşmüşdür. Bu zaman Aydının kürəkəni Natiq maşından düşərək Hüseynə yaxınlaşıb onu arxadan qollarının altından tutmuş və özünə tərəf çəkib sıxmışdır. Həmin vaxt Azər də maşından düşürmüş, o da yaxınlaşıb ayırmaq istədikdə Azər maşının qapısını açdıqda qapı onun sol tərəf qulağına dəymişdir. Azər əsəbi olduğundan, yəqin ki, onu görməmiş, maşından düşəndə ondan üzr belə istəmişdir. Azər Hüseynə yaxınlaşıb onu sillə ilə vurmuş, bu zaman Natiq Hüseyni buraxmışdır. Hüseyn qaçıb həyətə girmiş və polisə zəng vurmuşdur. Bundan sonra hadisə yerinə həyat yoldaşı Ramiz gələrək Azərin pulunu mağazadan götürüb Azərə vermiş və Azərgil çıxıb getmişlər. Mübahisə təqribən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, xx xxxxxxxx 2020ci il tarixdə axşam saat 20 radələrində o, özünə məxsus olan “VAZ-2106” markalı **-VL- *** dövlət nömrə nişanlı avtomaşını ilə kürəkəni Natiq və oğlu Azərlə birlikdə mağazaya alış-veriş etməyə gedərkən yolda Azər ona bildirmişdir ki, qohumları Hüseynin atası Ramizə satdığı daşların pulunu Hüseyngildən gedib almaq lazımdır. Azərin sözü ilə maşını Ramizin qapısına sürmüş, qapının qarşısına çatıb maşını saxlamış, bu zaman Hüseyn və qardaşı Ayaz həyətdən bayıra çıxmışlar. Hüseyn həyətin qarşısında Azərin ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. O, maşından düşüb Hüseynə yaxınlaşmış, bu zaman Natiq Hüseynin onu vuracağından ehtiyat edib Hüseynin qollarının altından tutmuşdur. Azər maşının qapısını açıb onlara tərəf gəlmiş və Hüseynin yaxasından tutub onu sillə ilə vurmuşdur. Bundan sonra ətrafa qonşular yığıldığı üçün Natiq onu buraxmışdır. Hüseyn qaçıb evə girmiş, Hüseynin qardaşı Ayaz isə ümumiyyətlə heç bir hərəkət etmirmiş. Azər maşından düşüb onlara tərəf gələn vaxt maşının qapısının qarşısında Hüseynin anası Ulduz durmuş, Azər qapını açarkən təsadüfən qapı Ulduza dəymiş, bunu görən Azər Ulduzdan üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində o, işdən çıxıb evə gəlmişdir. Məhləyə çatanda görmüşdür ki, oğlu Hüseyn küçə qapısının qarşısında oturub. Atasının əmisi oğlu Aydın, onun oğlu Azər və yeznələri Natiq də həyətlərinin qarşısında oturub. O, nə baş verdiyini soruşmuş, Natiq ona bildirmişdir ki, sənlik deyil, o da bundan sonra evə daxil olmuşdur. Həyətdə Hüseynin olduğunu görüb nə baş verdiyini soruşmuş, Hüseyn ona bildirmişdir ki, daşın pulunun üstündə Azər və Natiq onu döyərək xəsarət yetirmişlər. Bundan sonra o, Azərə veriləcək pulun mağazada olduğunu öyrənmiş və mağazadan pulu götürüb Azərə vermiş, daha sonra onlar maşına əyləşib oradan uzaqlaşmışlar. Mübahisə baş verən zaman o, hadisə yerində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan məhəllədə səs-küy eşidib məhəlləyə çıxmışdır. Bu zaman məhəllədə, Hüseyngilin yaşadıqları evin qarşısında adamların yığışdığını görmüşdür. Hüseyn kimlərləsə dalaşmışdır. Bundan sonra başa düşmüşdür ki, Hüseyn öz qohumları Azər və Natiqlə dalaşmışdır. O, evdən bayıra çıxana qədər onlar artıq dalaşıb qurtarmışlar. İş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduqları ifadələrini üzləşdirmə zamanı bir-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 1051 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin fluktasiyaedici hematoması, ənsə nahiyəsinin, sağ qoltuqaltı nahiyənin nöqtəşəkilli qansızmalan, sol bazunun sol saidin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxxx 2020-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən ənsə nahiyəsinin fluktasiyaedici hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir; ənsə nahiyəsinin, sağ qoltuqaltı nahiyənin nöqtəşəkilli qansızmalan, sol bazunun sol saidin sıyrıqları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təvin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 2375 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Motivləşdirici hissə. Təqsirləndirilən şəxs1 Yüngül dərəcəli əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər və s. sübut edir. İİ.Yekun hissəsi. Ekspert cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Vət.Təqsirləndirilən şəxs1 hal-hazırda Yüngül dərəcəli əqli gerilik aşkar olunur. Vət.Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 maddəsinin təsiri altına düşmür. Əlavə: Təqsirləndirilən şəxs1 mövcud olan yüngül dərəcəli əqli gerilik onu törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağı vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx xxxx 2021-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11 noyabr 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11 noyabr 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışının əvvəlində özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməli etiraf edib peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 04 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, xx xxxxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 04 noyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun ilk dəfə törətdiyi əməli etiraf edib peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə ayrı-ayrılıqda cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu və cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu 04 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, xx xxxxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun şübhəli şəxs qismində 04 noyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla islah işləri cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X3 və Müdafiəçi1 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 180,00 (yüz səksən) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 04 noyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində 04 noyabr 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 cəmi 180,00 (bir yüz səksən) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 cəmi 90,00 (doxsan) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-108/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-108/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver