Məhkəmə qərarları › İş №1(003)-108/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-108/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-108/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi X.Vəliyev küçəsi ev 8-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər YYS nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-415/2022 saylı 17 sentyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış, həmçinin özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu ərazisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat pul müqabilində 01 ədəd siqarein gümüşü kağızına bülkülmüş bükümdə təmiz çəkisi 0,397 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən vasitələr”-in İ siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynindəki göy rəngli şalvarın sağ cibində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi “Xəzər” marketin yaxınlığında daşıyaraq üzərində saxlamış, 02 iyun 2022-ci il tarixdə saat 16 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Buzovna qəsəbəsi “Xəzər” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş, videoçəkilişlə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bülkülmüş bükümdə təmiz çəkisi 0,397 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 22 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən ona təmir işləri aparılması üçün təhvil verilmiş “Hyundaı Elantra” markalı, AZ **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 800 manat dəyərində kotalizatorunu gizli talayıb Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 16 sentyabr 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Sabunçu rayonu ərazisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat pul müqabilində 01 ədəd siqarein gümüşü kağızına bülkülmüş bükümdə təmiz çəkisi 0,301 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən vasitələr”-in İ siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynindəki göy rəngli cins şalvarın sol yan cibində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər YYM-də yerləşən “Bakı” kafesinin yaxınlığında daşıyaraq üzərində saxlamış, 16 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Buzovna qəsəbəsi Çiləgər YYM-də yerləşən “Bakı” kafesinin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş, videoçəkilişlə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bülkülmüş bükümdə təmiz çəkisi 0,301 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə istifadə etmiş, istifadə etdiyi narkotik vasitələri Bakı şəhərinin ayrı-ayrı yerlərindən müxtəlif şəxslərdən almışdır. 01 iyun 2022-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün narkotik vasitə heroin almaq üçün Suraxanı rayonu ərazisinə getmiş, orada tanımadığı şəxsdən 15 manat müqabilində 1 büküm kakos almışdır. Aldığı narkotik vasitəni əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyub Buzovna qəsəbəsinə gəlmişdir. 01 iyun 2022-ci il tarixdə saat 15 radələrində Buzovna qəsəbəsi “Xəzər” marketin yaxınlığında olarkən ona mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin istifadəsində şübhəli bilindiyini və birlikdə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən Polis Şöbəsinə getmiş və orada xidməti otaqların birində dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Baxış zamanı əvvəlcə ona bildirilmişdir ki, üzərində hər hansı bir qanunla dövriyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. O da əynində olan göy rəngli şalvarın sağ cibində saxladığı 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi bükülüyə baxış keçirilmiş və bükülünün içərisində aşkar edilmiş kakos kimi tanıdığı narkotik vasitə heroin götürülərək zərfə qablaşdırılmış və bu barədə tərtib edilmiş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmiş, tərkibi müəyyən edilməsi üçün ekpertiza keçiriləcəyi bildirilmişdir. Bundan başqa, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs özünə məxsus “Hyundaı Elantra” markalı, AZ **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərində dəmirçi işlərinin aparması üçün 16 iyun 2022-ci il tarixdə işlədiyi Buzovna qəsəbəsi Neftçilər küçəsində yerləşən avtomobil təmiri sexinə gətirib ona təhvil vermişdir. Razılaşmaya əsasən o, Rəşaddan zəhmət haqqı olaraq 200 manat pul almış və 10 gün müddətinə təhvil verməli olmuşdur. Avtomobilin üzərində bir qədər işlər gördükdən sonra pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Rəşada məxsus avtomobilin üzərindən katalizatorunu çıxarıb satsın. 22 iyun 2022-ci il tarixdə o, həmin avtomobilin katalizatorunu avtomobilin üzərindən çıxarıb tanımadığı şəxsə 250 manata satmışdır. Sonradan Rəşad sexə gəlib avtomobilə baxdıqda katalizatorun avtomobilin üzərindən çıxarılmasını aşkar etmiş və onunla əlaqə saxlamışdır. O, Rəşada katalizatoru oğurladığını efiraf etmiş və ona dəmiş zərəri ödəyəcəyinə söz versə də pulu olmadığından Rəşada zərəri ödəyə bilməmişdir. Bundan başqa, o, 16 sentyabr 2022-ci il tarixdə saat təxminən 21 radələrində Buzovna qəsəbəsi “Bakı” kafesinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, özünü şübhəli apardığını, eləcə də narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib-etmədiyini soruşmuşlar. Söhbət zamanı o, üzərində narkotik vasitə olan heroin olmasını səmimi etiraf etmiş, onlar onu 2-ci PŞ-nə dəvət etmişlər. 2-ci PŞ-də o, polis əməkdaşlarına bildirmişdir ki, üzərində, narkotik vasitə olan heroin vardır. Sonra onun üzərinə şəxsi axtarış, baxış və götürmə keçirilmiş və əynindəki göy rəngdə cins şalvarın sol yan cibində olan siqaretin gümüşü kağızına bükülmüş, içərisində narkotik vasitə olan heroini təqdim etmiş və onu 16 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonu ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını etiraf etmişdir. İlk dəfə törətdiyi əməllərdən peşman olmuş, maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı hələlik ödəyə bilməmişdir, lakin zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 16 iyun 2022-ci il tarixdə özünə məxsus olan “Hyundaı Elantara” markalı, AZ **-FE- *** dövlət qeydiyyat nişanlı avtomobildə dəmir işlərini görmək üçün Təqsirləndirilən şəxs işlədiyi Xəzər rayonu Buzovna qəsəbəsi Neftçilər küçəsində yerləşən avtomobil təmiri sexinə təhvil vermişdir. Bunun üçün Salehə işə başlayanda 200 manat ödəniş etmiş, danışığa əsasən Saleh avtomobili 10 gün ərzində təhvil verməli olmuşdur. 26 iyun 2022-ci il tarixdə Salehin işlədiyi avtomobil təmiri sexinə getmişdir ki, avtomobilə baxsın. Həmin vaxt o, sexə getsə də orada Salehi tapa bilməmişdir. Avtomobilə baxış keçirərkən avtomobilin üzərində olan 800 manat dəyərində katalizatorunun oğurlanmasını aşkar etmişdir. Həmin vaxt oradan atomobilini götürmüş, Salehlə əlaqə saxladıqda Salehi tapa bitlməmiş və bu barədə Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan Salehlə əlaqə saxladıqda, o, katalizatoru avtomobilin üzərindən çıxarıb satmasını etiraf etmiş, ona dəymiş zərəri ödəyəcəyinə söz vermiş, lakin bu günə kimi zərəri ödəməmişdir. Buna baxmayaraq, o, Salehdən şikayətçi deyildir, ona qarşi heç bir şikayəti və ya digər tələbi yoxdur. Salehə hər hansı cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olan Xəzər rayonu Çiləgər YYS-də nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Buzovna qəsəbəsində yerləşən “Xəzər” marketin yaxınlığında mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Xəzər RPİ-nin 2-ci PŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 01 iyun 2022-ci il tarixdə o və 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 15:15 radələrində Buzovna qəsəbəsində yerləşən “Xəzər” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə 2-ci PŞ-nə gəlmiş və şöbənin xidməti otaqlarının birində videoçəkilişlə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik maddə olan siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik maddə heroin olduğunu və həmin maddəni 01 iyun 2022-ci il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi ücün aldığını bildirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya maddələr aşkar edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olan Xəzər rayonu Çiləgər YYS-də nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Xəzər RPİ-nin 2-ci PŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 16 sentyabr 2022-ci il tarixdə o və 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 oğlundan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 21 radələrində Xəzər rayonu X3 sahəsində yerləşən “Bakı” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə 2-ci PŞ-nə gəlmiş və şöbənin xidməti otaqlarının birində videoçəkilişlə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik maddə olan siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik maddə heroin olduğunu və həmin maddəni 16 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi ücün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya maddələr aşkar edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsi ilə onun da da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli 6/3082 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №193” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,397 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,397 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,347 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110,00 (bir yüz on) manatdır. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli 6/5271 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 193” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza,müdafiəçi:-imza, iştirak etdi – iki imza, qablaşdırdı: A.İsmayılov - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,301 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,301 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,251 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92,00 (doxsan iki) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 6028 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,397 qram və 0,301 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalan - 0,347 qram və 0,251 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 13 iyul 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması, həmçinin özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi faktları məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi barədə protokollarla, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə 01 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 03 iyun 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin şərtlərini pozduğundan 01 avqust 2022-ci il tarixdə onun barəsində axtarış elan olunmuş və cinayət işinin istintaqı Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 16 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş, 17 sentyabr 2022-ci il tarixdə cinayət işinin icraatı təzələnmiş, həmin tarixdə ********** saylı cinayət işi Xəzər RPİ-nin icraatında olan ********** saylı cinayət işinə bir icraatda birləşdirilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan edilərək barəsində Bakı şəhər Xəzər rayon Məhkəməsinin tərəfindən həbsetmənin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. ********* saylıi cinayət işi 13 avqust 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-də Zərərçəkmiş şəxs 28 iyun 2022-ci il tarixdə ərizə ilə Xəzər RPİ-nin 2ci PŞ-nə müraciət edərək 26 iyun 2022-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi Neftçilər küçəsində yerləşən təmir sexinə təmir olunması üçün təhvil verdiyi özünə məxsus “Hyundai Elantra” markalı, AZ **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin katalizatorunun oğurlanmasını aşkar etməsi faktına görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanmış, 13 sentyabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 27 oktyabr 2022-ci il tarixdə isə təzələnmiş, 10 oktyabr 2022-ci il tarixdə ********** saylı cinayət işi ********** saylı cinayət işinə bir icraatda birləşdirilmiş, 11 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Resbulikası CM-nin 234.1ci maddəsindən həmin Məcəllənin 1771 və 234.1 maddələrinə tövsif edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 16 sentyabr 2022ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,347 qram və 0,251 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 202,00 (iki yüz iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,347 qram və 0,251 qram narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə xərcləri – 202,00 (iki yüz iki) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar