Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-108/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR-nın Babək rayonu, Çalxanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR-nın Babək rayonu, Çalxanqala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxta satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,250 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla 31 may 2024-cü il tarixdə ünvan 1 ünvanının yaxınlığına kimi daşımış, Suraxanı RPİ-nin 30-cu PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində o, xx.xx.2024-cü il tarixdə saat 19:00 dəqiqədə həmin ünvanın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-yə aparılmış və orada saat 21:00-da təhqiqatçı tərəfindən üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,250 qram təşkil edən xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,566 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində daşıyaraq üzərində saxlamış, 27 avqust 2024-cü il tarixdə saat 12:05 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsi, “Verona” şadlıq sarayının yaxınlığında saxlanılaraq üzərinə video çəkiliş vasitəsilə yoxlama aparılmış və yoxlama zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi çəkisi 0,566 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, tanış bir adamdan 10 manat verib çəkmək üçün psixotrop maddə götürmüşdür. Əməlindən peşmandır. 3 uşağı vardır. Birinci dəfə may ayında Hövsan qəsəbəsində saxlanılmış, üzərində narkotik vasitə olmuş, amma az miqdarda olmuşdur. Hövsan qəsəbəsinə narkotik almağa getmiş, alanda saxlanılmışdır. Üzərindən “patı” (metamfetamin) aşkar olunmuşdur. 2-ci epizodda isə xalası oğlu ilə “Verona” şadlıq sarayının yaxınlığında saxlanılmışdır. Xalası oğlunun adı Röyaldır, hazırda o, həbs olunmuşdur. Saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Saat 12-13 radələrində saxlanılmışdır. İlk öncə onu və xalası oğlunu polis şöbəsinə aparmışlar, sonra isə yenidən saxlanıldıqları yerə qaytarmışlar. Şöbədə olarkən xalası oğlunun üzərini yoxlamışlar və cibindən narkotik vasitə çıxmışdır. Sonra Röyala narkotiki cibinə qoyması deyilmiş və o, narkotiki yenidən cibinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən bükümdə olan narkotik vasitə ona verilmiş və cibinə qoyması deyilmişdir. Əks halda onlara külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə bağlı ittiham veriləcəyi bildirilmişdir. Bundan sonra onları yenidən saxlanıldıqları yerə aparmışlar. Çəkiliş etmişlər və çəkiliş zamanı cibində olan bükümü çıxarıb təqdim etmişdir. Lakin, həmin büküm ona məxsus olmamışdır, dediyi kimi polis əməkdaşları tərəfindən ona verilmişdir. İstintaq zamanı təzyiq altında olduğu üçün başqa məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi zidiyyətlər olan hissədə elan edilmişdir. Həmin ifadədən görünür ki, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı rayonu ərazisində üzdən tanıdığı şəxsdən 01 ədəd şəffaf sellefana bükülmüş bükümdə psixotrop maddə metamfetamini 20 manat məbləğində pula almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:05 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsi, Verona şadlıq sarayının yaxınlığından Röyal adlı qohumu ilə dayanıb söhbət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxsin də üzərində narkotik vasitə olmuşdur. Dayanıb söhbət edən zaman üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onların üzərlərində baxış aparacaqlarını bildirmişlər. Onlar onlara narkotik və psixotrop maddələrin dövriyyəsində sübühəli olduqlarını bildirmişlər. Onlar da bu hal etiraz etməmişdir. Onların üzərlərinə baxış zamanı Röyal adlı şəxsində üzərindən psixotrop maddə aşkar edilərək götürülmüşdür. Daha sonra onun üzərinə baxdıqları zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellefona bükülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Daha sonra onları 3-cü PŞ-nə dəvət etmişlər. O və Röyal Şahhüseynovda razılaşıb onlara etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişlər. Xəzər RPİ-nin 3-cü PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkil ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı üzərindən götürülmüş psixotrop maddə metamfetami müvafiq qaydada qablaşdırmışdır. Üzərinə əlavə baxış keçirilsə də heç bir qeyri-qanuni əşya və yaxuda predmet aşkar edilməmişdir. Həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 20 manat məbləğində pula aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin zərf onun da tərəfindən üzəri imzalandıqdan sonra möhürlənmişdir. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onlar tərəfimdən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru X9 bildirdi ki, 27 avqust 2024-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi, H.Hasilov küçəsində Təqsirləndirilən şəxs özünü şöbhəli apardığına görə saxlamışlar. Saxladıqdan sonra videoşəkilişlə hüquq və vəzifələri izah edildikdən sonra üzərinə axtarış keçirilmişir. Ona üzərində hər hansı bir əşya varsa videoçəkilişlə təqdim etməsi təklif olunmuşdur. Sonuncu isə özünə aid olan şalvarının cibindən büküm çıxardaraq təqdi etmişdir. Həmin büküm əməkdaşlar tərəfindən zərfə qoyulmuş, onra isə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət olunmuşdur. Verilən suallara cavab olaraq Etibar Əhmədov bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əvvəlcədən əməliyyat məlumatı daxil olmamış, özünü şübhəli apardığına görə onu saxlamışdırlar. Ondan başqa şəxsin saxlanılmasında polis əməkdaşları Şahid4 və Şahid5 olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən deyil, polis şöbəsinə apardıqdan sonra hüquq və vəzifələri izah edilmişdir. Videoçəkilişlə baxış təzə yarandığı üçün hüquq və vəzifələrini izah etməmişlər. Onu şöbəyə aparlb, yenidən geri qaytarmamışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 Xəzər RPİ-nin 3cü Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru X5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid1 bildirdi ki, 31 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması ilə əlaqədar saat 19:00 radələrində ünvan 1 ünvanının yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 30-cu PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və könüllü olaraq üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olduğunu bildirmiş və sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X3 RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/3055 nömrəli ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “ Zərflər üçün № 194” möhür əksi, “X30 /imza/; Şahid1/imza/; X33 /imza/; X11 /imza/” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,250 qram olan ağ rəngli, kristalşəkilli maddə küstər üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilənpsixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,250 qr, tədqiqata sərf edildi-0,05 qr., qalıq – 0,200 qr. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/4360 nömrəli ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №244” möhür əksi, “...Təqsirləndirilən şəxs...” əl yazısı və.s adları, soyadlar imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,566 qram ağ rəngli, kristalşəkilli maddə küstər üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetamin kütləsi X1 aşkar olunmuş metamfetamin kütləsi kimi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilənpsixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,566 qr, tədqiqata sərf edildi-0,05 qr., qalıq – 0,516 qr. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 5610 nömrəli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN qəbulu edilməsi nəticəsində ASLİLİQ SİNDROMU (NORKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan: -“Cinayət işi başlanması və icraata qəbul etmək barədə” Xəzər RPİ-nin müstəntiqi Mirzəbala Əliyevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməsini qərara almışdır. -“Əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanması və əşyanın götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı S.Sülyemanov, Xəzər RPİ-nin 3cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Y.Hüseynov və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncu xx.xx.2024-cü il tarixdə saxlanılmış və o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükülünü çıxardaraq narktok vasitə olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün tanımadığl şəxsdən aldığını bildirmişdir. Həmin kütlə götürülmüş və qablaşdırılması üçün Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış, tədbir zamanı “İphone” markalı mobil telefon ilə çəkilmiş video çəkilmişdir. -xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:05də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı X18 tərəfindən tutulmuşdur. -“Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri araşdırmaya təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra saxlanılan zaman üzərində aşkar olunmuş psixotrop maddə PŞ-nin əməkdaşı tərəfindən təqdim olunmuşdur. Verilən suallara cavab olaraq təqdim olunmuş 01 ədəd şəffaf selofana bükülmüş bükümün psiotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunan narkotik vasitə zərfə qoyulmuş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq müvafiq qaydada qablaşdırılmışdır. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Mirzəbala Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Mirzəbala Əliyev Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 27 avqust 2024-cü il tarixli “Əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əyanın götürülməsi haqqında" protokola əlavə edilmiş 01 ədəd diskə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, Xəzər RPİ-nin 3. cü PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru X5 iştirakları ilə həyata keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində narkotik vasitələrin dövriyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və X4 şübhəli şəxs qismində saxlanılaraq polis əməkdaşları özlərini təqdim etdikdən sonra həmin şəxslərin üzərlərində qanunla qadağan edilmiş əşya və yaxuda predmet olmasını həmin şəxslərə sual verirlər, bu sualdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şavların sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə psixotrop maddəyə bənzər kütləni, X4 isə üzərində olan psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edilər. Həmin kütlələr polis əməkdaşları tərəfindən götürülür. -“Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X7 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilməsini qərara almışdır. -xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:00da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən tutulmuşdur. -“Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Suraxanı RP-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X13, Suraxanı RP-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X15 iştirakları ilə Xəzər RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən Təqsirləndirilən şəxs üzərinə, şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün işərisində metamfetamin kimi tanıdığı psixotrop maddə var. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik maddəni Suraxanı rayonu, Bağlar massivində tanımadığı şəxsdən ümumilikdə 20 manat ödəməklə şəxsi şəxsi istifadə üçün almış, sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2024-ci il tarixdə saat 19:00 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində ağ rəngdə kristal şəkilli psixotrop maddə metamefaminə bənzər olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 194 saylı möhürü ilə möhürlənərək götürüldü. Həmçinin şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan biləcək əşya və ya predimet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində xx.xx.2024-cü il tarixdə saat 20:50-dən saat 20:55-dək aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. -“Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış “HP” markalı kompyuter vasitəsilə “CD” formatlı diskə keçirildi. Baxış zamanı müəyyən edildi ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 31 may 2024-cü il tarixli və 05 dəqiqə 29 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları Suraxanı RPİ-nin 30-cu PBnin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxanb təqdim edərək bildirir ki, təqdim etdiyi bükümünün içərisində olan psixotrop maddə metamfetamindir və həmin psixotrop maddəni suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazsində tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heçnə aşkar edilməmişdir. Baxış zamanı bir ədəd CD diskdə olan fayla baxıldıqdan sonra qablaşdırılaraq möhürləndi və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olundu. -“Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -“Cinayət işinin birləşdirilməsi üçün aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi onun həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Xəzər RPİ-nin istintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü aidiyyəti üzrə Bakı şəhəri Xəzər RPİ-nin istintaq şöbəsinə göndərilməsi qərara alınmışdır. -“Cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək ********* nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq etdirilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan olunması qərara alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemində Təqsirləndirilən şəxs aid məlumat pəncərəsindən görünür ki, onun, xx.xx.2016-cı il təvəllüdlü X23, xx.xx.2018-ci il təvəllüdlü X20 və xx.xx.2019-cu il təvəllüdlü X16 adlı azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin qərarın 37-ci bəndində göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstünün yoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların ondan götürülməsinin rəsmiləşdirilməsinin mümkün qədər CPM-in 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə kimi istintaq hərəkətinə, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinin isə mümkün qədər CPM-in 236-cı maddəsində nəzərdə tutulmuş “baxış” istintaq hərəkətinə uyğunlaşdırılması o demək deyil ki, istintaq hərəkətində hal şahidlərinin və yaxud müdafiəçinin iştirak etməsinə dair CPMin müddəaları əməliyyataxtarış tədbirinə də şamil olunmalıdır. Əksinə, əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri, o cümlədən bir çox hallarda gizli, konspirativ üsullarla həyata keçirilməsi, tətbiq edilən üsulların, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin, məlumat mənbələrinin məxfiliyini qorumaq zərurəti hal şahidlərinin, müdafiəçilərin əməliyyat-axtarış tədbirlərində iştirak etmələrini istisna edir və həmin şəxslərin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən bu və ya digər əməliyyat-axtarış tədbirinə, məsələn, əməliyyat-axtarış tədbirinin gedişində saxlanılan şəxsin üstünün yoxlanılmasına və yaxud “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinə cəlb edilməsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutların mötəbərliyinə (sübut əhəmiyyətli ola biləcək predmetin əldə edilməsi şəraitinin qüsurluluğuna görə) sübhə salan hal kimi nəzərdən keçirilə bilər. Qeyd olunan normaların bir-biri ilə, eləcə də CPM-in vəkilin şübhəli şəxsin müdafiəsi üçün cinayət prosesində iştirak etməsini tənzimləyən 92.3.9, 92.4.1, 92.4.2 və 92.4.6-cı maddələri ilə müqayisəli şəkildə təhlili onu deməyə əsas verir ki, cinayətprosessual qanunvericilik tutulmuş şübhəli şəxsin müdafiəçiyə malik olmaq hüququnun realizə edilməsini bir qayda olaraq tutulmanın prosessual məcburiyyət tədbiri kimi artıq tətbiq edilmiş (mövcud) olması ilə şərtləndirməklə, bu hüququ təmin etmək vəzifəsini müvafiq təhqiqat və ibtidai istintaq orqanının üzərinə qoymuşdur. Başqa sözlə, şəxsin cinayət törətməsinə şübhə yaranması ilə əlaqədar (CPM-in 148-ci maddəsində göstərilən hallarda) tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ deyil, hüquqları barədə, o cümlədən tutulduqdan dərhal sonra müdafiəçiyə malik olmaq hüququna dair məlumat və izah almaq hüququ yaranır. Odur ki, şübhəli şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi ilə əlaqədar əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tutulub-saxlanıldıqda (yaxalandıqda) faktiki tutulma anında ona digər hüquqları ilə yanaşı, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ izah olunmalı, CPM-in 153.2.2 və 153.2.3-cü maddələrində nəzərdə tutulduğu kimi, şübhəli şəxs tutulduqdan dərhal sonra polis orqanına və yaxud digər təhqiqat orqanına gətirilib tutulmanın rəsmiləşdirilməsi başa çatdırıldıqdan (o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən tutma protokolu tərtib edildikdən və şübhəli şəxs həmin protokolla tanış edildikdən) dərhal sonra artıq təhqiqatçı və yaxud müstəntiq şübhəli şəxsin müdafiəçiyə malik olmaq hüququnun realizə edilməsi üçün CPM-in 153.2.5-153.2.8-ci maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq tədbirlər görməli, hər bir halda şübhəli şəxs qismində ilk dindirilməyədək şübhəli şəxsin müdafiəçisinin, öz müdafiəçisi olmadıqda isə müdafiəçi qismində dəvət edilən vəkilin cinayət prosesində iştirak etmək, o cümlədən onların konfidensial ünsiyyət saxlamaq imkanı təmin edilməlidir. Lakin faktiki tutulmuş şəxsin müdafiəçisi olduqda və ya cinayət prosesində müdafiəçinin mütləq iştirakını müəyyən edən CPM-in 92.3-cü maddəsində göstərilən hallardan biri olduqda, o cümlədən faktiki tutulub-saxlanılma anında şübhəli şəxs müdafiəçi ilə təmin olunmasını tələb etdikdə, şübhəli şəxsin tutulduğu andan, yəni azadlığının faktiki məhdudlaşdırılmasından dərhal sonra müdafiəçiyə malik olmaq hüququnu nəzərdə tutan CPM-in 90.7.2 və 90.7.5-ci maddələrinə, habelə tutulma haqqında protokolun şəxsə müdafiəçi qismində təqdim edilməsi üçün dəvət edilmiş vəkil tərəfindən imzalanmasını təsbit edən CPM-in 147.6-cı maddəsinə, eləcə də bu Qərarın yuxarıda təsvir edilmiş müddəalarına əsasən şübhəli şəxsi tutub-saxlamış (azadlığını faktiki məhdudlaşdırmış) əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edilən (əməliyyat-axtarış tədbirinin gedişinə və nəticələrinə dair) raportda və ya protokolda tutulub-saxlanılmış şəxsə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edilməsinə dair məlumatla yanaşı, həmin şəxsin müdafiəçisinin olubolmaması, müdafiəçi ilə təmin edilməsini tələb edib-etməməsi barədə məlumatlar da əks etdirilməli, cinayət təqibi üzrə təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə şübhəli şəxsin tutulmasının tutulma haqqında protokol ilə rəsmiləşdirilməsində müdafiəçinin və ya müdafiəçi qismində təqdim edilməsi üçün dəvət olunmuş vəkilin iştirakını təmin etməlidir.Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə saat 12:05 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsi, “Verona” şadlıq sarayının yaxınlığında saxlanılaraq üzərinə video çəkiliş vasitəsilə yoxlama aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi çəkisi 0,566 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi ilə bağlı epizod şəxsin saxlanılması zamanı kobud prosessual pozuntulara yol verildiyindən, həmçinin Azərbaycan Respublikası Ali məhkəməsi plenumunun yuxarıda qeyd olunmuş qərarında göstərilmiş tövsiyyələrə əməl edilmədiyindən ona verilmiş ittihamdan xaric edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılması zamanı olan videodiskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, sonuncu saxlanılarkən, yəni azadlığı faktiki olaraq məhdudlaşdırılan zamanı müdafiəçiyə malik olmaq və digər hüquqları izah edilməmişdir. Bundan başqa şəxsin saxlanılmasında iştirak etmiş əməliyyat müvəkkili Etibar Əhmədov sübutların götürülməsi və qablaşdırılması qaydalarını kobud şəkildə pozaraq Təqsirləndirilən şəxs və həmin vaxt onun yanıda olan digər şəxsin təqdim etdiyi və içərisində narkotik vasitə və ya psixotrop maddə olması güman edilən iki ədəd eyni ölçülü və bir-birindən fərqlənməyən bükümü müvafiq qaydada qablaşdırmaq əvəzinə sağ əlinin ovuc hissəsində saxlanmış və əməliyyat axtarış tədbirinin davamı olaraq polis şöbəsində keçirilmiş şəxsi axtarış zamanı da sağ əlində olan bükümü təqdim etmişdir. Beləliklə hansı bükümün kimin cibindən aşkar edilməsinin də hansı qaydada müəyyən olunmasını təyin etmək mümkün olmamışdır. Halbuki, CPM-in 254.8-ci maddəsinə əsasən “Axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir”. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş əməliyyat müvəkkili Etibar Əhmədov və digər polis əməkdaşları bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əvvəlcədən hər hansı bir əməliyyat məlumatı olmamış, sonuncu özünü şübhəli apardığı üçün saxlanılmışdır. Bu hal isə əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsi qaydalarına, həm də Ali Məhkəmə Plenumunun yuxarıda qərarında göstərilən tövsiyyələrə birbaşa ziddir. Belə çıxır ki, şəxs heç bir əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərar olmadan, sırf özünü şübhəli apardığı üçün saxlanılmış və üzərinə müdafiəçiyə malik olmaq və digər hüquqları pozulmaqla videoçəkilişlə axtarış keçirilərək aşkar olunmuş psixotrop maddə götürülmüşdür. Halbuki, şəxs məhz əməliyyat axtarış tədbirlərinin gedişində bu qayda saxlanıla və üzərinə baxış və şəxsi axtarış keçirilməli idi. Eyni zamanda şəxsin özünü şübhəli aparmasının özünü nədə göstərməsi, polis əməkdaşlarının əvvəlcədən şəxsin üzərində narkotik vasitə və ya psixotrop maddə olmasını necə, hansı vasitələrlə güman edərək videoçəkilişlə ona yaxınlaşmaları da iş materialları və məhkəmə istintaq zamanı müəyyən edilməməklə qaranlıq qalmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən “Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Yuxarıda qeyd olunmuş əsaslara görə, həmçinin cinayət prosessual qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı xx.xx.2024-cü il tarixli şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi və şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokollar mötəbər, mümkün sübut hesab oluna bilməz və sübutlar siyahısından xaric olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən sübutların qablaşdırılması qaydası pozulmaqla cibindən məhz hansı bükümdə psixotrop maddənin aşkar olunması müəyyənləşdirilən bilmədiyindən ona qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittihamın verilməsi də mümkün deyildir və qanuni hesab oluna bilməz. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaq zamanı verdiyi ifadəsi arasında olan əhəmiyyətli ziddiyyətlərlə bağlı isə məhkəmə qeyd edir ki, aşkarlıq və çəkişmə prinsipinin təmin olunduğu məhkəmə baxışı zamanı verilmiş ifadə əsas götürülməli və ona üstünlük verilməlidir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadəyə əsaslanılması və həmin ifadənin mötəbər sübut qismində qəbul edilməsini isə məhkəmə mümkün hesab etmir və bunu iş üzrə toplanmış digər sübutlarla əsaslandırmaq da mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, ağırlaşdıran halların olmamasını, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,200 qram qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatında sonra qalıq 0,516 qram qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin isə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilməlidir. İş materiallarında olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı cəmi 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozu ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,200 qram qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, ekspertiza tədqiqatında sonra qalıq 0,516 qram qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin isə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilsin. Cinayət işinin materiallarında olan 03 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X6, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 8 saata görə 48 manat, ümumilikdə 228 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-108/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-108/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver