Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-109/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs1, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olan və yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin sağlamlığının qısa müddət pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində fəaliyyət göstərən “Binə bazarı” adlanan bazarın giriş qapısının qarşısında olarkən, həmin yerdə ticarət ilə məşğul olan X3 və qardaşı Zərərçəkmiş şəxs1 piştaxtalarının kənarına qoyduqları zibil qutusunu təpiklə vuraraq aşırdığı üçün Rəfail İbrahimov ona öz haqlı iradını bildirən zaman cəmiyyətə müstəsna şəxsiyyət olduğunu təsdiq etmək məqsədi ilə bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edərək gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə Rəfail İbrahimov və Zərərçəkmiş şəxs1 ilə əsassız olaraq mübahisə etməyə başlamış, daha sonra Rəfail İbrahimov və Zərərçəkmiş şəxs1 kobud zorakılıqla sarsıtmaq, onlarda vahimə yaratmaqla onları müvəqqəti də olsa öz iradəsinə tabe etdirmək məqsədi ilə bazardakı mağazalardan birindən mətbəx bıçağını alaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ünvanına nalayiq söyüşlər söyməklə Rəfail İbrahimovun üzərinə gələrəkən Zərərçəkmiş şəxs1 qardaşını müdafiə etmək məqsədi ilə Rəfail İbrahimovun qarşısına keçən zaman Təqsirləndirilən şəxs əlindəki mətbəx bıçağını silah qismində istifadə edərək bir dəfə Zərərçəkmiş şəxs1 sol qol nahiyyəsindən qəsdən vuraraq ona sol saidin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra isə Rəfail İbrahimovun qəsdən üzərinə gedərək həmin bıçaq ilə bir dəfə də, Rəfail İbrahimovun sağ qol nahiyyəsindən vuraraq sonuncuya sağ saidin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Rafail İbrahimovu tanıyır, əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə alış-veriş etmək üçün Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən “Binə bazarı”na getmiş, bazarının girişində olan zaman tanımadığı bir şəxslə arasında söz mübahisəsi baş vermişdir. Həmin mübahisə etdiyi adamdan ayrılıb bazara girən zaman əsəbləşdiyi üçün bazarın girişində meyvə satan adını sonradan bildiyi Rafail adlı şəxsin piştaxtasının kənarında yerləşən zibil qabına təpik vurmuşdur. Zibilqabını təpiklə vurduğuna görə Rafail ilə arasında mübahisə yaranmışdır. Həmin vaxt orada Rafailin qardaşı Qasım da olmuşdur. O, hər iki qardaş ilə mübahisə etmişdir. Daha sonra bazara girərək oradan bir ədəd mətbəx bıçağı almış və yenidən Rafail ilə Qasımın yanına qayıtmışdır. O, həmin vaxt içkili olduğu üçün Rafaili bıçaqla vurmaq üçün üzərinə doğru hücüm etmişdir. Bu zaman Qasım özünü Rafailin qarşısına vermiş, həmin bıçaq zərbəsi Qasımın sol qolundan dəymiş və Qasıma xəsarət yetirmişdir. Qasım xəsarət alıb geri çəkilən zaman o, yenidən Rafaili vurmaq İstəyən zaman Rafail sağ qolu ilə bıçaq zərbəsinin qarşısını kəsmişdir. Bu zaman bıçaq zərbəsi Rafailin sağ qoluna dəymiş və ona xəsarət yetirilmişdir. Daha sonra adını bilmədiyi başqa bir şəxs bıçağı əlindən almışdır. Daha sonra o, dərhal oradan qaçmış və yaşadığı evə gəlmişdir. Sonradan onun barəsində polisə şikayət oldunduğu bilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hadisə zamanı orada çox sayda tanımadığı şəxslər olmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı başqa xəsarət alan olmamışdır. Orada olan lakin adını bilmədiyi şəxs onun əlindən bıçağı almış və həmin bıçağın harada olduğunu bilmir. Hadisə zamanı münaqişə etdiyi şəxslər iki nəfər olduqları üçün həmin şəxslərə tək başına gücü çatmayacağını anlamış və onları qorxutmaq məqsədi ilə bıçaqla vurmuşdur. Onun həmin şəxslərə həyat və sağlamlıqları üçün təhlükəli olan bədən xəsarəti yetirmək niyyəti olmamışdır. Törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, zərərçəkmiş şəxlərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəmiş, hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Binə qəsəbəsinin mərkəzində qardaşı Rafail İbrahimovla birlikdə meyvə tərəvəz satışı ilə məşqul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində adını Cavid kimi bildiyi şəxs meyvə tərəvəz satışı ilə məşqul olduğu yerə gələrək sərxoş vəziyyətdə hec bir səbəb olmadan yerdə qoyulmuş, içərisində zibil tullantıları olan kardon qutunu təpiklə vuraraq yerə dağıtmışdır. Qardaşı Rafail yerə dağılmış zibil tullantılarını kardon qutuya yığaraq yerinə qoymuş, lakin Cavid adlı şəxs yenidən təpiklə həmin qutunu dağıtmışdır. Bundan sonra qardaşı Rafail Cavidə etdiyi hərəkətə görə öz iradını bildirmişdir. Cavid isə sərxoş olduğuna görə qardaşı Rafaili nalayiq ifadələrlə söyərək təhqir etmişdir. Daha sonradan isə oradan getmişdir. Bir necə dəqiqədən sonra Cavid yenidən onların yanına gəlmiş və həmin vaxt hər iki əlində bıçaqla onlara yaxınlaşmış, yüksək səslə nalayiq ifadələr işlətmiş, söymüş, bıçaqla Rəfailə yaxınlaşmışdır. Cavid Rafaili vurmaq istəyən zaman o, özünü irəli vermiş, bu zaman Cavid bıçaqla bir dəfə onun sol qolundan vuraraq xəsarət yetirmişdir. Cavid adlı şəxs qardaşını yenidən vurmaq istəyən zaman Rəfail sağ qolunu irəli verərək özünü bıçaqdan qorumuşdur. Bu zaman Cavid Rəfailin sağ qolundan xəsarət yetirmişdir. Həmin zaman yanında olan Rizvan adlı şəxs Cavidin əlindən bıçağın birini almış və Rəfailə qaçmasını demişdir. Rəfail dərhal oradan qaçaraq bazarın içinə daxil olmuş və gizlənmişdir. Bundan sonra Cavid qaçaraq oradan uzaqlaşmışdır. Hadisə bazarın girişində baş verdiyi üçün hadisə zamanı orada çox sayda adam olmuş, şahidlər Rizvan və adlarını bilmədiyi şəxslər olmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı həmin yerə kənar şəxslər toplaşmışdır. Həmin vaxt Cavid adlı şəxsə xəsarət yetirən olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, o, Binə qəsəbəsinin mərkəzində qardaşı Zərərçəkmiş şəxs1la birlikdə meyvə tərəvəz satışı ilə məşqul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində adını Cavid kimi bildiyi şəxs meyvə tərəvəz satışı ilə məşqul olduğumuz yerə gələrək sərxoş vəziyyətdə hec bir səbəb olmadan, yerdə qoyulmuş içərisində zibil tullantıları olan kardon qutunu təpiklə vuraraq yerə dağıtmışdır. O, yerə dağılmış zibil tullantılarını kardon qutuya yığaraq yerinə qoymuş, lakin Cavid adlı şəxs yenidən təpiklə həmin qutunu dağıtmışdır. Bundan sonra o, etdiyi hərəkətə görə Cavidə öz iradını bildirmişdir. Cavid sərxoş olduğuna görə onu nalayiq ifadələrlə söyərək təhqir etmiş və oradan getmişdir. Bir neçə dəqiqədən sonra Cavid hər iki əlində bıçaqla yenidən onların yanına gəlmişdir. Cavid yüksək səslə nalayiq ifadələr işlətmiş, söymüş, bıçaqla ona yaxınlaşaraq onu vurmaq istəyən zaman qardaşı Qasım özünü irəli vermişdir. Bu zaman Cavid bıçaqla bir dəfə Qasımın sol qolundan vuraraq xəsarət yetirmişdir. Cavid adlı şəxs onu yenidən vurmaq istəyən zaman o, sağ qolunu irəli verərək özünü bıçaqdan qorumuşdur. Bu zaman o, sağ qolundan xəsarət almışdır. Həmin zaman yanlarında olan Rizvan adlı şəxs Cavidin əlindən bıçağın birini almış və ona qaçmasını demişdir. O, dərhal oradan qaçaraq bazarın içinə daxil olmuş və gizlənmişdir. Bundan sonra Cavid qaçaraq oradan uzaqlaşmışdır. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı həmin yerə kənar şəxslər toplaşmışdır. Həmin vaxt Cavid adlı şəxsə xəsarət yetirən olmamışdır.Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazdə küçəsində fəaliyyət göstərən “Binə bazarı” nın qarşısındakı dayanacaqda dispeçer işləyir. Qasım İsmayılovu, Rəfaili və Cavidi tanıyır. Qasım İsmayılovu və Rəfail bazarda meyvə tərəvəz satışı həyata keçirirlər. Əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində bazarın qarşısında dava-dalaş olduğunu görmüş və hadisə yerinə gəlmişdir. Hadisə yerinə gələn zaman Qasım İsmayılov və Rəfail İsmayılovun qolundan xəsarət aldıqlarını görmüşdür. Oradakı tanımadığı şəxslərdən hadisə ilə bağlı soruşduqda həmin şəxslər ona Təqsirləndirilən şəxs bıçaqla Qasım və Rəfaili vuraraq xəsarət yetirdiyini demişlər. Həmin vaxt Cavid orada olmamışdır. Hadisə yerində toplaşmış vətəndaşlar Cavidin hadisə yerindən qaçdığını bildirmişlər. Bundan sonra həmin yerə polis əməkdaları gəlmiş, Qasım və Rəfail isə xəstəxanaya getmişlər. Hadisə zamanı orada çox sayda adam olmuş, lakin o, həmin adamları tanımır. Hadisə zamanı Cavid adlı şəxsə xəsarət yetirildiyini bilmir. O hadisə yerinə gəlkdikdə Cavid artıq oradan qaçıb getmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X6 21 avqust 2022-ci il tarixli, 1095 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 1988-ci il təvəllüdlü X2 məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət — sağ saidin kəsilmiş yarası kəsici təsirə malik əşya (alət) təsirindən törənmiş, törəmə müddəti onun məhkəmətibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X6 21 avqust 2022-ci il tarixli, 1094 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət — sol saidin kəsilmiş yarası kəsici təsirə malik əşya (alət) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uygun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetiriliməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Abdulator Məhkəmə Psixiatrik Ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 3021 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə uşaq yaşlarında başından travma alması, yeniyetmə dövründən başlayaraq özünü bir qədər əsəbi şəxs kimi xarakterizə edərək əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, göstərilən hallarla əlaqədar hərbi xidmətdən azad edilməsi, AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdə “Üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranış və psixotik daxilolmalarla” diaqnozu ilə stasionar müalicəyə qəbul olunması, həmçinin hazırki müayinə zamanı bir qədər əsəbiliyi, emosional ləbilliyi və s.) sübut edir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs cinayəti törədən zaman onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmişdirmi? 2-ci sual: Təqsirləndirilən şəxs hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkirmi? 3-cü sual: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkirsə, onun məcburi müalicəyə ehtiyacı vardırmı? 1-ci, 2-ci və 3-cü suallara cavab: Təqsirləndirilən şəxs Üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş Üzvi emosional-ləbil pozuntusu diaqnozlu qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 Təqsirləndirilən şəxs ilə barışmışdır, onlara dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir, buna görə də onların təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasında azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə baxışı zamanı onun özünün verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və ya digər tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmə istintaqında müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 04 ay 16 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin və 01 (bir) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Ağcabədi rayon Probasiya Şöbəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (60 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-109/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-109/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver