Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-11/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 06 sentyabr 1974-cü il tarixdə Ağdam rayonunun Başqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Ağdam rayonunun Başqərvənd kəndində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi Boru təmiri zavodunun yataqxanasında yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-523/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən binaya və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin oktyabr ayının axırlarında, gecə saatlarında Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində yeni tikilən sexin açıq sahəsinə qanunsuz olaraq daxil olub oradan diametri 20 santimetr olan, 01 ədədi 36 metr uzunluğunda olmaqla ümumilikdə 1440 metr uzunluğunda ümumi qiyməti 5.000 (beş min) manat olan 40 ədəd dəmir armaturu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin noyabr ayının axırlarında, gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən nömrəsiz evin həyətinə hasardan keçməklə həmin evin pəncərəsinin dəmir barmaqlığını yerindən çıxararaq plastik pəncərədən evə qanunsuz olaraq daxil olub oradan bir ədəd 500 (beş yüz) manat dəyərində “LG” markalı plazma televizoru, bir ədəd 180 (yüz səksən) manat dəyərində müşahidə kamerasının yaddaş monitoru olan “DVR” markalı aparatı və bir ədədi əlli manat olmaqla ümumi qiyməti 250 (iki yüz əlli) manat təşkil edən və evin hasarında quraşdırılmış beş ədəd müşahidə kamerasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 930 (doqquz yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 dekabr 2021-ci ildə, gecə saatlarında Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində yerləşən evin həyətinə hasardan keçib həmin evin pəncərəsinin dəmir barmaqlığını çıxarmaqla qanunsuz olaraq içəri daxil olub mətbəx otağında quraşdırılmış bir ədəd 1200 (min iki yüz) manat qiymətində kombi aparatını, bir ədəd 80 (səksən) manat qiymətində elektrik tənzimləyicisini, 01 seksiyasının qiyməti 16 manat 50 qəpik olmaqla hər biri 15 seksiyalı olan 2 ədəd komplekt formada, ümumi qiyməti 495 (dörd yüz doxsan beş) manat olan radiatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1775 (bir min yeddi yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin dekabr ayının ortalarında, gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evin həyətinə hasardan keçib həmin evin arxasında olan plastik pəncərəni açmaqla qanunsuz olaraq evə daxil olub oradan bir ədəd 1000 (min) manat dəyərində “Kontinental” markalı velosipedi, bir ədəd 300 (üç yüz) manat qiymətində 54 ekran “LG” markalı televizoru, bir ədədi 200 (iki yüz) manat olmaqla ümumi qiyməti 600 (altı yüz) manat olan üç ədəd gəmi suvenirini, bir ədəd 50 (əlli) manat dəyərində taxta motosikleti, bir ədədi 50 (əlli) manat olmaqla üç ədəd 150 (yüz əlli) manat dəyərində suvenir xəncəri, bir ədədi 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat qiymətində iki ədəd təzyiqölçən aparatı, bir ədəd 100 (yüz) manat qiymətində şəkər ölçən aparatı, bir ədədi 60 (altmış) manat olmaqla ümumilikdə 180 (yüz səksən) manat qiymətində üç ədəd üzqırxan dəstini, bir ədəd 150 (yüz əlli) manat dəyərində “Mersedes” pultunu, bir ədəd 150 (yüz əlli) manat dəyərində darvaza pultunu, bir ədəd 50 (əlli) manat dəyərində maşın soyuducusunu, bir ədədi 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat olan iki ədəd kalonkanı, bir ədəd 50 (əlli) manat qiymətində epilyatoru, bir ədədi 20 (iyirmi) manat olmaqla ümumi qiyməti 60 (altmış) manat olan üç ədəd kaşeloku, bir ədədi 20 (iyirmi) manat olmaqla ümumilikdə 60 (altmış) manat olan üç ədəd cib bıçağını, bir ədədi 25 (iyirmi beş) manat olmaqla ümumilikdə 50 (əlli) manat olan iki ədəd alışqanı, bir ədəd 200 (iki yüz) manat qiymətində səsgücləndiricisini, bir ədədi 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat olan iki ədəd laqondanı, bir ədədi 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat olan iki ədəd dreli, bir ədəd 30 (otuz) manat qiymətində çanaq anteni aparatını, bir ədəd 10 (on) manat qiymətində qadın qol saatını, bir ədəd 20 (iyirmi) manat qiymətində qolbağ bijuteriyanı, bir ədəd 30 (otuz) manat qiymətində maşın üçün kompası, bir ədədi 04 (dörd) manat olmaqla ümumi qiyməti 08 (səkkiz) manat olan iki ədəd qaşlı broşu, bir ədəd 01 (bir) manat qiymətində muncuqlu saç rezinini, bir ədəd 05 (beş) manat qiymətində “QİDAOGUANG” markalı saatı və bir ədədi 100 (yüz) manat olmaqla ümumi qiyməti 200 (iki yüz) manat olan iki ədəd preparatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 4054 (dörd min əlli dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2021-ci il tarixdə, təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Dənizkənarı küçəsi 15 saylı yarımtikili bağ evinin şüşəbəndli plastik qapısını açar seçmə üsulu ilə açmaqla qanunsuz olaraq içəri daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 1 metri 8 manat 70 qəpik olmaqla 200 metr uzunluğunda 10-luq, 3 jilalı, ümumi dəyəri 1740 (min yeddi yüz qırx) manat olan iki top elektrik kabelini, həmçinin həmin evdə təmir işləri aparan usta Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 100 (yüz) manat dəyərində “Ural Zid” markalı qaynaq aparatını, bir ədəd 120 (yüz iyirmi) manat dəyərində “Bosch GWS 22-230H Professional” markalı böyük ölçülü laqondanı, bir ədəd 80 (səksən) manat dəyərində “Siemens 235W 230mm” markalı kiçik həcmli laqondanı, bir ədəd 30 (otuz) manat dəyərində göy rəngli, kiçik ölçülü dreli, bir ədəd 200 (iki yüz) manat dəyərində “jNBO” markalı kompressoru, bir ədəd “İnterskol 2150BT” markalı 80 manat qiymətində prefaratoru, bir ədəd 90 (doxsan) manat dəyərində taxta elektrik mişarını, 1 metri 01 (bir) manat 20 (iyirmi) qəpik olmaqla ümumilikdə 72 (yetmiş iki) manat qiymətində 60 metrlik elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1740 (min yeddi yüz qırx) manat və Zərərçəkmiş şəxs2 772 (yeddi yüz yetmiş iki) manat, cəmi 2512 (iki min beş yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki və psixoloji təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək özünü qismən təqsirli bilmişdir. Hazırkı məhkəmə iclasında isə əsil həqiqəti söyləyir və bildirir ki, o, heç bir oğurluq etməmişdir, heç bir epizodda iştirak etməmişdir, bu oğurluqların ona heç bir aidiyyəti yoxdur. Polis əməkdaşları onu qohumunun evində tutub 2-ci PŞ-nə gətirmişlər. Həmin vaxt o, narkotikin təsiri altında olmuşdur. 2-ci PŞ-də Bəxtiyar və Orxan adlı polis əməkdaşları onu döymüş, əziyyət vermiş, hədə-qorxu gəlmiş və CM-nin 234.4.3-cü maddəsi ilə ittiham etmək istəmişlər, buna görə də məcbur olaraq törətmədiyi oğurluqları etiraf etmişdir. Evlərə baxış keçirməyə onu 2-ci PŞ-nin Bəxtiyar adlı əməkdaşı aparmışdır. Hadisə yerlərinə aparılanda polis əməkdaşlarının ona işarə verdikləri yerləri göstərmişdir. Buzovna qəsəbəsinə dostu Aqil ilə birlikdə getmişdir, o, oğurluq olduğunu bilməmişdir. Dostu Aqil özü həyətə girib alətlər olan kisəni götürmüş, sonra həmin əşyaları tanımadığı şəxsə satmışdır. Onun evinə çatanda polislər orada olmuş və onu da saxlamışlar. Əşyalar sahibinə qaytarılmışdır. Şahidlər Şamxal və dostu Aqil düzgün ifadə vermirlər. O, dostu Aqilə taksi xidmətinə görə 25 manat verməmişdir. Həyət açıq olmuşdur. Qapı olmasa da, hər tərəfdə kamera olmuşdur. Dostu Aqil içəri daxil olmuş, açarla qapını açmışdır. Əşyaları kisədə gətirib maşına yığmış və həmin əşyaları Şamxalın evinə aparmışlar. Həmin evdə bir dəfə olmuşdur. Əşyaları Şamxalın evinə aparanda oğurluq olduğunu bilməmişdir. O da evə girmiş, Aqil ona kisəni çıxarmağa kömək etməsini demiş və o, kisənin kənarından tutub aparmaqda ona kömək etmişdir. Şamxal onu çağırmışdır. Şahid qismində dindirilən Pirallahı RPİ-nin əməliyyat müvəkkili X10 da düzgün ifadə vermir, çünki, həmin şahid özü baxışda iştirak etməmişdir. O, özü də həmin ünvana getməmiş və baxışda iştirak etməmişdir, çünki, o, həmin yataqxanada yaşamamışdır, onun evi yoxdur, qaçqın kimi orada qeydiyyatdadır, lakin yaşamır, həmin ərəfədə 2-3 ay Türkanda dostunun evində pulsuz qalmışdır. Bacısı, qardaşı isə həmin binada yaşayır. Narkotikdən əziyyət çəkdiyinə görə metadon qəbul etmişdir. Həmin gün vəziyyəti pis olduğundan, “lomkada” olduğu üçün dərman içməli olmuşdur. Ona görə də məcbur olub protokola imza etmişdir. Özünü təqsirli bilmir, göstərdiklərinin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışının 16 may 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 2021-ci ilin sentyabr ayından etibarən 3 oğlu - Şahid3, Şahid2 və Şahid1la birlikdə ev təmiri ilə məşğul olmuşlar. Həmin ev Zərərçəkmiş şəxs1 məxsus olmuş və Buzovna qəsəbəsi Dənizkənarı küçəsində yerləşmişdir. Evin damı, pəncərə və qapısı qoyulmuş, lakin içərisində təmir işləri davam etdirilmişdir. xx.xx.2021-ci il tarixdə günorta saat 4-də evdən çıxmışlar. Hava yağışlı olduğuna görə bir neçə gün işə gəlməmişlər. Lakin xx.xx.2021-ci il tarixdə saat 08:30-da oğulları ilə birlikdə evə tikintiyə gəldikdə evin şüşəli plastik qapısının naməlum şəxslər tərəfindən açıldığını görmüşlər. İçəri daxil olduqda evdə ona məxsus 01 ədəd 300 manat dəyərində qaynaq aparatının, 01 ədəd 200 manat dəyərində böyük ölçülü laqonda və 01 ədəd 100 manat dəyərində kiçik həcmli laqondanın, 01 ədəd 45 manat dəyərində drelin, 01 ədəd 200 manat dəyərində kompressorun, 01 ədəd 90 manat dəyərində 01 ədəd taxta elektrik mişarının, 1 metri 1 manat 20 qəpik olmaqla ümumilikdə 72 manat qiymətində 60 metrlik elektrik naqilinin və ev sahibi Zərərçəkmiş şəxs1 məxsus 200 metr naqilin oğurlandığını aşkar etmişlər. Oğurlanan əşyalar ona və oğlanlarına məxsus olmuşdur. Polis şöbəsində oğrunun Təqsirləndirilən şəxs olduğunu bildirmiş, videogörüntüləri də göstərmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 190 (yüz doxsan) manat məbləğində maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 08 avqust 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanı hal-hazırda tələb etmədiyini, Təqsirləndirilən şəxs qarşı hazırda şikayətçi olmadığını, ona cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, xəstəliyi ilə əlaqədar bundan sonra məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmiş, buna görə də işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, təxminən 10 il olar ki, Buzovna qəsəbəsi Dənizkənarı küçəsində özü üçün bağ evi tikdirmişdir. Hazırda təmir işləri başa çatmadığı üçün orada yaşayış yoxdur. Buna baxmayaraq, həmin evi nəzarətdə saxlamışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə həmin evdə olmuşlar. xx.xx.2021-ci il tarixdə sözü gedən evə gələn zaman evin yataq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olub ümumi baxış keçirdikdə isə evdən 01 ədəd 1000 manat dəyərində “Kontinental” markalı velosipedin, 01 ədəd 300 manat qiymətində 54 ekran “LG”markalı televizorun, 01 ədədi 200 manat olmaqla ümumi qiyməti 600 manat olan 03 ədəd gəmi suvenirin, 01 ədəd 50 manat dəyərində taxta motosikletin, 01 ədədi 50 manat olmaqla 03 ədəd 150 manat dəyərində suvenir xəncərin, 01 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat qiymətində 02 ədəd təzyiqölçən aparatın, 01 ədəd 100 manat qiymətində şəkər ölçən aparatın, 1 ədədi 60 manat olmaqla ümumilikdə 180 manat qiymətində 03 ədəd üzqırxan dəstin, 01 ədəd 150 manat dəyərində “Mersedes” pultun, 01 ədəd 150 manat dəyərində darvaza pultunun, 01 ədəd 50 manat dəyərində maşın soyuducusunun, 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat olan 02 ədəd kalonkanın, 01 ədəd 50 manat qiymətində epilyatorun, 01 ədədi 20 manat olmaqla ümumi qiyməti 60 manat olan 3 ədəd kaşelokun, 01 ədədi 20 manat olmaqla ümumilikdə 60 manat olan 03 ədəd cib bıçağının, 1 ədədi 25 manat olmaqla ümumilikdə 50 manat olan 02 ədəd alışqanın, 01 ədəd 200 manat qiymətində səsgücləndiricinin, 01 ədədi 100 manat olmaqla ümumilikdə 200 manat olan 02 ədəd laqondanın, 01 ədədi 100 manat olmaqla ümumilikdə 200 manat olan 02 ədəd drelin, 01 ədəd 30 manat qiymətində çanaq anteni aparatının, 01 ədəd 10 manat qiymətində qadın qol saatının, 01 ədəd 20 manat qiymətində qolbağ bijuteriyanın, 01 ədəd 30 manat qiymətində maşın üçün kompasın və 01 ədədi 100 manat olmaqla ümumi qiyməti 200 manat olan 02 ədəd preparatorun oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən evinə gətirilərkən kənarda dayanmışlar, müdaxilə etməmişlər, polis əməkdaşları müdaxilə etmələrinə imkan verməmişlər. Onun həyətində kamera olmamışdır, qonşunun həyətində kamera olmuşdur. Polis şöbəsində oğurlanan əşyalardan saç rezinini, saç broşunu, saatı ona göstərmişlər, lakin o, həmin əşyaları götürməmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 4054 (dörd min əlli deörd) manat məbləğində maddi ziyan vurulmuş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Buzovna qəsəbəsi Dəniz kənarında özünə torpaq sahəsi alaraq 2020-ci il tarixdən orada tikinti işlərinə başlamışdır. Həyətin darvazası olmasa da, ev tikilərək üzəri dam ilə örtülmüş, qapı və pəncərələri qoyulmuşdur. Evin içində təmir işləri hazırda da davam etməkdədir. Havalar yağışlı keçdiyinə görə xx.xx.2021-ci il tarixdən ustalar evə təmir üçün gəlməmiş, lakin havalar düzəldikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə ustalar evə gələn zaman oğurluq hadisəsinin baş verdiyini aşkar etmişlər. Belə ki, evdən ona məxsus 1 metri 8 manat 70 qəpik olmaqla 200 metr uzunluğunda 10-luq, 3 jilalı, ümumi dəyəri 1740 (min yeddi yüz qırx) manat olan 2 top elektrik kabelinin oğurlandığını aşkar etmişlər. Bundan əlavə, evində işləyən ustalara məxsus 01 ədəd qaynaq aparatının, 01 ədəd böyük ölçülü laqonda və 01 ədəd kiçik həcmli laqondanın, 01 ədəd drelin, 01 ədəd kompressorun, 01 ədəd taxta elektrik mişarının və 60 metrlik elektrik naqilinin oğurlandığını aşkar etmişlər. Ustalar onu oğurluq hadisəsi barədə məlumatlandırarkən o da dərhal DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə gün sonra isə polisdən zəng edərək oğurluq edən şəxsin tutulduğunu bildirmişlər. Polis əməkdaşları onun evinə baxış keçirmişlər, lakin həmin vaxt o, orada iştirak etməmişdir və heç bir məlumatı da yoxdur. Polislər onun evinə iki nəfər gətirmişlər. Onlardan biri indiki təqsirləndirilən şəxs, digəri isə yumrusifət bir oğlan olmuşdur, qazi olduğunu bildirmişdir. O, onun kim olduğunu bilməmişdir. Onların maşınla həyətinə necə gəlmələri, əşyaları kisələrlə necə daşıdıqlaeı videogörüntülərdə əks olunmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 1740 (min yeddi yüz qırx) manat məbləğində maddi ziyan vurulmuş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Dəymiş ziyanın ödənilməsinin təmin olunmasını xahiş edir və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə cəza verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, o, 2020-ci ilin noyabr ayında Binə Atçılıq massivində yarım tikili ev almış və həmin evi təmir etdirmişdir. xx.xx.2021-ci il tarixdə saat 12:30-da həyat yoldaşı ilə o, həmin evə gələrkən içəri daxil olduqda evin mətbəx otağında quraşdırılmış 01 ədəd 1200 manat qiymətində kombi aparatı, 01 ədəd 80 manat qiymətində elektrik tənzimləyici (stabilizator), 01 seksiyasının qiyməti 16 manat 50 qəpik olmaqla hər biri 15 seksiyalı olan 2 ədəd komplekt formada, ümumi dəyəri 495 manat olan radiatorun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmiş və bu barədə polisə məlumat vermişdir. Sonradan polislər zəng edərək oğrunun tutulduğunu bildirmişlər. Təqsirləndirilən şəxs baxış üçün onun evinə tək gətirilmiş və həmin vaxt o, onu görmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 1775 (bir min yeddi yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurulmuş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Dəymiş ziyanın ödənilməsinin təmin olunmasını xahiş edir və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 ittiham aktında göstərilən ünvanlarına məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə çağırış vərəqəsi, mobil telefonlarına isə sms göndərilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmişlər. Barələrində məcburi gətirmə barədə qərar çıxarılaraq icra olunması üçün polis orqanlarına göndərilmiş, lakin polis əməkdaşları tərəfindən onların məhkəməyə məcburi gətirilməsi mümkün olmamışdır. Belə ki, Suraxanı RPİ-nin 33-cü PB tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 100-7227-1222 saylı məktubda bildirilmişdir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Günəşli yaylası döngə 1 ev 760-da yaşayan vətəndaş Zərərçəkmiş şəxs6 məhkəməyə məcburi gətirilməsi mümkün olmamışdır, çünki onun yaşadığı ünvana gedilmiş, lakin evdə heç kimin olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq, onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə yaradılmış, o, “rayonda olduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını” bildirmişdir. Xəzər RPİ-nin 2-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 057-10837-1222 saylı məktubda bidirilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs4 istifadəsində olan mobil nömrə bağlı olduğundan, eyni zamanda yaşadığı ünvan 3 ünvanı qeyri-dəqiq olduğundan vətəndaşın müəyyən edilərək məhkəməyə məcburi gətirilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. Məhkəmə iclasında zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilərək müəyyən edilmişdir ki, o, Binə qəsəbəsi Atçılıq massivində gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 15 sot torpaq sahəsi alıb qənd sexi tikdirirmiş. 2021-ci ilin may ayından etibarən tikinti işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən dayandırlmışdır. Həmin vaxtlar o, 15.000 (on beş min) manat dəyərində armatur alaraq tikintiyə töküb obyekti yenidən tikməyə başlamış, armaturların bir hissəsini tikintidə istifadə etmiş, qalan hissəsini isə obyektin həyətində açıq sahədə mühafizə olmayan yerdə saxlamışdır. xx.xx.2021-ci il tarixdə obyektə gələn zaman armaturların tam yerində olduğunu görmüşdür. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində həyətə gəldikdə armaturların 1440 metrinin oğurlandığını aşkar etmişdir. Həmin armaturların 01 ədədi 36 metr uzunluğunda, ümumilikdə isə 40 ədəd olmuşdur. Qalan 1400 metri isə yerində olmuşdur. Oğurlanan armaturlar təxminən 5.000 manat dəyərində olmuşdur. O, dərhal DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilərək müəyyən edilmişdir ki, o, təxminən 5 il olar ki, Binə qəsəbəsi Atçılıq massivində 4 sot torpaq sahəsi satın almışdır. Həmin torpaq sahəsində 4 otaqlı yaşayış evi tikdirmişdir. xx.xx.2021-ci il tarixdə saat 18:00-da həmin evdən ailəsi ilə birlikdə çıxıb şəhərdəki evinə gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində işdə olarkən oğlu Kənana zəng edərək Binə qəsəbəsi Atçılıq massivindəki evinə getməyi və kombini yandırıb evi isitməyi tapşırmışdır. Kənan həmin gün saat 16 radələrində evə gəlib kombini yandırmaq istəyən zaman evdən oğurluq olduğunu görmüş və ona zəng edərək bu barədə məlumat vermişdir. O da heç nəyə əl vurmamasını və polisə zəng etməsini tapşırıb evə gəlmiş, həmin vaxt polis əməkdaşlarının artıq orada olduğunu görmüşdür. Polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirmiş, naməlum şəxslərin evin pəncərəsinin dəmir barmaqlıqlarını çıxararaq plastik pəncərədən evə daxil olub oradan dəyəri 500 manat olan 01 ədəd “LG” markalı televizoru, və 01 ədəd 180 manat dəyərində müşahidə kamerasının yaddaş monitoru olan DVR aparatını oğurladığını aşkar etmişlər. Bundan başqa, evin hasarında quraşdırılmış 07 ədəd müşahidə kamerası kəsilmiş, həmin aparatlardan 5 ədədinin oğurlandığını bildirmişdir. Həmin müşahidə kamerasının 01 ədədi 50 manat təşkil etmiş, ümumilikdə 250 manat təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, lakin həmin vaxt nə ifadə verdiyi yadında deyildir. Bu səbəbdən Şahid4 məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə gecə saatlarında bibisi oğlu Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək bildirmişdir ki, oğurluq edib, usta alətləri var və həmin alətləri onun evində qoysun. O da Aqillə razılaşmışdır. Aqil “Opel” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobillə yanına gəlmişdir. Avtomobili sürən bibisi oğlu Aqilin dostu Şahid6 olmuşdur. Onlar adaş olmuşlar. Bibisi oğlu oğurladığı əşyaları onun evinə yığaraq bildirmişdir ki, bir-iki günə müştəri tapıb aparacaqdır. Lakin xx.xx.2021-ci il tarixdə polislər evinə gələrək onu da polisə dəvət etmişlər, daha sonra bibisi oğlu Aqilin evində qoyduğu oğurluq əşyaları götürmüşlər. Şahid4 məhkəmə iclasında suallara cavab verərkən əlavə olaraq göstərdi ki, o, həmin ifadəsini təsdiq edir, Şahid6 hadisədən bir ay əvvələ kimi kənd adamı kimi tanımışdır, o, onun bibisi oğlu Aqillə tanış etməmişdir. Həmin gün o, Aqilə zəng etməmiş və bibisi oğlu Aqilə maşın lazım olduğunu deməmişdir, bibisi oğlu Aqil onu tanımışdır. Əşyaları onun evinə bibisi oğlu Aqil gətirmişdir, evinə hansı əşyaların gətirildiyini xatırlamır, o, oğurluq olduğunu bilməmişdir. Polis gələndə əşyalar evindən aşkar olunmuşdur. Polislərə də demişdir ki, əşyaları bibisi oğlu gətirmişdir, oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, hadisə çoxdan baş verdiyinə görə tam yadında qalmamışdır. Bu səbəbdən Şahid6 məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə müəyyən olundu ki, o, Təqsirləndirilən şəxs təxminən 10 günə yaxın müddətdir ki, tanıyır. xx.xx.2021-ci il tarixdə Şamxal ona zəng edərək bildirmişdir ki, dayısı oğluna maşın lazımdır, onun pulunu verəcək, işlədiyi yerdə usta alətləri vardır, onları gətirəcəkdir. O da Şamxalla razılaşaraq xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Aqilin məhəlləsinə gəlmişdir. Aqil ona bildirmişdir ki, Buzovna qəsəbəsində villada işləmiş, özünün usta alətlərini gətirmək lazımdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, yol pulu verəcəkdir. O Aqillə bərabər Buzovna qəsəbəsinə gəlmişdir, Aqil Buzovna qəsəbəsində bağ evlərinin arasında avtomobili saxladaraq bildirmişdir ki, gedək ona kömək etsin. O, bildirmişdir ki. avtomobli həyətə sürsün. Lakin Aqil demişdir ki, lazım deyil, gəlib ona kömək etsin. Onlar bir yerdə həyət qapısı olmayan villanın həyətinə daxil olmuşlar. Aqil plastik qapını əlində olan açarla açaraq evə daxil olub usta alətləri olan kisədə hazır vəziyyətdə yığılmış əşyaları əli ilə daşıyaraq onun avtomobilinə yığmışlar. Həmin kisədə olan əşyaları axşam tərəfi Şamxalın Qaraçuxurdakı evinə aparmışlar. Şamxalın evinə gəlib əşyaları qoyan zaman ona məlum olmuşdur ki, həmin əşyalar oğurluqdur. Bir neçə gün sonra polis əməkdaşları onu tutub bölməyə gətirmişlər. Şahid6 məhkəmə iclasında suallara cavab verərkən əlavə olaraq göstərdi ki, hansısa bir evdən onun maşını ilə tikinti əşyaları daşımışlar. Əşyaları onun maşınına yükləmiş və Şamxalın Qaraçuxurdakı evinə aparmışlar. Aqil əşyaları evin içərisinə daşımış, o da 25 manat pulunu alıb getmişdir. Aqil ona demişdir ki, işlədiyi yerdə alətləri vardır, onları götürmək lazımdır, o da taksi kimi xidmət göstərmişdir. Əşyaların oğurluq olduğunu bilməmişdir, əgər bilsəydi, həyətində kamerası olan evə girməzdi. Ona Şamxal zəng edib qohumuna maşın lazım olduğunu deməmişdir. O, Aqili kənd adamı kimi tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. Onun maşınını saat 15-16 radələrində taksi kimi yolda saxlamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Qəməd qızının elan edilmiş ifadəsi ilə onun da Zərərçəkmiş şəxs5 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilən Pirallahı RPİ-nin əməliyyat müvəkkili X10 göstərdi ki, Suraxanı qəsəbəsində yerləşən birmərtəbəli, bir neçə otaqdan ibarət, lakin binanın quruluşu yadında qalmayan köhnə tikili olan yataqxanadakı otağa baxış keçirilmiş, Təqsirləndirilən şəxs özü onları baxış keçirdikləri ünvana aparmışdır. Otaqdan qol saatı, 2 ədəd saç sancağı aşkar edilmişdir. Həmin əşyaları Təqsirləndirilən şəxs özü təqdim etmiş, evdən aşkar olunan əşyaları Buzovna qəsəbəsi Dənizkənarı küçəsindəki nömrəsiz evdən oğurladığını bildirmişdir. Baxışda çəkiliş də olmuş, orada o, əməliyyat müvəkkili Rafiq İbrahimxəlil və müstəntiq iştirak etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili X5 göstərdi ki, Yeni Suraxanı qəsəbəsində yerləşən köhnə yarımtikili olan çoxmərtəbəli yataqxanada baxış keçirmişlər, Təqsirləndirilən şəxs özü onları həmin ünvana aparmışdır. Otaqdan qol saatı, 2 ədəd saç sancağı aşkar edilmişdir. Həmin əşyaları Təqsirləndirilən şəxs özü təqdim etmiş, evdən aşkar olunan əşyaları Buzovna qəsəbəsi Dənizkənarı küçəsindəki nömrəsiz evdən oğurladığını bildirmişdir. Çəkiliş olub-olmadığı yadında deyildir. Evi Təqsirləndirilən şəxs özü onlara göstərmiş və həmin evdə yaşadığını bildirmişdir. Hansı maşınla oraya getdiklərini xatırlamır, xidməti maşın olmuşdur. Evin yeri, həmçinin Təqsirləndirilən şəxs neçənci mərtəbədə yaşadığı dəqiq yadında qalmamışdır. Qapını Aqil özü açmış, bir otaqlı ev olmuşdur. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilən Xəzər RPİ-nin İŞ-nin müstəntiqi X8 göstərdi ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması məqsədilə Suraxanı qəsəbəsindəki yataqxanada olmuşlar, videoçəkilişlə baxış keçirmişlər. Evin harada yerləşdiyi dəqiq yadında deyildir, çünki, bir ildən çox vaxt keçmişdir, bir çox yerlərə baxış keçirmişdir, ona görə də evin neçə mərtəbəli olması və harada yerləşməsi yadında deyildir. Oradan qol saatı, 2 ədəd saç sancağı aşkar edilmişdir. Evdən nə aşkar olunması ona görə yadında qalmışdır ki, bu əşyalar bir müddət iş otağında qalmışdır. Baxış və götürmə aparılan vaxt hal şahidlərini əməliyyatçılar təşkil etmişlər, o, onların şəxsiyyətini müəyyən etməmişdir, təşkilati işləri polis əməkdaşları icra etmişlər. Həmin vaxt ***-***-**-** mobil nömrəsindən istifadə etmiş, indi də həmin nömrədən istifadə edir. Təqsirləndirilən şəxs özü baxışda iştirak etmişdir, belə ki, o, izahatında Suraxanıda yaşadığını bildirdiyi üçün onlar da həmin evə gedib baxış keçirmişlər. Təqsirləndirilən şəxs baxışda iştirak etmədiyini hazırda deməklə özünü müdafiə etmiş olur. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilən baxış və götürmə haqqında xx.xx.2021-ci il tarixli protokolda adı hal şahidi kimi göstərilmiş Şahid7 göstərdi ki, o, heç bir baxışda, götürmə aparılmasında iştirak etməmişdir, təqsirləndirilən şəxsi tanımır, onu birinci dəfədir ki, görür, heç vaxt polis şöbəsində olmamış, heç bir sənədə imza etməmişdir. Protokoldakı imza ona məxsus deyildir. O, Xətai rayonu ünvan 4 ünvanda yaşayır. Anket məlumatlarının, ünvanı barədə məlumatın polislər tərəfindən necə əldə edildiyini bilmir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 08 avqust 2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyanı hal-hazırda tələb etmir, Təqsirləndirilən şəxs qarşı hazırda şikayətçi deyildir, ona cəza verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 fevral 2022-ci il tarixli 9/248 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 9 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti iləümumi dəyəri təxminən 624 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarından görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatından sonra istintaq orqanına qaytarılmış əşyalardan Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd qaşlı broş, 01 ədəd muncuqlu saç rezini və 01 ədəd “QİDAOGUANG” markalı saat və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Ural Zid” markalı qaynaq aparatı, 01 ədəd “Bosch GWS 22-230H Professional” markalı böyük ölçülü laqonda, 01 ədəd 80 “Siemens 235W 230mm” markalı kiçik həcmli laqonda, 01 ədəd göy rəngli, kiçik ölçülü drel, 01 ədəd “jNBO” markalı kompressor, 01 ədəd “İnterskol 2150BT” markalı prefarator maddi sübut qismində tanınaraq zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 istintaq və məhkəmə prosesinin sonuna qədər saxlanılmasından ötrü qaytarılmış, həmçinin iş üzrə cinayətin aləti kimi istifadə edilən "Opel Astra” markalı, **-BR-*** dövlət qeydiyyat nömrəli avtomobil maddi sübut kimi tanınaraq və məhkəmənin hökmü qanuni qüvvəyə minənədək özündə saxlanması üçün faktiki sahibi olan X4 geri qaytarılmışdır. İş materiallarında olan Suraxanı RPİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1-228/2022 saylı məktubda göstərilir ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-228/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1(bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarında olan Suraxanı RPİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 096-23381-1222 saylı məktubda göstərilir ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-nə xx.xx.2021-ci il tarixdə saat 22:00-da Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Qasım Poladlının qərarı ilə qəbul olunub, xx.xx.2021-ci il tarixdə saat 06:55-də Suraxanı rayon prokuroru Rəşid Mahmudovun qərarı ilə Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 057-13051-1222 saylı məktubda göstərilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 08:00-da 2-ci PŞ-nə gətirilmiş və zəruri istintaq hərəkətlərinin aparılması məqsədilə Xəzər RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan Xəzər RPİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli 055-24765-1222 saylı məktubda göstərilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə Xəzər RPİ-nin MSY-nə gətirilmiş, xx.xx.2021-ci il tarixdə müstəntiqin istintaq hərəkətləri ilə bağlı hadisə yerinə çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə saat 11:20-də Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin hakimi Tərlan Əkbərovun qərarı ilə 3 saylı İstintaq təcridxanasına göndərilmişdir. İş materiallarında olan Xəzər RPİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli 055-27694-1222 saylı məktubda Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-nin MSY-də aparılmış qeydiyyatla bağlı göstərilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nin MSY-nə gətirilmiş, xx.xx.2021-ci il tarixdə saat 11:00-da müstəntiqin istintaq hərəkətləri ilə bağlı hadisə yerinə çıxarılmış və xx.xx.2021-ci il tarixdə saat 14:50-də MSY-nə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə isə saat 11:20-də Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin hakimi Tərlan Əkbərovun qərarı ilə 3 saylı İstintaq təcridxanasına göndərilmişdir. İş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 1(003)-11/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin cinayət işinin 1-ci cildinin 222 və 223-cü səhifələrində olan X2 adının qarşısındakı imzaların onun tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsindən ötrü məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, lakin sərbəst imza nümunələrinin təqdim olunması barədə ekspert vəsatəti tam şəkildə təmin olunmadığından, həmin qərar hərəkətsiz saxlanılmış və ekspertizanın keçirilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 14 yanvar 2022-ci il tarixdə verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağdam Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 243-cü maddəsi, 207-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi, 189-1-ci hissəsi, 213-cü maddəsinin 1-ci hisəsi ilə təqsirli bilinərək CM-nin 38-ci maddəsinə əsasən 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə cəzası 5 (beş) ilə endirilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 24 (iyirmi dörd) gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə əməli CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 5 (beş) ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət əməli CM-nin 177.3.2-ci maddəsindən CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 3 (üç) il azaldılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilərək cəza müddəti 6 (altı) ildən 5 (beş) il 6 (altı) aya endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilməklə CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməli 5 (beş) ilə endirilmiş, xx.xx.2012-ci il tarixdən həbsdə olması nəzərə alınaraq cəzadan azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 (iki) il 9 (doqquz) ay cəza təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cmnin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi hazırda icraatdadır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə iclasında araşdırma aparılarkən həmin faktlar üzrə özünü təqsirli bilməyərək qeyd edilən cinayət əməllərini törətmədiyini, ibtidai istintaq zamanı həbsdə olarkən polis əməkdaşlarının təzyiq və təsiri altında özünə qarşı bu cür etirafedici ifadələr verməyə məcbur edildiyini bildirmişdir. Məhkəmə iclasında qeyd olunan faktlar üzrə zərərçəkmiş şəxslər ayrı-ayrılıqda təqsirləndirilən şəxsi əvvəllər tanımadıqlarını, təqsirləndirilən şəxsin hadisə yerinə baxış zamanı göstərdiklərinin nəzərə alınaraq məhkəmədən işə ədalətli baxmağı, onlara məxsus saxlanc yerlərinə girib oğurluq etmiş şəxsi (və ya şəxsləri) tapıb cəzalandığmağa köməklik göstərməsini xahiş etmişlər, təqsirləndirilən şəxs isə həmin zərərçəkmiş şəxslərə məxsus saxlanc yerlərindən oğurluq etmədiyini və onlara heç bir zərər vurmadığını, oğurluq etmədiyini göstərmişdir. Məhkəmə araşdırması dövründə ittiham tərəfi Təqsirləndirilən şəxs bütün epizod üzrə oğurluq etməsi faktlarının hamısını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız onun özünün etirafedici ifadəsi ilə kifayətlənmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci ildə, gecə saatlarında Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində yerləşən evin həyətinə hasardan keçib həmin evin pəncərəsinin dəmir barmaqlığını çıxarmaqla qanunsuz olaraq içəri daxil olub mətbəx otağında quraşdırılmış bir ədəd 1200 (min iki yüz) manat qiymətində kombi aparatını, bir ədəd 80 (səksən) manat qiymətində elektrik tənzimləyicisini, 01 seksiyasının qiyməti 16 manat 50 qəpik olmaqla hər biri 15 seksiyalı olan 2 ədəd komplekt formada, ümumi qiyməti 495 (dörd yüz doxsan beş) manat olan radiatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1775 (bir min yeddi yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi ilə əlaqədar verilmiş ittiham əsassızdır. Belə ki, iş materiallarında olan Suraxanı RPİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 096-23381-1222 saylı məktubda göstərilir ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-nə xx.xx.2021-ci il tarixdə saat 22:00-da Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Qasım Poladlının qərarı ilə qəbul olunub, xx.xx.2021-ci il tarixdə saat 06:55-də Suraxanı rayon prokuroru Rəşid Mahmudovun qərarı ilə Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci ildə, gecə saatlarında Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində yerləşən evin həyətinə hasardan keçib həmin evin pəncərəsinin dəmir barmaqlığını çıxarmaqla qanunsuz olaraq içəri daxil olub mətbəx otağında quraşdırılmış bir ədəd 1200 (min iki yüz) manat qiymətində kombi aparatını, bir ədəd 80 (səksən) manat qiymətində elektrik tənzimləyicisini, 01 seksiyasının qiyməti 16 manat 50 qəpik olmaqla hər biri 15 seksiyalı olan 2 ədəd komplekt formada, ümumi qiyməti 495 (dörd yüz doxsan beş) manat olan radiatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1775 (bir min yeddi yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi ilə əlaqədar verilmiş ittihamdan imtina etmişdir. Azərbaycan Respublikasının CPM-nin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci ildə, gecə saatlarında Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində yerləşən evin həyətinə hasardan keçib həmin evin pəncərəsinin dəmir barmaqlığını çıxarmaqla qanunsuz olaraq içəri daxil olub mətbəx otağında quraşdırılmış bir ədəd 1200 (min iki yüz) manat qiymətində kombi aparatını, bir ədəd 80 (səksən) manat qiymətində elektrik tənzimləyicisini, 01 seksiyasının qiyməti 16 manat 50 qəpik olmaqla hər biri 15 seksiyalı olan 2 ədəd komplekt formada, ümumi qiyməti 495 (dörd yüz doxsan beş) manat olan radiatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1775 (bir min yeddi yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi ilə əlaqədar verilmiş ittihamdan imtinası qəbul edilməli və həmin bənd ona qarşı irəli sürülmüş ittihamdan çıxarılmalı, həmin epizod üzrə ona qarşı cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının ortalarında, gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evin həyətinə hasardan keçib həmin evin arxasında olan plastik pəncərəni açmaqla qanunsuz olaraq evə daxil olub oradan bir ədəd 1.000 (min) manat dəyərində “Kontinental” markalı velosipedi, bir ədəd 300 (üç yüz) manat qiymətində 54 ekran “LG” markalı televizoru, bir ədədi 200 (iki yüz) manat olmaqla ümumi qiyməti 600 (altı yüz) manat olan üç ədəd gəmi suvenirini, bir ədəd 50 (əlli) manat dəyərində taxta motosikleti, bir ədədi 50 (əlli) manat olmaqla üç ədəd 150 (yüz əlli) manat dəyərində suvenir xəncəri, bir ədədi 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat qiymətində iki ədəd təzyiqölçən aparatı, bir ədəd 100 (yüz) manat qiymətində şəkər ölçən aparatı, bir ədədi 60 (altmış) manat olmaqla ümumilikdə 180 (yüz səksən) manat qiymətində üç ədəd üzqırxan dəstini, bir ədəd 150 (yüz əlli) manat dəyərində “Mersedes” pultunu, bir ədəd 150 (yüz əlli) manat dəyərində darvaza pultunu, bir ədəd 50 (əlli) manat dəyərində maşın soyuducusunu, bir ədədi 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat olan iki ədəd kalonkanı, bir ədəd 50 (əlli) manat qiymətində epilyatoru, bir ədədi 20 (iyirmi) manat olmaqla ümumi qiyməti 60 (altmış) manat olan üç ədəd kaşeloku, bir ədədi 20 (iyirmi) manat olmaqla ümumilikdə 60 (altmış) manat olan üç ədəd cib bıçağını, bir ədədi 25 (iyirmi beş) manat olmaqla ümumilikdə 50 (əlli) manat olan iki ədəd alışqanı, bir ədəd 200 (iki yüz) manat qiymətində səsgücləndiricisini, bir ədədi 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat olan iki ədəd laqondanı, bir ədədi 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat olan iki ədəd dreli, bir ədəd 30 (otuz) manat qiymətində çanaq anteni aparatını, bir ədəd 10 (on) manat qiymətində qadın qol saatını, bir ədəd 20 (iyirmi) manat qiymətində qolbağ bijuteriyanı, bir ədəd 30 (otuz) manat qiymətində maşın üçün kompası, bir ədədi 04 (dörd) manat olmaqla ümumi qiyməti 08 (səkkiz) manat olan iki ədəd qaşlı broşu, bir ədəd 01 (bir) manat qiymətində muncuqlu saç rezinini, bir ədəd 05 (beş) manat qiymətində “QİDAOGUANG” markalı saatı və bir ədədi 100 (yüz) manat olmaqla ümumi qiyməti 200 (iki yüz) manat olan iki ədəd preparatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 4054 (dörd min əlli dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi ilə əlaqədar verilmiş ittiham da əsassızdır. Məhkəmə hesab edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs həmin epizod üzrə də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirli bilinməsi üçün təqdim etdiyi sübutlar ziddiyyətli əsaslara söykənməklə, təqsirlilik məsələsinin həllində əsaslı şübhələr yaratdığı üçün, mötəbər sübutlar kimi qəbul olunmur. Belə ki, məhkəmə iclasında ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş polis əməkdaşları X3, X6 və X1 ifadələrində, həmçinin, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə videoçəkilişlə aparılmış baxış və götürmə haqqında tərtib edilmiş protokolda göstərilmişdir ki, oradan qadın qol saatı və 2 ədəd saç sancağı (broşka) aşkar edilmişdir. Həmin əşyaları Təqsirləndirilən şəxs özü təqdim etmiş, evdən aşkar olunan əşyaları Buzovna qəsəbəsi Dənizkənarı küçəsindəki nömrəsiz evdən oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs isə bildirmişdr ki, onu həmin evə aparmamışlar və o, baxışda iştirak etməmişdir, çünki, o, həmin yataqxanada yaşamamışdır, onun evi yoxdur, qaçqın kimi orada qeydiyyatdadır, lakin yaşamır, həmin ərəfədə 2-3 ay Türkanda dostunun evində pulsuz qalmışdır. Bacısı, qardaşı isə həmin binada yaşayır. Narkotikdən əziyyət çəkdiyinə görə metadon qəbul etmişdir. Həmin gün vəziyyəti pis olduğundan, “lomkada” olduğu üçün dərman içməli olmuşdur. Ona görə də məcbur olub protokola imza etmişdir. Baxış zamanı orada hal şahidi kimi iştirak etdiyi göstərilmiş Şahid7 da göstərmişdir ki, o, heç bir baxışda, götürmə aparılmasında iştirak etməmişdir, təqsirləndirilən şəxsi tanımır, onu birinci dəfədir ki, görür, heç vaxt polis şöbəsində olmamış, heç bir sənədə imza etməmişdir (bu barədə ekspertiza rəy verə bilməmişdir). Protokoldakı imza ona məxsus deyildir. O, Xətai rayonu ünvan 4 ünvanda yaşayır. Anket məlumatlarının, ünvanı barədə məlumatın polislər tərəfindən necə əldə edildiyini bilmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən 2021-ci ilin dekabr ayının ortalarında, gecə saatlarında baş verməsi ehtimal edilən həmin oğurluq hadisəsinin baş vermə mexanizmi və baş vermə vaxtı dəqiq müəyyənləşdirilməmiş, yaranmış ziddiyyətli məqamların aradan qaldırılması ilə bağlı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilməmiş, işdəki sübutlara hüquqi qiymət verilməklə, birmənalı nəticəyə gəlməyə əsas verən formada Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evin arxasında olan plastik pəncərənin hadisəyə qədər və hadisədən sonrakı vəziyyətinin necə olması müəyyənləşdirilməmiş, bundan başqa, oğurluq olunması güman olunan evin pəncərəsində və ya qapı dəstəklərinin üstündə, həmçinin başqa yerlərdə Təqsirləndirilən şəxs heç bir əl-barmaq izi aşkar olunmamışdır. Yuxarıda göstərilənlər, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evin həyətinə hasardan keçib həmin evin arxasında olan plastik pəncərəni açmaqla qanunsuz olaraq evə daxil olub oradan oğurluq etməsi, bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olmasına əsaslı şübhələr yaradır ki, ittiham tərəfi də bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının ortalarında, gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evin həyətinə hasardan keçib həmin evin arxasında olan plastik pəncərəni açmaqla qanunsuz olaraq evə daxil olub oradan bir ədəd 1.000 (min) manat dəyərində “Kontinental” markalı velosipedi, bir ədəd 300 (üç yüz) manat qiymətində 54 ekran “LG” markalı televizoru, bir ədədi 200 (iki yüz) manat olmaqla ümumi qiyməti 600 (altı yüz) manat olan üç ədəd gəmi suvenirini, bir ədəd 50 (əlli) manat dəyərində taxta motosikleti, bir ədədi 50 (əlli) manat olmaqla üç ədəd 150 (yüz əlli) manat dəyərində suvenir xəncəri, bir ədədi 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat qiymətində iki ədəd təzyiqölçən aparatı, bir ədəd 100 (yüz) manat qiymətində şəkər ölçən aparatı, bir ədədi 60 (altmış) manat olmaqla ümumilikdə 180 (yüz səksən) manat qiymətində üç ədəd üzqırxan dəstini, bir ədəd 150 (yüz əlli) manat dəyərində “Mersedes” pultunu, bir ədəd 150 (yüz əlli) manat dəyərində darvaza pultunu, bir ədəd 50 (əlli) manat dəyərində maşın soyuducusunu, bir ədədi 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat olan iki ədəd kalonkanı, bir ədəd 50 (əlli) manat qiymətində epilyatoru, bir ədədi 20 (iyirmi) manat olmaqla ümumi qiyməti 60 (altmış) manat olan üç ədəd kaşeloku, bir ədədi 20 (iyirmi) manat olmaqla ümumilikdə 60 (altmış) manat olan üç ədəd cib bıçağını, bir ədədi 25 (iyirmi beş) manat olmaqla ümumilikdə 50 (əlli) manat olan iki ədəd alışqanı, bir ədəd 200 (iki yüz) manat qiymətində səsgücləndiricisini, bir ədədi 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat olan iki ədəd laqondanı, bir ədədi 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat olan iki ədəd dreli, bir ədəd 30 (otuz) manat qiymətində çanaq anteni aparatını, bir ədəd 10 (on) manat qiymətində qadın qol saatını, bir ədəd 20 (iyirmi) manat qiymətində qolbağ bijuteriyanı, bir ədəd 30 (otuz) manat qiymətində maşın üçün kompası, bir ədədi 04 (dörd) manat olmaqla ümumi qiyməti 08 (səkkiz) manat olan iki ədəd qaşlı broşu, bir ədəd 01 (bir) manat qiymətində muncuqlu saç rezinini, bir ədəd 05 (beş) manat qiymətində “QİDAOGUANG” markalı saatı və bir ədədi 100 (yüz) manat olmaqla ümumi qiyməti 200 (iki yüz) manat olan iki ədəd preparatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 4054 (dörd min əlli dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən həmin bənd ona qarşı irəli sürülmüş ittihamdan çıxarılmalı, həmin epizod üzrə ona qarşı cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin oktyabr ayının axırlarında, gecə saatlarında Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində yeni tikilən sexin açıq sahəsinə qanunsuz olaraq daxil olub oradan diametri 20 santimetr olan, 01 ədədi 36 metr uzunluğunda olmaqla ümumilikdə 1440 metr uzunluğunda ümumi qiyməti 5.000 (beş min) manat olan 40 ədəd dəmir armaturu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin noyabr ayının axırlarında, gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən nömrəsiz evin həyətinə hasardan keçməklə həmin evin pəncərəsinin dəmir barmaqlığını yerindən çıxararaq plastik pəncərədən evə qanunsuz olaraq daxil olub oradan bir ədəd 500 (beş yüz) manat dəyərində “LG” markalı plazma televizoru, bir ədəd 180 (yüz səksən) manat dəyərində müşahidə kamerasının yaddaş monitoru olan “DVR” markalı aparatı və bir ədədi əlli manat olmaqla ümumi qiyməti 250 (iki yüz əlli) manat təşkil edən və evin hasarında quraşdırılmış beş ədəd müşahidə kamerasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 930 (doqquz yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2021-ci il tarixdə, təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Dənizkənarı küçəsi 15 saylı yarımtikili bağ evinin şüşəbəndli plastik qapısını açar seçmə üsulu ilə açmaqla qanunsuz olaraq içəri daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus 1 metri 8 manat 70 qəpik olmaqla 200 metr uzunluğunda 10-luq, 3 jilalı, ümumi dəyəri 1740 (min yeddi yüz qırx) manat olan iki top elektrik kabelini, həmçinin həmin evdə təmir işləri aparan usta Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 100 (yüz) manat dəyərində “Ural Zid” markalı qaynaq aparatını, bir ədəd 120 (yüz iyirmi) manat dəyərində “Bosch GWS 22-230H Professional” markalı böyük ölçülü laqondanı, bir ədəd 80 (səksən) manat dəyərində “Siemens 235W 230mm” markalı kiçik həcmli laqondanı, bir ədəd 30 (otuz) manat dəyərində göy rəngli, kiçik ölçülü dreli, bir ədəd 200 (iki yüz) manat dəyərində “jNBO” markalı kompressoru, bir ədəd “İnterskol 2150BT” markalı 80 manat qiymətində prefaratoru, bir ədəd 90 (doxsan) manat dəyərində taxta elektrik mişarını, 1 metri 01 (bir) manat 20 (iyirmi) qəpik olmaqla ümumilikdə 72 (yetmiş iki) manat qiymətində 60 metrlik elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1740 (min yeddi yüz qırx) manat və Zərərçəkmiş şəxs2 772 (yeddi yüz yetmiş iki) manat, cəmi 2512 (iki min beş yüz on iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətlərini törətməsini məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, onun dörd epizod üzrə oğurluq etməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, gətirdiyi dəlillər əsassızdır, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 228/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 09-xx.xx.2021-ci il tarixləri üzrə tutulduğu 1 (bir) gün müddət CMnin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-228/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməlini törətdiyindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-228/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu halda, həmin hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 10 dekabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Suraxanı RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 28 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar - məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatından sonra istintaq orqanına qaytarılmış əşyalardan Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd qaşlı broşun, 01 ədəd muncuqlu saç rezininin və 01 ədəd “QİDAOGUANG” markalı saatın və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Ural Zid” markalı qaynaq aparatının, 01 ədəd “Bosch GWS 22-230H Professional” markalı böyük ölçülü laqondanın, 01 ədəd 80 “Siemens 235W 230mm” markalı kiçik həcmli laqondanın, 01 ədəd göy rəngli, kiçik ölçülü drelin, 01 ədəd “jNBO” markalı kompressorun, 01 ədəd “İnterskol 2150BT” markalı prefaratorun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qaytarılması, həmçinin cinayətin aləti kimi istifadə edilən "Opel Astra” markalı, **-BR-*** dövlət qeydiyyat nömrəli avtomobilin faktiki sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X7 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 30 (otuz) iş saatına görə 180,00 (yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) iş saatına görə 300,00 (üç yüz) manat olmaqla ümumilikdə 480,00 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-228/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 9 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixə qədər saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 28 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İttiham tərəfinin Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci ildə, gecə saatlarında Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində yerləşən evin həyətinə hasardan keçib həmin evin pəncərəsinin dəmir barmaqlığını çıxarmaqla qanunsuz olaraq içəri daxil olub mətbəx otağında quraşdırılmış bir ədəd 1200 (min iki yüz) manat qiymətində kombi aparatını, bir ədəd 80 (səksən) manat qiymətində elektrik tənzimləyicisini, 01 seksiyasının qiyməti 16 manat 50 qəpik olmaqla hər biri 15 seksiyalı olan 2 ədəd komplekt formada, ümumi qiyməti 495 (dörd yüz doxsan beş) manat olan radiatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1775 (bir min yeddi yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi ilə əlaqədar verilmiş ittihamdan imtinası qəbul edilsin və həmin bənd ona qarşı irəli sürülmüş ittihamdan çıxarılsın, həmin epizod üzrə ona qarşı cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının ortalarında, gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən evin həyətinə hasardan keçib həmin evin arxasında olan plastik pəncərəni açmaqla qanunsuz olaraq evə daxil olub oradan bir ədəd 1000 (min) manat dəyərində “Kontinental” markalı velosipedi, bir ədəd 300 (üç yüz) manat qiymətində 54 ekran “LG” markalı televizoru, bir ədədi 200 (iki yüz) manat olmaqla ümumi qiyməti 600 (altı yüz) manat olan üç ədəd gəmi suvenirini, bir ədəd 50 (əlli) manat dəyərində taxta motosikleti, bir ədədi 50 (əlli) manat olmaqla üç ədəd 150 (yüz əlli) manat dəyərində suvenir xəncəri, bir ədədi 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat qiymətində iki ədəd təzyiqölçən aparatı, bir ədəd 100 (yüz) manat qiymətində şəkər ölçən aparatı, bir ədədi 60 (altmış) manat olmaqla ümumilikdə 180 (yüz səksən) manat qiymətində üç ədəd üzqırxan dəstini, bir ədəd 150 (yüz əlli) manat dəyərində “Mersedes” pultunu, bir ədəd 150 (yüz əlli) manat dəyərində darvaza pultunu, bir ədəd 50 (əlli) manat dəyərində maşın soyuducusunu, bir ədədi 50 (əlli) manat olmaqla ümumilikdə 100 (yüz) manat olan iki ədəd kalonkanı, bir ədəd 50 (əlli) manat qiymətində epilyatoru, bir ədədi 20 (iyirmi) manat olmaqla ümumi qiyməti 60 (altmış) manat olan üç ədəd kaşeloku, bir ədədi 20 (iyirmi) manat olmaqla ümumilikdə 60 (altmış) manat olan üç ədəd cib bıçağını, bir ədədi 25 (iyirmi beş) manat olmaqla ümumilikdə 50 (əlli) manat olan iki ədəd alışqanı, bir ədəd 200 (iki yüz) manat qiymətində səsgücləndiricisini, bir ədədi 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat olan iki ədəd laqondanı, bir ədədi 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat olan iki ədəd dreli, bir ədəd 30 (otuz) manat qiymətində çanaq anteni aparatını, bir ədəd 10 (on) manat qiymətində qadın qol saatını, bir ədəd 20 (iyirmi) manat qiymətində qolbağ bijuteriyanı, bir ədəd 30 (otuz) manat qiymətində maşın üçün kompası, bir ədədi 04 (dörd) manat olmaqla ümumi qiyməti 08 (səkkiz) manat olan iki ədəd qaşlı broşu, bir ədəd 01 (bir) manat qiymətində muncuqlu saç rezinini, bir ədəd 05 (beş) manat qiymətində “QİDAOGUANG” markalı saatı və bir ədədi 100 (yüz) manat olmaqla ümumi qiyməti 200 (iki yüz) manat olan iki ədəd preparatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 4054 (dörd min əlli dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən həmin bənd ona qarşı irəli sürülmüş ittihamdan çıxarılsın, həmin epizod üzrə ona qarşı cinayət təqibinə xitam verilsin. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilsin. Maddi sübutlar - məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatından sonra istintaq orqanına qaytarılmış əşyalardan Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd qaşlı broşun, 01 ədəd muncuqlu saç rezininin və 01 ədəd “QİDAOGUANG” markalı saatın və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Ural Zid” markalı qaynaq aparatının, 01 ədəd “Bosch GWS 22-230H Professional” markalı böyük ölçülü laqondanın, 01 ədəd 80 “Siemens 235W 230mm” markalı kiçik həcmli laqondanın, 01 ədəd göy rəngli, kiçik ölçülü drelin, 01 ədəd “jNBO” markalı kompressorun, 01 ədəd “İnterskol 2150BT” markalı prefaratorun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qaytarılması, həmçinin cinayətin aləti kimi istifadə edilən "Opel Astra” markalı, **-BR-*** dövlət qeydiyyat nömrəli avtomobilin faktiki sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat məbləğində ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 180,00 (yüz səksən) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180,00 (yüz səksən) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-11/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-11/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver