Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-11/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X5, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X17 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində dövlət mülkiyyətində olan 0.6 ha torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2008-cı ildə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində Şahid2 12 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi 09 noyabr 2005-ci il tarixli sərəncam əsasında verilmişdir. 2018-ci ildə həmin torpaq sahəsinin qarşısında yerləşən 12 sot torpaq sahəsini qohumu X7 adına almışdır. Həmin torpağın çıxarış sənədi var, çıxarış sənədində 0,0915 sot torpaq qeyd edilmişdir. Hər iki torpaq sahəsində tikinti işləri aparmışdır. Həmin vaxt torpaq sahəsinin yerləşdiyi yerin qonşuluğunda yaşayan Şahid1 saxta arxiv sənədi təqdim edərək tikinti işlərini dayandırmağı ondan tələb etmiş, başqa şəxslərlə xəbər göndərmiş ki, “3000 manat ona pul verim ki, məndən əl çəksin.” Mircəlal özünü jurnalist və rayonun ağsaqqalar şurasının sədri kimi təqdim etmişdir. O, özü sahibkarlıq fəaliyyəti ilə məşğul olur, himayəsində 5 az yaşlı övladı var. Məcburi köçkündür, aldığı torpaqda ailəsi üçün ev tikmək niyyəti olmuşdur, lakin onun səylərinə baxmayaraq qonşuluqda yaşayan Şahid1 ona qanunsuz təsirlər göstərib heç bir əsası olmadan şikayətlər etmişdir. O, torpağının qanuni sənədlərini təhqiqat orqanına təqdim etmişdir və buna görə xahiş etmişdir ki, qanuni qərar qəbul edilsin. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin məsləhətçi müfəttiş vəzifəsində işləyir. Onun işi torpaqlardan səmərəli istifadə olunmasına və istifadəsində nəzarəti həyata keçirməkdir, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin əməkdaşları böyük məsləhətçi-müfəttişi X8, məsləhətçi X2 və onun iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində monitorinq keçirilərkən görmüşlər ki, 0.12 ha torpaq sahəsində hasarlama işləri aparılır. Həmin vaxt müəyyən edilmişdir ki, qanunsuz tikinti işlərini aparan Səyavuş adlı şəxsdir. Bundan sonra tərəflərindən akt tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun illər dövlət qulluqçusu olmuş, vətənə xidmət etmiş, hal-hazırda da X14 Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərir. 1991-ci ildə onun adına Donuzçuluq sovxozundan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə dair əmr verilmişdir. Həmin vaxtlarda maddi imkanı olmadığından orada ev tikdirə bilməmişdir. Həmin torpaq sahəsi ilkin olaraq yararsız halda olmuş, o, torpaq sahəsini yararlı hala salmaq üçün 3000 manat xərc çəkmişdir. Həmin torpaq sahəsini o, qızına hədiyə vermişdir, qızının iki övladı var, onların yaşamağa yerləri yoxdur, maddi imkanları çox pisdir. Qızının həyat yoldaşı 1-ci vətən müharibəsində iştirak etmiş, Qarabağ veteranıdır, təxminən 6 ilə yaxındır ki, itkin düşmüşdür, nə ölüsü nə dirisi bilinmir ki, haradadır. Bir müddət bundan öncə onun adına olan Bakı şəhəri, Binə qəsəbəsi, Donuz Kökəltmə yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsində tikinti işlərinin aparıldığını görmüşdür. O, tikinti işlərinin dayandırılmasını tələb etmiş, lakin həmin şəxslər onun sözünə əhəmiyyət verməmişlər. Bundan sonra o, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bu baş verənlər 2010-2011-ci illərdə olmuşdur. Həmin zaman dəllal torpaq satırdı. O, da həmin torpaq sahəsini almışdır. Torpaq sahəsi 12 sot olmuşdur. Həmin torpaq sahəsinin 3 sotunu Səyavuşa satmışdır. Səyavuşu əvvəllər yalnız bir dəfə torpağı satan zaman görmüşdür. Sonradan bu yaxınlarda Səyavuş ona bildirdi ki, məhkəmədə onun işi gedir, məhkəməyə gəlmək lazımdır. O, da indi məhkəməyə gəlmişdir. Bütün baş verənlər bunlardan ibarət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 36 Q saylı sahədə yerləşən 0,0915 ha torpaq sahəsi X9 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının 28 fevral 2022-ci il tarixli məktubundan görünür ki, komissiya tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi,Ş.İ.Xətai küçəsinin sol hissəsində Siyavuş adlı şəxs tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə zidd olaraq özbaşına tikinti işlərinin aparılması faktı aşkar olunmuş və bu barədə müvafiq akt tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Füzuli şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən AR CM-nin 93-3.2, 42-1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.1999-cu il tarixdə Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.1998-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 208.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində aylıq qazancının 15 % tutulmaqla 02 il müddətinə islah işləri cəzası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 25 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan və AR DİN-nin Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi tərəfindən verilmiş eyni tarixli məktubdan görünür ki, 08 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Binə qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 08 iyul 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən cinayət işi üzrə icraat təzələnməklə istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 10 iyul 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Əzizbəyov Rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32 saylı Sərəncamından görünür ki, Bələdiyyə tərəfindən Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 17-də yaşayan Müdafiəçi2 Sakit qızına Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Mikayılova (Vəliyeva) Aynur Sakit qızının səlahiyyətli nümayəndəsi qismində Şahid2 Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə etibarnamə verərək, Bakı şəhər Əzizbəyov Rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 32 saylı Sərəncamına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, yeni massiv küçəsində yerləşən 1200 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsindən, Azərbaycan Respublikası TXK-dən kadastr planı almağı, məhdudiyyət yüklülüyü barədə arayış (forma 1) aldıqdan sonra torpağa aid sərəncam verməyi, satmağı, bağışlamağı dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********91 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 36Q ünvanında yerləşən 0,0915 kv.m torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixli **********22 reyestr nömrəli çıxarışla X7 xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulov, Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Balaəli Əliyev və Qala qəsəbə nümayəndəsinin müavini Həmzə Mustafayev iştirakı ilə Qala qəsəbəsi X22 küçəsinin sol hissəsindəki ünvanında dövlət və ya xüsusi mülkiyyətdə olan torpaq sahəsində vətəndaş Siyavuş adlı şəxs tərəfindən özbaşına fərdi yaşayış evlərinin tikintisi işlərinin aparılması aşkar olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Vətəndaş Siyavuş adlı şəxs tərəfindən dövlət mülkiyyətində olan torpaq sahəsində aparmış olduğu fərdi yaşayış evlərinin tikitinisinə dair icazə (razılaşdırma məktubu və təsdiq olunmuş layihə) sənədi təqdim olunmamışdır. Bununla əlaqədar olaraq, dövlət mülkiyyətində olan torpaq sahəsində qeyri-qanuni aparılan fərdi yaşayış evlərinin tikintisinin qarşısının alınması məqsədi ilə zəruri tədbirlər görülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsi daş hasarla əhatə edilmiş, torpaq sahəsində 5 daş kürsüdə ev inşa edilmiş, evin dam örtüyü vurulmuş, lakin qapı və pəncərələri yerləşdirilməmiş, evin heç bir təmir işi aparılmamış, torpaq sahəsində tikintidə istifadə olunmuş mişar daşları yığılmamış, evin qarşısında plastik materiallardan olan yerdə su çəni qoyulmuşdur. Baxış zamanı fotoşəkillər çəkilmiş, başqa nüanslar aşkar edilməmişdir. Məhkəmə bildirir ki, Əzizbəyov rayon X4 09 noyabr 2005-ci il tarixli sərəncamı əsasında Müdafiəçi2 Sakit qızına 12 sot torpaq sahəsi ayrılmışdır. Müdafiəçi2 həmin 12 sot torpaq sahəsini 20 sentyabr 2011-ci il tarixdə etibarnamə əsasında Şahid2 vermişdir. Şahid2 isə öz növbəsində 24 yanvar 2012-ci il tarixdə etibarnamə əsasında həmin torpaq sahəsinin 3 sot hissəsini Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 qeyd edilən faktı təsdiq etmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 36 Q saylı sahədə yerləşən 0,0915 ha torpaq sahəsi X9 xüsusi mülkiyyətindədir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsini öz vəsaiti hesabına alaraq qohumu X9 rəsmiləşdirdiyini qeyd etmişdir. İbtidai istintaq zamanı dindirilmiş X11 Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək bidirmişdir ki, torpaq sahəsi formal olaraq onun adına rəsmiləşdirilmiş, əslində Təqsirləndirilən şəxs mülkiyyətində olmuş və orada bütün tikinti işləri Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. 17 yanvar 2022-ci il tarixdə Xəzər RPİ İŞ-nin müstəntiqi Elçin Süleymanovun qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısı 28 fevral 2022-ci il tarixli məktub ilə Xəzər rayon Polis İdarəsinə müraciət edərək komissiya tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Ş.İ.Xətai küçəsinin sol hissəsində Siyavuş adlı şəxs tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə zidd olaraq özbaşına tikinti işlərinin aparılması faktının aşkar olunduğunu və bu barədə müvafiq akt tərtib edildiyini qeyd etmişdir. Qeyd etmək lazımdır ki, özbaşına tikilinin tikilməsi özlüyündə torpağın mülkiyyətdə olmaması anlamına gəlmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Xəzər rayon Polis İdarəsinə ünvanladığı 28 fevral 2022-ci il tarixli məktubda qeyd edilən torpaq sahəsinin Təqsirləndirilən şəxs mülkiyyətində, icarəsində və ya istifadəsində olması öz təsdiqini tapır. Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin dispozisiyasına görə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərinin aparılması cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilə olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəaları Azərbaycan Respublikasının ərazisində müvafiq surətdə tətbiq edilməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (bundan sonra, Avropa Konvensiyası) 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra, Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən, Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X6 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələyə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” 30 noyabr 2004-cü il tarixli qərarında mülkiyyət hüququ ilə bağlı maraqlı məsələ vurğulanmışdır. Qərarda qeyd edilmişdir ki, “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da mülkiyyət hüquqları hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi maraqların “hüquq” kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır, hər bir halda ərizəçi tikdiyi evə sərf olunmuş materialları, evdəki daşınar əşyaların, evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir, dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Əgər bir dövlətin ərazisində qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tutmalarına baxmayaraq, vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi). Məhkəmə bildirir ki, cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayətin obyektiv cəhəti isə torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud başqa üsullarla özbaşına tutmada ifadə olunmuşdur.Cinayətin subyekti 16 yaşına çatmış hər hansı bir anlaqlı fiziki şəxs ola bilər. Cinayətin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Yəni təqsirkar torpaq sahəsini özbaşına hasarladığını, tutduğunu, dəyişdirdiyini və ya becərdiyini, özbaşına tikinti və ya quraşdırma işlərini apardığını dərk edir və bu əməli törətəməyi arzu edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cinayət tərkibinin üç əlaməti mövcud olsa da, lakin cinayətin subyektiv cəhəti mövcud deyildir. Belə ki, işin fakriki hallarından görünür ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə aid olduğunu hesab etmiş və buna onun kifayər qədər əsasları olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hakimlərin davranışı üzrə Banqalor Prinsiplərinin “hakim ictimai rəydən asılı olmayaraq fəaliyyət göstərməli” olmasına dair 28-ci maddəsinə əsasən məhkəmə işi cəmiyyətdə polemikaya səbəb ola, kütləvi informasiya vasitələrinin diqqətini cəlb edə və geniş şəkildə işıqlandırıla bilər; belə vəziyyətdə hakim “fırtına mərkəzində” ola bilər. Bəzən, bu cür aşkarlığın təsiri altında ictimai rəy nəzərəçarpacaq dərəcədə bu və ya digər arzuolunan nəticəyə doğru meyllənə bilər. Lakin hakim öz vəzifəsini icra edərkən hər hansı kənar təsirdən azad olmalıdır. Hakim tətbiq edəcəyi qanunun və ya mübahisələrini həll etməli olduğu çəkişən tərəflərin ictimaiyyət, KİV, dövlət məmurları və yaxud onun ailə üzvləri və dostları tərəfindən bəyənilib-bəyənilməməsini nəzərə almamalıdır. Hakim hər hansı qrup maraqlarının təsiri altına düşməməli, ictimaiyyətin narazılığına səbəb olmaq və ya tənqidə məruz qalmaq təhlükəsindən çəkinməməlidir. Hakimlərin müstəqilliyi hər hansı formada kənar təsirdən asılı olmamanı nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi mövcud deyil. Bu isə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibini istisna edən haldır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü onun əməlində cinayət tərkibi olmadıqda çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.2-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən ”Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.” Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Shib qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-11/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-11/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver