Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-11/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Lerik rayonu, Veri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Veri kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu , Yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs, 06 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində olan zaman ona sataşmaq niyyəti ilə iradəsi ziddinə evinin həyətinə daxil olmuş Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı taxta parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, daha sonra isə Zərərçəkmiş şəxs əllərini və ayaqlarını iplə bağlayıb yenidən taxta parçası ilə həmin gün saat 18 radələrindən başlayaraq 22 radələrinədək olan müddət ərzində döyərək alışqan ilə onun qaşını və burnunu yandırmış, bundan sonra isə Zərərçəkmiş şəxs əynindəki şalvarı çıxarıb boş pivə şüşəsini sonuncunun arxa keçəcəyinə yeridib əmələ gələn çapıq toxumasından sonra Zərərçəkmiş şəxs qaşlarını ülgüc vasitəsilə qırxaraq siqaretin közünü onun bədənin müxtəlif nahiyələrinə basıb söndürüb əzab verməklə qəddar hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs təpə nahiyəsinin, sol və sağ kürəyin, sağ baldırın sıyrıqları, sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sağ almacıq nahiyənin, burunun, sağ bazunun, sağ saidin, sol budun, sol baldırın qançırları, burunun, üst dodağın, sağ baldırın əzilmiş yaraları, sol V, Vİ, Vİİ, Vİİİ qabırğalarının sınıqları, sol bazunun, döş qəfəsinin, sağ saidin yanıq yaraları ilə nəticələnən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və AR CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xüsusi amansızlıqla və zərərçəkmiş şəxsə iztirablar verməklə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, hadisə baş verən günü şübhələnmişdir ki, onun həyətinə adam girir. Həmin şəxs hansı ki, həyətə nişanlar qoyurdu, bundan başqa gecə vaxtlarında səs salırdı. Hadisə günü uşaqlarının köməyi ilə həyətində hasarın dibində gizlənmişdir. Özü ilə taxtadan sopa düzəltmişdir, Nüsrət hasardan onun həyətinə keçmək istəyirdi. Bu zaman o həmin sopa ilə ona vurmuşdur. Nüsrət huşunu itirmiş, o Nüsrətin əlini qolunu bağlayaraq həyətə gətirmişdir. Sonradan Nüsrət özünə gəldikdən sonra ona təhqirlər edərək, nalayiq söyüşlər söymüşdür. Ona və qızına ləkə vuracağını, “Siz mənimsiz” deyirdi. Bundan başqa o heç bir şey etməmişdir. Sadəcə Nüsrət kişi olduğundan və gücü çatmayacağını bildiyi üçün birinci dəfə vurmuş, sonra əl-qolunu bağlayıb həyətə gətirmişdir. Sonradan oğluna məlumat vermişdir. Oğlu ona inanmamış, o, Nüsrətin şəklini çəkib ona göndərmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində yetkinilik yaşına çatmayan 2 uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 01 oktyabr 2022-ci il tarixdə onu Mahirə çağırmış, o da Mahirə ilə görüşmüşdür və Mahirəyə 20 manat da pul vermişdir. Mahirə onu oktyabr ayının 2-si və 3ü də çağırmışdır, lakin o görüşə getməmişdir. 06 oktyabr 2022-ci il tarixdə səhər mağazaya gedən də Mahirə onu arxadan səsləmiş və ona “qardaşlarım evdə yoxdur, axşam gəl görüşək” demişdir. Axşam saat 8, 9-a işləmiş Mahirənin evinə getmişdir. Ona çay gətirmiş, ondan 40 manat da pul almışdır. O, çayı içmiş, Mahirə ona “qoy uşaqlarımın yeməyini verim, qardaşımgilə yola salım sonra səninlə görüşərik” demişdir. Bundan 15 dəqiqə keçəndən sonra arxadan başına sopa ilə vurmuşlar və o, huşunu itirmişdir. Başına su tökmüşlər, o, özünə gəlmiş, evdə Mahirənin qardaşı Fail, tanımadığı sonradan adını bildiyi qardaşı Şahin evdə olmuş, ona əlləri-qolları bağlı vəziyyətdə əzab və işgəncələr vermişlər. Onlar onun dişlərini qırmış, barmaqlarını sındırmışlar və qabırğaları yoxdur, bir tərəfini işləməyən hala salmışlar. 23 gün o, xəstəxanada yatmışdır. Onu əlləri, qolları bağlı vəziyyətdə döyüb işgəncə verdikdən sonra qaşlarını və saçını qırxmışlar. Arxa hissəsinə butulka yeridiblər. Sonra onu arabaya qoyub şəklini çəkmişdirlər. Arabada olan zaman üstünə iki vedrə zibil tökmüşlər, bundan sonra arabanın içinə su tökmüşlər. Mahirə oğlu ilə birlikdə arabanı sürərək onu harasa öldürməyə aparırmış. O, yolda olan zaman əlini, qolunu açaraq oradan qaçmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında olan ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 06 oktyabr 2022-ci il tarixdə, gecə saat 12-yə 20 dəqiqə işləmiş evinə gəlmişdir. Ona Zərərçəkmiş şəxs Mahirənin yaşadığı həyətə girməsini demişlər. Həyətə daxil olan zaman Mahirə Nüsrəti tutmuş, onu döymüş və bu hala salmışdır. O, həmin hadisələr baş verən vaxtı orada olmamışdır. Hadisə baş verən zaman o, işdə olmuş, 3 iş yoldaşı da onunla birlikdə olmuşdur. Həmin günü saat axşam 10-a qalmış işdən çıxmış, 11-ə işləmiş Binə qəsəbəsində marketə daxil olmuş, oradan bazarlıq etmiş, sonra iş yoldaşlarını evlərinə düşürüb, 12-yə 20 dəqiqə işləmiş öz evinə gəlmişdir. Səhəri gün polis əməkdaşları onu aparmış və izahatını almışlar. Onu şikayətlə bağlı həbs etmiş, araşırdma aparılmış, onun baş vermiş hadisə ilə əlaqəsinin olmadığı aydınlaşmış və azad olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 2022-ci ilin oktyabr ayında atası toya getmiş, gecə radələrində evə gələn zaman atasının paltarının cırıq-cırıq vəziyyətdə olduğunu, əl qolunun hər tərəfinin qan içində olduğunu görmüşdür. O da dayısı oğlu ilə birlikdə işləyirmiş, bu vaxtı dayısıoğlu ona zəng edərək, hadisənin necə olduğunu ona demişdir. Onlar hamısı 1 ilə yaxındır ki, atasının Mahirə ilə münasibətinin olduğunu bilirmiş, lakin bu barədə Failə heç bir şey deyə bilmirmişlər. Belə ki, onların Fail ilə yaxşı münasibəti olmuşdur. Hadisə günü dayısıoğlu baş verənləri ona danışandan sonra Failin nömrəsini ona verərək, zəng edib məsələni böyümədən birtəhər yoluna qoymağını demişdir. O da yaxşı deyərək, Failə zəng etmiş, Fail ona Failgilə gəlməyini demiş, o da Failin yaşadığı evlərinə getmişdir. Onunla danışmış, Fail danışan zaman ona atasının başına oyun açacağını, atasını butulka üstündə otuzduracağını və sair sözlər demiş, o da müxtəlif sözlərlə Faili dilə tutmaq istəyirmiş. Bu danışıqdan sonra Fail gecə saat 1-də də zəng vurmuş, müxtəlif vaxtlarda bir neçə dəfə zəng vurmuşdur. Fail ondan əl çəkmirmiş, ona atasını gətirməyini istəyirmiş. Hadisə baş verən günü Mahirə öz nömrəsindən ona zəng vuraraq onu dilə tutmuş, bu vaxt dayısıoğlu da atasına zəng edib, onu axtarırmış. Sonra Mahirə birdən-birə onu təhqir etməyə başlamışdır. Atasını görəndən sonra o, 102 xidmətinə zəng etmişdir. Hadisə yerinə Namiq Binnətov adlı polis əməkdaşı gəlmiş, ifadələrini almışdır. X10 dilə tutmağa başlamış və işi bağlamaq istəmişdir. O, müəyyən yerlərə şikayət edəndən sonra, iş Xəzər RPİ-nin 3-cü PŞ-dən alınaraq Xəzər RPİ-nin İstintaq Şöbəsinə verilmiş və işi müstəntiq Rafiq Qarayev aparmışdır. Rafiq Qarayev də digər polis əməkdaşı kimi onu dilə tutmağa çalışmışdır. X13 5000 manat istəyərək, Mahirə və 2 qardaşının təqsirləndirilən şəxs kimi cəlb edəcəyini demiş, o da pulunun olmadığını demişdir. Sonra 4000 manat istəmiş, o da verəcək pulunun olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, bundan 4 il öncə Zərərçəkmiş şəxs onların yaşadığı evin həyətinə girmişdir. Həmin zaman anası rayonda olmuş, o isə nənəsi ilə qalmışdır. Anası 4 gün rayonda olmuşdur. Bu müddət ərzində gecədən səhərə qədər yaşadığı evin pəncərəsi döyülürdü. Lakin, o, həmin zaman kimin həyətə girdiyini və pəncərəni döydüyünü bilmirmiş. O, həmin zaman Nüsrəti tanımırmış. Daha sonralar 2022-ci ilin iyul ayında bu şəxs həyətə girdikdən sonra, həmin şəxsin kim olduğunu, yəni Nüsrət olduğunu öyrənmişdir. O, 8-ci sinifdə oxuyan zaman səhər növbəsi imiş, həmin zaman qardaşı məktəbə, anası işə gedirmiş və o, evdə tək qalırmış. Həmin zamanlarda da Nüsrət gəlib evin pəncərəsini döyürmüş, ona işarələr edirmiş və o da qorxurmuş. Anası həmin zaman işdə olurmuş, işdə olan zaman da anasının telefonu bağlı olurmuş. Çünki işdə onlara telefondan istifadəyə icazə verilmirmiş. Sonradan bununla bağlı anasına məlumat vermiş, anası da gecələr kiminsə həyətdə gəzdiyini hiss etdiyini demişdir. Anası ilə qərar vermişdir ki, gecələr həyətdə gözləsin və həyətə kimin girdiyini bilsinlər. 06 oktyabr 2022-ci il tarixdə anası axşam saatlarında qərara gəlmişdir ki, kişi geyimi geyinib həyətdə pusquda dayansınlar. Anası onlara da demişdir ki, “siz də həyətdə evin yaxınlığında dayanın, əgər gücüm çatmasa, sizdə gəlib mənə kömək edərsiniz”. Anası qardaşı ilə onun əlinə sopa parçası vermişdir. Pusquda olan zaman kiminsə hasardan həyətə aşdığını görmüş, həmin şəxs anasının boğazından tutub həyətin divarına vururmuş, o, arxadan həmin şəxsə yaxınlaşıb əlində olan sopa parçası ilə onun başından vurub anasından uzaqlaşdırmışdır. Sonra anası ilə onlara əvvəlcədən verilmiş ipləri gətirmiş, həmin şəxsin əllərini və qollarını bağlamış, həyətin qabağına sürüdərək gətirmişdir. Daha sonra anası evdən gətirdiyi ülgüclə həmin şəxsin qaşlarını və saçlarını qırxmışdır, bıçaqla isə əynində olan paltarlarını deşmişdir. Daha sonra isə həmin şəxsi arabaya qoyub aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, anası Nüsrətin yaşadıqları evin həyətinə girdiyindən şübhələnmiş, sonra anası həyətdəki hasarın yanında dayanmışdır. Nüsrət onların həyətinə girmişdir. Anası Nüsrətin ayağından tutub, yerə yıxmışdır. Sonra Nüsrət anama hücum etmiş, bacısı ilə o arxadan gələrək Nüsrəti vurmuşdur. Nüsrət huşunu itirmiş və onlar Nüsrətin əl-qolunu bağlamışdır. Məhkəmə istintaqı zamanı ifadənin yerində yoxlanılması və məhkəmə istintaqı eksperimenti keçirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsi hadisənin baş verdiyi yerdə yoxlanarkən bildirdi ki, o həyətin giriş qapısı ilə üzbəüz sağ arxa tərəfində hasarla evin arasındakı künc hissədə gizlənmişdir. Nüsrət də həmin yerdən ayağını keçirən zaman o, Nüsrətin ayağından tutmuş və sopa ilə vurmuşdur. O, kişi paltarında olduğu üçün Nüsrət onun qadın olduğunu bilməmişdir. Göstərdiyi yerdə onunla boğuşmuşdur. Uşaqlar da həmin göstərilən hissədə, yəni evin sağ ön tərəfində imişlər. Sonra uşaqlar görmüşlər ki, onun gücü çatmır, gəlib ona kömək ediblər. Sürüyüb Nüsrəti evin giriş qapısı olan hissəyə gətirmişlər. Daha sonra Nüsrətin əl-qolunu. bağlamışlar. Həmin hissədə o Nüsrətə “nə üçün bura gəlirsən” demişdir. Bundan sonra Novruz onu nalayiq ifadələrlə, söyüşlərlə təhqir etmişdir. Bildirmişdir ki, “mən nə istəyirəmsə, onu da edəcəm.” Bundan sonra Nüsrəti arabaya qoymuş, oğlu və qızı ona köməklik ediblər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsi hadisənin baş verdiyi yerdə yoxlanılan zaman bildirdi ki, o, həyətin giriş qapısından keçmişdir. Yəni qapını açaraq içəri daxil olmuşdur. Səhər işə gedəndə Mahirə ona evdə qardaşlarının olmadığını və qardaşlarının ona etiraz edə bilməməyini demiş və görüşməyi təklif etmişdir. O da axşam həyətin giriş qapısından içəri girmişdir. Onu evin giriş hissəsinin sol tərəfinə gətirmiş və o, həmin yerdə gizlənmişdir. Mahirə bu zaman demişdir ki, “uşaqlara yemək bişirmişəm, uşaqlara yemək verim, onları qardaşımgilə aparım, sonradan burda görüşərəm.” Həmin yerdə olanda Mahirə onun üçün çay gətirmişdir. O göstərdiyi yerdə çay içmişdir. Qapının ağzında o, çay içmiş, çayı içdikdən sonra Mahirə ona demişdir ki, “10-15 dəqiqə gözlə, uşaqları qardaşımgilə aparım, ondan sonra səninlə görüşərik.” Həmin anda o göstərdiyi hissədə siqaret yandırmış və siqareti çəkən zaman səsin gəldiyini görmüşdür. Həmin səsə o, addımı atanda görmüşdür ki, iki nəfər adam gəlir. Sonradan o, üzünü çevirib evin arxa tərəfinə gedəndə onun sol tərəfinə vurmuşlar, o da özündən getmişdir. Əl-qolunu bağlamışlar. Hasarın dibində onun üzərinə su tökmüş, bağlı vəziyyətdə onu ayıltmışlar. Sol tərəfindən vurmuşlar və qabırğalarını vurub sındırmışlar. Daha sonra gözünü açmış və bu zaman Faii, Şahin və Mahirəni orada olduğunu görmüşdür. Fail ona demişdir ki, “mən bunun qanını bağlamışam.” Fail daha sonra ona bir təpik vuraraq çıxıb getmişdir. Mahirə ilə Şahin işgəncəni göstərdiyi hissədə veriblər. Burda döyüblər. Onu aparıb evin qarşısında arabaya qoyublar. Arabaya bu hissədə qoydular. Arabanın tutacaq hissəsi evin giriş qapısına tərəf, təkəri isə yarımtikiliyə tərəf idi. Həmin bu hissədə arabanın içini su ilə doldurub üzərimə zibil tökdülər. İş üzrə keçirilmiş məhkəmə istintaq eksperimenti zamanı görünür ki, zərərçəkmiş şəxs yerdə əlləri bir-birinə keçirilmə və bədəninə bitişik şəkildə yerdə uzanır. Araba tutacağı (qulpu) evin giriş qapısına tərəf olmaqla sol tərəfə əyilir və təqsirləndirilən şəxsin qızı arabanın tutacağından tutur. Təqsirləndirilən şəxs və oğlu yerdə uzanan zərərçəkmiş şəxsi arabaya qoymağa cəhd edirlər. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 895 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Şahid1 bədəni üzərində sol bazunun, sağ saidin sıyrıqları, sağ ayağın qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayət olunan sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki. həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq küt əşyaya dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 1380 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs bədəni üzərində alının hematoması, boynun, sol bazunun, sağ dirsəyin, hər iki saidin, sol dizin sıyrıqları, sağ saidin, hər iki budun qançıları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 1 günədək əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki. həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq küt əşyaya dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 1384 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsinin, sol və sağ kürəyin, sağ baldırın sıyrıqları, sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sağ almacıq nahiyənin, burunun, sağ bazunun, sağ saidin, sol budun, sol baldırın qançırları, burunun, üst dodağın, sağ baldırın əzilmiş yaraları, sol V, Vİ, Vİİ, Vİİİ qabırğaların sınıqları küt əşya; sol bazunun, döş qəfəsinin, sağ saidin yanıq yaraları yüksək hərarətin təsirindən törənmiş, törənmə müddətləri onun “X18” X20 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılması zamanı yaranması ehtimalları vardır. Göstərilən məsələnin istintaq yolu ilə həlli daha məqsədə müvafiqdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 981 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Zərərçəkmiş şəxs arxa keçəçəkdə çapıq toxuma aşkar edilmişdir. Bu çapıq toxuma küt yaranma mexanizmə malik xəsarətin sağalmış izidir, hər hansı bir alətin (predmetin) yeridilməsi nəticəsində əmələ gələ bilərdi, müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2024-cü il tarixli, 3-16-16/2-3/844 saylı məhkəm ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, tədqiqatın aparılması üçün “Cinayət işi materiallarında olan “X14 axırı belə olar növbə arvadınan gəlinindir” sözləri yazılmış kağız vərəqin əks olunduğu fotoşəkildə həmin kağız vərəqini tutan insan əlləri fizoloji qurluşuna görə Təqsirləndirilən şəxs, onun uşaqları Şahid4 və Şahid3, Şahid1, onun qardaşı X5 və ya Zərərçəkmiş şəxs aiddir?” sualı qoyulmuşdur. Həmin məlumat qeyd olunur ki, qərarda qoyulmuş sual məhkəmə-portret növü üzrə ekspertin zəruri biliyindən kənara çıxdığından tədqiqatın aparılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-4/1744/2024 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 386-cı vərəqəsində olan şəkildə əks olunmuş “X14 Axırı belə olur! X7” yazıları – Şahid1 tərəfindən yox, X8 tərəfindən yox, X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən fakta görə AR CM-nin 133.2.3cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, 08 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 133.2.3-cü maddəsindən həmin Məcəllənin 133.2.3, 133.2.6, 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 133.2.3, 133.2.6, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 28 oktaybr 2022-ci il tarixli, 22489 saylı məktubundan görünür ki, ********* saylı nömrənin sms mətnləri aşkar edilməmişdir. İş materiallarında olan 30 oktaybr 2022-ci il tarixli video görüntüyə axış keçirilməsi haqqında protokoldan görünür ki, 06 oktaybr 2022-ci il tarixinədək olan müddət ərzində Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı və iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr arasında hər hansı sms yazışmaları aşkar olunmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı və iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin anten dairəsinin həqiqətən hadisə baş verən gün Binə qəsəbəsi ərazisində, yəni Təqsirləndirilən şəxs yaşadığı ünvanın ətrafında olması bir daha sübut olunur. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə X2 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X2 iştirakı ilə onun istifadə etdiyi “Samsung A23” markalı, İMEİ1 **********716 və İMEİ2 **********69713 kodlu smartfon telefona baxış keçirilmişdir. İş materiallarında olan 03 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə X3 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 işlədiyi Şüvəlan qəsəbəsində yerləşən istixanadan xx.xx.2022-ci il tarixdə, saat 21:22 radələrində çıxıb özünə məxsus ağ rəngli Ford Transit markalı avtomobilinə əyləşib işə saldığı görünür. Eyni zamanda diskdə əks olunan fotoşəkillərdən də danışıq zənglərinin dəqiqələri və müddətləri əks olunmuşdur. İş materiallarında olan 21 yanvar 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, sorğu əsasında "xxxx" MMC-dən əldə olunmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL-2035/23 saylı nömrəli məktuba əlavə olunmuş 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən olundu ki, diskə əks olunmuş çıxan, daxil olan zənglərin siyahılarında iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində hər hansı zəng əlaqəsi və ya sms mətni qeyd olunmamışdır. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, sorğu əsasında "xxxx" MMC-dən əldə olunmuş xx.xx.2023-cü il tarixli, 1572 saylı nömrəli məktuba əlavə olunmuş 01 ədəd CD diskə baxış keçirilərkən iş üzrə şahid qismində dindirilmiş X3 istifadəsində olan ***-***-**-**, ***- ***-**-** saylı mobil nömrələrin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Lerik və Lənkəran rayonlarında olması müəyyən edilmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı toplanmış sübutların məcmusu ilə sübuta yetirilmiş hesab edilməsi və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinə əsasən “Zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs hazırda himayəsində iki yetkinlik yaşına çatmayan övladı xx.xx.2009-cu il təvəllüdlü Şahid4 və xx.xx.2012-ci il təvəllüdlü Şahid3 vardır. Himayəsində olan azyaşlı uşağının bütün maddi və mənəvi ehtiyacları onun tərəfindən qarşılanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə himayəsində olan yetkinlik yaşına çatmayan Şahid4 və Şahid3 təqsirləndirilən şəxs tərəfindən qarşılanan bütün maddi və mənəvi ehtiyaclardan məhrum olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxsnun törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş materiallarında olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 140 (bir yüz qırx) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, Yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 140 (bir yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 05 (beş) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-11/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-11/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver