Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-110/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Mirzəxan oğlunun, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Lerik rayonunun Babakücə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-399/2019 saylı “23” oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Lerik rayonunun Babakücə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(003)-93/2020 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 Mirzəxan oğluna məxsus evə pəncərəni açma yolu ilə qanunsuz olaraq daxil olub yataq otağında olan şifonerdəki pencəyin qoltuq cibindən sellofan paketin içərisindəki hər birinin qiyməti 500 manat olan iki ədəd 585 əyarlı ortasında göy, kənarında isə ağ rəngli xırda qaşları olan paxlava formalı qızıl sırğa dəstini, bir ədəd qiyməti 550 manat olan 585 əyarlı üzərində ağ rəngli qaşları olan qadın üçün qızıl nişan üzüyünü və bir ədəd qiyməti 450 manat olan 585 əyarlı göy rəngli qaşları olan paxlava formalı qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 2000 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq sandığın içərisindən hər birinin qiyməti 200 manat olmaqla ümumilikdə qiyməti 800 manat olan dörd ədəd 583 əyarlı qızıl üzüyü, bir ədəd qiyməti 260 manat olan 583 əyarlı qızıl boyunbağını və bir ədəd qiyməti 200 manat olan 583 əyarlı qızıl sırğa dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 1260 manat məbləğində maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzanı çəkərkən hazırda ittiham olunduğu cinayət əməllərini törətdiyi üçün həbs edilmişdir. Belə ki, maddi imkanı zəif olduğundan oğurluq etmək qərarına gəlmiş və xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə pəncərəni açma yolu ilə daxil olaraq yataq otağında olan şifonerdəki pencəyin qoltuq cibindən sellofan paketin içərisində olan iki ədəd paxlava formalı qızıl sırğa dəstini, bir ədəd qadın üçün qızıl nişan üzüyünü və bir ədəd paxlava formalı qızıl üzüyü oğurlamışdır. Oğurladığı qızıl-zinət əşyalarını həmin günün səhərisi Xəzər rayonu Binə qəsəbəsi ərazisində qızıl alqı-satqısı ilə məşğul olan Nazim adlı şəxsə ümumilikdə 750 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evə açıq vəziyyətdə olan qapıdan daxil olaraq sandığın içərisindən ümumilikdə 4 ədəd qızıl üzük, 1 ədəd boyunbağı və 1 ədəd sırğa dəstini götürüb oğurlamışdır. Oğurladığı qızıl-zinət əşyalarını həmin günün səhərisi Binə qəsəbəsi ərazisində qızıl alqı-satqısı ilə məşğul olan Samir adlı şəxsə ümumilikdə 300 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməllərdən peşmandır, lakin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəmək imkanı olmadığından, onlarla barışıq əldə edə bilməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Mirzəxan oğlu göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 16:00 radələrindən saat 16:20 radələrinədək olan müddət ərzində evdə olmadıqları vaxt naməlum şəxs ona məxsus Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evinə pəncərəni açma yolu ilə daxil olaraq yataq otağında olan şifonerdəki pencəyinin qoltuq cibindən sellofan paketin içərisində olan ona məxsus hər birinin dəyəri 500 manat olan iki ədəd 585 əyarlı ortasında göy, kənarında isə ağ rəngli xırda qaşları olan paxlava formalı qızıl sırğa dəstlərini, bir ədəd qiyməti 550 manat olan 585 əyarlı üzərində ağ rəngli qaşları olan qadın üçün qızıl nişan üzüyünü və bir ədəd qiyməti 450 manat olan 585 əyarlı göy rəngli qaşları olan paxlava formalı qızıl üzüyü oğurlamışdır. Hadisə nəticəsində ona ümumilikdə 2000 manat ziyan dəymişdir. O, polisə şikayət edərək ona məxsus qızıl-zinət əşyalarını oğurlayan şəxsin və ya şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar heç kimdən şübhənməsə də, qonşuluqda yerləşən bütün videomüşahidə kameralarına baxmış, lakin evindən oğurluq olan ərəfədə yaşadıqları küçədə bir nəfər də olsun kənar şəxs görünməmişdir. Ona görə də hesab etmişdir ki, evindən oğurluq edən şəxsi kənarda deyil, yaşadığı evin yaxın ətrafında axtarmaq məqsədə müvafiq olar. Sonradan polis əməkdaşları evindən oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyini ona bildirmişlər. Oğurluq nəticəsində ona dəymiş ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona vurulmuş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrindən həmin gün saat 19:00 radələrinədək olan müddət ərzində evdə olmadıqları vaxt ona məxsus Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evə naməlum şəxs və ya şəxslər açıq vəziyyətdə olan qapıdan daxil olaraq sandığın qıfılını sındırmaqla sandığın içərisindən ümumilikdə 1260 manat dəyərində 4 ədəd qızıl üzük, 1 ədəd boyunbağı və 1 ədəd sırğa dəstini oğurlayıb aparmışlar. Qızılların hamısı 583 əyarlı qızıl-zinət əşyaları olmuşdur. Üzüklərinin hər biri 200 manat dəyərində olmaqla dörd ədəd üzüyü birlikdə 800 manat dəyərində, bir ədəd boyunbağı 260 manat dəyərində, bir ədəd sırğa dəsti isə 200 manat dəyrində olmuşdur. Qıfılın sındırılması nəticəsində isə ona 5 manat məbləğində ziyan dəymişdir. O, polisə şikayət edərək ona məxsus qızıl-zinət əşyalarını oğurlayan şəxsin və ya şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar heç kimdən şübhənməmişdir. Sonradan polis əməkdaşları evindən oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyini ona bildirmişlər. Oğurluq nəticəsində ona dəymiş ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona vurulmuş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Binə qəsəbəsində qızıl alqı-satqısı ilə məşğul olur. 2019-cu ilin dekabr ayının sonlarında Ceyhun adlı şəxs qızıl alqı-satqısı ilə məşğul olduğu yerə gələrək iki ədəd qızıl sırğa dəstini, iki ədəd qadın üçün qızıl üzüyü təqdim edib ailəsinə məxsus olduğunu və maddi vəziyyətləri ilə əlaqədar satmaq istədiyini bildirmiş, həmin vaxt o, qızıla baxmış və ümumilikdə 750 manat verərək həmin qızılları ondan almışdır. Bundan təxminən iki ay sonra, yəni 2020-ci ilin fevral ayının ortalarında Ceyhun ikinci dəfə işlədiyi yerə gələrək özü ilə gətirdiyi dörd ədəd qızıl üzük, bir ədəd boyunbağı və bir ədəd sırğa dəstini təqdim etmiş və yenə də ailəsinə məxsus olduğunu bildirmişdir. O, qızıllara baxmış və ümumilikdə 300 manat verərək həmin qızılları ondan almışdır. Həm birinci dəfə, həm də ikinci dəfə Ceyhundan qızıl alarkən ondan həmin qızıl-zinət əşyalarının oğurluq olub-olmaması barədə soruşmuşdur. Ceyhun isə ona qızılzinət əşyalarının ailəsinə məxsus olduğunu və maddi vəziyyətləri ilə əlaqədar satdığını bildirmişdir. Həmçinin, Ceyhundan özünə aid şəxsiyyət vəsiqəsini tələb etsə də, o, şəxsiyyət vəsiqəsinin rayonda qaldığını deyərək ona təqdim etməmişdir. Həmin əşyaların cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Əgər bu barədə məlumatı olardısa, heç vaxt ondan heç nə almazmış. Qeyd olunan qızıl-zinət əşyalarını alandan bir müddət sonra onları lom qiymətinə zərgərliklə məşğul olan ayrı-ayrı şəxslərə satmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnmələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin “23” oktyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 14 (on dörd) gün müddət 02 (iki) gün həbsdə olduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-399/2019 saylı “23” oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-93/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx xxxxxx 2021-ci il tarixli H- 2-03 HM saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin “23” oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixə çəkilməmiş cəzası 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün müddət təşkil edir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CMnin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-399/2019 saylı “23” oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx xxxx 2020-ci il tarixə çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün hissəsi 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-399/2019 saylı “23” oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx xxxx 2020-ci il tarixə çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün hissəsi 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-110/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-110/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver