Məhkəmə qərarları › İş №1(003)-111/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-111/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-111/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X3 Bakı Şöbəsinin prokuroru X10, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 6-də qeydiyyatda olan və yaşayan, «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 7-də qeydiyyatda olan və yaşayan, «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 8-da qeydiyyatda olan və yaşayan, «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bəhrəm oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən bağ evinin darvazasını açarla açıb həyətə qanunsuz daxil olmuş, həyətdəki evin pəncərəsindəki dəmir barmaqlığı mişarla kəsərək açıq pəncərədən içəri girib evin birinci mərtəbəsində yerləşən qonaq otağındakı televizor altlığının üstündən bir ədəd Azərbaycan manatına nisbətdə 5950 manat təşkil edən 3500 ABŞ dolları dəyərində istifadədə olmuş «THC» markalı televizoru və evin birinci mərtəbəsində yerləşən yataq otağının çarpayısının üstündən bir ədəd 250 manat dəyərində istifadədə olmuş «Samsung» markalı, «UE40H5270AU» modelli televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6200 manat məbləğində xeyli miqarda ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Bəhrəm oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən bağ evinin darvazasını açarla açıb həyətə qanunsuz daxil olmuş, həyətdəki evin pəncərəsindəki dəmir barmaqlığı mişarla kəsərək açıq pəncərədən içəri girib evin birinci mərtəbəsində yerləşən qonaq otağındakı televizor altlığının üstündən bir ədəd Azərbaycan manatına nisbətdə 5950 manat təşkil edən 3500 ABŞ dolları dəyərində istifadədə olmuş «THC» markalı televizoru və evin birinci mərtəbəsində yerləşən yataq otağının çarpayısının üstündən bir ədəd 250 manat dəyərində istifadədə olmuş «Samsung» markalı, «UE40H5270AU» modelli televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6200 manat məbləğində xeyli miqarda ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən bağ evinin darvazasını açarla açıb həyətə qanunsuz daxil olmuş, həyətdəki evin pəncərəsindəki dəmir barmaqlığı mişarla kəsərək açıq pəncərədən içəri girib evin birinci mərtəbəsində yerləşən qonaq otağındakı televizor altlığının üstündən bir ədəd Azərbaycan manatına nisbətdə 5950 manat təşkil edən 3500 ABŞ dolları dəyərində istifadədə olmuş «THC» markalı televizoru və evin birinci mərtəbəsində yerləşən yataq otağının çarpayısının üstündən bir ədəd 250 manat dəyərində istifadədə olmuş «Samsung» markalı, «UE40H5270AU» modelli televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6200 manat məbləğində xeyli miqarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, fərdi qaydada fəhlə işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, qonşu evlərdə yaşayırlar və normal münasibəti vardır. Zərərçəkmiş şəxs isə qonşusudur. Mübarizin bağ evinə Bəhram bağban kimi qulluq etmişdir. X6 yaşadığından bağ həmişə boş olmuşdur. Mütəmadi olaraq həmin həyətə yığışmışlar, çay dəmləyib içmişlər, həyətdə domino oynamışlar. Bəhrəm özü rəngsaz olduğundan fərdi qaydada həyətlərdə iş görmüşdür. Bəhrəm işdə olduqda isə Ceyhun həyətin açarını Bəhrəmdən almış, qapını açmış və həyətdə domino oynamışlar. 2020-ci ilin sentyabr ayının sonuna yaxın bir gün Ceyhun ona Mübarizin evindən oğurluq etməyi, əldə olunan əmlakı satıb pulunu bölüşdürməyi təklif etmişdir. Təkliflə razılaşmış, Ceyhun ondan xəbər gözləməyi tapşırmışdır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Ceyhun ona zəng vurub küçəyə çağırmışdır. Həyətə çıxmış, Ceyhun ona Mübarizin evinə girməyin vaxtı olduğunu söyləmişdir. Bəhrəmin işə getdiyini, həyətinin açarını Bəhrəmdən domino oyanamaq adı ilə aldığını söyləmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Ceyhunla birlikdə Mübarizin həyətinə darvazanı açarla açıb girmiş, evin mətbəxinin pəncərəsinə yaxınlaşıb plastik materialdan olan pəncərəsinin açıq olduğunu görmüşlər. Dəmir barmaqlığıın birləşmə yerini Ceyhunun özü ilə gətirdiyi mişarla növbə ilə kəsmişlər. Barmaqlığın sol tərəfdən 2 birləşmə yerini kəsdikdən sonra əlləri ilə əyib aralamışlar və pəncərədən içəri girmişdir. Ceyhun isə bayır tərəfdə qalmışdır. Mətbəxdən qonaq otağına keçib oradan bir ədəd böyük televizoru götürüb mətbəxə gətirmiş, pəncərədən həyətdə onu gözləyən Ceyhuna vermişdir. Sonra evin birinci mərtəbəsindəki qonaq otağının yanındakı yataq otağına girmiş, çarpayının üzərindəki bir ədəd bir az kiçik ölçülü televizoru götürüb mətbəxə gətirmiş və pəncərədən həyətdə onu gözləyən Ceyhuna vermişdir. Pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışdır. Pilləkənin yanındakı yataq otağına girdikdə, Ceyhun onu səsləyib həyətin qapısının döyüldüyünü deyib geri qayıtmağı tələb etdiyindən, evdə axtarış aparmadan tez aşağı düşmüş və mətbəxin pəncərəsindən həyətə çıxmışdır. Sonra Ceyhunla birlikdə dəmir barmaqlığı əlləri ilə qaytarıb yerinə qoymuşlar. Televizorları həyətdə olan tualetin yanına qoyub həyətin qapısından küçəyə çıxmışlar, Ceyhun isə qapını bağlamışdır. Cyehun onunla zəngləşəcəyini söyləmiş və ayrılmışlar. Səhəri gün Ceyhun onunla küçədə görüşmüş və 20 manat verib televizorları Abbasla birlikldə ümumilikdə 150 manata satdığını söyləmişdir. Daha 25 manat pul verəcəyini vəd etmişdir. Bir gün sonra ona daha 15 manat vermiş, bir-iki gün sonra daha 10 manat pul vermişdir. Pulları şəxsi ehtiyacları üçün sərf etmişdir. Oğurlundan 10-15 gün sonra, təxminən 2020-ci ilin oktyabr ayının ortasında bir gün Abbas və Ceyhunla birlikdə Mübarizin həyətində domino oynayarkən, Bəhrəm evə kiminsə pəncərənin barmaqlığını sındırıb girdiyini, evdən televizorları oğurladığını söyləmiş, hər üçü ayağa qalxıb təəcübləndiklərini göstərmişlər, evə tərəf gedib barmaqlığa baxmaq istəmişlər. Bəhrəm isə onları həmin yerə getməyə qoymamış və həyətin ev olan hissəsinə heç kimi getməyə qoymamışdır. Bu səbəbdən də oturub domino oyununu davam etmişlər, çay içib çıxıb getmişlər. Sonradan isə şikayət əsasında araşdırma aparılmış, Ceyhun və Abbas tutulmuşdur. Polisə dəvət olunmuş, bu oğurluqla bağlı söhbət aparılmış və hər şeyi etiraf etmişdir. Əməlini səmimi etiraf etdiyini və peşmançılıq hissi keçirdiyini bildirmişdir. Oğurluğu törətdiyi evin sahibi Zərərçəkmiş şəxs təxminən 2 ildir tanıdığını, qonşu olduqlarını və normal münasibətləri olduğunu bildirmişdir. Oğurluq hadisəsini törədən zaman ətrafda heç kim olmamış və onların hərəkətlərini görən olmamışdır. Həmçinin hərəkətlərinin dayandırılmasını tələb edən də olmamışdır. Cəmi 2 ədəd televizor oğurladığını, 2000 ABŞ dolları və 750 manat məbləğində nəğd pul, 20000 manat dəyərində müxtəlif qızıl-zinyət əşyaları barəsində məlumatı olmadığını, həmin əşyaları oğurlamadığını əlavə etmişdir. Təqsirləndirilən şəxs3 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs3 onunla və Təqsirləndirilən şəxs2lə əlbir olmuş, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinə girib oradan 2 ədəd televizor oğlurlamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bəhrəm oğlu ilə qonşu olduğunu, bir-birini uşaqlıqdan tanıdıqlarını, aralarında normal dostluq münasibətləri olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs qonşuluğunda bağ evi olduğunu, Mübarizin bağ evinə Bəhramın bağban kimi qulluq etdiyini, X4 yaşadığından bağın həmişə boş olduğunu, mütəmadi olaraq həmin həyətə yığışdıqlarını, çay dəmləyib içdiklərini, həyətdə domino oynadıqlarını, Bəhramın rəngsaz olduğundan fərdi qaydada həyətlərdə iş gördüyünü, Bəhram işdə olduqda isə ondan həyətin açarını aldığını, həyətdə domino oynadıqlarını bildirmişdir. 2020-ci ilin sentyabr ayının sonuna yaxın bir gün Mübarizin evindən televizor oğurlamaq qərarına gəlmişlər. Belə ki, Abbas demişdir ki, Bəhrəm bir neçə dəfə evin qapısını açmış, evinə içərisinə girmişdir. Abbası da Bəhrəm içəri çağırmış və Bəhrəm bəzi ev əşyalarının yerini dəyişməkdə ondan köməklik istəmişdir. Bu səbəbdən də evdə 2 ədəd televizor olduğunu görmüşdür. Həmin televizorları satıb pul əldə etməyin mümkün olduğunu söyləmişdir. Həmçinin Abbas bildirmişdi ki, evə girməkdən qorxur. Belə olduqda isə özünün həmin evə pəncərənin dəmir barmaqlığını qopararaq içəri girmək qərarına gəlmişdir. Lakin bədən qruluşuna görə kök olduğundan, pəncərənin dəmir barmaqlığını qaldırıb içəri girməkdə çətinlik çəkəcəyini başa düşmüş, Bəhruza içəri girməyi təklif etmişdir. Bəhruz razılaşmış, Bəhruz ondan xəbər gözləməyi tapşırmışdır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bəhram hansısa bağ evini rəngləməyə getmiş, Bəhrəm işə gedəndə ondan bağ evinin açarını həyətdə uşaqlarla çay içib domino oynamaq adı ilə almışdır. Bəhram da bağ evinin həyətinin giriş qapısının açarını ona vermişdir. Bəhruza zəng vurub küçəyə çağırmış, Bəhruz Mübarizin evinə girməyin vaxtı olduğunu söyləmişdir. Bəhramın işə getdiyini, Mübarizin həyətinin açarını Bəhrəmdən aldığını söyləmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bəhruzla birlikdə Mübarizin həyətinə darvazanı açarla açıb girmişdir. Evin mətbəxinin pəncərəsinə yaxınlaşıb plastik materialdan olan pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Dəmir barmaqlığa baxıb özü ilə gətirdiyi mişarla pəncərənin üzərində olan dəmir barmaqlığın bərkidilmiş hissəsini növbə ilə kəsmişlər. Barmaqlığın sol tərəfdən 2 birləşmə yerini kəsdikdən sonra əlləri ilə əyib aralamışlar və Bəhruz pəncərədən içəri girmişdir. Mətbəxdən qonaq otağına keçib oradan bir ədəd böyük televizoru götürüb mətbəxə gətirmiş və pəncərədən ona vermişdir. Sonra evin birinci mərtəbəsindəki qonaq otağının yanındakı yataq otağına girmiş, oradan daşa bir televizor götürüb pəncərədən ona vermişdir. Bəhruz pilləkənlə evin ikinci mərtəbəsinə qalxdıqda qayıtmağı, həyətin qapısının döyüldüyünü söyləmişdir. Əslində həyətin qapısını heç kim döyməmişdir. Qəsdən belə demişdir ki, Bəhruz başqa otaqlara girməsin və qorxub pəncərədən çıxsın. Bunu deyən kimi Bəhruz tez pəncərədən həyətə çıxmışdır. Sonra onunla birlikdə dəmir barmaqlığı əlləri ilə qatlayıb yerinə qoymuşlar. Televizorları həyətdə olan tualetin yanına qoymuş, həyətin qapısından küçəyə çıxmışlar. Qapını bağlamış və Bəhruza zəng edəcəyini söyləmişdir. Axşama kimi gözləmiş və televizorları götürdüklərini Abbasa demişdir. Abbasa televizoru yaşadıqları qəsəbədə satdıqda yaxalana biləcəklərini demiş, şəhərə aparmağı, «TAP.AZ» saytı vasitəsi ilə məişət texnikasının alış-satışı ilə məşğul olan tanışına aparmağı təklif etmişdir. Abbas razılaşmış, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abbasa oğurluq etdikləri həyətdə gözləməyi tapşırıb televizorları aparmaq üçün taksi gətirəcəyini demiş, küçəyə çıxıb qəsəbədə yaşamayan və onu tanıya bilməyəcək maşın axtarmışdır. Yoldan keçən metal rəngli, markasını və dövlət qeydiyyat nömrəsini xatırlamadığı təsadüfi taksi saxlatdırıb evin qarşısına qayıtmış, Abbasla küçədə qarşılaşmışdır. Televizorları Mübarizin həyətindəki tualetin arxasından götürüb taksiyə qoymuşlar. Taksi ilə metronun Neftçilər stansiyasının yanına getmişlər, taksinin pulunu verib televizorları götürmüşlər. Orada tanıdığı, işlənmiş elektirk mallarının alışı və satışı ilə məşğul olan «Rac» adı şəxsin yanına getmişlər, televizorları ona göstərib özlərinə məxsus olduğunu və satmaq istədiklərini söyləmişlər. Rac şəxsiyyət vəsiqəsi istədikdə, özünün şəxsiyyət vəsiqəsini Raca vermiş, Rac şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Televizorları 500 manata satdıqlarını söyləsələr də, Rac televizorları 300 manata ala biləcəyini demişdir. Razılaşıb 2 ədəd televizoru Raca satmış, pulu alıb 100 manatını Abbasa vermişdir. 200 manatı özündə saxlamışdır. Hərə öz evinə getmişdir. Səhəri gün Bəhruzla küçədə görüşmüş və ona 20 manat verib televizorları Abbasla birlikldə 150 manata satdığını söyləmiş, ona daha 25 manat pul verəcəyini vəd etmişdir. Bir gün sonra Bəhruza daha 15 manat, bundan bir-iki gün sonra daha 10 manat pul vermişdir. Qalan 155 manat onda qalmış və həmin pulu öz ehtiyacları üçün sərf etmişdir. xx.xx.2020-ci il tarixdə Abbasla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət olunmuşdur. Orada aparılan söhbət zamanı hər şeyi etiraf etmiş, söhbətdən polisin oğurluqda Bəhruzun iştirakı olduğundan məlumatı olmadığını başa düşmüş və Abbasla qərara gəlmişlər ki, oğurluqda Bəhruzun iştirakı barəsində heç bir söz deməsinlər. Oğurluğu Abbasla birlikdə törətdiyini söyləmiş, Abbasın evə girdiyini, özünün isə küçədə gözlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanındakı evdən cəmi 2 ədəd televizorun oğurlanması və satılıb pulunun bölüşdürməsində Abbas və Bəhruzla iştirak etdiyini, oradan 1 dəstinin qiyməti 120 manat olan 2 dəst «Akdeniz» firmasının yemək qabları, 2-ci mərtəbədəki yataq otağında olan qarderobdakı şkafda saxladığı, içərisində 1 ədədinin qiyməti 820 manat təşkil edən 112 ədəd 10-luq qızıl sikkə, 1 ədədinin qiyməti 500 manat təşkil edən 7 ədəd xarici qızıl sikkələr, 1 ədəd 1200 ABŞ dolları dəyərində «Versaci» markalı 750 əyarlı qızıldan hazırlanmış boyunbağı və qolbağ dəsti, 1 ədəd 4500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan brilyant qaşlı kolye, 1 ədədinin dəyəri 1000 ABŞ doları olan əyarını bilmədiyi qızıldan hazırlanmış 6 ədəd brilyant qaşlı müxtəlif formalı üzük, 1 ədədinin qiyməti 300 ABŞ dolları təşkil edən 583 əyarlı qızıldan hazırlanmış 2 ədəd brilyant qaşlı qızıl nişan üzüyü, 1 ədədinin dəyəri 300 ABŞ dolları təşkil edən 585 əyarlı qızıldan hazırlanmış 2 ədəd qızıl medalyon, 1 ədəd 380 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan sifarişlə hazırlanmış «STELLA» adı yazılmış medalyon, 1 ədəd 200 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış üzərində xırda brilyant qaşlar olan qolbağ, 2000 ABŞ dolları və 750 manat nəğd pul olan qırmızı rəngli karton qutu oğurlanmışdır. Vidadi küçəsi 32 ünvanındakı evin qarajında saxladığı hər birinin dəyəri 200 manat təşkil edən 3 ədəd velosiped oğurlamadığını, bu əşyaların hansı şəraitdə oğurlandığından məlumatı olmadığını əlavə etmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs3 onunla və Təqsirləndirilən şəxs1lə əlbir olmuş, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinə girib oradan 2 ədəd televizor oğlurlamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Bəhrəm oğlu ilə qonşu olduğunu, bir-birini uşaqlıqdan tanıdıqlarını, aralarında normal dostluq münasibətləri olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs qonşuluğunda bağ evi olduğunu, Mübarizin bağ evinə Bəhramın bağban kimi qulluq etdiyini, X4 yaşadığından bağın həmişə boş olduğunu, mütəmadi olaraq həmin həyətə yığışdıqlarını, çay dəmləyib içdiklərini, həyətdə domino oynadıqlarını, Bəhramin rəngsaz olduğundan fərdi qaydada həyətlərdə iş gördüyünü, Bəhram işdə olduqda isə ondan həyətin açarını Ceyhunun aldığını, həyətdə domino oynadıqlarını bildirmişdir. 2020-ci ilin sentyabr ayının sonlarına yaxın, tarixini dəqiq xatırlamadığı bir gün Ceyhun və Bəhruzla söhbət etdikdə, Mübarizin evinə pəncərədən girib oradakı 2 ədəd televizoru oğurlayıb satmaq, əldə olunmuş pulu bölüşdürmək qərarına gəlmişlər. Özünün evin içərisinə girməyəcəyini demişdir. Ceyhun isə bədəncə kök olduğunu və dəmir barmaqlığı araladıqda həmin yerdən içəri girə bilməyəcəyini demişdir. Bəhruzun evə girməsi, televizorları çıxarması, sonradan özünün Ceyhunla televizorları həyətdən aparıb satmaq qərarına gəlmişlər. Bəhrəm bir neçə dəfə evin qapısını açmış, evə girmişdir. Hətta bir dəfə onunla şkafın və masanın yerini dəyişmişdi. Demişdir ki, Mübariz belə tapşırıb. Ondan bu işdə kömək istəmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Ceyhun ona demişdir ki, Bəhram işə gedəndə ondan həyətin açarını alıb. Sonra saat 11 radələrində Bəhruzu həyətə çağırıb. Birlikdə evin mətbəxinin dəmir barmaqlığını kəsib aralayıblar. Bəhruz evin içərisinə girib, qonaq otağından bir ədəd, yataq otağından da bir ədəd televizoru götürüb pəncərədən həyətə ötürüb. Ceyhun demişdir ki, televizorları həyətdəki tualetin arxasına qoyublar. Havanın qaralmasını gözləmişdir ki, onunla birlikdə satmağa aparsın. Həyətdə televizorlara baxmışlar. Ceyhun tapşırmışdır ki, həyətdə onu gözləsin. Özü isə televizorları aparmaq üçün taksi gətirəcəyini söyləyib həyətdən çxmışdır. Həyətdə qalmağa qorxub küçəyə çıxmışdır. Ceyhun demişdir ki, qəsəbədə yaşayan taksi ilə televizorları şəhərə aparsalar, gələcəkdə problem yaranar. Ona görə yoldan keçən təsadüfi taksi gətirəcəkdir. Bir qədər sonra Ceyhun metal rəngli, markasını və dövlət qeydiyyat nömrəsini xatırlamadığı taksi ilə evin qarşısına qayıtmışdır. Küçədə qarşılaşıb televizorları Mübarizin həyətindəki tualetin arxasından götürüb taksiyə qoymuşlar. Taksi ilə metronun Neftçilər stansiyasının yanına getmişlər, taksinin pulunu Ceyhun vermişdir. Orada əvvəllər tanımadığı, «Rac» adı şəxsin yanına getmişlər. Rac və Ceyhun görüşmüş, həmin vaxt Racla tanış olmuşdur. Televizorları Raca göstərib özlərinə məxsus olduğunu və satmaq istədiklərini söyləmişlər. Rac şəxsiyyət vəsiqəsini istəmişdir. Ceyhun özünə məxsus şəxsiyyət vəsiqəsini Raca vermiş, Rac özünə məxsus mobil telefonun fotokamerası ilə şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Televizorları 500 manata satdıqlarını söyləsələr də, Rac 2 ədəd televizoru 300 manat verəcəyini demiş və razılaşıb televizorun ikisini də Raca 300 manat satmışlar. 300 manatın 100 manatını Ceyhun ona vermiş, qalanını isə Bəhruzla bölüşdürəcəyini söyləmişdir. Hərə öz evinə getmişdir. Səhəri gün Ceyhun demişdir ki, Bəhruza 20 manat verib, televizorları 150 manata satdığını söyləyib, daha 25 manat pul verəcəyini vəd edib. Lakin onların arasında olan məsələyə qarışmamışdır. 2-3 gün sonra mərhum Bəhram Hüseynov evə girildiyini və 2 ədəd televizor oğurlandığını söyləmişdir. Təəccüblə bunun necə olduğunu soruşmuşlar. Bəhram isə bilmədiyini demişdir. Hətta barmaqlığın kəsilmiş yerinə baxmışlar. Bəhram dəmir barmaqlığı aralamış, içəri girmişdir və onu da içəri çağırmışdır. İçəri girmiş, Bəhramla birlikdə televizorlar oğurlanan yerə baxmış və yenidən həmin pəncərədən bayıra çıxmışlar. Oğurluqdan məlumatsız olduqlarını Bəhrama söyləmişlər. xx.xx.2020-ci il tarixdə Ceyhunla Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət olunmuş, orada aparılan söhbət zamanı hər şeyi etiraf etmiş, söhbətdən polisin oğurluqda Bəhruzun iştirakından məlumatları olmadığını başa düşüb oğurluqda Bəhruzun iştirakı barəsində heç bir söz deməmişlər. Oğurluğu Ceyhunla birlikdə törətdiyini söyləmiş və içəri özünün girdiyini, Ceyhunun isə həyətdə gözlədiyini söyləmişdir. Ceyhun da eyni qaydada məlumat vermişdir. Lakin sonradan Bəhruz yaxalanmış və hər şeyi etiraf etmişdir. Bununla da, bu oğurluqda Ceyhunun və Bəhruzun iştirak etdiyi müəyyən edilmişdir. Ona görə də, hazırda hər şeyi olduğu kimi söyləmişdir. Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanındakı evdən cəmi 2 ədəd televizorun oğurlanması və satılıb pulunun bölüşdürməsində Ceyhun və Bəhruzla iştirak etdiyini, oradan 1 dəstinin qiyməti 120 manat olan 2 dəst «Akdeniz» firmasının yemək qabları, 2-ci mərtəbədəki yataq otağında olan qarderobdakı şkafda saxladığı, içərisində 1 ədədinin qiyməti 820 manat təşkil edən 112 ədəd 10-luq qızıl sikkə, 1 ədədinin qiyməti 500 manat təşkil edən 7 ədəd xarici qızıl sikkələr, 1 ədəd 1200 ABŞ dolları dəyərində «Versaci» markalı 750 əyarlı qızıldan hazırlanmış boyunbağı və qolbağ dəsti, 1 ədəd 4500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan brilyant qaşlı kolye, 1 ədədinin dəyəri 1000 ABŞ doları olan əyarını bilmədiyi qızıldan hazırlanmış 6 ədəd brilyant qaşlı müxtəlif formalı üzük, 1 ədədinin qiyməti 300 ABŞ dolları təşkil edən 583 əyarlı qızıldan hazırlanmış 2 ədəd brilyant qaşlı qızıl nişan üzüyü, 1 ədədinin dəyəri 300 ABŞ dolları təşkil edən 585 əyarlı qızıldan hazırlanmış 2 ədəd qızıl medalyon, 1 ədəd 380 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan sifarişlə hazırlanmış «STELLA» adı yazılmış medalyon, 1 ədəd 200 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış üzərində xırda brilyant qaşlar olan qolbağ, 2000 ABŞ dolları və 750 manat nəğd pul olan qırmızı rəngli karton qutu oğurlanmışdır. Vidadi küçəsi 32 ünvanındakı evin qarajında saxladığı hər birinin dəyəri 200 manat təşkil edən 3 ədəd velosiped oğurlamadığını, bu əşyaların hansı şəraitdə oğurlandığından məlumatı olmadığını əlavə etmişdir. X1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Şüvalan qəsəbəsi, Vidadi küçəsi 32 və Vidadi küçəsi 33 ünvanlarındakı evlərin qapısını açarla açmışdır. Bəhruz da Bəhramda evin açarını gördüyünü, hətta Bəhramın qapını açıb evin içərisinə girib-çıxdığını demişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində izahatı alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşıdır, Movkva şəhəri, Odinsovki dairəsi, Komsomol küçəsi, ev 5, mənzil 19-da qeydiyyatda olaraq yaşasa da, ünvan 1 ünvanında bağ evi vardır. Ev 11 sot torpaq sahəsinin içərisində inşa olunmuş 2 mərtəbədən ibarətdir. Həyət mişar daşı ilə hasarlanıb. Həyətə giriş Vidadi küçəsi tərəfdən dəmir darvazadan və Nizami küçəsi tərəfdən isə dəmir qapıdandır. Evin girişi bir ədəd dəmir qapıdandır. Pəncərələrin hamısının üzərində dəmir barmaqlıq vardır. Pəncərələr isə plastik materialdandır. Bu evdən başqa onun başqa bir həyəti də vardır. Bu həyət isə Şüvəlan qəsəbəsi, Vidadi küçəsi 32 ünvanında yerləşir. Həmin həyət 2 sot torpaq sahəsi vardır. Həyət mişar daşı ilə hasarlanıb və həyətə giriş dəmir qapıdandır. Həyətdə ev vardır. Evin birinci mərtəbəsi qarajdır, 2-ci mərtəbəsi isə ev kimi istifadə olunur. Qarajın dəmir darvazasından içəri keçdikdən sonra həyətə çıxış vardır. Bu evin pəncərələrində isə dəmir barmaqlıq yoxdur. Pəncərələr isə plastik materialdandır. Hər iki evdə ev əşyaları, mebellər vardır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə həmin bağ evlərində olmuşdur. xx.xx.2020-ci il tarixdə isə yenidən Rusiya Federasiyasına getmiş, həyətlərin hər ikisinə Bəhrəm adlı şəxs nəzarət etmişdir. Bəhrəm həyətin həm mühafizəsini, həm də bağbanlığını həyata keçirmişdir. Həyətin hər ikisinin açarları Bəhrəmdə olsa da, evlərin açarlarını Bəhrəmə verməmişdir. xx.xx.2020-ci il tarixdə bacısı Şahid1 ona zəng vurub bağban Bəhrəm evdən oğurluq olması barədə məlumat verib. Bu səbəbdən də fakt barəsində DİNnin 102 xidmətinə müraciət edib. Güllər demişdir ki, Bəhrəmin deməsinə görə evdən 2 ədəd televizor götürülüb. Telefonda bacısına 2-ci mərtəbədəki qardiroba qalxmağı, oradakı tüfəngin və qırmızı rəngli qutunun yerində olubolmadığını yoxlamağı tapşırmışdır. Bacısı qarderobda tüfəng və qırmızı rəngli qutu olmadığını söyləmişdir. Qırmızı rəngli qutunun içərisində qızıl zinyət əşyaları saxlamışdır. Həmin əşyalar vəfat etmiş həyat yoldaşına məxsus olmuşdur. Qalan qızılların bəzilərini isə özü almışdır. Bununla bağlı bacısına məlumat verib təxminən 20000 manat dəyərində qızıl-zinyət əşyalarının oğurlandığını söyləmişdir. Sonradan yadına düşmüşdür ki, tüfəngi dostuna vermişdir. Bir neçə dəfə telefonda Bəhrəmlə danışmış, hadisə barəsində soruşmuş, Bəhrəm isə oğurluq hadisəsi baş verdiyini, hadisənin kimin tərəfindən törədildiyindən məlumatı olmadığını bildirmişdir. Həmçinin bu müddət ərzində ona məlum olmuşdur ki, qonşuluqda yaşayan Abbas və Ceyhun evin oğurluğu ilə əlaqədar həbs olunub. Bəhrəm isə bir neçə dəfə ondan Bakı şəhərinə gəlməyi, şikayəti geri götürməyi, Abbas və Ceyhunu azad etdirməyi xahiş etmişdir. Hər dəfə imkan oluqda gələcəyini söyləmişdir. Hələ Moskva şəhərində olarkən ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə bağ evlərinin mühafizəçisi və bağbanı intihar edərək ölüb. Məlum olmuşdur ki, Bəhram intihar edən zaman cibinə qeyd yazıb qoymuş, hadisə ilə bağlı ondan üzr istəmişdir. Özü həmin qeydlə tanış olmamış, bunu küçədəki söhbətlərdən eşitmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanındakı evin birinci mərtəbəsində olan qonaq otağından 1 ədəd 2019-cu ildə 3500 ABŞ dollarına aldığı «THC» markalı televizor, 1-ci mərtəbədəki yataq otağından 1 ədəd 2018-ci ildə 1000 manata aldığı «Samsung» markalı televizor, 1 dəstinin qiyməti 120 manat olan 2 dəst «Akdeniz» firmasının yemək qabları, 2-ci mərtəbədəki yataq otağında olan qarderobdakı şkafda saxladığı, içərisində 1 ədədinin qiyməti 820 manat təşkil edən 112 ədəd 10-luq qızıl sikkə, 1 ədədinin qiyməti 500 manat təşkil edən 7 ədəd xarici qızıl sikkələr, 1 ədəd 1200 ABŞ dolları dəyərində «Versaci» markalı 750 əyarlı qızıldan hazırlanmış boyunbağı və qolbağ dəsti, 1 ədəd 4500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan brilyant qaşlı kolye, 1 ədədinin dəyəri 1000 ABŞ doları olan əyarını bilmədiyi qızıldan hazırlanmış 6 ədəd brilyant qaşlı müxtəlif formalı üzük, 1 ədədinin qiyməti 300 ABŞ dolları təşkil edən 583 əyarlı qızıldan hazırlanmış 2 ədəd brilyant qaşlı qızıl nişan üzüyü, 1 ədədinin dəyəri 300 ABŞ dolları təşkil edən 585 əyarlı qızıldan hazırlanmış 2 ədəd qızıl medalyon, 1 ədəd 380 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan sifarişlə hazırlanmış «STELLA» adı yazılmış medalyon, 1 ədəd 200 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış üzərində xırda brilyant qaşlar olan qolbağ, 2000 ABŞ dolları və 750 manat nəğd pul olan qırmızı rəngli karton qutu yerində yoxdur. Sonra Vidadi küçəsi 32 ünvanındakı evin qarajında saxladığı 3 ədəd velosipedin oğurlandığını müəyyən etmişdir. Həmin velosipedlərin markasını xatırlamadığını, hər birinin dəyərinin 200 manat təşkil etdiyini əlavə etmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Şüvəlan qəsəbəsi, Vidadi küçəsi 33 ünvanında olan zaman onu bir nəfərin səslədiyini eşidib küçəyə çıxmışdır. Küçədə 1 nəfər 32-35 yaşında oğlan və 1 nəfər 55-60 yaşında qadın görmüşdür. Həmin qadın bildirmişdir ki, bağban Bəhram onlardan 2020-ci ilin may ayının əvvəlində 300 manat borc almış, lakin uzun müddət qaytarmamışdır. Bu səbəbdən də Bəhrama dəfələrlə müraciət etmişlər. Nəhayət 2020-ci ilin avqust ayında bir gün Bəhram onları Bakı şəhəri metronun Nizami stansiyasının yanına aparmış, küçədə gözləməyi tapşırmış, bir qədər sonra qayıdıb 1 ədəd qadın üzüyünü təqdim edib borcun əvəzinə qəbul etməyi tapşırmışdır. Həmin qadın bildirmişdir ki, evdən oğurluq edildiyini öyrənmiş, Bəhramın özünü öldürdüyünü eşitmişdir. Bu səbəbdən də üzüyün ev sahibinə, yəni ona məxsus olan oğurlanmış üzük olduğu qənaətinə gəlmişdir. Həmin üzüyü ona vermişdir. Qadının və oğlanın adları və harada yaşamaları ilə maraqlanmış, lakin həmin şəxslər adlarını və yaşadıqları ünvanı söyləməmişlər. Qadının qolundan tutub evə dəvət etdikdə isə yanındakı oğlan onun sinəsindən itələyib anasının qolundan tutduğuna etiraz etmişdir. Qışqırıb köməyə adam çağırmış və evə girib telefonunu götürmüşdür ki, polisə məlumat versin. Telefonu götürüb küçəyə çıxdıqda isə artıq həmin şəxslərin küçədə olmadıqlarını müəyyən etmişdir. Oğurlanmış əşyalarının hər birini dəqiq xatırlayır, görsə dərhal tanıya bilər. Evin açarlarından bir nüsxəsinin bacısı Şahid1 olduğunu, Bəhramda yalnız Vidadi küçəsi 33 ünvanındakı həyətin darvazasının və Nizami küçəsinə çıxış qapısının açarlarının olduğunu bildirmişdir. Həmçinin Vidadi küçəsi 32 ünvanındakı evin həyət qapısının açarı Bahramda olmuşdur. Evlərin açarlarını isə Bəhrama verməmişdir. Evin kilidələrini dəyişən zaman, bacısına verdiyi açar nüsxəsini də götürmüşdür. Müəyyən etmişdir ki, evin açarlarının bir nüsxəsi çatışmır. Belə qənaətə gəlmişdir ki, evdə təmir işləri aparılan zaman Bəhram açarlardan bir nüsxəsini ondan gizlincə götürüb. Çünki evin pəncərə barmaqlığında sındırma izi yoxdur. Cəmi bir pəncərədə, yəni mətbəxin pəncərəsinin barmaqlığında sonradan qaynaq yeri olmuşdur. Həmin barmaqlığı da yenidən qaynaq etdirib bərkitmişdir. Evdən sonuncu dəfə çıxan zaman bütün pəncərələri bağladığını, heç bir pəncərənin açıq olmadığını əlavə etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə elektron poçt adresi vasitəsi ilə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs3 şikayət və tələbinin olmadığını, onunla barışıq əldə etdiyini, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, qalan ziyanın ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunduğunu, bu səbəbdən də onunla da razılıq əldə etdiyini, Təqsirləndirilən şəxs1 də şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, ondan şikayətçi olmadığını, lakin dəymiş ziyanın ödənilməsini istədiyini, lakin, onun barəsində həbslə bağlı olmayan cəza seçilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, mərhum X5 onun doğma qardaşıdır. Mərhum Bəhram onunla eyni ünvanda, yəni mərhum atasından qalmış fərdi evlərdən birində tək yaşamışdır. Bəhram evlənməmiş və ailəsi olmamışdır. O, qəsəbədə müxtəlif şəxslərin evlərində təmir-tikinti işlərində ustalıq və ya fəhləlik etmiş, bir də təxminən 10 ilə yaxındır ki, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən, Mübariz adlı şəxsin bağına gözətçilik-bağbanlıq etmişdir. Bəhramın xətrini nəinki ailə üzvləri, hətta onu tanıyanlar, demək olar ki, bütün qəsəbə sakinlərinin hamısı istəmiş, onu yaxşı adam kimi qəbul edib hörmətlə yanaşmışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 14:30 radələrində evdən bir qədər aralıdakı mağazada olarkən ailə üzvləri ona zəng edərək Bəhramın öz evində özünü asaraq intihar etdiyni xəbər vermişlər. Təcili oraya gələrkən Bəhramın evində qardaşı oğlu Rüfəti, böyük qardaşı Məmmədağanı və əmisi oğlu Fikrəti görmüşdür. Onlar artıq Bəhramın meyitini divanın üstünə qoymuşlar. Həmin vaxt orada masanın üstündə, mərhum anasının foto şəkillərinin qarşısında 3 ədəd kağız parçası görmüşlər. Bəhram öz xətti ilə onlardan birinin üzərinə «ana gözlə gəlirəm» sözünü yazmışdır. Bir vərəqədə «Abbası oğlum kimi çox istəyirəm, öz nəslimin nümayəndələrindən xahiş edir ki, məndən sonra Abbasa heç kim bir söz deməsin, bütün əmlakımı kiçik qardaşım Raminin oğlu Ramala vəsiyyət edirəm.» yazılmışdır. Həmin vərəqə yazılanların çoxusunun məzmununu tam xatırlamır. Üçüncü vərəqə isə «Qarabağ bizimdir» sözlərini yazmışdır. Sonra hadisə yerinə gələn prokurorluq və polis işçiləri həmin yazılı vərəqləri götürmüşlər. Mərhum qardaşı Bəhram Hüseynovun hansı səbəbə görə intihar etməsini bilmədiyini, Bəhramın subay olduğunu, himayəsində arvadı vəuşaqları olmadığını, tək yaşamış və fərdi əməklə məşğul olub özünü dolandırmışdır. Ancaq çox içirmiş, əlinə düşən pulları kimlərlə gəldi yeyib içməyə xərclədiyini, bu işlərinə görə narazılıq etdiyindən, əksər vaxtlar Bəhram onunla ünsiyyət saxlamamışdır. Bəhramın intihar edəndən təxminən 3-4 gün əvvəl qonşuları Abbas və Bəhruz, əmisi nəvəsi Ceyhun onun gözətçilik etdiyi bağ evindən oğurluq etmişdir. X14, Bəhruzu və Ceyhunu həmin bağa aparıb orada yeyib içmişdir. Mübariz isə Bəhramın xətrini çox istəsə də, ona deyirdi ki, bu adamları bağa buraxmasın. İndi də Abbas və qeyriləri belə hərəkət etdiklərinə görə Bəhram özünü bağışlaya bilmirdi, hər dəqiqə «mən Mübarizin üzünə necə çıxacağam» deyib ağlayrıdı. Hadisə barəsində əvvəlcədən məlumatı olmadığını, hadisə ilə əlaqədar Abbas, Ceyhun və Bəhruz tutulduqdan sonra məlumat əldə etdiyini bildirmişdir. Mərhum qardaşı X2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan müddət ərzində gözətçi işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanındakı evə qanunsuz daxil olub evin birinci mərtəbəsində olan yataq otağından 1 dəstinin qiyməti 120 manat olan 2 dəst «Akdeniz» firmasının yemək qabları, 2-ci mərtəbədəki yataq otağında olan qarderobdakı şkafda saxlanan, içərisində 1 ədədinin qiyməti 820 manat təşkil edən 112 ədəd 10-luq qızıl sikkə, 1 ədədinin qiyməti 500 manat təşkil edən 7 ədəd xarici qızıl sikkələr, 1 ədəd 1200 ABŞ dolları dəyərində «Versaci» markalı 750 əyarlı qızıldan hazırlanmış boyunbağı və qolbağ dəsti, 1 ədəd 4500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı kolye, 1 ədədinin dəyəri 1000 ABŞ dolları təşkil edən əyarını bilmədiyi qızıldan hazırlanmış 6 ədəd brilyant qaşlı müxtəlif formalı üzük, 1 ədədinin qiyməti 300 ABŞ dolları təşkil edən 583 əyarlı qızıldan hazırlanmış 2 ədəd brilyant qaşlı qızıl nişan üzüyü, 1 ədədinin dəyəri 300 ABŞ dolları təşkil edən 585 əyarlı qızıldan hazırlanmış 2 ədəd qızıl medalyon, 1 ədəd 380 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan sifarişlə hazırlanmış «STELLA» adı yazılmış medalyon, 1 ədəd 200 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış üzərində xırda brilyant qaşlar olan qolbağ, 2000 ABŞ dolları və 750 manat nəğd pul olan qırmızı rəngli karton qutunu, ünvan 3 ünvanındakı evin qarajından hər birinin dəyəri 200 manat təşkil edən 3 ədəd velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda zərər vurmaqla oğurluq etməsi ilə əlaqədar geniş məlumatı olmadığını, Bəhramın uzun müddət qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evində gözətçilik və bağbanlıq etdiyini, oğurluğun üstü açıldıqdan sonra və bir neçə gün sonra Bəhramın intihar etməsi, nəticədə ölməsi, onda qızıl-zinyət əşyalarını Bəhramın oğurlamasına şübhələr yaratmışdır. Lakin bunu nə əminliklə təsdiq, nə də inkar edə bilmir. Ancaq bildirmişdir ki, Bəhramın elə çox pulu olmamış, Bəhram intihar etdikdən sonra onun evinə polis və prokurorluq əməkdaşları baxış keçirmiş. Həmin vaxt heç bir qiymətli əşya və ya pul aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, fərdi qaydada istifadədə olmuş məişət texnikasının alış-satışı ilə məşğul olur. «Tap.az» saytı vasitəsi ilə də istifadədə olmuş məişət texnikasının alış-verişi ilə məşğul olur. Bundan əvvəl isə mobil telefon satışı və təmiri mağazası işlətmişdir. Həmin mağaza metronun Neftçilər stansiyasının yanında yerləşmişdir. Təqsirləndirilən şəxs1 təxminən 1 ildir tanıyır. Ceyhun əvvəllər tez-tez onun mağazasına müştəri kimi gəlib getmişdir. Aralarında normal münasibət yaranmışdır. Həmçinin Ceyhun bilmişdir ki, hazırda istifadədə olmuş məişət texnikasının alış-satışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Ceyhun ona zəng vurub evə təzə «WİFİ» qurğusu olan televizor aldığını, bu səbəbdən də evdə olan 1 ədəd işlənmiş «Samsung» markalı və 1 ədəd nasaz vəziyyətdə «THC» markalı televizoru satmaq istəyir. İşlək vəziyyətdə olan televizoru almağa razılaşsa da, nasaz vəziyyətdə olan televizoru almaq istəmədiyimi söyləmişdir. Ceyhun isə televizorun ekranının xarab olduğunu, qalan hissələrinin isə detal şəklində satmağın mümkün olunduğunu demişdir. Televizorları almağa razılaşmışdır. Həmin günü təxminən saat 19 radələrində Ceyhun metronun Neftçilər stansiyasının yanında olduğunu demişdir. Özünə məxsus avtomobillə metronun yanına gəlmiş, Ceyhunun yanında bir nəfər oğlan olmuşdur. Ceyhun onu dostu Abbas kimi mənə təqdim etmişdir. Televizorlara baxmış, «Samsung» markalı televizoru mağazada şəbəkəyə qoşub yoxlamışdır, işlədiyini müəyyən etmişdir. Digər «THC» markalı televizor yaxşı vəziyyətdə olsa da, işləməmişdir. Ekranında çat olmuşdur. Ceyhun həmin televizorları yeni aldığı televizorla bağlı qalan borcunu ödəmək üçün satdığını söyləmişdir. Televizorları ümumilikdə 500 manata satdığını söyləsə də, həmin televizorlara ümumilikdə 300 manat verəcəyini demiş, Ceyhun razılaşmış və televizorları ona 300 manata satmışdır. Həmçinin Ceyhunun şəxsiyyət vəsiqəsini istəmiş, Ceyhun vəsiqəsini vermişdir. Özünə məxsus mobil telefonun foto kamerası vasitəsi ilə Ceyhunun şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkmişdir. Ayrılmışlar və onlar çıxıb getmişlər. Səhəri aldığı televizorların şəklini «Tap.az» saytına yerləşdirib tanımadığı şəxslərə satmışdır. «Samsung» markalı televizoru «Tap.az» saytı vasitəsi ilə 200 manata satmış, «THC» markalı televizoru «Tap.az» saytına yerləşdirsə də, çətinliklə 70 manata satmışdır. Ceyhun televizorların özünə məxsus olduğunu söyləmiş, həmin televizorların oğurluq yolu ilə əldə edildiyini bilmədiyini, hətta televizorları satan zaman şəxsiyyət vəsiqəsini də təqdim etdiyini əlavə etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində izahatı alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. X7 vətəndaşı olduğundan həmişə yaşadığı Moskva şəhərində olur. Mübarizin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi kuçəsi 33 ünvanında bağ evi vardır. Həmin evlə üz-üzə isə Vidadi küçəsi 32 ünvanında daha bir evi vardır. Şüvəlan qəsəbəsi, Vidadi küçəsi 33 ünvanında yerləşən həyətdə 2 mərtəbəli ev vardır. Vidadi küçəsi 32 ünvanında isə qaraj və üstündə ev vardır. Həmin ev 2 mərtəbəlidir. Evlərin hər ikisinin onda açarları vardır. Mübariz açarların bir nüsxəsini özü ona verib ki, arabir gəlib evə baş çəksin. Həmçinin evin mühafizəçisi və bağbanı Bəhram olmuşdur. Bəhram bağa baxmış və evi mühafizə etmişdir. 2020-ci ilin fevral ayında evdə təmir işləri aparıldığından bütün əşyalar və mebellər ortada olmuşdur. Bu səbəbdən də həmin evdə 2020-ci ilin fevral ayından sonra orada qalmaq mümkün olmamışdır. Hər dəfə bağa gəldikdə oturub yemək yemiş və axşam evə qayıtmışdır. Bəhram həyətdə olmadıqda isə zəng vurub onu çağırmışdır. Qardaşı isə 2020-ci ilin mart ayından Moskva şəhərində olmuşdur. Bundan sonra isə COVİD-19 pandemiyası ilə əlaqədar Mübahiz Azərbaycan Respublikasına gələ bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində qardaşı Mübarizin Şüvəlan qəsəbəsi, Vidadi küçəsi 33 ünvanında yerləşən bağ evinə getmişdir. Həyətin giriş qapısını açarla açıb içəri girmiş, Bəhram həyətdə olmamışdır. Evin qapısını açarla açıb içəri girdikdə işıqların yanmadığını müəyyən etmişdir. Pəncərələri açıb Bəhrama zəng vurmuş və bağa çağırmışdır. Qonşulardan soruşduqda onların evlərinin işığının yandığını müəyyən etmişdir. Təxminən 10 dəqiqə sonra Bəhram gəlib işıqları yandırmışdır. Bir qədər sonra evdə olan 2 ədəd televizorun yerində olmadığını müəyyən etmişdir. Bəhramdan televizorları soruşmuş, Bəhram isə bundan məlumatı olmadığını demişdir. Bu səbəbdən də DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra hadisə yerinə polis işçiləri gəlmişlər. Həyətdən pəncərə üzərindəki barmaqlıqları yoxladıqda müəyyən etmişdir ki, barmaqlığın biri boşdur və dartdıqda yerindən çıxır. Hadisə yerinə baxış keçirilmişdir. Zəng vurub hadisə barədə Mübarizə məlumat vermiş, Mübariz ona yataq otağındakı qarderoba girməyi, oradakı rəfdə olan qırmızı rəngli qutunu yoxlamağı tapşırmışdır. Mübariz bildirmişdir ki, həmin qutuda qızılzinyət əşyaları, 2000 ABŞ dolları və 750 manat pul vardır. Həmçinin həmin qarderobda tüfəng olduğunu da söyləmişdir. Qarderoba baxmış, orada tüfəngin və qırmızı qutunun olmadığını Mübarizə demişdir. Bununla da qeyd olunan əşyaların oğurlandığını başa düşmüşlər. Bir qədər sonra Mübariz zəng vurub bildirmişdir ki, tüfəngi özü saxlamaq üçün bir nəfər tanışına vermişdir. Bir daha hər yerə baxmış, belə bir qutunun evdə olmadığını müəyyən etmişdir. Sonra araşdırma başlanmışdır. Həmçinin müəyyən etmişdir ki, Vidadi küçəsi 32 ünvanındakı evin qarajında olan 3 ədəd velosiped də yerində yoxdur. xx.xx.2020-ci il tarixdə isə məlum olmuşdur ki, Bəhram intihar edib ölüb. xx.xx.2020-ci il tarixdə axşam isə Mübariz Bakı şəhərinə gəlmişdir. Sonra Mübariz evin açarlarının onda olan nüsxəsini də götürüb bütün kilidləri dəyişdirmişdir. Dəyişdikdən sonra müəyyən olunmuşdur ki, evin açarının bir nüsxəsi çatışmır. Lakin həmin açar nüsxəsinin kimdə olduğunu bilməmişlər. Oturub söhbət etdikdə belə qənaətinə gəlmişlər ki, açarın bir nüsxəsini Bəhram ələ keçirib və qeyd olunan əşyaları hissə-hissə oğurlayıb. Mübarizin evdə mərhum arvadının qızıl-zinyət əşyalarını və pul saxladığını bildiyini, Mübarizin bununla bağlı ona məlumat verdiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, Mübariz mərhum arvadının qızıl-zinyət əşyalarını hamısını bacılarına göstərib kimin hansı əşyanı istəyirsə götürməyi təklif etmiş, lakin hamısı bundan imtina etmiş, Mübariz isə həmin əşyaları özü ilə Moskva şəhərinə apara bilmədiyindən evində saxlamışdır. Pulun məbləğini dəqiq bilmədiyini, qızıl-zinyət əşyalarının isə bəzilərinin formasını xatırladığını göstərmişdir. Tam şəkildə əşyaların nədən ibarət olduğunu bilmirədiyini qeyd etmişdir. Həmin evdə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə olduğunu, oğurluq baş verməsinindən şübhələnmədiyini, gözünə şübhəli bir şey dəymədiyini, xx.xx.2020-ci il tarixdə bağ evinə gəldikdə isə 2 ədəd televizorun yerində olmamasını müəyyən edib oğurluq edildiyini başa düşdüyünü əlavə etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanında yaşayan Şahid1 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərinin 01 ədəd ovuz izi xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin ovucunun əksi ilə eynilik təşkil etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2448-9/4929 nömrəli, xx.xx.2020ci il tarixli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş 01 ədəd 12,31 qram kütləli üzüyün xx.xx.2020-ci il tarixdə orta bazar pərakəndə satış qiyməti 2286 manat, 01 ədəd istifadədə olmuş «Samsung» markalı, «UE40H5270AU» modelli televizorun xx.xx.2020-ci il tarixdə orta bazar pərakəndə satış qiyməti 250 manat müəyyən edilmişdir. Cinayət işi üzrə götürülmüş 01 ədəd 12,31 qram kütləli üzük və 01 ədəd istifadədə olmuş «Samsung» markalı, «UE40H5270AU» modelli televizor ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, əhəmiyyətli olduğu üçün cinayət işinin məhkəmə həllinədək saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs3 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 013-4490-1221 saylı məktubdan görünür ki, DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş məlumat sistemində 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs adına ov silahı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs3 əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törmətmələrini, zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törmətmələrini, zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən “cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törmətməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, ekspert rəyinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 14 (on dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla onlara təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 18 (on dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla onlara təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd 12,31 qram kütləli üzüyün və 01 ədəd istifadədə olmuş “Samsung” markalı, “UE40H5270AU” modelli televizorun Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə 90 (soxsan) manat ekspertiza xərci müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia geri qaytrılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd 12,31 qram kütləli üzüyün və 01 ədəd istifadədə olmuş “Samsung” markalı, “UE40H5270AU” modelli televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar