Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-112/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (X9)nun iştirakları ilə, xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, vətəndaşlığı olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda AR ƏNPX-in 3 saylı İT-də saxlanılan. Təqsirləndirilən şəxs (X9) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs (X9) oğurluğa təkrarən yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs (X9) 24 oktyabr 2022-ci il tarixdə saat 17:24-dən 21:24dək olan müddət ərzində X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Atçılıq 60-cı yaşayış massivi, 2-ci sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, evin pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərəni sıxıb açmaq yolu ilə evdə yataq otağında döşəyin altından 3500 manat nağd pulu gizli yolla talayaraq oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs X3 3500 (üç min beş yüz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs (X9) təkrarən 2022-ci ilin noyabr axırlarında gecə saatlarında ərzində Zərərçəkmiş şəxs2 məxsus Bakı şahəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, evin plastik pəncərəsini sıxıb açmaq yolu ilə evə daxil olaraq 01 ədəd 1000 manat dəyərində «Samsung» markalı televizoru, 500 manat dəyərində yataq dəstlərini, 100 manat dəyərində qazan dəstini və 100 manat dəyərində ərzaq mallarını gizli yolla talayaraq oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1700 (min yeddi yüz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs (X9) təkrarən 19 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şahəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsi, Badam bağları ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə qapını açıb qanunsuz daxil olub həyətdə olan evin plstik pəncəsindən evə girərək evdən 01 ədəd 1200 manat olan bir ədəd “LG” markalı televizoru, 01 ədəd 90 manat dəyərində qulaqcığı, 01 ədəd 30 manat dəyərində antenna avadanlığını, 01 ədəd 60 manat dəyərində ütünü, 01 ədəd 6 manat dəyərində olan qol saatını, qiyməti 50 manat olan qabqacaqları, qiyməti 20 manat olan bir ədəd qadın ayaqqabısım, içərisində 6 manat pul olan metro kartını, qiyməti 40 manat olan bir ədəd əl çantasını, qiyməti 20 manat olan bir ədəd bijüteriyanı, qiyməti 30 manat olan təmir alətlərini, qiyməti 80 manat olan istifadə olunmayan Nokia markalı mobil telefonu, ümumilikdə qiyməti 10 manat olan müxtəlif dərman preparatlarım, 35 manat nəğd pulu, evin həyətində olan idarə etdiyi Ravon R3 markalı ** XA *** dövlət nömrə nişanlı avtomobilin salonundan 5 manat nəğd pulu gizli olaraq talayaraq oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 1682 (min altı yüz səksən iki) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs (X9) təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə xx.xx.2023-ci il tarixdə saat 07:50 radələrində X4 fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu Babək prospekti 38q ünvanında yerləşən «Fiat» ehtiyyat hissələri mağazasının giriş qapısının kilid yerini qıraraq içəri qanunsuz daxil olmaqla mağazadan 1 ədəd 1800 manat dəyərində və 1 ədəd 1200 manat dəyərində kompüteri gizli yolla talayaraq Zaur Sarıyevə 3000 manat məbləğində maddi ziyan vurmaqla əmlakını oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs (X9) təkrarən 04 may 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs5 İslam oğluna məxsus Bakı şahəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsində fəaliyyət göstərən «Nənəmin Təndiri» adlı dönərxanaya plastik qapısını sıxıb açma yolu ilə qanunsuz daxil olaraq piştaxtanın üzərində olan 01 ədəd 70 manat dəyərində Samsung markalı mobil telefonu və təndirxana hissəsindən isə 200 manat nağd pulu gizli yolla talayaraq oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 İslam oğluna 270 (iki yüz yetmiş) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs (X9) təkrarən 04 may 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şahəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış sahəsi, Nizami Gəncəvi küçəsində fəaliyyət göstərən «İki Qardaş» mağzanın alminum qapısını sıxıb açma yolu ilə qanunsuz daxil olaraq mağzada olan masanın bağlı gözündən 500 manat, dəmir pul qabıdan isə 700 manat nağd pulu və 18 manat dəyəirdə bir ədəd səsgücləndiricini gizli yolla talayaraq oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 1218 (min iki yüz on səkkiz) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs (X9) ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, hansı evdə olduğunu xatırlamır, lakin televizor, notebook, alüminium oğurlamamışdır. Onu döymüşdülər, ittihamı təzyiq altında etiraf etmişdir. Onun xəsarətləri yox idi. O, ittihamı Z.Sarıyevlə bağlı epizodda etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 vermiş olduğu ifadəsində göstərmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə saat 17:24-də o, yaşadığı evdən çıxmış və həmin tarixdə saat 21:24də yaşadığı evə qayıtmışdır. Evdə olmadığı müddətdə evindən oğurluq olmuşdur, evin yataq otağında olan taxtın altından 3500 manat pul oğurlanmışdır. Belə ki, qeyd etdiyi saatda evə qayıdarkən evdə paltarların dağınıq vəziyyətdə olduğunu, uşaq otağında olan pəncərənin dəmirbarmaqlıqlarının qırıldığını və evdən oğurluq olduğunu görmüşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, 27 noyabr 2022-ci il tarixdə rəhmətlik yoldşının il dönümü ilə bağlı İmişli rayonu ərazisində yerləşən Cəbrayıl şəhərciyinə getmişdir. 02 dekabr 2022-cü il tarixdə günorta saatlarında qonşusu ona zəng vuraraq evinin pəncərisin açıq olduğunu evə oğru girməsini bildirmişdir. O, dərhal həmin günü yaşadığı ünvana qayıtmışdır. O, evə girərkən ona məlum olmuşdur ki, evin ön hissəsində olan plastik pəncərəni sıxıb açmaqla evə daxil olan naməlum şəxs evdən bir ədəd 1000 manat dəyərində “Samsung” markalı televizoru, 500 manat dəyərində yataq dəstini, 100 manat dəyərində qazan dəstini və 100 manat dəyərində qarışıq ərzaqlarını oğurlamışdır. Əmlakımın oğurlanması nəticəsində ona ümumilikdə 1700 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, yaşadığı ünvanın alt hissəsində, yəni birici mərtəbədə yerləşən Ucuzluq İki qardaş marketi işlədir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində mağazanın alminum materialdan olan şüşəli qapısını bağlayıb evinə getmiş, səhər saat 07:30 radələrində mağazaya yaxınlaşan zaman mağazanın kilidlə bağladığı qapısının açıq vəziyyətdə olduğunu görmüş və dərhal mağazaya girmişdir. Bu zaman ona məlum olmuşdur ki, mağazada qapıdan giriş hissə ilə üzbə-üz olan stolun siyirməsinin açıq olduğunu həmin siyirmədə ona məxsus 500 manat pulun, bundan başqa dəmir qaba yığdığı kassadan 700 manat pulunun və mağazada olan 18 manat dəyərində səsgücləndiricinin yerində olmadığını görüb oğurluq olduğunu başa düşmüş, bu barədə dərhal DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Dəmir qapını əyib açdığından qapının təmirinə 80 manat xərci çıxmışdır. Cinayət nəticəsində ona ümumilikdə 1218 manat maddi ziyan dəymişdir. Cinayət nəticəsində ona dəymiş ziyan ödənilməmiş, lakin onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 vermiş olduğu ifadəsində göstərmişdir ki, 19 fevral 2023-cü il tarixdə saat 07:30 radələrində ailə üzvləri ilə birlikdə yuxudan oyanan zaman evin digər yataq otağının və qonaq otağının dağınıq vəziyyətdə olduğunu görmüş, bundan sonra onlara məlum olmuşdur ki, evin plastik pəncəsindən daxil olan şəxs evdə ona məxsus olan 1200 manat olan bir ədəd “LG” markalı televizoru, 01 ədəd 90 manat dəyərində qulaqcıq, 01 ədəd 30 manat dəyərində antenna avadanlığını, 01 ədəd 60 manat dəyərində ütü, 01 ədəd 6 manat dəyərində olan qol saatı, qiyməti 50 manat olan qab-qacaq dəstləri, qiyməti 20 manat olan yoldaşına məxsus geyinilmiş qadın ayaqqabısı, içərisində 6 manat pul olan metro kartı, qiyməti 40 manat olan bir ədəd əl çantası, qiyməti 20 manat olan bir ədəd bijüteriya, qiyməti 30 manat olan təmir alətlərini, qiyməti 80 manat olan Nokia markalı mobil telefonu, ümumilikdə qiyməti 10 manat olan müxtəlif dərman preparatları, 35 manat nəğd pul yerində yoxdur, bundan sonra evin həyətində olan idarə etdiyi və ona məxsus həyətə də saxladığı Ravon R3 markalı ** XA *** dövlət nömrə nişanlı avtomobilin salonundan 5 manat nəğd pul oğurlanıb. Onlar həmin günü ailə üzvləri ilə birlikdə evdə olsalar da oğurluq edən həmin şəxsi görməmiş və ya hər hansı səs eşitməmişlər. Bu barədə dərhal DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1682 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmişdir. O, şikayətçdiri. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X8 vermiş olduğu ifadəsində göstərmişdir ki, 3 aya yaxındır ki, Atçılıq yaşayış sahəsi X14 küçəsində yerləşən Dönərxana və «Nənəmin Təndiri»in işlədir. 03 may 2023-cü il tarixdə iş bitdikdən sonra və işçilər çıxıb getdikdən sonra o, obyekti bağlayıb evə getmişdir. Səhəri günü, yəni 04 may 2023-cü il tarixdə saat, təxminən 10:00 radələrində obyektə gələndə dönərxananın plastik qapısının açıq vəziyyətdə olduğun görmüşdür. Dərhal içəri girib baxış keçirdikdə ona məlum olmuşdur ki, obyektdə müştərilərə zəng vurmaq üçün istifadə etdikləri və içərisində 051/***-***-**-** nömrələr olan təxminən 70 manat dəyərində “Samsung” markalı mobil telefon oğurlanıb. Daha sonra isə təndirxanaya baxdıqda oradan isə 200 manat nağd pulun oğurlandığını aşkar etmişdir. O, oğurluq olduğunu başa düşüb dərhal bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Eyni zamanda obyektdə qurlaşdırılmış video müşahidə kamerasının yaddaşına baxdıqda oğurluq etmiş şəxsi aşkar etmiş və video görüntü polis əməkdaşları tərəfindən götürülmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 270 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 vermiş olduğu ifadəsində göstərmişdir ki, kiçik sahibkar kimi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 38Q ünvanında yerləşən «Fiat» avtomobillərinin ehtiyyat hissələri mağazasında fəaliyyət göstərir. 10 aprel 2023-cü il tarixdə axşam saat 20 radələrində mağazanı bağlayaraq evinə getmiş, səhər saat 09 radələrində mağazanın qapısını açmaq istədikdə, mağazanın qapısının açıq olduğunu və qapı plastik materialından olduğu üçün açar yerinin əyildiyini müşahidə edib oğurluq baş verdiyindən şübhələnərək dərhal içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra mağazada olan əşyaların yerində olduğunu görüb ətrafa nəzər yetirmiş və iki ədəd notbukuun yerində olmadığını görüb oğurluq baş verməsindən əmin olmuşdur. Bundan sonra mən DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurlanmış komputerlərinin birinin qiyməti 1200 manat, digərinin isə 1800 manat olmuş, ona ümumilikdə 3000 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət nəticəsində ona dəymiş ziyan ödənilməmiş, lakin onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur, eyni zamanda Solmazın evi ilə yaxın ərazidə yaşayır. 27 noyabr 2022-ci il tarixdə Solmaz mərhum yoldaşının il dönümü ilə bağlı İmişli rayounda yerləşən Cəbrayıl şəhərciyinə getmişdir. Evin həyətin və evin giriş açarını ona vermişdir ki, nəzarət etsin, o da vaxt olduqca gedib nəzarət etmişdir. 02 dekabr 2022-ci il tarixdə Solmaz ona zəng vuraraq bildirmişdir ki, onun evində yır yığış etsin ki, gəlib yoldaşına yas məclisi verəcəkdir. O, saat təxminən 13:40 radələrində həmin ünvana gedib həyət qapısını açıb evə daxil olmaq istəyəndə evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu və evin dağınıq vəziyyətdə olduğunu görüb onlara məlum olmuşdur ki, evə oğru girib. O, ilk baxışdan evdən televizorun, ərzaq malların oğurlandığını görüb bu barədə Solmaza zəng vurub, daha sonra isə gəlini Aytacın telefonu ilə DİN-nin 102 zəng xidmətinə məlumat vermişlər. Həmin günü axşamı Solmaz özü də gəlib yazılı sürətdə polisə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs (X9) xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs (X9) təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-253/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs (X9)nun barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-387/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs (X9)nun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə: 1. Təqsirləndirilən şəxs (X9) 17 may 2023cü il tarixdə elan olunuş ittihama əlavə və dəyişikliklər edilməklə yenidən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə ittiham elan olunmuş, barəsində seçilmiş həbs qtəimkan tədbirinin dəyişdirilməsinə heç bir əsas olmadığından nəzərə alınmışdır.
2. Təqsirləndirilən şəxs (X9) barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4, 180 və 186-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir.
3. İş üzrə X1 zərərçəkmiş statusuna xitam verilmişdir.
4. Təqsirləndirilən şəxs (X9) X1 mağazasından oğurluq etməsi faktına inzibati məsuliyyət cəlb olunmalı olduğu halda o, iş üzrə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərə alınmalıdır.
5. X1 mağazasından törədilmiş əməl zamanı az miqdarda maddi ziyan dəyməsi nəzərə alınmışdır.
6. İş üzrə alınmış ifadələr, zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış protokolları, fotoşəkillərlə, ifadənin yerində yoxlanılması protokolları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kiriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş əl barmaq izləri, SD diskə baxış protokolu, eləcə də digər istintaq sənədləri sübut növü kimi qiymtələndirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs (X9) tərəfindən ona dəymiş ziyan ödənilməmiş, lakin onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X4 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilməmişdir, lakin onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-466/2023 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2023cü il tarixli 1(006)-466/2023 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs (X9) ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs (X9)nun məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs (X9)nun təkrarən yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etməsi faktı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs (X9)nun cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs (X9)nun törətdiyi və qismən etiraf etdiyi əməldən peşman olmasını, 2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (X9)nuncəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs (X9)na cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (X9)na cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs (X9) üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs (X9)nun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs (X9)nun hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə (180 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə (180 manat) Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 360 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs (X9) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai RayonMəhkəməsinin 1(011)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs (X9) üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs (X9)nun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-83/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs (X9)nun hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə (180 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə (180 manat) Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 360 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs (X9)na isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev