Məhkəmə qərarları › İş №1(003)-113/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-113/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-113/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Ağdaş rayonu, Yenicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə saat 22 radələrində “X12” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Avella” markalı, **- CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa şossesi istiqamətindən üzü Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “X12” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, əks istiqamətdə gələn avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaratmamalı, həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfuqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxmış və ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin vaxt əks istiqamətdən gələn Şahid2 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı-qarşıya toqquşmuş, ehtiyatsızlıqdan idarə etdiyi “Kia Avella” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin X2 gözün bayır bucağının, sağ gözaltı nahiyyəsinin kəsilmiş yaraları, üzün sıyrıqları, sağ bazu sümüyünün yerdəyişən, qapalı sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda avtomobil idarə etməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə “Kia Avella” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomaşını idarə etmişdir. Onun avtomaşın idarə etmək üçün sürücülük sənədi olmamışdır. O, avtomaşını idarə etmək hüququm olmadağına baxmayaraq “Kia Avella” markalı avtomobil ilə bəzən taksi kimi işləyərək pul qazanmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində idarə etdiyi “Kia Avella” markalı ** CR *** dövlət nişanlı avtomobil ilə tanışı Xalid Babayevi götürmüş və sonuncunu alış-veriş üçün bazara aprmaq istəmişdir. Xalid onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətindən üzü Buzovna qəsəbəsinə saatda 90 km surətlə hərəkətdə olan zaman qarşısında bir avtomobil dayandığından onu keçmək üçün sola tərəf, yəni yolun əks istiqamətinə çıxmışdır. Qarşında olan avtomobili ötdükdən sonra yenidən zolağına qayıtmağa çatdırmadığından idarə etdiyi “Kia Avella” markalı avtomobilin qabaq tərəfi ilə qarşıdan gələn “Toyota Prius” markalı avtomobilin qabaq sol tərəfi ilə toqquşmuşdur. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və müharibə veteranı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X10 ifadəsində göstərmişdir ki, 04 may 2024-cü il tarixdə saat 22 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən Xəzər rayonu Buzovna qəsəbəsinə getmək üçün Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Avella” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Avella” markalı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətindən üzü Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə hərəkətdə olan zamanonların qarşısında bir avtomobil dayanmışdır. Rövşən həmin maşını ötmək istədiyi zaman əks istiqamətə çıxmış və qarşıdan gələn “Toyota Prius” markalı avtomobil ilə toqquşmuşdur. Toqquşma zamanı o, xəsarət almışdır. Təqsirləndirilən şəxs dərhal Təcili Tibbi yardıma zəng vurmuş və təcili tibbi yardım avtomobili gəlib onu və digər avtomobildə olan adını sonradan bildiyi Şahid1 xəstəxanaya aparmışlar. Xəstəxanada hadisə zamanı onun sağ qolu qırıldığı məlum olmuşdur. Əlavə olaraq Xalid Babayev təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadəsi alınmış X9 qeyd etdi ki, təxminən 2022-ci ilin avqust ayında qohumu onun adına “Toyota Prius” markalı ** CZ *** dövlət qeydiyyatlı avtomobil almışdır. Həmin avtomobili etibarnamə əsasında taksi kimi işləyən Şahid2 idarə etmək üçün vermişdir. 04 may 2024-cü il tarixdə saat təxminən 23 radələrində Şahid2 ona zəng vuraraq onun icarəyə veridiyi “Toyota Prius” markalı ** CZ *** dövlət nişanlı avtomobili idarə etdiyi zaman Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində qəza törətdiyini və hazırda Sabunçu xəstəxanasında olduğunu bildirmişdir. Bu zaman ona məlum olmuşdur ki, Məhəmməd onun maşını ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi istiqamətindən üzü Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətinə hərəkətdə olan zaman qarşıda əks istiqamətdən adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Avella” markalı ** CR *** dövlət nişanlı avtomobil ilə toqquşmuşdur. İbtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş X7 ibtidai istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, X5 gündəlik 30 manat olmaqla icarəyə “Toyota Prius” markalı ** CZ *** dövlət nişanlı avtomobil götürmüşdür ki, taksi fəaliyyəti ilə məşqul olub ailəsini dolandırsın. 04 may 2024-cü il tarixdə saat 22 radələrində o, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə idarə etdiyi “Toyota Prius” markalı ** CZ *** dövlət nişanlı avtomobil ilə hər sərnişinin birini bir manata daşımaqla taksi fəaliyyəti ilə məşqul olduğu zaman yoldan adını sonradan bildiyi Şahid1 götürmüş və Şahid1 idarə etdiyi avtomobilin qabaq sağ oturacağına əyləşmişdir. Bundan sonra o, idarə etdiyi “Toyota Prius” markalı ** CZ *** dövlət nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi istiqamətindən üzü Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətinə 64 km/saat surətlə hərəkətdə olan zaman, yəni Maştağa yolunda olan “Gəncə Təndir” çörək dükanını keçdikdən sonra qarşıda əks istiqamətdən, yəni Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətindən üzü Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Avella” markalı ** CR *** dövlət nişanlı avtomobil ilə qarşısında bir avtomobili ötmə istədiyi zaman həmin avtomobil ilə yüksək surətdə əks istiqamətə çıxdığını görmüş və qarşısında hərəkətdə olan avtomobili ötdükdən sonra yenidən zolağına qayıtmağa çatdırmadığından Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Avella” markalı ** CR *** dövlət nişanlı avtomobilin qabaq sol tərəfi ilə onun idarə etdiyi “Toyota Prius” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə toqquşmuşdur. Toqquşma zamanı o, sağ dizindən xəsarət almış və onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşən Şahid1 isə sağ gözündən xəsarət almış və Şahid1 gözündən qan axmağa başlamışdır. Bundan sonra hadisə yerinə toplaşan adamlar onları - avtomobildən düşürtmüşlər və toqquşduqları “Kia Avella” markalı ** CR *** dövlət nişanlı avtomobilin sürücüsü və həmin avtomobildə olan bir nəfər şəxs avtomobildən düşmüşlər. Həmin vaxtı “Kia Avella” markalı ** CR *** dövlət nişanlı avtomobildə olan sərnişində xəsarət aldığını görmüşdür. Orada olan şəxslər dərhal Təcili Tibbi yardıma zəng vurmuşlar və təcili tibbi yardım onu, Şahid1 və digər avtomobildə olan adını sonradan bildiyi Xalid Babayevi xəstəxanaya aparmışlar. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AC N 270674 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, “Kia Avella” markalı ** CR *** dövlət nişanlı avtomobil X4 mülkiyyətindədir; - xx.xx.2024-cü il tarixində verilmiş etibarnamənin surətindən müəyyən edilir ki, “Kia Avella” markalı ** CR *** dövlət nişanlı avtomobilin üzərində bütün hüquqlar Təqsirləndirilən şəxs etibar edilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər RPİ-nin xx.xx.2024cü il tarixli, ********* saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qüvvədə olan sürücülük vəsiqəsi mövcud deyildir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 439 saylı rəyindən aydın olur ki, X.A.Babayevin bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ gözün bayır bucağının, sağ gözaltı nahiyyəsinin kəsilmiş yaraları kəsici təsirə malik əşya (ola bilsin şüşə paçası): üzün sıyrıqları, sağ bazu sümüyünün yerdəyişən, qapalı sınığı isə küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X14” X16 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 438 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol üst göz qapağının kəsilmiş yarası kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası): üzün sırıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X14” X16 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 440 saylı rəyindən görünür ki, Şahid2 bədəni üzərində aşkar edilmiş xəsarətlər– sağ dizin qançırı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun “X14” X16 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərərvurmaya xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir; - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1894 saylı rəyindən görünür ki, “Kia Avella” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Totota Prius markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X10 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi V.Zeynallı tərəfindən Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - N 1-14304 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs “ Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsində təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X12» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (CM-59.1.1), əməlini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini (CM-59.1.12) cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 128 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 06 saat vaxta görə 36 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar