Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-114/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Qax rayonu, Çinarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu, Qum kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində icarə əsasında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məcidov küçəsi, X14 yerləşən nömrəsiz fərdi yaşayış evinin qonaq otağında həyat yoldaşı X3 qonşuları X4 adına kreditə götürdüyü “Redmi Note 8 Pro” markalı mobil telefonun 2020-ci ilin avqust ayına olan ödənişini ödəyə bilməmələri səbəbindən qonşuları Rüstəm Hüseynovun həyat yoldaşı Zərərçəkmiş şəxs kızı ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində mübahisə baş vermiş, yaranmış münaqişə zamanı qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs ənsə nahiyəsindən, bir dəfə yumruqla boyun nahiyəsindən, bir dəfə yumruqla sifət nahiyəsinin sağ tərəfindən, bir dəfə yumruqla çənə nahiyəsindən, bir dəfə yumruqla sağ qolundan, bir dəfə sillə ilə sol qolundan, bir dəfə yumruqla bel nahiyəsindən vuraraq, sonuncuya ənsə nahiyəsinin fluktasiyaedici hematoması, üzün sağ yarısının, çənəaltı nahiyənin, boyunun, sağ bazunun, sağ və sol saidin, kürək nahiyəsinin sıyrıqları və bel nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, X6 həyat yoldaşı, X8 və Günay Hüseynovanın həyat yoldaşı Rüstəm Hüseynov isə qonşularıdır. Əvvəllər qonşu kimi aralarında normal münasibətlər olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə həyat yoldaşı Qismət Səmədov qonşuları Rüstəm Hüseynovun adına “Kontakt Home” mağazasının Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən filialından aylıq 54.9 manat olmaqla, ümumilikdə 658.8 manat pul ödəmək şərti ilə öz istifadəsi üçün “Redmi Note 8 Pro” markalı mobil telefonu kreditə götürmüş, həyat yoldaşı Qismət Rüstəmin adına götürdüyü “Redmi Note 8 Pro” markalı mobil telefonunun aylıq ödənişi olan 54.9 manatı pulu telefonun kreditini ödəmək üçün Rüstəmin adına götürdüyündən elə hər ay vaxtı-vaxtında Rüstəmin özünə də vermişdir. 2020-ci ilin yanvar ayıdan iyul ayı da daxil olmaqla, hər ayın 10-nu 54.9 manat pulu vaxtı-vaxtında krediti ödəməsi üçün Rüstəmə vermiş, 2020-ci ilin avqust ayının 10-da həyat yoldaşı Qismət Rüstəmin adına götürdüyü mobil telefonun aylıq ödənişini maddi durumu pis olduğundan, yəni işlədiyi avtomobil təmiri sexindən işdən çıxdığından vaxtında verə bilməmiş və on gün müddətində gecikdirmişdilər. Buna görə də, Günay Hüseynovadan telefonun kreditini verməsini və on gün müddətində həmin pulu çatdıracağını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarından Rüstəm və Günay yaşadıqları evə gələrək mobil telefonu qaytarmalarını bildirmiş, daha sonra Günay ona mobil telefonun onsuzda Rüstəmin adına kreditə götürüldüyünü, mobil telefonu özü işlədəcəyi üçün qaytarmalarını və həmin vaxtlar həyat yoldaşı Qismətin Rüstəmə 400 manat borcu olduğu, həmin borcun 100 manatını ödədikləri və yerdə qalan 300 manat pulu isə mobil telefon üçün yanvar ayından iyul ayınadək aylıq ödədikləri 335 manat pulun əvəzinə çıxacaqlarını bildirmişdilər. O və həyat yoldaşı Qismət Rüstəm və Günaya hər hansı bir cavab verməmiş, bundan sonra Rüstəmgil evlərini tərk edərək getmişdilər. Həmin vaxt aralarında heç bir dava-dalaş baş verməmiş, həmin gün axşam saat 22 radələrində Rüstəm və Günay yenidən evlərinə gəlmiş, Rüstəm və Günaya içmələri üçün çay vermiş, həmin vaxt Günay mobil telefonu qaytarmalarını bildirmişdir. O isə kreditə götürdükləri mobil telefonunun pulunu tam ödəyəcəklərini, buna görə də mobil telefonu verməyəcəklərini bildirmiş, həmin vaxt Günay həyat yoldaşı Rüstəmə mobil telefonu əlindən almasını işarə etmiş, Rüstəm də öz növbəsində əlindən mobil telefonu almış və evi tərk edərək çölə çıxmışdır. Bundan sonra isə Günay üzərinə gəlmiş, həmin vaxt özünü müdafiə etmək üçün sağ əli ilə bir dəfə Günayın ənsə nahiyəsindən, daha sonra isə bir dəfə sillə ilə Günayın sifətinin sağ nahiyəsindən, bir dəfə sillə ilə çənə nahiyəsindən, bir dəfə sillə ilə boynundan, yumruqla bir dəfə sağ qolundan, sillə ilə bir dəfə sol qolundan və bir dəfə yumruqla bel nahiyəsindən vuraraq, Günaya xəsarət yetirmişdir. Daha sonra həyat yoldaşı Qismətin evə daxil olduğunu görmüş, Qismətə Günay və Rüstəmin mobil telefonunu əlindən aldığını demiş, lakin həmin vaxt Günay evin qapısını üzlərinə çırparaq, evi tərk etmiş və avtomobillərinə əyləşərək çıxıb getmişdilər. Bundan sonra isə baş vermiş dava-dalaş barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 xidməti-zəng mərkəzinə” məlumat vermiş, bundan sonra isə Bakı şəhər, Xəzər rayon polis idarəsinin 03-cü polis bölməsinin əməkdaşları gələrək ərizə və izahatını almışdılar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, X7 həyat yoldaşıdır. Rüstəm Hüseynov xx xxxx 1983-cü ildə Neftçala rayonunda anadan olmuş və Azərbaycan Respublikası vətəndaşıdır. 2006-cı il tarixdə Rüstəmlə ailə həyatı qurmuşdur. X6 və Təqsirləndirilən şəxs isə qonşularıdır. Təqsirləndirilən şəxs Qismət Səmədovun həyat yoldaşıdır. 2019-cu il tarixdən aralarında səmimi dostluq və qonşuluq münasibətləri olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Qismət Səmədov həyat yoldaşı Rüstəm Hüseynovun adına “Kontakt Home” mağazasının Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən filialından öz istifadəsi üçün “Redmi Note 8 Pro” markalı mobil telefonu kreditə götürmüş, Qismət həyat yoldaşı Rüstəmin adına götürdüyü mobil telefona görə aylıq 54.9 manat olmaqla, ümumilikdə 658.8 manat pul ödəməliymiş, ilk ödəniş ayı 2020-ci ilin yanvar ayı olmalıymış, lakin Qismət həmin mobil telefonunun pulunu ödəməmişdir. Rüstəm 2020-ci ilin yanvar ayından avqust ayınadək həmin mobil telefonunun kreditini ödəmişdir. 2020-ci ilin iyul ayında ona Qismətin həyat yoldaşı Rüstəmin adına kreditə götürdüyü mobil telefonun kretdini heç ödəmədiyi və həyat yoldaşı Rüstəmin həmin krediti 2020-ci ilin yanvar ayından iyul ayınadək xəbəri olmadan ödədiyi məlum olmuşdur. Bundan sonra Qismət və Şəfaya mobil telefonunun kreditini ödəmələri üçün bir neçə dəfə xəbərdarlıq etmiş, lakin Qismət və Şəfa elədiyi xəbərdarlıqlara heç bir məhəl qoymamışlar, xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında axşam sözügedən mobil telefonu götürmək barəsində xəbərdarlıq etmək üçün həyat yoldaşı Rüstəmlə birlikdə Qismətgilə getmiş, evə daxil olarkən evdə Qismət və Şəfanın olmasını görmüş, Rüstəmin adına kreditə götürdüyü, lakin kreditini ödəmədiyi mobil telefonun aylıq ödənişlərini ödəmədiyi üçün həmin mobil telefonu geri qaytarmalarını bildirmiş, həmin vaxt Şəfa mobil telefonda fotoşəkillərinin olduğunu, gün ərzində həmin fotoşəkilləri telefonunu yaddaşından köçürüb, axşam mobil telefonu geri qaytaracaqlarını bildirmiş, Qismət və Şəfa ilə razılaşmış və yaşadıqları evə qayıtmışdır. Həmin gün saat 22:30-da mobil telefonu götürmək üçün Qismətgilin yaşadığı evə getmiş, evə daxil olarkən evdə Qismət, Şəfa və bir də Şəfanın anası olmuşdur. Evə daxil olan zaman Qismət evi tərk etmiş, evdə kişi cinsli şəxs olmadığından Rüstəmə də evi tərk etməsini bildirmiş və Rüstəm də evi tərk etmişdir. Bundan sonra isə evdə o, Şəfa və Şəfanın anası qalmışlar. Bundan sonra Şəfaya mobil telefonu qaytarmasını bildirmiş, həmin vaxt Şəfa mobil telefonu qaytarmayacağını və həyat yoldaşı Qismətin Rüstəmin adına götürdüyü mobil telefonunun kreditini ödəməyəcəyini bildirmiş və həmin vaxt mobil telefon masanın üzərində olmuşdur. Şəfa bunu dedikdən sonra o da mobil telefonu götürmüş, mobil telefonu götürməyinə səbəb həmin mobil telefonunun onlara məxsus olması olmuş, bundan sonra isə evi tərk etmək istəmiş, həmin vaxt Şəfa yumruqla bir dəfə ənsə nahiyəsindən və bir dəfə yumruqla boyun nahiyəsindən vurmuş, bundan sonra geriyə çevrilib, özünü müdafiə etmək istəyərkən Şəfa yumruqla bir dəfə sifət nahiyəsinin sağ tərəfindən və bir dəfə yumruqla çənə nahiyəsindən vuraraq, ona xəsarət yetirmişdir. Həmin vaxt özünü müdafiə etmək üçün Şəfanı özündən aralamaq istəmiş, lakin Şəfa ondan aralanmamış və yenidən üzərinə gələrək yumruqla bir dəfə sağ qolundan, sillə ilə bir dəfə sol qolundan zərbə endirmişdir. Həmin vaxt Şəfanın zərbələrindən qurtulmaq və evdən çıxıb getmək üçün geriyə dönərək evdən çıxarkən Şəfa bir dəfə yumruqla bel nahiyəsindən vuraraq, ona xəsarət yetirmiş, bundan sonra isə bir təhər Şəfanın əlindən çıxaraq, evi tərk etmiş, evin həyətyanı sahəsində Qisməti görmüş, həmin vaxt Qismət də arxası ilə gəlmiş, lakin evin həyətyanı sahəsini tərk edərək Rüstəmin əyləşdiyi avtomobillərinə əyləşib Rüstəmlə birlikdə həmin yeri tərk etmişlər. Bundan bir gün sonra barəsində Bakı şəhər, Xəzər rayon polis idarəsinin 03-cü polis bölməsinə şikayət etdikləri ona məlum olmuş və bundan sonra isə polis bölməsinə gedərək izahat yazmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2020-ci il tarixli, 897 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində ənsə nahiyəsinin fluktasiyaedici hematoması, üzün sağ yarısının, çənəaltı nahiyənin, boyunun, sağ bazunun, sağ və sol saidin, kürək nahiyəsinin sıyrıqları, bel nahiyəsinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə Qax rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir və təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə cəzası cəzanın məqsədini tam təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlini səmimi olaraq etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X9 və Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-114/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-114/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver