Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-115/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-457/2022 saylı 08 oktyabr 2022-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının 26-da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhəri AAAF Park yaşayış kompleksi yaxınlığında istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış 0,755 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, həmin gün saat 01:30-da Xırdalan şəhəri AAAF Park yaşayış kompleksi yaxınlığında Azərbaycan Respublikası DİN X6 Alayının 12-ci patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin 0,755 qram çəkidə narkotik vasitə heroin əynindəki idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,986 qram narkotik vasitə heroini 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisindən 10 manata almaqla əldə edib üzərində saxlayaraq Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsinə daşımış və 06 oktyabr 2022-ci il tarixdə saat 13:45 radəsində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində qeyd olunan ünvanda saxlanılaraq 1-ci PŞ-nə gətirilmiş və PŞ-də onun üzərinə videoçəkilişlə axtarış aparılan zaman, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd təmiz çəkisi 0,986 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək göstərmişdir ki, o, narkotik vasitə olan heroin növündən bir neçə ildir ki, istifadə edir, hətta əvvəllər Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsi ilə məhkum edilmişdir. 26 avqust 2022-ci il tarixdə heroin almaq üçün Xəzər rayonundan çıxmış və saat 01 radəsində Abşeron rayonu Xırdalan şəhəri AAAF Park yaşayış kompleksinin ərazisinə gəlmiş və oradan tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata narkorik vasitə heroin almış və üzərinə saxlamışdır. Narkotik vasitəni aldıqdan sonra piyada yola tərəf çıxan zaman ona polis əməkldaşları yaxınlaşmış, polis əməkdaşları ona özlərini təqdim etməklə sorğu-sual etmişlər. Sorğusual zamanı o, polis əməkdaşlarına üzərində bir büküm narkotik vasitə heroin olmasını bildirmiş, bundan sonra polis əməkdaşları onu üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nə gətirmişlər. Polis idarəsində olan zaman onun üzərinə vəklin iştirakı ilə şəxsi axtarış, baxış keçirilmiş və üzərində olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 06 oktyabr 2022-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə əlaqədar olaraq Suraxanı rayonuna getmişdir. Orada təsadüfən rastlaşdığı bir nəfər tanımadığı şəxslə söhbət edərkən, özünün heroin qəbulu ilə məşğul oduğunu bildirmiş, həmin şəxs əgər istəsə onun üçün bir dəfə qəbul etmək üçün lazım olan qədərini 10 manata təşkil edə biləcəyini demişdir. O, bu təkliflə razılaşaraq həmin şəxsdən 10 manata bir ədəd bükülü vəziyyətdə heroini alıb əynindəki şalvarın cibinə qoyub saxlamışdır ki, sonradan ağrıları olanda istifadə edər. Həmin tarixdə təxminən saat 13:45-də Şüvəlan qəsəbəsi A.İldırım küçəsində olan zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşıb əvvəlcə özlərini təqdim etmiş, sonra polis əməkdaşları onun özünü onlara təqdim etməyini demişlər. O, polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat vermiş və onlar onu narkotik vasitə saxlamağından şübhəli olduğnu deyərək Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirmişlər. Orada olan zaman polis əməkdaşları ona üzərinə videoçəkilişlə şəxsi axtarış, baxış keçiriəcəyini bildirmiş, o, buna etiraz etməmişlər. Ona hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş və təklif olunmuşdur ki, üzərində qanuna zidd əşya və ya predmet vars, könüllü təqdim etsin. Bundan sonra o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdəki maddəni çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə “kakos” kimi bildiyi narkotik vasitə heroindir, özü istifadə etmək üçün saxlanılmamışdan öncə Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata almışdır. Polis əməkdaşları onu saxlayan zaman ona qarşı heç bir fiziki zor göstərməmişlər. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, özü bir neçə ildir ki, narkotik vasitə heroindən istifadə edir, həqiqətən 26 avqust 2022-ci il tarixdə Xırdalan şəhərində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır, buna görə peşmandır, lakin 06 oktyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-də üstündə aşkar edildiyi deyilən həmin narkotik vasitə heroin ona məxsus deyildir. Həmin gün saat 09:30-da evdə olarkən Xəzər RPİ-nin 1-ci PŞ-nin tanımadığı 4 nəfər əməkdaşı gələrək onu PŞ-nə aparmışlar. Orada rəis müavini və tanımadığı 3-4 nəfər digər əməkdaşı onu döyərək zorla narkotiki boynuna qoymuşlar, o da etiraf etməyə məcbur olmuşdur. Həmin vaxt üzərində narkotik olmamışdır. Döyüləndən sonra belində xəsarətlər olmuşdur, lakin indi həmin xəsarətlər keçib getmişdir. Xəsarətləri barədə saxlandığı 3 saylı İstintaq Təcridxanasında bildirməmiş, ona göstərilmiş fiziki təzyiqlər barədə heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Özünü qismən təqsirli bilir, himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq özünü təqsirli bildiyi birinci epizod üzrə ona yüngül cəza, təqsirli bilmədiyi ikinci epizod üzrə isə bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Mərdəkan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, yəni mütəmadi olaraq narkotik vasitənin əldə edilməsi və qəbulu ilə məşğul olan «Emin» adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o və şöbənin əməliyyat müvəkkili Şahid1 da iştirak etmişdir. Şəxsin ifşa olunması üçün 06 oktyabr 2022ci il tarixdə saat 13 radələrində əməliyyat qrupu ilə birgə əməliyyat məlumatı əsasında Mərdəkan qəsəbəsində «Emin» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsi görərək ona yaxınlaşmış və özlərini təqdim edib şəxsiyyətini təstiq edən sənədi soruşmuşlar. Bu zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və tərəflərindən Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs PŞ-nə gətirildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təklif olunmuşdur ki, üzərində hər hansısa bir qanuna zidd əşya və ya predmet varsa, könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindki tünd göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi bildiyi narkotik vasitə heroin olmasını və onu 05 oktyabr 2022-ci il tarixdə özü istifadə etmək üçün Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Bundan sonra həmin maddə qablaşdırılmış və müvafiq sənədləşdirmə aparılaraq götürülmüşdür. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 elan olunmuş ifadəsi ilə onun da Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X6 Alayının əməkdaşları Şahid3 və X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xidməti işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Bununla əlaqədar ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X6 Alayının əməkdaşları Şahid3 və X2 ifadələri məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X6 Alayının əməkdaşı Şahid3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 26 avqust 2022-ci il tarixdə saat 01 radələrində AAAF park yaşayış kompleksi ərzisində iş yoldaşı Rəşid Əliyevlə birlikdə xidmət apardıqları zaman bir nəfər şəxsin onları görüb özünü şübhəli apararaq qaçmasını görmüşlər. Bundan sonra onlar həmin şəxsin arxası ilə gedib saxlamışlar. Həmin şəxsi saxladıqdan sonra nə səbəbə onlardan qaçmasını və kim olmasını soruşmuş, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərində narkotik vasitə olduğundan qaçdığını onlara demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Abşeron RPİ-nə gətirmişlər, orada sonuncunun üzərinə şəxsi axtarış və baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd büküm aşkar edilmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdəki, maddə narkotik vasitə heroindir, bir qədər əvvəl tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün almışdır. Aşkar olunaraq götürülmüş heroinə bənzər maddə qablaşdırılmış və müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X6 Alayının əməkdaşı X2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o da Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 26 avqust 2022-ci il tarixli 6/4557 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN «Zərflər üçün № 56» möhür əksi, «Şübhəli şəxs…Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,755 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroindir. Qeyd: Ümumi çəkisi 0,755 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,705 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 06 oktyabr 2022-ci il tarixli 6/5749 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN «Zərflər üçün № 157» möhür əksi, «Şübhəli şəxs…Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,986 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroindir. Qeyd: Ümumi çəkisi 0,986 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,936 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 5358 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,986 qram və 0,755 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 0,936 qram və 0,705 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhər MKTB-nin 155 saylı MKİS tərəfindən 14 sentyabr 2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 mart 2022-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 17 sentyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, təyin edilmiş cəriməni tamamilə ödəmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması faktı özünün qismən etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə qismən təqsirli olmasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü qismən təqsirli bilməsini üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, 1-ci Polis şöbəsində ona fiziki təzyiqlər göstərilməsi, həmin narkotik vasitənin onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə məhz Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında 1-ci PŞ-nə gətirildikdən sonra ona fiziki təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, 1-ci PŞdə olarkən ona hədə-qorxu gəlinməsi, qorxudulması barədə isə sonradan da şikayət etməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı 06 oktyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin adlarını bilmədiyi 4 əməkdaşı tərəfindən yaşadığı evdən Polis şöbəsinə aparıldığını, şöbədə rəis müavini və 3-4 nəfər polis əməkdaşı tərəfindən döyüldüyüni bildirməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 1(003)-115/2023 saylı 23 yanvar 2023-cü il tarixli məktubla Xəzər rayon prokurorluğuna məlumat vermiş və qeyd olunan faktın araşdırılaraq nəticəsi barədə məhkəməyə məlumat verilməsini xahiş etmiş, lakin bununla bağlı məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 27 avqust 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixə qədər 01 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,936 qram və 0,705 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 179,00 (yüz yetmiş doqquz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 23 iş saatına görə 138,00 (yüz otuz səkkiz) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat olmaqla ümumilikdə 258,00 (iki yüz əlli səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək 01 (bir) gün saxlandığı müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və o, qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,936 qram və 0,705 qram maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 179,00 (yüz yetmiş doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 138,00 (yüz otuz səkkiz) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120,00 (yüz iyirmi) manat olmaqla ümumilikdə 258,00 (iki yüz əlli səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-115/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-115/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver