Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-116/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi,, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, ev 19-da qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan süi-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X4 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs özünü işgüzar şəxs kimi göstərib yaxın tanışları vasitəsilə 8.000 manat məbləğində pul müqabilində oğlu Şahid2 müddətsiz pensiya təyin etdirəcəyinə inandırmaqla yalan vəd verib aldadaraq razılaşdıqdan sonra, etibarından sui-istifadə edib 2023-cü ilin fevral ayında idarə etdiyi “Hyundai Azera” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi ərazisinə gəlib T.Məmmədov küçəsində, görüşərək həmin avtomobilin salonunda Zərərçəkmiş şəxs nəğd formada 7000 (yeddi min) manat, vahid niyyətlə əhatə olunan qəsdlə ona göndərdiyi “Unibank”a məxsus 4098 5844 6463 1249 nömrəli “LeoBank” kartına, Zərərçəkmiş şəxs 2023-cü ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Uğur” Marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərdiyi 800 (səkkiz yüz) manat, 2023-cü ilin mart ayının 25-də Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Uğur” Marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərdiyi 100 (yüz) manat, 2023-cü ilin mart ayının 27-də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən “Агаz” Marketədə quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərdiyi 300 (üç yüz) manat, 01 may 2023-cü il tarixdə Xəzər rayonu ərazisində yerləşən “Araz” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərdiyi 300 (üç yüz) manat pulu alıb Zərərçəkmiş şəxs ümumilikdə 8500 manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 8.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs oğlu Rahilə pensiya düzəltmək üçün sonuncudan ümumilikdə 8500 manat pul almışdır. Aldığı pulları heç kimə verməmiş, şəxsi ehtiyaclarına xərcləmişdir. Rahilin sənədlərini alaraq bir neçə həkim müayinəsindən keçirmiş və hətta sonuncu bir neçə ay pensiya almışdır. Lakin sonradan təyin edilmiş müayinədən keçmədiyinə görə pensiya verilişi dayandırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs etdiyi əməli etiraf etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu və təsdiq etdiyini qeyd etmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etdi ki, oğlu Rahil müharibə iştirakçısıdır. Söhbət əsanasında oğlu bildirmişdir ki, tanışı Ramil adlı şəxs ona təqaüd düzəldilməsinə köməklik edə biləcəyini demişdir. Bu səbəbdən də Ramillə görüşərək təqaüd düzəldilməsi üçün sonuncuya 800 manat pul vermişdir. Sonradan Ramil onu Südabə ilə tanış etmişdir. Ramil söhbət əsnasında demişdir ki, Südabə bu işlə bağlı ona köməklik edəcək. Südabə ilə söhbət əsnasında sonuncu ondan tibbi sənəd üçün 800 manat pul istəmiş, o, da razılaşmışdır. Bir gün sonra Südabə ilə görüşən zaman orada İlhamə adlı qadın da olmuşdur. Südabə İlhaməni onunla tanış edərək demiş ki, onun həkim tanışı var, bu işdə İlhamədə köməklik edəcəkdi, bu söhbətdən sonra 800 manat pulu əlbə-əl Südabəyə vermişdir. Lakin bir müddət keçsə də təqaüd düzəlmədiyindən pulunu geri istəmişdir. Bir neçə gündən sonra, 2023-cü ilin fevral ayında İlhamə onunla Bakı şəhəri, Nəsimi rayonu, Papanin Hərbi Hospitalının yaxınlığına görüş təyin etmiş, o həmin ünvana çatdıqda İlhamə onu qarşılayıb və demiş ki, onunla görüşmək istəyən şəxs Təqsirləndirilən şəxsdur. Söhbət əsnasında Təqsirləndirilən şəxs demiş ki, “Papanin” Hərbi Hospitalında işləyir və bu işi həll edəcək, pensiya müddətsiz veriləcək. Bəxtiyarın demiş ki, işin düzəlməsi üçün 8.000 maanat pul verməlidir. O, da razılıq vermişdir. Bundan sonra o, kiçik oğlu Faillə birlikdə əlbəəl Bəxtiyara 7000 manat pul vermişdir. Bundan sonra müxtəlif vaxtlarda ödəmə terminalı vasitəsilə Bəxtiyara əlavə olaraq 1500 manat pul göndərmişdir. Buna baxmayaraq Bəxtiyar ondan yenidən pul tələb olunduğunu bildirmişdir. O, isə hiss etmişdir ki, Bəxtiyar onu aldatmaq istəyir və pulunu geri tələb etmişdir. Bəxtiyar demişdir ki, “geriyə yol yoxdur, işi alındırmaq lazımdır” və işin növbəti mərhələsində X5 ilə əlaqə saxlamalı olduğunu bildirmişdir. İntiqamla əlaqə saxlayaraq görüşmüş və sonuncu ona 4000 manat verməli olduğunu bildirmişdir. Artıq inanmadığından həmin pulu müqavilə bağlamaqla İntiqama vermişdir. Daha sonra İntiqamın bildirdiyi bank kartlarına əlavə olaraq pul göndərmişdir. Bir neçə gündən sonra sosial müdafiə fondundan SMS gələrək Rahilə 487 manat pensiya təyin olunmuşdur. Bundan sonra gedib Beynəlxalq Bankdan kart götürmüşlər. Həmin zaman karta cəmi halda 900 manatdan bir az artıq miqdarda əlillik üçün pul köçürülmüşdür. Bundan sonra onların ünvanlarına dövlət tibbi-sosial ekspertiza və Reablitasiya Agebtliyindən göndərilmiş məktuba əsasən oğlu Rahilin əlillik qrupu ilə bağlı xəstəliyinin təsdiq edilməməsi bildirilmişdir. O, verdiyi pulları geri tələb etsə də, onun pullarını qaytarmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Hərbi xidmətdə olarkən onda mədə-bağırsaq problemləri yaranıbmış və hərbidən tərxis olunandan sonra mədə-bağırsaq xəstəliyinə görə 2-ci qrup əlilliklə müavinət alırmış, 5 il müavinət aldıqdan sonra müalicə aldığına görə müavinət kəsilmişdir. Tanışı Ramillə söhbət əsnasında sonuncu ona təqaüd düzəldilməsinə kömək edə biləcək adamları tanıdığını demişdir. Atası ilə məsləhət etdikdən sonra Ramillə razılaşmışlar. Bir müddət sonra atası ona zəng edərək hərbi hospitalın yanına çağırmışdır. Orada atası, onu bir nəfər Bəxtiyar adlı şəxslə danışdırmışdır. Bundan sonra Bəxtiyarın deməsi ilə o, Respublika xəstəxanasına, Sabunçu xəstəxanasına gedib analizlər vermişdir. Sonra ona 2-ci qrup əlilliklə bağlı sənəd vermişlər. Həmin sənəddə onun əlilliyinin diz zədəsi ilə bağlı olduğu qeyd olunsa da, onun əvvəllər dizində problem olmamışdır. Daha sonra onu reabilitasiya mərkəzindən təkrar müayinəyə çağırmışlar. O da atası ilə məsləhətləşərək təkrar müayinəyə getməmişdir. Verdikləri pulu geri tələb etsələr də bu günədək pulu atasına qaytarmamışlar. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; - Pul köçürülməsinə dair 03 ədəd qəbzin surətindən məlum olur ki, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 100 manat və xx.xx.2023-cü il tarixində 300 manat məbləğində pul Təqsirləndirilən şəxs hesabına köçürülmüşdür; - Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən edilir ki, Şahid2 əyani müayinəyə gəlməsi bildirilmiş və əyani müayinəyə gəlmədiyindən əlilliyin ləğvi barədə qərarın qəbul olunduğu qeyd edilmişdir; - Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamdan məlum olur ki, o, əlillik qrupu düzəltmək üçün Zərərçəkmiş şəxs aldığı 8500 manat pulu qaytaracağına söz vermişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 320.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2, 68.1.1-1 və 67.1-ci maddələr tətbiq olunmaqla 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddəti 06 ay azaldılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən CM-nin 80-1 və 73-1.2-ci maddəsinə tətbiq olunmaqla cəzadan azad edilmişdir. Barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi icraatdadır; - Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(011)-29/2025 nömrəli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində tutulduğu 02 gün müddət nəzərə alınmaqla üzərində 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmışdır. Hökm xx.xx.2025-ci il tarixində qanuni qüvvəsini almışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi A.Bağırov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, cinayət işi ürə əməl CM-nin 178.1-ci maddəsindən CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi A.Bağırov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal azad edilmişdir; - Sübutların qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs pul almış digər şəxslərin əməlinə ayrıca qiymət verilməsi qərara alınmış və Təqsirləndirilən şəxs barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(011)-29/2025 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, ona cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2022-ci il tarixində Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən cəzasından azad edilmişdir) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları araşdırarkən məhkəmə, onun əvvəllər dəfələrlə məhkum edilməsini və azadlıqdan məhruetmə ilə bağlı olmayan cəzalara məhkum olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi təqdirdə cəzanın məqsədinə nail oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X2 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(011)-29/2025 saylı hökmü ilə ona təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun şübhəli şəxs qismində saxlanıldığı müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(011)-29/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün, 1(011)-29/2025 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək 02 (iki) gün olmaqla, cəmi 06 (altı) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 03 (üç) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-116/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-116/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver