Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-117/2023 07.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Naxçıvan MR Şərur rayonunda doğulmuş, evli, ali təhsilli, Qoşa-Qala Restoranında administrator vəzifəsində işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 6, mənzil 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək niyyəti ilə X1 aldadaraq etibarından sui-istifadə etmiş, administrator kimi işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna bağları 67 ünvanında yerləşən “Qoşa Qala” restoranında sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs müştəri qismində olarkən əyləşdiyi masanın üzərində unutduğu iki ədəd qızıl üzükləri xx.xx.2022-ci il tarixdə saat təxminən 00 radələrində götürmüş, masanı Zərərçəkmiş şəxs üçün əvvəlcədən rezerv edib əlaqə nömrəsini restorana təqdim etmiş Azər Mursaqulova həmin gün mobil telefon vasitəsiylə xəbər verərək həyat yoldaşının üzüklərini restoranda unutduğunu, üzüklərin hazırda onda olduğunu, özündə saxlayacağını və səhəri gün geri qaytaracağını vəd verib inandıraraq xx.xx.2022-ci il tarixdə saat 13 radələrində dəyəri 10.000 (on min) ABŞ dolları məbləğində olan üzüklərdən birini gəlir əldə etmək məqsədi ilə dəyərindən bir neçə qat aşağı qiymətə yəni, 3200 manata “Moskva” univermağında satmışdır. Nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs həmin tarixin məzənnəsi ilə 17.000 (on yeddi min) manat təşkil edən 10.000 (on min) ABŞ dolları məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər Rusiya Federasiyasının Moskva şəhərində “Bakinskiy Bulvar” restoranında administrator vəzifəsində işləmişdir. Ailə həyatı qurmaq üçün Azərbaycana gəlmişdir. Bu səbəbdən o, orada işdən ayrılmış və Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhərinə pandemiyadan təxminən bir neçə ay öncə gəlmişdir. Təxminən 1 ildən çoxdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna Bağları 67 ünvanında yerləşən Qoşa Qala restoranında administrator vəzifəsində çalışır. 21 avqust 2022-ci il tarixdə Azər adlı müştəri ad günü məclisi ilə əlaqədar işlədiyi restoranın 25 nəfərlik kabinetini rezerv etmişdir. 21 avqust 2022-ci il tarixdə Azər və qonaqları həmin rezerv etdikləri kabinetə gəlib öz məclislərini təşkil etmişlər. Məclis təxminən saat 18 radələrində başlamış və həmin gün ayın 22-nə keçən gecə 00:30 radələrində yekunlaşmış, qonaqlar restoranı tərk etmişlər. Qonaqlar getdikdən sonra ofisiantlar stolu yığarkən Zaur adlı bir nəfər ofisiant ona yaxınlaşaraq müştərilərdən birinin 2 ədəd qızıl üzüyünü masanın üzərindən tapdığını demişdir. O, dərhal həmin kabineti rezerv edən Azərə zəng edərək üzükləri burada unutmaları barədə məlumat vermişdir. Azər isə artıq gec olduğunu, səhər sürücüsünün yaxınlaşıb üzükləri götürəcəyini demişdir. O, heç bir problem olmadığını və səhər yaxınlaşıb götürə biləcəyini demişdir. Həmin gün gecə saat 02 radələrində üzükləri özü ilə götürmüş və restoranı tərk edərək Xırdalan şəhərində yaşadı evə gəlmişdir. Səhəri gün saat 13 radələrində o, “ Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “Moskva” univermağına getmiş, üzüklərdən birini təxminən 3200 manata tanımadığı qızıl alış-satışı ilə məşğul olan şəxsə satmışdır. Həmin şəxsə bildirmişdir ki, üzük ona məxsusdur. Həmin şəxs isə üzüyün ona məxsus olduğunu zənn edərək üzüyü ondan almışdır. Daha sonra o, 200 manata satdığı üzüyə oxşar bir üzük almışdır ki, Azərin sürücüsü gəldiyi zaman həmin üzüyü sürücüyə versin. Univermaqdan çıxıb birbaşa işə gəlmişdir. Həmin gün Azərin sürücüsü axşam saat 18 radələrində işlədiyi restorana gələrək üzükləri ondan alıb aparmışdır. Bu hadisədən təxminən 4-5 gün sonra Azər işlədiyi restorana gələrək üzüklərdən birinin ona məxsus olmadığını demişdir. O isə ətrafdakı işçilərdən utanaraq heçnə bildirməmiş və Azərə demişdir ki, restoranda qalan üzüklər bunlardır. Lakin Azər onunla razı olmayaraq üzüyünü tələb etmiş, əks halda polisə məlumat verəcəyini demişdir. O isə Azərə heç bir cavab verməmişdir. Bir neçə gündən sonra polis əməkdaşları işlədiyi restorana gələrək ofisiant Zauru Polis İdarəsinə dəvət etmək istəyərkən o, artıq məsələnin nə yerdə oduğunu bilmiş və polis əməkdaşlarına bildirmişdir ki, o da polis idarəsinə getmək istəyir. Polis idarəsinə gələrkən o etdiyi cinayət əməlini səmimi şəkildə etiraf edərək etdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq onun cinayət məsuluyyətindən azad olunmağını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən “Qoşa Qala” restoranında öz ad günü münasibətilə əylənərək istirahət edərək şam yeməyi yemişdir. xx.xx.2022-ci il tarixdə saat 00:30-da restorandan çıxıb evə gedəndən 15 dəqiqə sonra restoranın administratoru Zaur adlı şəxs həyat yoldaşı Azərə zəng edib restoranda oturduqları masada ona məxsus 2 ədəd qızıl üzüyün qalması barədə məlumat vermişdir. Azər və administrator Zaur arasındakı danışıqdan sonra razılşma olmuşdur ki, 2 ədəd üzüyü səhər restorandan ailəsinin sürücüsü Rüstəm götürəcəkdir. xx.xx.2022-ci ci tarixdə axşam saatlarında ailə sürücüsü Rüstəm restorana getmiş və administrator Zaur ilə görüşüb ona məxsus 2 ədəd qızıl üzüyü təhvil alan zaman o, Rüstəmdən xahiş etmişdir ki, üzüklərin şəkillərini çəkib ona göndərsin. Rüstəm 2 ədəd üzüyün şəkillərini çəkib onun mobil telefonuna göndərən zaman üzüklərdən birinin ona məxsus olmadığını görmüşdür. Belə ki, üzüklərdən biri bahalı olmamış, 2-ci üzük 10.000 ABŞ dolları qiymətində olmuş və həmin üzük dəyişdirilmişdir. O, bu barədə yoldaşı Azərə məlumat vermişdir. Həyat yoldaşı Azər restorana gedib restoranın administratoru Zaur ilə görüşən zaman administrator Zaur həyat yoldaşı Azərə ofisiant Zaur tərəfindən tapılıb təhvil verilən 2 ədəd üzüyü onlara təqdim etdiyi üzüklər olduğunu desə də restoranın ofisiantı Zaur adlı şəxs restoranda əyləşdikləri masadan tapıb restoranın administratoru olan Zaura verdiyi üzüklərdən birinin administrator Zaur tərəfindən onlara verilən üzük olmadığını etiraf etmişdir. Belə ki, ofisiant Zaur tərəfindən tapılaraq administrator Zaura verilən 2 ədəd üzüklərin hər iksinin üzərində 750 əyar olmasını gördüyünü və həmin 2 ədəd 750 əyar üzükləri tapandan sonra administrator Zaura verdiyini bildirmişdir. Administarotor Zaur nə onun həyat yoldaşı Azərin, nə də restoranın ofisiantı olan 2 ədəd qızıl üzükləri taparaq təhvil verən Zaurun sözlərinə önəm verməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, əvvəllər bir çox şirkət və zavodlarda sürücü işləsə də son üç ildir ki, Azər Mursaqulovun şəxsi sürücüsü kimi işləyir. 21 avqust 2022-ci il tarixdə Azərin həyat yoldaşı Sevil xanımın ad günü ilə bağlı onu “Qoşa Qala” restoranına məclisə aparmışdır. Daha sonra o, Nəsimi rayonu ərazisinə gəlmiş, gül sifariş etmiş, daha sonra yenə “Qoşa Qala” restoranına gələrək Zərərçəkmiş şəxs təqdim edilməsi üçün Azərə gülü vermişdir. O, oradan aralanıb Buzovna qəsəbəsində yerləşən kafelərin birinə gedərək, dostları ilə görüşmüş, oradan isə öz evinə yollanmışdır. Səhəri gün günorta saatlarında Azər ona zəng vuraraq “Qoşa Qala” restoranında Sevil xanımın üzüklərini unutduğunu, administratorla danışdığını və gedib üzükləri administartordan götürməyini xahiş etmişdir. O, Azərin dediyi kimi “Qoşa Qala” restoranına gəlmiş, üzükləri administartordan götürmüş və Sevil xanımın tapşırığı ilə 2 ədəd üzüyün şəkillərini çəkib onun mobil telefonuna göndərən zaman Sevil üzüklərdən birinin özünə məxsus olmadığını bildirmişdir. Təxminən 1 həftədən sonra Azər ona bildirmişdir ki, üzüklərdən biri onlara məxsus deyil və ondan xahiş etmişdir ki, gəlib Azəri “Qoşa Qala” restoranına üzükləri təqdim edən administarorun yanına aparsın. O, Azəri şəhərdən götürüb Buzovnadakı “Qoşa Qala” restoranının yanına gətirmişdir. O, maşında gözləmiş, Azər isə içəri girib administartorla nəsə danışdıqdan sonra gəlib maşına əyləşmişdir. Azər bildirmişdir ki, administrator üzüklərdən xəbərsiz olduğunu bildirir. Bir neçə gündən sonra isə Azər ailəsi ilə birlikdə bu barədə polisə məlumat vermişdir. Polisdə olarkən administratorun səmimi şəkildə etiraf edərək üzüklərdən birini satdığını və yerinə həmin üzüyə oxşar üzük alıb ona verdiyini öyrənmişdir. İbtidai istintaqında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixində ailəsi ilə birlikdə Xəzər rayon ərazisində fəaliyyət göstərən “Qoşa Qala” restoranında istrahət edərək şam yeməyi yemişdir. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində restorandan çıxıb gedəndən təxminən 15 dəqiqə sonra restoranın administratoru Zaur adlı şəxs onun istifadə etdiyi mobil telefona zəng edərək restoranda oturduğu masada həyat yoldaşı Sevilə məxsus 2 ədəd qızıl üzüyün qalması barədə məlumat vermişdir. O, adminstrator Zaur ilə razılaşmışdır ki, restoranda əyləşdiyi masanın üzərində yaddan çıxıb qalan 2 ədəd qızıl üzüklər səhəri gün restorandan sürücüsü tərəfindən götürüləcəkdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında ailə sürücüsü Rüstəm restorana gedib adminstrator Zaur ilə görüşmüş, ondan 2 ədəd qızıl üzüyü təhvil almış, daha sonra Sevilin xahişi ilə sürücü Rüstəm üzüklərin şəkillərini çəkib Sevilə göndərmiş, Sevil həmin üzüklərin ona məxsus olmadığı müəyyən etmişdir. Belə ki, üzüklərdən biri bahalı olmasa da, 2-ci üzük bahalı olmuş və həmin üzük dəyişdirilmişdir. O, restorana gedib, restoranın adminstratoru Zaur ilə görüşən zaman Zaur ona üzükləri tapan ofisiant Zaur tərəfindən adminstrator Zaura təhvil verilən 2 ədəd üzüyün, onlara təqdim etdiyi üzüklər olduğunu israr etsə də, üzükləri masadan taparaq adminstrator Zaura təhvil verən, restoranın ofisiantı Zaur adlı şəxs restoranda əyləşdikləri masadan tapıb restoranın adminstratoru olan Zaura təhvil verdiyi 2 ədəd qızıl üzükdən birinin, administrator Zaur tərəfindən onlara verilən üzük olmadığını etiraf etmişdir. Belə ki, ofisiant Zaur tərəfindən tapılaraq, adminstrator Zaura verilən 2 ədəd üzüklərin, hər ikisinin üzərində 750 əyyar olmasını gördüyünü və həmin 2 ədəd 750 əyyar üzüyü tapandan sonra adminstrator Zaura verdiyini bildirmişdir. Adminstrator Zaurun onlara qaytardığı üzüklərdən birinin, yəni bahalı üzüyün əyyarı başqa olmuşdur. Adminstrator Zaur onun, eyni zamanda restoranın ofisiantı olan və 2 ədəd qızıl üzüyü taparaq təhvil verən Zaurun sözlərinə məhəl verməmişdir. Həmçinin bildirmişdir ki, həmin üzükləri özü alaraq həyat yoldaşı Zərərçəkmiş şəxs hədiyyə etmişdir. İbtidai istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, əvvəllər bir çox xarici ölkələrdə olsa da, 2018-ci ildən Bakı şəhəri, Nəsimi Rayonu Memar Əcəmi metrosunun yaxınlığında yerləşən “Moskva” Univermağında qızıl alışı və satışı ilə məşğul olmuşdur. O, əvvəllər Türkiyədən qızıl gətirsə də pandemiya ilə əlaqədar sərhədlər bağlandığı üçün qızıllar sifarişlə gəlmişdir. 22 avqust 2022-ci il tarixdə saat 13 radələrində o, Moskva univermağında alver edərkən bir nəfər şəxs yaxınlaşaraq əlində olan qızıl üzüyü göstərib neçəyə alacağını soruşmuşdur. O, həmin üzüyü 2500 manata ala biləcəyini həmin şəxsə demiş, lakin həmin şəxs dediyi qiymətə razı olmamışdır. Daha sonra aralarında olan danışığa əsasən onlar ortaq məxrəcə gəlmişlər və o qızıl üzüyü həmin şəxsdən 3200 manata satın almışdır. O, aralarında olan alqı-satqı məsələsini qızıl və brilyantların alqı-satqı kitabında qeydiyyat aparmaqla sənədləşdirmişdir. Həmçinin qeyd etmişdir ki, həmin şəxs özünü ona Zaur kimi təqdim etmiş və restoranda administrator vəzifəsində çalışdığını demişdir. Həmin üzüyü o həmin gün Moskva univermağında tanımadığı, milliyyətcə özbək olan bir nəfər şəxsə 3380 manata satmışdır. Bir neçə gündən sonra həmin şəxs polis əməkdaşları ilə Moskva univermağına gəlmişdir. O həmin vaxt öyrənmişdir ki, həmin Zaur adlı şəxsin ona satdığı qızıl üzük cinayət yolu ilə əldə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 06 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində bilavasitə şübhə yarandığı üçün o, şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 08 sentyabr 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 17 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus qızıl üzüyü dəyişdirərək ona ümumilikdə 10.000 (on min) ABŞ dolları maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan 7870 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın (10 000 ABŞ dolları) iyirmi beş faizi miqdarında, yəni 4250(dörd min iki yüz əlli ) manat dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibinə xitam verilir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə və onunla barışıq əldə etdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə məhkəmə iclasında xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı ilk dəfə cinayət əməli törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkimiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 20 (iyirmi) saat hüquqi xidmətə görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi və administrator Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan həqiqi üzüyün yerinə dəyişdirilərək sürücü Şahid1 təqdim olunmuş maddi sübut qismində tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd üzük hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmiş və ekspertiza xərci yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi və administrator Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan həqiqi üzüyün yerinə dəyişdirilərək sürücü Şahid1 təqdim olunmuş maddi sübut qismində tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd üzük hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-117/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-117/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver