Məhkəmə qərarları › İş №1(003)-118/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-118/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-118/2025 16.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 12:10 X39 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili X7 Müdafiəçi- Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1963-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonu Güznüt kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peritensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X8 vasitəsilə 2021-ci ilin may ayında özünün yaşadığı mənzilinə gəlməklə tanış olduğu Bakı Xareoqrafıya Akademiyasına qəbul olunması və qabiliyyət imtahanları verməsində ona kömək etməsi barədə müraciət edən Zərərçəkmiş şəxs8 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 5000 manat məbləğində pul müqabilində onu həmin Akademiyaya qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla iki gündən sonra 2021-ci ilin may ayında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən «Bazar store» marketin yaxınlığında Zərərçəkmiş şəxs8 5000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs8 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin may ayında tanış olduğu Zərərçəkmiş şəxs8 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 5000 manat məbləğində pul müqabilində onu Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Mədəniyyət evinə direktor vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2021-ci ilin sentyabr ayında Bakı şəhəri Suraxanı rayonu Z.Zeynalov 23 ünvanda yerləşən X35 Zərərçəkmiş şəxs8 5000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs8 5000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən X35 müəllimə işləyən tanışı Zərərçəkmiş şəxs1 2022-ci ilin aprel ayında özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 8000 manat məbləğində pul müqabilində onun oğlu X28 Akademiyasına qəbul etdirəcəyinə və onun həmin ilin sentyabr ayında dərsə gedəcəyinə dair yalan vəd verib aldatmaqla, eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qohumunun yüksək vəzifədə işlədiyini deyib onun vasitəsilə onun digər oğlu Sübhan Abdullayevi 20000 manat məbləğində pul müqabilində X53 İdarəsinə polis serjantı vəzifəsinə işə qəbul etdirəcəyinə, həmçinin onun qızı Aytac Abdullayevanı isə 2022-ci ilin qəbul imtahanlarında topladığı bal üzrə İqtisadiyyat Universitetinin «Dünya iqtisadiyyatı» fakültəsinə uyğunlaşdırılmasına kömək etdirəcəyinə dair yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 10 aprel 2022-ci il tarixdə günorta saatlarında ünvan 4 ünvanında yerləşən «X45»də 4000 manat, 15 aprel 2022-ci il tarixdə,saat 17 radələrində Bakı şəhəri Suraxanı rayonu 10-cu dairə adlanan yerdə 4000 manat, 2022-ci ilin aprel ayının sonlarından 2022-ci ilin may ayının sonunadək olan müddət ərzində müxtəlif vaxtarda 2 000 manat, 6000 manat, 4000 manat, 6000 manat və 2000 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»də alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədlərə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 28000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə onu mobil telefonu diktafona qoyub danışdırtmaqla tanış olduğu Zərərçəkmiş şəxs7 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 5000 manat məbləğində pul müqabilində onun oğlu X43 Akademiyasına qəbul olmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin may-iyun aylarında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»ndə orada müəllimə işləyən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs7 5000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs7 5000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə onu mobil telefonu diktafona qoyub danışdırtmaqla tanış olduğu Zərərçəkmiş şəxs11 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 5000 manat məbləğində pul müqabilində onun oğlu X31 Akademiyasına qəbul olmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin may-iyun aylarında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»ndə orada müəllimə işləyən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs11 5000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs11 5000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə onu mobil telefonu diktafona qoyub danışdırtmaqla tanış olduğu Zərərçəkmiş şəxs3 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 8000 manat məbləğində pul müqabilində onun Fəxriyyə Kərimovanın Azərbaycan Respublikasında yerləşən Universitetlərə qəbul imtahanı zamanı topladığı az balı yüksəltdirməklə Universitetə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin may-iyun aylarında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»ndə orada müəllimə işləyən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs3 8000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs3 8000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi 2022-ci ilin iyun ayında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə onu mobil telefonu diktafona qoyub danışdırtmaqla tanış olduğu Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 10000 manat məbləğində pul müqabilində onun Bakı şəhərində yerləşən Universitetlərdən birinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin iyul ayında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»ndə orada müəllimə işləyən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 10000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs2 10000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə onu mobil telefonu diktafona qoyub danışdırtmaqla tanış olduğu Zərərçəkmiş şəxs5 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 6000 manat məbləğində pul müqabilində onu Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 87 saylı Tam ortu məktəbə kitabxanaçı işinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»ndə orada müəllimə işləyən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs5 6000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs5 6000 manat məbləğində xeyli miqdaoda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə onu mobil telefonu diktafona qoyub danışdırtmaqla tanış olduğu Zərərçəkmiş şəxs4 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 5000 manat məbləğində pul müqabilində onu Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 5 saylı Körpələr evinə müəllimə işinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin iyun ayında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»ndə müəllimə işləyən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 qızı Aytac Abdullayevanın bank kart hesab nömrəsinə köçürtdürdüyü, onun ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi 4169 7385 7891 5921 kart hesab nömrəsinə ödətdirmək yolu ilə Zərərçəkmiş şəxs4 5000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs4 5000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayında tanışı olduğu Zərərçəkmiş şəxs1 vasitəsilə onu mobil telefonu diktafona qoyub danışdırtmaqla tanış olduğu Zərərçəkmiş şəxs6 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası «TƏBİB» - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 10000 manat məbləğində pul müqabilində onu Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən Təcili Yardım avtomaşınına sürücü işinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin iyun ayında cinayətdən xəbərsiz X9 göndərməklə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»ndə müəllimə işləyən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs6 10000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs6 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayında tanışı olduğu Zərərçəkmiş şəxs1 vasitəsilə onu mobil telefonu diktafona qoyub danışdırtmaqla tanış olduğu Zərərçəkmiş şəxs6 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası «TƏBİB»- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 4000 manat məbləğində pul müqabilində onun həyat yoldaşı X5 Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən onun 3 saylı Doğum evinə bələdçi işinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin iyun ayında cinayətdən xəbərsiz X9 göndərməklə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»ndə müəllimə işləyən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə, Zərərçəkmiş şəxs6 4000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs6 4000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayında tanışı olduğu Zərərçəkmiş şəxs1 vasitəsilə onu mobil telefonu diktafona qoyub danışdırtmaqla tanış olduğu Zərərçəkmiş şəxs9 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 4000 manat məbləğində pul müqabilində onu Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən 87 saylı Tam Orta məktəbə laborant işinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin iyun-iyul ayında Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»ndə müəllimə işləyən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs9 4000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs9 4000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 özünü işgüzar şəxs kimi göstərib Azərbaycan Respublikası «TƏBİB»-Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri olmasına inandırmaqla 3000 manat məbləğində pul müqabilində onu Bakı şəhəri ərazisində yerləşən X46 avtomaşınına aylıq əməkhaqqı olan sürücü işinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2023-cü ilin dekabr ayında ünvan 5 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs10 3000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs10 3000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Sevincdən və Yalçından pul götürmüşdür. Onların aldadılması ilə bağlı faktı etiraf edir. Sevincdən isə cəmi 8000 manat pul amışdır. Qalan məbləği qəbul etmir. Qalanları ilə əlaqəsi yoxdur. Digər zərərçəkmiş şəxslərin heç birini tanımır. Sevinc hamıdan pulu almış özü mənimsəmişdir. Təqsirləndirilən şəxs son sözündə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası, CM-nin 178.2.2 vs 178.2.4-cü maddələri ila elan edilmiş ittihamda özünü təqsirli bilir, o, Zərərçəkmiş şəxs1 8000 manat puldan basqa Yalçından da təcli tibbi yardıma sürücü kimi iş üçün əlavə pul almamışdır. X22, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, X18, Zərərçəkmiş şəxs7, X29 və qeyrilərini tanımamış, həmin şəxslərin işi ilə bağlı da heç bir vəd verməmişdir, həmçinin danışıqlar aparmamışdır. Bunların hamısı yalandır. Belə ki, o, 2022-ci ilin aprel ayında Suraxanı rayonu ərazisində yerləşən "X45”nin rəhbəri Rəhim adin şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs1 tanımışdır. Zərərçəkmiş şəxs1 orada müəllimə işləmişdir. Həmin zaman o, Zərərçəkmiş şəxs8 Xareoqrafıya Akademiyasına qəbul olunması ilə bağlı köməklik etmişdir, bu zaman Sevinc xanım da ona yaxınlaşaraq onun təhsillə bağlı işlərində köməklik etməyini xahiş etmişdir. O da Sevinc xanımı dinlədikdən sonra razılaşmışdır. Belə ki, Sevinc xanım bir nəfər tanışının İdman Akademiyasına qəbul olunmasında köməklik edə bilib bilməyəcəyini soruşmuşdur. O, da İdman Akademiyasında yaxın əlaqələrinin olması barədə Zərərçəkmiş şəxs1 yalan məlumat vermişdir. Sevinc xanım hazırda yadında qalmayan bir nəfər şəxsə aid şəxsiyyət vəsiqəsini və imtahana buraxılış kodunu vatsap vasiləsi ilə ona göndərmişdir. Bundan sonra o, Sevinc xanıma həmin şəxsin İdman Akademiyasına qabul olunmasinda köməklik edə biləcəyni söyləyərək bunun müqabilində 6000 (altı min) manat pul lazım olduğunu bildirmişdir. Sevinc xanım da ona olan etbarına gorə inanmış və göstərilən məbləğin 3000 manatını Suraxanı rayonu, 10-cu dairə adlanan yerdə ona vermişdir. O, da pulu alıb cibinə qoyaraq Sevinci əmin etmişdir ki, vəd verdiyi şəxsin idman akademiyasına qəbul olunmasında köməklik edəcəkdir. Onun məqsədi o imiş ki, imtahan verən, hazırda adını xatırlamadığı şəxsin üç min manatını da Sevinc xanımdan alsın. Lakin həmin şəxs imlahandan kəsilmişdir. Qeyd etmişdir ki, həmin şəxsin İdman Akademiyasına daxil olmasına köməklik üçün o, heç bir real hərəkət etməmiş və heç kimlə görüşməmişdir. Məqsədi Sevinc xanım və həmin imtahan verən şəxslərin valideyinlərini aldadaraq bacardığı qədər məbləği ələ keçirmək olmuşdur. Bundan sonra 2022-ci ilin iyul ayında tarix dəqiq yadında deyil, Sevinc xanım onun istifadəsində olan 070- ***-**-** gsm nömrəli mobil telefonuna zəng edərək digər qohumunun rəfiqəsi Aynur adlı xanımın qızının və həmin Aynur adlı xanımın Universitetə qəbul imtahanlarında az bal yığdıqlarını balların yüksəldilməsinə köməklik edə bilibbilməyəcəyini soruşmuşdur, O, da Sevinc xanıma həmin işdə köməklik edə biləcəyini vəd vermişdir. Bundan sonra Sevinc xanım imtahan verərək az bal toplamış şəxslərin sənədlərinin şəklini çəkərək vatsap vasitəsi ilə ona göndərmişdir. Onun məqsədi bacardığı qədər çox pul alb ələ keçirmək, heç bir köməklik etməmək olduğu üçün Sevinc xanıma imtahan keçirmək ballarının yüksəldilməsinə yalan vəd vermiş və bunun müqabilində, 10000 (on min) manat lazım olduğunu bildirmişdir. Həmin zaman o, Aynur xanımla da Sevinc Xanımın mobil telefonu vasitəsi ilə danışaraq Aynuru yalan vədinə inandırmışdır. Bundan sonra o, özünə məxsus Kapital Bank kartının şəklini çəkib Sevinc xanımın istiladəsində olan hazırda xatırlamadığı mobil nömrəsinə göndərmişdir. 2022-ci ilin iyul ayının sonrlarındtı tarix dəqiq yadında deyil onun adına olan yuxarıda göstərilən bank kartına 5000 (beş min) manat pul göndərmişdir. O, da həmin pulu çıxararaq öz ehtiyacları üçün xərcləmişdir. Məqsədi Sevinc xanımı və Aynur xanımı aldatmaq olmuşdur. O, qeyd etmişdir ki, Sevinc xanımdan və vasitəsi ila başqa heç kimdən hər hansı bir məbləğ almamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdən Suraxanı rayonu Əmircan qəsəbəsi, Z.Zeynalov 23 ünvanda yerləşən X37 müəllimə işləyir. 2021-ci ilin may ayında işlədiyi tədris mərkəzinin direktoru Rəhim müəllimin yanına bir nəfər Hicran adlı şəxs gəlib getmişdir. Həmin zaman Rəhimlə söhbət zamanı bildirmişdir ki, Hicranın geniş əlaqələri vardır, Müdafiə Nazirliyində polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdir. Hicran onun qızının Bakı Xarioqrafia Akademiyasına daxil olmasında köməklik edəcəkdir. Bundan sonra eşitmişdir ki, Rəhim müəllim Hicrana 5000 (beş min) manat pul vermişdir və bunun müqabilində adı gedən akademiyaya daxil olmuşdur. Bundan sonra onlarda Hicrana qarşi etibar yaranmış və zənn etmişdir ki, Hicranin əlaqələri genişdir. Həmin zaman o, oğlu X16 daxil olmağını istədiyindən, lakin Heydər özünə güvənmədiyi üçün əlaqəli adam axtarmışdır ki, pul müqabilində İdman Akademiyasina daxil olsun. O, bu barədə Rəhim müəlimə dedikdə Rahim müəllim ona bildirmişdir ki, “Hicrana bu barədə deyər amma nə nəticə olacağını bilmir”. Bundan sonra o, Rəhim müəllimin vasitəsi ilə sonradan Hicranla əlaqə saxlamış və ona məlum olmuşdur ki, Hicranın soyadı Şeyxov, atasınin adı Hüseyndir. O, Təqsirləndirilən şəxs ***-***-**-** sim nömrəli mobil telefonu vasitəsi ilə əlaqə saxlamışdır. 2022-ci ilin mart ayinda Təqsirləndirilən şəxs ona görüşmək üçün işlədiyi "X45"nə gəlmişdir. Hicranla söhbət zamani o, övladı X24 Akademiyasında təhsil almağını istədiyini, lakin akademiyaya daxil ola bilmə qabiliyyətinin olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs Təhsillə bağli genis əlaqələrinin olduğunu, həmin bu problemin özünün profili olduğunu söyləmiş və X28 Akademiyasina daxil olmasinda köməklik etmək müqabilində 10000(on min) manat pul lazım olacağını bildirmişdir. O, həmin məbləği bir qədər aşağı salına bilməyəcəyini soruşduqda Hicran 8000 (səkkiz min) manat müqabilində bu işi görə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmışdır. 10 aprel 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onun işlədiyi tədris mərkəzinə gələrək ondan 4000 (dörd min) manat pulu alib vəd vermişdir ki, sentyabrda oğlu X20 dərsə gedəcəkdir. O, da Təqsirləndirilən şəxs çox inanmışdır. Digər 4000 (dörd) min manat pulu isə 15 aprel 2022-ci il tarixdə 17 radələrində qızı Aytacla birlikdə Suraxanı rayonu, 10-cu dairə adlanan yerdə Təqsirləndirilən şəxsla görüşərək vermişdir. Bir neçə gündən sonra oğlu Heydərin sənədlərini vermək üçün Təqsirləndirilən şəxs işlədiyi tədris mərkəzinə gəlmiş və sənədləri ondan götürmüşdür. Söhbət zamanı Hicran təhsildən başqa da digər iş sahələrinə əlinin girdiyini, yaxın əlaqələrinin olduğunu söylədikdə, o, digər oğlu X13 İşlər Nazirliyində Yol Polisi kimi işləməyinin arzusunda olduğunu söyləmişdir. Ela bu zaman Təqsirləndirilən şəxs onu muştuluqlayaraq elə bu işin onluq olduğunu, Daxili İşlər Nazirliyində qohumunun yüksək vəzifədə işlədiyini, X50 Polis İdarəsinə polis serjanti vəzifəsində işləməsinə köməklik edə biləcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs inanmışdır. Təqsirləndirilən şəxs Sübhanı yol polisi işləməsinə köməklik etməyinin müqabilində kimlərəsə pul vermək lazım olduğunu bildirmiş və bunun üçün 30000 (otuz min) manat pul lazım olacağını bildirmişdir. O, həmin məbləğin aşağı qiymət nə qədər olacağını sual verdikdə Hicran son məbləğ olaraq 28000 (iyirmi səkkiz min) manat müqabilində adı gedən işi həll edə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs X51inə işə düzəldilməsi prosesinin bir qədər uzun çəkən proses olduğunu lakin çalışdığı qədər tez bir zamanda, yəni 3-4 ay müddətində həll edə biləcəyini demişdir. O, da, Hicrana həddən artıq çox etibar etdiyi üçün razılaşmışdır. 2022-ci ilin aprel ayının sonlarınadək Hicranla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, X51 İdarəsində işə düzəldilməsi üçün danışılmıs 28000 (iyirmi səkkiz min) manat puldan 2000(iki min) manat, 6000(altı min) manat, 4000( dörd min) manat, 6000(altı min) manat, 2000(iki min) manat, ümumilikdə 20000(iyirmi min manat pulu Təqsirləndirilən şəxs işlədiyi tədris mərkəzində vermişdir. Bununla da onun oğlu X10 təhsil almasına köməklik edəcəyi üçün 8000, digər oglu Sübhanın isə X54 İdarəsində serjant işləməsində köməklik edəcəyi üçün 20000 min olmaqla ümumilikdə 28000(iyirmi səkkiz min) manat vermiş olmuşdur. Digər qalan 8000 (səkkiz min) manat pulu isə tezliklə hazır edib verəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Həmin zaman Hicran onu özünün möhtərəm şəxs olduğuna və hər bir sahədə iş düzəldə biləcəyinə inandırmişdır və ona bildirmişdir ki, qohum əqrabada işləmək istəyən olarsa köməklik edə bilər. Hicranın bu sözü onun yadında qalmışdır. Bir müddətdən sonra işlədiyi Tədris mərkəzində dərs dediyi uşaqların valideyinləri ilə birlikdə olan zaman onlarla sevincini bölüşərək, oğlu X14 daxil olmasına, digər oğlunun isə polisə tezliklə işə düzəlməsini söyləmişdir. Həmin vaxt valideyinlər Gülnarə xanım, Gülər xanım və Aynur xanım övladlarının təminatlı şəkildə unversitetlərə daxil olmaqlarını istədiklərini söyləyib ondan xahiş etmişlər ki, Təqsirləndirilən şəxsla bu barədə danışsın. O, da, həmin zaman həmin valideynlərin yanında Təqsirləndirilən şəxs zəng edərək, dərs dediyi uşaqlarin birinin artıq bir instituta daxil olmadığı üçün kəsildiyi və artıq imtahan verdiyini, lakin az bal topladıği üçün köməlik lazım olduğunu, digər iki şagirdin isə İdman Akademiyasına daxil olmaq istədiklərini, bu yönümdə nə köməklik edə biləcəyini soruşmuşdur. Hicran həmin zaman yanında olan adları yuxarıda göstərilən valideyinlərlə onun telefonu vasitəsi ilə bir-bir danışaraq onları dinləmiş, daha sonra telefonu o, götürdükdə bildirmişdir ki, “heç bir problem yoxdur, Təhsil Nazirliyində yaxın əlaqələri vardır və həmin uşaqların İdman Akademiyasına daxil olmalarına, digər şagirdin isə toplamış olduğu imtahan balın yüksəldilməsində köməklik edə biləcəkdir. Razılaşmaya əsasən Gülnarə xanım, qızı Fəxriyyə Kərimovanın imtahanda topladığı balın yüksəldilməsində köməklik edilməsi müqabilində 8000 (səkkiz min) manat, Gülər xanım və Aynur xanım isə övladlari Əli Abbaszadənin ve X43 Akademiyasına daxil olaraq təhsil almalarında köməklik edəcəyi müqabilində hərəsi 15000 manat verməli idilər. O, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs polkovnik-leytenant olduğunu, mötəbər şəxs olduğunu bildirərək ondan xahiş etmişdir ki, Hicranın mobil nömrəsini heç kimə verməməsini demiş, bu səbəbdən də həmin valideyinlərlə özü danışıb pulları alıb Hicrana vermişdir. O və valideyinlər də Hicrana inanaraq razılaşmışlar. 2022-ci iin aprel ayının sonlarında Gülnarə xanım qızı X17 imtahan Kömisiyyası tərəfindən keçirilən imtahanlarda iştirak edib az bal topladığından imtahan balının yüksəldilməsi müqabilində ilk olaraq 3000 (üç min) manat, iki gün sonra isə 5000 (beş min) manat olmaqla ümumilikdə 8000(səkkiz min) manat pulu ona verib, o da, Təqsirləndirilən şəxsla olaqə saxlayaraq Suraxanı rayonu, 10-cu dairə adlanan yerdə görüşərək 8000 (səkkiz min) manat pulu Hicrana vermişdir. Hicran onu inandırmışdır ki, avqust ayında imtahan cavablari bəlli olan zaman siyahida Fəxriyyə Kərimovanın da adı olacaqdır. Həmin vaxtda yeni 2022-ci ilin aprel ayının sonlarında tarix dəqiq yadında deyil Gülər xanım Hicranla razılaşdırlmış 15000(on bes min) manat pulun 10000 (on min) manatını ona vermiş, o, da Hicranla Suraxanı rayonu, 10-cu dairə adlanan yerdə görüşərək qızı Aytacın iştirakı ilə göstərilən məbləği Hicrana vermişdir. Bundan sonra Aynur xanım da oğlu X43 Akademiyasina daxil olaraq təhsil almasında köməklik göstərilməsi müqabilində Təqsirləndirilən şəxs verilməsi üçün 2022-ci ilin may-iyul ayları ərzində 3 dəfə 5000 (beş min) manat olmaqla ümumilikdə 15000 manat pulu ona vermiş, o, da öz növbəsində həmin mabləği Təqsirləndirilən şəxsla Suraxanı rayonu, 10-cu dairə adlanan yerdə görüşərək qızı Aytacın iştirakı ilə Hicrana vermişdir. Hər dəfəsində Hicran əmin edirmiş ki, imtahanların cavabları imtahan kömisiyası tərəfindən elan edildikdə adları yuxarıda göstərilən uşaqların unveristitetlərə daxil olanların adları olan siyahida çıxacaqdır. Fəxriyyə Kərimovanın, Əli Abbaszadənin və Əli Məmmədovun sənədlərinin surətlərini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs təhsil və işlə bağlı məsələlərdə köməklik etməsi barədə söhbətlər tədris mərkəzində dərs dediyi şagirdlərin valideyinləri arasında уayılmışdır. X2 müraciət edərək uşaq baxçalarında müəllimə işləmək üçün keçirilən müsabiqədə imtahan verdiyini, lakin müsahibədən kəsildiyini bildirib xahiş etmişdir ki, “Hicranla danışib onun işini həl edib edə bilməyəcəyini soruşsun”. O, da Təqsirləndirilən şəxs zəng edərək Səbinə Məmmədovanın yanında mobil telefonu ilə Hicranla danışmış və məsələni demişdir. Hicran ona dönə dönə tapşırmışdı ki, Hicranın mobil nömrəsini heç kimə verməsin. Hicran onu dinlədikdən sonra Şəbinə xanımla onun telefonu vasitəsi ilə danışmış və məsələsinin həll edilməsində heç bir problemin olmadığını, bunun müqabilində 5000 (beş min) manat pul lazim olacağını bildirmişdir. Müsbət halda həmin pulu ona verməsini onun çatdıracağını Səbinə xanıma söyləmişdir. Səbinə xanım razılıq vermiş və 2022-ci ilin iyun ayinin sonlarında Səbinə Məmmədova 5000 (beş min) manat pulu gətirərək işlədiyi tədris mərkəzində gətirib ona vermişdir. O, da, Hicranla əlagə saxlamış və Hicran gəlib onun işlədiyi tədris mərkəzində 5000 (beş min) manat pulu ondan götürmüş və vəd vermişdir ki, Səbinə Məmmədovanın işi sentyabr ayında öz həllini tapacaq və baxçaların birində müəlimə kimi fəaliyyətə başlayacaq. Bundan başqa, Aynurun işi ilə bağlı danışıqlar aparıldıqdan sonra Aynur özü ona bildirmişdir ki, ovladığının təhsil aldığı sinifdə başqa bir uşağin valideyni olan Zərərçəkmiş şəxs5 da orta məktəblərdən birinə kitabxanaçı kimi düzəlmək istəyir və bu işi həll etmək üçün adam axtarır. Bundan sonra o, Hicranla əlaqə saxlayıb bir tanış qadının orta məktəbə kitabxanaçı kimi düzəlmək istədiyini bildirmiş və bu işi də hall edə bilibbilməyəcəyini soruşmuşdur. Hicran da onu əmin etmişdir ki, bu işi rahatlıqla həll edə bilər. Bundan sonra o, Zərərçəkmiş şəxs5 ilə görüşmüş və bu barədə soruşmuşdur, Aygün də 87 saylı tam orta məktəbin yaxınlığında qaldığını, əgər alınsa həmin məktəbə kitabxanaçı kimi işə düzəlmək istədiyini, alınmasa da Suraxanı rayonu ərazisində istənilən orta məktəblərdən birinə kitabxanaçı kimi işə düzəlmək istədiyini bildirmişdir. O, da Hicrana bu barədə məlumat vermişdir və Hicranla əlaqə saxlamışdır. Həmin vaxt Aygün də yanında olmuşdur. O, mobil telefonu yüksək səsli rejimə qoyaraq Hicranla danışmağa başlamış və Hicran narahat olmamağını, bu işi 8000 manata həll eda biləcəyini demişdir. O, həmin puldan biraz aşağı düşə biləcəyini soruşduqda isə 2000 manat aşağı enərək cəmi 6000 manata bu işi 2022-ci ilin sentyabr ayında həll edə biləcəyinə söz vermişdir. Bu danışığı Aygün də eşitdikdən sonra onun kimi Hicrana inanmış və Hicranın verdiyi vədlərə əməl edəcəyinə ümid etmişdir. Bundan sonra Aygün 6000 manat pulu 10 iyul 2022-ci il tarixdə işlədiyi kursda gətirib ona vermişdir. O da Hicrana zəng edib bu barədə demişdir. Həmin gün Hicran işlədiyi kursa gələrək 6000 manat pulu ondan götürmüşdür. O, da Aygünə zəng edib bu barədə məlumat vermişdir. Lakin 2022-ci ilin sentyabr ayı gəlib çatdıqda Hicran verdiyi vədə əməl etməmiş və Hicrani 87 saylı tam orta məktəbə kitabxanaçı kimi işə düzəltməmişdir. Bundan başqa, Cəmalə xanım da Aygünü kitabxanaçı kimi işə düzəltməyə çalışdığını eşitdiyi üçün ona 87 saylı orta məktəbə laborant kimi işə düzəlmək istədiyini bildirmişdir. O, bu barədə Hicranla danışdıqda Hicran bu işi də həll edə biləcəyini demişdir. Belə ki, Hicranla danışdığı zaman Hicran 2022-ci lin sentyabr ayında Aygün kimi Cəmalə xanımın da işini həll edəcəyinə söz vermiş va bu iş üçün 4000 manat pul alacağını bildirmişdir. O, Hicrana miqdarı biraz aşağı salmasını dedikdə isə son qiymətin 4000 manat olduğunu bildirmişdir. O, da bu barədə Cəmalə xanıma məlumat vermişdir. Cəmalə xanım da razilaşmışdır. Bundan sonra 2022-ci ilin iyul ayının 17-də Cəmalə xanım evdən çıxa bilmədiyi üçün 4000 manat pulu Aygün xanımın vasitəsilə ona göndərmiş və Aygün xanım işlədiyi kursda 4000 manat pulu ona vermişdir. O, da həmin 4000 manat pulu Hicrana Suraxanı rayonu, 10-cu dairə deyilən yerdə Hicranla görüşüb qızı Aytacın yanında Hicrana vermişdir. Hicran pulu sayıb götürdükdən sonra bir daha onu əmin etmişdir ki, bu işi mütləq həll edəcəkdir. O, pulu Hicrana verdikdən sonra Cəmalə xanımla əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Ancaq 2022-ci ilin sentyabr ayı gəlib çatdıqda Hicran verdiyi vədlərə yenə əməl etməmiş və aldığı pulu qaytarmayaraq dələduzluq etmişdir. Bundan başqa, Aynur işini həll etməyə çalışdığını gördükdən sonra bir nəfər Zərərçəkmiş şəxs2 adında qadının da qəbul imtahanında az bal topladığını, Azərbaycanda olan istənilən universitetlərdən birinə qəbul etdirmək istədiyini bildirmiş və bu işdə köməklik etməyini istəmişdir. O, da Hicranla bu barədə danışmış və Hicran bu işi də həll edə biləcəyinə söz vermişdir. Həmin vaxt Hicran bu işi 10000 manata həll edə biləcəyinə söz vermişdir. O, da Aynura bu baradə demiş və Aynur biraz sonra onunla əlaqə saxlayaraq razılıq vermişdir. Bundan sonra Aynur qohumu Gülşənlə birlikdə işlədiyi kursa gəlmiş və Aynur və Gülşənin yanında yenidən Hicranla danışıb bu iş barədə soruşmuşdur. Hicran da narahat olmamağını, bu işi 10000 manata qaydasına qoyacağını və 2022-ci ilin sentyabr ayında Gülşəni Bakı şəhərində olan dövlət universitetlərindən birinə tələbə kimi düzəldəcəyinə söz vermişdir. Bundan sonra 2022-ci ilin iyul ayinin 20-də Gülşən Aynurun yanında 10000 manat pulu sayıb ona vermiş, o, da Hicrana zəng edib bu barədə demiş va həmin gün o, qızı Aytacla birlikdə Suraxanı rayonunda yerləşən 10-cu dairə adlanan ərazidə 10000 manat pulu Hicrana vermişdir. Hicran pulu sayıb götürmüş və çıxıb getmişdir. O, da pulu Hicrana verməyi barədə Aynura zəng edib məlumat vermişdir. Ancaq 2022-ci ilin sentyabr ayında Gülşənin adı tələbə siyahısında gəlmədiyi üçün Hicranın daləduzluq edib onları aldatdığı məlum olmuşdur. Nəhayət, Aynur 2022-ci ilin avqust ayının əvvəllərində başqa bir qohumu olan Zakir Talıbovun da İdman Akademiyasına qəbul olmaq üçün imtahan verdiyini, lakin az bal topladığinı bildirərək həmin oğlanı da Naxçıvan Dövlət Universitetinə idman fakültəsinə tələbə kimi düzəltmək lazım olduğunu bildirmişdir. O, bu barədə Hicranla əlaqə saxlayıb soruşduqda Hicran bu işi də 10000 manata həll edə biləcəyinə söz vermişdir. O, da bu barədə Aynura demiş ve Aynur biraz sonra əlaqə saxlayıb qohumlarının razı olduğunu, X38 Universitetinə idman fakülltəsina tələbə kimi düzəltməyi Hicrandan xahiş etməyini istəmişdir. Bundan sonra 17 avqust 2022-ci i tarixdə Aynur Zakir adlı qohumunun valideyni ilə birlikdə işlədiyi kursa gəlmiş və orada 10000 manat pulu sayıb ona vermişdir. O, da həmin 10000 manat pulu Hicranla danışıb qızı ilə birlikdə 10-cu dairədə görüşərək Hicrana vermişdir. Hicran yenə də pulu sayıb götürmüş və 2022-ci ilin sentyabr ayinda X32 Dövlət Universitetinə idman fakültəsinə tələbə kimi düzəldəcəyinə söz vermişdir. Lakin Təqsirləndirilən şəxs Zakir Talibovun işini də həll etməmiş və onları aldadaraq dələduzluq etmiş onu və ətrafında olan insanları aldadıb dələduzluq etdiyini bilmişdir. İşlərini düzəldəcəyinə söz verdiyi insanlar pulu Hicrana onun vasitəsilə verdiyi üçün ondan pullarını tələb etməyə başlamışlar. O, da nə qədər günahın Hicranda olduğunu bildirsə də, həmin şəxslər razılaşmamışlar. Buna görə də, o, məcbur qalıb qohum-əqrabadan borca pul götürərək Fəxriyyə Kərimovanın 8000 manat pulunu, Əli Abbaszadənin 10000 manat pulunu, Əli Məmmədovun 15000 manat pulunu, Zakir Talıbovun 10000 manat pulunu, Zərərçəkmiş şəxs5 6000 manat pulunu, Səbinə Məmmadovanin 5000 manat pulunu Zərərçəkmiş şəxs2 10000 manat pulunu və Cəmalə Tağıyevanın 4000 manat pulunu geri qaytarmışdır. Təqsirləndirilən şəxs onda tam əminlik yaratmışdır ki, Təhsil Nazirlyində və digər dövlət qurumlarında yüksək vəzifəli tanışları vardır va ona etibar edib başqa şəxslərdən də işlərinin həll edəcəklərini bildirmişdir. Buna görə də, işlərini həll etməsi üçün pul alib Hicrana vermişdir. Lakin Hicran ona hər dəfə bildirirmişdir ki, hər kimin işi ilə bağlı müraciət edirsə onun əlaqə nömrəsini heç kimə verməsin və heç kimi onunla görüşdürməsin, işlərini həll etməyə söz verdiyi insanlardan isə razılaşdırılan pulu alıb özü Hicrana çatdırsın. Buna səbəb kimi də, Hicran adının hallanmaq istəmədiyini göstərmişdir. O, da Hicranın dediklərinə və verdiyi vədlərə tam olaraq inanmış özündən başqa digər tanışların da pulunu alib Hicrana vermişdir. Hicrana işləri həll etməsi üçün verdiyi pulların qarşılığında Hicran ona heç bir miqdarda pul verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 izahatında bildirmişdir ki, o taksi kimi işləmişdir. Təqsirləndirilən şəxs onun taksi kimi işlədiyi avtomobilinə minmişdir. Yolda söhbət etmişlər, ona demişdir ki, polkovnik işləyib. O da ona inanmışdır. Onu işə düzəltməsi üçün ondan 5000 manat pul istəmişdir. 3000-ə razılaşmışlar. 2023-cü ilin dekabr ayında əlbəəl 3000 manat pulu Hicrana vermişdir, sonra isə ona, yəni Hicrana zəng çatmamışdır. O puldan əlini üzmüşdür. Sonradan Hicranın tutulduğunu eşitmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 izahatında bildirmişdir ki, Sevinc müəllimə onun oğlunun hazırlıq müəlliməsi olmuşdur, onu kursdan tanıyır. X21 düzəltmək istəmişdir, Sevinc müəllimə də oğlunun işi ilə bağlı Hicranla əlaqə saxlamışdır. Ona da məsləhət görmüşdür. O Sevinc xanımın vasitəsilə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, telefonda danışmış, ondan bu işi düzəltmək üçün 5000 manat pul istəmişdir. Aşağı yerinin olub olmamasını soruşmuş, o da yox demişdir. O da pulu kartına atmışdır. Sonradan görmüşdür ki, iş düzəlmir. Sevinc müəllimədən tələb etmiş, 5000 manat pulunu Sevinc müəllimə qaytarmışdır. O bir neçə nəfəri Sevinc xanımla tanış etmiş, həmin şəxslərin də pulunu Sevic xanım Hicrana vermişdir. Hicranla onun yanında telefonla danışılmışdır. Hicran Sevinci, onu və onun tanış etdiyi adamları aldatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X23 izahatında bildirmişdir ki, o Hicranı tanımır, Aynur xanımı ailəvi tanıyır, o işlə bağlı məsələni Aynur xanıma demişdir. Aynur xanım onu məktəbə düzəltməli idi. Bununla əlaqədar olaraq o kredit alıb 2022-ci ilin iyun-iyul ayında ona 5000 manat pul vermişdir. Aynurla da danışığı belə olmuşdur ki, iş alınmasa pulunu geri qaytaracaq. Verilmiş 5000 manat pulu Aynurdan geri almışdır. Sonradan Aynur xanımdan eşitmişdir ki, Sevinc pulu Hicrana vermiş, Hicran da onu aldatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, işləmək üçün ixtisasına uyğun iş axtarmışdır. Bu məqsədlə tanışı Sevinc xanım Abdullayevaya müraciət etmişdir, Sevinc xanımın işə düzəldən adamı olmasını və bir çox şəxslərin işə düzəlməsində kömək olmasını eşitmişdir. Sevinc xanıma müraciət etdikdən sonra bildirmişdir ki, Hicran adlı Naxçıvandan olan tanışı vardır, bir oğlunun İdman Akademiyasına tələbə kimi qəbul olunmasına, bir oğlunun isə X48 işə düzəlməsinə kömək etmişdir. Təxminən 2022-ci ilin iyun ayının əvvəllərində o, da Əmircan qəsəbəsində olan 5 saylı Körpələr evinə müəllimə işinə qəbul olunmağına kömək etməsini Hicrandan xahiş etməsini Sevinc xanımdan xahiş etmişdir. Sevinc xanım onun yanında Hicrana öz mobil telefonu ilə zəng etmiş və onun Əmircan qəsəbəsində yerləşən 5 saylı Körpələr evinə müəllimə işinə qəbul olunmağına kömək etməsini xahiş etmişdir. Danışığı mobil telefonun diktafonuna qoymuşdur və Sevinc xanımın Hicran adı şəxslə danışıqlarını o, da yanında olduğundan eşitmişdir. Lakin Hicranı görməmişdir. İşi düzəlməmişdir, Sevinc xanım da onun pulunu, yəni 5000 manatı ona qaytarmışdır. Ona vurulmuş ziyan Sevinc tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2022-ci ildə o uşağını Aynur xanımla birlikdə Sevincin yanına aparmışdır. İmtahanlarında az bal topladığına görə uşağı Azərbaycanda olan hər hansı Universitetlərdən birinə qəbul olmaq istəmişdir, bunu qohumu Aynura bildirmiş və Aynur isə ona bildirmişdir ki, Sevinc xanım adlı bir nəfər tanışı var, onun hər hansı Universitetlərdən birinə qəbul etməkdə köməklik etməsi üçün Sevincə desin, o, da razılıq vermiş və Aynur onsuz həmin Sevinc xanımla danışıb, Sevinc xanım da onsuz bu işdə ona kömək edəcək şəxslə danışmış, bunun müqabilində 10 000 manat pul istənilmişdir. Aynur bunu ona deyəndən sonra razılıq vermişdir. Qohumlardan, evdən pul toplayıb 10 000 manat edərək Aynurla görüşmüş və ikisi birlikdə Əmircan qəsəbəsində olan Tədris mərkəzinə getmiş, orada o, birinci dəfə Sevinc xanımı görmüş, onların yanında Sevinc xanım onunla danışmış və onun Bakıda olan Universitetlərdən birinə tələbə kimi qəbul olunmağına kömək etməsini istəmişdir, o da 10 000 manat müqabilində onu Bakı şəhərində yerləşən Universitetlərdən birinə tələbə kimi qəbul etdirəcəyini demişdir. O, da inanmış və 2022-ci ilin iyul ayının 20-də Əmircan qəsəbəsində olan Tədris mərkəzində Aynurla birlikdə 10 000 manat pulu sayıb Zərərçəkmiş şəxs1 vermişdir. Lakin sentyabr ayında qəbul olunan tələbələrin siyahısına baxdıqda onun adı orada olmamışdır. Həmçinin bildirir ki, təqsirləndirilən şəxsi tanımır, onun yalnız səsini eşitmişdir. Eşitdiyi səs Hicranın səsidir. Ona vurulmuş ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi tədqiq edildikdən sonra elan edilmiş Zərərçəkmiş şəxs5 izahatında bildirmişdir ki, o işlə bağlı məsələni Aynur xanıma demişdir. Aynur xanım onun oğlunun sinif yoldaşının anasıdır. Yəni valideyn olduğundan münasibəti yaranmışdır. Aynura işlə bağlı deyən zaman o demişdir ki, tanışı Sevinc xanım var. İşi həll edə bilər. Sonradan bildirmişdir ki, iş həll oluna bilər, sadəcə olaraq 6000 manat pul lazımdır. O da pulu düzəldib, sənədlərlə birlikdə Aynura əlbəəl 6000 manat pul vermişdir. Sonradan yəni 2022-ci ilin sentyabr ayına iş həll olunmalı imiş, lakin iş həll olunmamışdır. Verdiyi pulu geri tələb etmişdir. Daha sonra verilmiş 6000 manat pulu Aynurdan geri almışdır. Hicranı görməmişdir, sadəcə səsini eşitmişdir. Sonradan bilmişdir ki, Hicran onları aldatmışdır. Əvvəlki məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi tədqiq edildikdən sonra elan edilmiş Zərərçəkmiş şəxs6 izahatında bildirmişdir ki, o işlə bağlı məsələni Aynur xanımla danışmışdır. Aynur xanım yoldaşını və onu işə düzəltmə adı ilə onun üçün 8000 manat, yoldaşı üçün 4000 manat pul almışdır. O da pulu düzəldib, Aynura vermişdir. Sonradan yəni 2022-ci ilin sentyabr ayında işin həll olunması vəd edilmişdir. İş həll olunmamışdır. Verdiyi pulu geri tələb etmişdir. Daha sonra verilmiş pulu geri almışdır. Əvvəlki məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi tədqiq edildikdən sonra elan edilmiş Zərərçəkmiş şəxs3 izahatında bildirmişdir ki, o Sevinc xanımı tanımışdır. Qeyd edir ki, o 8000 manat pulu Sevinc xanıma vermişdir. Qızı Fəxriyyə üçün vermişdir. Pulu Sevinc xanıma vermişdir. İdman Akademiyasına düzəldilməsi üçün vermişdir. Hicrana pul verməmişdir. Danışanda ad çəkilmişdir, Hicranın adı çəkilmişdir. Hicranla mikrafonla danışmışdır. 2022-ci il idi. İmtahanlardan qabaq idi. Təxminən aprel-may ayları idi. Dövlət itihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 tanımışdır. Onların münasibəti normaldır, oğlu X25 qəsəbəsində yerləşən «X45»nə ingilis dilində repetitor yanına aparmışdır. Həmin mərkəzdə ingilis dili müəlliməsi işləyən Sevinc xanım Abdullayeva olmuşdur. Təxminən 2022-ci ilin may-iyun aylarında həmin tədris mərkəzində valideyinlərlə birlikdə olarkən Sevinc müəllimə valideyinlərin yanında sevinclə danışmışdır ki, bir X21 qəbul etdirmiş, digər oğlunu isə X44 işə qəbul etdirmişdir, həmin toplantıda o, Gülnarə xanım, Aynur xanım da iştirak etmişdir. Onlar Sevinc xanımın sevincinə şərik olaraq hərə öz istəyi ilə Sevinc xanımın uşaqlarının işini həll edən şəxslə onları da tanış etməsini istəmişlər, o, şəxsən oğlu X31 Akademiyasına tələbə kimi qəbul etdirməkdə qarant durması və tələbə qəbul etdirmək üçün kömək etməsini istəmiş, Gülnarə xanım qızı Fəxriyyənin instituta qəbulunda köməklik edilməsini, Aygün xanım da övladının İdman Akademiyasına qəbulda köməklik edilməsini istəmiş və Sevinc xanımdan xahiş etmişlər ki, onların işləri ilə əlaqədar həmin tanışı olan Təqsirləndirilən şəxsla danışsın, o, şəxsən Təqsirləndirilən şəxs tanımamışdır. Sevinc xanım onların yanında öz mobil telefonu ilə Təqsirləndirilən şəxsla danışmış və onunla Aynur xanımın övladlarının İdman Akademiyasına qəbul olunmalarına, Gülnarə xanımın qızı Fəxriyyənin isə qəbul balını artırmaqda kömək edə bilib-bilməyəcəyini Hicrandan sonruşmuş, Hicran Sevinc xanımın mobil telefonu ilə onların hər birinə ayrılıqda danışmış və sorğular etmiş, onlarda övladlının anket məlumatları və istəklərini deyib xahiş etmişlər ki, övladlarının qəbulu ilə əlaqədar onlara köməklik edə bilərmi?, sonra Hicran telefonu Sevinc xanıma verməsini istəmiş və Sevinc xanımla da danışmış və Sevinc xanıma bildirmişdir ki, Təhsil Nazirliyində yaxın əlaqələri vardır, həmin əlaqələrindən istifadə edib Gülər xanımla onun övladının İdman Akademiyasına tələbə kimi qəbul edilmələrinə və Gülnarə xanımın qızının qəbul balını artırmaq məsələsini həll edəcəkdir. Gülnarə xanımın qızı Fəxriyyə Kərimovanın qəbul balının artırılmasında köməklik üçün 8 000 manat, onun və Aynur xanımın övladlarının İdman Akademiyasına tələbə kimi qəbul etdirməkdə kömək üçün hərəsinə 5 000 manat pul istəmişdir. Təqsirləndirilən şəxs özünün polkovnik-leytenant rütbəsində olmasını, mötəbər şəxs olmasını demişdir və Sevinc xanımdan xahiş etmişdir ki, onun telefonunu heç kimə deməsin, onunla öz mobil nömrəsi ilə əlaqə saxlasın və deyilən pulları Sevinc xanım onlardan alıb ona versin. Gülnarə, Aygün və o, Təqsirləndirilən şəxs dediklərinə inanmış, çünki Sevinc xanımın deməsinə görə Hicran bir oğlunu tələbə kimi İdman Akademiyasını qəbul etdirmişdir, bir oğlunu da DYP-də işə götüzdürmüşdür və onlar Hicranın dediyi qiymətlərlə razılaşmış, qohum-tanışlardan toplayıb 2022-ci ilin may-iyun aylarında 5 000 manat pul düzəldib aparıb tədris mərkəzində Zərərçəkmiş şəxs1 vermiş, Sevinc da onların yanında öz mobil nömrəsi ilə Təqsirləndirilən şəxsla danışmış və pulu Sevincə verdikllərini demiş, hətta Sevincin mobil nömrəsi ilə Təqsirləndirilən şəxsla danışmış və Hicran bildirmişdir ki, 2022-ci ilin avqust ayında ali məktəblərə qəbul olunanların siyahısında oğlu Əli Məmmədovun da adı çıxacaqdır, oğlunun sənədlərini də Hicrana çatdırılması üçün Sevinc xanıma vermişdir ki, Sevinc də həmin sənədləri Hicrana çatdırmışdır, lakin sentyabr ayı çatmış və ötmüş, lakin oğlunun İdman Akademiyasına qəbul olunanların siyahısında adı çıxmamış, Sevinc xanımla da əlaqə saxlamış, nəhayət məlum olmuşdur ki, Hicran onları aldatmışdır. Onun pulunu Sevinc qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 11 iyul 2023-cü il tarixli tutma protkolundan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 12:20-də tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-284/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş o dərhal məhkəmə iclas zalından azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-82/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş həbsetmənin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş ona 3500 manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3500 manat cərimə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 11 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2020-ci ildə başa çatmış, o qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə ondan ümumilikdə 2022-cü ilin may-iyun ayları ərzində 96000 manat pulu müxtəlif vaxtlarda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs2 alaraq Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Zeynalov 23 ünvanında yerləşən «X45»də və Bakı şəhəri, Suraxanı qəsəbəsində yerləşən 10-cu dairə adlanan ünvanda ona verdiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş səs yazılarının dinləndilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X33 Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərinə müvafiq olaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə, digərləri barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş X1 təqdim etdiyi və Təqsirləndirilən şəxs, həmin cinayət işi üzrə onun pulunu alıb Təqsirləndirilən şəxs verdiyi Zərərçəkmiş şəxs11 ona zəng edib danışqılarını mobil telefonunun diktafonuna yazdığı, sonra da elektron məlumat daşıyıcısına köçürərək istintaqa təqdim etdiyi audio səs yazılarına zərərçəkmiş Zərərçəkmiş şəxs1 iştirakı ilə xidməti otaqda quraşdırılmış «HP» markalı kompüterdə dinləmişdir. Elektron məlumat daşıyıcısı kompüterin elektron məlumat daşıyıcıları üçün yuvasına salınmış elektron məlumat daşıyıcısında olan səs nümunələri açıldıqda ekranda olan ilk səkkiz ədəd WhatsApp Audio 2024-10-12 səhifələrində qısa müddət davam edən musiqi səsləndiyi məlum olmuşdur. 9-cu WhatsApp Audio səhifəsində kişi səsi ilə bir nəfərin «Sevinc xanım man onlarla yenə danışdım, indi onar Təhsil Nazirliyindən cavab gözləyirlər ki, onların «xeyir-duasını» gözləyirlər, vəssalam. İndi X26 burada elə bir rolu qalmayıb, ancaq Təhsil Nazirliyindəndir, cavab gəlsin, vəssalam, elə bil ki, bu iş həll olunmuşdur, indi onlardan cavab gözləyirəm, qısa zamanda mənə deyəcəklir, alan kimi mən Sizə deyəcəm» deməsi barədə 21 saniyə edən danışıqlar olması; 10-cu WhatsApp Audio səhifəsində həmin kişi səsi ilə «Sevinc bacı onlara deyin ki, narahat olmasınlar, gözləsinlər, Təhsil Nazirliyinin təsdiqindən sonra, o nə vaxt Təhsil Nazirliyində təsdiq olundu, o, vaxt portala düşəcək, başa düşürüm hamısı narahatdırlar, amma narahatçılığa əsas yoxdur, narahat olmayın» deməsi barədə 18 saniyə davam edinə danışıq; 11-ci WhatsApp Audio səhifəsində həmin kişi səsi ilə «o, tibb bacısı məsələsini demişdiz, “o xanımla o baxça müdirilə» mövzusunda 07 saniyəlik danışıq; 12-ci WhatsApp Audio səhifəsində həmin kişi səsi ilə «Sevinc bacı axşamınız xeyir, Siz onlara deyin ki, bu uşaqların, o 3 nəfərdi, 4 nəfərdi, hamısının adı gedibdir, sadəcə Təhsil Nazirliyində portala vurulmalıdı, biz onu gözləyirik ki, onları Təhsil Nazirliyində portala vurulsa, ondan sonra, indi bu gün vurulmalı idi, bu gün vurularsa, ola bilsin ki, sabaha qalsın, sabah onların adları portala vurulsun, portaldan sonra bu məsələyə son qoyulacaq, amma bu gün Siz göndərdiyiniz 3-4 nəfəri biz göndərmişik yuxarı, onlar portala vurulsun, оla bilsin ki, bu gün çatdırmayıblar, sabah çatdırılacaq, ona görə narahatlığa dəyməz və buna əsas yoxdur, gecə vaxtı narahatçılığa dəyməz» mövzusunda 42 saniylik danışıqdır; 13-cü WhatsApp Audio səhifəsində yenə kişi səsi ilə «Sevinc xanım hə, indi mən onlarla danışdım, indi onlar Təhsil Nazirliyindən cavab gözləyirir ki, onların «xeyir-duasını» gözləyirlər, vəssalam, yəni X26 burda elə bir rolu yoxdur, ancaq Təhsil Nazirliyindən cavab gəlsin vəssalam, bu iş həll olunubdur, indi onlardan cavab gələn kimi mən Sizi yığacam, mövzusunda 22 saniyəlik danışıq; 14-cü WhatsApp Audio səhifəsində yenə həmin kişi səsi ilə «o tibb hacısı məsələsini o xanımnan, baxça müdirindən» mövzusunda 07 saniyəlik danışıq; 15-ci WhatsApp Audio səhifəsində yenə həmin kişi səsi ilə «Sevinc hacı, onlara deyin ki, narahat olmasınlar, gözləsinlər, gözləsinlər Təhsil Nazirliyinin təsdiqini, nə vaxt ki, Təhsil Nazirliyi təsdiq edəcək onda salınacaq portala, buşa düşürəm hamısı narahatdırlar, amma narahatçılığa əsas yoxdur, hər şey yaxşı olacaq, narahat olmayın» mövzusunda 18 saniyə davam edən dasnışıq; 16-cı WhatsApp Audio səhifəsində 12-ci səhifədə olan 42 saniyəlik danışığın təkrarı; 17-ci WhatsApp Audio səhifəsində qadın səsi ilə «Sevinc müəllimə axşamınız xeyir, Siz dediniz ki, uşaqların adları düşüb sistemə, indi deyirsiz portala, sistemlə portal eyni deyil ki. Özü mənə dedi ki, sistemə düşüb, indi isə deyir portal. İnanırsız təzyiqim qalxıb, özümü idarə edə bilmirəm, evdə qırğındır, voenkomat dərdi bir yandan, o biri oğlum bir yandan, bu oğlum da bir yandan dərd olub alınmırsa mənə de, mənim uşağımın 21-ci ad günüdür, əsgər aparacaqlar, mən oğlumun əsgər aparılmaması üçün bu işi gördüm, əgər alınmırsa, gedib işimi görüm, uşağımı əsgər aparacaqlarsa mən qalacam təpəmə “döyə-döyə” məzmununda 51 saniyəlik danışıq; 18-ci WhatsApp Audio səhifəsində həmin qadın səsi ilə «Sevinc müəllimə bu bir aydır ki, cavablar çıxıb, 26-sı bir ay olacaq ki, cavablar çıxıb. Mənə hər gün bu cavabı deyirlər, 2 gün, 5 gün möhlət istəyirlər, ayın 19-nu dedilər, artıq 19-da tamam oldu, ancaq cavab olmadı. İşim alınmır, desin ki, alınmır, məni də, özünü də, Sizi də yormasın, mənə dəqiq bir söz desin, mənim uşağım əsgər gedir, vaxt az qalıb» mövzusunda 01:13 saniyəlik danışıq; 19-cu WhatsApp Audio səhifəsində qadın səsi ilə «Sevinc müəllimə mən belə başa düşdüm ki, bunlar arxadan, sonradan adı gedən 3-4 uşaqdır, bunların aqibətləri necə olacaq, Təhzil Nazirliyində buna necə baxılacaq, mən başa düşə bilmirəm, nəsə Allah xeyir eləsin» mövzusunda 25 saniyəlik danışıq; 20-ci WhatsApp Audio səhifəsində kişi səsi ilə «Sevinc xanım axşamınız xeyir, Gülər xanıma deyin ki, onun uşağı qabiliyyətdən keçib, 71 bal toplayıb, sadəcə onu 2-ci turdan sonra göndəriblər təsdiqə, orda da təsdiq olunubdu, sadəcə portala vurulmayıb, ona da razılıq veriblər, portala bu gün də, sabah du vurula bilər, indi biz nəticəni gözləyirik vəssalam, bir balaca səbrli olsun sabaha hər şeyə son qoyulacaq, mən də başa düşürəm ki, onun uşağı əsgər getməlidir, bunu başa düşürəm» mövzusunda 33 saniyəlik danışıq; 21-ci WhatsApp Audio səhifəsində qadın səsi ilə «Sevinc müəlliimə indi mənə deyin bu sabah həll olunacaqmı, səs atmışam, mənim uşağım əsgər getsə mən onu verəcəm qabağa,Mən bunu oğlumun əsgərliyinə görə etmişdim. uşağım əsgər getsə bilmirəm nə edəcəm. Siz mənimlə əlaqə saxladız, mən razılaşdım verdim» mövzusunda 01:45 saniyəlik danışıq; 22-ci WhatsApp Audio səhifəsində kişi səsi ilə «əvvəla Allahın köməkliyi də bu iş həll olunur, Gülər xanıma deyin ki, əgər başqa cür olsa, deyir ki, voenkomat-filan, voenkomat mənlikdir, o iş həll olunub, voenkomatlıq nə olsa, onlara göstəriş verilib, 100 faiz iş həll ounub» mövzusunda danışıq; 23-cü WhatsApp Audio səhifəsində qadın səsi ilə «inanırsız, atasını mən qoymadım, dedim uşağım gedib ali təhsil alsın, əgər uşağım əsgər getsə o adamı göndərəcəm voenkomata, gedib uşağın işini həll etsin» mövusunda 45 saniyəlik danışıq; 24-cü WhatsApp Audio səhifəsində kişi səsi ilə «Sevinc bacı mən belə etdim ki, görsün ki, qorxu yoxdur, şəxsiyyət vəsiqəsini göndərsin ki, arayış alım ki, əsgərlik olmasın» mövzusunda 42 saniyə davam edən danışıq; 25-ci WhatsApp Audio səhifəsində kişi səsi ilə «elə indi oğlanla danışdım, dedilər Vallah gözləyin yaxşı olacaq, dedim ki, nə vaxt, dedilər: elə bu gün, nəticəni gözləyirik» mövzusunda 11 saniyəlik danışıqlar qeyd edilmişdir. Elektron məlumat daşıyıcısında olan səs yazılarını dinləmədə iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, təqdim eldiyi elektron məlumat daşıyıcısında olan kişi səsi ilə danışıqlar Təqsirləndirilən şəxs, qadın səsi ilə danışıqlar isə Zərərçəkmiş şəxs11 məxsusdur, hər iki şəxs ona zəng edərkən səs yazılarını istifadəsində olan telefonun yadaşına köçürmüşdür və sonra da 01 ədəd elektron məlumat daşıyıcısına köçürdükdən sonra da istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs ona dəymiş 96000 (doxsan altı min) manat və dəymiş mənəvi zərərə görə isə, 10.000 (on min) manat və ödənilmiş 396,59 (üç yüz doğsan altı manat 59 qəpik) manat pulun cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili X15 məhkəməyə ərizə təqdim edərək, iddianın dəqiq təqdim edilməsi zərurəti olduğunu, mülki qaydada məhkəməyə müraciət etmək niyyətində olduğunu, mülki iddianın baxılmamış saxlanılmasını, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 316.2-ci maddəsinə əsasən Mülki iddianın baxılmamış saxlanılması mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X12 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X12 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, yəni X4 8000 manat pul alması, Zərərçəkmiş şəxs10 3000 manat pul alınması epizodları üzrə təqsirli bilməsi, digər epizodlar üzrə təqsirli bilməməsinə dair ifadəsinə münasibət bildirərək, Təqsirləndirilən şəxs ifadəsini özünümüdafiəsinə yönəlmiş ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiqini tapır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs8 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi, 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs8 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi, 2022-ci ilin may-iyun ayında Zərərçəkmiş şəxs7 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi, 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs11 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi, 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs4 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi, 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs6 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi, 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs9 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi epizodları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə təqsili bilinməli, həmin Məcəllənin 75.1.1-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar həmin epizodlar üzrə ona Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1ci maddəsinə əsasən cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyərini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadələrinə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə təyin olunacaq cəzaya münasibət bildirərək qeyd edir ki, təqsirini qismən etiraf etsə də, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yəni zərərçəkmiş şəxslərə vurduğu ziyanın nəticələrini aradan qaldırmaması və ya dəymiş ziyanla bağlı zərərçəkmiş şəxslərlə hər hansı razılığa nail ola bilməməsi və bu əməlin ictimai təhlükəliliyinə laqeyd yanaşması, eyni zamanda onun cəmiyyətdəki davranışının mənfi xarakterizə olunması, təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi müəyyən edilir. Belə olan halda təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsi sosial ədalətin bərpası, cinayət törətmiş şəxsin islah edilməsi və digər şəxslər tərəfindən analoji cinayətlərin törədilməsinin qarşısının alınması, həmçinin ictimai maraq baxımından məqsədəmüvafiq olmazdı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, o cümlədən, təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun tərəfindən vurulmuş ziyanın ödənilməməsini, cinayətin xarakterini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsi yolu ilə onun islah olunması mümkündür və təyin ediləcək cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğundur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı, mülki iddianın baxılmamış saxlanılmasının mülki iddia vermiş şəxsi mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmədiyi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 izah edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 440 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 20 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 440 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar